Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İlinka
İlinka Beçile (rum. Ilinca Băcilă; 17 avqust 1998, Tırqu-Mureş[d]) — Rumıniya müğənnisi və yodelçi. O, Aleks Florea ilə birlikdə Rumıniyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. 2012-ci ildə İlinka Rumıniyanın Românii au talent məharət yarışmasında iştirak etmişdir. 2013-cü ildə gənc müğənni Quattro qrupunun üzvü olaraq Rumıniyanın The X Factor musiqi yarışmasında iştirak etmişdir. Eyni zamanda İlinka 2014-cü ildə Rumıniyanın The Voice səs yarışmasında iştirak etmiş və yarışmanın yarımfinal mərhələsinədək yüksəlmişdir. Rumıniyanın TVR telekanalının Avroviziya 2017 üçün təşkil etdiyi milli seçim turunda qalib gələn İlinka "Yodel It!" mahnısı ilə Rumıniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Avroviziya səhnəsində İlinkanı Aleks Florea müşayiət etmişdir. Uzun məşqlərdən sonra İlinka və Aleks 11 may tarixində baş tutan müsabiqənin yarımfinal mərhələsində 5-ci nömrə altında səhnə almışdır. Nəticədə 174 xalla 6-cı yerdə qərarlaşaraq, final mərhələsinə vəsiqə qazanmışdırlar.
İlinka (Uçalı)
İlinka (başq. Ильинка, rus. Ильинка) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Mansur kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 34 km, kənd sovetliyindən (Abzak): 2 km. ən yaxın dəmiryol stansiyasından (Şatrım stansiyası): 7 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (82 %) üstünlük təşkil edir.
İlinka çayı (Çir)
İlinka çayı — Rostov vilayəti ərazisindən axan çay. İlinka çayı Çir çayının sağ qolunu təşkil edir. O isə öz növbəsində Don çayına tökülür. Çir çayının mənsənibə 228 km qalmış ona tökülür. Çyornaya çayının uzunluğu 12 kilometr təşkil edir. Hövzəsinin sahəsi isə 94,2 km²-dir. Çay sistemi: İlinka → Çir → Don → Azov dənizi. İlinka çayı öz başlanğıcını Rostov vilayətinin Bokovski rayonu, İlin xutoru ərazisindən başlayır. Torpaq yol boyuncu axır. Buradan Konkov xutoru istiqamətində axır.
Bılina
Bılina (rus. были́на) — rus xalq ədəbiyyatında folklor janrıdır. Əsasən rusların IX-XIII əsrlər həyatını əks etdirir.rus xalq ədəbiyyatı janrı, qəhrəmanlıq və sosial-məişət məzmunlu epik nəğmə. Bılinalar bahadırlar və xalq qəhrəmanlarının simasında tarixi hadisələri əks etdirən, nağıl şəklində yaradılmış mahnı-poemalardır. Əsasən, 9–13 əsrlərdə naməlum nəğməkar-nağılçılar tərəfindən qoşulan Bılinalar nəsildən-nəslə keçmişdir. Bılinada folklora xas mifoloji ənənələr geniş yer tutur. Burada təsvir olunan aləm real olsa da, fantastik səhnələr çoxdur: bahadırlar divlər və əjdahalarla vuruşur, fövqəltəbii rəşadət göstərirlər. Bılinanın səciyyəvi xüsusiyyətlərindən biri də onun çoxqatlı olması, yəni müxtəlif dövr və yerlərlə bağlı ideya-mövzu əlamətlərinin və surətlərin üzvi surətdə birləşməsidir. Bılina, adətən, coşqun, təmtəraqlı əhvali-ruhiyyə ifadə edir. Təhkiyədə mübaliğə və təkrirə müraciət olunur.
