Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gölə
Gölə — Türkiyənin Ərdəhan ilinin ilçələrindən biri.
Pele
Edison Arantes do Nascimento (Pelé) (23 oktyabr 1940[…], Tres-Korasoyns[d], Minas-Jerays – 29 dekabr 2022[…], Morumbi[d]) — dünya futbol tarixinin ən böyük futbolçularından biri. Braziliya milli futbol komandası ilə 3 dəfə Dünya Kubokunu qazanmışdır. İlk Dünya Kubokunu 1958-ci ildə İsveçdə keçirilən çempionatda almışdır. Bütün zamanların ən böyük oyunçularından biri kimi qəbul edilən və FİFA tərəfindən "ən böyük" adlandırılan Pele, 20-ci əsrin ən uğurlu və populyar idman xadimləri arasında idi. 1999-cu ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Əsrin idmançısı seçilib və Time siyahısına 20-ci əsrin 100 ən mühüm adamı kimi daxil edilib. 2000-ci ildə Pele Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən Əsrin Dünya Oyunçusu seçildi və FİFA Əsrin Oyunçusu mükafatının iki birgə qalibindən biri oldu. Onun 1363 oyunda 1279 qolu, Ginnesin Rekordlar Kitabına düşüb. == Həyatı == Pele 1940-cı ilin 23 oktyabrında Braziliyanın Minas-Jerays ştatının elə də böyük olmayan Tres-Korasoyns şəhərində kasıb bir ailədə anadan olub. Futbol Edison üçün sevimli əyləncələrdən biri idi. Atası Dondino da keçmişdə futbolçu olduğundan oğlunun ilk müəllimi də məhz o olub və futbol haqqında bəzi sirləri də ona uşaqlığından ötürmüşdür.
Polo
Polo — top ilə komanda şəklində oynanılan atüstü idman növü. Oyunçular topu meydançada xüsusi polo taxtası vasitəsi ilə hərəkət etdirirlər. Müasir polo oyununa bənzər qədim çövkən oyunu Şərqdə, o cümlədən də Azərbaycanda çox məşhur idi. XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlamışdır. Məhz ingilislərin təşəbbüsü ilə çövkən oyunu polo adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilmiş, beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilmişdir. Parisdə üç ölkənin 5 polo komandası iştirak etmişdir. Növbəti dəfə polo oyunu Olimpiya oyunlarının proqramına 1908-ci ildə Londonda, 1920-ci Antverpendə, 1924-cü Parisdə və 1936-cı ildə Berlində keçirilən Olimpiya oyunlarında oynanılmışdır. 2013-cü ildə Bakıda ilk dəfə olaraq polo üzrə dünya kuboku yarışları keçirildi. Binə atçılıq mərkəzində keçirilən yarışda Azərbaycanla yanaşı ABŞ, Argentina, Böyük Britaniya və digər ölkələrdən olan 8 komanda çempionluq uğrunda mübarizə aparırdı. Polonun adı italyan səyyah Marko Polonun adı ilə bağlıdı.
Polye
== Polye == Polye (serb-xorvat-polije-çöl, becərilən torpaq) aralıqdənizi karst tipində (açıq karstda), karst qıflarının birləşməsi nəticəsində əmələ gələn, hündür, sıldırım yamaclarla haşiyələnmiş,qapalı, geniş yastı çökəkliklərə deyilir. Polyenin sahəsi 300-400 km2 -ə, yamacların hündürlüyü isə bir neçə yüz metrə çatır. Polyenin çöküntülərlə örtülü dib sahəsində ponorlarda yox olan çay və ya ponorlarla qidalanan göl olur. Polyelər Balkan yarımadasında, Kırımda, Qərbi Gürcüstanda geniş yayılmışlar.
