Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Plüm
Plüm - [lat. pluma-lələk] alt mantiyadan Yer qabığına qalxan mantiya şırnaqları; alt mantiya maddəsi olub, seysmoayrıcıdan (660 km yuxarı) nüvə-mantiya sərhədinədək yerləşən "isti", aşağı sıxlıqlı qatdan əmələ gəlir. Mantiya şırnaqları və "isti nöqtələr" konsepsiyası plitədaxili maqmatizm hadisəsini izah etmək üçün S.Vilson (1963–1965) və S. Morqan (1971) tərəfindən irəli sürülmüşdir. Konsepsiya belə bir fikirə əsaslanır ki, mantiya şırnaqları – plümlər mantiyanın çox dərin qatlarında yaranır və daha yüksək səviyyədə hərəkət edən litosfer plitələri sanki "yandıraraq" xətti vulkan silsilələri (okeanda-vulkanik adalar) əmələ gətirir və "qızmar (isti) nöqtələrlə" kəsişən plitələrin hərəkəti istiqamətində, qanunauyqun sürətdə onların yaşını get-gedə qədimləşdirir . Mantiya Yer qabığı Litosfer plitə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Lur
Lurlar — Qərbi İranda yaşayan xalqdır. Dilləri Hind-Avropa dil ailəsinin Hind-İran qrupuna aiddir. Dillərinə ən yaxın dil fars dilidir. İranda məskunlaşmış lurlar dil baxımından iki qrupa ayrılır: Şimali lur dilində danışanlar Luristan ostanının mərkəzi və cənubunda, Xuzistan ostanının şimalında, Həmədan ostanının cənubunda, Mərkəzi ostanın cənubunda, İlam ostanında və saylarının təxminən 1.767 milyon (2010-ci il) nəfər olduğu ehtimal olunur . Cənubi lur dilində danışanlar Kohgiluyə və Boyer-Əhməd ostanında, Xuzistan ostanının şərqində, Fars ostanının şimali-qərbində (lurların yarımqrupu olan mamasani və şuli tayfaları) və Şiraz şəhərində məskunlaşmışlar və saylarının təxminən 916 min (2010-cu il) nəfər olduğu ehtimal olunur .
ATV Plus
ATV Plus — 16 avqust 2013-cü il tarixində fəaliyyətə başlamış efir-kabel televiziyası. Azad Azərbaycan Teleradio Yayım şirkətinin tabeliyindədir. Yayım, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Teleradio İstehsalat Birliyinin "Teleqüllə" Müəssisəsindən aparılır. Bakı, Sumqayıt və Abşeron yarımadasının ərazisində yaşayan sakinlər bu xidmətə qoşula bilərlər. 2014-cü ilin sonuna kimi kanalların sayının 120-yə çatdırılacağı gözlənilir. 2013-cü ilin dekabr ayında Rusiyanın "NTV+ Premyera" və "Disney Channel" kanallarının yayımı dayandırılmış, əvəzində Türkiyənin Kanal D və Rusiyanın "Pervıy Kanal" kanallarını yayımına başlanmışdır. 2013-cü ilin dekabr ayında Rusiyanın "Kto Yest Kto" kanalının yayımı dayandırılmış, həmin kanalın tezliyində Azərbaycannın "Region TV" kanalının yayımına başlanmışdır. 2014-cü ilin fevral ayında Türkiyənin "MCJ Shopping" kanalının yayımı dayandırılmış, həmin kanalın tezliyində Türkiyənin "Samanyolu Haber" kanalının yayımına başlanmışdır. 21 aprel 2014-cü il tarixində "Viasat History", "TV 1000", "Rossiya 24" kanallarının yayımı dayandırılmışdır. 21 aprel 2014-cü il tarixində "İnterAz", "Mir" və "Mir 24" kanallarının yayımına başlanmışdır.
