Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kotonu
Kotonu (fr. Cotonou) — Beninin ən böyük şəhəri. == Əhalisi == Əhalisi 761 min nəfərdir (2006). == Təhsil == Şəhərdə Benin Estam Universiteti fəaliyyət göstərir.
Potofyu
Potofyu pot-o-fyu (frans. Pot-au-feu, pɔ.to.fø, hərfi mənası «odda qazan») - Fransa mətbəxinin məşhur və çox tanınmış milli yeməyidir. Şorbanın əsas üç inqreyendi var: ət bluyonu, tərəvəz və ədviyyat == Tarixi == Əvvəlllər potofyunu ilin soyuq fəsillərində bişirilirdi, xüsusilə evdə kamen yandırıldığı zaman. Od üzərinə qazan qoyulurdu və onun içinə müxtəlif inqreyendlər daxil edilirdi. == Tərkibi == Potofyu xalq yeməyidir və onun xüsusi tərkibi yoxdur. Buna baxmayaraq əsas tərkibi aşağıdakı kimidir: Xüsusilə iri buynuzlu mal-qaranın bud ətindən istifadə edilir;həçminin heyvanın qığırdaq hissəsi: sığır quyruğu və ya ilıq sümüklər;Tərəvəz: kök, turp, soğan, kartof, kərəviz, ağ kələm, bəzən isə şampinyon və ya meşə göbələyi.Ədviyyat: duz, qara istiot, qərənfil ləçəkləriSoğanı ayrıca yağda qaralana kimi yağda bişirilir və sonra digər inqreyendlər daxil edilir. == Serviz == Yeməyi stola serviz edilən zaman bluyonu ayrıca və bəzən düyü, əriştə ilə verilir. Beyin hissəsini xüsusilə zövqlə yeyilir. Bluyonun əsas hissəsi ət və tərəvəzdir. Onu duzlu xiyar və mayanezlə yeyilir.
Protom
Protom (q.yun. προτομή, bədənin ön hissəsi) – Bir heyvanın (məsələn, bir öküz, at, maral) və ya mifoloji bir məxluqun (məsələn, bir sfinksin, qrifin) ön hissəsinin təsviri.Bəzən yarı fiqura protom deyilir, bir yarım fiqurun heykəltəraşlıq şəklidir, lakin bu şərh tarixən təsdiqlənmədiyi üçün şübhəlidir. Protoma arxaik sənət üçün tipik olan bədii bir tropdur: sinekdoxa prinsipinə əsasən formalaşdırma (bütöv bir hissənin əvəzinə bir hissəni təsvir etmək), lakin müxtəlif rəmzi mənalarla mürəkkəbləşmişdir. Heyvan protomları, bir ritonun fiqurlu şəkildə tamamlanmasının, sütun başlığının heykəltəraşlıq formasında bəzəyinin, mebel parçasının və ya zinət əşyasının ümumi bir formasıdır. Protom obrazları e.ə 7-6-cı əsrlərdə qədim Yunan sənətindən məlumdur. Fars memarlığında e.ə. VI-IV əsrin əvvəllərində döşəmə şüaları formasında qoyulmuş ikiqat protom şəklində başlıqlar ilə tamamlanmış sütunlar mövcuddur. Bu cür protomlar daşdan oyulmuş, parlaq formada boyanmış və qızılı rəngdə hazırlanmışdı. Fars kapitelləri beynəlxalq “heyvan tərzi”nin təzahürlərindən biri kimi qəbul edilə bilər.
