Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kirkid
Kirkid (Kirkit, və ya kirki) — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ikinci arğacı salmaq üçün istifadə edilən, qədimdə bəzi heyvanların (əsasən də keçi və ya ceyran) buynuzundan, 1934-cü ildən etibarən metaldan və s.-dən hazırlanan, ikidən dördə qədər dişi olan alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti daraq da adlandırırlar. Kirkidin iki, üç və ya dörd dişi olur. Zaman keçdikcə digər alətlər kimi bu alətlərin də forma və texniki xüsusiyyətləri təkmilləşmiş, kirkidin dişlərinə metal ucluqlar əlavə olunmuşdur. Arğacın hamar salınması üçün nəzərdə tutulan texnoloji tələblərə tam cavab vermədiyi üçün kirkid sonda tam metaldan hazırlanmışdır.
Prixod
Prixod (yun. παροικία ( yun. παρά — "yaxın" və yun. οἶκος — "ev") — xristianlıqda aşağı kilsə təşkilatı və bu təşkilat üzvülərinin yaşadığı yer, məhəllə. Rusca-azərbaycanca lüğət (Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyası), II cild, Bakı, 1991. Səh. 644 (Приход, приходский).
Prişib
Göytəpə (əvvəlki adı: Prişib) — Azərbaycan Respublikasının Cəlilabad rayonununda şəhər. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Cəlilabad rayonunun Prişib şəhərinin tarixi adı özünə qaytarılaraq Göytəpə şəhəri adlandırılmışdır. Azərbaycan tarixçilərinin yazdığına görə, Rusiya İmperiyası XIX əsrdə Azərbaycan xanlıqlarını işğal edəndən sonra özünə dayaqlar yaratmaq üçün bölgəyə 250 min nəfərdən çox rus millətindən olan şəxs köçürüb. Onlar həm Bakı və Gəncə kimi böyük şəhərlərdə yerləşdirilirdi, həm də bölgələrdə. O vaxt ruslarına bir hissəsi də indiki Cəlilabad ərazisində yerləşdirilib. Cəlilabad rayonunda rus yer adları çoxdur — Astraxanovka, Tatyanovka, Nikolayevka, Petrovka, Privolnoye, Mixaylovka və s. XIX əsrdə Azərbaycana köçürülən ruslar üçün münbit torpaqlar ayrılır, onlara yerli əhaliylə müqayisədə müxtəlif güzəştlər edilirdi. Cəlilabad rayonunun indiki ərazisi demək olar ki meşə örtüyündən məhrumdur, çöllükdü. İqlimi qurudu. Elə Göytəpə şəhərinin ətrafı da yalnız kartof sahələri və üzümlüklərdən ibarətdir.
Prisad adası
Prisad adası (bolq. остров Присад, ‘Ostrov Prisad’ \'os-trov 'pri-sad\) — Cənubi Şetland adalarının Lou adaları arxipelaq qrupuna daxil olan adasıdır. Ada qayalardan təşkil olunmuşdur. Adanın uzunluğu 520 m, cənub-şimal istiqamətində eni 640 metrdir. Limets yarımadasından 60 m məsafədə yerləşmişdir. Ada Şimal-şərqi və cənub-şərqi Bolqarıstanda yerləşən Prisad şəhərinin adını daşıyır. Prisad adası 63°13′55″ c. e. 62°10′38″ q. u.
Prisis Ruiz
Pridi Banomyong
Pridi Banomyong (Tay dili: ปรีดี พนมยงค์; 11 may 1900 - 2 may 1983), kral titulu ilə də tanınır Luang Praditmanutham (Tay dili: หลวงประดิษฐ์มนูธรรม) Tayland siyasətçisi və professoru idi. Tayland Regent, baş nazir və Taylandın böyük dövlət xadimi idi; eyni zamanda bir çox nazir vəzifələrini tutmuşdur. Xana Ratsadonun mülki qanadının lideri, Mənəvi və Siyasi Elmlər Universitetinin və Tayland Bankının yaradıcısı idi. Ayutthaya vilayətində kasıb bir cütçü ailəsində anadan olsa da yaxşı təhsil aldı. 1919-cu ildə, on doqquz yaşında, ölkənin ən gənc vəkillərindən biri oldu. 1920-ci ildə Fransada təhsil almaq üçün təqaüd qazandı, burada Kaen Universitetini magistr dərəcəsi ilə bitirdi və 1927-ci ildə Paris Universitetindən doktorluq dərəcəsini bitirdi. tələbələr. Siam'a qayıtdıqdan sonra hakim, məhkəmə katibliyi və professor vəzifələrində çalışdı. 1932-ci il Siam inqilabından sonra ölkənin ilk iki konstitusiyasının hazırlanmasında mühüm rol oynadı və sosialist iqtisadi planını təklif etdi. Plana qarşı sərt reaksiya onu qısaca özünü sürgün etdi.