Pələ
Pələ — ibtidai salın nisbətən təkmilləşdirilmiş forması hesab edilən su nəqliyyatı vasitəsi. XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda su nəqliyyatı vasitələrinin məhəlli-lokal xüsusiyyəti ilə fərqlənən növləri də mövcud olmuşdur. Naxçıvan bölgəsi üçün səciyyəvi olan, ibtidai salın nisbətən təkmilləşdirilmiş forması hesab edilən pələ belə su nəqliyyatı vasitələrindəndir. Quruluşuna və təyinatına görə su nəqliyyatı vasitəsi kimi kələk ilə oxşarlıq təşkil etsə də, ölçülərinə və yükgötürmə qabiliyytəinə görə pələ kiçik, kələk isə nisbətən iri ölçüdə hazırlanırdı. Pələni hazırlamaq üçün 15-20 sm diamterli və 2,2-2,5 m uzunluğunda ağacları bir-birinə paralel qoyur, baş, ortaya və ayaq hissələrinə isə köndələn şəkildə üç ağac bərkidirdilər. Beləliklə, ağacların arasıda əmələ gələn kvadratşəkilli sahələrə qoyun və keçi dərisindən hazırlanmış, içərisinə hava ilə doldurulmuş tuluqlar bağlanırdı. Bundan sonra pələnin üstünə çubuq çəpərə salınırdı. Pələ xüsusi çəp vasitəsi ilə hərəkətə gətirilir, kiçikhəcmli yüklərin və 2-3 sərnişinin digər sahilə keçirilməsi üçün nəzərdə tutulurdu.
Şölə
Şölə — qız adı. Sözün mənası Od, işıq, parilti deməkdir. Bu isim həm ümumi həm də xüsusi isimdir.
Polk
Alay və ya polk — bir polkovnikin əmri altında üç ya da dörd tabordan ibarət olan hərbi birlik. Bir həbri birlik olaraq çox köhnə tarixə malikdir. 16 əsrin ortalarında Fransız süvari birliklərinə də alay deyilirdi. Daha sonrakı əsrlərdə alayların öz bayraq, forma və gerbləri inkişaf etdirilmiş və müəyyən alaylar müəyyən bir şəxsiyyət, hərbi karier əldə etmişlər. 20 əsrin əvvəllərinə qədər Avropa və ABŞ ordularında alaylar 10 bölükdən ibarət idi. Napoleon isə alay təşkilatında yeni tənzimləmələrə getmiş və əmri altındaki alayları, biri qərargahda, digər ikisi də ərazidə olmaq üzrə üç tabor şəklində təşkilatlandırmışdır. 20 əsrin başlanğıcında Birləşmiş Ştatlar ordusu da bu yeniliyi mənimsəmişdir. Alayların bu quruluşu Birinci dünya müharibəsi, İkinci dünya müharibəsi və Koreya müharibəsi ərəfəsində dəyişməmişdir. Azərbaycan Silahlı Qüvvələrində və digər dövlətlərdə həbri birləşmələrdən başqa,hüquq mühafizə orqanlarının şəxsi heyətinin birləşmələridə Alay adlandırılır.məs:Çevik Polis Alayı və s.
Kosovo Pole icması
Kosovo Pole (serb. Косово Поље) — Kosovoda icma, mübahisəli inzibati mənsubiyyəti olan ərazidir. Sahəsi 89 km²-dır.İcmanın inzibati mərkəzi Kosovo Pole şəhəridir. Kosovo Pole icması 18 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 4,9 km²-dır.
Pol
Pol — ad. Pol Sezan — fransız rəssamı Pol Volker — Amerikalı aktyor, model Pol Kruqman — amerikalı iqtisadçı, icmalçı və yazıçı Pol Qrem Vilson — Avstraliya botaniki. Pol Samuelson — amerikalı iqtisadçı.
