Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Noğul
Noğul - Novruz bayramı süfrəsinin şirniyyat növlərindən biri. == Hazırlanması == Sirkə cövhəri əlavə edilməklə bişirilən qatı şəkər şərbəti, keşniş toxumu ve düyü unundan hazırlanır. Forması yumru, səthi kələ-kötür, rəngi ağ, bəzən çəhrayı və sarı olur. == Ziyafət süfrələrində istifadəsi == Qedim zamanlardan el bayramları, məişət şənlikləri və digər mərasim məclislərinin ziyafət süfrələrində çərəz (xuşgəbar) kimi işlənmişdir. Tarixən yaranmış və ənənə halında zəmanəmizədək çatmış el adətinə görə xalq bayramları, xeyir işlərlə (nişan, toy və s.) əlaqədar çay destgahı, nişan və bayramlıq xonçası və s. tədbirlərdə noğuldan geniş istifadə edilir.
Eliya Zoqu
Eliya Zoqu (alb. Elia Zogu) — Alban aktrisası, müğənnisi və 8 oktyabr 2016-cı ildə evləndiyi Albaniyanın Vəliəhdi II Lekanın həyat yoldaşı. O vaxtdan ona "Albanların Əlahəzrət Vəliəhd Şahzadəsi Eliya" kimi tanınır. == İlk illəri və təhsili == Elia Zəkəriyə 8 fevral 1983-cü ildə Tiranada (Albaniya) Gerqa Zəkəriyə və Yulkanın Muyo ailəsində anadan olmuşdur. Onun atası Permet şəhərindən, anasının ailəsi isə Podqoritsadan (Monteneqro) idi. Daha sonra onlar Albaniyanın şimalındakı Şkoder şəhərinə köçürlər. Eliyanın Amos Muyi Zəkəriyyə adlı kiçik bir qardaşı vardır. Anası məşhur aktrisa, qardaşı isə aktyor və rejissordur. 2002-ci ildə Eliya Tirandakı İordaniya Misia Milli İncəsənət Məktəbini rəssamlıq və ssenarist ixtisasi üzrə bitirib. Sonra o, Parisə köçür, burada universitetdə təhsil alır və Şahzadə Leka ilə tanış olur.
Maresuke Noqi
Maresuke Noqi (乃木 希典, 25 dekabr 1849 – 13 sentyabr 1912[…]) — Yaponiya imperiyasının generalı və Tayvanın üçüncü general-qubernatoru. == Həyatı == === İlk illər === Noqi samuray ailəsində doğulmuşdur. 1869-cu ildə o, orduda xidmətə başlamış, 1871-ci ildə mayor rütbəsinə yüksəlmişdir. Sayqo Takamorinin başçılıq etdiyi üsyançılara qarşı döyüşmüş və podpolkovnik rütbəsinə layiq görülmüşdür. Ağır döyüşlərdən birində Noqi 14-cü piyada alayının bayrağını itirmişdir. Bu rüsvayçılıq onu bütün ömrü boyu izləmişdir və sonradan o bu hadisəni intiharının əsas səbəblərindən biri adlandırmışdır. 1876-cı il avqustun 27-də də Noqi o zaman 20 yaşında olan samuray Yudzi Sadanonun qızı Sidzuko ilə evlənmişdir. 1877-ci il avqustun 28-də onların ilk oğlu Katsunori dünyaya gəldi və Noqi Tokioda ev aldı. 1878-ci ildə o, polkovnik rütbəsinə yüksəldildi. 1879-cu ildə onun ikinci oğlu anadan oldu.
Okean novu
Okean novu (rus. Глубоководный жёлоб, ing. Oceanic trench) — çox uzun, planda qövsvari, bəzən düzxətli ensiz asimmetrik çökək. Talassokratonların kənarlarında adalar qövsü sistemlərinin bir hissəsini təşkil edən yarıqlar boyu fəal inkişaf edir. Bəzi hallarda dərinsu okean novu adalar qövsünün okeana tərəf deyil, kənar dənizin dərin su çuxuru hüdudlarında yerləşir (Məs., Banda dənizi, Çin dənizində Luson adasından qərbdə və b.). Dərinsu okean novu dərinliyi 5-11 km arasında dəyişir. Ən böyuk dərinlik (11,022 km) Marian novunda müşahidə edilmişdir. Dərinsu okean novu uzunluğü min km-lərlə (2000-4000 km), eni bir neçə km (6,5km izobatı üzrə) çatır. Bu novların dibində okeana nisbətən daha intensiv çöküntütop­lanma müşahidə edilir və bəzən qalınlıq 2-3 km-ə çatır. Lakin Dərinsu okean novu yamaclarında çöküntülərin qalınlığı cüzi olur.