Priti Zinta
Priti Zinta (ing. Preity Zinta; 31 yanvar 1975, Şimla) — Hindistan kino aktrisası. Priti Zinta 31 yanvar 1975-ci ildə anadan olmuşdur . 13 yaşında atasını avtomobil qəzasında itirən Priti həyata belə uyğunlaşmağa məcbur olur. Hindistanın Şimla şəhərindən olan Priti universitetdə təhsil almaq üçün Mumbay şəhərinə gedir. Bir gün Priti parkda öz yoldaşı ilə oturarkən bir qadın ona yaxınlaşır və reklam işində işlədiyini deyir. Həm də bildirir ki, reklamda çəkiləcək model son anda bu işdən imtina edib. Pritinin simasını bəyənən qadın ona model olmağı təklif edir. Priti bu təklifi qəbul edir. Beləcə öz karyerasına reklam manekeni kimi başlayan Priti 1990-cı illərin sonlarında yoldaşlarını dəstəkləmək üçün sınaq çəkilişlərinə gedir.
Bols-Pramid adası
Bols-Pramid (ing. Ball's Pyramid) — Tasman dənizində yerləşən, yaşayış olmayan vulkanik ada. Avstraliyaya aid ada ümumdünya irsi siyahısına daxildir. Lord Houv adasından 20 km cənub-şərqdə yerləşir, elə həmin ada ilə birlikdə 1788-ci ildə kəşf edilmişdir. Ada uzaqdan yelkəni və ya piramidanı xatırladır. Bols-Piramid Yer üzündə ən yüksək vulkanik uçurumdur. == Coğrafiyası == Ada inzibati baxımından Avstraliyanın Yeni Cənubi Uels ştatı ərazisinə daxildir və 21 iyun 2000-ci ildən Lord Houv dəniz parkının bir hissəsidir. Adanın maksimal hündürlüyü 562 metrdir. Uzunluğu isə 200 m təşkil edir. Onun yaxınlığında bir neçə kiçik qayalıqlar yardır.
Avropa Qran-prisi
Avropa Qran-Prisi (ing. Grand Prix of Europe, alm. Großer Preis von Europa‎) — avto yürüşlər üzrə Dünya Çempionatlığının ən önəmli mərhələlərindən biri 1980-ci ildən bu yana Qran-Pri ilk dəfə Dünya Formula-1 çempionatının təqvimində yer alır, lakin 1993-cü ildən bəri müntəzəm olaraq keçirilir. İkinci Dünya Müharibəsində "European Grand Prix" adlı bir yarışma təşkil edildi, bu ilk milli Qran-Prilərdən biri hesab olunurdu. İlk belə müsabiqə İtaliyanın Monza şəhərində 1923-cü ildə İtaliya Qran-Pri çərçivəsində keçirilib. Fiat 805 avtomobilini idarə edən Karlo Salmano müsabiqənin qalibi elan edilmişdir. Formula-1 yarışları Beynəlxalq Avtomobil Federasiyasının müəyyən etdiyi qaydalara əsasən təşkil olunur. Yarışlar il ərzində müxtəlif ölkələrdə keçirilən mərhələlərdən ibarət olur. Hər mərhələyə Qran-pri adı verilir. İlin sonunda bütün Qran-prilərdən toplanan xalların əsasında pilotlar və komandalar arasında qalib müəyyən edilir və mükafatlandırılır.
