Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Le-Pon-de-Kle
Le-Pon-de-Kle (fr. Le Pont-de-Claix) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Pon-de-Kle kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38317. Kommunanın 2006-cı il üçün əhalisi 11573 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 227 ilə 391 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 7 km cənubda yerləşir. == Əhalisi == Əhalinin dinamikası (INSEE): == Le-Pon-de-Kle xüsusiyyətləri == Le-Pon-de-Kle sənaye şəhəridir, çünki ərazisinin demək olar ki, üçdə bir hissəsi böyük bir kimyəvi platformadır.
Le-Şam-pre-Froj
Le-Şam-pre-Froj (fr. Le Champ-près-Froges) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38070. Kommunanın 2012-ci il üçün əhalisi 1229 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 220 ilə 826 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 20 km şimal-qərbdə yerləşir.
.gle
.google — İnternet Domen Ad Sistemində istifadə olunan, brendə aid yüksək səviyyəli sahə adı sonluğudur. 2014-cü ildə yaradılan, Google-un üst şirkəti olan Alphabet Inc. tərəfindən idarə olunur. Bu, bir brendin ictimai bir tor şəbəkə səhifəsinə aid ilk sahə adı sonluğudur. Digər Alphabet məhsullarını və sahə adlarını .google-a köçürmək üçün planlar mövcuddur. Google Sahə Adları, https://domains.google şəbəkə səhifəsində bir sahə adı qeydiyyatı xidmətidir. Bundan əlavə, Google şirkəti, .goog (https://partnergainage.goog və https://pki.goog kimi saytlar üçün) və .gle (goo.gle və forms.gle kimi qısaldılmış ünvanlar üçün) sahə adlarına da sahibdir. Eyni zamanda Quqlun bəzi səhifələri, aşağıdakı nümunələr kimi .google sahə adı sonluğu istifadə edir: https://about.google – Google məhsulları və şirkət məlumatlarını nümayiş etdirir. https://blog.google – Google məhsulları haqqında xəbərlər nümayiş etdirir. https://registry.google – Google-un sahib olduğu sahə adı sonluqlarını nümayiş etdirir.
PLC
Proqramlaşdırılabilən məntiqi kontroller (ing. programmable logic controller, PLC) - maşın və qurğulıarın idarə olunmasında tətbiq olunan düyümdür. Proseslərin idarə olunmasında istifadə olunan proqramlaşdırıla bilən avadanlıqdır. Bu düyümlər tətbiq sahəsindən asılı olaraq proqramlaşdırılıb tətbiq oluna bilirlər. Adətən elektronik şəkildə hazırlanmış bu düyümlər öz iş prinsipinə görə kompyuterlə oxşardır. Senzorlar və aktorlarla əlaqədə olan YPİ-sistemi proqram əsasında prosesin idarə olunması üçün siqnallar verir. Bu informasiya əsasında tənzimləyicilər maşınların bu və ya digər qurğuya qoşulmasını elə idarə edir ki, o tələb olunan funksiyanı yerinə yetirsin. İstənilən alqoritmi proqram şəklində PLC- yə yazmaq mümkündür. PLC-lər ən çox sənayedə texnoloji proseslərin idarə olunmasında istifadə olunurlar. Sahə cihazlarından gələn siqnallar giriş modulları vasitəsilə rəqəmsal şəkilə gətirildikdən sonra PLC- yə ötürülür.
