Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Paroxod
Paroxod — buxar maşını və ya buxar turbini ilə hərəkətə gətirilən gəmidir. Buxar gəmiləri pərli çarxlarla və ya pərli vintlərlə təchiz olunurlar. Vint buxar maşını ilə bir oxda oturdulur. Çarxla işləyən gəmilərdə isə ötürmədə əlavə olaraq sürətlər qutusu yerləşdirilir. 1774-cü ildə öz vəsaiti hesabına Jaffrua d’Abban (1751–1832) kiçik buxar gəmisi quraşdırdı ancaq sınaqlar uğurlu olmadı. 1783-cü ildə Markiz özünün ikinci buxar modelini sınaqdan keçirdi. Lakin tezliklə ölkədə inqilab başladı və fransızlara paroxod maraqlı deyildi. 1774-cü ildə görkəmli ingilis ixtiraçısı Ceyms Vatt (1736–1819) ilk universal istilik mühərrikini (buxar maşınını) yaratdı. Bu ixtira parovozların, paroxodların və ilk (buxar) avtomobillərinin yaradılmasına imkan yaratdı. Tarixdə ilk paroxod 1787-ci ildə amerikalı Con Fitc (1743–1798) tərəfindən qurulmuşdur.
Prixod
Prixod (yun. παροικία ( yun. παρά — "yaxın" və yun. οἶκος — "ev") — xristianlıqda aşağı kilsə təşkilatı və bu təşkilat üzvülərinin yaşadığı yer, məhəllə. Rusca-azərbaycanca lüğət (Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyası), II cild, Bakı, 1991. Səh. 644 (Приход, приходский).
Proloq
Proloq yunanca πρόλογος — müqəddimə: Proloq — Hər hansı mətnin, yazılı mülahizənin girişi; Proloq — pravoslav kitab qiraəti, o Sinaksaridə adlanır; Proloq — çoxgünlük velosiped yarışmasının kiçik start mərhələsi; Proloq dili — məntiqi proqramlaşdırma dili.
Protom
Protom (q.yun. προτομή, bədənin ön hissəsi) – Bir heyvanın (məsələn, bir öküz, at, maral) və ya mifoloji bir məxluqun (məsələn, bir sfinksin, qrifin) ön hissəsinin təsviri. Bəzən yarı fiqura protom deyilir, bir yarım fiqurun heykəltəraşlıq şəklidir, lakin bu şərh tarixən təsdiqlənmədiyi üçün şübhəlidir. Protoma arxaik sənət üçün tipik olan bədii bir tropdur: sinekdoxa prinsipinə əsasən formalaşdırma (bütöv bir hissənin əvəzinə bir hissəni təsvir etmək), lakin müxtəlif rəmzi mənalarla mürəkkəbləşmişdir. Heyvan protomları, bir ritonun fiqurlu şəkildə tamamlanmasının, sütun başlığının heykəltəraşlıq formasında bəzəyinin, mebel parçasının və ya zinət əşyasının ümumi bir formasıdır. Protom obrazları e.ə 7-6-cı əsrlərdə qədim Yunan sənətindən məlumdur. Fars memarlığında e.ə. VI-IV əsrin əvvəllərində döşəmə şüaları formasında qoyulmuş ikiqat protom şəklində başlıqlar ilə tamamlanmış sütunlar mövcuddur. Bu cür protomlar daşdan oyulmuş, parlaq formada boyanmış və qızılı rəngdə hazırlanmışdı. Fars kapitelləri beynəlxalq “heyvan tərzi”nin təzahürlərindən biri kimi qəbul edilə bilər.
Proton
Proton (kimya) — kimyada hidrogenin kationu. Proton (fizika) — elementar yüklənmiş hissəcik. Proton (raket) — Rusiya raketi. Proton (avtomobil) — Malayziyada avtomobil markası.
Proloq dili
Proloq dili-Proloq məntiqi proqramlaşdırma dilidir ki Süni intellekt və Hesablamalı dilçilik ilə əlaqədardır. Sadə proloq proqram faktlardan və qaydalardan təşkil olunmuşdur. Məsələn: pisik(qacir). Şəklində bir fakt təyin edək. İndi proloqla bu faktı çağırdıqda bizə doğru qiymət qaytaracaq. ?- pisik(qacir). Əgər "qacir" əvəzinə bir dəyişən daxil etsək, bizə bu dəyişənin qiymətini qaytaracaq. ?- pisik(X). X = qacir.
