Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elita
Elitar(lat. electus - "seçilmişlər") — cəmiyyətin yüksək ixtisaslı şəxsləri və ya hakim dairələrdə təsirə malik sosial qruplar. Çox vaxt bu anlayış müəyyən şəxslər qrupuna da aid edilir. Xüsusi fәrdi vә peşәkar keyfiyyәtlәrә malik şәxslәr qrupu. Bu keyfiyyәtlәr hәmin şәxslәri Elita-ya, yaxud bu vә ya digәr ictimai hәyat sferasının (elm, incәsәnәt vә s.), sosial hәrәkatların vә partiyaların seçmә tәbәqәsinә çevirir. Qәrb sosiologiyasında müxtәlif elita nәzәriyyәlәri mövcuddur. Hәmin nәzәriyyәlәrdә Elita vә xalq kütlәsi qarşı-qarşıya qoyulur; müәyyәn ictimai dövrün bitmәsi ilә Elitanın dәyişmәsi fikri irәli sürülür vә sübut edilir (V.Pareto, R.Mişels vә b.); hakimiyyәtdә olan Elitanın tәbiәti vә mahiyyәtinin sırf sosioloji izahı bәzi istisnalarla inkar edilir (Ç.R.Mills); Elita bәzәn ictimai rol bölgüsü, bәzәn dә mәşhur şәxslәrin, xarizmatik liderlәrin tәbii genetik xüsusiyyәtlәri ilә әlaqәlәndirilir. Bәzi Elita versiyaları Elitanın siyasi hakimiyyәtdә olduğu kimi, istehsalatda da inkarolunmazlığı fikrini dәstәklәyir. Belә ki, müәssisәlәrin texnoloji tәlәblәri vә tәşkilati şәrtlәri rәhbәr işçilәrin xüsusi tәbәqәsinin mövcudluğunu zәruri edir. "Elita" sözü ilk dəfə olaraq XVII əsrdə yüksək dəyərli və keyfiyyətli məhsulları, ilk növbədə parça üçün işlədilmişdir.
Lita
Litva litası, lita (lit. litas, çox sayda litai, litų) — 1922-1940 və 1993-cü ildən Litvanın pul vahidi. 100 sentdən ibarətdir (lit. centas, çox sayda centai, centų). ISO 4217 sistemində beynəlxalq kodu LTL. == Tarixi == Birinci dünya müharibəsindən sonra müstəqil Litva Respublikası ərazisində digər dövlətlərin valyutaları dövriyyədə idi. Milli pul vahidi olan lit dövriyyəyə 2 oktyabr 1922-ci il tarixindən buraxıldı. Litva SSRİ tərkibinə qatıldıqdan sonra (1940), 25 mart 1941-ci ildən lit SSRİ rublu ilə əvəz edildi. Lit yenidən dövriyyəyə ikinci müstəqillik dövründə, 25 iyun 1993-cü il tarixindən buraxıldı. == Valyuta kursu rejimi == 25 iyun 1993-cü ildən 31 yanvar 2002-ci ilədək lit ABŞ dollarına 4:1 nisbəti ilə bağlanmışdı, 1 fevral 2002-ci ildən isə avroya 3,4528:1 nisbəti ilə bağlandı. Bu nisbət Litvada avronun istifadəsinə qədər qalacaqdır.
Pita
Pita — Orta Şərq, Aralıq və Balkan mətbəxlərində məşhur olan girdə bir çörək növüdür.
Ana plata
Ana lövhə (ing. motherboard, ru. материнская плата) - kompüter sisteminin başlıca komponentlərini: prosessoru, operativ yaddaşı, şin kontrollerini, birləşdiriciləri və s. özündə saxlayan əsas lövhə. Yaddaş genişləndiriciləri və giriş-çıxış kartları da daxil olmaqla qalan lövhələr ana lövhəyə şin yuvaları vasitələrilə qoşulur. Ana lövhə və ya ana plata - (ing. Motherboard) kompüterin daxili əlaqələri ilə xarici qurğulara təsir göstərən və onları idarə edən xüsusi və əsas kompüter hissəsi. Ana (sistem) lövhə kompüterin daha effektli işləməsi üçün əhəmiyyətli rol oynayır. Ana lövhə müxtəlif ölçülərdə olur. Ana lövhə daxildən sistem blokunun korpusuna bərkidilir, bunun üçün də lövhə tipinə görə korpusa uyğun gəlməlidir.
