Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nissa
Nissa (lat. Nyssa) — zoğalkimilər fəsiləsinə aid bitki cinsi. Nissa:The Plant List saytında takson barədə məlumat.
Pikşa
Pikşa (lat. Melanogrammus aeglefinus) — treskakimilər dəstəsinin treskalar fəsiləsinə aid balıq növü.
Pitsa
Pizza (it. pizza) — İtalyan mənşəli xəmir yeməyidir. Üzərinə bir çox ərzaq məhsulu qoyula bilər. Pendir, sosis, pomidor, kolbasa, bibər, zeytun, qarğıdalı kimi əsas ərzaqlarla yanaşı, bir çox fərqli məmulatların qoyulduğu pizzalar da var. Xüsusilə, ana vətəni olan İtaliyada və Amerika Birləşmiş Ştatlarında bir çox pizza növü yaradılmışdır. Dünyanın bir çox yerində pizza evə çatdırma xidməti vasitəsilə gətirildiyi üçün istehlak səviyyəsi olduqca yüksəkdir. Ola bilər ki, əsl pizza Qədim Yunanıstanda meydana gəlmişdir. Rasional yunanlar xəmiri şirə ilə yoğururmuşlar, bu xörək onlar üçün azuqə mənasını ifadə edirmiş. Əldə olunan yeməyi onların allahları sayılan Elladaya göndərirmişlər. Yunanların vaxtıilə hazırladığı bu pizza "plakuntos" adlandırılırmış.
Puşşa
Puşşa - Avropada mülayim qurşağın meşə zonasında çətin keçilən qalın meşə massividir.
Carex spissa
Carex spissa (lat. Carex spissa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Jurinea spissa
Jurinea spissa (lat. Jurinea spissa) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Pişva şəhristanı
Pişva şəhristanı — İranın Tehran ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Pişva şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 69,995 nəfər və 17,288 ailədən ibarət idi.
Verxnyaya Pışma
Verxnyaya Pışma — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Salix fissa
Dəfnəyarpaqlı söyüd (lat. Salix pentandra) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Avrasiyanın meşə və çöl zonalarını əhatə edir. Hündürlüyü 16 m-dək (bəzən 3- 5 m), gövdəsinin diametri 75 sm olan yumurtavari çətirli ağac və ya şaxələnmiş kiçik koldur. Cavan budaqları yapışqanlıdır, illik budaqları qara-qonur və ya sarımtıl rəngli, çılpaq və parlaqdır. Qoca gövdələrinin qabağı boz və ya tünd qonur, yarıqlı və pulcuqludur. Tumurcuqları yumurtavari, əyilmiş, hər iki tərəfi qonur, parlaqdır. Yalançı zoğları uzunsov və ya enli-yumurtavari, vəzicikli dişli, tez töküləndir. Yarpaqları möhkəm, dərili, üstü tünd yaşıl, parlaq, alt tərəfi açıq, yumurtavari-uzunsovdan enli-lansetvari, uzunluğu 5-13 sm, eni 2-4 sm, bünövrəsi küt, ucu iti, tamam çılpaqdır. Saplağı çılpaq, uzunluğu 0,2-1,4 sm-dir.
Pitsa lövhələri
Pitsa lövhələri — 1935-ci ildə Yunanıstandakı qədim Sikion şəhəri yaxınlığında Pitsada tapılmış dörd taxta lövhədən ibarət dəst. Müəyyən bir nəzir obyektinin salamat qalmış bu fraqmentləri qədim Yunanıstanın arxaik incəsənət dövrünə aiddir və qədim dəzgah rəssamlığının sağ qalmış ən qədim nümunəsi hesab olunur. E.ə. VI əsrə aiddir. Onlar Afina Milli Arxeologiya Muzeyinin eksponatıdır. Bütün lövhələrdən yalnız birində rəsm demək olar ki, tamamilə salamat qalmışdır. Sağ küncdəki ikinci planşetdə profildə dörd qadının təsviri var. Digər iki lövhə paltarın ətəyini təsvir edən fraqmentlərdir.
