Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pom Poko
Pom Poko (yap. 平成狸合戦ぽんぽこ – Heisei Tanuki Gassen Ponpoko) – 1994-ci ildə çəkilmiş tam metrajlı animedir. Animenin rejissoru Isao Takahatadır. Pom Poko — Internet Movie Database saytında.
Mokoa
Mokoa (isp. Mocoa) — Kolumbiyanın cənubi-qərbində yerləşən şəhər və bələdiyyə, Putumayo departamentinin inzibati mərkəzi. Şəhər departamentin şimal-qərb hissəsində, Mərkəzi Kordilyer dağlarının ətəklərində, cənub-şərqdən təxminən 465 kilometr cənub-qərbdə yerləşən Boqata çayının sağ sahilində yerləşir. Mütləq yüksəklik dəniz səviyyəsindən 721 metrdir. Bələdiyyənin sahəsi 1030 km²dir. Kolumbiya Milli Statistika İdarəsi məlumatlarına görə 2012-ci ildə şəhər və bələdiyyə əhalisinin sayı 39.867 nəfər idi. İl ərzində şəhər əhalisinin dinamikası: 2005-ci il əhalinin siyahıya alınmasına əsasən, kişi əhalinin 49,4% -ni, qadınların isə müvafiq olaraq 50,6% -ni təşkil edir. İrqi ağ və mestizo şəhərin əhalisinin 75,1% -ni; hindlilər- 18,3%; zəncilər- 6,6%-ni təşkil edir. 15 yaşdan yuxarı əhali arasında oxuma yazma nisbəti 94,4% olmuşdur.
Pakod
Pakod (xorv. Pakod) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Pokaçi
Pokaçi — Rusiya Federasiyasında yerləşən şəhər. Xantı-Mansi muxtar dairəsinə daxildir.
Poker
Poker — Şans, bacarıq, risk və taktikaya söykənən bir kart oyunudur. Pokerin bir çox növü vardır: 3 card poker, omaha və s. Bunlardan ən çox bilinəni isə Texas Hold'em Pokerdir. Pokerdə ümumi olaraq hər bir oyununda ən yaxşı beşliyi sıralamaq əsasdır. Yəni hər bir oyunçu üçün oyunun əsas məqsədi paylanılan 2 kartla yerdəki kartları tamamlayıb ən yaxşı 5-li yığıb rəqib və ya rəqiblərin çiplərini (oyun pulu) toplamaqdır. Poker, ən az 2, ən çox isə 10 nəfərlə və 1 ədəd 52-lik dəstəylə oynanır. Oyunun masadakı istiqaməti saat istiqamətindədir. ↻ {\displaystyle \circlearrowright } Masada kafi iştirak sayı olduğu müddətcə davam edən oyunda kart sıralaması isə belədir: A, K, Q, J, 10, 9, 8, 7, 6, 5, 4, 3, 2 Bütün rənglərin dəyəri bərabərdir. Ancaq 5 fərqli və ya bərabər əllər gəldiyində "Ürək, Qara Ürək (Pik də deyilir), Kərpic, Xaç (Gəşniş də deyilir)" sıralaması tətbiq olunur. Oyunun başlanğıcında maksimum məbləğ müəyyən edilir.
Polop
Polop (isp. Polop) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Marina-Baxa ərazisinin 22.58 km² hissəsini əhatə edir. 2010-cu ilin siyahıya alınmasına görə əhali 4,994 nəfərə çatmışdır. Polop şəhəri inzibati mərkəzdən 53 km məsafə uzaqlıqda yerləşir.
Ponor
Poppi
Poppi — İtaliyanın Toskana regionunda şəhər.
Poqon
Poqon (rus. погон) — xüsusi geyim formalarında çiyin üstdə daşınan hərbi rütbənin yerləşdiyi geyim elementi və ayrı — ayrı nazirliklərə, idarə və təşkilatlara mənsub olma fərqlənmə nişanları. Hərbi və ya başqa rəsmi paltarda çiyinə tikilən və ya yapışdırılan fərqlənmə nişanı. Hal-hazırda dünyanın bütün ordularında istifadə edilir. İlk dövrlərdə poqonlar çiyində asılan qılınc və patron qutusunun kəmərinin sürüşüb düşməsinin qarşısını almaq üçün istifadə edilirdi.