Blur Studio
Blur Studio — CGI vizual effektləri, CGI animasiyası və CGI dizaynı üzrə ixtisaslaşan ABŞ istehsalat şirkəti. Kaliforniyanın Kalver-Siti şəhərində yerləşən studiya CGI cizgi filmləri, televiziya üçün tizerlər və reklam çarxları və videooyunlar üçün CGI videoları istehsal edib. == Tarixi == Studiya 1994-cü ilin sentyabrında David Stinnett, Tim Miller, Ket Çepmen və Əl Şiyer tərəfindən yaradılmışdır. 2000-ci illərin əvvəllərində studiya "The Lego Group"-un "Bionicle" oyuncaqlar xətti ilə maraqlanmağa başladı və və "Bionicle" filmi üçün bir ideya irəli sürdü və bunun üçün "Tahu Nuva vs Kohrak" adı altında qısa bir sınaq pitçi yaradıldı. Layihə Lego tərəfindən qəbul olunmasa da, 2003-cü ildə videofilmi çəkildi. Filmin yekun animasiyası sonunda "Creative Capers Entertainment" tərəfindən hazırlandı. Studiya 2004-cü ildə ən yaxşı qısametrajlı cizgi filmi nominasiyasında 2004-cü ildə Akademiya Mükafatına namizəd olan "Sünbülqıran pərt oldu" qısametrajlı filmi üzərində işləmişdir. 2009-cu ildə onlar Akademiya Mükafatına layiq görülmüş "Avatar" filmində uydurma mühit görüntüsünün yaradılmasına kömək etmişdilər. 2011-ci ildə "Blur" Stiq Larsson "Minillik" trilogiyasının birinci kitabı əsasında və Devid Finçer tərəfindən çəkilən "Əjdaha döyməli qız" filminin əvvəlində göstərilən videonu düzəltmişdir. Studiya "Cənubi Park: daha böyük, daha uzun və kəsilməmiş" tammetrajlı filmi üçün "Cənnət və cəhənnəm" hissəsini yaratmışdılar.
Google Plus
Google+ (bəzən "Google Plus" olaraq da bəhs edilir və G+ şəklində qısaldılır), qurucusu olan Google tərəfindən idarə edilən sosial şəbəkə. 28 iyun 2011 tarixində duyurulan servis ilk vaxtlarda dəvət sistemi ilə istifadəçi qəbul etmiş, 20 sentyabr 2011 günündən etibarən isə sayta qeydiyyatlar gerçək adını istifadə etmək şərti ilə 18 yaş üzəri hər kəs üçün açılmışdır. Google+, Google Profillər üzərinə inşa edilmişdir. Google Buzz kimi digər Google proyektlərində də enteqrə işləyən servis Çevrələr, Mövzular və Video Söhbət Otaqları kimi sosial şəbəkə dünyasında yeni olan funksiyalar mövcuddur. Mobil proqramlar ilə də daxil oluna bilən Google+, Google-un ən böyük sosial şəbəkə girişimi olaraq 800.000.000 istifadəçisi olan Facebookun rəqibi olaraq görülməkdədir. Bu servis, Google Buzz, Google Friend Connect və Orkut'un ardından Google-un dördüncü sosial şəbəkə girişimidir. 27 dekabr 2011 tarixində 62.000.000 istifadəçi barajını aşan Google+un böyümə analizi göz önünə alındığında hər gün 625.000 yeni istifadəçi qazanaraq 2012 ili sonunda 400.000.000 istifadəçi barajını aşacağı təxmin edilmişdir. 2012 ili dekabr ayı etibarı ilə Google+ 500 milyon istifadəçi sayını keçmişdir. 52,5 milyon istifadəçini əhatə edən təhlükəsizlik boşluğunun aşkarlanması ilə əlaqədar olaraq, Google 2 aprel 2019-cu il tarixində xidməti fərdi və kommersiya məqsədli istifadə üçün bağladı.
NTV Plus
NTV Plus (rus. НТВ Плюс) — Qazprom Media-nın rəqəmsal peyk operatorudur. Eutelsat W4 36 ° şərqdən və 56 ° şərqdən Bonum 1 peyklərindən yayımlanır. Viaccess şifrələmə sistemini kanalları şifrələmək üçün istifadə edirlər. Operatorda kanallar SDTV və HDTV standartlarındadır. Bununla yanaşı, UEFA Çempionlar Liqasında və UEFA Avropa Liqasında oynanan bütün oyunları yayımlayan yeganə peyk operatorudur.
