Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Danika Makkellar
Danika Makkellar (ing. Danica McKellar; 3 yanvar 1975, Kaliforniya, ABŞ) — ABŞ aktrisası, kitab yazıçısı və riyaziyyatçı. 2001-2013-ci illərdə Mayk Verta ilə evli olub. 2013-cü ildən Skot Svesloski ilə evlidir.
Anika Boşkoviç
Anika Boşkoviç (d. 1714, Raqusa Respublikası – ö. 13 avqust, 1804, Raqusa) — Raqusalı yazıçı. == Haqqında == O pastoral mahnılar yazır və onları italyan dilindən tərcümə edirdi. Yezuitlər tərəfindən təbliğ olunan xristianlıq mövzuları onun yaradıcılığın əsas mövzusu idi. Onun adı Raqusa ədəbiyyatında ən vacib qadın adlarından biridir. "Dialoq" (1758) əsəri Raqusa ədəbiyyatında qadın müəlliflərdən tərəfindən yazılan ilk və yeganə bədii əsəridir. Boşkoviç 3 noyabr və ya 3 dekabr tarixində 1714-cü ildə Raqusada doğulub. Ailədə 9 uşaqdan ən kiçiyi idi. Onun valideynləri Paula Bettera varlı italyan ailədən idi.
Panik (İğdır)
Panik — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1901 və 1928-ci il qaynaqlarında Panik adını daşıyır. 1960-cı ildə kəndin adı Özdəmir olaraq dəyişdirilmişdir. Uzun illər bu adı daşıdıqdan sonra, 2014-cü ildə tekrar "Panik" olaraq adlandırılır. == Coğrafiyası == İğdırdan 7 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 960 nəfər erməni yaşayırdı.
Banqka
Banqka (ind. Pulau Bangka) — Sumatra adasından şərqdə, İndoneziya ərazisində yerləşir. Əhalisi (2010 il.) 960 692 nəfər təşkil edir. Sahəsi 11 910 km²-dir. == Coğrafiyası == Belitunq adası ilə birlikdə bir vilayətin ərazisinə daxildir. Sumatra adasından şərqdə eyni adlı Banqka boğazı ilə ayrılır. Şimaldan Cənubi Çin dənizi, cənubda isə Yava dənizi ilə əhatələnir. Belitunq adasından Qaspar boğazı ilə ayrılır. Reylefi əsasən hamar düzənliklərdən, bataqlıqlardan, hündür olmayan təpələrdən və qumsal çimərliklərdən ibarətdir. Adada Ağ istiot becərilir və olova çıxarılır.
Batika
Batika (yav. mumla çəkmək) — möhürləyici məhlulların istifadəsi ilə aparılan qumaş üzərində nəqqaşlıq. Şərq ölkələrində (İndoneziya, Hindistan, Çin, Azərbaycan və s.) yayılmışdır. 2009-cu ildə İndoneziya batikası UNESCO-nun Bəşəriyyətin Toxunulmaz Mədəni İrsi Listəsinə daxil olub. == Söz açımı == == Tarixçə == Batikanın vətəninin Malaziya və İndoneziya olduğu söylənilsə də, araşdırmalar bu ölkələrdə sənət növünün Azərbaycanla eyni dövrdə yarandığını təsdiqləyir. Batika Azərbaycan xalqının qədim ənənələrə malik kəlağayı sənətinin çağdaş varisi kimi inkişaf edib zənginləşməkdədir. Orta əsrlərdən başlayaraq Şirvan, Basqal və Gəncədə ipəkçiliyin inkişafı ilə əlaqədar xalq sənətkarlarının, əsasən də qadınların məşğuliyyət növü kimi bu sənətlə məşğul olanların sayı yüzlərlə olmuşdur. Şərq ölkələrində (Hindistanda, Çində, İndoneziyada və s.) batika texnikasında əsas etibarilə ipək və pambıq parça üzərində fırça ilə rəsm çəkərdilər. Batikanın vətəni olan cənub-şərqi Asiyada bir neçə texnika geniş yayılmışdı. Yavada hər bir rəngin üstü daim isti mumla örtülür, Malayziyada isə rəsmin əsas hissəsi nəfis şəbəkəli ornamentlə xüsusi möhürün köməyi ilə basılır.