Əhməd Zoğu
I Zoq və ya Əhməd Zoğu (8 oktyabr 1895[…] – 9 aprel 1961[…], Süren, Fransa) — 1928-1939-cu illərdə Albaniyanın kralı, müharibə canisi. Əhməd Zoğu burjua-mülkədar dairələrə istinad edərək demokratik hərəkatı boğmuş, ölkəni xarici kapitala satmışdır.
Musiqi notu
Not (lat. nota – qeyd, işarə) 1. Hər hansı musiqi səsinin şərti qrafik işarəsi. 2. Musiqi və ya mahnıda səsin özü. 3. Qrafik işarələrlə yazılmış musiqi əsərlərinin mətni; belə mətnlərdən ibarət dəftər, kitab və s. == Tarixçə == Müasir beynəlxalq not yazısı millətlər arasında yayıldığı vaxtdan çox-çox əvvəl, hər xalqın özünə məxsus işlətdiyi musiqi işarələrinin özü də müəyyən müddət ərzində təkmilləşməyə doğru inkişaf prosesi keçmişdir. Ayrı-ayrı xalqların yazı sistemi, daha doğrusu əlifbası müxtəlif olduğu kimi, not yazısı da əvvəllərdə cürbəcür olmuşdur. Çünki, ibtidai not yazısının ilk işarələri əslində hər xalqın işlətdiyi əlifba hərfləri əsasında düzəldilmişdir.
Səs növü
Səs tipi — insanın səs aralığını təyin edən bir qavramdır. Səs tipi qadınlarda və kişilərdə olmaqla ikiyə ayrılır.
Camp Nou
«Kamp Nou» (kat. Camp Nou, [ˈkam ˈnɔw]- Barselona futbol klubunun stadionu, katalon dilindən tərcümədə "yeni torpaq" deməkdir. == Tarixi == 1957–ci ildə açıldıqdan sonra stadion katalon futbol klubuna məxsus idi və həmin vaxt adı Estadi del FC Barcelona adlanırdı. Yəni stadion FK Barselona, lakin elə həmin dövrdən etibarən bura Nou Kam kimi səslənməyə başlanmışdı. Öz adını isə bu stadion 2000–ci ildən etibarən qazanmışdır. Kam Nou – böyüklyünə görə yalnız İspaniyada deyil, həmçinin bütün Avropada seçilir. Burada 98 772 tamaşaçının yerləşməsi mümkündür. UEFA – nın verdiyi qərara əsasən bu futbol meydançası beş ulduza layiq görülmüşdür. Stadion tikilərkən Barselonanın president kreslosunda Fransesk Miro – Sans əyləşmişdi. O, gələcək Nou Kamp stadionun layihəsini köhnə Camp de Les Corts yerində tikərək onu əvəz etmək fikrinə düşdü.
Kamp Nou
«Kamp Nou» (kat. Camp Nou, [ˈkam ˈnɔw]- Barselona futbol klubunun stadionu, katalon dilindən tərcümədə "yeni torpaq" deməkdir. == Tarixi == 1957–ci ildə açıldıqdan sonra stadion katalon futbol klubuna məxsus idi və həmin vaxt adı Estadi del FC Barcelona adlanırdı. Yəni stadion FK Barselona, lakin elə həmin dövrdən etibarən bura Nou Kam kimi səslənməyə başlanmışdı. Öz adını isə bu stadion 2000–ci ildən etibarən qazanmışdır. Kam Nou – böyüklyünə görə yalnız İspaniyada deyil, həmçinin bütün Avropada seçilir. Burada 98 772 tamaşaçının yerləşməsi mümkündür. UEFA – nın verdiyi qərara əsasən bu futbol meydançası beş ulduza layiq görülmüşdür. Stadion tikilərkən Barselonanın president kreslosunda Fransesk Miro – Sans əyləşmişdi. O, gələcək Nou Kamp stadionun layihəsini köhnə Camp de Les Corts yerində tikərək onu əvəz etmək fikrinə düşdü.
