Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
ПМА "В-1" və ПМА "В-2" aşqarları
Par Mi-Ra
Par Mi-Ra (d. 20 aprel 1987) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Par Mi-Ra Cənubi Koreya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun üçündə məğlub olan Cənubi Koreya yığması, Rio-de-Janeyro Olimpiadasını 10-cu yerdə başa vurdu.
Para Para
Para Para(yap: パラパラ) Yaponiya mənşəli bir qrup rəqsidir. Para Para, 1980-ci illərdən başlayaraq, Avropada İtalo-disko və Avro diskonun satılmağa başladığı dövrdən mövcud olmuşdur. Para Para və Avrobit bir-biri ilə sıx əlaqədədir. Avrobit sənətkarı Deyv Rocers, Para Para'nı Avrobitə qulaq asarkən rəqs edilə biləcək və əsasən çox cəld olan bir rəqs növü olaraq qeyd etmişdir.
Pra-Ot-Bleon
Pra-Ot-Bleon (fr. Prads-Haute-Bléone, oks. Prats de Blèuna Auta) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. La-Javi kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04155. 2008-ci ildə əhalinin sayı 172 nəfər təşkil edirdi. 2007-ci ildə 109 yaşda (15-64 yaş arasında) 63 nəfər iqtisadi cəhətdən fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 57.8%, 1999-cu ildə 57.1%). Fəal olan 63 nəfərdən 54 nəfəri (35 kişi və 19 qadın), 9 nəfər işsizdir (4 kişi və 5 qadın).
Era
Era (lat. aera): Era – [lat. aera – an, ləhzə] 1)hər hansı əlamətdar və ya əfsanəvi hadisə ilə bağlı olan tarix hesabının başlanğıc anı (vaxtın ardıcıl hesabı bu andan başlayır); tarix hesabı sistemi. Təqvimin başlandığı hadisənin xarakterindən asılı olaraq era üç yerə bölünür. Astronomik, siyasi, dini era; 2)tarixi geologiyada geoxronoloji şkalanın ən böyük zaman ölçü vahidi; 3)il hesabının başlandığı zaman, tarix başlanğıcı. Məsələn, yeni era (isanın doğulduğu zənn edilən gündən başlanan tarix); 4)böyük tarixi əhəmiyyəti olan dövr; 5)yer tarixinin ən böyük xronoloji bölgüsü. Zamanda — vaxt ölçüsünün ilkin başalnğıcı. Məsələn: bizim era, xristian erası, islam erası, yeni era (danışıqda). Böyük zaman ölçüsü, dövr, epoxa Geoloji era — geoloji prosesdə zaman kəsiyi. Məsələn, paleozoy erası, mezozoy erası və s.
PDA
Peridural anesteziya, epidural anesteziya (yun. περί — ətrafına, dövrəsinə, əhatəsinə; yun. επί — səth, üst lat. dura mater — sərt qişa; yun. αἶσθησις) qısa olaraq PDA regional anesteziyanın bir növü. 1931 ildə Doqliotti peridural boşluğu əldə etməyin "müqavimətin itməsi" metodunu tətbiq etmişdir. 1933 ildə isə Qutierrez peridural boşluğu əldə etməyin "asılmış damcı" metodunu tətbiq etmişdir. 1945 ildən peridual boşluğun kateterizasiyası üçün Tuohy — iynəsi tətbiq edilməyə başlanılmışdır. 1949 ildə Çurbelo ilk dəfə olaraq fasiləsiz peridural anesteziya metodunu tətbiq etmişdir. Onurğa beyni xaricdən daxilə doğru üç qişa (lat.
PUA
Pilotsuz uçuş aparatı (PUA) (ing. unmanned aerial vehicle - insansız hava apparatı), çox vaxt qısaca dron (ing. drone) kimi qeyd edilir — bortunda pilot olmayan uçuş aparatıdır. PUA-lara mürəkkəb sensor, avtopilot, nəzarət, müşahidə və nəzarət kompleks sistemləri quraşdırılır. PUA-lar vasitəsilə kəşfiyyat və ya müşahidə aparmaq, pilotlu təyyarələrlə müqayisədə daha asandır. Eyni zamanda bəzi PUA modelləri silahla təmin olunur. İngilis dilində işlənən Unmanned Aerial Vehicle hərfi tərcümədə İnsansız Hava Apparatı deməkdir. Lakin, Azərbaycan dilində daha çox işlənən Pilotsuz Uçuş Aparatı ifadəsi Rus dilindəki Беспилотный Летательный Аппарат termininin hərfi tərcüməsidir.