Jilina
Jilina (slovak. Žilina, mac. Zsolna, alm. Sillein‎, pol. Żylina) — Slovakiyanın şimal-qərbində şəhər. Vaq çayına Kisutsa və Rayçyankanın töküldüyü yerdə yerləşir. Jilina bölgəsinin inzibati mərkəzidir. Əhalisi 86 min nəfərdir. Jilinanın köhnə şəhəri Bratislavadaki kimi çox böyük turist piyada zonasına çevrilib. Jilinada Hyundai kompaniyasına məxsus Kia Motors Slovakia avtomobil zavodu yerləşir.
Pilinq
Pilinq və ya aşındırma (ingiliscə peel — "təmizləmək", "qabığı çıxarmaq") – kosmetologiyada dərinin keratinləşdirilmiş yuxarı təbəqəsinin çıxarılması, aşındırılması. Pilinq dərinin təmizlənməsi üsullarından biri kimi qədim Misirdə ortaya çıxdı. Orta əsrlərdə şərab kimyəvi qabıq kimi, tartar turşusu isə aktiv maddə kimi istifadə olunurdu. Asiyada peeling orta əsrlərdə də tətbiq olunmağa başladı və burada bu prosedurun yerli təcrübəsi yüz ildən çoxdur. Dəriyə təsir üsuluna və dərinliyinə görə pilinqlər təsnif edilir. Təsir yolu ilə: kimyəvi (üzvi turşular ən çox istifadə olunur) fiziki (lazer, radio dalğası, ultrasəs) bioloji (enzimatik) Təsir dərinliyi: səthi — epidermisin dənəvər və stratum corneum daxilində median — epidermisə təsir edir və dermisin papilyar (papilyar) təbəqəsinə çatır. dərin — dermisin retikulyar (mesh) təbəqəsinə təsir göstərir İstənilən növ pilinq buynuz təbəqəni incələşdirir, kiçik komedonları çıxarır, dərinin daha dərin təbəqələrinə daxil olmağı asanlaşdırır, məsamələri genişləndirir və dərini yumşaldır, bu da tez-tez pilinqi sonrakı prosedurlar üçün hazırlıq prosesi edir. Pilinq həm də bazal təbəqədə hüceyrə bölünməsini gücləndirir və dəri hamar və parlaq olur, daha gənc və sağlam görünüş əldə edir. Mexanik aşındırma üçün əzilmiş badam qabıqları, şəkər və ya duz kristalları, pemza və aşındırıcı materiallar (lif qabı) olan skrablardan istifadə olunur. Bu cür skrablar ümumiyyətlə mövcuddur, pərakəndə satışda satılır və evdə istifadə edilə bilər.
Pliska
Pliska — Bolqarıstanda şəhər. Şəhər 681-864 cü illərdə I Bolqar Dövlətinin paytaxtı olmuşdur.
Kriva Palanka
Kriva Palanka — Şimali Makedoniyanın şərqində, Bolqarıstan sərhəddindən təxminən 5 km uzaqlıqda, Kriva Palanka bələdiyyəsinin mərkəzi olan şəhərdir. Əhalisi 14558 nəfərdir. Kriva Palanka şəhəri 21,000 əhalisi olan Kriva Palanka Bələdiyyəsinin ərazisində yerləşir. Şəhər respublikanın şimal-şərqində, Osogovo dağ silsiləsindən bir qədər uzaqda, Kriva çayının hər iki sahilində yerləşir. Şəhər Kumanovo şəhərindən 60 km, ölkənin paytaxtı Skopye şəhərindən isə 100 km məsafədə yerləşir. Çayın kənarında yerləşən şəhərin adı, Osmanlı İmperiyası dövründə "Eğri-Dərə" (əyri çay), sonralar isə "Eğri-Palanka" adlanıb. Kriva Palanka ölkənin "ən gənc" şəhərlərindən biridir. Şəhər 1633-cü ildə Bayram Paşanın göstərişi ilə türklər tərəfindən qurulmuşdur. 20-ci əsrin əvvəllərində şəhərin çoxmillətli əhalisi var idi: 1900-cü ildə Vasil Kançevin "Makedoniya. Etnoqrafiya və statistika" kitabında şəhərdə 1,5 min xristian bolqar, 2,5 min türk, 20 Vlax və 320 qaraçı yaşadığı göstərilir.
