Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bərəvat
Bərəvat— İranın Kirman ostanının Bəm şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,388 nəfər və 3,950 ailədən ibarət idi.
Hərəkat
Hərəkət sözünün aşağıdakı izahları vardır : obyektin məkanda yerini dəyişməsi Fizikada Mexaniki hərəkət — maddi obyektin digər maddi obyektlərə nisbətən fəzada vəziyyətinin daimi dəyişməsi. Broun hərəkəti Bir stasionar vəziyyətdən digərinə keçidin nəticəsi (Kvant fizikası). Yol hərəkəti Fəlsəfədə Hərəkət (fəlsəfə) — fəzada istənilən dəyişikliyi göstərən fəlsəfi kateqoriya. Biologiyada Hərəkət (biologiya) Təqribən eyni mənanı verən Hərəkat sözünün izahları: mütəşəkkil insan qrupunun məqsədli hərəkatı, məsələn: Muharibə əleyhinə hərakat Yaşıllar hərəkatı Gənclər hərəkatı və s.
Pərəməç
Pərəməç və ya bəleş (tatar. пәрәмәч, pәrәmәç , başq. бәрәмес, noq. паьремеш; başq. ваҡ бәлеш, tatar. бәлеш) — tatar və başqırd mətbəxlərində bir tərəfdən deşik ilə hazırlanan ət pirojkisi.
Prelat
Prelat — katolik kilsələrdə yüksək ruhani vəzifələrdən biri.
Primat
Primatlar (lat. Primates) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi. Bu dəstəyə meymunlar və insan da daxildir. Dəstədə 400-dən çox növ mövcuddur. Yaşburunlar (Strepsirrhini) Cırtdan lemurlar (Cheirogaleidae) Lemurlar (Lemuridae) Lepilemurlar (Lepilemuridae) İndrilər (Indridae) Əlayaqlılar (Daubentoniidae) Lorilər (Lorisidae) Qalaqolar (Galagidae) Quruburunlar (Haplorhini) Uzuntopuqlar (Tarsiidae) Oynağanlar (Callitrichidae) İlməquyruqlar (Cebidae) Gecə meymunları (Aotidae) Sakolar (Pitheciidae) Hörümçəyəbənzərlər (Atelidae) Əntərmeymunlar (Cercopithecidae) Hibbonlar (Hylobatidae) Hominidlər (Hominidae) Primatkimilər dəstəsinə daxil olan canlılar formasına və boyuna görə müxtəlifdir. Müasir primatlar Asiya, Afrika və Amerikanın tropik və subtropik ərazilərində, Zond və Filippin adalarında yaşayırlar. Ətrafları 5 barmaqlıdır, bu da onlara ağacdan möhkəm tutmağa imkan verir. Beyin yarımkürələri iri olur. Göz çuxurları kəllənin ön tərəfində yerləşir. Müəyyən edilmişdir ki, primatlar cücüyeyən məməlilərin qədim qruplarından əmələ gəlmişdir.
Peret
Peret — Qədim Misir təqvimində bir mövsüm, səpin vaxtı və ya məhsul mövsümü analmını verir. Yuxarı Misir üçün bu müddət oktyabr ayının əvvəllərinə, Nilin mənsəbində isə ortalarına dəlalət edir. Peret mövsümünə Ka-her-ka (oktyabrın əvvəli - noyabrın əvvəli), Şef-bedet (noyabrın əvvəli - dekabrın əvvəli), Rekeh-ver (dekabrın əvvəli - yanvarın əvvəli) və Rekeh-neces (yanvarın əvvəli - fevralın əvvəli) ayları daxildir.
Leonid Perelman
Leonid Perelman — SSRİ yazıçısı.