Elita (dəqiqləşdirmə)
Elita — cəmiyyətin yüksək ixtisaslı şəxsləri. Elita (şərab) — Azərbaycan şərabı. Elita (qəzet) — 1996-2000-ci illərdə çıxan həftəlik ictimai-siyasi qəzet.
Eugenia polita
Eugenia polita (lat. Eugenia polita) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
La Plata
La Plata şəhəri
Veronica polita
Veronica polita (lat. Veronica polita) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bulaqotu cinsinə aid bitki növü.
İlita Daurova
İlita Daurova (rus. Или́та Кири́лловна Да́урова) — Sovet pilotu. İkinci Dünya müharibəsinin Şərq cəbhəsində döyüşmüşdür. İlk osetin qadın pilot kimi tanınır. == Həyatı == İlita Daurova 26 dekabr 1919-cu ildə Hussar Lamardon kəndində anadan olub. Uşaqlıqdan hərbi sahə ilə maraqlanan İlita Daurova on yaşında olarkən silah istifadə etməyi öyrənmiş və bir neçə dəfə ayı ovlamışdır. İbtidai məktəbi bitirdikdən sonra Stalin kolxozunda işləmiş, sonradan isə kolxoz sədri olmuşdur. Kolxozdan sonra XTNS-da işləməyə başlamışdır. 1934-cü ildə Komsomol üzvlərindən biri kimi "Artek"ə göndərildi. Burada döyüş təyyarəsi pilotu Hariton Salamov ilə tanış oldu və ona pilot olmaq istədiyini bildirdi.
Maket plata
Maket plata və ya maket lövhəsi, sxem lövhəsi (ing. Breadboard) — elektron cihazların prototiplərinin yığılması və modelləşdirilməsi üçün universal dövrə əmələ gətirən çap lövhəsidir.
Lita Qrey
Lita Qrey (ing. Lita Qrey; d. 15 aprel 1908 — ö. 29 dekabr 1995, əsl adı ing. Lillita Louise MacMurray) — Amerikalı kino aktrisası, Çarli Çaplinin ikinci həyat yoldaşı == Doğum == Lita Qrey 15 aprel 1908-ci ildə Amerikanın Kaliforniya ştatının Hollivud şəhərində anadan olmuşdur. Atası milliyətcə şotland idi. Anası isə Kaliforniyanın ispan ailəsində doğulmuşdu. == Həyatı == Lita Çarli Çaplinlə səkkiz yaşında olarkən kafedə tanış olmuşdur. Daha sonra 1921-ci ildə Çaplinin Körpə filmində "nazlı mələk" rolunu ifa etmişdir. 1924-cü ildə Çarli Çaplinlə ailə qurmuşdur.
Pita Taufatufa
Pita Taufatufa — Tonqa taekvondoçusu. Rio-de-Janeyroda keçirilən 2016 Yay Olimpiya Oyunlarının açılış mərasimində Tonqa millisinin bayrağını daşımışdır. Açılış mərasimindən sonra məşhurlaşmışdır. Belə ki, onun zahiri görkəminə vurulan braziliyalı qadınlar Pita Taufatufaya heyran qalmışlar.