Nou-hau
Nou-hau (ing. know how — bilirəm necə) və ya istehsalat sirri — 1)hələ ümumi istifadə obyektinə çevrilməmiş, yenilik olan biliklər, elmi-texniki, istehsal, texnoloji, idarəetmə, maliyyə-iqtisad, kommersiya səciyyəli məlumatlar, həmçinin onlardan istifadə; 2)texniki məsələni, yaxud digər məsələni, həll etmək üçün texniki biliklər, kommersiya, idarəetmə, reklam sahəsində əməli təcrübə, istehsal sirləri. == Ümumi məlumat == Onlar alınıb-satıla bilər və rəqib üzərində üstünlük əldə etməyə imkan verir. Bu müəyyən informasiya, düsturlar, sxemlər, fəaliyyət alətləridir. Bəzi ölkələrdə bura pate ntlər və üstünlük əldə etməyə imkan verən informasiya da daxildir. == Tətbiq praktikası == Müəllif əvvəlcə patent alır, nou-hau paketi əldə edir və müvafiq hüquqi sığorta ilə təmin edilir. Nou-hau və nou-nou eyni anlayışlardır. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Nou Estadi
Nou Estadi İspaniyanın Tarraqona şəhərində çox məqsədli olaraq inşa edilən bir stadion. Stadionda əksəriyyətlə futbol müsabiqələri oynanılmaqdadır. İspaniyanın Gimnastik Tarraqona komandasının matçlarını oynadığı stadion, 17.500 tamaşaçı tutumuna malikdir.
Nou Kamp
«Kamp Nou» (kat. Camp Nou, [ˈkam ˈnɔw]- Barselona futbol klubunun stadionu, katalon dilindən tərcümədə "yeni torpaq" deməkdir. == Tarixi == 1957–ci ildə açıldıqdan sonra stadion katalon futbol klubuna məxsus idi və həmin vaxt adı Estadi del FC Barcelona adlanırdı. Yəni stadion FK Barselona, lakin elə həmin dövrdən etibarən bura Nou Kam kimi səslənməyə başlanmışdı. Öz adını isə bu stadion 2000–ci ildən etibarən qazanmışdır. Kam Nou – böyüklyünə görə yalnız İspaniyada deyil, həmçinin bütün Avropada seçilir. Burada 98 772 tamaşaçının yerləşməsi mümkündür. UEFA – nın verdiyi qərara əsasən bu futbol meydançası beş ulduza layiq görülmüşdür. Stadion tikilərkən Barselonanın president kreslosunda Fransesk Miro – Sans əyləşmişdi. O, gələcək Nou Kamp stadionun layihəsini köhnə Camp de Les Corts yerində tikərək onu əvəz etmək fikrinə düşdü.
İrane-nou
"İrane-nou" (fars. ایران نو‎ — Yeni İran) — Qacar İranında dərc olunmuş gündəlik qəzet. == Tarixi == 1909-cu ilin avqustun 24-də fəaliyyətə başlayan gündəlik və müstəqil "İrane-nou" qəzeti 2–3 min nüsxə ilə İranın ən böyük qəzeti oldu. Qəzetin redaktoru Məhəmməd Əmin Rəsulzadə idi. O, bu qəzet vasitəsilə İran Demokratik Firqəsinin fikirlərini yayırdı, yaradıcı heyəti də Azərbaycan türklərindən ibarət idi. Qəzetdə Məhəmməd Əmin Rəsulzadənin çoxlu məqalələri, şeir və publisistik yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalistika sənətinin əsasını qoymuşdur. Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın rus işğalından qurtulması və İranın Rusiyanın təsirindən uzaqlaşması ilə bağlı sərt yazılar yazırdı. Qəzetdə Məhəmməd Əmin Rəsulzadə bəzən Niş təxəlüsü ilə çıxış edirdi. Sonralar Seyid Həsən Tağızadə, Məhəmməd Əmin Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda belə yazmışdır: 1910-cu ilin yayında bağlansa da, elə həmin ilin payızında – oktyabrın 26-da artıq İran Demokrat Partiyasının orqanı kimi fəaliyyətini bərpa etdi.
