Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Parağa
Parağa — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Eyniadlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən 48 km şimal-qərbdə, Ordubad-Tivi avtomobil şose yolunun kənarında, Gilançayının sol sahilində, Zəngəzur Silsiləsinin ətəyindədir.Orta məktəbi, kulubu, kitabxanası, rabitə şöbəsi var. Əhalisi 344 nəfərdir. Əhalisi bağçılıq, meyvəçilik və heyvandarlıqla məşğuldur.
Parağa rayonu
Parağa rayonu — Azərbaycan Sovet Sosialist Respublikası Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında 1925–1933-cü illərdə mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Parağa kəndi olmuşdur. Rayona 15 kənd daxil idi. 1925-ci ildə yaradılan Parağa rayonuna aşağıdakı qəsəbə və kəndlər daxil edilib: Parağa. 1933-cü ildə isə Azərbaycanda yeni rayonlaşma aparıldı. Həmin vaxt Parağa kəndi yeni yaradılan və mərkəzi Naxçıvan şəhəri olan Naxçıvan rayonuna daxil edildi.
Barnaba
Həvari Barnaba — Kiprli xristian müqəddəsi. Barnaba da Modena — İtaliya rəssamı. Barnaba İncili — son orta əsrlərdə yazılmış qeyri-kanonik, psevdopiqrafik incil. Müqəddəs Barnaba kilsəsi — Venesiya şəhərində kilsə.
Larnaka
Larnaka (yun. Λάρνακα;türk. Larnaka) - Kipr Respublikasının şəhərlərindən biri. Limasol (yun. Λεμεσός) - Kipr Respublikasının şəhərlərindən biri. Kipr Respublikasında paytaxt Nikosiya şəhərindən sonra ən əhəmiyyətli iki şəhərdən biri hesab olunur (digəri Limasol). Şəhərdə Osmanlı və Xilafət dönəmlərinə aid bir sıra mühüm tarixi abidələr mövcuddur. Bunlardan ən tanınmışı Hala Sultan Xanəgahıdır. Eyni zamanda Kipr adasının ən böyük hava limanı olan Larnaka beynəlxalq hava limanı bu şəhərdə yerləşir. == Tarixi == Larnaka şəhəri eramızdan əvvəl XIV əsrdə Qədim Yunanıstanda yaşayan yunanlar tərəfindən Kition adı ilə salınmışdır.
Palanqa
Pаlаnqа (lit. Palanga) — Litvada kurort şəhəri. Kazimir Buqenin fikrinə görə, şəhərin adı – kurşsk mənşəlidir. Adın kökü pal- görünür ki, düzənliklərin və ya bataqlıqların landşaftı ilə əlaqədardır (məs. palös (palios) – "böyük bataqlıqlar, alçaq bataqlı yer"). Beləliklə Palanqanın ilkin adı alçaqlıq, bataqlıq, çaybasar çəmənlər və ya bunu kimi anlayışlarla bağlı ola bilər. İnsanların danışdığına görə, Palanqanın adı palanqe (lit. рalange, tərc. pəncərə altı) əmələ gələ bilər – guya ki haçansa balıqçıların evləri dənizə o qədər yaxın yerləşirdi ki, dalğa və qum evlərin pəncərə altına qədər çatırdı. Palanqa ərazisində insanların artıq 3000 il bundan əvvəl və ondan öncə yaşayırmış.
Paynaqan
Varnava
Barnaba (yun. Βαρνάβας; ağıl) — İsanın həvarisi olduğu mübahisəli olan Kiprli xristian müqəddəsi. Nottinqem kilsəsi. Barnaba İncili Послание Варнавы.// Памятники древней христианской письменности, т. II. Писания мужей Апостольских/ Пер. П. Преображенского. — М.: 1860.