Buxar motoru
Buxar maşını — istilik maşını olub, istilik enerjisini qismən mexaniki enerjiyə çevirir. Tarixdə ilk buxar maşının ixtirası I əsrdə yaşamış, antik dövr mühəndisi İsgəndəriyyəli Herona məxsusudur. Onun düzəltdiyi Aeolipile adlı qurğu oyuncaq kimi tətbiq olunmuşdur. Ondan sonra Denis Papin və Tomas Savery XVII əsrin sonunda bir sıra sınaqlar aparmışlar. == Tarixi == Ancaq ilk dəfə praktikada tətbiq oluna biləsək buxar maşını XVIII əsrin əvvəlində ingilis mühəndisi Tomas Nyukomen (ingl. Thomas Newcomen) tərəfindən hazırlanmışdır. Nyukomenin buxar maşınının işləmə prinsipi istilik enerjisinin mexaniki enerjiyə çevrilməsinə əsaslanır. Maşının işçi kamerası içərisində kolba yerləşdirilmiş silindrdən ibarətdir (şəkil 1). Silindrin alt tərəfində, içərisində su qaynayan çən yerləşdirilir. Çənlə silindr ventil vasitəsilə əlaqələndirilir.
Elektrik motoru
Elektrik mühərriki — elektromexaniki çevrici olub elektrik enerjisini mexaniki enerjiyə çevirir. Elektrik mühərriklərində (EM) valda oturdulmuş dolaqlarda maqnit sahəsinin yaratdığı qüvvə nəticəsində hərəkət yaranır və beləliklə val fırlanır. Buna görə də, elektrik mühərriklər həm də generatorun əksi tərəfi kimi qəbul edilir. EM-lərdə çox vaxt fırlanma, bəzi hallarda isə xətti hərəkət almaq mümkündür. Bu mühərriklər müxtəlif iş maşınlarını hərəkət etdirmək üçün tətbiq olunur. = Təsnifatı = Sabit elektrik cərəyanla işləyən EM, Dəyişən elektrik cərəyanla işləyən EM,-Sinxron EM-lərin rotoru firlanma tezliyi ilə maqnit sahəsinin firlanma tezliyi ilə üst-üstə düşür. -Asinxron EM-lərdə rotoru firlanma tezliyi ilə maqnit sahəsinin firlanma tezliyi ilə üst-üstə düşmür.Addım mühərrikləri – bunlarda rotorun vəziyyəti addımlarla təyin olunur. Rotoru istənilən vəziyyətə döndərmək üçün lazımi dolağa cərəyan impulsu vermək lazımdır. Vəziyyəti dəyişmək üçün başqa dolağa impuls ötürülür. Ventil mühərriklər – EM mühərrikləri olub qapalı sistemdən ibarətdir.
Kotoku Denciro
Kotoku Şusui (幸徳 秋水, 5 noyabr 1871, Nakamura[d], Koçi prefekturası – 24 yanvar 1911, İçiqaya həbsxanası[d]) və ya əsl adı ilə Kotoku Denciro (幸徳 傳次郎) – Yaponiya sosialisti və anarxisti. O, 1905-ci ildə ilk dəfə olaraq Yaponiyanı anarxist ideyalarla tanış etmiş və yaşadığı dövrün anarxist lideri olmuşdur. İkinci dünya müharibəsindən sonra Yaponiyada solçular tərəfindən fədəkarlıq və mütləqiyyətçi hökumətə qarşı müxalifət simvolu hesab edilmişdir. == İlk illəri == Kotoku Şusui 4 noyabr 1871-ci ildə Koçi prefekturasının Hata rayonunda yerləşən Nakamura qəsəbəsində doğulmuşdur. Atası quru malların satışı ilə məşğul olan tacir idi. Konfusiçilik təhsili almasına baxmayaraq orta məktəbi bitirdikdən sonra ingiliscə öyrənmək və insan hüquqları hərəkatında iştirak etmək üçün Tokioya gəlmişdir.1887-ci ildə qəbul edilən Sülhün mühafizəsi qanunundan sonra Kotoku təhlükəli adam hesab edilmiş və təhsili yarımçıq qalmışdır. 1888-ci ildə Osaka şəhərinə gedərək Nakae Çominin evində tələbə olmuşdur. 1893-cü ildə Tokio məktəblərinin birindən ingilis dili üzrə məzun olaraq jurnalist olmuşdur. O, "Jiyu Shimbun" və "Yorozu Choho" kimi qəzetlər üçün işləməyə başlamışdır. == Siyasi fəaliyyəti == Kotoku 1898-ci ildə Sosializmin Tədqiqi Cəmiyyətinə qoşulmuşdur.
