PLY

ply1

n 1. əymə, qatlama, bükmə; bükük, büküş; 2. burum, bir burum; sap, ip; 3. qat; three- ~ wool üçqat yun

ply2

v 1. məşğul olmaq; to ~ a trade bir sənətlə / peşə ilə məşğul olmaq; 2. səylə işləmək; to ~ a spade bellə işləmək; to ~ the needle tikişlə məşğul olmaq; 3. tovlamaq, dilə tutmaq, razı etmək, inandırmaq (bir şeylə)

PLUSHY
PLYWOOD
OBASTAN VİKİ
Gənclik plyaji filmi
Yeniyetmələrin çimərlik filmi — 2013-cü ildə çəkilən Disney Channel orijinal filmidir.
Plyaj
Çimərlik — su obyekti sahilində düzən relyefə malik ərazi. Çimərliklər əsasən su və küləyin eroziya fəaliyyəti nəticəsində meydana gəlir. Çimərliyi təşkil edən hissəciklər adətən qum, çınqıl, molyusk qabıqları və ya mərcan yosunları kimi bioloji mənbələrdən ibarətdir. Çöküntülər yerli dalğanın hərəkətindən və hava şəraitindən asılı olaraq müxtəlif sıxlıq və strukturlarda çökərək müxtəlif teksturalar, rənglər vəya material təbəqələri yaradır. Çimərlikdə akkumlyativ çöküntülər bir ərazilə yığılır. «Çimərlik» termini həmdə insanların kütləvi istirahət, çimmək və günəş vannasının qəbul olunduğu məkan kimi də işlənir. Çimərlik səht örtüyünə görə qum, balıqqulağı, Çınqıl, mərcan və s. ibarət olur. Səht örtüyü Qumdan ibarət olan çimərlik. Səht örtürü Qum-balıqqulağıdan ibarət olan çimərlik.
Plyastra
Pilaster, pılyastr və ya plyastra – memarlıqda divara yapışdırılmış sütun şəklində istifadə edilən bir tikinti texnikasıdır. Binalarda bəzək elementi kimi istifadə olunur. Dörd künclü bir sütun sütunun yarısı divarın içərisinə yerləşdirilmiş şəkildə olan şaquli bir sütundur. Bəzi hallarda pilaster yarı dairəvi formada da tətbiq oluna bilər. Ümumiyyətlə, binaların fasadında bir-birinə bağlanmış şaquli sütunlarla harmoniya şəklində görüntü yaratmaq üçün istifadə olunur. Bəzi hallarda, qapı və ya pəncərələrin kənarında bəzək kimi də istifadə edilə bilər. Qədim Roma və Qədim Yunanıstan memarlığında və İtalyan İntibahı dövründə geniş şəkildə istifadə edilmişdir. New Yorkdakı Carnegie Hallda tətbiq olunmuş və Almaniya, İspaniya, İtaliya və Hindistan kimi bir çox fərqli sivilizasiyalarda da izlərinə rast gəlinmişdir. İntibah və ya Yunan oyanışı memarlığı dövrlərində də geniş istifadə edilmişdir. Leone Battista Albertinin pilaster texnikasının binalarda tətbiq etmə xüsusiyyətlərini öyrənən Rudolf Wittkower, pilaster üçün aşağıdakı tərifi vermişdir: “Pilaster, sütundan divara keçid mərhələsi üçün son dərəcə ağıllı bir tətbiq texnikasıdır.
Plyevlya
Plyevlya (mont. Пљевља - Pljevlja) - Monteneqroda şəhər. Eyniadlı bələdiyyənin mərkəzidir. Əhalisi 30.786 nəfərdir.
Plyos
Plyos (rus. Плёс) — Rusiya Federasiyasında yerləşən şəhər, İvanovo vilayətinə daxildir.
Plyural mərkəz dil
Plyural mərkəz dil (həmçinin polimərkəz dili) — bir neçə müstəqil dövlətdə geniş yayılmış və hər biri öz norma və dil standartlarını müəyyənləşdirən təbii dil. Bu zaman dil variantları vahid dil çərçivəsində, ədəbi səviyyədə ümumi qaydalar işləyib hazırlamğa cəhd edirlər. Plyural mərkəs faktiki material əsasında de-fakto və nəzəri şəkildə de-yure olurlar. Alman dili. Almaniya, Avstriya və İsveçrə variantları vardır. İngilis dili. Öz variantlarına Böyük Britaniya və ABŞ malikdirlər; bununla belə bütün variantların yaxınlaşması hiss edilir. Kanda , bir qədər də Britaniya və Avstraliya variantları ABŞ varantına yaxınlaşırlar. İspan dili. Öz variantlarına İspaniya, Argentina, Meksika və digər ispandilli ölkələr malikdirlər.
Rostislav Plyatt
Rostislav Yanoviç Plyatt (30 noyabr (13 dekabr) 1908, Rostov-na-Donu, Don Voysko vilayəti[d] – 30 iyun 1989, Moskva) — polyak-yəhudi əsilli məşhur sovet aktyoru, SSRİ xalq artisti (1961). 13 dekabr 1908-ci ildə doğulub. 30 iyun 1989-cu ildə vəfat edib.
Plyuşkin sindromu
Silloqomaniya — yığıcılıq sindromu, yığıcılıq pozuntusu, kompulsiv yığıcılıq kimi tanınan psixi pozuntu. Bu pozuntu insanı digərlərinin dəyərli hesab etmədiyi və ya az əhəmiyyət verdiyi əşyalardan belə qurtulmağa qoymur. Bu psixoloji xəstəlik köhnə əşyalarla vidalaşa bilməməkdən qaynaqlanır. Kasıblıqdan tutmuş, tənbəlliyə, qənaətcilliyə qədər xeyli səbəbləri sadalanır. Əsas səbəb kimi köhnə əşyaların öz sahiblərinə verdiyi yaşanmışlıq duyğusunun hüznüdür, psixoloji sakitliyidir. İnsanlar bu psixoloji sakitliyi, rahatlığı itirməmək üçün köhnə əşyalarından imtina edə bilmir, hətta bəzən evi rəsmən zibilliyə çevirirlər. Fərd öz köhnə pencəyində özünü daha rahat, xoşbəxt hiss edir. Nə yazıq ki, fərdin silloqomaniyası kəllə-çarxa çıxanda ev köhnə əşyaların zibilliyinə çevirilir. Bu sindromdan əziyyət çəkən şəxslərin qarşısına çıxan lazımlı və ya lazımsız nə varsa götürüb evinə aparmaq halıdır. Bu şəxslər daha çox zibilliklərə atılmış əşyaları götürməklə məşğuldurlar.