Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Plagiat
Plagiat (fr. plagiat lat. plagium - oğurlamaq ) — elm və incəsənətdə digər müəllifin yaradıcılığının, ideyasının şüurlu surətdə mənimsənilməsi. Plagiatlıq bu digər şəxsə məxsus əsərin (elmi, ədəbi, musiqi), ixtiranın və ya səmərələşdirici təklifin mənbəyinə istinad etmədən öz adı altında tamamilə və ya qismən istifadə edilməsi deməkdir. Plagiatlıq prosesi və bu prosesin tərkib hissələrinə, eləcə də plagiatlığa qarşı mübarizə üsullarına həsr edilmiş çoxlu işlər mövcuddur. Əksər işlərdə plagiatlıq mətn tipli mənbələrdə rast gəlinən bu və yaxud digər təzahür formasına görə növlərə ayrılır: Mətni köçürmə "olduğu kimi", "dırnaq işarəsi olmadan və mənbəyə istinad etmədən istinad edilməyən mənbədən mətnin elementlərinin (cümlələrin, sözlərin) ardıcıllığını dəyişməklə istifadə edilməsi istinad edilməyən mənbədən müəyyən elementin (əsas frazanın, söz birləşməsinin) mənimsənilməsi istinad etmədən frazaları dəyişməklə istinad etmədən məlumatın adı və məlum informasiya kimi veril ideyanın istinad etmədən, hardansa eşitdiyi kimi verilməsi özünün və ya digərinin əvvəlki işlərini istinad vermədən yeni ideya kimi verilməsi haqqı ödənilməklə öz işində digərinin ideyalarından istinad etmədən istifadə edilməsi istinad etmədən mənbələrdəki ideyaların proqram təminatından istifadə etməklə və yaxud onlayn tərcümə vasitəsilə mənimsənilməsi haqqı ödənilməklə digərinin işini bilavasita və ya tərcümə etdirməklə mənimsənilməsiPlagiatlıq anlayışının məqsəddən asılı olaraq da növlərə ayırmaq olar: birbaşa plagiatlıq - mətnin eyni ilə, dəyişiklik etmədən köçürülməsi sərbəst plagiatlıq - öz işlərinə istinad etmədən istifadə etmək mozaik plagiatlıq - müəyyən hissəsini dəyişməklə sinonimlərdən istifadə etməklə təsadüfi plagiatlıq - bilmədən və ya digər sahələrdə məlum olan, lakin tədqiqat sahəsində yeni olan ideyaların qeyri-qanuni mənimsənilməsidir. == Ədəbiyyat == R.Əliquliyev, N.Ağayev, R.Alıquliyev. Plagiatlıqla mübarizə yolları. Bakı: İnformasiya texnologiyaları, 2015, 165 s.
Polimat
Universal insan ensiklopedist, polimat (polymathēs, yun. πολυμαθής) — ensiklopediya, yaxud elm, incəsənət və peşələrə dair izahlı lüğəti (1715–1780) tərtib və nəşr edən fransız maarifçiləri. Ensklopediya XVIII əsrin sonunda Fransa burjua inqlabının ideoloji cəhətdən hazırlanmasında böyük rol oynamış və zəmanəsinin elmi nailiyyətlərinin müntəzəm külliyyatını vermişdir. 1772-ci ilə qədər "Ensiklopediyanın" təşkilatçısı və rəhbəri Deni Didro olmuş və D`Alamber ona yaxından kömək etmişdir. Monteskyö, Jan Jak Russo, Volter, Helvetsi, Holbax və digər mütəfəkkirlər də enisklopedistlərin sırasında olmuşdur. "Ensklopediya"da feodal ideologiyasına qarşı ardıcıl mübarizəni materialistlər aparmışlar. Lakin ensklopedistlərin daha mötədil hissəsi də kilsənin elmin işlərinə qarışmaması uğrunda çıxış etmiş, özünü ictimai tərəqqinin tərəfdarı saymış, istibdadın tənqidini vermiş, insanın silki zülümdən azad olunmasına tərəfdar çıxmışlar. Ensiklopedist — 1) hərtərəfli məlumatı, təhsili olan adam; 2)tarixdə XVIII əsrin axırlarında Fransada nəşr edilən "Ensiklopediya" ətrafında toplaşmış qabaqcıl mütəfəkkirlər qrupunun nümayəndəsi, yaxud onların fikrinə şərik olan adam. Ensiklopedistlər — "Ensiklopediya, yaxud Elm, incəsənət və peşələrə dair izahlı lüğət"i tərtib və nəşr edən fransız maarifçiləri. "Ensiklopediya"nın təşkilatçısı və rəhbəri D. Didro idi.