Plug-in
Plaqin (ing. Plug-in) — informasiya texnologiyalarında proqramların elə komponentləridir ki, bu proqramlara digər xüsusiyyətlər və imkanlar əlavə edirlər. Əgər dəstəklənərlərsə, plaqinlər proqramların xüsusiyyətlərini qismən dəyişə bilərlər. Məsələn, plaqinlər daha çox veb səyyahlarda istifadə olunur, onların köməyi ilə videolara baxmaq, virus baxışını həyata keçirmək, yeni fayl tiplərini göstərmək olur.
ERIH PLUS
ERIH PLUS (ing. European Reference Index for the Humanities or ERIH;) — Humanitar və sosial elmlər üzrə akademik jurnallar haqqında biblioqrafik məlumatları ehtiva edən indeksdir.
Plum Blossom
Plum Blossom (kiçik hərflərlə) — ABŞ müğənnisi mxmtoon-un debüt mini-albomu. 7 dekabr 2018-ci ildə AWAL tərəfindən buraxılıb.
Lur (Urmiya)
Lur (fars. لور‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 317 nəfər yaşayır (73 ailə).
Lur dili
Lur dili (لری,لوری – lori, luri) Hind-Avropa dil ailəsinin İran dil qrupuna daxil olan dildir. İranın (Luristan, Çahar-Mahal və Bəxtiyari, Kohgiluyə və Boyer-Əhməd, Xuzistan, İsfahan, Fars) ostanlarında və İraq ərazilərində yaşayan lur oymaqlarının dilləridir.
Lür (rayon)
Lür (fr. Lure) — Fransanın Franş-Konte regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Sona. Suprefektura — Lür. Rayon əhalisi 2006-cı ildə 108 300 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 59 nəf / km². Rayon sahəsi — 1848 km².
Pur çayı
Pur — Yamalo-Nenets Muxtar Dairəsinin Pur rayonu ərazisindən axan çay. Çayın uzunluğu 389 km təşkil edir. Əsas qolu olan Pyakupur çayı ilə birlikdə uzunluğu 1024 km, hövzəsinin sahəsi 112 000 km² təşkil edir. Pyakupur və Ayvasedapur çaylarının birləşməsindən meydana gəlmişdir. Başlanğıcları Sibir Uvalının şimal yamaclarından başlayır. Qərbi-Sibir düzənliyi ilə axaraq Tazov estuarisinə tökülür. Qutaracağında 21 km uzunluğa malik deltaya sahibdir. Qolları: sağ: Böyük Xadıryaxa çayı sol: Xadutte, Tabyaxa, Yaqenetta, Yamsovey 15 km: axar adsızdır 15 km: Toya-Syo (Xore-Nıyvo-Porod) 27 km: Kiçik Pur 56 km: Pantormalr-Yaxa 70 km: Xamelova-Yaxa 77 km: Eqode-Par-De 84 km: Samburq-Yaxa 93 km: axar adsızdır 114 km: Nado-Salinskaya 140 km: Malxoy-Yaxa 144 km: Nadosale-Xadıta 150 km: axar adsızdır 153 km: Toumbi-Yaxa 164 km: Nqarka-Xadıta-Yaxa 169 km: axar adsızdır 170 km: axar adsızdır 173 km: axar adsızdır 194 km: Pırey-Yaxa 211 km: Nevo-Yaxa 223 km: Evo-Yaxa 225 km: axar adsızdır 228 km: Kiçik Yar-Yaxa 231 km: axar adsızdır 243 km: Kiçik Xadır-Yaxa 247 km: Böyük Xadıryaxa 266 km: axar adsızdır 268 km: Aymal-Yava 282 km: Yarey-Yaxa 286 km: axar adsızdır 296 km: Pırey-Yaxa 308 km: Trıb-Yaxa 312 km: Soku-Moros 313 km: axar adsızdır 316 km: Panne-Yaxa 332 km: Yaqenetta 350 km: Arka-Paruta 355 km: Nensya-Yaxa 357 km: Xadıryaxa 364 km: Taya-Yaxa 375 km: Senzyayaxa 383 km: Xılmıq-Yaxa 389 km: Ayvaseda 389 km: Ayvaseda-Pur Çayın qidalanmasının əsası qar və yağış suları təşkil edir. Onun illik su sərfiyyatı 1040 m³/s, ən böyük sərfiyyat isə 10 000 m³/s-dir. Çay noyabr ayında donur və may ayında buzdan azad olunur.