10 lita
10 Litva litası (lit. dešimt litų) — Litva milli valyutası əskinası. Əskinas bütün Litva əskinasları kimi (500 litalıq əskinas istisna olmaqla) 135×65 mm ölçüyə malikdir. Əskinasın üzərində "Lituanika"(ru) təyyarəsi və pilotları Daryus Steponas(ru) və Stasis Qirenas(ru) təsvir olunub. == Tarixi == İlk dəfə 1922-ci ildə istifadə edilməyə başlayıb. 1941-ci ildə SSRİ-in Litvanı ilhaq etməsi ilə dövrəyyədən kənarlaşdırıldı və rublla əvəz olundu. 1992-ci ildə yenidən lita dövriyyəyə buraxıldı. Əskinas dörd dəfə müxtəlif seriyalarda dövriyyəyə buraxılmışdır (1993-cü ildə iki dəfə, 1997 və 2001-ci illərdə bir dəfə). 2007-ci ildən bəri on litalıq əskinas ən aşağı nominallı əskinasına çevrildi, çünki bir, iki və beş litalıq əskinaslar istifadədən çıxarıldı. == Dizayn == Əskinas tünd göy rəng sxeminə malikdir və olçüsü 136 millimetr (5,4 düym) × 65 millimetr (2,5 düym)dir.
Pita Limcaroenrat
Pita Limjaroenrat (tay พิธา ลิ้มเจริญรัตน์, Tim ləqəbi ilə tanınır; 5 sentyabr 1980, Banqkok) — Tailand siyasətçisi və iş adamıdır. O, İrəli Hərəkət Partiyasının lideri, ləğv edilmiş Gələcək İrəli Partiyasının faktiki varisidir.
Battle Angel Alita
Battle Angel Alita (azərb. Döyüş mələyi Alita‎) və ya Yaponiyada tanınan adı ilə Gunnm (銃夢, Ganmu, azərb. Silah yuxusu‎) – Yukito Kişiro tərəfindən 1990-cı ildə yaradılmış və Shueisha nəşriyyatının "Business Jump" jurnalında nəşr olunmuş manqa seriyası. Yaponiyada 9 cildi buraxılmışdır. İki cildi əsasında iki seriyalıq OVA adaptasiyası çəkilmiş və Şimali Amerikada ADV Films, Avstraliya və Yeni Zelandiyada isə Manga Entertainment tərəfindən buraxılmışdır. Manga Entertainment animeni ingilis dilinə dublaj da etmişdir. "Alita: Döyüş mələyi" adlı ABŞ bədii film adaptasiyasının 21 dekabr 2018-ci ildə buraxılması planlaşdırılır. Manqa seriyasında hadisələr postapokaliptik dünyada baş verir və kibernetika həkimi tərəfindən tullantıların arasında yaddaşı itmiş halda tapılan və təmir edilən Alita adlı kiborqdan bəhs edilir. Alita tezliklə fərqinə varır ki, hər şeyi unutsa da, Panzer Kunst adlı döyüş texnikasını unutmayıb. Bunun sayəsində Alita ovçu-döyüşçüyə çevrilir.
La Plata (şəhər)
La Plata və ya La-Plata (isp. La Plata) — Argentinada şəhər, Buenos-Ayres vilayətinin inzibati mərkəzi. La Plata çayının sahilində yerləşir. Şəhərin əsası rəsmi olaraq 19 noyabr 1882-ci ildə Dardo Roxa tərəfindən qoyulmuşdur. La Plata şəhərinin adı 1952 və 1955-ci illər aralığında Syudad-Eva-Peron olmuşdur. Şəhər Argentina birinci diviziyasında çıxış edən iki vacib kluba ev sahibliyi edir: Estudiantes de La Plata və Gimnasiya Esqrima La Plata. == İqtisadiyyat == === Maliyyə === La Plata şəhərində 1960-cı ildə təsis edilmiş fond birjası fəaliyyət göstərir. Bu birja Argentina Fond Birjaları sisteminin üzvüdür. La Platada ölkədə fəaliyyət göstərən bir çox bank təşkilatının filialı yerləşir. == Əhali == La Plata şəhərinin əhalisinin sayı 1960-cı ildən bəri aşağıdakı templə dəyişmişdir: 1960: 337,060 1970: 391,247 1980: 459,054 1991: 521,759 2001: 763,943 2010: 799,5232001-ci ildə La Plata 763,943 nəfər əhalisi ilə Argentinada ən böyük altıncı aqlomerasiya olmuşdur.
