PAH

nida. Təəccüb, təəssüf, kədər kimi hissləri ifadə edir. Pah, nə pis oldu. Pah, nə çox kitabın var. Pah, yaman işə düşdük.
□ Pah atonnan dan. – cümlənin əvvəlində işlənərək təəccüb bildirir.
Pah atonnan, nə ağır yatdı bu oğlan, ölübə! Nə də tərpənməyir üstündəki yorğan, ölübə!… M.Ə.Sabir.

PAFOSLU
PAHO
OBASTAN VİKİ
Alber Pahimi Padake
Alber Pahimi Padake (ərəb. ألبر بهيمي بدكي‎; fr. Albert Pahimi Padacké; 15 noyabr 1966, Pala[d]) — 26 aprel 2021-ci ildən etibarən Çadın hazırkı Baş naziri olan siyasətçi. == Həyatı == Padake 1966-cı ilin noyabrında Pala sub-prefekturasının Quin şəhərində anadan olub. Ncamena Universitetini fəxri diplomla bitirmişdir. == Fəaliyyəti == 1997-ci ilin noyabr ayında işinə məsuliyyətsiz yanaşmasına görə Prezident İdris Debi tərəfindən qovulanadək öncə Maliyyə Naziri, daha sonra isə Ticarət Naziri vəzifəsində çalışıb. Pahimi Padake 8 noyabr 2001-ci ildə hökumətdə Mədənlər, Enerji və Neft Naziri təyin edilməmiş dən öncə 2001-ci ilin fevralınadək Maliyyə üzrə dövlət katibi idi. 2001-ci ilin avqustunda ehtiyat nazir təyin edildi və bu vəzifəni 2002-ci ilin iyun ayına qədər tutdu. Pahimi Padake 2002-ci ilin mayında parlament seçkilərində Mayo-Dallah departamentində Pala seçki dairəsində Çad Demokratiya Uğrunda Milli Hərəkat namizədi olaraq Milli Məclisə seçildi. 2002-ci ilin iyunundan 2005-ci ilin avqustunadək Mərkəzi Afrika İqtisadi və Valyuta Birliyinin üzvü oldu.
Borut Pahor
Borut Pahor - Sloven siyasi xadim və dövlət başçısı. 2008-2012-ci illərdə Baş Nazir, həmin tarixdən sonra ölkə prezidenti seçilmişdir.
Bulbophyllum pahudii
Bulbophyllum pahudii (lat. Bulbophyllum pahudii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Java-da, minimum 850 metr yüksəklikdə tapıla bilər və çox nadirdir.
Eugenia pahangensis
Eugenia pahangensis (lat. Eugenia pahangensis) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Pahanq
Pahang Qərb Malayziyanın şərqində əyalət. Qərbdə Malay sıra dağları, şimalda isə şərq yaylaları ilə əhatələnən geniş Pahang çayı (sungai) hövzəsini əhatə edir. Şərq sahil Cənubi Çin dənizi boyunca uzanır. xııı əsrə aid bir Çin salnaməsində Pahangın Şrivicaya adlı bir Sumatra krallığına asılı olduğu deyilir. xv əsrdən sonra Malaka Darussalamnın əlinə keçən Pahang daha sonra Johorun suverenliyi altına keçdi. Johorun bölgədəki nümayəndələri zamanla müstəqil bir sultanlıq qurdular. Bu sultanlıq 1887-ci ildə Britaniyanın protektorası olmağı qəbul etdi. Pahang 1895-ci ildə Federal Malaya Əyalətlərindən biri oldu və II Dünya Müharibəsindən sonra Malaya Federasiyasına qatıldı. Məskunlaşmanın seyrək olduğu bölgədə Malaylar ,Çinlilər və yarı köçəri yerlilər yaşar. Qərbdəki böyük qəsəbələrdə əhalinin böyük hissəsini çinlilər təşkil edir.
Pahnəbor (Bicar)
Pahnəbor (fars. پهنه بر‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 49 nəfər yaşayır (12 ailə). Əhalisini kürdlər təşkil edir.
Penstemon pahutensis
Penstemon pahutensis (lat. Penstemon pahutensis) — bağayarpağıkimilər fəsiləsinin penstemon cinsinə aid bitki növü.
Villibald Pahr
Villibald Pahr — 1983–1986-cı illərdə Avstriyanın Qərbi Almaniyadakı səfiri. 1986–1989-cu illərdə Ümumdünya Turizm Təşkilatının baş katibi.

Значение слова в других словарях