Petimat Petirova
Petimat Petirova (12 fevral 1982) — Çeçen şairəsi və jurnalisti, Çeçenistan Respublikası Yazıçılar Birliyinin və Çeçenistan Respublikası Jurnalistlər Birliyinin üzvü, 2017-ci ilin oktyabrından " Qoç" ədəbi-bədii jurnalının baş redaktorudur. 1998-ci ildə Elistanjinski orta məktəbini, 2004-cü ildə Çeçenistan Dövlət Universitetinin filologiya fakültəsini bitirir. Bir neçə il Xattuni kəndində rus dili və ədəbiyyatı müəllimi işləyir. 2006-cı ildən Qroznıda kitab nəşriyyatında işləmişdir. Petimat Petirova işdən asudə vaxtlarında sevdiyini edir — şeir yazır. Şairə ilk şerlər toplusunu 2009-cu ildə buraxır. Petimat yalnız Çeçen dilində yazır. 2008–2017 Petimat "Zori İslam" qəzetində baş redaktor müavini vəzifəsində çalışmışdır. 2006–2008-ci illərdə Qroznı şəhərində kitab nəşriyyatında çalışır. Petimatın şeirləri "Nana", "Orqa", "Vaynax", "Stelaqad" (Göyqurşağı) jurnallarında və "Islaman zanarsh", (Zori Islam) "Daimoxk", "Hiekharxo" qəzetlərində, "Zluqa" (Arı) yumoristik jurnalında nəşr olunur. .
Qriqori Perelman
Qriqori Perelman (rus. Григо́рий Я́ковлевич Перельма́н; 13 iyun 1966[…], Leninqrad) — Rusiya riyaziyyatçısı, Puankare hipotezini isbat etmiş şəxs. Qriqori Perelman 1966-cı ildə Leninqradda yəhudi ailəsində doğulmuşdur. Onun atası Yakop mühəndis-mexanik idi,1993-cü ildə İsrailə emiqrasiya etmişdir. Anası Lubov Leybovna Sankt-Peterburqda qalıb riyaziyyat müəllimi işləmişdir. Alimin anası skripka ifa edə bildiyindən, məhz o gələcək riyaziyyatçıda klassik musiqiyə həvəs oyatmışdır. 1982-ci ildə Budapeştdə keçirilən Beynəlxalq riyaziyyat olimpiadasında sovet məktəblilərinin komandasının tərkibində iştirak edən Perelman bütün məsələləri tam həll ederək qızıl medal qazanmışdır. Perelman Leninqradda 239 saylı fizika-riyaziyyat təmayüllü məktəbi bitirmişdi. Perelman yaxşı stolüstü tennis oynayırdı, musiqi məktəbinə gedirdi. O, imtahansız Leninqrad Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinə daxil olmuşdur.
REAL (hərəkat)
Respublikaçı Alternativ Partiyası və ya qısaca REAL (2020-ci ilədək ReAl) — Azərbaycan Respublikasında 25 dekabr 2008-ci ildə hərəkat olaraq təsis edilən, 31 avqust 2020-ci ildə dövlət qeydiyyatına alınan siyasi partiya. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Respublikaçı Alternativ Partiyasının üzvlərinin 71%-i kişi, 29%-i isə qadın olmuşdur. 2009-cu ildə keçirilən referendumda dəyişdirilən konstitusiyaya görə "bir şəxsin iki dəfədən artıq prezident seçiləbilməsi" REAL-ı hərəkətə keçirdi. REAL bunu cümhuriyyət təməllərinə zərər və xəyanət kimi gördü. Facebook üzərində 2009-cu ildə REAL Hərəkatı quruldu. 2013-cü il prezident seçkilərinə qatılmaq istəyən İlqar Məmmədov İsmayıllıda təşkil olunan mitinqlərə qatıldı. İlqar Məmmədov ictimai asayişi pozma səbəbindən 7 il müddətinə həbs edildi. Birinci dəfə təsis qurultayının keçirilməsinə cəhd 29 oktyabr 2017-ci ildə olub. Bu haqda məlumat 24 yanvar 2014-cü ildən elan olunub. Lakin Bakı şəhəri icra hakimiyyəti REAL-ın qurultay üçün yer ayrılması müraciətinə rədd cavabı verdi.