Mak-Klur boğazı
Mak-Klur boğazı — Kanada Arktik arxipelaqına daxil olan Melvill, Şahzadə Patrik Eqlinton adaları ilə Banks adasını ayırır. Kanadanın qərbində Kanada Arktik arxipelaqından keçən Şimal-Qərb keçidinin bir qolunu təşkil edir. Barrou boğazı, Vaykaunt-Melvill boğazı və Lankaster boğazı ilə birlikdə ingilis mənbələrində Parri boğazı adlandırılır. Şərqdə Bofort dənizi, qərbdə isə Vaykaunt-Melvill boğazı ilə birləşir. Uzunluğu 400 km, eni isə ən dar yerdə 88 km, gen yerdə isə, dərinliyi 472 m, orta dərinliyi 300 m təşkil edir. Qütb dairəsi daxilində yerləşməsi onun ilin böyük qisminin buzla örtülü olmasına səbəb olur. Buzqıran gəmilərin sayəsində avqust və sentyabr ayları ərzində naviqasiya təmin edilir. Boğazdan ilk buzqıran gəmi 1954-cü ildə keçmişdir. 1960-cı ildə boğazdan USS Seadragon, 1962-ci ildə USS Skate sualtı qayıqları keçmişdir. Qlobal istilərlə əlaqədar 2007-ci ildə boğaz ilk dəfə buzdan azad olmuşdur.
Musique pour Supermarché
Musique pour Supermarché(azərb. Supermarketlər üçün musiqi‎)(ing. Music for Supermarkets) elektron musiqiçi və bəstəkar Jan Mişel Jarrın altıncı studiya albomudur .Albom yalnız bir nüsxə basılaraq yayıldı və onun əsas lövhələri şəxsən Jarr tərəfindən qəsdən məhv edildi.
Pour le Mérite
Pour le Mérite (azərb. "Xidmətinə görə"‎) — Prussiyada 1740-cı ildə təsis olunmuş Birinci Dünya Müharibəsinə qədər ali orden.
Region Plus (jurnal)
Region Plus — həftəlik analitik jurnal. "Region Plus" həftəlik analitik jurnalı 2006-cı ildən peşəkar jurnalistlər, analitiklər, politoloqlar, iqtisadçılar, sənətşünaslar və idman icmalçıları tərəfindən nəşr olunur. Jurnal Cənubi Qafqaz və Xəzəryanı bölgədə, həmçinin dünyanın digər ölkələrində baş verən aktual siyasi, iqtisadi, sosial, mədəni, idman və s. sahələrə aid proseslərin işıqlandırılmasında ixtisaslaşıb. Jurnalın səhifələrində yerli jurnalist və analitiklərlə yanaşı region ölkələrinin icmalçıları da mütəmadi olaraq çıxışlar edir. Nəşrdə həmçinin dövlət və hökumət başçıları, nazirlər, ictimai və siyasi xadimlərin müsahibələrinə geniş yer verilir. "Region Plus" jurnalı həftədə bir dəfə azərbaycan, rus və ingilis dillərində nəşr olunur və abunə, pərakəndə satış vasitəsilə, eləcə də beynəlxalq aviareyslərdə yayımlanır. Jurnalın çoxsaylı oxucuları sırasında dövlət qurumları, özəl şirkətlər, qeyri-hökumət təşkilatları, diplomatik nümayəndəliklər, siyasi və iqtisadi xadimlər, ziyalılar var. Obyektiv və qərəzsiz yanaşma, yerli və xarici mənbələrdən, o cümlədən nüfuzlu Reuters agentliyindən alınan fotomateriallar, cəlbedici və rahat oxunan yazı üslübü, habelə mütəmadi olaraq keçirilən sorğular bizim nəşri fərqləndirən xüsusiyyətlərdəndir.
Sen-Flur (rayon)
Sen-Flur (fr. Saint-Flour) — Fransanın Overn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Kantal. Suprefektura — Sen-Flur. Rayon əhalisi 2006-cı ildə 39 225 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 16 nəf / km². Rayon sahəsi — 2511 km².
