Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Admirallıq prikazı
Admirallıq prikazı (rus. Адмиралте́йский прика́з) — Rusiyanın Mərkəzi Dövlət Qurumunun Hərbi Dəniz Administrasiyasının prikazı. Onun səlahiyyətlərinə donanmanın hazırlanması, silahlanması, təchizatı və ekipajlara adi dəniz qulluqçularının cəlb edilməsi daxildir. Ədəbiyyatda Admirallıq İşləri Prikazı (Приказ адмиралтейских дел) da adlanır. Prikaza Voronej Admirallıq Məktəbi də daxil idi. == Başçıları == Aleksandr Protasyev (1696–1700) Fyodor Apraksin (18 fevral 1700–17??) Qriqori Plemyannikov (1700–17??) == İstinadlar == == Əlavə ədəbiyyat == С. Елагин, История русского флота. Период Азовский, издание 1864 года и 2 тома приложений. В. Чубинский, Историческое обозрение устройства управления морским ведомством в России. Издание 1869 года. Материалы для истории русского флота, тома I, II, III и IV, Sankt-Peterburq; Ф. Ф. Веселаго, Очерк русской морской истории, ч.
Aqnes Primas
Aqnes Primas (5 mart 1980, Dunauyvaroş, Feyer medyesi[d]) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Aqnes Primas, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Aqnes Primas, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Buğda tripsi
Buğda tripsi lat. Haplothrips tritici Kurd.-Buğda tripsinin yetkin forması qaramtıl rəngdə olub, 1,5–2 mm böyüklükdədir. == Quruluşu == Buğda tripsinin yetkin forması qaramtıl rəngdə olub, 1,5–2 mm böyüklükdədir. Qarıncığın axırıncı buğumu boru halında uzanaraq, konusvari forma almışdır. Sürfə xarici görünüşünə görə yetkin formaya çox oxşayır. O, ancaq qırmızı rəngdə olur. Buğda tripsi deşib-soran ağız aparatına malik olub, taxıl bitkilərinin, o cümlədən payızlıq və yazlıq buğdanın zərərvericisidir. == Biologiyası == Buğda tripsinin xarakterik bioloji xüsusiyyətindən biri ondan ibarətdir ki, o, müxtəlif amillərdən (o cümlədən mikroiqlimdən) asılı olaraq bütün taxıl sahələrində eyni dərəcədə yayılmır və onun yayılması müəyyən ocaqlar şəklində olur. Azərbaycanda buğda tripsinin yaşayış tərzinə dair olduqca az elmi-tədqiqat işləri aparılmışdır. Buna baxmayaraq onun biologiyasının aşağıdakı bəzi cəhətlərini göstərmək olar: Sürfələr gövdə daxilində və torpağın üst qatında qışlayır.
Roma Papası
Roma Papası — Roma Baş yepiskopu, Roma Katolik Kilsəsinin başçısı, Katolik xristianların dini lideridir. Katoliklərə görə Həvari Pyotrun xələfidir. İlk zamanlar bütün yepiskoplara verilən papa ünvanı, sonralar yalnız Roma Yepiskopu üçün istifadə edilməyə başlandı. Katolik kilsəsi, kilsə çərçivəsində Pyotr və xələflərinin təmsil etdiyi ən uca vəzifə olan papalığın ilahi bir qurum olduğunu iddia edir: İsa, papalıq vəzifəsini Pyotra təhvil vermiş və Pyotr da bu vəzifəni faktiki görmüşdür. Kilsədə yerləşmiş bir ənənəyə görə Pyotr, Romada din qurbanı olaraq ölmüşdür, bu səbəblə də ən təbii varisləri Romalı yepiskoplardır. == Tarix == Papalıq tarixi bir çox baxımdan kilsə tarixi ilə birləşir; bununla birlikdə bu tarixin bəzi dövrləri Papalıq qurumunun inkişafı baxımından ayrı bir xüsusiyyət daşıyır. İlk üç əsr ərzində papalar, daha çox Roma kilsəsinə əhəmiyyət vermişlər; amma qısa bir müddət sonra müxtəlif ölçülərdə başqa kilsələrə də qarışmağa başladılar: məsələn Papa I. Klementin Korintoslulara Məktubu (I əsrin sonu); Papa Viktorun Pasxa tarixi mövzusunda çıxan müzakirələrə müdaxiləsi (II əsrin sonu) və s. böyük kilsələrarası qurultay dövründə (IV və V əsr) papanın öndərlik təsiri daha da açıq şəkildə meydana çıxdı; 451'dəki Kadıköy məclisi, "Pyotrun Papa Leonun ağzında iradəsini bildirdiyini" irəli sürdü.