La Plata regionu
La-Plata hövzəsi ölkələri — Argentina, Paraqvay və Uruqvay Cənubi Amerikanın cənub-şərqində, La-Plata çayı hövzəsində yerləşir. Tərkibinə 3 respublika, həm də asılı ərazi — Böyük Britaniya ilə Argentina arasında münaqişəli Folklend adaları daxildir. La-Plata hövzəsi LA-nın yeganə regionudur ki, əsasən subtropik və mülayim iqlim qurşağında yerləşir. Cənub yarımkürəsində ən iri məhsuldar qaratorpaqlar olan Pampa La-Plata hövzəsində yerləşir. Bu ölkələr zəngin və müxtəlif faydalı qazıntı resurslarına malikdir. Regionun əhalisinin böyük hissəsi Avropadan gələnlərin nəsilləridir. Ərazisinin böyüklüyünə görə Cənubi Amerikada ikinci yeri tutan Argentina adambaşına düşən gəlirə görə LA ölkələri arasında ilk sıralardadır. Son illərdə emaledici sənayenin (metallurgiya, maşınqayırma, kimya) sürətli inkişafı Argentinanı İEÖ-lərə yaxınlaşdırmışdır. Ölkənin əsas istehsal gücü La-Plata hövzəsinin Pampasında təmərküzləşmişdir. Uruqvayda kənd təsərrüfatının heyvandarlıq sahəsi yüksək inkişaf etmişdir.
La Plata şəhəri
La Plata və ya La-Plata (isp. La Plata) — Argentinada şəhər, Buenos-Ayres vilayətinin inzibati mərkəzi. La Plata çayının sahilində yerləşir. Şəhərin əsası rəsmi olaraq 19 noyabr 1882-ci ildə Dardo Roxa tərəfindən qoyulmuşdur. La Plata şəhərinin adı 1952 və 1955-ci illər aralığında Syudad-Eva-Peron olmuşdur. Şəhər Argentina birinci diviziyasında çıxış edən iki vacib kluba ev sahibliyi edir: Estudiantes de La Plata və Gimnasiya Esqrima La Plata. == İqtisadiyyat == === Maliyyə === La Plata şəhərində 1960-cı ildə təsis edilmiş fond birjası fəaliyyət göstərir. Bu birja Argentina Fond Birjaları sisteminin üzvüdür. La Platada ölkədə fəaliyyət göstərən bir çox bank təşkilatının filialı yerləşir. == Əhali == La Plata şəhərinin əhalisinin sayı 1960-cı ildən bəri aşağıdakı templə dəyişmişdir: 1960: 337,060 1970: 391,247 1980: 459,054 1991: 521,759 2001: 763,943 2010: 799,5232001-ci ildə La Plata 763,943 nəfər əhalisi ilə Argentinada ən böyük altıncı aqlomerasiya olmuşdur.
Alita: Döyüş mələyi
Alita: Döyüş mələyi (ing. Alita: Battle Angel; yap. アリータ: バトル・エンジェル) – Yukito Kişironun "Battle Angel Alita" manqa seriyası əsasında çəkilmiş 2019-cu il istehsalı ABŞ kiberpank və macəra filmi. Ceyms Kemeron və Con Landaunun prodüserliyi, Robert Rodrigesin rejissorluğu, Kemeron və Laeta Kaloqridisin ssenaristliyi ilə çəkilən filmin 14 fevral 2019-cu ildə ekranlaşdırılması planlaşdırılır. Buraxılış və istehsal tarixi Kemeronun "Avatar" sikvelləri üzərindəki işlərinə görə daim ertələnmişdir. Filmin baş rollarında Roza Salazar, Kristof Valts, Cennifer Konnelli, Maherşala Ali, Ed Skreyn, Ceki Erl Heyli və Kian Conson çıxış edirlər. "Alita: Battle Angel"-da Dison İdo adlı kibertibb mütəxəssisi tərəfindən tapılan Alita adlı yaddaşını itirmiş kiborq qız əslində kim olduğunu kəşf etməyə çalışır. == Məzmun == Ceyms Kemeron Yukito Kişironun orijinal manqasının əsas hekayəsi və ilk 4 cildi əsasında filmi çəkməyi planlaşdırdığını bildirmişdir. O, xüsusilə 3-cü və 4-cü cildlərdə vacib yer tutan uydurma motorbol idman növünün filmə daxil edilməsini istəyir. == Rollarda == Roza Salazar Alita rolunda: əsas kiborq qəhrəman.