Kotoku Şusui
Kotoku Şusui (幸徳 秋水, 5 noyabr 1871, Nakamura[d], Koçi prefekturası – 24 yanvar 1911, İçiqaya həbsxanası[d]) və ya əsl adı ilə Kotoku Denciro (幸徳 傳次郎) – Yaponiya sosialisti və anarxisti. O, 1905-ci ildə ilk dəfə olaraq Yaponiyanı anarxist ideyalarla tanış etmiş və yaşadığı dövrün anarxist lideri olmuşdur. İkinci dünya müharibəsindən sonra Yaponiyada solçular tərəfindən fədəkarlıq və mütləqiyyətçi hökumətə qarşı müxalifət simvolu hesab edilmişdir. == İlk illəri == Kotoku Şusui 4 noyabr 1871-ci ildə Koçi prefekturasının Hata rayonunda yerləşən Nakamura qəsəbəsində doğulmuşdur. Atası quru malların satışı ilə məşğul olan tacir idi. Konfusiçilik təhsili almasına baxmayaraq orta məktəbi bitirdikdən sonra ingiliscə öyrənmək və insan hüquqları hərəkatında iştirak etmək üçün Tokioya gəlmişdir.1887-ci ildə qəbul edilən Sülhün mühafizəsi qanunundan sonra Kotoku təhlükəli adam hesab edilmiş və təhsili yarımçıq qalmışdır. 1888-ci ildə Osaka şəhərinə gedərək Nakae Çominin evində tələbə olmuşdur. 1893-cü ildə Tokio məktəblərinin birindən ingilis dili üzrə məzun olaraq jurnalist olmuşdur. O, "Jiyu Shimbun" və "Yorozu Choho" kimi qəzetlər üçün işləməyə başlamışdır. == Siyasi fəaliyyəti == Kotoku 1898-ci ildə Sosializmin Tədqiqi Cəmiyyətinə qoşulmuşdur.
Li Kotomi
Li Kotomi (りことみ, Ri Kotomi, 1989, Tayvan) və ya Li Sinfen (çin. 李琴峰) – Çin və yapon dillərində yazan Tayvan yazıçısı. O, Akutaqava mükafatına layiq görülən ilk tayvanlı yazıçıdır. == Həyatı == Li Kotomi 1989-cu ildə Tayvanda doğulmuşdur. 15 yaşında yapon dilini öyrənməyə və Çin dilində bədii əsərlər yazmağa başlamışdır. Milli Tayvan Universitetindən məzun olduqdan sonra 2013-cü ildən Yaponiyada yaşayır. Vaseda Universitetində təhsil aldıqdan sonra yapon dilində yazdığı ilk romanı olan "Solo rəqs" romanına görə 2017-ci ildə Qunzo Yeni Yazıçı Mükafatına layiq görülmüşdür. Kitabın Çin dilinə tərcüməsi Tayvanda nəşr olunmuşdur. Bundan sonra həm çincə, həm yaponca yazmağa davam etmişdir. 2019-cu ildə yapon dilində yazdığı "Beşə qədər saysan aypara" romanı Akutaqava mükafatına namizəd göstərilmişdir.2021-ci ildə "Qırmızı hörümçək zanbaqlarının çiçəkləndiyi ada" romanına görə Akutaqava və Yukio Mişima mükafatlarının, "Parlaq qütb ulduzunun gecəsi" romanına görə isə Yaponiya Təhsil Nazirliyinin yeni sənətçilər üçün təsis etdiyi Cəsarətləndiricilik mükafatının qalibi olmuşdur.