Miroslav Zelinka
Miroslav Zelinka — Çexiyalı futbol hakimi. Qarabağ FK - İnter Milan FK oyununda verdiyi mübahisəli qərarları ilə məşhurdur.
Vitezslav Pivonka
Vítězslav Pivoňka — Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2014-cü ildən)
Anna Polina
Anna Polina (11 sentyabr 1989, Leninqrad[d]) — Rusiya-Fransa pornoaktrisası və fotomodeli.
Jilina FK
Jilina FK – Slovakiyanı təmsil edən peşəkar futbol klubu. 1908-ci ildə yaradılan klub 1928 və 1929-cu illərdə Slovakiya çempionu olub. Daha sonra klub Çexoslavakiya liqasında çıxış edib. Müstəqillik əldə edildikdən sonra "Corqon liqa" adı altında yaradılan Slovakiya çempionatında 2001-02; 2002-03; 2004-05; 2006-07-ci illər mövsümündə 5 ildə 4 dəfə olmaqla ölkə çempionluğunu əldə edib. 2009-10; 2011-12-ci illər mövsümlərində də çempion olan klub bundan başqa 1 ölkə kuboku və 4 ölkə super kubokunun qalibidir.
Jilina bölgəsi
Jilina diyarı (slovak. Žilinský kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Jilina şəhəridir. Sahəsi 6788 km², əhalisi isə 691 201 nəfər (2001) təşkil edir. Jilina diyarı Slovakiyanın şimal-qərbində yerləşir və Çexiya və Polşa ilə sərhədlənir. Jilina diyarı "okres" adlanan 11 rayona bölünür: Bitça rayonu Çadtsa rayonu Dolnı Kubin rayonu Kisutske Nove Mesto rayonu Liptovski Mikulaş rayonu Martin rayonu Namestovo rayonu Rujomberok rayonu Turçyanske Teplitse rayonu Tvrdoşin rayonu Jilina rayonu Diyarda əhalinin sıxlığı 102/km² nəfər təşkil edir. Diyarın innzibati mərkəzi Jilina şəhəri sayılır (almanca Sillein). Diyarın digər böyük şəhərləri: Martin, Rujomberok (Rosenberg) və Liptovski Mikulaşdır (Liptau-Sankt Nikolaus).
Jilina diyarı
Jilina diyarı (slovak. Žilinský kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Jilina şəhəridir. Sahəsi 6788 km², əhalisi isə 691 201 nəfər (2001) təşkil edir. Jilina diyarı Slovakiyanın şimal-qərbində yerləşir və Çexiya və Polşa ilə sərhədlənir. Jilina diyarı "okres" adlanan 11 rayona bölünür: Bitça rayonu Çadtsa rayonu Dolnı Kubin rayonu Kisutske Nove Mesto rayonu Liptovski Mikulaş rayonu Martin rayonu Namestovo rayonu Rujomberok rayonu Turçyanske Teplitse rayonu Tvrdoşin rayonu Jilina rayonu Diyarda əhalinin sıxlığı 102/km² nəfər təşkil edir. Diyarın innzibati mərkəzi Jilina şəhəri sayılır (almanca Sillein). Diyarın digər böyük şəhərləri: Martin, Rujomberok (Rosenberg) və Liptovski Mikulaşdır (Liptau-Sankt Nikolaus).