Lita Stettir Hallinqvor
Leta Stetter Hollinqvort (25 may 1886 – 27 noyabr 1939) — amerikalı psixoloq. Xüsusilə İntellekt əmsalı və istedadlı uşaqlar üzərində gördüyü işlər ilə tanınan psixoloqdur. İstedadlı uşaqlarla yanaşı, klinik psixologiya, təhsil psixologiyası və qadınların psixologiyası ilə bağlı araşdırmalar aparmışdır. Eyni zamanda qadınlarla bağlı stereotiplərin aşılmasına mühüm töhfələr vermişdir. == Həyatı == L. S. Hollinqvort 1886-cı ildə Nebraska-da anadan olmuşdur. Anasının erkən ölümü və atasının evi tərk etməsi səbəbiylə çətin bir uşaqlıq həyatı olmuşdur. 15 yaşında yerli qəzetlərdədə məqalələr dərc etməyə başladı. 1902-ci ildə orta məktəbi bitirdikdən sonra Nebraska Universitetində ədəbiyyat təhsili aldı. Bu vaxt, psixologiya aspirantı olan Harri Levi Hallinqvor ilə nişanlandı. Nişanlısı doktorluq təhsili almaq üçün Kolumbiya Universitetinə getdi və Ceyms Makkin Kettellin tələbəsi oldu.
Battle Angel Alita dünyası
Battle Angel Alita və ya Yaponiyada tanınan adı ilə Gunnm Yukito Kişiro tərəfindən 1990-cı ildə yaradılmış manqa seriyasıdır. Manqa seriyasında kibertibb mütəxəssisi Daysuke İdo tərəfindən tullantıların arasında yaddaşı itmiş halda tapılan və təmir edilən Alita adlı kiborqdan bəhs edilir. Alita tezliklə fərqinə varır ki, hər şeyi unutsa da, Panzer Kunst adlı döyüş texnikasını unutmayıb. Bunun sayəsində Alita kəllə ovçusuna çevrilir və özünün kim olduğu öyrənmək qərarına gəlir. Yukito Kişiro daha sonra "Ashen Victor" adlı spin-off manqası və "Battle Angel Alita: Last Order" ilə "Battle Angel Alita: Mars Chronicle" adlanan iki sikvel manqası yaratmışdır. Manqaka Yukito Kişiro manqa seriyasına uyğun olaraq postapokaliptik dünya yaratmışdır. Hadisələrin böyük hissəsi XXVI əsrdə Tiferes və Xarabalıq adlanan iki şəhərdə baş verir. "Ashen Victor" manqasında isə hadisələr əsasən Xarabalıq və Bedlenddə cərəyan edir. Xronoloji baxımdan üç manqada hadisələr ümumilikdə 20 il ərzində baş verir. "Last Order" manqasına dünyanın izahı daha geniş verilmişdir.