Para
Para (port. Pará) — Braziliyanın şimalında yerləşən ştat. Şimalda Amapa ştatı, Qayana və Surinam, şərqdə Maranyan və Tokantins, cənubda Matu-Qrosu, qərbdə Amazonas və Rorayma ştatları ilə sərhədlənir. Şimal-şərqdən Atlantik okean ilə sərhədlənir. İnzibati mərkəzi Belen şəhəridir. Para sahəsinə görə Braziliyanın ikinci böyük ştatıdır. Ərazisinin böyük qismi düzənlikdən ibarətdir. Az bir qismi isə dağ çöllərinon payına düşür. Bu isə Qviana və Braziliya platosuna daxildir. Ən dayaz nöqtələrdə Amazon meşələri yayılmışdır.
Pran
Pran (tam adı: Pran Krişan Sikand; 12 fevral 1920, Yeni Dehli – 12 iyul 2013) — hind aktyoru. Pran Bollivudun tanınmış aktyorlarından olub. 70 illik karyerasında o, yüzlərlə kinofilmə çəkilib. Həm mənfi, həm də müsbət rolları oynayıb. 1960–1980-ci illərdə Pran demək olar ki, Bollivudun bütün iri həcmli filmlərində baş rol alıb. Karyerası boyu çoxsaylı mükafatlara layiq görülüb. Kino sahəsində fəaliyyətinə görə Hindistanın dövlət mükafatını da alıb. Pran Krişan Sikand 93 yaşında Mumbayda vəfat edib.
Ura
Ura, 20-ci əsrin ortalarından bəri Birləşmiş Ştatların Dəniz Qoşunlarında geniş yayılmış bir döyüş harayıdır . Bu Amerika Birləşmiş Ştatları Ordusundakı Hooah və Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrində, ABŞ Hərbi Dəniz Qüvvələrində və ABŞ Sahil Mühafizəsindəki Hooyahla müqayisə edilə bilər. "Ura" sözünün yarandığı bir neçə potensial qaynaq var. Türkcə / Monqolca: Termin Osmanlı türkcəsinin "vur" kimi tərcümə olunan "vur ha" ifadəsindən və ya "irəli" mənasını verən monqolca "urax" sözündən götürülmüş ola bilər. Osmanlı İmperiyası ordusunun döyüş fəryadı olaraq istifadə edilirdi və Rus döyüş fəryadı "ura" olaraq uyğunlaşdırılmışdır Jan Paul Rou görə "Hurray" sözü orta əsrlərə qədər işlədilən Qədim türkcədən gəlir. Türklərin Tarixi kitabında yazır: "Məsələn, düşmənlərinə hücum edərkən (Türklər)" Gəl, vur! "Mənasını verən" Ur Ah! "Qışqırırdılar (müasir türk dilində" Vur Hadi! ")) Sonra bu nida Qərbdə "Hurray!" — a çevrilmişdir. Fərq türk dilindəki fonologiyada diaxronik dəyişikliyi və şifahi istifadəni göstərir.
Ara
Ara (lat. Ara) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tutuquşukimilər dəstəsinin tutuquşular fəsiləsinə aid heyvan cinsi. Əlvan rəngli, pilləvarı quyruqlu, iri bədənli (uz. 100 sm-ədək, çəkisi 1600 q-a -dək) və iri dimdikli quşlardır. Çoxunun başının yanlarında tüksüz hissələr var. Rəngində cinsi dimorfizm yoxdur. 6 cinsi və 17 növü məlumdur. Əsl aranın 8 növü var. Mərkəzi və Cənubi Amerikanın tropik meşələrində yaşayır; bəzi növlərinin arealı çox məhduddur. Meyvə və toxumlarla, həmçinin bitkilərin vegetativ hissələri ilə qidalanır.