Elevferi (Roma papası)
Elevferi (q.yun. Ἐλευθέριος; bilinmir – 189 və ya 185) — 22 may 174-cü ildən 26 iyul 189-cu ilə qədər Roma yepiskopu. == Həyatı == "Pontifiklər kitabı"na görə, Elevferi Epir regionunda yerləşən Nikopol şəhərində, bir yunan ailəsində anadan olmuşdur. Onun müasiri olmuş Habundi bildirmişdir ki, o, Romada Papa Aniketin rəhbərliyi altında diakon təyin edilmişdi və Soterin dövründə də bu vəzifəni daşımışdır. Elevferi 174-cü ildə Roma yepiskopu olmuşdur.Elevferi pontifikatlığı dövründə kilsədə montanizm ilə bağlı mübahisə yaranmışdır. Bu hərəkat Kiçik Asiyada yaranmışdı və ardıcılları peyğəmbərlərinin vəcdli transları vasitəsilə yeni ruhani vəhylərin əldə oluna biləcəyinə inanırdılar.
Lin (Roma papası)
Lin (10, Toskana – 79, Roma) — Müqəddəs Pyotrdan sonra 2-ci Roma Papasıdır. 67–76-cı illərdə papalıq etmişdir. == Həyatı == Papa olmamışdan öncəki həyatına dair tam olaraq dəqiq məlumat yoxdur. Bəzi mənbələrə görə; Volterra, Toskanada İtalyan bir ailənin uşağı olaraq dünyaya gəlmişdir. Atasının adı: Herkulanus, anasının adı isə: Klodiya idi. İsa və 12 həvarilərinin qrupuna daxil olmuşdur. İsadan sonra Pyotrunda çarmıxa çəkilməsi ilə Linusun papa olmasına qərar verilmişdir. == Papalıq dövrü == Müqəddəs həvarilərin qurduğu "Roma Kilsəsi", Müqəddəs Linusu seçməyə qərarlı idi. Xüsusilə Papa Pyotr, şəhid olmasından əvvəl Müqəddəs Linusu özündən sonra papa olmasından yanaydı. Müqəddəs Papa Pyotr şəhid olduqdan sonra digər həvarilərin də dəstəyi "Papa" seçilmişdi.