Pele
Edison Arantes do Nascimento (Pelé) (23 oktyabr 1940[…], Tres-Korasoyns[d], Minas-Jerays – 29 dekabr 2022[…], Morumbi[d]) — dünya futbol tarixinin ən böyük futbolçularından biri. Braziliya milli futbol komandası ilə 3 dəfə Dünya Kubokunu qazanmışdır. İlk Dünya Kubokunu 1958-ci ildə İsveçdə keçirilən çempionatda almışdır. Bütün zamanların ən böyük oyunçularından biri kimi qəbul edilən və FİFA tərəfindən "ən böyük" adlandırılan Pele, 20-ci əsrin ən uğurlu və populyar idman xadimləri arasında idi. 1999-cu ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Əsrin idmançısı seçilib və Time siyahısına 20-ci əsrin 100 ən mühüm adamı kimi daxil edilib. 2000-ci ildə Pele Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən Əsrin Dünya Oyunçusu seçildi və FİFA Əsrin Oyunçusu mükafatının iki birgə qalibindən biri oldu. Onun 1363 oyunda 1279 qolu, Ginnesin Rekordlar Kitabına düşüb. Pele 1940-cı ilin 23 oktyabrında Braziliyanın Minas-Jerays ştatının elə də böyük olmayan Tres-Korasoyns şəhərində kasıb bir ailədə anadan olub. Futbol Edison üçün sevimli əyləncələrdən biri idi. Atası Dondino da keçmişdə futbolçu olduğundan oğlunun ilk müəllimi də məhz o olub və futbol haqqında bəzi sirləri də ona uşaqlığından ötürmüşdür.
Pələ
Pələ — ibtidai salın nisbətən təkmilləşdirilmiş forması hesab edilən su nəqliyyatı vasitəsi. XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda su nəqliyyatı vasitələrinin məhəlli-lokal xüsusiyyəti ilə fərqlənən növləri də mövcud olmuşdur. Naxçıvan bölgəsi üçün səciyyəvi olan, ibtidai salın nisbətən təkmilləşdirilmiş forması hesab edilən pələ belə su nəqliyyatı vasitələrindəndir. Quruluşuna və təyinatına görə su nəqliyyatı vasitəsi kimi kələk ilə oxşarlıq təşkil etsə də, ölçülərinə və yükgötürmə qabiliyytəinə görə pələ kiçik, kələk isə nisbətən iri ölçüdə hazırlanırdı. Pələni hazırlamaq üçün 15-20 sm diamterli və 2,2-2,5 m uzunluğunda ağacları bir-birinə paralel qoyur, baş, ortaya və ayaq hissələrinə isə köndələn şəkildə üç ağac bərkidirdilər. Beləliklə, ağacların arasıda əmələ gələn kvadratşəkilli sahələrə qoyun və keçi dərisindən hazırlanmış, içərisinə hava ilə doldurulmuş tuluqlar bağlanırdı. Bundan sonra pələnin üstünə çubuq çəpərə salınırdı. Pələ xüsusi çəp vasitəsilə hərəkətə gətirilir, kiçikhəcmli yüklərin və 2-3 sərnişinin digər sahilə keçirilməsi üçün nəzərdə tutulurdu.
PXE
PXE — İsveç-Britaniya müğənnisi Ecco2K(en)-nin ikinci mini-albomu. 31 mart 2021-ci ildə YEAR0001 tərəfindən buraxılıb. == Trek siyahısı == Bütün mahnılar Zak Arogundade Gaterud tərəfindən yazılmış və bəstələnmişdir.
Erta Ale
Erta Ale — Efiopiyadakı ən aktiv vulkandır. Afarca "dumanlı dağ" deməkdir. 1928-ci ildə italyan səyyah Ludovico M. Nesbitt tərəfindən kəşf edilib.
Future plc
Future plc — Birləşmiş Krallıq media şirkəti. 2006-cı ildə illik dövriyyəyə görə Birləşmiş Krallıqda 6-cı yeri tutmuşdur. Videooyunlar, texnologiya, avtomobil, motor idmanı, musiqi və s. kimi sahələrdə 150-dən çox jurnal nəşr edir. "Future plc" üç əsas oyun konsolu istehsalçısı üçün rəsmi məhsul jurnallarının naşiridir. London fond birjasında (FUTR) siyahıya alınmışdır. == Tarixi == "Future plc" 1985-ci ildə Somersetin eyniadlı şəhərində Kris Anderson tərəfindən təsis edilmişdir. Şirkətin tətbiq etdiyi yenilik jurnalın üz qabığına yapışdırılmış CD-də pulsuz proqram təminatının verilməsi olmuşdur. "Future plc" bu yanaşmadan istifadə edən ilk təşkilatdır. Anderson 1994-cü ildə şirkəti "Pearson PLC"yə 52,7 milyon funta satmışdır, lakin 1998-ci ildə şirkətin baş direktoru Qreq İngem "Apax Venture Partners" ilə birlikdə onu 142 milyon funta geri almışdır.