Kanjika
Canjica - iyun ayında Braziliyada keçirilən qış festivalları ilə bağlı bişirilən Braziliya şirniyyatıdır. == Tərkibi == Süd Şəkər tozu Darçın Qarğıdalı unu == Hazırlanması == Süd şəkər tozu və qarğıdalı unu əlavə edilərək qatılaşana qədər bişirilir. İstəyə görə fıstıq və qatılaşdırılmış süd də əlavə oluna bilər. Hazırlandıqdan sonra üzərinə darçın səpilir. Şirniyyat hazırdır.
Karika
Karika (lat. Carica) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin karikakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Carica baccata = Vasconcellea microcarpa subsp. baccata Carica candamarcensis = Vasconcellea cundinamarcensis Carica candicans = Vasconcellea candicans (Mito) Carica caudata = Jarilla heterophylla Carica cauliflora = Vasconcellea cauliflora Carica cestriflora = Vasconcellea cundinamarcensis Carica chilensis = Vasconcellea chilensis Carica crassipetala = Vasconcellea crassipetala Carica cundinamarcensis = Vasconcellea cundinamarcensis Carica dodecaphylla = Jacaratia spinosa Carica glandulosa = Vasconcellea glandulosa Carica goudotiana = Vasconcellea goudotiana Carica heterophylla = Vasconcellea microcarpa subsp.
Lazika
Lazika - Gürcüstanda Qara dəniz sahilində inşası nəzərdə tutulan yeni şəhər. Gürcüstanda keçirilən parlament seçkilərində qalib gəlmiş Bidzina İvanişvili “Forbes” jurnalına müsahibəsində Mixail Saakaşvilinin “Arzular şəhəri”nin layihədən çox anekdota bənzədiyini, bunun ona çox gülməli gəldiyini söyləyib. Gürcüstanın regional inkişaf və infrastruktur naziri vəzifəsinə namizəd olan keçmiş futbolçu Kaxa Kaladze isə bildirib ki, Gürcüstan prezidenti Mixail Saakaşvilinin “Arzular şəhəri” adlandırdığı Lazika şəhərinin tikintisi davam etdirilməyəcək.
Manila
Manila (filip. Maynila, [majˈnilaʔ]) ― Filippinin paytaxtı və əhalisinə görə ikinci ən böyük şəhəri. 2019-cu ilədək dünyanın ən sıx məskunlaşmış şəhəri olmuşdur. Şəhər 18 iyun 1949-cu ildə "Manila Şəhərinin Yenidən Baxılmış Nizamnaməsi" adlı 409 saylı Respublika Qanununun qəbul edilməsi ilə muxtarlıq almışdır. Manila Metro Manila bölgəsindəki bələdiyyələrdən biri olan şəhər, ölkənin ən böyük adası olan Luzonda Manila Körfəzinin şərq sahilində yerləşir. Manila 10 milyondan çox insanın yaşadığı bir metropoliten sahəsi olan inkişaf etməkdə olan bir mərkəzdir. Metro Manila Milli Paytaxtı Ərazisi (NCR) olaraq da bilinən 17 şəhər və bələdiyyədən ibarət olan Manila şəhərinin bir hissəsidir. Manila, 1,5 milyondan çox sakini olan Filippinlərin ikinci ən məşhur şəhəridir. Yalnız ölkənin keçmiş paytaxtı olan Quezon City bundan daha populyardır. == Etimologiya == Şəhərin Filippin dilindəki adı olan Maynilà, "indiqo (bitki cinsi) olan yer" mənasını verən may-nilà ifadəsindən gəlir.