Motosu gölü
Motosu gölü (本栖湖, Motosu-ko) — Beş Fuci gölünün ən qərbində yerləşən göl. Yaponiyada, Fuci dağının yaxınlığında, Yamanaşi prefekturasının cənubunda yerləşir. Sahəsinə Beş Fuci gölü arasında 3-cü ən böyük, dərinliyinə görə ən dərin göldür. Ən dərin yeri 121,6 metr təşkil edir. Bu göstəriciyə görə Yaponiyanın ən dərin doqquzuncu gölüdür. Dəniz səviyyəsindən hündürlüyü qonşuluğundakı Şoci və Say gölləri ilə eynidir: 900 metr. Bu isə bu göllərin əvvəllərin tək göl olduğunu və gölün Fuci dağından gələn böyük lava axını nəticəsində parçalandığını təsdiq edir. Lava axınının qalıqları Aokiqahara meşəsinin altındadır və bu, bu üç gölün yeraltı sular vasitəsilə əlaqələndiyini göstərir. Göl Fuci-Hakone-İzu Milli Parkında yerləşir.Digər Fuci göllərində olduğu kimi Motosu gölünün də ətrafında otellər, kurortlar, düşərgələr və hamamlar yerləşir. Göldə al-əlvan qızılxallı və kumja yaşayır və göldə balıqçılıq populyardır.
Potomak çayı
Potomak — ABŞ-də çay. Appalaç dağlarından başlanan Cənubi Potomak və Şimali Potomak çaylarının birləşməsindən əmələ gəlir. Atlantik okeanının Çesapik körfəzinə tökülərək geniş estuari əmələ gətirir. Uzunluğu Cənubi Potomak mənbəyindən 652 km, hövzəsinin sahəsi 37,5 min kvadrat km-dir. Vaşinqton şəhərinədək orta ölçülü gəmiləri daxil ola bilir.
Qotoku Sakay
Qotoku Sakay (d. 14 mart 1991) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 25 oyun keçirib.
Quyruq rotoru
Tək rotorlu vertolyotların quyruğunun ucunda yerləşən, şaquli və ya şaquliyə yaxın bir formada olan, ölçüsü əsas rotordan daha kiçik olan quyruq rotorudur. Quyruq rotoru, əsas rotordan qaynaqlanan öz ətrafında fırlanmanın qarşısını almaq üçün bir qüvvə yaradır və pilotun vertolyotu döndərməsinə imkan verir.
Su polosu
Su polosu və ya vaterpolo - su idmanı oyunu. İki komanda arasında hovuzda, topdan istifadə etməklə keçirilir. Oyun 4 hissədən ibarət olur. Və hər bir hissədə hər iki komanda rəqib qapısından top keçirməyə çalışırlar. Rəqib qapısına daha çox top vuran komanda qalib hesab edilir. Komanda 6 oyunçu və 1 qapıçıdan təşkil olunur. Əlavə olaraq komandalarda qapıçı əvəzedicisi də daxil olmaqla əvəzedicilər də ola bilər. Su polosu bir qayda olaraq dərin ( adətən 1.8m. ) hovuzlarda oynanılır və bu oyunu oynayanlar xeyli dözümlülüyə malik olmalıdır.
To Potami
To Potami (yun. Το Ποτάμι) - Yunanıstanda fəaliyyət göstərən mərkəzçi, sosial liberal və sosial demokrat meyilli siyasi partiya.
Vertolyot rotoru
Vertolyotun rotor sistemi və ya vertolyot rotoru bir vertolyotu havaya qaldırmaq üçün tələb olunan aerodinamik qalxma qüvvəsi yaradan rotor sistemidir. Tək rotorlu vertolyotlarda əsas rotor gövdənin yuxarı hissəsinin ortasında yerləşir. Quyruq hissəsinin sonunda isə bir quyruq rotoru mövcuddur.