Atüstü polo
Polo — top ilə komanda şəklində oynanılan atüstü idman növü. Oyunçular topu meydançada xüsusi polo taxtası vasitəsi ilə hərəkət etdirirlər. Müasir polo oyununa bənzər qədim çövkən oyunu Şərqdə, o cümlədən də Azərbaycanda çox məşhur idi. XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlamışdır. Məhz ingilislərin təşəbbüsü ilə çövkən oyunu polo adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilmiş, beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilmişdir. Parisdə üç ölkənin 5 polo komandası iştirak etmişdir. Növbəti dəfə polo oyunu Olimpiya oyunlarının proqramına 1908-ci ildə Londonda, 1920-ci Antverpendə, 1924-cü Parisdə və 1936-cı ildə Berlində keçirilən Olimpiya oyunlarında oynanılmışdır. 2013-cü ildə Bakıda ilk dəfə olaraq polo üzrə dünya kuboku yarışları keçirildi. Binə atçılıq mərkəzində keçirilən yarışda Azərbaycanla yanaşı ABŞ, Argentina, Böyük Britaniya və digər ölkələrdən olan 8 komanda çempionluq uğrunda mübarizə aparırdı. Polonun adı italyan səyyah Marko Polonun adı ilə bağlıdı.
Ceyms Polk
Ceyms Noks Polk (ing. James Knox Polk; 2 noyabr 1795, Paynvil, Şimali Karolina, ABŞ — 15 iyun 1849, Neşvil, Tennessi, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 11-ci prezidenti (1845-1849). Tarixçilər tərəfindən ABŞ tarixindəki ən yaxşı 10 prezidentdən biri hesab olunur. Polkun hakimiyyəti dövründə ABŞ Luiziananın satın alınmasından sonrakı ən böyük ərazi artımına nail olmuşdur. 1846-1848-ci illər ABŞ-Meksika müharibəsi nəticəsində Nyu-Meksiko, Kaliforniya, Nevada və Yutanın işğalı, Britaniyadan Oreqonun şimal hissəsinin əldə edilməsi və Texasın özünə birləşdirilməsi yolu ilə ABŞ öz ərazilərini 1,3 milyon km² artırmış və nəticədə Sakit okeana çıxış əldə etmişdi. == Erkən həyatı == ABŞ-nin 11-ci prezidenti Ceyms Noks Polk 2 noyabr 1795-ci ildə Şimali Karolina ştatının Meklenburq dairəsində anadan olmuşdur He was the first of 10 children born into a family of farmers.. On bir yaşında ikən ailəsiylə birlikdə Tennessiyə köçürlər. Səhhətində olan problemlər onun ibtidai təhsil almasını gecikdirmişdir. Lakin bu, onun mükəmməl təhsil almasına mane olmur. 21 yaşında Şimali Karolina Universitetinə daxil olaraq, 1818-ci ildə oranı müvəffəqiyyətlə bitirir.
Coreopsis poloe
Coreopsis poloe (lat. Coreopsis poloe) — mürəkkəbçiçəklilər fəsiləsinin koreopsis cinsinə aid biki növü.
Filüstü polo
Filüstü polo — polonun Cənubi-Şərgi Asiyada yayılmış filüstü növü. Oyunçular topu meydançada atüstü polodakı olduğu kimi bambukdan düzəldilmiş xüsusi polo taxtası vasitəsi ilə hərəkət etdirirlət. Oyun 200 m uzunluğu olan meydançada oynanılır. Oyun vaxtı filin üstündə iki nəfər oturur: oyunçu və fili idarə edən. Filüstü polo XX əsrin əvvələrində Asiya səfər edən ingilislərlə oynanılmağa başladı. İdman növü kimi XX əsrin sonlarında formalaşıb. Filüstü polonun ümumdünya assosiyasıyası 1982-ci ildə Nepalın Çitvan Milli Parkında Ceyms Manklark və isveçrəli Cim Edvards tərəfindən yaranmışdı. Əvvəlcə top kimi adi futbol topundan istifadə edilirdi. Ancaq fillərin bu topları əzdiyinə görə, kiçik ölçülü standart polo topundan istifadə edilməyə başlanıldı. Bambuk polo taxtaları da atüstü polodan götürülüb.