Sübhi Bərəkat
Sübhi Bərəkat (1889, Antioxiya – 1939, Antakya, Hatay ili) — Fransanın mandatı dövründə ilk Suriya prezidenti (1922–1925). Şükrü Balcı. Suriye eski devlet ve meclis reisi Suphi Berekât'ın iştediği şehadet. 1949.
Vadim Perelman
Vadim Perelman - amerikalı kinorejissor. Vadim Perelman 1963-cü ildə Kiyev şəhərində anadan olmuşdur. 1977-ci ildə ailəsi ilə birlikdə Vyana şəhərinə, oradan da Kanadaya köçmüşdür. 1990-cı ildən Los-Ancelesdə yaşayır.
Radia Perlman
Radia Perlman (ing. Radia Perlman; 18 dekabr 1951[…]) — amerikalı proqramçı və şəbəkə mühəndisi. O, şəbəkə körpülərinin işləməsi üçün əsas olan Spanning Tree Protocol (STP)(en) ixtirası ilə məşhurdur və bununla da "İnternetin anası" ləqəbini qazanmışdır.
İnqilabçı Hərəkat
İnqilabçı Hərəkat (türk. Devrimci Hareket) və ya tam adı ilə İmperializmə və Oliqarxiyaya Qarşı İnqilabi Hərəkat (türk. Emperyalizme ve Oligarşiye Karşı Devrimci Hareket) — İnqilab yolu ənənəsinin davamı olaraq nəşr olunan aylıq siyasi jurnaldır. Bu günə kimi 49 sayı işıq üzü görüb, ilk nömrəsi 1 fevral 1997-ci ildə çap olunub. 2004-cü ildə jurnalın yazarlarından olan Öndər Babatın öldürülməsi 2007-ci ildə THKP-C/Dev-Yol əməliyyatı zamanı jurnalla əlaqəsi olan bir çox adamın məhkəməsi, 2010-cu ildə isə baş redaktorunun məhkəməsi ilə gündəmə gəlmişdir. Derginin sitesi Arxivləşdirilib 2016-01-20 at the Wayback Machine Twitter Arxivləşdirilib 2016-04-18 at the Wayback Machine Facebook Arxivləşdirilib 2016-02-04 at the Wayback Machine Dergi Sahibine "Anonim Örgüt Propagandası"ndan Ağır Ceza Devrimci Hareket Dergisi:Yazarımız Mehmet Yeşiltepe Bir Komployla Karşı Karşıya Yeşiltepe neden içeride?
Yasir Ərəfat
Yasir Ərəfat (ərəb. یاسر عرفات‎, tam adı Məhəmməd Əbdürəhman Əbdürauf Ərəfat əl-Qüdvə əl-Hüseyni; 4 avqust 1929 və ya 24 avqust 1929, Qahirə, Misir – 11 noyabr 2004[…]) — Fələstin milli muxtariyyətinin 1-ci sədri (1994-2004), Fələstin Azadlıq Təşkilatının (FAT) lideri (1969-2004) və Nobel Sülh mükafatı laureatı (1994). FƏTH siyasi partiyasının qurucu üzvü olmaqla bərabər, 1959-cu ildən 2004-cü ilə qədər bu partiyaya rəhbərlik etmişdir. Ərəb milliyətçiliyi ideologiyasına sadiq idi. Fələstinin azadlığı üçün İsrailə qarşı mübarizə aparmışdır. Əvvəllər, İsrailin bir dövlət kimi varlığına qarşı çıxmasına baxmayaraq, 1988-ci ildə BMT Təhlükəsizlik Şurasının 242 saylı qərarını qəbul edərək bu fikrini dəyişdirmişdir. Ərəfat 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərində FƏTH təşkilatı daxili mübarizə içərisində İordaniya ilə açıq şəkildə qarşı-qarşıya qaldıqda olduğu kimi tez-tez anlaşılmazlıqların ortasında qalmışdır. Çox çətinliklə İordaniyadan çıxarılan və Livana yerləşən Ərəfat və FƏTH təşkilatı ölkənin işğala məruz qaldığı 1978 və 1982-ci illər aralığında İsrailin hədəfi oldu. Siyasi baxışlarından asılı olmayaraq, fələstinlilərin çoxu Ərəfatı azadlıq döyüşçüsü kimi tanıyırdı. Bunun tam əksi olaraq, israillilərin əksər hissəsi isə təşkilatın mülki insanlara qarşı həyata keçirdiyi bir çox hərəkətinə görə onu terrorçu olaraq görməkdədir.