İstanbul pogromu
İstanbul poqromu
İstanbul poqromu və ya 6-7 Sentyabr hadisələri — 1955-ci il sentyabrın 6-7-də İstanbulda yaşayan Türkiyə yunanlarına qarşı təşkil edilmiş kütləvi hücumdur. Gladio-nun Səfərbərlik Təftiş Şurasının Türkiyə qolu, eləcə də Kontrgerilla və bugünkü Milli Kəşfiyyat Təşkilatının sələfi olan Milli Təhlükəsizlik Xidməti tərəfindən planlaşdırıldığı və dəstəkləndiyi iddia edildi.. Bir gün əvvəl Türkiyə mətbuatında çıxan Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün Yunanıstanın Saloniki şəhərində doğulduğu evin bombalandığı iddiası ilə bağlı yalan xəbərlər hadisələrə səbəb olub. Daha sonra ələ keçirilən Türkiyə konsulluğu rəsmisi, bombanı hadisələri qızışdırmaq üçün hazırladıqlarını etiraf etsə də, Türkiyə mətbuatı buna göz yumaraq bombanın yunanlar tərəfindən atıldığını iddia etdi. == Hadisələr == 1955-ci ildən başlayaraq Demokrat Partiyası hökuməti getdikcə çətinləşən iqtisadi vəziyyətlə üzləşdi və xüsusilə yüksək inflyasiya səbəbindən həyat səviyyəsi aşağı düşən təbəqənin etibarını itirdi. Şübhəli üsullarla müxalifəti susdurmaq cəhdləri mətbuatın, ziyalıların, tələbələrin də Demokrat Partiyasından uzaqlaşmasına səbəb oldu.Məsələn, Almaniya Xarici İşlər Nazirliyinin bir hesabatında, hadisələrdən 15 gün əvvəl müxalifəti nəzarətdə saxlamaq üçün 7 sentyabr 1955-ci ildə İstanbul, Ankara və İzmirdə hərbi vəziyyət elan edilməsinə qərar verildiyi bildirilir.1956-cı ildə müxalifəti basqı altında saxlamaq üçün “Mətbuat və toplantılar haqqında” qanuna qoyulan məhdudiyyətlər də 6-7 sentyabr hadisələrini əsaslandırıldı.Menderes hökumətinin azlıqlara qarşı başlanğıcdakı liberal siyasəti getdikcə çətinləşən iqtisadi şəraitlə dəyişdi və münasibətlər gərginləşdi.Kipr türklərinə qarşı təzyiqlər 1955-ci ildə Türkiyə ictimaiyyətinin gündəmində birinci yer tuturdu. O dövrdə Türkiyənin ən çox satılan qəzeti olan “Hürriyyət”in manşetində İstanbulda yaşayan yunan azlıqların öz aralarında ianə toplayaraq kiprli yunanların Enozis dəstələrinə göndərdiyi yazılmışdı.Xarici işlər rəsmiləri Londonda Kipr danışıqlarını davam etdirərkən, Atatürkün Salonikidəki evində bomba partlaması xəbəri ilk dəfə 6 sentyabr 1955-ci ildə saat 13:00 xəbərlərində radio ilə yayımlandı.(Atatürkün evinə bomba atdığı iddia edilən Saloniki Universitetinin Siyasi Elmlər fakültəsinin tələbəsi Oktay Engin daha sonra qiyabi mühakimə olundu. Oktay Engin 22 fevral 1992-ci il və 18 sentyabr 1993-cü il tarixləri arasında Nevşehir valisi təyin edildi.) Bunun üzərinə Mithat Perinə məxsus və Gökşin Sipahioğlunun baş redaktoru olduğu Demokratik Partiya tərəfdarı İstanbul Ekspres qəzeti ümumi tirajı 20.000 civarında olsa da, sentyabrın 6-da “Babamızın evi bombalandı” başlığı ilə ikinci sayını 290.000 nüsxə ilə çap etdi. O dövrdə yaradılan Kipr Türk Dərnəyinin üzvləri tərəfindən İstanbulun hər yerində satılmağa başlandı və ictimaiyyəti təşviqat üçün istifadə edildi.Həmin sayda Kipr Türk Dərnəyinin baş katibi Kamil