Konstantin Qlinka
Konstantin Dmitriyeviç Qlinka (1867–1927) — rus və sovet torpaqşünası, geoloq, professor və SSRİ EA-nın üzvü. Bu dövrdə torpaqşünaslığın inkişafında K. D. Qlinkanın mühüm rolu (1867–1927) olmuşdur. O, Baş Köçürmə İdarəsinin rəhbəri, Dokuçayev torpaq komitəsinin aparıcı torpaqşünası olmuşdur. Onun tərəfindən dağ süxurlarının aşınması, torpaqların genezisi, coğrafiyası və təsnifatı ilə bağlı bir sıra dəyərli işlər görülmüşdür. K. D. Qlinka torpaqşünaslığa dair 1908-ci ildə nəşrdən çıxmış və altı dəfə təkrar nəşr olunmuş fundamental dərsliyin müəllifi olmuşdur. K. D. Qlinka Novo-Aleksandriyski, Voronej və Leninqrad (indiki Sankt-Peterburq) kənd təsərrüfatı institutlarının torpaqşünaslıq kafedralarının müdiri vəzifəsində çalışmışdır. O, V. V. Dokuçayev adına Torpaqşünaslıq İnstitutunun təşkilatçılarından biri olmuşdur. K. D. Qlinka rus və sovet torpaqşünaslıq elminin ideya və metodlarının xarici ölkələrdə populyarlaşdırılmasında görkəmli rol oynamışdır. Глинка Константин Дмитриевич.
Mixail Qlinka
Mixail İvanoviç Qlinka (rus. Глинка, Михаил Иванович; 20 may (1 iyun) 1804 – 15 fevral 1857[…], Berlin[…]) — tanınmış Rusiya bəstəkarı. Mixail İvanoviç Qlinka 1804-cü ildə Smolensk quberniyasının Novospassk kəndində anadan olmuşdur. Uşaqlıq illərini orada keçirmiş, Rus təbiətini müşahidə etmiş və Rus kəndlilərinin həyatı ilə yaxından tanış olmuşdur. Kiçik yaşlarından müstəqil olaraq fortepiano, skripka və fleytada çalmağı öyrənir. O, yüksək mədəniyyəti və hərtərəfli inkişafı ilə fərqlənirdi. İspan,italyan,fars və s. kimi 8 xarici dil bilirdi. 1817-ci ildə Mixail Peterburqda olan "Nəcib pansiona" daxil olur. Pansionda oxuduğu müddətdə o, fortepiano, skripka və musiqi nəzəriyyəsi üzrə Peterburqun ən bilikli müəllimlərindən dərs almışdır.
Nikolay Qlinka
Qlinka Nikolay Leonidovic Polyak mənşəli qədim zadəgan nəslindən olan N.L.Qlinka Smolensk quberniyasının Poreçensk qəzasının Kovşır kəndində podporuçik Leonid Alekseyeviç Qlinkanın ailəsində 7 may 1887-ci ildə anadan olmuşdur. 1893-1900-cı illərdə Nikolay Qlinka Smolenskin Aleksandrovski qimnaziyasında təhsil almışdır. 1900-1902-ci illərdə Moskva universitetinin təbiət şöbəsinin fizika-riyaziyyat fakultəsində təhsilini davam etmişdir. Lakin 19 may 1902-ci ildə tələbələrin siyasi çıxışlarının iştirakçısı kimi universitetdən xaric edilmiş və 3 ay həbs olunmuşdu. Almaniyaya qetdikdə, Nikolay Hottinq universitetinə daxil olmuş və orada 1905-ci ildə kimya üzrə ibtidai elm dərəcəsi almışdır. Həmin ildə o M.D.U.-nə bərpa olundu və 1908-cu ildə I dərəcəli diplom ilə universiteti bitirdikdən sonra kimya kafedrasında saxlanılırmışdır. 1911-ci ildə öz rəhbəri N.D.Zelinski və 3 müəllim yoldaşları ilə istefa verərək universiteti tərk etdilər. Bu, onların xalq təhsili naziri L.A.Kassonun özbaşınalığına qarşı etiraz idi. 1912-1924-cü illərdə N.L.Qlinka Podolskda real kollecdə müəllimlik etmiş, orada kimya laboratoriyasını təşkil etmişdir, məktəbdə kimyanın öyrənilməsinin yeni metodikalarını inkişaf etdirmişdir və onların tətbiqi ilə çox ciddi məşqul olmuşdur. 1918-ci ildə kollec məktəb kimi fəaliyyətə başlamışdır (hal-hazırda Podolsk Bələdiyyə ümummitəhsil təşkilatı ̶ “Lisey №1”) və N.L.Qlinka onun direktoru olmuşdur.