Le plus beau jour de ma vie
Le plus beau jour de ma vie (azərb. Həyatımın ən gözəl günü‎)— Belçikanı 1956-cı ildə Avroviziyada təmsil olunduğu mahnı. Moni Mark fransız dilində ifa etmişdir. 1956 Avroviziya Mahnı Müsabiqəsinin səsvermə nəticələri açıqlanmadığı üçün bu mahnının topladığı xal və tutduğu yer məlum deyildir.
Yoris de Lur
Yoris de Lur (21 aprel 1993-cü ildə anadan olub) — ATP Çelencer Turunda iştirak edən Belçikalı peşəkar tennisçi. 13 iyun 2016-cı ildə o, Dünya ATP reytinqində 250-ci sırada qərarlaşaraq rekorduna imza atmışdır.
Lür (Yuxarı Provans Alpları)
Lür (fr. Lurs, oks. Lurs) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Perüi kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04106. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2875 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 240 nəfər arasında (15-64 yaş arasında) 168 nəfər iqtisadi cəhətdən fəal, 72 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70.0%, 1999-cu ildə 69.7%). 168 fəal şəxsdən 154 nəfəri (91 kişi və 63 qadın), 14 nəfəri işsizdir (4 kişi və 10 qadın).
Qvardiya ölür, lakin təslim olmur!
"Qvardiya ölür, lakin təslim olmur!" (fr. La Garde meurt mais ne se rend pas!) — Birinci Fransa İmperiyası imperator qvardiyasının I piyada polkunun komandiri Pyer Kambrona aid edilən məşhur ifadə. Hesab olunur ki, o bu ifadəni 1815-ci il 18 iyun tarixində baş vermiş Vaterloo döyüşündə ingilislərin təslim olmaq təklifinə cavab olaraq söyləmişdir. 1815-ci il 20 mart tarixində Napoleon Bonapart ona sadiq qalan tərəfdaşı Kambrona diviziya generalı rütbəsini vermək istəyəndə, o bu vəzifədən ciddi şəkildə imtina etmişdir. Onda 13 aprel tarixində imperator onu İmperator qvardiyasının I piyada polkunun komandiri vəzifəsinə yenidən qaytarır. Məhz bu polkla o tarixə düşmüşdür. Lakin bəzi mənbələr onu səhvən diviziya komandiri adlandırırlar. 1815-ci il 18 iyun gününün sonunda Blüxerin başçılığı altındakı Prussiya ordusunun döyüş meydanına gəlib çatması ilə fransızlar üçün döyüşün taleyi artıq həll olundu. Kambron hər tərəfdən düşmən qüvvələri ilə əhatə olunduqdan sonra o, düşmənin təslim olmaq təklifindən qəti imtina etmiş və öz polkunun II batalyonu üçün kare düzülüşünü əmr edir. İngilis toplarının və batalyon silahlarının atışları ilə fransız qoşunu demək olar tamamilə məhv edilir.
Göy həmişə daha mavi olur
Il cielo è sempre più blu — rejissor Antonello Grimaldinin filmi.
Həyatda hər şey olur (film, 1998)
Nəsə baş verir (hind. कुछ कुछ होता ह) — rejissor Karan Coharın filmi. == Məzmun == Rahul və Anceli Sent-Havye kollecinin tələbələridirlər. Rahul məktəb müdirinin qızı Tinaya vurulur. Tina Ancelinin tam əksidir. Rahul get-gedə Tinanın qəlbini ələ alır. Elə həmin vaxt Anceli də Rahula aşiq olduğunu hiss edir. Bir gün Anceli bütün cəsarətini toplayaraq bu sevgisini Rahula etiraf edir. Lakin Anceli sözünü deməmişdən qabaq Rahul Tinaya aşiq olduğunu deyir. Bundan sonra Ancelinin bütün ümidləri qırılır.