Ayn İssa
Əyn-İsa (bəzi mənbələrdə Eyn-İsa, Ayn-İsa Ayn İssa; ərəb. عين عيسى‎‎, kürd. Bozanê‎, türk. Ayn İsa) — Suriyanın Raqqa mühafəzəsinin Təll-Abyad rayonunda qəsəbə. Qəsəbə Təll-Abyad ilə Raqqa şəhərləri arasında yerləşir. == Tarix == Eyn-İsa 2015-ci ilin iyun ayında Xalq Qoruma Dəstələri (YPG), Qadın Qoruma Dəstələri (YPJ) və Raqqa İnqilabçılar Briqadası tərəfindən ələ keçirilmişdir. Baxmayaraq ki, çox keçməmiş İraq Şam İslam Dövləti döyüşçüləri tərəfindən yenidən zəbt edilmişdir, YPG qəsəbənin iyul ayının əvvəllərində yenidən ələ keçirmişdir. Suriya Ərəb Respublikasına tabe qoşunlar Əsəd rejiminin Suriya Demokratik Qüvvələri ilə apardığı danışıqlardan sonra 14 oktyabr 2019-cu ildə Eyn-İsanın nəzarətini ələ keçirmişdir ki, qəsəbənin Sülh Bulağı əməliyyatı çərçivəsində Türkiyə nəzarətinə düşməsinin qarşısını alsın. === Eyn-İsa qaçqın düşərgəsi === 2016-cı ilin aprel ayından bəri qəsəbənin yaxınlıqlarında Eyn-İsa qaçqın düşərgəsi fəaliyyət göstərir, hansı ki, 2018-ci ilin iyul ayında 9.000 məcburi köçkünə ev sahibliyi edirdi. Bu məcburi köçkünlərin əksəriyyəti Deyr əz-Zövr və Rəqqə mühafəzələridən gəlirdi.
Piss Christ
Piss Christ - 1987-ci ildə ABŞ rəssam və fotoqrafı Andres Serrano tərəfindən çəkilmiş foto əsəridir. Əsərdə fotoqrafın sidiyinin içinə salınmış kiçik plastik çarmıx təsvir edilmişdir. Əsər, ABŞ hökumət agentliyi olan, məzmunu təftiş edilmədən sənət layihələrinə dəstək üçün nəzərdə tutulmuş Milli Sənət Fondunun qismən sponsorluğu ilə Cənub-Şərq Müasir İncəsənət Mərkəzi tərəfindən təşkil edilmiş “Təsviri sənətlər mükafatı”na layiq görülmüşdür. Fotoda sarı mayenin dibinə çökmüş kiçik plastik çarmıx görünür. Sənətkar mayenin onun stəkana yığılmış sidiyi olduğunu bildirmişdir. Bu foto Serranonun klassik heykəl formalarının süd, qan, sidik kimi müxtəlif mayelərə salmaqla çəkdiyo xüsusi fotolar seriyasına aiddir. Əsərin tam adını sənətkar “Immersion (Piss Christ)” kimi qeyd edir. 150x100 sm ölçülü olan foto Ilfochrome nəşridir. Onun parlaqlığı və rəngləri dərin doymuşluq təsiri bağışlayır. Qızılı-çəhrayı təsvirdə kiçik şarlar gözə dəyir.
İssa Botaşlanı
İssa Botaşlanı və ya İssa Botaşov (qaraç.-balk. Боташланы Жарахматны жашы Исса: 6 sentyarb 1925, Gündələn, Nalçik dairəsi, RSFSR - 7 oktyabr 1991 Nalçik, RSFSR, SSRİ ) ― balkar şair, dramaturq, maarifçi. RSFSR əməkdar incəsənət xadimi, Kabarda-Balkarya Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti. Səhnə incəsənətinin təşkilatçısı, balkar dramaturgiyasının yaradıcılarından biri, balkar ədəbiyyatının klassiki, balkar poeziyasının və mahnı mədəniyyətinin inkişafına böyük töhfələr verib. İssa Botaşlanı 1925-ci ildə Köndələn kəndində kəndli ailəsində anadan olub. 1941-ci ildə kənd məktəbini bitirib, biçinçi kimi işləməyə başlayıb. Sonradan isə kənddə olan kolxozda qeydiyyatçı işləyib. 1942-ci ildən 1943-cü ilə qədər Sovet İttifaqı Kommunist Partiyasının Elbrus rayon komitəsində təlimatçı kimi fəaliyyət göstərib. 1944-cü ilin mart ayına qədər Balkar Dram Teatrının artisti olub. Balkarlar sürgün edildikdən sonra Orta Asiyada yaşamağa başlayıb.