Miltiad (Roma papası)
Miltiad (Melxiad) (lat. Miltiades; bilinmir, Roma – 11 yanvar 314, Roma, Roma imperiyası) — 2 iyul 311-ci ildən 11 yanvar 314-cü ilədək Roma yepiskopu. == Mənşəyi == Liber Pontificalis-ə görə, Miltiad afrikalı idi, Şimali Afrika mühaciri hesab olunur, daha dəqiq Berbera mənşəli ola bilərdi, baxmayaraq ki alim Riçard P. MakBrayn onun Romalı olduğunu iddia edir. == Pontifikat == Onun seçilməsi Sede Vacante dövrünün sona çatması ilə qeyd olunur; dövr İmperator Maksentsinin papa Yevsevini Siciliyaya sürgün etməsindən az bir müddətdən sonra, 17 avqust 310-cu il (bəzi mənbələrə görə 309) tarixində Yevsevinin vəfatı ilə başladı Miltiadın pontifikasiyası zamanı, 312-ci il oktyabr ayında I Konstantin Maksentsi məğlub edərək Romaya nəzarəti ələ keçirdi. Konstantin Lateran sarayını papaya təqdim etdi və bura papanın iqamətgahı və kilsənin hökumət mərkəzi oldu. 313-cü ilin əvvəlində Konstantin və onun hakimiyyət şəriki Lisini Milanda razılaşma əldə edərək, xristianlar və digər dinlərin nümayəndələri üçün din azadlığı və kilsə əmlakının bərpasını elan edən Milan ediktini (fərman) hazırladılar. == Vəfatı == Daha sonra, 313-cü ildə Miltiad Karfagenli Setsiliana bəraət verən və donatistləri qınayan Romada Lateran yığıncağına sədrlik etdi. O, Arelat yığıncağına dəvət olunsa da, keçirilməzdən əvvəl öldü. == İrsi == 5-ci əsrdən bəri hazırlanan Liber Pontificalis əsərində Miltiadın bir neçə yeni qanun tətbiq etdiyi yazılıb, o cümlədən cümə axşamı və bazar günlərində oruc tutmamaq adəti. 13-cü əsrdə müqəddəs Melxiad bayramı yanlış "məzlum" xülasəsi ilə "Baş Roma təqvimi"nə" əlavə olunmuşdur, qeyd olunduğu gün 10 dekabr oldu.
Avropa Qran-prisi
Avropa Qran-Prisi (ing. Grand Prix of Europe, alm. Großer Preis von Europa‎) — avto yürüşlər üzrə Dünya Çempionatlığının ən önəmli mərhələlərindən biri 1980-ci ildən bu yana Qran-Pri ilk dəfə Dünya Formula-1 çempionatının təqvimində yer alır, lakin 1993-cü ildən bəri müntəzəm olaraq keçirilir. İkinci Dünya Müharibəsində "European Grand Prix" adlı bir yarışma təşkil edildi, bu ilk milli Qran-Prilərdən biri hesab olunurdu. İlk belə müsabiqə İtaliyanın Monza şəhərində 1923-cü ildə İtaliya Qran-Pri çərçivəsində keçirilib. Fiat 805 avtomobilini idarə edən Karlo Salmano müsabiqənin qalibi elan edilmişdir. Formula-1 yarışları Beynəlxalq Avtomobil Federasiyasının müəyyən etdiyi qaydalara əsasən təşkil olunur. Yarışlar il ərzində müxtəlif ölkələrdə keçirilən mərhələlərdən ibarət olur. Hər mərhələyə Qran-pri adı verilir. İlin sonunda bütün Qran-prilərdən toplanan xalların əsasında pilotlar və komandalar arasında qalib müəyyən edilir və mükafatlandırılır.
Avropa Qran Prisi
Avropa Qran-Prisi (ing. Grand Prix of Europe, alm. Großer Preis von Europa‎) — avto yürüşlər üzrə Dünya Çempionatlığının ən önəmli mərhələlərindən biri 1980-ci ildən bu yana Qran-Pri ilk dəfə Dünya Formula-1 çempionatının təqvimində yer alır, lakin 1993-cü ildən bəri müntəzəm olaraq keçirilir. İkinci Dünya Müharibəsində "European Grand Prix" adlı bir yarışma təşkil edildi, bu ilk milli Qran-Prilərdən biri hesab olunurdu. İlk belə müsabiqə İtaliyanın Monza şəhərində 1923-cü ildə İtaliya Qran-Pri çərçivəsində keçirilib. Fiat 805 avtomobilini idarə edən Karlo Salmano müsabiqənin qalibi elan edilmişdir. Formula-1 yarışları Beynəlxalq Avtomobil Federasiyasının müəyyən etdiyi qaydalara əsasən təşkil olunur. Yarışlar il ərzində müxtəlif ölkələrdə keçirilən mərhələlərdən ibarət olur. Hər mərhələyə Qran-pri adı verilir. İlin sonunda bütün Qran-prilərdən toplanan xalların əsasında pilotlar və komandalar arasında qalib müəyyən edilir və mükafatlandırılır.