Pskov
Pskov (rus. Псков) — Rusiya Federasiyasının şimal-qərbində şəhər. Pskov şəhəri mühüm sənaye mərkəzidir. Maşınqayırma (elektrik avadanlığı, radio detalları, süni və sintetik lif istehsalı üçün maşınlar və s.), yüngül(xüsusilə kətan emalı) sənaye inkişaf etmişdir. Pskovun mərkəzi hissəsində Kreml (Troitsa kilsəsi ilə) yerləşir. Miroj (təqribən 1156), İvan (1243), Snetoqor (1310) ən qədim tikililərindəndir. 1941 - 1944-cü illərdə şəhər demək olar ki, tamamilə dağıdılmış, müharibədən sonra bərpa, yenidənqurma işləri aparılmış, yaşayış evləri və ictimai binalar tikilmişdir. Pskov şəhərinin salnamələrdə ilk dəfə adı 903-cü ildə çəkilib. 1348 — 1510-cu illərdə müstəqil Pskov respublikasının paytaxtı olub. 1510-cu ildə Böyük Moskva knyazlığına birləşdirilmişdir.
Rokki
Rokki (ing. Rocky) — 1976-cı ildə istehsal olunmuş ABŞ filmidir. Film 3 Oskar mükafatına layiq görülmüşdür. Filmdə uydurulmuş boksçu Rokki Balboanın həyatından söhbət açılır. Bu film əsas ilham mənbəyini əfsanəvi "Boks Kralı" Məhəmməd Əlinin Çak Vepnerlə olan döyüşündən götürür. Çak Vepner 1975-ci ildə keçirilən yarışmada Məhəmməd Əliyə məğlub olmuşdur. Rokkinin prototipi Çak Vepner. Həqiqətən də, Çak Vepner Məhəmməd Əlini 9-cu raundda nokdauna göndərmişdir. Lakin 15-ci raundda Məhəmməd Əli dayanmadan xeyli sayda ağır zərbələr endirərək onu nokauta salmışdır.Beləcə, Məhəmməd Əli döyüşün qalibi olmuşdur. Apollo Kridin prototipi Məhəmməd Əlidir.
Sokos
Sokos - Finlandiyada fəaliyyət göstərən və S Group kompaniyasının bir hissəsi olan və Sokos Hotels otellər şəbəkəsini də idarə edən univermaqlar şəbəkəsi. Yaranma tarixi 1952-ci idir. Helsinki (mərkəzi) Helsinki (Kaari) Haminlinna Joensuu Jyväskylä Kajaani Kotka Kouvola Kuopio Lahti Lohja Mikkeli Oulu (Valkea ticarət mərkəzi) Pori Porvoo Raisio (Mylly (ing.
Karlo Ponti
Karlo Ponti (it. Carlo Ponto; 11 dekabr 1912[…] – 10 yanvar 2007[…], Cenevrə) — İtaliya kinoprodüseri. == Həyatı == Karlo Ponti 1912-ci ildə Lombardiya vilayətinin Macent şəhərində anadan olmuşdur. Milan Universitetində Hüquq fakültəsini bitirmişdir. İlk film prodüseri kimi 1940-cı ildən karyerasına başlamışdır. 140-dan çox filmlərin prodüseri olmuşdur. Ən çox Federiko Fellini ilə filmlərdə çalışmışdır. == Şəxsi həyatı == 1946-cı ildə Ciliana Fyastri ilə evlənir. Lakin 1957-ci ildə arvadının xəbəri olmadan Meksikada Sofi Loren ilə evləndi. O zamanlar arvaddan ayrılmaq haqqında qanun İtaliyada yox idi.
Kazbek Kokov
Murad Kumpilov (kab.-çərk. КIуэкIуэ Валерэ и къуэ Къазбэч 20 iyul 1973) — Rusiya dövlət və siyasi xadimi. 3 oktyabr 2019-cu ildən Kabarda-Balkariya Respublikasının rəhbəri (26 sentyabr 2018-ci ildən 3 oktyabr 2019-cu il tarixinədək Kabarda-Balkariya Respublikası rəhbəri səlahiyyətlərini müvəqqəti icra edən). 6 noyabr 2019-cu ildən bəri Vahid Rusiya partiyasının Kabarda-Balkariya regional şöbəsinin katibidir. == Bioqrafiyası == Kabarda-Balkariya Respublikasının birinci prezidenti Valeri Kokovun ailəsində anadan olmuşdur. Kabarda-Balkar Aqrar Meliorasiya İnstitutunu kənd təsərrüfatı alimi dərəcəsi ilə bitirmişdir. 1995-ci ildən "Nalçikski Zavod Nalçik ASC" Ticarət və Ümumi Məsələlər üzrə Baş Direktorunun müavini işləmişdir. 2002-ci ildən Kabbalkresursı ASC-nin Baş direktoru olur. 2003 - 2007-ci illərdə Nalçik Şəhər Yerli Özünüidarə Şurasının deputatı olur. 2009-cu ilin martında Kabarda-Balkariya parlamentinə seçilir.