Avropa Qran Prisi
Avropa Qran-Prisi (ing. Grand Prix of Europe, alm. Großer Preis von Europa‎) — avto yürüşlər üzrə Dünya Çempionatlığının ən önəmli mərhələlərindən biri 1980-ci ildən bu yana Qran-Pri ilk dəfə Dünya Formula-1 çempionatının təqvimində yer alır, lakin 1993-cü ildən bəri müntəzəm olaraq keçirilir. İkinci Dünya Müharibəsində "European Grand Prix" adlı bir yarışma təşkil edildi, bu ilk milli Qran-Prilərdən biri hesab olunurdu. İlk belə müsabiqə İtaliyanın Monza şəhərində 1923-cü ildə İtaliya Qran-Pri çərçivəsində keçirilib. Fiat 805 avtomobilini idarə edən Karlo Salmano müsabiqənin qalibi elan edilmişdir. Formula-1 yarışları Beynəlxalq Avtomobil Federasiyasının müəyyən etdiyi qaydalara əsasən təşkil olunur. Yarışlar il ərzində müxtəlif ölkələrdə keçirilən mərhələlərdən ibarət olur. Hər mərhələyə Qran-pri adı verilir. İlin sonunda bütün Qran-prilərdən toplanan xalların əsasında pilotlar və komandalar arasında qalib müəyyən edilir və mükafatlandırılır.
Avstriya Qran-prisi
Avstriya Qran-prisi (alm. Großer Preis von Österreich‎) - Formula 1 avtomobil yarışları üzrə dünya çempionatının mərhələlərindən biri. İlk dəfə 1963-cü ildə keçirilmişdir. == Ümumi məlumat == İlk Avstriya qran-prisi 1963-cü ildə Seltveq trasında keçirilmişdir. 1964-cü ildə isə Formula 1 təqviminə salındı. Ancaq yarışdan sonra həm FİA, həm də komandalar trasdan narazı qaldılar. Əsas tənqidlər yolun darlığı, sərt döngələrin olması, azarkeş tribunlarının kamfortlu olmaması idi. Buna görə qran-pri yeni avtodrom tikilənədək çempionatdan çıxarıldı. 1970-ci ildə yarış yeni Österrayxrinq (Avstriya halqası) trasında bərpa edildi. Avtodrom Ştiriya vilayətinin Şpilberq kəndi yaxınlığında yerləşir.
Azərbaycan Qran-prisi
Azərbaycan Qran Prisi — İlk dəfə 2017-ci ildə Bakı Şəhər Halqasında keçirilmiş Formula 1 avtomobil yarışıdır.
Azərbaycan Qran Prisi
Azərbaycan Qran Prisi — İlk dəfə 2017-ci ildə Bakı Şəhər Halqasında keçirilmiş Formula 1 avtomobil yarışıdır.
Braziliya Qran-prisi
Braziliya Qran-prisi (port. Grande Prêmio do Brasil) - Formula 1 avtomobil yarışları üzrə dünya çempionatının mərhələlərindən biri. San-Paulu şəhərində, Xose Karlos Pase avtodromunda keçirilir. == Ümumi məlumat == Braziliya Qran-prisi ilk dəfə 1972-ci ildə İnterlaqos trasında keçirilmişdir. İlk yarış qeyri-rəsmi idi və Formula 1 üzrə dünya çempionatının təqviminə daxil edilməmişdi. Yarış test xarakteri daşıyırdı. Beləki əgər təşkilatçılar FİA-nı razı sala bilsələr qran-pri keçirmə hüququ ala bilərdilər. Bu hal növbəti ildən etibarən dəyişdi. Braziliya qran-prisinin keçirilməsində braziliyalı pilot Emerson Fittipaldinin böyük rolu olmuşdur. Elə o 1973-cü il ilk rəsmi Braziliya Qran-prisinin qalibi olmuşdur.