Marağa
Marağa — İranın Şərqi Azərbaycan ostanında şəhər. Təbrizdən 130 kilometr cənub-şərqdə yerləşir. Marağa bağ-bağatı, meyvəsi, xüsusilə üzüm, doşab və kişmişi ilə məş­hurdur. Şəhər, meyvəsindən əlavə, taxılı və gözəl mərməri ilə də böyük şöhrət qazanmışdır. Həmçinin Marağa öz qədim Marağa rəsədxanası və bütün Azərbaycanda tanınan Marağa sabunuyla məşhurdur. == Etimologiyası == Bir çox mütəxəssis indiki Marağanı qədim tarixi qaynaqlarda adı çəkilmiş, Atropatenada yerləşən Vera şəhəriylə, habelə Fraata, Prasana, Fraaspa, Fraspa, Əfrahrud (rud farsca çay deməkdir) kimi toponimlərlə əlaqələndirir. Bəzi qaynaqlara görə, "Marağa" sözünün mənası "otlaq yeri" deməkdir. Marağa şəhərinin adını ərəb dilində "otlamaq" mənasındakı "mərəğə" sözüylə əlaqələndirib, bu adın "otlaq, at bəslənən yer" demək olduğunu qeyd edirlər. Lakin çox güman ki indiki Marağa toponimi ilə bağlı olan qədim toponimlərin (Fraata, Fraaspa, və s.) Azərbaycan ərazisinə ərəb xilafətinin axınlarının başlamasından xeyli əvvəl mövcud olduqları nəzərə alındıqda, bunun gerçək olması ehtimalı az olur. == Tarixi == Strabonun yazdığına görə, Atropatena hökmdarlarının yay iqamətgahı olan Qazaka və qış iqamətgahı olan Vera adlı iki paytaxt şəhərləri olmuşdur.
Paanqa
Paanqa — Tonqanın pul vahidi. Krause, Chester L.; Clifford Mishler (1991). Standard Catalog of World Coins: 1801–1991 (18th ed.). Krause Publications. ISBN 0873411501. Pick, Albert (1994). Standard Catalog of World Paper Money: General Issues. Colin R. Bruce II and Neil Shafer (editors) (7th ed.). Krause Publications. ISBN 0-87341-207-9.
Panama
Panama Respublikası (isp. República de Panamá [re̞ˈpuβ̞lika ð̞e̞ panaˈma]) — Mərkəzi Amerikada ölkə. Qərbdə Kosta-Rika, şərqdə Kolumbiya ilə sərhəddir. 2012-ci ildə "New York Times" qəzetinin " dünyanın görməli yerləri" siyahısında Panama birinci yerdədir. Panama 9 əyalət, 3 muxtar əyalət və 2 komark (isp.comarca indígena)dan ibarətdir. Dövlət quruluşu - Demokratik Respublika. Dövlət və hakimiyyət başçısı - Prezident. Nazirlər kabinetini Prezident seçir, Prezident və vitse-Prezident ümumxalq səsverməsi ilə 5 ildən bir seçilir. Qanunverici orqan- birpalatalı Milli Assambleya(Asamblea Nacional)71 deputat, 5 illik müddətə seçilirlər. Panama Valyutası - balboa, 1903-dən, Panama Kolumbiyadan ayrılandan.
Paraoa
Paraoa (fr. Paraoa) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Taiti atolundan 930 km cənub-şərqdə yerləşir. Adanın sahəsi 4 km²-dir. Daxilində laqun vardır. İnzibati baxımından Hao kommunasına daxildir. Ada 1767-ci ildə ingilis Samuel Vallis tərəfindən kəşf edilir. O, adanı Qloster olaraq adlandırır. 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Pardaq
Pardaqlama metalların və süni materialların mexaniki emal olunmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün pardaqlama materiallarından istifadə olunur. Buraya dairə formasında olan pardaq dairələrini, pastaları və qranulat şəklində olan abraziv materialları misal çəkmək olar. Proses zamanı alətdə olan hər bir kiçik dənəcik materialla kontakta girərək kiçicik yonqarlar çıxarırlar. Pardaqlama pardaq dəzgahlarında yerinə yetilrir. Pardaqlanan səthlər başqalarına görə daha dəqiq olur. Bu üsulla bərk materialları belə asanlıqla emal etmək olur. Səthlərin təmizliyi və dalğavarililiyi Rz= 1-3μm həddində yerləşir. Müasir incə pardaqlama üsulları ilə cilamaya bərabər ən təmiz səthlərin alınması mümkün olmuşdur. Pardaqlamanın cilalamadan həm də üstün cəhəti ondan ibarətdir ki, burada daha çox material qatı çıxarmaq mümkündür.