Proton (avtomobil)
PROTON Holdinq — avtomobil dizaynı, istehsalı, paylanması və satışını həyata keçirən Malayziyanın ən böyük yerli avtomobil şirkətidir. Proton avtomobilləri hazırda ən azı 15 ölkədə satılır, əksəriyyəti Asiyada yerləşir. Şirkətin qərargahı Shah-Alam, Selanqor şəhərində yerləşir və Proton, Perakda filialları mövcuddur. Proton 1985-ci ildən fəaliyyətə başlamış və 1993-cü il Perodua yaradılana qədər ölkədə tək milli sertifikatlaşdırılmış avtomobil şirkəti olmuşdur. Başlanğıcda, fəaliyyət Mitsubishi avtomobillərinin təkmilləşdirilməsindən ibarət idi. 90-cı illərin ikinci yarısından şirkət yerli modelləri inkişaf etdirir. Şirkət 2000-ci ildə ilk yerli avtomobilini istehsal edərək Malayziyanı dünyada avtomobil istehsalına malik olan 11-ci ölkə olaraq tanıtdı. Şirkətin loqosu bir aypara və on dörd guşəli ulduz idi. Yalnız 90-cı illərin sonunda Proton bir pələng başı təsviri və "Proton" yazısı ilə yeni bir logoya sahib oldu. 3 avqust 2008-ci ildə Proton 3 milyonuncu avtomobilini buraxdı.
Proton (dəqiqləşdirmə)
Proton (kimya) — kimyada hidrogenin kationu. Proton (fizika) — elementar yüklənmiş hissəcik. Proton (raket) — Rusiya raketi. Proton (avtomobil) — Malayziyada avtomobil markası.
Proton (fizika)
Proton - atomun nüvəsini təşkil edən iki hissəcikdən biri. Proton (yunan: protos birinci) hadronlar qrupuna daxildir və üç kvarkdan ibarətdir. Buna görə də o, eyni zamanda baryonlar qrupuna (üç kvarkdan ibarət hissəciklər) aiddir. Hər atom bir nüvə və nüvənin ətrafındakı orbitlərdə fırlanan elektronlardan ibarətdir. Nüvənin özü isə proton və neytron adlı hissəcikərdən meydana gəlmişdir. Elektronlar malik olduqları elektrik yükünə görə nüvənin ətrafında davamlı şəkildə fırlanırlar. Bütün elektronlar mənfi (-), bütün protonlar isə müsbət (+) elektrik yüklüdürlər. Hər bir elementin bütün atomlarının nüvəsində eyni sayda proton olur. Protonların sayı həmin elementin atom nömrəsini və periodik cədvəldə yerini müəyyənləşdirir. Protonun kütləsi təqribən 1.67262 × 10−27 kq-dır.
Proton (raket)
Proton (UR-500, "Proton-K", "Proton-M") — Rusiya daşıyıcı raketi. Raketdən ağır yüklərin kosmosa çıxarılması üçün istifadə olunur. Proton avtomatlaşdırılmış kosmik aparatları həm Yerin orbitinə, həm də açıq kosmosda uzaq məsafələrə daşıya bilir. "Proton" XX əsrin 60-cı illərinin əvvəlində yaranmışdır. Əvvəlcə Raket 2 proqramı çərçivəsində 30–100 meqaton mərmilərin kontinentlərarası nəqli üçün nəzərdə tutulan raket kimi layihələndirilmişdir. 1965-ci ildə bu məqsəddən yayınaraq aya uçuş proqramı daxilində kosmosa uçan raket kimi inkişaf etdirilir. 16 iyul 1965-ci ildə ilk alınmayan startından sonra onun üzərində çoxlu sayda təkmilləşdirmə işləri aparılır. Hazırda bu raket dünyada ən etibarlı daşıyıcı sayılır. Çatışmayan cəhəti ətraf mühitə mənfi təsir göstərən hipergolen və toksik qaz qarışıqlarıdır. 2000-ci illərin ortalarından etibarən Proton raket-daşıyıcısının yeni modifikasiya olunmuş variantı Proton-M həm Rusiyaya məxsus kosmik aparatların, həm də xarici kommersial kosmik yüklərin kosmosa çatdırılması üçün istifadə olunur.