Ara (quş növü)
Büyük Doğu (jurnal)
"Büyük Doğu" (azərb. Böyük şərq‎) — Türkiyədə sağçı mühafizəkar siyasi nəşr. Gündəlik qəzet kimi başlamış, sonradan həftəlik jurnal kimi fəaliyyətə keçmişdir. Nəşr onun təsisçisi Nəcib Fazil Qısakürək üçün öz arqumentlərini və fikirlərini yaymaq üçün bir platforma idi. Nəşr 1943–1978-ci illərdə müəyyən fasilələrlə dövriyyədə olmuş və cəmi 512 nörmə çıxarmışdır. == Tarix və profil == "Büyük Doğu" ilk dəfə 17 sentyabr 1943-cü ildə Allaha bağlı və yeni dünyagörüşü olan müsəlman türk xalqları üçün bir qəzet olmaq məqsədi ilə gündəlik nəşr olunmağa başlamışdır. Qurucu Türkiyədə aparıcı sağçı və mühafizəkar şəxsiyyət Nəcib Fazil Qısakürək idi. "Büyük Doğu"nun müəllifləri arasında bir çox aparıcı jurnalist və yazıçılar var idi: Ziya Şakir, Mahmut Yəsari, Rəşad Əkrəm Qoçu, Nurullah Berk, Hilmi Ziya Ülkən, Mehmet Faruk Gürtunca, Suphi Nuri İləri, Hüseyn Cahid Yalçın, Nizaməddin Nazif, Nicat Muhsinoğlu, Peyami Safa, Şükrü Baban, Burxan Belge, Kazım Nami, Saleh Zəki, Tofiq Fikrət, Özdəmir Asəf, İsgəndər Fikrət, Kənan Harun, Salah Birsəl, Mehmet Turxan və Səid Faiq. Başqa bir mühafizəkar jurnal olan "Sebilürreşaddan" əlavə, islamçı jurnalist Cevat Rıfat Atilhan da jurnal üçün yazmışdır. "Böyük Doğu"da bu qədər müxtəlif yazarların məqalələri dərc olunsa da, məqalələrin əksəriyyətini çoxsaylı təxəllüslərdən istifadə edən Nəcib Fazil Qısakürək yazmışdır.2 noyabr 1943-cü ildə "Büyük Doğu" qəzeti Nəcib Fazil Qısakürək tərəfindən müxtəlif təxəllüslərlə yazdığı yazılara görə qadağan edilmişdir.
Elegiya (şeir növü)
Elegiya (yun. έλεγος – şikayәt) — әdәbi-musiqi janrı. Ә d ә b i y y a t d a – meditativ vә emosional mәzmunlu (adәtәn, kәdәrli) orta uzunluqlu şeir. Çox vaxt birinci şәxsin dilindәn deyilir vә qarışıq kompozisiyalı olur. Antik yunan ədəbiyyatında lirik şeir növü. Adətən, şadlıq və kədər hisslərinin üzvi surətdə birləşdiyi elegiyalar olduğu kimi, şairin yalnız qəmli düşüncələrini ifadə edən elegiyalar da vardır. Qədim Yunanıstanda bu şeirin ən təsirli nümunələrini Arxilox və Kallimax yaratmışlar. Latın şairlərindən Ovidi və Katull, rus şairlərindən V.Trednakovski, K.Batyuşkin, V.Jukovski, A.Puşkin, M.Lermontov, N.Nekrasov, A.Blok və başqaları da elegiya yaratmışlar. Formasında, həcmində və qafiyə quruluşunda möhkəm və aydın bir mürəkkəblik olmasa da, antik poeziyada elegiya iki beytdən, sonrakı dövrlərdə isə çox vaxt 8-20 misradan (iki beş bənddən) ibarət olmuşdur.Musiqidә kәdәrli, seyrçi, ovqat yaradan әsәr (mәs., Borodinin “Uzaq vәtәnin sahillәri üçün” romansı, Massnenin fp. vә violonçelin müşayiәti ilә sәs üçün “Elegiya”sı).
Milli idman növü
Milli idman növü və ya milli əyləncə — hər hansı xalqın və ya ölkənin mədədniyyətinə xas olan idman növü. Bəzi idman növləri de fakto, bəzi idman növləri isə de yure milli idman növü hesab olunur. Məsələn, kriket de fakto ABŞ və İngiltərədə milli idman növü, lakros və buzüstü xokkey isə de yure Kanadanın milli idman növü hesab olunur. Milli idman növlərinin hər hansı ölkədə lazımı səviyyədə oynanılmaya bilər, sadəcə həmin ölkənin mədəniyyətində əhəmiyyətli rol oynaması kifayətdir.