Avstriya Qran-prisi
Avstriya Qran-prisi (alm. Großer Preis von Österreich‎) - Formula 1 avtomobil yarışları üzrə dünya çempionatının mərhələlərindən biri. İlk dəfə 1963-cü ildə keçirilmişdir. == Ümumi məlumat == İlk Avstriya qran-prisi 1963-cü ildə Seltveq trasında keçirilmişdir. 1964-cü ildə isə Formula 1 təqviminə salındı. Ancaq yarışdan sonra həm FİA, həm də komandalar trasdan narazı qaldılar. Əsas tənqidlər yolun darlığı, sərt döngələrin olması, azarkeş tribunlarının kamfortlu olmaması idi. Buna görə qran-pri yeni avtodrom tikilənədək çempionatdan çıxarıldı. 1970-ci ildə yarış yeni Österrayxrinq (Avstriya halqası) trasında bərpa edildi. Avtodrom Ştiriya vilayətinin Şpilberq kəndi yaxınlığında yerləşir.
Azərbaycan Qran-prisi
Azərbaycan Qran Prisi — İlk dəfə 2017-ci ildə Bakı Şəhər Halqasında keçirilmiş Formula 1 avtomobil yarışıdır.
Azərbaycan Qran Prisi
Azərbaycan Qran Prisi — İlk dəfə 2017-ci ildə Bakı Şəhər Halqasında keçirilmiş Formula 1 avtomobil yarışıdır.
Braziliya Qran-prisi
Braziliya Qran-prisi (port. Grande Prêmio do Brasil) - Formula 1 avtomobil yarışları üzrə dünya çempionatının mərhələlərindən biri. San-Paulu şəhərində, Xose Karlos Pase avtodromunda keçirilir. == Ümumi məlumat == Braziliya Qran-prisi ilk dəfə 1972-ci ildə İnterlaqos trasında keçirilmişdir. İlk yarış qeyri-rəsmi idi və Formula 1 üzrə dünya çempionatının təqviminə daxil edilməmişdi. Yarış test xarakteri daşıyırdı. Beləki əgər təşkilatçılar FİA-nı razı sala bilsələr qran-pri keçirmə hüququ ala bilərdilər. Bu hal növbəti ildən etibarən dəyişdi. Braziliya qran-prisinin keçirilməsində braziliyalı pilot Emerson Fittipaldinin böyük rolu olmuşdur. Elə o 1973-cü il ilk rəsmi Braziliya Qran-prisinin qalibi olmuşdur.
Bəhreyn Qran-prisi
Bəhreyn Qran-prisi (ərəb. جائزة البحرين الكبرى)‎ - Formula 1 avtomobil yarışları üzrə dünya çempionatının mərhələlərindən biri. == Ümumi məlumat == Bəhreyn qran-prisinin keçriləcəyi Sahir avtodromu 2002-ci ildə tikilməyə başlamışdır. İlk yarış isə ilk dəfə 2004-cü ildə baş tutdu. Bu yarış F-1 tarixində Yaxın Şərqdə keçirilən ilk qran-pri idi. Sahir trasının uzunluğu 5412 metrdir. 2010-cu il mövsümündən əvvəl bu göstərici artırılaraq 6299 metrə qaldırıldı və 2 yeni döngə əlavə edildi. 2011-ci ildə qran-prinin keçirilməsi ilə bağlı problemlər yaranır. Bunun səbəbi fevral ayında būtün ölkəni bürüyən mitinqlər, mürəkkəb siyasi vəziyyət idi. Mətbuatda yarışın keçirilməyəcəyi ilə bağlı xəbərlər yayılsa da FİA bu məlumatları təkzib edərək yalnız vaxtın dəyişdiriləcəyini və oktyabrda keçiriləcəyini bildirdilər.