Proton parçalanması
Zərrəciklər fizikasında proton parçalanması protonun neytral pion və pozitron kimi daha yüngül subatomik hissəciklərə çevrildiyi hissəciklərin parçalanmasının hipotetik bir formasıdır. Proton parçalanması hipotezi ilk dəfə 1967-ci ildə Andrey Saxarov tərəfindən tərtib edilmişdir. Bir çox əhəmiyyətli səylərə baxmayaraq, proton parçalanması heç vaxt müşahidə edilməmişdir. Proton pozitron vasitəsilə parçalanarsa, protonun ömrünün yarısı ən azı 1,67×1034 il olmalıdır. Standart Modelə görə, baryonun bir növü olan protonlar sabitdir, çünki baryon sayı (kvark sayı) qorunur . Buna görə protonlar özünün digər hissəciklərinə parçalanmırlar, çünki onlar ən yüngül (və buna görə də ən enerjili) baryondur.
Proton transferi
Protn transferi və ya protun hərəkəti proutnun (p və ya H+) bir molekuldan digərinə hərəkətidir. Enerji baryerindən protunun hərəkəti əhəmiyyətli effektdir. Bu proses hidrogen rabitəsinə malik olan bir çox kompleks birləşmələrdə baş verir (DNT, zülallar və s.). Propandial və ya malonaldehid molekuldaxili proton transferinin baş verdiyi molekula sadə bir nümunədir. Proton transferi həmçinin su, hidroxlorik turşusu və i. a. digər qeyri- üzvi və ya mineral birləşmələr arasında da baş verir. Suda pH - ın 7. 00 olması su molekulları arasında proton transferinə imkan verir. H2O → H+ + OH- H2O + H+ → H3O+ Bu iki reaksiyanı ümumiləşdirsək: 2H2O -[pt]→ H3O+ + OH- proton transferi [pt] kimi işarə olunur.
Proton çürüməsi
Zərrəciklər fizikasında proton parçalanması protonun neytral pion və pozitron kimi daha yüngül subatomik hissəciklərə çevrildiyi hissəciklərin parçalanmasının hipotetik bir formasıdır. Proton parçalanması hipotezi ilk dəfə 1967-ci ildə Andrey Saxarov tərəfindən tərtib edilmişdir. Bir çox əhəmiyyətli səylərə baxmayaraq, proton parçalanması heç vaxt müşahidə edilməmişdir. Proton pozitron vasitəsilə parçalanarsa, protonun ömrünün yarısı ən azı 1,67×1034 il olmalıdır. Standart Modelə görə, baryonun bir növü olan protonlar sabitdir, çünki baryon sayı (kvark sayı) qorunur . Buna görə protonlar özünün digər hissəciklərinə parçalanmırlar, çünki onlar ən yüngül (və buna görə də ən enerjili) baryondur.
Proto-dil
Linqvistikada ana dili və ya proto dil əsasən hipotetik və ya yenidən qurulan və çox vaxt sınaqdan keçirilməyən bir dildir; Bu dildən təkamül yolu ilə yeni dillərin meydana gəldiyi və dil ailəsi yaratdığı güman edilir. Tarixi linqvistikanın ağac modelində yerləşdirilmiş bir proto-dil, nəsil ağacı metaforasında proto-dil ana dil adlandırıla bilər. Başqa bir təriflə izah etsək, özündən başqa dillərin və ya ləhcələrin formalaşdığı dildir. Başqa sözlə, səs quruluşu, məna və forma baxımından bir-birindən az-çox fərqlənən dil və ya şivələrin kök etibarı ilə naməlum bir tarixdə birləşdiyi ümumi dillər bu anlayış altında cəmlənir. Məsələn, ana Altay dili, ana Monqol dili, ana türk dili, Latın dili kimi dillər ana dillər sırasındadır. Proto dil mövcud məlumatların birləşdirilməsi yolu ilə “yenidən formalaşdırılmış” dildir. Proto prefiksi “birinci” və “ən köhnə” deməkdir. Proto dil müəyyən bir dövrün danışıq dili ilə tam olaraq eyni olmaya bilər. Bu, müəyyən fərziyyələrə əsaslanan modeldir və dilin sonrakı variasiyaları arasındakı fərqləri daha yaxşı başa düşmək üçün düsturlar təqdim edir. Bütün insan dillərinin əcdadı olan proto insan dilinin olub-olmaması ilə bağlı mübahisələr davam edir.