Manisa
Manisa — Türkiyənin Egey regionunda şəhər və Manisa ilinin inzibati mərkəzi. "Şahzadələr şəhəri" olaraq da tanınır. Antik dövrdə "Magnesia", Roma İmperiyası dövründə tam adıyla "Magnesia ad Sipylum" olaraq xatırlanmışdır. Dünya dillərindəki maqnit və maqnezium sözlərinin mənşəyi Manisanın adıdır. Ənənəvi Beynəlxalq Mesir pastası Festivalı təşkil edilir. Festivalı fəaliyyətlərinə qürur qonağı ölkələr üçün gecə təşkil edilir.
Monika
Monika – ad. Monika Roxman — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Monika Krimadi — Albaniya siyasətçisi, parlament üzvü və Sosialist İnteqrasiya Hərəkatı Partiyasının aparıcı üzvü. Monika Ungureanu — Rumıniyalı cüdoçu. Monika Belluççi — italyan aktrisa və model. Monika Lampert — Macarıstan siyasətçisi və hüquqşünası.
Paktika
Pəktika vilayəti (puşt. پکتیکا) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Pəktika vilayəti ölkənin cənub-şərqində yerləşir. Vilayətin sahəsi 19 482 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 393.8 min nəfərdir. İnzibati mərkəzi Şaran şəhəridir. == Rayonlar == Vilayət 15 rayona bölünür: Bərməl Dilə Gəyan Gümal Mətaxan Nikə Omnə Ürgun Sərhövzə Sərubi Şərənə Vazəxva Vürməmey Yəhyaxil Yusufxil Ziruk == Əhalisi == Əhalisinin mütləq əksəriyyəti puştun dilində, 5 kəndin əhalisi (15 min nəfər) özbəkcə və 4 kəndin əhalisi (5 min nəfər) digər dillərdə danışır.
Panama
Panama Respublikası (isp. República de Panamá [re̞ˈpuβ̞lika ð̞e̞ panaˈma]) — Mərkəzi Amerikada ölkə. Qərbdə Kosta-Rika, şərqdə Kolumbiya ilə sərhəddir. 2012-ci ildə "New York Times" qəzetinin " dünyanın görməli yerləri" siyahısında Panama birinci yerdədir. == Əsas məlumatlar == Panama 9 əyalət, 3 muxtar əyalət və 2 komark (isp.comarca indígena)dan ibarətdir. Dövlət quruluşu - Demokratik Respublika. Dövlət və hakimiyyət başçısı - Prezident. Nazirlər kabinetini Prezident seçir, Prezident və vitse-Prezident ümumxalq səsverməsi ilə 5 ildən bir seçilir. Qanunverici orqan- birpalatalı Milli Assambleya(Asamblea Nacional)71 deputat, 5 illik müddətə seçilirlər. Panama Valyutası - balboa, 1903-dən, Panama Kolumbiyadan ayrılandan.
Panenka
Panenka — futbolda 11 metrlik cərimə zərbəsini yetirmək üçün fənd. == Tarixi == 1976-cı il Avropa Çempionatının finalında, Qərbi Almaniya və Çexoslovakiya komandaları qarşılaşdı. Oyunun əsas vaxtı 2-2 hesabı ilə başa çatdığı üçün, əlavə vaxt artırıdı. Əlavə vaxtda da qalib müəyyənləşmədikdə, penalti zərbələrinə keçilir. İlk 3 qarşılıqlı penalti zərbəsi qol ilə nəticələndi. Çexoslavakiya 4-cü penaltini də qola çevirdi amma alman futbolçu isə zərbəni dəqiq vura bilmədi. Növbəti zərbə üçün topun arxasına Çexoslavakiyalı yarımmüdafiəçi, Antonin Panenka keçdi. Əgər Panenkanın bu zərbəsi qolla nəticələnsə, onun ölkəsi Avropa çempionu olacaqdı. Hətta ekran başındakı azarkeşlərin də, həyacandan titrədiyi bir zamanda, Panenka, soyuqqanlılıqla topu göylə, yüngülcə qapının mərkəzinə göndərdi. Almaniyanın qapıcısı sol tərəfə uzanması ilə qol oldu və Çexoslavakiya avropa çempionu oldu.