Jozefina Pla
Jozefina Pla (isp. Josefina Pla, 9 noyabr 1903, Lobos adası[d], Kanar adaları – 11 yanvar 1999, Asunson) — Paraqvay şairəsi, həmçinin dramaturq, roman və hekayələr müəllifi, ədəbi tənqidçi. Bədii keramika sahəsində də uğurları vardır. İctimai xadim və qadın hüquqları müdafiəçisi kimi də tanınır. == Həyatı == == Əsərləri == Bir çox şeir kitablarının müəllifidir. Onlardan bəziləri: El precio de los sueños, 1934 Una Novia para Josevai, 1950 La raíz y la aurora, 1960 Rostros en el agua, 1965 Invención de la muerte, 1965 Satélites oscuros, 1966 El polvo enamorado, 1968 Desnudo día, 1968 Luz negra, 1975 Antología Poética, 1927–1977 Follaje del tiempo, 1982 Tiempo y tiniebla, 1982 Cambiar sueños por sombras, 1984 La nave del olvido, 1985 La llama y la arena, 1985 Los treinta mil ausentes, 1985 De la imposible ausente, 1996 == "Hər şeyin göldən başlanğıcı var" şeirindən == Dünyada hər şeyə biganə bir göl səthində, Ağac çürüyü göy qurşağı, buludlar ada oldu. Hər şeyin göldən başlanğıcı var.
Kle (İzer)
Kle (fr. Claix) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Seyssine kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38111. Kommunanın 2006-cı il üçün əhalisi 7589 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 226 ilə 1960 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 9 km şimal-qərbdə yerləşir.
Montan-Pele
Montan-Pele (fr. Montagne Pelée) və ya Mon-Pele (fr. Montagne Pelée) — Karib hövzəsində, Martinika adasında püskürən vulkan. Hündürlüyü 1397 metrdir. 1902-ci ildəki püskürməsi fəlakətli olmuşdur. Vulkan külü, bombası və qaymalarından ibarət arığ istis bulud kraterdən qopmuş və Sen-Pyer şəhərini 26 min əhalisi ilə birlikdə məhv etimşdir. Lui-Ogüst Silbaris "Deadliest Eruptions". Pacific Disaster Center. 2012-03-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-30.
Ole Römer
Ole Römer (dan. Ole Christensen Rømer; 25 sentyabr 1644 – 19 sentyabr 1710) — 1676-cı ildə ilk dəfə işıq sürəti üçün uğurlu təxminlər etmiş danimarkalı astronom. Elmi ədəbiyyatda adı "Roemer", "Römer" və ya "Romer" olaraq da yazılır.
Ole Rømer
Ole Römer (dan. Ole Christensen Rømer; 25 sentyabr 1644 – 19 sentyabr 1710) — 1676-cı ildə ilk dəfə işıq sürəti üçün uğurlu təxminlər etmiş danimarkalı astronom. Elmi ədəbiyyatda adı "Roemer", "Römer" və ya "Romer" olaraq da yazılır.
PGE Arena
PGE Arena — Polşanın şimalında yerləşən Qdansk şəhərinin, 41 620 nəfər tamaşaçı tutumu olan idman qurğusu. 2008-ci ildə PGE Arenanın təməli qoyulub. İnşaat qiyməti 204 000 000 avro olan PGE Arena, 2011-ci ildə təhvil verilib və avqustun 14-də açılışı olub. 41 620 nəfər tamaşaçı tutumu olan PGE Arenada, UEFA Avro 2012-nin qrup mərhələsinin üç, 1/4 final mərhələsinin isə bir oyunu baş tutub.