Proud (mahnı)
Proud (azərb. Məğrur‎) — Şimali Makedoniyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Tamara Todevska "Proud" mahnısı ilə Şimali Makedoniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnı Makedon bəstəkarları olan Darko Dimitrov, Robert Bilbilov və Lazar Çvetkovski tərəfindən bəstələnmişdir. Darko Dimitrov daha öncə 2006, 2013 və 2014-cü illərdə Makedoniyanın Avroviziya mahnılarını yazmışdır.
Proto-German dili
Proto-German dili və ya proto-germanca Hind-Avropa dillərindən olan proto-dildir. ISO 639-2 kodudur. Alman dilləri bu əsas dildən inkişaf etmişdir. Protogerman dilini ana dili kimi danışan insanlara protogerman xalqı deyilir.
Proto insan dili
Linqvistikada proto insan dili və ya birinci insan dili Yer üzündəki bütün dillərin əcdadı olan hipotetik proto-dildir. Dilin mənşəyinin unikal olması, bütün təbii dillərin (ehtimal ki, Orta Paleolitdə) bir mənbədən (monogenetik) formalaşdığı fərziyyəsinə əsaslanır. Bu konsepsiya hələ də mübahisəlidir və tarixi linqvistika tərəfindən təsdiqlənməmişdir. Bu gün mövcud olan dillərin əcdadı olduğu iddia edilən bu dilin hipotetik Neandertal dilindən əvvəl olduğu iddia edilmir. Bu konsepsiya üçün ümumi qəbul edilmiş termin yoxdur. Bu mövzunu öyrənən tədqiqatların əksəriyyəti haqqında danışdıqları dil üçün bir ad təklif etmirlər. Bəzən Proto-World (Proto dünya) və ya Proto-human (Proto insan) terminlərindən istifadə olunur. Merritt Ruhlen Proto-Sapiens terminindən istifadə etmişdir. Dilin monogenetik mənşəyinə dair ilk ciddi və elmi tədqiqat Alfredo Trombettinin 1905-ci ildə nəşr olunan L'unità d'origine del linguaggio kitabı olmuşdur. Trombetti mümkün ümumi əcdadın yüz min ilə iki yüz min il əvvəl arasında danışıldığını təxmin edirdi.
Proto-Hind-Avropa dili
Proto-Hind-Avropa dili və ya Hind-Avropa ana dili Hind-Avropa dillərinin müştərək əcdadı olduğu iddia edilən hipotetik dil ailəsidir. Proto-Hind-Avropalıların danışdıqları bu dil haqqında yazılı məlumat olmadığından, onun haqqında məlum olanlar tarixi linqvistika və yenidənqurma metodlarından istifadə edərək bu dil ailəsindəki dillərin müqayisəsi nəticəsində aşkar edilən xüsusiyyətlərə əsaslanır. Tarixən Hind-Avropa dilinin təxminən eramızdan əvvəl 3500-cü illərdə danışıldığı güman edilir. Ancaq tarixlə bağlı fikirlər müxtəlifdir. Ehtimal olunur ki, dilin ilkin danışanları Şimali Qara dənizdə, Şərqi Avropanın Xəzər çöllərində yaşamışlar. Proto-Hind-Avropa dilində danışanlar köç yolu ilə bir-birindən ayrıldıqda, bu dil müxtəlif alt qollara bölünmüşdür. Bu gün Hind-Avropa dil ailəsində təxminən 445 yaşayan dil mövcuddur. Proto-Hind-Avropa dilinin linqvistik və fonetik xüsusiyyətlərinə dair birbaşa konkret sübut yoxdur. Bu hipotetik dil müasir linqvistikanın müqayisəli metodundan istifadə edilməklə hazırlanmışdır. Müqayisəli metod neoqrammatik məktəb tərəfindən əsası qoyulmuş səs qaydalarına əsaslanır.