Par
Par — soyad. Par Çun-Hi — Cənubi Koreyanı təmsil edən həndbolçu. Par Kap-So — Cənubi Koreyanı təmsil edən həndbolçu. Par Mi-Ra — Cənubi Koreyanı təmsil edən həndbolçu. Par Yon-Lim — Cənubi Koreyanı təmsil edən həndbolçu.
Poa
Qırtıc (lat. Poa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
PWA
Proqressiv veb tətbiq (ing. progressive web application; PWA) — HTML, CSS, JavaScript və WebAssembly daxil olmaqla ümumi veb texnologiyalarından istifadə edilərək qurulan veb vasitəsilə təqdim olunan proqram təminatı növü. O, masaüstü və mobil cihazlar da daxil olmaqla, standartlara uyğun brauzeri olan istənilən platformada işləmək üçün nəzərdə tutulub. Proqressiv veb tətbiq veb tətbiqi kimi bilinən veb-səhifə və ya veb-sayt növü olduğundan, ayrıca paketləşdirmə və ya paylama tələb etmir. Tərtibatçılar sadəcə olaraq veb-tətbiqini onlayn yayımlaya, onun ilkin quraşdırma tələblərinə cavab verdiyinə və istifadəçilərin tətbiqi öz əsas ekranlarına əlavə edə biləcəklərinə əmin olurlar. Proqramın App Store və ya Google Play kimi rəqəmsal paylama sistemlərində yayımlanması istəyə bağlıdır. 2021-ci ildən etibarən PWA xüsusiyyətləri Google Chrome, Apple Safari, Androiddə Firefox və Microsoft Edge tərəfindən müxtəlif dərəcələrdə dəstəklənir, lakin masaüstündə Firefox tərəfindən dəstəklənmir. 2007-ci ildə iPhone-un təqdimatında Stiv Cobs elan etdi ki, veb proqramlar (AJAX arxitekturasından istifadə edərək HTML5-də hazırlanmış) iPhone proqramları üçün standart format olacaq. Heç bir proqram inkişaf dəsti (SDK) tələb olunmayacaq və proqramlar Safari brauzer mühərriki vasitəsilə cihaza tam inteqrasiya olunacaq. Bu model daha sonra xakerləri çaşdırmaq və əsəbi proqramçıları sakitləşdirmək vasitəsi kimi App Store-a köçürüldü.
Dra-dra göycəqarğa
Dra-dra göycəqarğa (lat. Coracias garrulus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin əsl rakşilər fəsiləsinin göycəqarğa cinsinə aid heyvan növü. == Genefond əhəmiyyəti == Azərbaycan faunasında fəsilənin tək növüdür. == Qısa təsviri == Sığırçından iridir. Ümumi rəngi yaşıl-göydür. Bel tərəfi qəhvəyi gil rənginə çalır. Quyruğu və qanadları üzərində tünd göy rənglər var. Boğazı ağdır. Adi səsi kəskin cırıltıdır "rak-rak", lakin reproduksiya dövrünün əvvəlində tez-tez "kra-kra-kra-kra" edir. Qarğa kimi ləng uçur.
Era (albom)
Era — Eric Levinin Era musiqi layihəsi adından çıxarılmış debüt albomudur. Albom 1996 - cı ildə Polşa və Birləşmiş Krallıqda, 1998-ci ildə Avropa və Niderlandda, 2002-ci ildə Rusiya və Fransada, 2009 - cu ildə isə Ukraynada satışa çıxarılmışdır. Bəzi ölkələrdə bonus parça olaraq "After Time" mahnısı da alboma əlavə edilmişdir. Ümumiyyətlə debüt albomu olmasına baxmayaraq albom böyük uğur qazanmışdır. Albomdan üç sinql çıxarılmışdır - Ameno, Mother, Enae Volare Mezzo. Həmçinin hər üç mahnı üçün klip çəkilmişdir.
Era 2
Era 2 - Eric Levinin Era musiqi layihəsi adından çıxardığı üçüncü albom. Albom 2000-ci ildə Birləşmiş Krallıq, Avropa və Malayziyada, 2009 - cu ildə isə Ukraynada satışa çıxarlmışdır. Albomdan üç sinql çıxarılmışdır: Infanati,Misere Mani, Divano.