Pla-Memo
Plastic Memories (プラスティック・メモリーズ, Purasutikku Memorīzu, azərb. Plastik xatirələr‎) və ya qısaca Pla-Memo (プラメモ, Puramemo) — Yoşiyuki Fucivaranın rejissorluğu ilə Doga Kobo studiyası tərəfindən istehsal olunmuş anime serialı. Anime serialının ssenarisini Naotaka Hayaşi yazmış, personajlarını Okiura dizayn etmişdir. Yaponiyada 5 apreldən 28 iyun 2015-ci ilə kimi yayımlanmışdır. "Plastic Memories"-də hadisələr yaxın gələcəkdəki bir şəhərdə baş verir. Bu şəhərdə insanlar normal insana çox oxşayan, emosiyalara və yaddaşa malik androidlərlə birlikdə yaşayırlar. Android istehsalında qabaqcıl şirkətlərdən biri olan SAI Corp indiyə qədər insana ən çox oxşayan android modeli Qiftiyanı (ing. Giftia) təqdim edir. Bir qiftiyanın ömrü 81.920 saat (təxminən 9 il 4 ay) təşkil edir. Bu zaman limitini keçdikdən sonra qiftiya şəxsiyyətini və yaddaşını itirir, insanlara qarşı şiddət tətbiq etməyə başlayır.
Pre-eyakulyasiya
Pre-eyakulyasiya və ya digər adı ilə boşalma öncəsi maye (həmçinin eyakulyasiya mayesi, pre-seminal maye və ya Cowper mayesi kimi də tanınır) — cinsi oyanma zamanı penisin uretrasından çıxan şəffaf, rəngsiz, yapışqanlı maye. Buna xalq arasında həzz suyu, zövq suyu, ləzzət suyu da deyirlər. Tərkibinə görə spermaya oxşayır, lakin fərqli kimyəvi tərkibə malikdir. Pre-eyakulyasiya mayesindəki spermanın varlığı az, yaxud da heç yox dərəcəsindədir. Əvvəlcədən boşalma yağlayıcı maddə və yaxud turşu neytrallaşdırıcısı funksiyasında çıxış edir.
Ülə (Salmas)
Ülə (fars. اولق‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə‎ 654 nəfər yaşayır (189 ailə).
Ole Hekkerup
Ole Hekkerup (27 yanvar 1971) — Danimarkalı siyasətçidir. Parlamentdə Sosial Demokratları təmsil etmişdir. O, ilk dəfə 1998–2001-ci illərdə Ryvang seçki dairəsindən (Şərq Böyük Seçki Dairəsi) və 2007-ci ildən 2015-ci ilə qədərki dövrdə isə Rinqsted seçki dairəsindən(Selend Böyük Seçki Dairəsi) seçkilərə qatılıb və parlamentə seçilib. O, eyni zamanda 2006-cı ildən 2007-ci ilin noyabrına qədər Paytaxt Regionunda regional şuranın üzvü olub. O, İrene və Klaus Hekkerupun oğludur. Bundan əlavə keçmişin nazir Per Hekkerupun nəvəsi və Hillerod Bələdiyyəsinin keçmiş meri və hazırkı MF və Sosial Demokratlar Partiyasının sədr müavini Nik Hekkerupun qardaşıdır. Ole Hekkerup Kopenhagen Universitetində siyasi elmlər üzrə bakalavr dərəcəsində təhsil almışdır və Karen Hekkerup ilə evlidir. Ole Hekkerup eyni zamanda Danimarka Parlamentinin Biznes Komitəsinin, Danimarka İmmiqrasiya və İnteqrasiya Siyasəti Komitəsinin, Danimarka Elm və Texnologiya Komitəsinin üzvü olmuşdur. Ole Hekkerup daha öncələr sosial-demokratik blokda bir sıra nüfuzlu vəzifələrində çalışıb. O, Hillerodda və Şimali Zelandiyada Danimarka Sosial Demokrat Gənclər Təşkilatının sədri, Kopenhagendəki Frit Forumunun və Ryvangkredsendəki Sosial Demokrat Partiyasının nümayəndəliyinin sədri kimi vəzifələri icra etmişdir.