Harri Hole
Harri Hole — Yu Nesbö tərəfindən yazılmış və dünyada 18 000 000 tirajla satılmış romanlar seriyasının (hal hazırda 11 roman) baş qəhrəmanıdır. Harri Holenin adı Şerlok Holms, Erkül Puaro, Komissar Meqre, Niro Vulf kimi tanınmış ədəbi detektivlərlə yanaşı çəkilir. Hole qeyrikonservativ metodlara malik parlaq və aktiv detektiv olmaqla yanaşı, sərrast atıcılıq qabiliyyətinə malikdir. == Tərcümeyi Halı == Harri Hole 20 yaşında xərçəng xəstəliyi səbəbi ilə anasını itirir və keçmiş müəllim olan atası Ulav Hole ilə də sıx əlaqə saxlamır. O, Oslo Polis İdarəsinin Kriminalistika bölməsinin əməkdaşıdır. Harrinin daun sindromlu bir bacısı var. O, evli deyil, lakin on roman boyu bir çox qadınlarla sıx əlaqədə olub. Harri siqaret və alkoqol aludəçisi olmağına baxmayaraq, zaman zaman alkoqol qəbulunu kontrol edə bilir. Onun problemləri vaxtaşırı rəhbərlik və bəzi əməkdaşlarla konfliktlə nəticələnməyinə baxmayaraq, onun güclü detektiv olduğuna inanan bölmə rəisi Byarne Möller və onun iş yoldaşı və yaxın dostlarından biri onun işdən azad edilməsinin qarşısını ala bilirlər. Harri Federal Təhqiqat Bürosunda atıcılıq və Polis sorğulaması texnikası üzrə təlim keçmiş azsaylı orqan işçilərindən biridir.
J. Cole
Jermaine Lamarr Cole səhnə adı ilə J. Cole (28 yanvar 1985, Frankfurt-Mayn, Hessen) — Amerikalı reper, müğənni, mahnı sözü yazarı, prodüser və səsyazma rejissoru. Almaniyada hərbi baza ərazisində anadan olub, Şimali Karolinanın Fayetteville şəhərində böyümüşdür. 2007-ci ilin əvvəlində "The Come Up" çıxış miksteypinin yayımlanması Cole'un reper kimi tanınmasında böyük rol oynayır. Solo karyerasını reper olaraq davam etdirmək niyyəti ilə 2009-cu ildə Jay-Z-nin Roc Nation şirkətiylə müqavilə bağladıqdan sonra iki əlavə miksteyp — The Warm Up (2009) və Friday Night Lights (2010) albomlarını yayımladı. Cole, ilk studiya albomu olan "Cole World: Sideline Story"ni 2011-ci ildə yayımladı. ABŞ Billboard 200-də bir nömrədə çıxış etdi və tezliklə Amerikanın Musiqi Sənayesi Birliyi (RIAA — Recording Industry Association of America) tərəfindən platin sertifikatla mükafatlandırıldı. Sonrakı iki buraxılışı — 2013-cü ildə Born Sinner və 2014-cü ildə 2014 Forest Hills Drive, tənqidçilərdən əsasən müsbət rəylər aldı, və hər albomu da ABŞ-da platin sertifikat aldı. Son olaraq, ona ən yaxşı rep albomu kategoriyasında Qremmi mükafatına nominasiyasını qazandırdı. 2016-cı ildə Billboard 200-də bir nömrəli çıxış edən və daha sonra platin sertifikat almış dördüncü albomu olan "Eyez Only" albomunu yayımladı. Beşinci albomu KOD, 2018-ci ildə yayımlandı və eyni zamanda Billboard 200-də ilk sırada çıxış edərək bir nömrəli çıxış etmiş beşinci albomu oldu.
Lölə salaməleyküm
Lölə salaməleyküm (lat. Cyperus longus) - topalaq cinsinə aid bitki növü.