Bəhreyn Qran-prisi
Bəhreyn Qran-prisi (ərəb. جائزة البحرين الكبرى)‎ - Formula 1 avtomobil yarışları üzrə dünya çempionatının mərhələlərindən biri. == Ümumi məlumat == Bəhreyn qran-prisinin keçriləcəyi Sahir avtodromu 2002-ci ildə tikilməyə başlamışdır. İlk yarış isə ilk dəfə 2004-cü ildə baş tutdu. Bu yarış F-1 tarixində Yaxın Şərqdə keçirilən ilk qran-pri idi. Sahir trasının uzunluğu 5412 metrdir. 2010-cu il mövsümündən əvvəl bu göstərici artırılaraq 6299 metrə qaldırıldı və 2 yeni döngə əlavə edildi. 2011-ci ildə qran-prinin keçirilməsi ilə bağlı problemlər yaranır. Bunun səbəbi fevral ayında būtün ölkəni bürüyən mitinqlər, mürəkkəb siyasi vəziyyət idi. Mətbuatda yarışın keçirilməyəcəyi ilə bağlı xəbərlər yayılsa da FİA bu məlumatları təkzib edərək yalnız vaxtın dəyişdiriləcəyini və oktyabrda keçiriləcəyini bildirdilər.
Fransa Qran-prisi
Fransa Qran-prisi - Formula 1 avtomobil yarışları dünya çempionatının mərhələlərindən biri. == Ümumi məlumat == Fransa Qran-prisi ən qədim avtomobil yarışlarındandır. Hələ XIX əsrin 90-cı illərindən etibarən keçirilməyə başlamışdır. Ancaq Fransa Qran-prisi adı ilə ilk yarış 1906-cı ildə Le-Man şəhəri yaxınlığında keçirilir. 1950-ci ildən etibarən Fransa Qran-prisi dünya çempionatının təqviminə daxil edilir. Yarışların keçirilməsi səlahiyəti Fransa Avtomobil Klubuna (F.A.K.) verilir. Bu klub buna qədərdə avtomobil yarışları keçirirdi. 1911-ci ildə Sarta avtomobil klubu F.A.K.-nın razılığı ilə Fransa Qran-prisi adı ilə yarış keçirir və bu yarış F.A.K. Qran-prisi ilə paralel təşkil edilməyə başlayır. 1950-1968-ci illər arasında Formula 1 üzrə dünya çempionatına daxil olan Fransadakı yarışlar "A.F.C Grand Prix" adlanırdı. Və yalnız yarışların keçirilmə hüququnun Fransa Avtomobil İdmanı Federasiyasına (FAİF) verildikdən sonra qran-pri hal-hazırkı adını aldı.
Macarıstan Qran-prisi
Macarıstan Qran-prisi (ing. Magyar Nagydíj) - Formula-1 avtomobil yarışları üzrə dünya çempionatının raundlarından biri. Yarış Budapeşt şəhəri yaxınlığındakı Hunqarorinq (Budapeşt halqası) avtodromunda keçirilir. == Tarixi == Macarıstan qran-prisi ilk dəfə 21 iyun 1936-cı ildə Budapeştdə Nepliqet parkındakı 5,0 kilometrlik halqada keçirilmişdir. Bu yarışda 4 komanda - Auto Union, Mercedes, Alfa Romeo, Maserati iştirak etmişdir. Yarış böyük marağa səbəb olsa da, davam etdirilə bilmir. Beləki bir neçə il sonra başlayan dünya müharibəsi və sonrakı illərdə Macarıstanda siyasi mühitinin gərginləşməsi qran-prinin dayandırılmasına səbəb oldu. 1986-cı ildə qran-pri bərpa edildi. Bunun üçün paytaxt yaxınlığında yeni Hunqarorinq trası tikilir. Bu dövrdən etibarən Macarıstan yarışları dünya çempionatının əsas mərhələlərindən birinə çevrilir.
Türkiyə Qran-prisi
Türkiyə Qran-prisi - Formula 1 avtomobil yarışları üzrə dünya çempionatının mərhələlərindən biri. Qran-pri İstanbul şəhərində qurulmuş "İstanbul Park" avtodromunda keçirilir. "İstanbul Park" avtodromu İtanbulun Tuzla rayonunda tikilmişdir. Tikilisinə 2004-cü ilin dekabrında başlanmış və artıq 2005-ci ilin avqustunda yarışları qəbul etmək üçün hazır olmuşdur. Trasın uzunluğu 5338 metrdir. Yarışlar saat əqrəbinin əksi istiqamətində keçirilir. Pilotlar 6-sı sağ və 8-i sol olmaqla 14 döngə edirlər. Yarış 58 halqadan ibarətdir. Avtodromda 26250 nəfərlik əsas tribuna, əlavə olaraq müvəqqəti yaradılan 60000 nəfərlik tribuna və 5 minlik VİP tribuna tikilmişdir. Ümumilikdə yarışları 130 minədək tamaşaçı izləyə bilər.