Parnas
Parnas (it. Parnaso) —İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri.Rafel əsəri 1511-cu ildə çəkmişdir.Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir.Parnas əsəri hal-hazırda Vatikanda saxlanılır.
Tanaqa
Tanaqa adası (ing. Tanaga, aleut. Tanax̂ax) — Andreyanov adaları qrupuna daxil olan ada. Adada daimi yaşayış yoxdur. Tanaqa 530 km² əraziyə malikdir. Bu göstərici ilə ABŞ-də 34-cü ən böyük ada hesab edilir. Adanın uzunluğu təqribən 43 km, eni isə 38 km-dir. Ada dağlıqdır, tundra bitkiləri, mamırlar, şibyə və qıjılarla örtülüdür. Maksimum hündürlüyü 1806 m olan Tanaqa vulkanıdır. Adada Tanaqa vulkanından başqa sönmüş Sajaka və Takavanqxa vulkanları da vardır.
Xanağa
Xanağa (Ordubad) Xanağa — Quba rayonunda mineral bulaq. Xanağa — Culfa rayonu ərazisində dağ.
Praqa
Praqa (çex. Praha, ing. Prague) — Çex Respublikasının paytaxtı. 31 dekabr 2007-ci il məlumatına əsasən əhalisi 1.212.097 nəfər (meqapolisdə 2.300.000 nəfər), sahəsi 496 km²-dir. Praqa zəngin tarixə və Roma, Qotika, İntibah və Barokko memarlıqlarına malikdir.Mərkəzi Avropanın siyasi, mədəni və iqtisadi mərkəzidir.Praqa, Bohemiya Krallığının paytaxtı və bir neçə Roma İmperatorlarının, xüsusən də IV Karlın (1346-1378-ci illər) iqamətgahı olmuşdur. Praqa, Habsburq monarxiyası və Avstriya-Macarıstan İmperiyası üçün əhəmiyyətli bir şəhər idi.Şəhər Bohemiya və Protestant İslahatlarında, Otuz İllik Müharibədə və 20-ci əsr tarixində Dünya Müharibələri ilə müharibədən sonrakı kommunist dövrü arasında Çexoslovakiyanın paytaxtı kimi böyük rol oynamışdır. Praqada bir çox tanınmış mədəni abidələr var, onların bir çoxu 20-ci əsr Avropasının təcavüz və dağıntılarından sağ çıxıb. Əsas görməli yerlərə Praqa qalası,Karl körpüsü, Praqa astronomik saatı olan Köhnə Şəhər Meydanı, Yəhudi Məhəlləsi, Petrin təpəsi və Vişehrad daxildir. 1992-ci ildən Praqanın tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Şəhərdə çoxsaylı teatrlar, qalereyalar, kinoteatrlar və digər tarixi eksponatlar ilə yanaşı ondan çox böyük muzey var.
FK Palanga
Palanqa FK (Litva dilində-Futbolo klubas "Palanga") - Litvanın futbol klubu. Palanqa şəhərində yerləşir. == Tarixi == 2011-cü ildə yaranan komanda. “Palanqa” stadionunda keçirir.
Hendra Purnama
Hendra Purnama (12 noyabr 1997) — İndoneziyalı oxatan. Hendra Purnama İndoneziyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Hendra Purnama birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Ukraynanın nümayəndəsi Viktor Ruban ilə üz-üzə gəldi. Həmin görüşdə Hendra Purnama rəqibinə 3:7 hesabı ilə uduzdu.
Həvari Barnaba
Barnaba (yun. Βαρνάβας; ağıl) — İsanın həvarisi olduğu mübahisəli olan Kiprli xristian müqəddəsi. == Barnaba şərəfinə tikilmiş kilsələr == Nottinqem kilsəsi. == Həmçinin bax == Barnaba İncili == İstinadlar == == Ədəbiyyat == Послание Варнавы.// Памятники древней христианской письменности, т. II. Писания мужей Апостольских/ Пер. П. Преображенского. — М.: 1860.