Ole Hækkerup
Ole Hekkerup (27 yanvar 1971) — Danimarkalı siyasətçidir. Parlamentdə Sosial Demokratları təmsil etmişdir. O, ilk dəfə 1998–2001-ci illərdə Ryvang seçki dairəsindən (Şərq Böyük Seçki Dairəsi) və 2007-ci ildən 2015-ci ilə qədərki dövrdə isə Rinqsted seçki dairəsindən(Selend Böyük Seçki Dairəsi) seçkilərə qatılıb və parlamentə seçilib. O, eyni zamanda 2006-cı ildən 2007-ci ilin noyabrına qədər Paytaxt Regionunda regional şuranın üzvü olub. O, İrene və Klaus Hekkerupun oğludur. Bundan əlavə keçmişin nazir Per Hekkerupun nəvəsi və Hillerod Bələdiyyəsinin keçmiş meri və hazırkı MF və Sosial Demokratlar Partiyasının sədr müavini Nik Hekkerupun qardaşıdır. Ole Hekkerup Kopenhagen Universitetində siyasi elmlər üzrə bakalavr dərəcəsində təhsil almışdır və Karen Hekkerup ilə evlidir. Ole Hekkerup eyni zamanda Danimarka Parlamentinin Biznes Komitəsinin, Danimarka İmmiqrasiya və İnteqrasiya Siyasəti Komitəsinin, Danimarka Elm və Texnologiya Komitəsinin üzvü olmuşdur. Ole Hekkerup daha öncələr sosial-demokratik blokda bir sıra nüfuzlu vəzifələrində çalışıb. O, Hillerodda və Şimali Zelandiyada Danimarka Sosial Demokrat Gənclər Təşkilatının sədri, Kopenhagendəki Frit Forumunun və Ryvangkredsendəki Sosial Demokrat Partiyasının nümayəndəliyinin sədri kimi vəzifələri icra etmişdir.
NLE Choppa
NLE Choppa (əsl adı: Brayson Laşan Potts; 1 noyabr 2002, Memfis, Şelbi[d], Tennessi, ABŞ) — ABŞ repçisi. Tennessinin Memfis şəhərindən olan Choppa 2019-cu ildə buraxdığı "Shotta Flow" sinqlı ilə şöhrət qazandı. Bu mahnı Billboard Hot 100 hit-paradında yuxarı sıralarda qərarlaşdı, sonralar RIAA tərəfindən platin sertifikata layiq görüldü. Mahnı həmçinin onun həmin il yayımladığı "Cottonwood" mini-albomunda yer aldı. NLE Choppa ilk studiya albomu "Top Shotta"nı 2020-ci ilin avqustunda dinləyicilərə təqdim etdi. Albomun "Camelot" və "Walk Em Down" mahnıları Billboard hit-paradında ilk 10-luğa daxil oldu. 2023-cü ildə ikinci studiya albomu "Cottonwood 2"nu buraxmazdan əvvəl "From Dark to Light" və "Me vs. Me" miksteyplərini yayımladı. Albomun ən populyar treki "Slut Me Out" oldu. Brayson Laşan Potts 1 noyabr 2002-ci ildə Tennessinin Memfis şəhərində anadan olub.
Eldən-elə
Eldən-elə — Əzizə Cəfərzadənin Zeynalabdin Şirvanidən bəhs edən tarixi romanı. == Haqqında == Yazıçının "Xoş gördük, səyyah" adlı povestinin yenidən işlənmiş və genişləndirilmiş variantı kimi təqdim etdiyi "Eldən-elə" romanı Azərbaycan alimi və səyyahı Zeynalabdin Şirvaninin həyatından bəhs edir. "Eldən-elə" romanını Əzizə Cəfərzadə atası Məhəmməd Cəfər oğluna və coğrafiyaşünas alim Nurəddin Kərimovun xatirəsinə həsr etmişdir. Əsər 1992-ci ildə qələmə alınmışdır. == Məzmun == Həyatının otuz yeddi ilini səyahətlərdə keçirmiş olan bu görkəmli səyyah-mütəfəkkirin ömür yolunu vərəq-vərəq izləmiş, bir çox məqamlara aydınlıq gətirmişdir. Roman Zeynalabdin Şirvaninin uşaqlıq illəri ilə başlayır, beləcə səyyahın ömrünün sonunadək təsvir olunur. Burada alimin İran, Türkiyə, Hindistan, Pakistan, Orta Asiya, ərəb ölkələrinə səyahəti haqqında geniş təfsilatlı məlumat vermişdir. Ölkələr haqqında verilmiş zəngin məlumatlar əsərin oxunaqlılığını və inandırıcılığını təmin edir. Əsərdə Zeynalabdin Şirvaninin atası İsgəndər, anası Şirinbəyim,qardaşı Məhəmmədəli obrazları da yaradılmışdır. Atası çox ciddi, zəhmli, dininə çox bağlı biri kimi təsvir olunur.