Marko Polo
Marko Polo (15 sentyabr 1254, Venesiya, Venesiya Respublikası – 8 yanvar 1324, Venesiya, Venesiya Respublikası) — italyan səyyahı. Marko Polo (XIII XIV əsrlər) İtaliyadan Mərkəzi Şərq və Orta Asiya yolu ilə Çinə getmişdir. Marko Polo Bakı neftinin Yaxın Şərq ölkələrinə aparılmasından söz açmış, habelə Şamaxı və Bərdənin ipək məmulatlarının gözəlliyini vurğulamışdır. == Çin səfəri == XIII əsrin ortalarından etibarən avropalıların coğrafi təfəkkür dairəsi genişlənməyə başlamışdı. Bəzi Avropa tacirləri Şərqlə ticarətə can atırdılar. Buna misal olaraq İtaliya səyyahı və yazıçısı Marko Polonun mənsub olduğu Venesiya tacirlərinin Polo ailəsini göstərmək olar. Atasını və əmisini müşayiət edən Marko 1271-ci ildə Aralıq dənizi sahillərindəki Akka şəhərindən yola düşərək Hörmüzə gəlir və oradan karvanla Mərkəzi Asiyanın səhralarından və dağlarından keçərək uzun aylar yol getdikdən sonra 1275-ci ildə Şimali Çinə gəlib çıxır. Marko Polo Mərkəzi Asiya vilayətində və Çin kimi böyük dövlətdə olmuş ilk avropalı hesab olunur. Onun ailəsi tam 17 il bu qədim diyarın müxtəlif əyalətlərini gəzmiş, onun böyük xanı olmuş Xubilayın (Çingiz xanın nəvəsi) hörmətini qazanmış, ticarətlə məşğul olmuşdur. Geriyə daha təhlükəsiz hesab olunan dəniz yolu ilə qayıtmişdır.
Montan-Pele
Montan-Pele (fr. Montagne Pelée) və ya Mon-Pele (fr. Montagne Pelée) — Karib hövzəsində, Martinika adasında püskürən vulkan. Hündürlüyü 1397 metrdir. 1902-ci ildəki püskürməsi fəlakətli olmuşdur. Vulkan külü, bombası və qaymalarından ibarət arığ istis bulud kraterdən qopmuş və Sen-Pyer şəhərini 26 min əhalisi ilə birlikdə məhv etimşdir. == İstinadlar == == Əlavə ədəbiyyat == "Deadliest Eruptions". Pacific Disaster Center. 2012-03-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-30.
Peter Poles
Peter Poles — Sloveniya yayımçı.
Polen Uslupehlivan
Polen Uslupehlivan (27 avqust 1990, Yüreğir, Adana ili) – Türkiyə milli voleybol komandasında diaqonal mövqedə oynayan voleybolçu. == Karyerası == Vakıfbank aşağı yaş qruplarında başladığı voleybolçuluğa adı çəkilən komandanın əsas komandasından davam etmişdir. Oyun təcrübəsi qazansın deyə, 2010–11 sezonunu Nilüfer Belediyesporda icarə əsasında oynamışdır. 2012-ci ildə doğma komandasına geri dönmüşdür. 2012-ci ildə Türkiyə yığması ilə birlikdə 2012 London Yay Olimpiya Oyunlarında iştirak etmişdir. Bu hələ ki, voleybolçunun milli komanda da əldə etdiyi ən böyük uğurdur. 2012–13 sezonunu Vakıfbankla möhətşəm şəklində keçirir. Qazanıla biləcək bütün kubokları Polen və komandası həmin sezon aşağıda adı çəkilən turnirlərin qalibi olmuşdur: Türkiyə Qadınlararası Voleybol Çempionatı, Türkiyə Qadınlararası Voleybol Kuboku, Türkiyə Superkuboku, CEV Qadınlar Çempionlar Liqası və "Kulublar arası Dünya Çempionatı".
Polen Ünlü
Polen Ünlü (D. 1995, İstanbul - ö. 20 iyul 2015, Suruç) — Türk qadın fəal və vicdanı retçi. Sosialist fikirli olub heç bir təşkilata üzv deyildi.Vicdani retçi Məşhur, 2015 Suruç saldırısı'nda həyatını itirmişdir. Cənazəsi ailəsinin də istəyi üzərinə, eyni hücumda həyatını itirən yoldaşı Xədicə Ezgi Sadet ilə birlikdə dəfn edilmişdir. Anısına, Yenikapı Teatrı tərəfindən Ankara, Didim, Bursa, Kocaeli və İzmirdə 18-27 dekabr 2015 tarixlərində Polen Məşhur Teatr Belgeselleri Festivalı 'tarix.