La-Plata hövzəsi ölkələri
La-Plata hövzəsi ölkələri — Argentina, Paraqvay və Uruqvay Cənubi Amerikanın cənub-şərqində, La-Plata çayı hövzəsində yerləşir. Tərkibinə 3 respublika, həm də asılı ərazi — Böyük Britaniya ilə Argentina arasında münaqişəli Folklend adaları daxildir. La-Plata hövzəsi LA-nın yeganə regionudur ki, əsasən subtropik və mülayim iqlim qurşağında yerləşir. Cənub yarımkürəsində ən iri məhsuldar qaratorpaqlar olan Pampa La-Plata hövzəsində yerləşir. Bu ölkələr zəngin və müxtəlif faydalı qazıntı resurslarına malikdir. Regionun əhalisinin böyük hissəsi Avropadan gələnlərin nəsilləridir. Ərazisinin böyüklüyünə görə Cənubi Amerikada ikinci yeri tutan Argentina adambaşına düşən gəlirə görə LA ölkələri arasında ilk sıralardadır. Son illərdə emaledici sənayenin (metallurgiya, maşınqayırma, kimya) sürətli inkişafı Argentinanı İEÖ-lərə yaxınlaşdırmışdır. Ölkənin əsas istehsal gücü La-Plata hövzəsinin Pampasında təmərküzləşmişdir. Uruqvayda kənd təsərrüfatının heyvandarlıq sahəsi yüksək inkişaf etmişdir.
La Plata Milli Universiteti
La Plata Milli Universiteti (isp. Universidad Nacional de La Plata, UNLP) — Argentina dövlət ali təhsil müəssisəsi. La Plata şəhəridə yerləşir. Universitet fəaliyyətə 1897-ci ildə doktor Dardo Roçanın rektorluğu ilə başlayıb. 1905-ci ildə vilayət təhsil naziri Xoakin Viktor Qonsales tərəfindən millilşdirilib. Yaranma tarixinə görə Argentinada Kordovo Milli Universistet və Buenos-Ayres Universitetindən sonra üçüncüdür. Universitetdə 91 135 tələbə 16 fakültədə 106 ixtisas üzrə təhsil alır. Universitetdə Azərbaycanşünaslıq fakültəsi fəalliyət göstərir.
La Plata vitse krallığı
Rio-de-la-Plata vitse krallığı (isp. Virreinato del Río de la Plata) — İspaniyanın Cənubi Amerikada yerləşən vitse krallığı. Bu krallığa günümüzdə mövcud olan Argentina, Uruqvay, Paraqvay və Boliviya kimi dövlətlərin ərazisini təşkil edirdi. 1776-cı ildə Peru vitse krallığından ayrılması nəticəsində meydana gəlmişdir. Öz mövcudluğunu 1810-cu il may ayına qədər qoruya bilmişdir. O dönəmdə siyasi və ictimai hadisələrin nəticədində vitse kral hakimiyyətdən uzaqlaşdırılmışdır. Bu hadisə tarixə may inqilabı kimi düşmüşdür. Paytaxtı —Buenos Ayres, Montevideo.
Rio-de-La-Plata
Rio de la Plata (İspan Gümüş Çayı) Cənubi Amerika çayları Rio Paraná və Rio Uruguay tərəfindən meydana gələn Atlantik Okeanının 290 km uzunluğunda və 220 km genişliyində. Şimal-şərqdə Uruqvayın paytaxtı Montevideo və cənub-qərbdə Argentinanın paytaxtı Bueno Aires şəhərləri var. Cənubi Amerikadakı ən əhəmiyyətli dəniz ticarət limanlarına ev sahibliyi edir.
Akita
Akita (şəhər) — Yaponiyada yerləşən şəhər. Akita (it) — Yapon işçi it növü. Akita prefekturası — Yaponiyada yerləşən prefektura.