Önal, “Müqəddəslərə toxunanlara bunu baha ödətəcəyik və bunu açıq şəkildə söyləməkdə heç bir eybi görmürük” söyləyirdi.Kipr Türk Cəmiyyətinin təşəbbüsü və digər gənclər təşkilatlarının, peşə birliklərinin, Demokratik Partiya təşkilatının və bəzi rəsmi və qeyri-rəsmi qurumların təklif və təşviqi ilə, yerli izdiham və şəhərə kənardan gətirilən kütlələr tərəfindən sentyabrın 6-da axşam saatlarında Cümhuriyyət tarixində misli görünməmiş bir talan və dağıntı aktı həyata keçirilmişdir. İlk hücum saat 19:00 radələrində Şişlidəki Haylayf Şirniyyat dükanına edilir.Daha sonra artan kütlə Qumqapı, Samatiya, Yeddiqüllə və Bəyoğluna doğru hərəkət edərək qeyri-müsəlmanların birlikdə yaşadığı bir çox məhəllələrdə öncə yunanların, daha sonra ermənilərin, yəhudilərin və hətta səhvən bəzi türklərin dükanlarına hücum edərək talan etməyə başladı.
Potu
Potu — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Potu Göyçay rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Keçmiş adı Potubazar olmuşdur. Tədqiqatçılarıın ehtimalıa görə, kəndin adı türk dillərindəki pot (bara, kəçid) və İran dillərində 11 (su) komponəntlərindon düzəlib, "su üstündə keçid və ya bərə" mənasındadır. Yaşayış məntəqəsi Arvan çayının sahilində, bara yaxınlığında yerləşdiyinə görə belə adlandırılmışdır. Azərbaycan dilinin dialektlərində "cavan camış" potu, türk dillərində İsə "dəvə balası" potuk adlanır. Kəndin keçmiş adının Potubazar olması da keçmişdə burada mal bazarı olduğunu göstərir Yaşayış məntəqəsi həmin bazarın ərazisində salındığından bela adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2254 nəfər əhali yaşayır. == Din == Kənddə Potu kənd məscidi dini icması fəaliyyət göstərir.
Adron atomu
Adron atomu – mənfi yüklənmiş adronlu (π- -, κ-- mezonlar, antiproton və s.) mezoatom. Adron atomları-kulon cazibəsi hesabına müsbət yüklənmiş nüvənin mənfi adronu tutub saxlayan atomabənzər sistemdir. Pion (π-), kaon (κ-), antiproton və hiperon atomları müşahidə olunmuşdur. A.a.-nın öyrənilməsi həm adron və həm də nüvə (adronun kütləsi və maqnit momenti, nüvədə maddənin paylanması, adron və nüvənin polyarlaşması), həmçinin onların qarşılıqlı təsiri (nüvənin adronu səpməsi və udması) haqqında məlumat verir. A.a. maddədə mənfi adronun yavaşıması ilə yaranır. Adron atom tərəfindən tutulur və baş kvant ədədi n›(m\m4)½ olan yüksək həyəcanlanmış hal yaranır, adronun kütləsi, elektronun kütləsidir. Atomun həyəcanlanması çoxsaylı, ardıcıl oje-keçidlər və adronun rentgen şüalanması ilə müşayiət olunan bir səviyyədən digərinə elektrik dipol keçidləri hesabına aradan qalxır. Bu zaman dairəvi orbitlərin məskunlaşması üstünlük təşkil edir. Adron halı n-nin kiçik qiymətlərinə çatanda güclü qarşılıqlı təsir effektləri əhəmiyyətli olur, bu isə adronun nüvə tərəfindən tutulmasına səbəb olur.Rentgen şüalanması ilə müşayiət olunan adron keçidinin baş verdiyi atom səviyyələri əsasən atomlardakı adi elektron səviyyələri təbiətinə malikdirlər.