Sürtmə (emal növü)
Sürtmə - yağ içərisində narın abrazivlər vasitəsilə çox nazik metal qatı götürnəklə aparılan tamamlama əməliyyatıdır. Emal olunan səth və sürtücü alət kontur boyu bir-biri üzrə hərəkət etdirilir. Bu zaman sürtücü və səth arasında yerləşən abraziv dənəciklər diyirlənərək verilmiş istiqamətdə yönəlirlər. Dənəciklər sürtmə aralığında pəstah və alət gövdəsi arasındakı nisbi hərəkətə uyğun olaraq diyirlənirlər. Hərəkət eyni zamanda yağlayıcı mayenini təsrindən daha da güclənir. Dənəciklərin diyirlənməsi zamanı emal alət və pəstah arasında bir çox deformasiya, ayrılma, kəsmə prosesləri ilə müşayiət olunur. Burada uyğun abarziv material seçimi ilə material kəsilməsini minimallaşdırmaq olur. Sürtmədə tətbq olunan abarziv materialın dənəvərliyi çox kiçik olduğundan sürtkü qatışığında (pasta) vahid həcmə düşən dənəciklərin sayı həddən çox olur. Nəticədə kiçik bir səth çoxlu sayda dənəcik təsirinə məruz qalır. Dənəciyin təsirinin belə yüksək tezliyində səth bərkiyir və onun deformasiyaya qarşı müqaviməti artır.
Təbrizi (üzüm növü)
Camp Nou (stadion)
«Kamp Nou» (kat. Camp Nou, [ˈkam ˈnɔw]- Barselona futbol klubunun stadionu, katalon dilindən tərcümədə "yeni torpaq" deməkdir. == Tarixi == 1957–ci ildə açıldıqdan sonra stadion katalon futbol klubuna məxsus idi və həmin vaxt adı Estadi del FC Barcelona adlanırdı. Yəni stadion FK Barselona, lakin elə həmin dövrdən etibarən bura Nou Kam kimi səslənməyə başlanmışdı. Öz adını isə bu stadion 2000–ci ildən etibarən qazanmışdır. Kam Nou – böyüklyünə görə yalnız İspaniyada deyil, həmçinin bütün Avropada seçilir. Burada 98 772 tamaşaçının yerləşməsi mümkündür. UEFA – nın verdiyi qərara əsasən bu futbol meydançası beş ulduza layiq görülmüşdür. Stadion tikilərkən Barselonanın president kreslosunda Fransesk Miro – Sans əyləşmişdi. O, gələcək Nou Kamp stadionun layihəsini köhnə Camp de Les Corts yerində tikərək onu əvəz etmək fikrinə düşdü.
Eqq-noq içkisi
Eqq-noq (ing. eggnog, egg-nog)-Şirin içkidir. == Haqqında == Kənd yumurtasının süd ilə qarışığından alınır. ABŞ, Kanada, Cənubi,Mərkəzi Amerika və Avropa ölkələrində geniş yayılıb. Milli bayram içkisi sayılır. Eqq-noqun vətəni Şotlandiya<nowi4767y0ki/>dı. == Tərkibi == Eqq-noqun sadə tərkibi: yumurta şəkər tozu süd və ya qaymaq alkoqol (rom, visnki, brendi bu ancaq alkoqollu növünə əlavə edilir) ədviyyatlar (darçın, hind qozu və s)Rusiyada bu içkinin oxşarı qoqul-moqoldur. == Həmçinin bax == Qoqul-moqol Alkoqollu içkilər == İstinadlar == Andrew F. Smith, The Oxford Encyclopedia of Food and Drink in America, Oxford University Press, 2.