Fransa Qran-prisi
Fransa Qran-prisi - Formula 1 avtomobil yarışları dünya çempionatının mərhələlərindən biri. == Ümumi məlumat == Fransa Qran-prisi ən qədim avtomobil yarışlarındandır. Hələ XIX əsrin 90-cı illərindən etibarən keçirilməyə başlamışdır. Ancaq Fransa Qran-prisi adı ilə ilk yarış 1906-cı ildə Le-Man şəhəri yaxınlığında keçirilir. 1950-ci ildən etibarən Fransa Qran-prisi dünya çempionatının təqviminə daxil edilir. Yarışların keçirilməsi səlahiyəti Fransa Avtomobil Klubuna (F.A.K.) verilir. Bu klub buna qədərdə avtomobil yarışları keçirirdi. 1911-ci ildə Sarta avtomobil klubu F.A.K.-nın razılığı ilə Fransa Qran-prisi adı ilə yarış keçirir və bu yarış F.A.K. Qran-prisi ilə paralel təşkil edilməyə başlayır. 1950-1968-ci illər arasında Formula 1 üzrə dünya çempionatına daxil olan Fransadakı yarışlar "A.F.C Grand Prix" adlanırdı. Və yalnız yarışların keçirilmə hüququnun Fransa Avtomobil İdmanı Federasiyasına (FAİF) verildikdən sonra qran-pri hal-hazırkı adını aldı.
Macarıstan Qran-prisi
Macarıstan Qran-prisi (ing. Magyar Nagydíj) - Formula-1 avtomobil yarışları üzrə dünya çempionatının raundlarından biri. Yarış Budapeşt şəhəri yaxınlığındakı Hunqarorinq (Budapeşt halqası) avtodromunda keçirilir. == Tarixi == Macarıstan qran-prisi ilk dəfə 21 iyun 1936-cı ildə Budapeştdə Nepliqet parkındakı 5,0 kilometrlik halqada keçirilmişdir. Bu yarışda 4 komanda - Auto Union, Mercedes, Alfa Romeo, Maserati iştirak etmişdir. Yarış böyük marağa səbəb olsa da, davam etdirilə bilmir. Beləki bir neçə il sonra başlayan dünya müharibəsi və sonrakı illərdə Macarıstanda siyasi mühitinin gərginləşməsi qran-prinin dayandırılmasına səbəb oldu. 1986-cı ildə qran-pri bərpa edildi. Bunun üçün paytaxt yaxınlığında yeni Hunqarorinq trası tikilir. Bu dövrdən etibarən Macarıstan yarışları dünya çempionatının əsas mərhələlərindən birinə çevrilir.
Türkiyə Qran-prisi
Türkiyə Qran-prisi - Formula 1 avtomobil yarışları üzrə dünya çempionatının mərhələlərindən biri. Qran-pri İstanbul şəhərində qurulmuş "İstanbul Park" avtodromunda keçirilir. == Ümumi məlumat == "İstanbul Park" avtodromu İtanbulun Tuzla rayonunda tikilmişdir. Tikilisinə 2004-cü ilin dekabrında başlanmış və artıq 2005-ci ilin avqustunda yarışları qəbul etmək üçün hazır olmuşdur. Trasın uzunluğu 5338 metrdir. Yarışlar saat əqrəbinin əksi istiqamətində keçirilir. Pilotlar 6-sı sağ və 8-i sol olmaqla 14 döngə edirlər. Yarış 58 halqadan ibarətdir. Avtodromda 26250 nəfərlik əsas tribuna, əlavə olaraq müvəqqəti yaradılan 60000 nəfərlik tribuna və 5 minlik VİP tribuna tikilmişdir. Ümumilikdə yarışları 130 minədək tamaşaçı izləyə bilər.