Yolağac
Yolağac — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 829 nəfərdir. == Toponimiyası == Yerli məlumata görə, yaşayış məntəqəsini təqribən XVIII əsrin ortalarında Yardımlı rayonunun Bərcan və Lerik rayonunun Xanəgah kəndlərindən gəlmiş ailələr salmışlar. Oykonim haqqında iki fikir mövcuddur. Birinci fikrə görə, oykonim “yol kənarında ağac” mənasındadır. Yerli əhalinin məlumatına görə, Yardımlı rayonunun bir sıra kəndlərinin əhalisi son illərə qədər bu yoldan istifadə edir və həmin ağacın kölgəsində dincəlirdilər. İkinci fikrə görə isə, kəndin adı yol (tal, “böyük”, “hündür”) və ağac sözlərindən ibarət olub, “böyük, hündür ağac” mənasındadır. Məlumat verilir ki, kəndin qərb tərəfində böyük bir ağac varmış və kənd də həmin ağaca görə belə adlandırılmışdır.
Zolağac
Zolaxaç, Zolağac, Zolakar — Zolakar (erm. Զոլաքար), Ermənistanın Qeqarkunik vilayətində kənd. == Tarixi == Çar Rusiyasının İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd olmuşdur Ermənistan SSR ALİ Soveti Rəyasət Heyətinin qərarı ilə 1935-ci ildə kənd ermənicə Zolokar adlandırılmışdır. == Əhalisi == 1948-ci ildə kəndin əhalisi Azərbaycana köçürülmüşdür. == İstinadlar == == Xarici keçidlər == Zolaxaç GEOnet Names Server-də. World Gazeteer: Armenia – World-Gazetteer.com Report of the results of the 2001 Armenian Census, Ermənistan Respublikası Milli Statistika Xidməti Bredi Kislinq, Rediscovering Armenia, p. 46; original archived at Archive.org, and current version online on Armeniapedia.org.
Qolqat
Qolqat - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 8 km şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı «Qovluqat»dır. Toponim türk dilində «susuz dərə», «çay yeri», «axar», «çay», «dərə, vadi» mənalarında işlənən qol sözü ilə «bataqlıq» mə’nasında işlənən qat sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 15.VII.1948-ci il fərmanı ilə adı dəyişdirilib Keğanist qoyulmuşdur. == Əhalisi == Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. 1828-30 - cu illərdə Türkiyədən ermənilər köçürülüb burada yerləşdirilmişdir.
Polat
Polad — tərkibində karbonun miqdarı 2,14%-dən az olan dəmirdən ibarət bütün metallik legirlərə deyilir. İnsanlar poladla çox qədim təcrübəyə malikdirlər. Yüksək keyfiyyətə malik polad texnikanın tərkib hissəsinə çevrilmişdir. Karbon və dəmir uzun müddət ağır sənayenin sütununu təşkil edirdi və siyasətdə böyük rol oynayırdı. Hal-hazırda maşın, nəqliyyat və bir çox başqa texniki hissələrin hazırlanmasını poladsız təsəvvür etmək mümkün deyil. Poladlar iki hissəyə bölünürlər: alət və konstruksiya poladları. Kimyəvi tərkibinə görə də poladlar təsnifatlaşdırılıb: karbonlu və legirli poladlar. Karbonun və legirləyici elementin səviyyəsindən asılı olaraq poladlar bölünürlər: Aşağı karbonlu Orta karbonlu Yüksək karbonlu Aşağı legirli Orta legirli Yüksək legirliStrukturlarında da fərq qoyulmaqdadır. Poladda austenit, ferrit, martensit, beytinit və perlit kimi struktur təşkilediciləri mövcuddur. Əgər strukturda 2 və daha çox faza vardırsa, onda belə poladlar çoxfazalı adlanırlar.