Nou Neym Klub
Nou Neym Klub (ing. No Names Club) və ya Nou Neym Kilbörn (ing. No Names Kilburn) — Londonun Kilbörn rayonunda yerləşən həvəskar keçmiş İngiltərə futbol klubu. Klubun oyun meydançası pis şəraitdə olduğu üçün onlara "Palçıqçılar" (ing. Mudlarks) ləqəbi verildi.Klubun qeydə alınan ilk matçları 1863-cü ilin yanvar və aprel aylarında "Barns" klubu üzərində qələbə ilə başa çatan oyunlar idi. Klub 26 oktyabr 1863-cü ildə İngilətərə Futbol Assosiasiyasının 11 qurucu üzvlərdən biri idi və klubu İFA-nın ilk prezidenti seçilən klubun kapitanı Artur Pember təmsil edirdi. "N. N" İFA-nın qurucularından biri kimi müəyyən reputasiyaya sahib olsa da və 1866-cı ildə yalnız Assosiyasiyanın qanunları ilə oynayan 3 klubdan biri olsa da klub heç vaxt elit klublardan biri sayılmırdı və 1868-ci ildə Artur Pemberin mühacirətindən sonra kluba maraq azaldı. 1869–70 mövsümündə klub tez-tez yeni kapitan Tebbutt iştirak etmədən oynamaq məcburiyyətində qalırdı və klubun 5 fevral 1870-ci ildə "Apton Park" klubuna qarşı keçirdiyi və məğlubiyyətlə başa çatan son qeydə alınmış matçı zamanı yalnız yeddi oyunçusu oynamağa gəlmişdir.Klub həmin ay İngiltərə Futbol Assosiasiyasının illik yığıncağına nümayəndə heyətini göndərmiş və 3 mart 1870-ci ildə "N. N"-nin iki oyunçusu İngiltərə ilə Şotlandiya arasında keçirilən ilk təmsilçi oyunda iştirak etmişdi, lakin sonradan dərc edilmiş matç siyahılarında klubun hər-hansı fəaliyyəti barədə bəhs olunmur və klub adına hər-hansısa əlavə nəticələr mövcud deyil. 1871-ci ildən etibarən klubun adı Futbol Assosiasiyasının üzvlərinin siyahısında hallanmır.1871-ci ildə yaranan "Brondsbri" klubu "N. N"-nin dirçəlşi hesab olunurdu. və klubun adı tez-tez "Brondsbri N. N." kimi çəkilirdi.
Açıq tipli təhsil növü
Açıq tipli təhsil növü — təhsilin genişlənməsi barədə müasir doktrina. Əsas ideyalardan biri – insanın faktiki və formal ixtisasını bərabərləşdirmək. Böyük həyat təcrübəsinə və xüsusən iş təcrübəsin malik olan insanlar öz bilikl səviyyələrini rəsmi təsdiqini istəyirlər. Adətən bu xüsusi növ diplom alınması yolu iləöz təsdiqini tapır.Diplomun alınması aşağıdakı üsullarla ola bilər. a) dəslərdə iştirak etmədən bütün kursun imtahanını vermək; b) dinləyicilərin real səviyyəsinə uyğun olan ısamüddətli kurs keçmək; c) təhsil müəssisənin tələbəsi olmadan tam tədris kursunda iştirak etmək.
I Zoğu (Albaniya kralı)
I Zoq və ya Əhməd Zoğu (8 oktyabr 1895[…] – 9 aprel 1961[…], Süren, Fransa) — 1928-1939-cu illərdə Albaniyanın kralı, müharibə canisi. Əhməd Zoğu burjua-mülkədar dairələrə istinad edərək demokratik hərəkatı boğmuş, ölkəni xarici kapitala satmışdır.
Nağda bədii tikmə növü
Nağda bədii tikmə növü — 20 əsrin əvvələrinədək Naxçıvan və Ordubad şəhərlərində geniş yayılmışdı. == İstifadəsi == İstər motivləri, istərsə də kompozisiya quruluşu cəhətdən sadə olub, qadın geyimləri, balış üzü, habelə müxtəlif xırda məişət əşyası üzərində bəzədilirdi. Narıncı şal parça üzərində (85x50 sm) ornamental kompozisiyaya malik balış üzü dörd tərəfdən stilizə olunmuş güllərlə haşiyələnir. Ara sahədə - mərkəzdə mürəkkəb bitki motivlərindən ibarət dairə, bucaqlarda isə uzunsov formada gül təsvirli balışüzünü gö¬zəlləşdirir. Tikmə məmulatının üzərini boşluqdan qurtarmaq və motivi zənginləşdirmək məqsədilə balış üzünün künclərindəki iri yarpaqşəkilli ləçəklərin içərisi güllərlə doldurulur. Dekorativ məmulat üçün stilizə olunmuş nəbati ornamentlərin bacarıqla tətbiqi səciyyəvidir. “Nağda”tikmə üsuluna bəzən pilək, muncuq da tətbiq olunurdu. Sənətkarlıqla işlənmiş bu tikmə növünün ən yaxşı nümunələri Azərbaycan Tarix Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində saxlanılır.