Sailor Moon SuperS Plus - Ami's First Love
Sailor Moon SuperS Plus - Ami's First Love (美少女戦士セーラームーンSuperS 外伝 亜美ちゃんの初恋, Bishōjo senshi Sērā Mūn SuperS gaiden - Ami-chan no hatsukoi, azərb. Seylor Mun SuperS plus: Aminin ilk sevgisi‎) — "Seylor Mun"un 1995-ci ildə buraxılmış xüsusi seriyası. 23 dekabr 1995-ci ildə "Sailor Moon SuperS" anime filmi ilə birlikdə nümayiş etdirilmişdir. Seriyada hadisələrin əsas diqqət mərkəzində Seylor Merkuri kimi tanınan Ami Mizunodur. Ami bir gün məktəbə gələndə ona yazılmış bir sevgi məktubu alır və böyük təşvişə düşür. Lakin o dostlarına hazırda məhəbbət haqqında düşünmədiyini bildirir. Ami dostlarına bildirir ki, imtahanlara "Mercury" ləqəbi ilə qatılıb maksimal nəticə göstərib, lakin onunla birlikdə "Mercurius" adlı şagirdin də maksimal nəticə əldə edib. Ami bunu meydan oxuma kimi qəbul edib əvvəlkindən də daha gərgin çalışmağa başlayır. Amini izləyən Bonnon ona hücum edir. Ami Bonnonu "Mercurius" zənn edir və Seylor Merkuriyə çevrilib onu məğlub edir.
Elnur
Elnur — Azərbaycanlı kişi adı. Elnur Mehdiyev — aktyor. Elnur Nuriyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. Elnur Məmmədli — Azərbaycanlı cüdoçu. Elnur Məmmədov Elnur Məmmədov (aktyor) — aktyor. Elnur Məmmədov (müğənni) — müğənni. Elnur Qədirli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi, itkin Elnur Əhmədov — azərbaycanlı musiqiçi, kamança ifaçısı, Elnur Aslanov — siyasi elmlər üzrə fəlsəfə doktoru. Elnur Bayram — Azərbaycanlı şair, jurnalist. Elnur Hidayətoğlu — televiziya müxbiri. Elnur Həsənov — Azərbaycan Respublikasının Elm üzrə "Prezident mükafatçısı".
FLIR
FLIR və ya FLIR, (İng.Forward Looking InfraRed) yəni Qabağa baxan infraqırmızı şüalar elektromaqnit spektrində infraqırmızı diapazona müvafiq gələn radiasiyaya həssas sensorlardan ibarət olan və xüsusilə hərbi məqsədlər üçün istifadə edilən müasir elektro-optik müşahidə cihazıdır. FLIR-in əsas prinsipi olaraq, obyektlərdən yayılan istilik enerjisi həssas sensorlar tərəfindən ölçülür, kompüter tərəfindən süni şəkildə rənglənir və eyni vaxtda təsvirə çevrilir, beləliklə operator gecə və hətta pis hava şəraitində belə ətraf mühiti və - xüsusilə hərbi istifadələr zamanı- istilik yaradan təhlükələri olduqca aydın formada görə bilir. Gecəgörmə kameraları ilə FLIR (termal) kameralar arasındakı ən böyük fərq, gecəgörmə kameralarının görünən radiasiya zolağında işləməsi və operatora az miqdarda olan işığı yüksəldərək göstərməsi, FLIR əsaslı termal sistemlərin isə daha az dalğa uzunluğuna malik olan infraqırmızı (istilik) diapazonda və klassik mənada işıq mənbələrindən müstəqil formada işləyə bilməsidir. Gecə görmə kameralarının effektiv işləyə bilməsi üçün ətraf mühitdə bir az da olsa işığın olması lazımdır. FLIR sistemləri isə, görünən işığın olub-olmamasından asılı olmayaraq, aralarında temperatur fərqi olan bütün növ cisimləri bir-birlərindən asanlıqla ayırma xüsusiyyətinə malikdirlər. == Hərbi istifadəsi == FLIR sistemləri xüsusilə hərbi təyyarələrdə, helikopterlərdə və pilotsuz uçuş aparatlarında (PUA) naviqasiya, hədəf aşkarlama və ya özünümüdafiə üçün müntəzəm olaraq istifadə olunurlar. Dünyada olduğu kimi Türkiyədə də hərbi elektronika şirkəti olan Aselsan tərəfindən termal durbindən silah nişangahlarına, inteqrasiya edilmiş zona müşahidə sistemlərindən helikopter və təyyarə podlarına qədər müxtəlif FLIR tətbiqləri hazırlanmış və Türk Silahlı Qüvvələrinin istifadəsinə verilmişdir. . == Mülki istifadəsi == Sənayedə istilik kameraları, mühərriklər, kompressorlar, enerji ötürülməsi və istilik izolyasiya materialları kimi məhsullarda baş verə biləcək istilik sızması və enerji sızması nöqtələrinin aşkarlanması, endotermik və ekzotermik kimyəvi reaksiyalarda enerji çevrilməsi, müxtəlif materialların temperatura həssaslığı və genişlənmə dərəcələri kimi fiziki və ya metallurgiya məlumatlarının hesablanaraq lazımi mühəndislik hesablamalarının aparılması kimi bir çox məqsədlər üçün istifadə olunur.