Poliqam aktinidiya
Poliqam aktinidiya (lat. Actinidia polygama) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin aktindiyakimilər fəsiləsinin aktinidiya cinsinə aid bitki növü. == Təbii yayılması == Saxalində, Koreyada, Şimal-Şərqi Çində təbii halda bitir. == Botaniki təsviri == Kol lianasıdır. Cavan zoğların qabığı boz-qonur, yaşlılarda qırmızımtıl-qonurdur. Yarpaqları vegetasiya dövründə rəngini dəyişir. İyunun əvvəlindən avqustun ortalarınadək təxminən 30 gün ağ, ətirli çiçəklərlə çiçəkləyir. Bitki birevlidir. Hündürlüyü 5–8 m-ə qədər, gövdəsinin qalınlığı 2–3 sm olan, orta boylu lianadır. Xarici görünüşünə görə kolomikta aktinidiyasına bənzəyir, ancaq ondan kiçikdir, az budaqlanır.
Süzen Polqar
Susan Polqar (mac. Polgár Zsuzsa; 19 aprel 1969, Budapeşt, Macarıstan Xalq Respublikası)— Macarıstanlı və Amerikalı şahmat qrosmeysteridir. O şahmat müəllimi, məşqçi , yazıçı, Texas universitetində şahmatın inkişafı üçün Susan Polqar institutunun başçısı və təsisçisi və Şahmat olimpiadasının qalibidir. O məşhur Polqar bacılarının ən böyüyüdür: Susan Polqar, Sofiya Polqar, Yudit Polqar. 15 yaşında 1984-cü ilin iyulunda FİDE retinq cədvəlində dünya qadın oyunçularının top-retinqində yer aldı və növbəti 23 ildə top üçlüyə düşdü. O, 1996-cı ildən 1999-cu ilə qədər qadınlar arasında şahmat üzrə dünya çempionu olub. Polqar 10 olimpiya medalı qazanıb (5 qızıl, 4 gümüş, 1 bürünc). O, 2006-cı ildən bəri rəsmi yarışlarda iştirak etməyib. 1997-ci ildə o Nyu-Yorkda Polqar Şahmat Mərkəzinin əsasını qoyub. 2002-ci ildə o uşaqlara, xüsusən qızlara şahmat hazırlığı keçmək üçün Susan Polqar Fondunu yaratdı.
Yudit Polqar
Yudit Polqar — macarıstanlı şahmatçı. Yudit Polqar 15 yaşında ikən dünyanın ən gənc qrosmeysteri adını alaraq, Bobi Fişerin rekordunu bir ay təzələyib. Onun atası ona və bacılarına şahmatı hələ evdə ikən körpə yaşlarında öyrətməyə başlayıb. Ata bütün dünyaya sübut etmək istəyirdi ki, əgər uşaqlar şahmatı öyrənməyə çox erkən yaşda başlasalar, daha çox uğur əldə edə bilərlər.
Mehmed Polat
Mehmet Polat (türk. Mehmet Polat) — Türkiyə aktyoru. == Həyatı == Mehmet Polad 1970-ci il yanvarın 14-də Diyarbakırda anadan olub. 1982-ci ildə konservatoriyanı bitirib. "Beləmi olacaqdı" (türk. Böylemi olucaktı) adlı serialda debüt edib. Sonra "Qurdlar vadisi", "Acı həyat" kimi seriallara çəkilib.