Poli Genova
Poli Plamenova Genova (bolq. Поли Пламенова Генова; 10 fevral 1987, Sofiya) və ya sadəcə Poli Genova — Bolqarıstan müğənnisi, bəstəkarı, aktrisası və aparıcısı. Genova karyerasını 1995-ci ildə səkkiz yaşında ikən Bon-Bon uşaq ansamblının üzvü olaraq başlamışdır. Poli Genova "Na inat" mahnısı ilə Bolqarıstanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş, lakin yarımfinal mərhələsində məğlub olmuşdur. Beş il sonra 2016-cı ildə müğənni növbəti dəfə ölkəsini Avroviziyada təmsil edərək, ifa etdiyi "If Love Was a Crime" mahnısı ilə Bolqarıstana finalda dördüncü yeri qazandırmışdır. Genova eyni zamanda Bolqarıstanın The Voice və The X Factor musiqi yarışmalarında münsif olaraq iştirak etmişdir. 2015-ci ildə o, Sofiyada keçirilən 2015 Avroviziya Uşaq Mahnı Müsabiqəsinə aparıcılıq etmişdir. == Həyatı və musiqi karyerası == === Erkən illəri və Bon-Bon === Poli Genova 10 fevral 1987-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada anadan olmuşdur. 1991-ci ildə musiqi karyerasını başlatdıqdan sonra o, 1995-ci ildə Bolqarıstanın Bon-Bon uşaq musiqi ansamblına üzv seçilmişdir. Qrupun üzvü olaraq Poli qrupun adını daşıyan uşaq televiziya proqramına da aparıcılıq etmişdir.
Polk boğazı
Polk boğazı - Hind okeanınında yerləşən Şri-Lankanı Hindistandan ayırır. Lakkadiv dənizini Benqal körfəzi ilə birləşdirir. Eni 55 km, uzunluğu 150 km, dərinliyi 2–9 m təşkil edir. Boğazın şimal qutaracağında Cafna yarımadası yerləşir. Boğaz daxilində kiçik adacıqlar və dayazlıqlar vardır. Bu dayazlıqlar əfsanəyə görə Adəm peyğəmbərin saldığı yoldur və Adəm körpüsü adlanır. Boğaz Britaniya Hindistanının Madros vilayyətinin rəhbəri, dövlət adamı Robert Polkun şərəfinə adlandırılıb.
Santa-Pola
Santa-Pola (isp. Santa Pola) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Baxo-Vinalopa ərazisinin 58,6 km² hissəsini əhatə edir. 2017-cu ildə hesablamalara görə əhali 31137 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 19 km uzaqlıqda yerləşir..
Səfərəliyeva Şölə
Şölə Cavanşir qızı Səfərəliyeva (29 avqust 1984, Bakı) — Azərbaycan müğənnisi. Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Şölə Cavanşir qızı Səfərəliyeva 29 avqust 1984-cü ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə 200 saylı BMLK-da orta təhsilə başlayıb. 1992-ci ildə 21 nömrəli musiqi məktəbinin fortepiano sinfinə qəbul olub. 2 oktyabr 1995-ci ildə əfsanəvi " Qaya " kvartetinin solisti, Rauf Babayevin musiqi məktəbində başladığı vokal sinfinə qəbul olub, "Bəri Bax" uşaq ansamblının solisti kimi fəaliyyətə başlayıb. 11 illik vokal sinfini bitirib. == Ailəsi == (Atası) Səfərəliyev Cavanşir Xalid oğlu 15.08.1958, (anası) Səfərəliyeva Sona Sabir qızı 09.06.1959 (qardaşı) Səfərəliyev Elçin Cavanşir oğlu 13.02.1986 == Təhsili == 2001-ci ildə İctimai-Siyasi universitetin Azərbaycan dili və ədəbiyyatı filologiya fakültəsinə daxil olub. Təhsil illərində şairlər Zöhrab Tahir, Nəriman Həsənzadə, görkəmli tarixçi alim İqrar Əliyev, politoloq Aydın Mirzəzadədən dərs alıb. 2019-cu ildə Azərbaycan Milli Konservatoriyasının populyar musiqi və caz fakültəsinin magistr pilləsinə (solo oxuma) qəbul olub.