Ərəfat dağı
Ərəfat dağı (ərəbcə جبل عرفة) Məkkənin 21 kilometr Cənub Şərqində olan Harəm sərhədləri xaricində qalan ovalıq görünümlü bir yerdir. Ərəfat dağı 454 metr hündürlükdədir. Bu dağ din tarixində Adəm və Həvvanın cənnətdən qovulduqdan sonra görüşdükləri yer olaraq bilinir. Məhəmməd ölümündən (Miladi 632) əvvəl vida xütbəsini on minlərlə adama bu dağda etmişdir. Həcc ziyarətinin qaydasına görə, zilhiccə ayının 9-da zəvvarlar dağın ətrafındakı Ərəfat çölündə gün doğandan, şam azanına qədər qalmalıdır və bu müddət ərzində bir anlıq da olsa belə, ayaq üstə qalxmalıdır.
Meri Perent
Meri Perent (1968, ABŞ) — Amerikalı prodüser.
Milliyyətçi Hərəkat Partiyası
Milliyətçi Hərəkat Partiyası (türk. Milliyetçi Hareket Partisi, qısa MHP kimi tanınır) – Türkiyədə mövcud olan siyasi partiya. MHP 8–9 fevral 1969-cu ildə Adanada keçirilən ümumi qurultayda quruldu, Cümhuriyyətçi Kəndli Millət Partiyası adını Milliyyətçi Hərəkat Partiyası olaraq dəyişdirdi. Böyük Konqresdən sonra ilk ümumi idarə heyəti iclasında və eyni zamanda MHP Gənclik Qolları ("Ülkü Ocaqları") üçün partiyanın emblemi "Üç Aypara" olaraq qəbul edildi. MHP 1969 və 1973 ümumi seçkilərində böyük bir müvəffəqiyyət qazana bilmədi. Suat Hayri Ürgüplü kabinetində "Türkeşçi" olaraq təyin olunan üç nazir vardı: Mehmet Altınsoy, Hazım Dağlı, Mustafa Kepir. 1965-ci il seçkilərində partiya 2,2% səs aldı. Milli Balans sistemi ilə 11 deputat seçildi. Bir senatoru var idi. 1968-ci ildə 14 millətvəkilindən dördü partiyadan istefa etdi.
Milliyətçi Hərəkat Partiyası
Milliyətçi Hərəkat Partiyası (türk. Milliyetçi Hareket Partisi, qısa MHP kimi tanınır) – Türkiyədə mövcud olan siyasi partiya. MHP 8–9 fevral 1969-cu ildə Adanada keçirilən ümumi qurultayda quruldu, Cümhuriyyətçi Kəndli Millət Partiyası adını Milliyyətçi Hərəkat Partiyası olaraq dəyişdirdi. Böyük Konqresdən sonra ilk ümumi idarə heyəti iclasında və eyni zamanda MHP Gənclik Qolları ("Ülkü Ocaqları") üçün partiyanın emblemi "Üç Aypara" olaraq qəbul edildi. MHP 1969 və 1973 ümumi seçkilərində böyük bir müvəffəqiyyət qazana bilmədi. Suat Hayri Ürgüplü kabinetində "Türkeşçi" olaraq təyin olunan üç nazir vardı: Mehmet Altınsoy, Hazım Dağlı, Mustafa Kepir. 1965-ci il seçkilərində partiya 2,2% səs aldı. Milli Balans sistemi ilə 11 deputat seçildi. Bir senatoru var idi. 1968-ci ildə 14 millətvəkilindən dördü partiyadan istefa etdi.
Çevik Hərəkat Dəstəsi
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsi — yaşıl beretlilər kimi tanınan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Xidmətidir.
Çevik Hərəkat Qüvvələri
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsi — yaşıl beretlilər kimi tanınan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Xidmətidir.