Məhməd Polat
Mehmet Polat (türk. Mehmet Polat) — Türkiyə aktyoru. == Həyatı == Mehmet Polad 1970-ci il yanvarın 14-də Diyarbakırda anadan olub. 1982-ci ildə konservatoriyanı bitirib. "Beləmi olacaqdı" (türk. Böylemi olucaktı) adlı serialda debüt edib. Sonra "Qurdlar vadisi", "Acı həyat" kimi seriallara çəkilib.
Polat Alemdar
Əfə Yaqub Qaraxanlı (türk. Efe Yakup Karahanlı), Əli Candan (türk. Ali Candan), Polad Ələmdar (türk. Polat Alemdar) — Qurdlar Vadisi seriyasının baş personajı. Necati Şaşmaz tərəfindən canlandırılmışdır. Qurdlar Vadisinin ilk mövsümündə Arda Əsən tərəfindən səsləndirilmişdir. Arda Əsən hərbi xidmətə getdiyinə görə ikinci mövsümdən etibarən Ümid Tabak tərəfindən səsləndirilmişdir. Personaj ilk dəfə Qurdlar Vadisi teleserialının birinci bölümündə görülmüş, sonuncu dəfə Qurdlar Vadisi: Vətən filmində görülmüşdür. Bununla belə Qurdlar Vadisi: Terror, Qurdlar Vadisi: Pusqu teleseriallarında, Qurdlar Vadisi: İraq, Qurdlar Vadisi Fələstin filmlərində görülmüşdür. == Keçmişi == Polad Ələmdar, Mehmet Qaraxanlı və Nərgiz Qaraxanlının öz oğludur.
Polat Can
Polat Can (Əhməd Məhəmməd), 1980-ci ildə Kobanidə (Suriya) anadan olub, Suriyadan olan kürd siyasi fəaldır. Can, Xalq Müdafiə Birliklərinin (YPG) qurucularından və əsas komandirlərindən biridir və təşkilatın rəsmi sözçüsü kimi fəaliyyət göstərir. O, həmçinin Suriya Demokratik Qüvvələrinin koalisiya komandiri vəzifəsini də icra edir. O, həm də jurnalist və yazıçıdır, kürd, ərəb və türk dillərində ədəbi əsərin müəllifidir.
Polsat Sport News
«Polsat Sport News» — «Cyfrowy Polsat» şirkətinin sahibləndiyi Polşa idman telekanalı. Telekanal Polşada yayımlanan ilk idman kanalıdır. Telekanal 30 may 2011-ci ildə saat 07:00-da yayıma başlamışdır. == Tarixi == 25 oktyabr 2010-cu ildə 146-cı Cyfrowy Polsat kanalında telekanalın test yayımı baş tutmuşdur. 25 may 2011-ci ildə stansiya ikinci multipleksdə yerli rəqəmsal televiziya üçün test yayıma başlamışdır. 30 may 2011-ci ildə müntəzəm yayım saatı olan 07:00-da telekanal əsas yayıma başladı. Lakin rəqəmsal peyk platforması istifadəçiləri telekanalı izləyə bilmirdi. 11 avqust 2011-ci ildə telekanal Cyfrowy Polsat istifadəçilərinə təqdim edilmişdir. 4 noyabr 2011-ci ildə telekanal rəsmi olaraq, Telewizji na Kartę və n platformasına əlavə edilmişdir. 1 noyabr 2012-ci ildə «Polsat Sport News» ilk reklamını yayımlamışdır.
Lord Kitçener səni istəyir (plakat)
Lord Kitçener səni istəyir (ing. Lord Kitchener Wants You) — Böyük Britaniya ordusuna çağırışa səsləyən, 1914-cü ildə çəkilmiş plakat. Plakatdan, əsasən, Birinci dünya müharibəsi illərində istifadə olunmuşdur. Plakatda təsvir edilən Lord Kitçener rəsmi Alfred Let tərəfindən çəkilmişdir.