Alqu
Alqu (Marağa)
Bolu
Bolu — Türkiyənin Bolu ilinin inzibati mərkəzi. == İstinadlar == == Həmçinin bax == Novagra geciktirici hap Arxivləşdirilib 2016-12-02 at the Wayback Machine sitesi üzerinden sipariş verebilirsiniz.
Boru
Boru - uzun, içiboş, çox vaxt en kəsiyi sabit dairəvi olan sənaye məmulu olub, maye, məhlul, qaz, buxar və s. məhsulların nəqlində istifadə olunur. Borular sənaye üsullarının tətbiqi ilə metal və xəlitələrdən, üzvi materiallardan (plastmas, qatran), beton, keramika, şüşə, odun və onların kominasiyasından hazırlanırlar. == Tarixi haqqında == Qədimdə su təchizatı ağırlıq qüvvəsinin tətbiqi ilə həyata keçirilirdi. Su axını təşkil etmək üçün borulardan (qalay, aöac, bambuk) və ya kanallardan (gil, daş) istifadə olunurdu. İçi ovulmuş, üst hissəi metala bürünmüş ağaclar santexnika borusu kimi su təchizatının tərkib hissəsi sayılırdı: İngiltərədə 500 il öncə, ABŞ-də 1700-1800-cü illərdə ovulmuş ağac borular geniş yayılmışdır. Müasir santexnika boruları polad, mis və ya plastikdən, kanalizasiya boruları isə beton,polad, mis, plastik və ya çuqundan hazırlayırlar. == Təsnifatı == En kəsiyinə görə boruları dairəvi və profil olaraq iki qrupa bölürlər. Profil boruların kvadrat, düzbucaqlı, oval və s. növləri vardır.
Conu
Conu — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 354 nəfərdir. == Toponimiyası == Conu kəndi Peştəsər silsiləsinin ətəyindədir. Talış dilində coni "yersiz, torpaqsız" kimi izah olunur. Oykonim kəndin ərazisində əkinə yararlı torpağın olmaması ilə bağlıdır. 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Tülüconi kənd inzibati ərazi dairəsi tərkibindəki Coni kəndi Conu kəndi adlandırılmışdır.
Dolu
Dolu – ilin isti dövründə topa yağış buludlarından dənə-dənə xırda buz halında düşən atmosfer yağıntısı. == Ümumi məlumat == Dolunun ölçüsü 5 mm-dən 55 mm-ə qədər, bəzən daha çox (130 mm, kütləsi təqr. 1 kq) olur. Azərbaycanda ən çox Böyük və Kiçik Qafqazın dağətəyi və orta dağlıq zonasında müşahidə olunur. Kənd təsərrüfatına böyük ziyan vurur. Azərbaycanın bəzi dağlıq rayonlarında doluya qarşı mübarizədə artilleriya və raketlərdən istifadə edilir.
Doğum
Doğum — hamiləliyin başa çatması və döl, cift, döl qişalarının ana orqanizmindən ayrılaraq, təbii doğum yollarından keçməsi ilə müşayiət olunan mürəkkəb fizioloji proses. Doğum populyasiyada vahid zaman ərzində orqanizmin yeni fərdlərinin həyata gəlməsi hadisəsi, yəni doğum əmələ gəlir. Yeni fərdlərin əmələ gəlməsi yumurtadan çıxma, toxumla cücərmə və bölünmə yolu ilə ola bilər. Zaman vahidi ərzində doğulanların sayı sabit kəmiyyət olmayıb populyasiyanın fərdlərinin ölçü və yaşından, həm də mühit şəraitindən asılı olaraq dəyişir. Doğum çox olduqda ərazi vahidinə düşən fərdlərin sayı artaraq sıxlığı yüksəlir. Bu zaman ərazi, dişilər və yem üstündə fərdlərarası rəqabət güclənir. Nəticədə fərdlər arasında ölüm halları artır.