Riki Martin
Enrike Martin Morales (isp. Enrique Martín Morales; 24 dekabr 1971, San-Xuan, Puerto Riko, ABŞ), daha çox Riki Martin adı ilə tanınır. Latınamerikan qrupu olan Menudo ilə fəaliyyətə başlamışdır. 1991-ci ildə solo-kariyeraya başlamışdır. Riki 8 studiya albomu buraxmışdır ki, bütün dünya üzrə bu albomların satış sayı 65 milyonu keçmişdir. Həmçinin Riki Martin xeyri məqsədləri üçün "Riki Martin fondu"nu (ispan: Fundacion Ricky Martin) yaratmışdır. Riki Martin 24 dekabr 1971-ci ildə Puerto – Rikonun paytaxtı San Xuan şəhərində psixoloq Enrike Martin Neqoni və buxqalter Nereydi Moralesin ailəsində doğulmuşdur. Valideynləri onun iki yaşı olanda ayrılmışdılar. Rikinin doğma Erik və Daniel Martin adlı iki qardaşı, Vanessa Martin adlı bir bacısı, ögey Fernando və Anhel Fernandez adlı iki qardaşı var. Riki katolik ailəsində böyümüşdü və çox sakit və sözə qulaq asan uşaq idi, amma Menuda qrupuna qoşulana qədər… Riki (o zaman Enrike) musiqi fəaliyyətinə 13 yaşında, 1984-cü ildə məşhur latınamerikan qrupu Menuda ilə başladı.
Riki Puç
RiKard "Riki" Puç Marti (isp. Ricard Puig Martí; 13 avqust 1999, Matadepera, İspaniya) — La Liqa təmsilçilərindən olan Barselona klubunda mərkəz yarımmüdafiəçisi kimi çıxış edən peşəkar İspaniya futbolçusudur.
Olqa Prik
Olqa Prik (rus. Ольга Яковлевна Прик; 23 aprel 1921, Evpatoriya, Tavriya quberniyası[d] – 3 iyun 2010, Hayfa) — Sovet türkoloqu, karait dilinin tədqiqatçısı, pedaqoji elmlər namizədi (1953), dosent (1960). Milliyyətinə görə - Karaite. Atası - Yakov Mixayloviç Prik, mühasib, anası - Raisa Abramovna Prik, evdar qadın. 1939-cu ildə Simferopoldakı 1 saylı orta məktəbi əla attestatla bitirib. 1939-cu ildən 1941-ci ilin martına qədər Krım Pedaqoji İnstitutunun (rus dili və ədəbiyyatı şöbəsi) tələbəsi olub. Tədqiqat Krımın alman qoşunları tərəfindən işğalı səbəbindən yarımçıq qalıb. 1943-1944-cü illərdə Simferopol şəhərində işğal olunmuş ərazidə olarkən, o, gizli təşkilatın üzvləri ilə əlaqədə olub və Sovet hökumətinin xeyrinə çalışıb ki, bu da deputatın verdiyi arayışla təsdiqlənir 7 iyun 1944-cü il tarixli, № 237. təsdiqlənir. 1944-cü ildə Krım alman işğalçılarından azad edildikdən sonra Moskvaya yola düşdü.
1958 Argentina Qran-Prisi
1958-ci il Argentina Qran-Prisi — Formula-1 avtoyarışının 1958-ci il mövsümünün ilk mərhələsi. Yarış 19 yanvar 1958-ci ildə Buenos-Ayres trasında reallaşdı. Stirlinq Moss Rob Walk Racing Team komandasının tərkibində Cooper T43 şassisinndə qələbə qazandı. Bu Formula 1-də şəxsi komandanın ilk qələbəsi idi.