Proto-hind-avropa xalqı
Proto-Hind-Avropalılar və ya birinci Hind-Avropalılar dil rekonstruksiyalarına görə Hind-Avropa dillərinin əcdadı olan proto-Hind-Avropa dilində (İngilis dilində: PIE) danışmış Avrasiyanın ibtidai icma quruluşu dövründəki xalqlarıdırlar. Bu xalq haqqında məlumatlar əsasən linqvistik rekonstruksiyalardan və arxeoloji və arxeogenetik sübutlardan ibarətdir. Proto-hind-avropalılar çox güman ki, son Neolit ​​dövründə, təxminən eramızdan əvvəl IV minillikdə yaşamışdırlar. Ümumiyyətlə, alimlər bu tayfanın Şərqi Avropanın çöl zonasında (indiki Ukrayna və Rusiya) yaşadığını güman edirlər. Bəzi arxeoloqlar PIE-nin hələ orta neolit ​​(e.ə. 5500-4500) və hətta erkən neolit ​​(e.ə. 7500-5500) dövrlərində yaşadığını dəstəkləyir və onun mənşəyi ilə bağlı alternativ fərziyyələr irəli sürürlər. Eramızdan əvvəl II minilliyin əvvəllərində proto-hind-avropalıların müxtəlif qolları Anadolu (Hitlər), Egey (Miken yunanlarının əcdadları), Şimali Avropa (İp çaplı keramika mədəniyyəti), Mərkəzi Asiya (Yamnaya mədəniyyəti) və Cənubi Sibirin də (Afanasievo mədəniyyəti) daxil olduğu Avrasiyanın çox uzaq və müxtəlif hissələrinə səpələnmişdirlər. Linqvistik rekonstruksiyadan istifadə edərək proto-Hind-Avropa dilinin hipotetik xüsusiyyətləri üzə çıxardılmışdır. Bu linqvistik xüsusiyyətlərin proto-hind-avropalıların mədəniyyətini və mühitini əks etdirdiyini fərz etsək, aşağıdakı mədəni və ekoloji xüsusiyyətlərin ümumi olduğu təklif olunur: Pastorallıq (çobanlıq), ev heyvanları, at və it yetişdirilməsi Kotandan istifadə, əkinçilik və taxıl becərilməsi Qışda qarlı iqlim Su ilə və ya su yolu ilə nəqliyyat Arabalarda təkərlərdən istifadə Göy ilahlarına sitayiş; “* Dyḗus Ph2tḗr” və “* dyeu ph2ter” (“göy atası”) köklərindən sanskrit dilində Dyáuṣ Pitṛ́, Qədim Yunan dilində Zeus patēr (Ζεύς πατήρ), latın dilində Iūpiter və İlliriya dilində Deipaturos sözləri meydana gəlmişdir.
Proto Cənubi Qafqaz dili
Proto-Cənubi Qafqaz dili və ya Proto Kartveli dili (gürcücə: წინარექართველური ენა, ts'inarekartveluri ena) müasir Cənubi Qafqaz xalqlarının əcdadlarının danışdığı Cənubi Qafqaz dilinin müştərək atasının linqvistik baxımından yenidən yaradılmış dilidir. Bu dilin mövcudluğu mövcud Cənubi Qafqaz dillərini bir-biri ilə müqayisə edərək dilin geniş konturunu yenidən quran linqvistiklər tərəfindən geniş şəkildə qəbul edilir. Linqvistiklər Gerhard Diters və Georgi Klimov proto-Cənubi Qafqaz və Cənubi Qafqaz dilləri arasında Proto-Karto-Zan və ya Proto-Gürcü-Zan adlı proto-dil olduğunu düşünürlər. Proto-Cənubi Qafqaz dillərinin səs dəyişmə qanunauyğunluqları Hind-Avropa dillərinə çox bənzəyir və buna görə də proto-Cənubi Qafqaz dillərinin Hind-Avropa dilləri ilə nisbətən erkən dövrlərdə qarşılıqlı əlaqədə olduğu düşünülür. Bu əlaqə Hind-Avropa dillərindən proto-Cənubi Qafqaz dillərinə keçən sözlərlə möhkəmlənir. Proto Cənubi Qafqaz dillərində “döş” mənasını verən *Mḳerd sözünün proto Hind-Avropa dillərində “ürək” mənasını verən *ḱerd sözü ilə əlaqəli olduğu güman edilir. Bundan əlavə, proto-Cənubi Qafqaz dillərində “isti” mənasını verən *ṭep- sözünün də birbaşa olaraq proto-hind-Avropa dillərində tamamilə eyni mənaya gələn *tep sözündən alınmış ola bilər. Proto-Cənubi Qafqaz dilində şərab mənasını verən *ɣwino kökünün ümumiyyətlə ya proto-hind-Avropa dilindən, ya da proto-erməni dilindən (*ɣʷeinyo-) götürülməklə yarandığı güman edilir. Digər tərəfdən, bəzi alimlərin fikrincə, bu söz “əymək” mənasını verən və proto kartveli dilinə mənsub olan *ɣun- kökündən təkamül edərək yaranmışdır. Proto-Cənubi Qafqaz dillərinin müasir varisləri Gürcü, svan, minqrel və laz dilləridir.