Aliya
Aliya (termin)
Aplit
Aplit (yun. άπλόος – sadə) — xırda və ya narın dənəli, nadir hallarda porfirvarı ağ, açıq boz, sarımtıl və ya çəhrayı rəngli (ümumiyyətlə açıq rəngli) minerallardan – xırda izometrik kvars və çöl şpatlarından ibarət maqmatik damar (dayka) süxuru. Aplitlərə azqalınlıqlı daykalar və damarcıqlar şəklində qranit və qranitoid kütlələrində, bəzən isə onlardan kənarda ətraf süxurların çatlarında rast gəlinir. Apltlərdə cüzi miqdarda rəngli minerallar – maqnetit, mikalar, bəzən qələvi piroksenlər və amfibollardan başqa aksessor mineral kimi muskovit, bəzən qranat və turmalin, adi aksessor minerallar – maqnetit, ortit, həmçinin apatit və bir çox başqa nadir minerallar (ksenotim, xrizoberill, aleksandrit, topaz, anataz və s.) var. Mikrostrukturu aplit və ya panidiomorf dənəvərdir; dənələrinin forması çox halda qeyri-düzgün üçbucaqlı və ya qeyri-düzgün dairəvidir. Tərkibinə və yatım şəraitinə görə Aplit dayka və damarcıqları maqmanın qalıq turş ərintisinin intruziv kütlələrin və ətraf süxurların çatlarına nüfuz edərək kristallaşıb bərkiməsi nəticəsində əmələ gəlir. Belə ərintilər həmişə su və digər uçucu komponentlərlə zəngin olduğundan maqmanın soyuması zamanı həmin komponentlərin ərintidən ayrılması onun kristallaşmasını sürətləndirməklə yanaşı xırda dənəli strukturun əmələ gəlməsinə səbəb olur; qalıq ərinti qapalı şəraitdə kristallaşdığı zaman peqmatitlər əmələ gəlir. Sinonimləri – qranitin, qranomazanit, xaplit; növləri – qranit-aplit, qranodiorit-aplit, diorit-aplit, kvarslı diorit-aplit, kvarslı monsonit-aplit, monsonit-aplit, plagioqranit-aplit, kvarslı siyenit-aplit, siyenit-aplit, tonalit-aplit. Azərbaycan ərazisində aplitlərə ən çox Kiçik Qafqazın Gədəbəy, Daşkəsən, Qabaqtəpə, Üçtəpə, Dəlidağ, Mehri-Ordubad və s. intruzivlərin qranitoid kütlələrində təsadüf olunur.
Blida
Blida vilayəti — Blida vilayətinin ərazisi 1 575 Km2-dır. Blida vilayətinə 10 rayon daxilidir. Blida (şəhər) — Əlcəzairin şimalında şəhər, eyniadlı vilayətin inzibati mərkəzi.
ELIZA
ELIZA – 1964-1966-cı illərdə Massaçusets Texnologiya İnstitutunda (MIT) Cozef Veyzenbaum (Joseph Weizenbaum) tərəfindən yazılmış məşhur kompüter proqramı. Aktiv dinləmə texnikası əsasında işləyən proqram psixoterapevt ilə dialoqu təqlid (parodiya) edirdi. Proqram Bernard Şou’nun “Piqmalion” pyesinin qəhrəmanı Eliza Dulitl’ın şərəfinə adlandırılıb (pyesin qəhrəmanına “ali sinif insanların” dilində danışmaq öyrədilirdi). Proqram çox zaman, sadəcə, istifadəçinin fikirlərini başqa şəkildə ifadə edirdi. Məsələn, “Mənim başım ağrıyır” – “Niyə deyirsiniz ki, başınız ağrıyır?”, yaxud “Atamın məndən xoşu gəlmir” cümləsinə Eliza “ata” sözünü əsas götürərək, “Ailənizdə daha kimin sizdən xoşu gəlmir?” kimi reaksiya verirdi.
Elista
Elista — Rusiya Federasiyasında yerləşən şəhər Kalmıkiya Respublikasına daxildir
Litva
Litva (lit. Lietuva) köhnə Azərbaycandilli mənbələrdə Litfa və ya Litvaniya, rəsmi adı Litva Respublikası (lit. Lietuvos Respublika) — Avropada, Baltik dənizinin şərq sahilində dövlət. Şimalda Latviya, cənub-şərqdə Belarus, cənub-qərbdə Polşa və Rusiyanın Kalininqrad bölgəsiylə həmsərhəddir. 2004-cü ildən NATO-nun və Avropa İttifaqının üzvüdür. == Tarix == Bunu Litvanın İntibah dövrünün tətqiqatçılarından biri, fəlsəfə doktoru, professor Bronislav Qenzelis belə təsdiq edir. == Siyasət == Litva Polyaklarının Seçimi, lider: V.Tomaşevski. Liberal və Mərkəzçilik İttifaqı, lider: A.Zuokas. Liberal - Demokrat Partiyası, lider: V.Mazuronis. Litva Sosial - Demokrat Koalisiyası,lider: A.M.Brazauskas.