Kokoa, Florida
Kakao, Amerika Birləşmiş Ştatlarının Florida əyalətində olan və Brovard dairəsinin bir şəhərdir. 26 Noyabr 2009-cu il tarixində şəhərin əhalisi ümumilikdə 17.140 nəfər təşkil etmişdir. == Demoqrafiya == === 2010-cu il siyahıyaalması === 15 Mart 2010-cu il tarixində aparılmış siyahıya almaya görə, şəhər əhalisinin 16.412 nəfər, 6.939 ev və 4.232 ailə olduğu təyin olunmuşdur. Şəhərdəki əhali bölgüsü 64,0% Ağ, 33,0% Afro-Amerikalı, 0,1% Yerli Amerikalı, 1,2% Asiyalı və 0,6% digər xalqlardan ibarət olduğunu müəyyən etmişdir.
Kokoa (Florida)
Kakao, Amerika Birləşmiş Ştatlarının Florida əyalətində olan və Brovard dairəsinin bir şəhərdir. 26 Noyabr 2009-cu il tarixində şəhərin əhalisi ümumilikdə 17.140 nəfər təşkil etmişdir. == Demoqrafiya == === 2010-cu il siyahıyaalması === 15 Mart 2010-cu il tarixində aparılmış siyahıya almaya görə, şəhər əhalisinin 16.412 nəfər, 6.939 ev və 4.232 ailə olduğu təyin olunmuşdur. Şəhərdəki əhali bölgüsü 64,0% Ağ, 33,0% Afro-Amerikalı, 0,1% Yerli Amerikalı, 1,2% Asiyalı və 0,6% digər xalqlardan ibarət olduğunu müəyyən etmişdir.
Kokos adaları
Kokos adaları (ing. Cocos) və ya digər adıyla Kilinq adaları — Cənub-Şərqi Asiyada Hind okeanında yerləşən və Avstraliyaya bağlı olan adalar qrupudur. == Əhalisi == Əhalisinin sayı 1997-ci ilin iyulunda 617 nəfər idi. 1984-cü ildəki səsvermə ilə xalq Avstraliyanın tərkibinə keçməyə üstünlük vermişdir. 1609-cu ildə kapitan ing. William Keeling tərəfindən kəşf edilən adaları bu səbəbdən Keeling adaları olaraq da bilinir. == Coğrafiya == Kokos adalarının sahəsi 14 kvadrat kilometr, sahillərinin uzunluğu 26 km, dəniz səviyyəsindən ən hündür yerin hündürlüyü 5 metrdir. Kokos adalarının bitki örtüyü kokos palmalarından ibarətdir. 9 ay boyunca cənub-şərq küləkləri və orta yağışlı hava hökm sürür. == Dil == Adaların rəsmi dili ingilis dilidir, ancaq malay dili də istifadə olunur.
Kokos adası
Kokos (isp. Isla del Coco) — Sakit okeanda yerləşən ən böyük kimsəsiz adalardan biri. Kosta-Rika dövlətinə məxsus olub Puntarenas əyalətinin tərkibinə daxildir. Ada ölkənin qərb sahillərindən 600 km-lik məsafədə yerləşir. Kokos adasına ən yaxın arxipelaq cənub-qərbdə yerləşən Qalapaqos adalarıdır. Əyər kənar adalar nəzərə alınarsa Şimali Amerikanın ən ucaq cənub nöqtəsi Kokos adası hesab olunmalı. Kokos adasını əhatə edən okean sularında ekvatoryal əkscərayanı hakimdir. Bu bölgə akvalaqçıların sevimli məkanıdır. Ada sularında çəkic balıq, delfin və skatlar üstünlük təşkil edir. Bəzi əfsanələrə görə Kokos adasında böyük xəzinə gizlədilmiş.