II Parnavaz
II Parnavaz — əslən erməni olan İberiya çarı. Bartom olaraq da tanınır. Publi Kanidi Krass ilə birlikdə Qafqaz Albaniyasına yürüş etmişdi. E.ə. 32-ci ildə Farnavazianlar nəslindən olan II Mirian İran ordusu ilə gələrək Parnavazı məğlub etdi, özünü və kürəkənini öldürdü. Qızı isə Ermənistana qaçdı və orda çarın nəvəsi Aderki doğuldu.
I Parnavaz
I Farnavaz (gürc. ფარნავაზ I) — İberiyanın ilk tarixi hökmdarıdır. Əmisi Samara Mtsxeta ətrafındakı gürcü qəbilələrinin başçısı (mamasaxlisi) idi. O knyaz Azoya qarşı silahlı üsyan qaldırmışdı. Ona bu işdə Kolxida hökmdarı Küji və Azoyun ordusundan 1000 əsgər də qoşulmuşdu. Parnavaz qalib gələrək 27 yaşında İberiyanın ilk hökmdarı oldu. Kartlis tsxovreba görə I Parnavaz Gürcü əlifbası yaradıcısı olduğu bilinir. == İslahatları == O Gürcüstanı müxtəlif eristaviliklərə böldü və hərəsinə bir idarəçi təyin etdi. Tiflisin 22 km şimalında baş tanrı Armazi üçün eyniadlı bir qüllə ucaltdı. 65 il hökmdarlıq etdikdən sonra öldü və yerinə oğlu I Saurmaq keçdi.
Palanqa FK
Palanqa FK (Litva dilində-Futbolo klubas "Palanga") - Litvanın futbol klubu. Palanqa şəhərində yerləşir. 2011-cü ildə yaranan komanda. “Palanqa” stadionunda keçirir.
Panagia Ekatontapiliani
Panagia Ekatontapiliani (sözbəsöz tərcümədə 100 qapılı kilsə deməkdir) və ya Panagia Katapoliani — Yunanıstanın Paros adasında yerləşən Parikiya şəhərindəki tarixi bizans kilsə kompleksi. Kilsə kompleksində, iki ibadətgah və xaç şəklində olan baptisteriya ilə əhatə olunmuş əsas ibadətgah yerləşir. Kilsə adının mənşəyi bəlli deyil, çünki onun yüz qapı və ya darvazası yoxdur. Bir nəzəriyyə əsasən bu "Katapoliani" ("Aşağı Şəhər kilsəsi") adının təhrif olunduğuna görədir, çünki o, Parikia şəhərinin aşağı hissəsinin dəniz sahilində yerləşir. Kilsə 326-cı ilə aid edilir. Ehtimal var ki, onun qədim xüsusiyyətləri, xristianlığın 391-ci ildə Roma İmperiyasının dövlət dini olaraq qəbul edilməsindən öncəki dövrə aid olunur. Kilsə, Roma imperatoru Böyük Konstantinin (hakimiyyət illəri 306–337) anası müqəddəs Yelena tərəfindən qurulduğu iddia olunur. Yelena bunu Müqəddəs Torpaqlara zəvvarlığı əsnasında, adada bir ibadətgahda ibadət etmək üçün dayandığı zaman etmişdir. Həmçinin, ərazidə sonradan aparılan tikinti işləri I Yustiniana bağlayırlar. Ərazi 18-ci əsrdə baş verən zəlzələ nəticəsində çox zərər gördü, lakin tədricən bərpa edildi.
Parnaiba çayı
Parnaiba (port. Parnaíba) — Braziliyanın şimal-şərqindən axan çay. Çayın uzunluğu 1450 km təşkil edir. Öz başlanğıcını Braziliya öndağlığından götürür. Mənbəyi Şapada-das-Manqabeyras dağıdır. Yuxarı axarlarda astanalar müşahidə edilir. Parnaiba düzənliyinə keçdikdən sonra isə gəmiçilik üçün yararlıdır (Terezina şəhərindən okean sahilinə qədər).
Pirzağa (Əbhər)
Pirzağa (fars. پيرزاغه‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,850 nəfər yaşayır (470 ailə).