1984 Monako Qran-prisi
1984-cü il Monako Qran Prisi — Formula-1 Dünya Çempionatının 1984-cü il mövsümündə 16 mərhələdən altıncısı. Monte-Karloda keçirilib. Avtoyarış 3 iyun 1984-cü ildə reallaşıb. == Tarixi == 1981-ci ildən McLaren komandası Ron Dennis nəzərdə tutduğu plan üzrə hərəkət edirdi. 1983-cü ilin sonunda Ron konstruktor şöbəsinə başçı təyin etdi – Qordon Koppakı əvəz etmiş Con Barnard komandaya gələn gündən qarşıdakı mövsüm üçün maşın hazırlamağa başladı. Ron uzun danışıqlardan sonra istefada olan Niki Laudanı çempionata qayıtmağa razı sala bildi və qeyri-stabil çıxışları ilə fərqlənən Andrea de Çezarisi ikiqat dünya çempionu ilə əvəz etdi. Ron daha çətin bir qərar qəbul etmişdi – komandanın sıfırdan yenidən qurulması zamanı komandaya böyük dəstək olmuş təcrübəli Con Uotsona qapını göstərmişdi. Bu addımın səbəbi isə 1983-cü ilin son yarışında titulu əldən verərək komandası ilə dalaşaraq komandadan qovulan Alen Prost idi. İşsiz qalan Alen növbəti gün McLaren-in 1984-cü ildə əsas sürücüsü elan olunmuşdu. Ron Səudiyyə Ərəbistanından olan biznesmen Əkrəm Occeylə Britaniyada keçirilən sərgidə tanış olmuşdu və onu komandaya sponsorluq etməyə ruhlandırmışdı.
Monako Qran Prisi (1984)
1984-cü il Monako Qran Prisi — Formula-1 Dünya Çempionatının 1984-cü il mövsümündə 16 mərhələdən altıncısı. Monte-Karloda keçirilib. Avtoyarış 3 iyun 1984-cü ildə reallaşıb. 1981-ci ildən McLaren komandası Ron Dennis nəzərdə tutduğu plan üzrə hərəkət edirdi. 1983-cü ilin sonunda Ron konstruktor şöbəsinə başçı təyin etdi – Qordon Koppakı əvəz etmiş Con Barnard komandaya gələn gündən qarşıdakı mövsüm üçün maşın hazırlamağa başladı. Ron uzun danışıqlardan sonra istefada olan Niki Laudanı çempionata qayıtmağa razı sala bildi və qeyri-stabil çıxışları ilə fərqlənən Andrea de Çezarisi ikiqat dünya çempionu ilə əvəz etdi. Ron daha çətin bir qərar qəbul etmişdi – komandanın sıfırdan yenidən qurulması zamanı komandaya böyük dəstək olmuş təcrübəli Con Uotsona qapını göstərmişdi. Bu addımın səbəbi isə 1983-cü ilin son yarışında titulu əldən verərək komandası ilə dalaşaraq komandadan qovulan Alen Prost idi. İşsiz qalan Alen növbəti gün McLaren-in 1984-cü ildə əsas sürücüsü elan olunmuşdu. Ron Səudiyyə Ərəbistanından olan biznesmen Əkrəm Occeylə Britaniyada keçirilən sərgidə tanış olmuşdu və onu komandaya sponsorluq etməyə ruhlandırmışdı.
Surb Prkiç erməni xəstəxanası
Surb Prkiç erməni xəstəxanası — İstanbulun Zeytinburnu rayonunun Kazlıçeşme məhəlləsində yerləşən Kazaz Artin Amira Bezciyanın rəhbərliyi altında erməni icması tərəfindən yaradılmış olan şəxsi xəstəxanadır. Osmanlı sultanı olan II Mahmudun 1832-ci ildəki fərmanı ilə yaradılmış olan xəstəxana 1834-cü il may ayının 31-də tikinti və avadanlıq işlərini başa çatdıraraq xidmətə başlamışdır. Yeddiqüllə Surb Prkiç Erməni Xəstəxanası Fondu tərəfindən idarə olunur. İdarə Heyətinin hal-hazırkı sədri Bedros Şirinoğludur. Kompleksə həmçinin də Surb Prkiç Erməni xəstəxanası kapellası da daxildir.