Kokos palması
Kokos palması və ya Hind qozu ağacı (lat. Cocos nucifera) — palmalar fəsiləsindən bitki növü. Gövdəsinin hündürlüyü 20–25 m, diametri 50-60 sm-dir, yarpağı lələkvarı olub uzunluğu 3-6,5 metrdir. Bircinsiyyətli çiçəkləri süpürgə çiçək qrupunda yerləşir. Kokos qozu adlanan meyvəsi çəyirdəkdir: çəkisi 1,5-2,5 kq olur. Yetişmiş meyvəsində kokos südü və yağı var. Hind qozu 7-13 yaşında meyvə verir, 60 ilə qədər məhsul yığmaq olur. 90-100 il yaşayır. Kokos palması qədim zamanlardan hər iki yarımkürənin tropik ölkələrində, əsasən Filippində, Malay arxipelaqı adalarında, Malakka yarımadasında, Hindistanda və Şri-Lankada becərilir. Dəniz və okean sahillərində bitən bitkidir.
Kokos plitəsi
Kokos plitəsi — Sakit okeanın altında və Mərkəzi Amerikanın qərb sahilində yerləşdir. Plitənin adı üzərində yerləşən Kokos adasının adından götürülüb. Kokos plitəsi Şərqi-Sakit qalxması və Kokos dağ silsilələri boyunca dəniz dabanının genişlənməsi nəticəsində yaranıb. Bu geoloji kompleks ərazini geoloqlar Kokos-Naska genişlənmə sistemi də adlandırırlar. Şimal sərhədləri Mərkəzi Amerika çökəklikliyi ilə, şərq hissəsi Panama qırılma zonası ilədir. Cənub sərhəddində Qalapaqos qalxması, qərb sərhəddində isə Şərqi-Sakit qalxması yerləşir. Kokos və Naska plitələri 23 milyon il əvvəl ayrılmış Farallon plitəsinin qalıqlarıdır. Qalapaqos adaları altında olan ocaq Qalapaqos adaları boyunca uzanır. Kokos plitəsinin şimalındakı Rivera plitəsinin Kokos plitəsindən 5-10 milyon il əvvəl ayrıldığı güman edilir. Plitələr arasındakı sərhəd konkret olaraq qırılma əmələ gətirməsə də, bu plitələr iki ayrı plitə hesab olunur.
Kokos suyu
Kokos suyu — kokos palmasının gənc meyvələrindəki maye endosperm. == Tərkib və xüsusiyyətləri == Kokos çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində olan bəzi maddələr haqqında xüsusilə danışmaq lazımdır. Belə ki, kokos "südü"nün tərkibində olan laurin turşusu təbii "antibiotik"dir. Laurin turşusu ana südünün tərkibinə daxildir. Kokos əslində kokos palmasının toxumudur. Tropik ölkələrdə kokos "ilahı" meyvə sayılır və həm qida, həm dərman kimi müxtəlif xəstəliklər və pozulmalar zamanı (ishal, zəhərlənmə, baş ağrısı, yaralar, impotensiya və s.) geniş istifadə olunur. Kokosdan kişi gücünü artıran xüsusi tonuslaşdırıcı kokteyllər hazırlayırlar. Kokos B, E, C vitaminlər, kalsium, dəmir, kalium, sink, mis, fosfor, yod və s. kimi bir çox faydalı minerallar, bir çox nadir orqanik turşularla zəngindir.
Kokos yengəci
Kokos yengəci; Hindqozu yengəci (lat. Birgus latro) — Buğumayaqlılar tipinin, birgus cinsinə aid heyvan növü. Bu növə daxil olan canlıların yetkin fərdləri quru həyat tərzi keçirir. Kokos yengəcləri əsasən Sakit okeanın qərb hissəsinin və Hind okeanının tropik adalarında yayılmışdır. Onların əti qida kimi istifadə edilir. == Adı == Növ adı olan lat. latro «quldur» mənasını verir. Bu buğumayaqlı canlı həm də "Palma oğrusu" adlandırılır. Səbəb isə onun keçmişdə kokosun içini yeməkdən ötrü palma ağacından hindqozunu kəsmək qabiliyyətinə olduğu düşünülürdü. Üstəlik onların kokosların qabıqlarını sındırmaları düşünülürdü.