Flüor
Flüor (F) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 9-cu elementdir. Atom radiusu qrupunun elementlərinə nisbətən kiçikdir, flüor atomu elektronu özünə daha güclü cəzb edir, yəni flüor kimyəvi cəhətdən daha aktivdir, oksidləşdiricilik qabiliyyəti daha yüksəkdir və elektromənfiliyi ən yüksək elementdir. == Tapılması,təbii birləşmələri == Flüor kimyəvi cəhətdən aktiv olduğuna görə yalnız birləşmələr şəklində rast gəlinir. Flüorun təbiətdə ən geniş yayılmış mineralı kalsium-Flüoriddir. Flüor müxtəlif dağ mədənlərinin tərkibində xüsusəndə apatitlərin tərkibində olur. == Atom xüsusiyyətləri == Kristal quruluşu-kub Atom radiusu- 50 pm Atom radiusu(hes.)- 42 pm Kovalent radiusu-72 pm == Alınması == Flüor yüksək aktivliyinə görə sərbəst halda ayrılması çətindir. Halogenlərdən yalnız flüor duzların ərintisinin elektrolizi ilə alınır. Onu, az miqdarda qurğuşun aparaturada biflüorid KF*HF ərintisinin elektrolizi ilə alırlar. == Fiziki xassələri == Flüor adi şəraitdə açıq sarı rəngli, xarakterik kəskin iyli qazdır. Flüor hətta adi şəraitdə belə su ilə şiddətli reaksiyaya girir və buna görə də onun suda məhlulunu almaq mümkün deyil.
Qaur
Qaur (lat. Bos gaurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü. Qaur (Bos Bibos Frontalis Gaurus) hazırda Hindistanda və Zond adalarında yayılmışdır. Bəzi alimlərin rəyinə görə qaur özündən fərqli olan qayalın törəməsinə səbəb olmuşdur. Prof. A.A.Brauner burnu buğa yarımailəsinin törəməsi tarixinə dair təklif etdiyi sxemdə təsdiq etmişdir. Əslində isə qayal və qaur müxtəlif formalardır. Qaurun buynuzları uzun və çox əyilmişdir, dibləri enli, ucları isə sivridir. İstiqaməti yuxarıya, azacıq dala və içəriyə tərəfdir. Qaurun ilk təsviri 1827-ci ildə verilmişdir.
Blui
Blui (ing. Bluey) — 1 oktyabr 2018-ci ildən ABC Kids telekanalında yayımlanan Avstraliya istehsalı məktəbəqədər uşaqlar üçün cizgi serialı. Proqram Co Bramm tərəfindən yaradılıb. Animasiyası Kvinslenddə yerləşən Ludo Studio şirkəti tərəfindən hazırlanmışdır. Serial ilk olaraq ABŞ-də Disney Junior kanalında nümayiş etdirilib və hal-hazırda digər ölkələrdə Disney+ axın platformasından izləmək mümkündür. Serial hər şeyə maraq göstərən canlı və təxəyyüllü insanabənzər bir küçük olan Blui haqqındadır. Blui atası Bandit, anası Çilli və kiçik bacısı Binqo ilə birlikdə yaşayır. Onlar Bluinin yaratdığı əyləncə dolu fantaziya oyunlarında onun macəralarına həvəslə qoşulurlar. Serialda bir-birindən fərqli it cinsinə aid olan personajlar da var. Cizgi serialda ailə münasibətlərinə, böyümə prosesinə və Avstraliya mədəniyyətinin təsvirinə yer verilib.
Four
Four — İngiltərə-İrlandiya oğlan qrupu One Direction-ın dördüncü studiya albomu. 17 noyabr 2014-cü ildə Columbia Records və Syco Music tərəfindən buraxılıb.