Patom krateri
Sibirdə İrkutsk vilayəti ilə Yakutiyanın sərhəddində Patom dağları ərazisində maraqlı bir krater var. Alimlər onu Patom krateri, Yakutlar isə Yanar Qartal yuvası adlandırırlar. Uzun illərdir alimlər, geoloqlar, hətta fiziklər bu kraterin necə əmələ gəldiyini araşdırmağa çalışırlar. Onun haqqında yaranan müxtəlif fərziyyələr və mülahizələr indiyə qədər mübahisə obyektidir. Bu krateri ilk dəfə 1949-cu ildə geoloq Vadim Kolpakov kəşf etmişdir. Onun hündürlüyü 70 m, xarici diametri 180 m –dir. Keçən il burada araşdırmalar aparan alimlər bir sıra anomaliyalar müşahidə etmişlər. Onlar kraterin 100–150 m dərinliyində güclü maqnit sahəsi aşkar etmişlər. Geoloqların gəldiyi nəticəyə görə dərinlikdə ellepsoidvari, yumurtaya bənzər, Yerə aid olmayan bir obyektin olduğu fərz edilir. Obyektin uzunluğu 600–700 metr ola bilər.
Potok mağarası
Potok mağarası (sloven. Potočka zijalka və ya Potočka zijavka) — Sloveniyanın şimalındakı mağara. Yüksək hündürlükdəki arxeoloji və paleontoloji bir yer elan edimişdir və təxminən 35,000 il əvvələ, yuxarı plaeolit dövrünə aiddir. Mağara Podolşeva yaşayış məntəqəsindəki Potok fermasının adını daşıyır. Sloven dilində adı olan zijalka və ya zijavka, uçuruma baxan və boşluqlu bir ağız olan düz dibli mağara mənasını verir. 1928-1955-ci illərdə sloveniyalı arxeoloq Srehko Brodar tərəfindən sistemli qazıntılar aparılmışdır. == Coğrfiyaya == Mağara şimali Sloveniyada Karavanks dağlarının şərqində 1,675 m (5,495 ft) hündürlükdə və Trias dövrünə aid əhəngdaşında yerləşir. 115 m (377 ft) uzunluğundadır və genişliyi 17 m (56 ft) enindəki girişdən 40 m (130 ft) daxili genişliyinə qədər dəyişir. Giriş cənuba doğru açılır. == Rolu == Mağaranın rolu haqqında iki fərziyyə mövcuddur: Əvvəlki izaha görə, mağara ov stansiyası idi.
Lvov poqromu (1941)
Lvov poqromu — 1941-ci ilin iyun və iyul aylarında Şərqi Polşa və Qərbi Ukraynanın Lvov şəhərində yaşayan yerli yəhudi əhalisinə qarşı törədilmiş ardıcıl qırğın hadisələri. Qırğınlar ukraynalı millətçiləri, alman səyyar ölüm qrupları olan Aynzats əsgərləri və şəhərin qeyri-yəhudi əhalisi tərəfindən törədilmişdir. Poqromun baş verməsinin əsas səbəblərindən biri kimi almanların Barbarossa əməliyyatına başlaması göstərilmişdir.
Paris poqromu (1961)
Paris poqromu — 1961-ci ilin 17 oktyabr günü Parisdə Əlcəzair Azadlıq Mübarizəsi zamanında gerçəkləşən poqrom. Paris polis rəisi Moris Paponun təlimatıyla fransız polisi 30.000-ə yaxın əlcəzairli nümayişçiyə hücum etmişdir. 37 il ərzində poqromu inkar edən Fransa hökuməti 1998-ci ildə 40 nəfərin ölümünü qəbul etsə də, təxminlərə görə ölü sayı 200-dən çoxdur. 1999-cu ildə tarixçi Jan-Lyuk Eynadinin Paponu məhkəməyə verməsi və məhkəməni udması ilə poqrom isbat olunur. Polis arxivlərinə görə Papon nümayişlərin sakitləşdirilməsi üçün polislərdən "sərt" davranmaqlarını istədiyini və bunu etdikdən sonra onları "qoruyacağını" demişdir. Nümayişçilərin çoxu polis tərəfindən vurulub yaralandıqdan sonra körpüdən Sen çayına atılaraq, eləcə də Paris polis qərargahının həyətində, metro stansiyalarında və s. yerlərdə öldürülmüşdür. 2001-ci il oktyabrın 17-də poqromun 40-cı ildönümündə, poqrom gerçəkləşən yerlərdən biri olan Sent-Mişel körpüsündə həlak olanların xatirəsinə lövhə asılmışdır. == Mənbə == Swedenburg, Ted. "Islamic Hip-Hop versus Islamophobia" in Mitchell, Tony.