Panisea
Panisea (lat. Panisea) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi. Cinsə aid bitkilərin vətəni Çin, Hindistan yarımqitəsi və Hind-Çin yarımadasıdır.
Paprika
Paprika (Amerika ingiliscəsində daha çox /pəˈpriːkə/, ingilis ingiliscəsində daha çox /ˈpæprɪkə/) qurudulmuş və üyüdülmüş qırmızı bibərdən hazırlanmış ədviyyat. Ənənəvi olaraq çili bibərini də əhatə edən Lonqum qrupunda saplaqlı bibər sortlarından hazırlanır, lakin qırmızı bibər üçün istifadə edilən bibərlər daha yumşaq olur və daha incə ətlidir. Bəzi dillərdə, lakin ingilis dilində deyil, paprika sözü ədviyyatın hazırlandığı bitki və meyvəyə, həmçinin Qrossum qrupuna daxil olan bibərlərə (məsələn, bolqar bibəri) aiddir.
Patoka
Patoka — qida qatqısı.
Alla Panova
Alla Vasilyevna Panova (rus. Алла Васильевна Панова) — Sovet aktrisası. == Həyatı == Alla Panova 22 dekabr 1948-ci ildə anadan olmuşdur. Voronejdə təhsil almış, 1966-cı ildə 23 saylı orta məktəbi bitirmişdir.1972-ci ildə Şepkin adına Teatr məktəbindən məzun olmuş, kinoda ilk rolunu 1973-cü ildə, sonuncu rolunu isə 1979-cu ildə ifa etmişdir. Hazırda Moskva şəhərində yerləşən "Yeni opera" teatrının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiridir.
Annika Dris
Annika Dris (d. 10 fevral 1992) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Annika Dris, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu.
Annika Ljungberg
Annika Ljungberg (tələffüz: [ˌanːika ˈʝɵŋˈʝɵbæɹʝ], tamamilə: Karin Annika Ljungberg, eyni zamanda Mary Joe) (31 Mart 1969, Stokholm) - İsveç müğənnisidir. Rednex qrupu ilə 1994-cü ildə tanınıb. == Çıxış etdiyi qruplar == Rednex "qrupu" == Rednex ilə nəşrlər == Cotton Eye Joe (1994) Old Pop in an Oak (1995) Sex and Violins (Album 1995) Wish You Were Here (1995) Wild and Free (1995) Rolling Home (1995) Riding Alone (1997) Mama Take Me Home (2006) Fe Fi (2006) Anyway You Want Me (2007) Looking for a Star (2007) Well o’ wee (2007) (feat. Ro-mania) Railroad, Railroad (2008) (feat.
Annika Seibel
Annika Seibel (30 noyabr 1983) — Almaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Annika Seibel Almaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Antonin Panenka
Antonin Panenka (d. 2.12.1948, Praqa, Çexoslovakiya) — çex futbolçu.
Banqka boğazı
Bangka Boğazı İndoneziya Yava dənizindəki Sumatra adasını Banqka (ind. Pulau Banka) adasından ayıran boğazdır.
Banska-Bistritsa
Bаnskа Bistritsа (slovak. Banská Bystrica, alm. Neusohl‎, mac. Besztercebánya) — Slovakiyanın mərkəzində şəhər. Bаnskа Bistritsа bölgəsinin inzibati mərkəzidir. Əhali 83 min nəfərdir. == Demoqrafiya == 2005-ci ildə şəhərdə yaşayan əhali sayı 81,704 nəfər təşkil etdi.
Banska Bistritsa
Bаnskа Bistritsа (slovak. Banská Bystrica, alm. Neusohl‎, mac. Besztercebánya) — Slovakiyanın mərkəzində şəhər. Bаnskа Bistritsа bölgəsinin inzibati mərkəzidir. Əhali 83 min nəfərdir. == Demoqrafiya == 2005-ci ildə şəhərdə yaşayan əhali sayı 81,704 nəfər təşkil etdi.