III Aleksandr (Roma papası)
III Aleksandr (lat. Alexander III), dünyəvi adı Rolando Bandinelli (təq. 1100, Siena, Toskana – 30 avqust 1181, Çivita-Kastellana[d], Latsio) — 1159–1181-ci illərdə Roma papası. Papa teokratiyasını möhkəmləndirməyə calışmışdır. İmperator I Fridrix Barbarossa ona qarşı bir necə antipapa qoyduğuna görə, III Aleksandr I Fridrixə qarpı mübarizə aparmışdır. İngiltərə kralı II Henri ilə münaqişədə onu papaların hakimiyyət üstünlüyünü tanımağa vadar etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Myriam Soria Audebert, "Pontifical Propaganda during the Schisms: Alexander III to the reconquest of Church Unity," in Convaincre et persuader: Communication et propagande aux XII et XIIIe siècles. Ed. par Martin Aurell. Poitiers: Université de Poitiers-centre d'études supérieures de civilisation médiévale, 2007, == Xarici keçidlər == Vikianbarda III Aleksandr (Roma papası) ilə əlaqəli mediafayllar var.
I Gelasi (Roma papası)
I Gelasi (Gelasius; təq. 410, Afrika[d], Roma imperiyası – 21 noyabr 496 və ya 22 noyabr 496, Roma) — 492–496-cı illər pontifikatı, Roma papası. == Həyatı == I Gelasi Romanın 49-cu yepiskopu və ona bir müqəddəs kimi hörmət edən Katolik Kilsəsinin Papası idi. Onun papalığı 492-ci il martın 1-dən ölümünə qədər davam etdi. O, Afrika əsilli sonuncu papa idi.
XI Lev (Roma papası)
XI Lev (Leo PP. XI; dünyəvi adı Alessandro Ottaviano Mediçi, italyan dilində Alessandro Ottaviano de' Medici; 2 iyun 1535, Florensiya – 27 aprel 1605[…], Roma) — 1-27 aprel 1605-ci il tarixlərdə Roma papası. == Həyatı == Mediçilər soyadını daşıyan dördüncü papa. Alessandro 02 iyun 1535-ci ildə Florensiyada anadan olmuşdur. O, Ottaviano Mediçinin və Françeski Salviatinin oğlu, Roma papası X Levin qohumu idi. Onun atası Alessandro 1569-1584-cü ildə papa V Piyin sarayında Florensiyanın səfiri kimi xidmət etmişdir. O, papa XIII Qriqori tərəfindən 1573-cü ildə Pistoyidə yepiskop, sonralar isə Florensiyada arxiyepiskop titullarını almışdır. O, 1583-cü ildə papadan kardinal papağını almışdır. == Mənbə == Richard P. McBrien, Lives of the Popes, (HarperCollins, 2000). Sally J. Cornelison, Art and the Relic Cult of St. Antoninus in Renaissance Florence, (Ashgate Publishing, 2012).
1958 Argentina Qran-Prisi
1958-ci il Argentina Qran-Prisi — Formula-1 avtoyarışının 1958-ci il mövsümünün ilk mərhələsi. Yarış 19 yanvar 1958-ci ildə Buenos-Ayres trasında reallaşdı. Stirlinq Moss Rob Walk Racing Team komandasının tərkibində Cooper T43 şassisinndə qələbə qazandı. Bu Formula 1-də şəxsi komandanın ilk qələbəsi idi.
1958 Argentina Qran Prisi
1958-ci il Argentina Qran-Prisi — Formula-1 avtoyarışının 1958-ci il mövsümünün ilk mərhələsi. Yarış 19 yanvar 1958-ci ildə Buenos-Ayres trasında reallaşdı. Stirlinq Moss Rob Walk Racing Team komandasının tərkibində Cooper T43 şassisinndə qələbə qazandı. Bu Formula 1-də şəxsi komandanın ilk qələbəsi idi.