Qazaxıstanda çeçenlərin poqromu
Qazaxıstanda çeçenlərin poqromu — Şərqi Qazaxıstanda baş verən xalqlararası münaqişə. Çeçen-qorod kəndində baş tutan iğtişaşlar zamanı 40 nəfər həlak olmuş, 50 nəfər məhkum edilmişdir. Münaqişə məişət zəminində, bir çeçen ilə mədənçi arasında mübahisə nəticəsində başlamışdır. Münaqişə zamanı mədənçi çeçeni dəmir çubuqla döyərək öldürmüşdür. Bundan sonra çeçenlərin yaşadığı Çeçen-qorodok kəndində iğtişaşlar başlamışdır.Baş verənlərdən Stalin də daxil olmaqla ölkə rəhbərliyi xəbərdar edilmişdi. Hadisələrdən bir neçə gün sonra kütləvi həbslər başlamışdır. 50-yə yaxın insan mühakimə olunmuşdur. Onların hamısı Cinayət Məcəlləsinin 59-2 və 59-7-ci maddələri ilə məhkum edilmişdi. Həmin illərdə qüvvədə olan Cinayət Məcəlləsinin 59-cu maddəsində dövlət nizam-intizamına qarşı cinayətlərə, soyğunçuluğa görə cəzalar müəyyən edilmiş və "bütün əmlakı" müsadirə olunmaqla uzun müddətə azadlıqdan məhrumetmə və ya edam cəzası nəzərdə tutulmuşdu.
Otomo no Tabito
Otomo no Tabito (yapon dilində: 大伴 旅人, 665[…] – 31 avqust 731, Nara) — Yapon şairi, Otomo no Yakamoçinin atası kimi yaxşı tanınır. == Haqqında == Otomo no Tabito 665-ci ildə anadan olub. O, Nara dövrünün ən məşhur şairlərindən biri, tanınmışnəsildən olan (Otoma nəslindən) şair Tabitodur. O, Yamanoue no Okuranın dostu olub. Tabitonun sarayda yüksək postu var idi, lakin sonra da saraylaarasında müxtəlif münasibət yarandığı zaman bir müddət sərgərdan gəzib-dolanmağa məhkum olmuşdu, yalnız ömrünün axırına yaxın paytaxta qayıtmışdır. O da Yamanoue no Okura kimi savadlı adam idi, Çin ədəbiyyatı və fəlsəfəsini yaxşı bilirdi. Çin ədəbiyyatını və fəlsəfəsini yaxşı bilməsi onun yaradıcılığına da bir iz qoymuşdur, bununla belə o, milli zəmindən uzaqlaşmamışdı, onun poeziyası onu əhatə edən gerçəkliklə üzvi surətdə bağlı idi və öz yaradıcılığında bu gerçəklikdən çox süjetlər götürmüş və xalq mahnılarından, bu mahnıların bədii priyomlarından çox bəhrələnmişdi. Otomo no Tabitonu "Manyoşu"nun məşhur olan beş şairindən biri adlandırırlar. Həmin əsərə Otomo no Tabitonun 78 tankasıı və 1 naqautasl daxildir. Tabito Hitomaronun müasiri, onun dostu isə Yamanour-no Okura idi.