Fra Mauro
Fra Mauro (it. Fra Mauro; d. ? – ö. 1464) — İtalyan rahibi. Fra Mauro xəritəsinin müəllifi. Mauro Venesiya Laqununun Murano adasında yerləşən Müqəddəs Mayklın Kamaldol monastırının rahibidir. Məhz orada o, kartoqrafiya emalatxanasına qulluq edirdi. O, həmçinin Şahzadə Henri Navigator kimi çox güclü adamlar tərəfindən işə götürüldü.
Fua-qra
Fua-qra (fr. foie gras - yağlı qaraciyər) — Fransa mətbəxinə aid qaz ya ördək qaraciyəri yeməyidir. Bir sıra ölkədə fua-qra üçün lazım olan məcburi yedizdirmə, onun satışı və ya idxalı qadağan olunub. Hətta fua-qranın qanuna zidd olmayan ölkələrdə, bəzi pərakəndə satıcılar onu satmaqdan imtina ediblər.
Jizza Pro
Jizza Pro, bəzən Ser-G kimi qeyd olunur (tam adı: Sergey Quliyev; d. 7 dekabr 1982, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan musiqi prodüseri. == Həyatı == === Erkən illəri === 1999-cu ildən musiqi ilə məşğul olmaya başlayıb. === Populyarlıq qazanması === == Diskoqrafiya == Jizza Pro-nun istehsal diskoqrafiyasına 8 studiya albomu daxildir.
Jozefina Pla
Jozefina Pla (isp. Josefina Pla, 9 noyabr 1903, Lobos adası[d], Kanar adaları – 11 yanvar 1999, Asunson) — Paraqvay şairəsi, həmçinin dramaturq, roman və hekayələr müəllifi, ədəbi tənqidçi. Bədii keramika sahəsində də uğurları vardır. İctimai xadim və qadın hüquqları müdafiəçisi kimi də tanınır. == Həyatı == == Əsərləri == Bir çox şeir kitablarının müəllifidir. Onlardan bəziləri: El precio de los sueños, 1934 Una Novia para Josevai, 1950 La raíz y la aurora, 1960 Rostros en el agua, 1965 Invención de la muerte, 1965 Satélites oscuros, 1966 El polvo enamorado, 1968 Desnudo día, 1968 Luz negra, 1975 Antología Poética, 1927–1977 Follaje del tiempo, 1982 Tiempo y tiniebla, 1982 Cambiar sueños por sombras, 1984 La nave del olvido, 1985 La llama y la arena, 1985 Los treinta mil ausentes, 1985 De la imposible ausente, 1996 == "Hər şeyin göldən başlanğıcı var" şeirindən == Dünyada hər şeyə biganə bir göl səthində, Ağac çürüyü göy qurşağı, buludlar ada oldu. Hər şeyin göldən başlanğıcı var.
Kra bərzəxi
Kra bərzəxi (tay กิ่วกระ ) — Malay yarımadasını Asiya materiki ilə birləşdirir. Qərbdə Andaman dənizi, şərqdə isə Siam körfəzi sahillərini yuyur. Ən dar yeri Cumpxon şəhəri iıə Kraburi çayının estuarisi arasında cəmi 44 km təşkil edir. İnzibati cəhətdən ərazinin böyük hissəsi Tailanda şimal və qərb hissələri isə Myanmaya məxsusdur. Bərzəx Kraburi çayının adından ğötürülmüşdür. == Kanal tikintisi == Bərzəx üzərində tikiləcək kanal malakka yarımadasını dolanmaqla edilən uzun səyahəti 100 km-lərlə qısalda bilərdi. Artıq XVII əsrdə ərazidən kanal tikintisi planlaşdırılırdı ancaq kifayət qədər baha başa gəlməsi və ekologiyaya vurulacaq zərbələr nəzərə həyata keçirilməmişdir. Bəziləri kanalı ən dar yerdə, bəziləri isə Surattxani və Pxanqnqa şəhərləri arasında tikilməsini təklif edirlər. Onun tikintisinə bir sıra dövlətlər xüsusi ilə Sinqapur əlehinədir. Belə ki kanalın tikintisi Malakka boğazının əhəmiyyətini azaldaraq bölgə dövlətlərinin istisadiyyatına ağır zərbə vura biıər.