1984 Monako Qran-prisi
1984-cü il Monako Qran Prisi — Formula-1 Dünya Çempionatının 1984-cü il mövsümündə 16 mərhələdən altıncısı. Monte-Karloda keçirilib. Avtoyarış 3 iyun 1984-cü ildə reallaşıb. == Tarixi == 1981-ci ildən McLaren komandası Ron Dennis nəzərdə tutduğu plan üzrə hərəkət edirdi. 1983-cü ilin sonunda Ron konstruktor şöbəsinə başçı təyin etdi – Qordon Koppakı əvəz etmiş Con Barnard komandaya gələn gündən qarşıdakı mövsüm üçün maşın hazırlamağa başladı. Ron uzun danışıqlardan sonra istefada olan Niki Laudanı çempionata qayıtmağa razı sala bildi və qeyri-stabil çıxışları ilə fərqlənən Andrea de Çezarisi ikiqat dünya çempionu ilə əvəz etdi. Ron daha çətin bir qərar qəbul etmişdi – komandanın sıfırdan yenidən qurulması zamanı komandaya böyük dəstək olmuş təcrübəli Con Uotsona qapını göstərmişdi. Bu addımın səbəbi isə 1983-cü ilin son yarışında titulu əldən verərək komandası ilə dalaşaraq komandadan qovulan Alen Prost idi.İşsiz qalan Alen növbəti gün McLaren-in 1984-cü ildə əsas sürücüsü elan olunmuşdu. Ron Səudiyyə Ərəbistanından olan biznesmen Əkrəm Occeylə Britaniyada keçirilən sərgidə tanış olmuşdu və onu komandaya sponsorluq etməyə ruhlandırmışdı. Əkrəm gənc oğlu Mənsurun adına komandanın səhmlərini alaraq onu komandaya həmsahib etmişdi.
2017 Avstraliya Qran Prisi
2017 Azərbaycan Qran Prisi
2017 Formula 1 Azərbaycan Qran-Prisi (ing. 2017 Formula 1 Azerbaijan Grand Prix)Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Vyanada baş tutmuş Baş Assambleyasında qərar verildikdən sonra 2016-cı ildə Azərbaycanda keçirilən Formula-1 üzrə Avropa Qran-Prisinin adı və tarixi dəyişdirilib. Mötəbər yarış bundan sonra Avropa deyil, Azərbaycan Qran-Prisi adlandırılıb. Azərbaycan Qran-Prisi 23–25 iyun 2017-ci il tarixlərində baş tutub. Yarış Bakı Şəhər Halqası motor yarışması dairəsində keçirilib . Azərbaycan Qran-Prisi Formula-1 dünya çempionatının yenə də 8-ci mərhələsində yer alıb. Yarışın tarixini bir həftə sonraya keçirilməsində əsas məqsəd ötən yay eyni tarixdə baş tutan 24 saatlıq "Le Man" yarışı ilə üst-üstə düşməsi olub. Azərbaycan Qran Prisinin promouteri və eyni zamanda yarışın keçirildiyi şəhər treki Bakı Şəhər Halqası (BŞH) adlanır. == Azərbaycan Qran Prisinin rəsmi elçiləri == Azərbaycanın əməkdar artistləri Tünzalə Ağayeva və Murad Dadaşov, məşhur müğənni Miri Yusif, Formula 1 şərhçisi Rəhim Əliyev və Formula 3 pilotu Gülhüseyn Abdullayev Bakıda keçiriləcək sayca ikinci Qran Prini rəsmi elçi kimi təmsil edibler. == Azərbaycan Qran Prisinin konsert proqramı == Dünyaca məşhur ulduzlar Tarkan ,Nikol Şerzinger , The Black Eyed Peas qrupu və Mariah Carey.