İssa Məhəmməd
Salvia campanulata var. fissa
Salvia campanulata (lat. Salvia campanulata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Salvia campanulata var. codonantha (E.Peter) E.Peter Salvia campanulata var. fissa E.Peter Salvia campanulata var.
Hassa
Hassa — Hatay ilində ilçə.
Jissak
Jissak (fr. və oks. Gissac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kamares kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12109. Kommuna təxminən Parisdən 560 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 65 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 114 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 77 yaş arasında (15-64 yaş arasında) 59 nəfər iqtisadi fəal, 18 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76,6%, 1999-cu ildə 78.5%).
Lisse
Lisse (nid. Leiden)-Niderlandın Cənubi Hollandiya əyalətinin qərbində yerləşən şəhər. == Turizm və görməli yerləri == Lisse ən məşhur görməli yerləri Koykenhof bağıdır ki, fəqət yayda lalələr çiçəklənən zaman açıqdır.
Lısva
Lısva — Rusiya Federasiyasında yerləşən şəhər. Perm diyarına daxildir.
Massa
Massa — İtaliyanın Toskana regionunda şəhər.
Misra
Misra (ərəb. مصراع‎) — hecaların və ya saitlərin sayına görə sabit uzunluq ölçüsü olan söz sırasıdır və ya sintaktik vahiddir. Hecaların sayı misranın bir ölçüsü, qafiyə isə onun bitdiyini göstərən sonluq və ya ritmik nitq parçasının nöqtəsidir. Beləliklə, qafiyə ikili vəzifə daşıyır: bir tərəfdən misranın bitdiyi yeri göstərir, ikinci tərəfdən misranın poetik dilə mənsubluğunu göstərən ritmikliyi yaradan vasitə kimi çıxış edir. Yazılı poeziya sabitləşəndən sonra orta əsrlərdə qafiyə poetik ritmikliyin əsas və çox vaxt yeganə vasitəsi kimi qəbul edilmişdir. Bu, şeir dilinə formalist bir münasibət idi, çünki ritmikliyin digər mənbələrindən - musiqilikdən, ovqatdan, həmahəng fonem və morfemlərlə bəzənmiş olmasından sərfi-nəzər edirdi. Bu poeziyanın mahnıdan mətnə çevrilməsinin, musiqidən uzaqlaşmasının və formal tekstoloji bir sənətə çevrilməsinin nəticələri idi. Lirikanın dilində ritmikliyin ən kiçik vahidi misra (sətirlər) hesab olunur. Poetik ritmikliyin yaranması üçün ən azı ritmik baxımdan bir-birini tamamlayan iki misra lazımdır. Şərqdə və Azərbaycan folklorunda iki misralıq şeir formasına dübeyti və ya şah beyt də deyilir.
Nissan
Nissan Jidōsha Kabushiki Gaisha və ya Nissan avtomobil şirkəti 26 dekabr 1933-cü ildə Yaponiyanın Yokohama şəhərində yaradılmışdır. Adı 1934-cü ildə Nissan Motor Co. Ltd. olaraq dəyişdirilmişdir. Şimali Amerika, Avropa, Yaponiya, Afrika, Çin, İran və Cənub-şərqi Asiyada istehsal edilən "Nissan" Avropaya avtomobil ixracını 1962-ci ildə başladı. 1983-də Terrano II və Vanette Cargo modellərinin istehsalının reallaşdırıldığı "Nissan Motor İberica", İspaniyada fəaliyyətə başladı. 1984-cü ildə "Nissan"ın başqa bir fabriki, Motor Manufacturing İngiltərə quruldu. 1993-də şirkət Avropadakı varlığının 60 ilini qeyd etdi və yenə 1993-cü ildə İngiltərədə çıxarılan Micra ilin ən yaxşı avtomobili mükafatını aldı. Nissan 350Z Nissan Micra Nissan Qeydə Nissan Almera Nissan Primera Nissan X-Trail Nissan Pathfinder Nissan Murano Nissan Patrol Nissan Qashqai Nissan Cabstar Nissan Atleon Nissan NT500 Nissan Navara Nissan Pick-up "Nissan" 1990-cı illərdə maliyyə krizisindən xilas olmaq məqsədilə 27 mart 1999-cu ildə Renault ilə bir güc birliyi razılaşması imzaladı. Razılaşmaya görə Renault Nissanın idarə hissəsini satın aldı və şirkətin rəhbəri vəzifəsinə fransız Carlos Ghosnu təyin etdi.