Laknau Paktı
Laknau Paktı — Hindistan Milli Konqresi ilə Pakistan Müsəlman Liqası arasında, 1916-cı ilin oktyabrında Lakhnauda keçirilmiş hər iki tərəfin sonrakı birgə iclasında əldə edilən bir razılaşma idi. Pakt vasitəsilə iki tərəf əyalət qanunverici orqanlarında dini azlıqların təmsil olunmasına icazə verməyə razılıq verdilər. Müsəlman Liqası liderləri Hindistan muxtariyyətini tələb edən Konqres hərəkatına qoşulmağa razı oldular. Alimlər bunu hind siyasətində əlaqəli bir təcrübənin nümunəsi kimi göstərirlər. Razılaşma hazırlayarkən Mahajan Konqresə rəhbərlik etdi, Fəzlul Haq (1916-cı ildə həm Konqresdə, həm də Müsəlman Liqasında iştirak etmiş) və Mahatma Qandi də bu tədbirdə iştirak etdilər. == Haqqında == İngilislər hindlilərin məmnuniyyətini təmin etmək üçün hinduların böyük təzyiqləri altında İcraiyyə Şurası üzvlərinin ən azı yarısının seçilmələrinə və Qanunverici Şuranın çoxluğuna sahib olmasına səbəb olacaq bir sıra təkliflərə baxacaqlarını elan etdilər. Həm Konqres, həm də Müsəlman Liqası bunları dəstəklədi. Hər iki partiya başa düşdülər ki, gələcək güzəştlər üçün daha böyük əməkdaşlıq tələb olunur.
Leonid Popov
Leonid Andreyeviç Popov (saxa Леонид Андреевич Попов; 14 avqust 1919, Suntar ulusu, Yakutiya MSSR – 1 aprel 1990) – Saxa yazıçısı, Saxa Xalq şairi. == Həyatı == Leonid Popov 14 avqust 1919-cu ildə Saxa Respublikasının Suntar ulusunun Arılax kəndində müəllim ailəsində anadan olmuşdur. 1941-ci ildə Yakutiya Pedaqoji İnstitutununu bitirmiş, daha sonra Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışdır. Yakutiya Kitab Nəşriyyatında və "Hotugu sulus" jurnalında çalışmışdır. 1944-cü ildə SSRİ Yazıçılar İttifaqına üzv seçilmişdir. == Yaradıcılığı == Leonid Popovun ilk şeiri 1937-ci ildə nəşr edilmişdir. 1943-cü ildə Böyük Vətən Müharibəsi ilə bağlı şeirlər toplusu "Görüş gününü gözləyirəm" (Күүтэбин көрсүһэр күннэри) adı ilə ayrıca kitab kimi nəşr olunmuşdur. Onun poetik axtarışları "Ürəyin dibindən" (Истиҥ сүрэхтэн), "Qağayılar" (Хоптолор),"Təmiz qar üsrtündə gəzirik" (Хаамыах халыҥ хаарынан) kimi kitablarda əksini tapmışdır. Leonid Popovun ən məşhur əsəri Sovet İttifaqı Qəhrəmanı F. K. Popova həsr olunmuş "Nəğməyə çevrilən həyat" (Ырыа буолбут олох) və "Mənim Respublikam" (Мин республикабар) poemalarıdır. Leonid Popov nəsr yaradıcılığı ilə məşğul olmuş, "Tayqa cığırları" (1961) hekayələr toplusunu, "Kyundeli" (1970) povestini, "Toqo Sele" (1976) və "Maya diyarı" (1978) romanlarını nəşr etdirmişdir.
Mokvi çayı
Mokvi və ya "Mokva" çayı (abx. Мықу, gürc. მოქვი) - Abxaziyadan axan çay. Su hövzəsinin sahəsi 336 km²-dir. Orta su sərfi isə 18,1 m³/s-dir. Mənbə Kodori silsiləsinin cənub yamaclarında, xüsusən də Oxutske silsiləsində, Aduada dağının (2775 m) cənub-şərqində və Adueda-Adzıs gölü hövzəsində yerləşir. Çay Abxaziyanın Oçam rayonunun ərazisindən keçir. Oçam rayonu şəhərinin şimal - qərb hissəsindən keçərək Qara dənizə tökülür. Çay buzlaqlar və yağış suları ilə qidalanır. Çayın ətrafında Arasadzıx, Txina, Mokvi, Jal, Arad, Markula kimi böyük kəndlər yerləşir.