Kef Elə
"Kef Elə" — Hüseyn Dərya tərəfindən ifa olunan rep.
Dle Yaman
"Dle Yaman" (erm. Դլե Յաման) — erməni ənənəvi melodiyası. Bu, iki insanın faciəvi sevgi macərasından bəhs edir. Melodiyanı Komitas Ermənistan yaylasında kəndlərə səyahəti zamanı aşkar etmişdir. O, fortepiano üçün sözləri və musiqini yenidən aranjeman etmişdir. "Dle Yaman" çox vaxt düdük ilə hazırlanmış solo bitlərlə şərh olunur. Zamanla mahnı xalq arasında hər il 24 apreldə anılan Erməni soyqırımının himnlərindən birinə çevrilmişdir.
Ale Khirtsizhiqo
Xırtsıjıqo Alə Cançat (adıq Джанчатэ Хъырцыжъыкъо Алэ) Çərkəz komandanı və əsgəri. Rus-Çərkəz Müharibəsində iştirak etmişdir. == Bioqrafiya == === Ad === Alənin soyadı Cançat olub, Xırtsıjıqo, Xırtsıjın oğlu mənasını verir. Çərkəzlərin '-qo' sonluqları olan həm soyadları, həm də ləqəbləri var. Bu əlavə, Türk dillərindəki '-oğlu' əlavəsi ilə eyni mənanı daşıyır. Edmund Spencerin kitabında 'Hirsiz Sultanoglu' kimi qeyd olunur. === Ertəki illəri === Çərkəzlər tarixlərini yazmadıqları və bütün məlumatlar xaricdən gəldiyi üçün Xırtsıjıqonun erkən həyatı haqqında çox az şey qeydə alınıb. Mənbələr, Çərkəzistanın Abadzex bölgəsinin Şax kəndində doğulduğunu və Cançatə nəsilindən olduğunu bildirir. Doğum tarixi məlum deyil, lakin 1776-cı ildə Don Kazaklarına qarşı təşkil edilən bir səfərə hələ gənc bir oğlan kimi qatıldığı qeyd olunub. === Rus-Çərkəz Müharibəsi === ==== Ünlənməsi ==== Xırtsıjıqo, qısa zamanda hərbi uğurları ilə tanındı.
Аpе
Ape (latış. ‎) — Latviyada şəhər, əhalisi 1.8 min nəfərdir. Riqadan 177 km. şimali-şərqdə, Estoniya sərhəddinin yaxınlığındadır. Estonca adı Hopadır.
ПМА "В-1" və ПМА "В-2" aşqarları
Pa-dе-Kale (departament)
Pa-dе-Kale (fr. Pas-de-Calais) — Fransanın şimal-qərbində yerləşən, O-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi — 62. İnzibati mərkəzi — Arras. Əhalisi - 1.472.589 nəfər (departamentlər arasında 7-ci yer, 2014-cü ilin məlumatları). Nor departamenti O-de-Frans regiounun bir hissəsidir, Nor və Somma departamentləri ilə sərhəddir. Şimaldan Şimal dənizinin suları, qərbdən Pa-de-Kale boğazı tərəfindən yuyulur. Ərazisi — 6671 km². Departamentin əsas şəhərləri Kale, Bulon-sür-Mer, Arras, Lans, Lyeven və Sent-Omer. Birinci Dünya müharibəsi dövründə Pa-dе-Kale də çox qanlı döyüşlər olmuşdur.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.