Nitsa
Nitsa (fr. Nice) — Fransada şəhər. Fransız Rivyerasının ən çox səyahət edilən şəhəri – Nis şəhəri soyuq şimal küləklərindən qoruyan Dəniz sahili Alp dağları ilə əhatə olunan Mələklər buxtasının sahilində yerləşir. Nitsa Avropa qitəsinin cənubunda və Fransanın cənub-şərq hissəsində yerləşir. Nitsa – Alp, Provans, Korsika və İtalyanın görüşdükləri yerdir. Şəhər Mavi sahilin ən mənzərəli mərkəzi hissəsində yerləşir. Arxa planda Alp dağlarının zirvələri görünür. Bu zirvələrdən bəzilərinin hündürlüyü dəniz səviyyəsindən 3000 metrə çatır. Nitsa əlverişli iqlimə malikdir. Nitsanın iqlimi mülayim və sabitdir (havanın temperaturu +10 dərəcədən aşağı, yayda isə +25 dərəcədən yuxarı olmur).
Nyssa
Nissa (lat. Nyssa) — zoğalkimilər fəsiləsinə aid bitki cinsi. Nissa:The Plant List saytında takson barədə məlumat.
Orissa
Orissa — Hindistanın şərqində yerləşən ştatdır. Ərazisi 155 707 kvadrat kilometr, əhalisi 40 milyona yaxındır. Mərkəzi və ən böyük şəhəri Bhubenaşvardır. bundan başqa mühüm şəhərləri Anqul, Bhadrak, və Bolangirdir. Ştatda 2008-ci ildə hinduistlərlə xristianlar arasında dini zəmində toqquşmalar baş vermişdi. Nəticədə 50 000-dən çox xristian ştatı tərk edib.
Qisas
Qisas (ərəb. قِصَاص‎); Qədim cəmiyyətlərdə qisas prinsipi əsasən törədilmiş cinayətdə şəxsin və ya mənsub olduğu qəbiləsinin bərabər cəzalandırılmasını nəzərdə tuturdu. Yəni gözə göz, dişə diş, qulağa qulaq, cana can. Köhnə cəmiyyətlərdə cinayətdə fərdiyyət prinsipi olmadığı üçün cinayətkarın əvəzinə başqası, məsələn, ən yaxın qohumu cəzalandırılabilərdi, çox vaxt ölümün qəsdən olub-olmamasından asılı olmayaraq hər can üçün can və ya qan qiyməti alınırdı. Başqa bir tətbiq cinayətkarın və qurbanın sosial vəziyyəti ilə bağlıdır. Qəbilə anlayışında, bir adam başqa bir tayfadan bir qadını, köləni və ya şərəfli bir şəxsi öldürdükdə, "qatilin mənsub olduğu qəbilədən oxşar statusa malik" bir adam bunun müqabilində öldürüləcək. Ümumi bir adət olaraq, ağanın kölə, atanın uşağa, ərin arvadına öldürülməsi qisas cəzası ilə cəzalandırılmır və qadını öldürən kişiyə qarşı qisas tətbiq edilmir. İslamda tətbiq üçün əsas ayə Əl-Bəqərədir; 178 ayə; : Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə fərz edildi. Azad şəxs azad şəxsin, qul qulun, qadın da qadının əvəzində (öldürülə bilər).