Pərəm (Heris)
Pərəm (fars. پارام‎) — İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 833 nəfər yaşayır (172 ailə).
Makedoniya Türk Hərəkat Partiyası
Makedoniya Türk Hərəkat Partiyası (türk. Makedonya Türk Hareket Partisi;) — 20 oktyabr 1999-cu ildə Şimali Makedoniyada türklər tərəfindən qurulan bir partiyadır. Qərargahi Skopye yerləşir. Qısa adı THP-dir. Gerbində qırımızı fonda aypara və ulduz qısaltması və ulduz var. THP-nin yuxarı hissədə qırmızı bir fonda əks olunan sarı bir lalə var. == Partiyanın ideoloji istiqaməti == Partiya insan hüquq və azadlıqlarının həqiqi tanınmasını təmin etmək, cəmiyyətin təməl dəyərlərini siyasətə daşımaq və onları hakim etmək, cəmiyyətin dincliyini və əmin-amanlığını təmin etmək, problemlərini gündəmə gətirmək məqsədilə qurulan siyasi partiyadır. Makedoniya türkləri gündəmə gəlir və problemlərə həll tapır. Şimali Makedoniyanın hər istiqamətdə inkişafı və demokratik dəyərlərini üstün tutması üçün mübarizə aparan plüralist, çox etnik, çoxmədəniyyətli bir siyasi partiyadır. Partiyanın əsas rolu və məqsədi Makedoniya Respublikasında demokratik dəyərlərin və qanunun aliliyinin geniş yayılması üçün siyasi iş aparmaqdır.
Milliyətçi Hərəkat Partiyası (Türkiyə)
Milliyətçi Hərəkat Partiyası (türk. Milliyetçi Hareket Partisi, qısa MHP kimi tanınır) – Türkiyədə mövcud olan siyasi partiya. MHP 8–9 fevral 1969-cu ildə Adanada keçirilən ümumi qurultayda quruldu, Cümhuriyyətçi Kəndli Millət Partiyası adını Milliyyətçi Hərəkat Partiyası olaraq dəyişdirdi. Böyük Konqresdən sonra ilk ümumi idarə heyəti iclasında və eyni zamanda MHP Gənclik Qolları ("Ülkü Ocaqları") üçün partiyanın emblemi "Üç Aypara" olaraq qəbul edildi. MHP 1969 və 1973 ümumi seçkilərində böyük bir müvəffəqiyyət qazana bilmədi. Suat Hayri Ürgüplü kabinetində "Türkeşçi" olaraq təyin olunan üç nazir vardı: Mehmet Altınsoy, Hazım Dağlı, Mustafa Kepir. 1965-ci il seçkilərində partiya 2,2% səs aldı. Milli Balans sistemi ilə 11 deputat seçildi. Bir senatoru var idi. 1968-ci ildə 14 millətvəkilindən dördü partiyadan istefa etdi.
Sosializmə doğru hərəkat (Boliviya)
Sosializmə doğru hərəkat – Xalqların suverenliyi üçün siyasi alət (isp. Movimiento al Socialismo—Instrumento Político por la Soberanía de los Pueblos; akronimi MAS (isp. Más, hərf. es – hərf. "Böyük") — Boliviyada solçu sosialist partiyası. 23 iyul 1997-ci ildə qurulmuşdur. Keçmiş prezident Evo Moralesin rəhbərlik edir. MAS koka istehsalçılarını dəstəkləyən ictimai hərəkat olaraq başlamışdı. Onun ilkin bazası həmkarlar ittifaqları və yerli xalqlar üçün hərəkatlar idi. Hərəkat bir ideologiya olaraq bolivarizm, antikapitalizm və antiimperializmi təbliğ edir. Bu gün MAS bərabərlik, yerli azlıqların hüquqları, torpaq və konstitusiya islahatları, əsas sənaye sahələrinin milliləşdirilməsini müdafiə edir. MAS Arxiv surəti 3 noyabr 2012 tarixindən Wayback Machine saytında Джеффрі Веббер.