Lpina
Lpina — Çolanın şimal-qərbində Çola ilə Şəki arasında yerləşən Qafqaz Albaniyasının əyaləti. Həmin ərazidə qafqaz albanları, lpinlər, leqlər və başqa etnik qruplar yaşayırdı. Əyalətin adı yunanca lupen, ermənicə lpin adlandırılmış etnik qrupun adından götürülmüşdür. Çola və Lpina vilayətlərinin müəyyən mənada muxtariyyətə malik olması, separatçılıq meylləri Moisey Kalankatlınun "Albaniya, Lpina və Çola" adlı triadasında öz əksini tapmışdır. Hələ I-II əsrlərdə, Müqəddəs Yeliseyin apostolluq dövründə o üç ölkənin - Çola, Lpina və Albaniyanın müqəddəsi adlandırılmışdı. Bu triada ilə 626-630-cu illərin siyasi hadisələrində, bütün Albaniyanın, o cümlədən Çolanın xəzərlər tərəfindən işğal edildiyi dövrdə də rastlaşırıq. Xaqan oğlu Şat deyirdi ki, onun atası üç ölkəni - Albaniya, Lpina və Çolanı əbədi hakimiyyət altına almışdır. Həmin mülahizəyə əsaslanan K.V.Trever belə bir qənaətə gəlir ki, VII əsrdə “Albaniyanın tərkibində olan Lpina və Çola vilayətləri müəyyən daxili müstəqilliyə malik idilər və görünür, elə bu, Albaniyadan sonra həmin yerlərin adının sadalanmasına səbəb olurdu”.Lpina VI-VII əsrlərdə türkdilli köçərilərin yürüşləri ilə əlaqədar basqınlara məruz qalmışdır.
Palitra
Palitra (ing. palette) – 1. Rəsm proqramlarında və ya qrafik redaktorlarda: mümkün rənglər toplusu. Palitranın rənglər toplusu kompüterin aparat təminatının imkanları ilə müəyyən olunur (o, ilk növbədə monitorun və videoadapterin xarakteristikalarından asılı olur). Bəzi rənglər “hazır” verilir, qalanlarını isə özünüz ala bilərsiniz. Bəzi proqramlarda palitrada obyektlərin içərisini doldurmaq üçün naxışlar, müxtəlif növ çərçivələr (qıraqlar), çeşidli rəsm alətləri də olur. 2. Rənglər cədvəlinin konkret anda ekranda əks etdirilə bilən rəngləri müəyyən edən altçoxluğu. Palitradakı rənglərin miqdarı bir pikseli göstərmək üçün istifadə olunan bitlərin miqdarı ilə müyyən olunur. Məsələn, 4 bitlə göstərilən piksel 16 rəngdən biri ola bilər.
Paqta
Paqta (və yaPaqtıqan) - türk və altay xalq mədəniyyətində bir növ bərəkət mərasimi. Bu bayramın qoruyucu ruhu olan Baxtı Xan adına təşkil edilir. Qoça, Saya, Payna, Paqta dördlü bir mərasim silsiləsi meydana gətirirlər. Bundan başqa Şumer ənənəsindən yaxın şərq və orta Asiyaya yayılan və bu sıralamaya uyğun düşən Narduqan bayramı bilinir. == Etimologiya == (Bax/Bağ/Baq/Paq) kökündən törəmişdir. Güdən, gözləyən deməkdir. Baxmaq feli ilə eyni mənşəyə malikdir. Baxşi (şaman) sözü ilə də əlaqəli görünməkdədir. == Azərbaycan mədəniyyətində yeri == Azərbaycan xalq inancında Ay və Günəş sevgilidir. Onların sevgisi əbədidir, amma heç vaxt birləşə bilməzlər.