Krunk PUA
Krunk (tərcümədə Leylək) - Ermənistanda istehsal olunan pilotsuz uçuş aparatı. Ermənistanda ilk dəfə PUA layihəsinin həyata keçirilməsinə 2006-cı ildə başlanıb, daha sonra isə layihə A.Hamperyants adına Hərbi Aviasiya Universitetində davam etdirilib. 2009-cu ildə Ermənistan Silahlı Qüvvələri ilk “Krunk” tipli PUA-ları silahlanmaya qəbul edib. Ermənistan Silahlı Qüvvələri nisbətən böyük “Azniv”, “Krunk-25-1” və “Krunk-25-2” PUA-larına da sahibdir. “Krunk” ailəsi 3 modeldə istehsal edilir. “Krunk” PUA-ları İsrail Ordusunun silahlanmasında 80-ci illərdən etibarən mövcud olan, A, B və C seriyalarında istehsal edilən RQ-2 “Pioneer” PUA-larına bənzəyir. Bəzi mənbələrin məlumatına görə Krunk PUA-ları Serbiya ilə müştərək istehsal olunur. == Tarixi == Krunk PUA 2011-ci ildən istehsal edilir. “Krunk” PUA-ları İsrail Ordusunun silahlanmasında 80-ci illərdən etibarən mövcud olan, A, B və C seriyalarında 1986-cı ildən bəri istehsal edilən RQ-2 “Pioneer” PUA-larına bənzəyir. Onların Rusiyanın əlinə keçməsi tarixi təxminən 1990-cı ildə baş verib.
Kunya-Pora
Kunya-Pora (port. Cunha Porã) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 10680 nəfərdir. Ərazisi 220,293 km²-dir. Əhalinin sıxlığı 44,6 nəfər/km²-dir. Bələdiyyə 20 iyul 1958-ci ildə yaradılmışdır. Bələdiyyənin bayramı 20 iyulda qeyd edilir.
Mother (ERA)
Mother – Eric Levinin Era musiqi layihəsi adından çıxardığı debüt albomu olan Era albomundan olan ikinci sinql. Mahnının musiqisi Eric Levinindir. Mahnının mövzusu ana fədakarlığı və qayğıkeşliyinin Müqəddəs Məryəm ananın timsalında göstərilməsidir. Mahnıya həmçinin klip də çəkilmişdir.
Nor Par
Can Can (erm. Ջան Ջան) — 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edən İnqa və Anuş Arşakyanın oxuduğu mahnıdır. 12 may 2009-cu ildə Avroviziya Mahnı Müsabiqəsinin I yarımfinalında 99 xalla 5-ci yer tutmuşdur və finala çıxmışdır. Finalda isə doqquzuncu nömrə altında yarışdı və 92 xal toplayaraq 10-cu oldu. Müsabiqədə səslənən erməni mahnısına bir müddət sonra Azərbaycan ictimaiyyəti etiraz etdi.
.срб
.срб (.xn--90a3ac) — Yuxarı səviyyəli kiril əlifbasında olan Serbiyanın milli domeni. İnternetdə kiril əlifbasında yazılmış ikinci domen. (birinci .рф) . Domen 3 may 2011-ci ildə işə salınmışdı . Domen adlarının qeydiyyat prosesi 27 yanvar 2012-ci ildə başladı.. Bu zonada birinci qeyd edilmiş domen "рнидс.срб" oldu — (Serb milli domen registratoru).
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
«Кара-коюнлу» (ковёр)
.рф
.рф (punycode: .xn--p1ai; (Российская Федерация) — yuxarı səviyyəli Rusiya milli domeni. İnternetdə ilk kiril əlifbasında yazılmış domen. Daha əvvəl daxil edilmiş ".ru" domenindən fərqi odur ki, domendə ". рф" xüsusi istisnalıqla kiril əlifbasında yazılır. Domen 12 may 2010-cu ildə daxil edilmişdir.
Sen-Julyen-de-Rа
Sen-Jülyen-de-Rа (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38407. Kommunanın 1999-cu il üçün əhalisi 443 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.