Polina Bonapart
Polina Bonapart(fr. Marie Paulette Bonaparte; 20 oktyabr 1780 – 9 iyun 1825)—Napoleonun sevimli bacısı. Polina Napoleon Bonapartın bacısı idi. Bu parlaq, gözəl qadın Avropanın əksər məşhur kişilərinin qəlbini ələ almışdı. Bəziləri desələr də ki, knyaginyanın çox iti çənəsi və düz burnu olub, bu, heç də onun gözəlliyini pozmurdu. Knyaginya pərəstişkarlarına heç nədən imtina etmirdi. Pərəstişkarlar isə çox idi - hədsiz çox. Ətrafındakılar Polinanı Avropanın ən əxlaqsız qadını hesab edirdilər. Çox gənc yaşda kişilərlə tanış olan Polina sonradan özünə heç nəyi qadağan etmədi. O, kişilərlə roman yaşayır, kobud əyləncələr tərtib edir, bədənini ortaya qoyurdu.
Polina Gagarina
Polina Serqeyevna Qaqarina (rus. Полина Сергеевна Гагарина; doğ. 27 mart 1987) - rusiyalı pop-estrada müğənnisi, bəstəkar, model və kino ulduzu. O, Rusiyanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəsinə final mərhələsində 2-ci yeri qazandırmışdır. Polina Qaqarina 27 mart 1987-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Moskva şəhərində anadan olmuşdur. Polina Moskvada dünyaya göz açsa da, gəncliyinin böyük hissəsini Yunanıstanda keçirmişdir. Onun anası balerina olmuşdur. Atasının vəfatından sonra Polina anası ilə birlikdə Rusiyaya geri dönmək qərarına gəlsələr də, lakin qısa zaman sonra onlar yenidən Yunanıstana, Afinaya qayıtmışdırlar. Polina təhsilini bitirdikdən sonra Rusiyaya geri dönmüş və Saratov şəhərində nənəsi ilə yaşamışdır. O, rus və yunan dillərində səlis danışa bilir.
Polina Osipenko
Polina Osipenko (rus. Полина Денисовна Осипенко) — Rus əsilli qadın sovet pilotu, Sovet İttifaqı Qəhrəmanı. Ən məşhur qadın sovet pilotlarından biri hesab olunur. 1939-cu ildə gündəlik uçuşlar zamanı keçirdiyi qəzada həlak olmuşdur.
Polina Qaqarina
Polina Serqeyevna Qaqarina (rus. Полина Сергеевна Гагарина; doğ. 27 mart 1987) - rusiyalı pop-estrada müğənnisi, bəstəkar, model və kino ulduzu. O, Rusiyanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəsinə final mərhələsində 2-ci yeri qazandırmışdır. Polina Qaqarina 27 mart 1987-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Moskva şəhərində anadan olmuşdur. Polina Moskvada dünyaya göz açsa da, gəncliyinin böyük hissəsini Yunanıstanda keçirmişdir. Onun anası balerina olmuşdur. Atasının vəfatından sonra Polina anası ilə birlikdə Rusiyaya geri dönmək qərarına gəlsələr də, lakin qısa zaman sonra onlar yenidən Yunanıstana, Afinaya qayıtmışdırlar. Polina təhsilini bitirdikdən sonra Rusiyaya geri dönmüş və Saratov şəhərində nənəsi ilə yaşamışdır. O, rus və yunan dillərində səlis danışa bilir.
Polina Rəhimova
Polina Rəhimova (5 iyun 1990, Fərqanə) — azərbaycanlı voleybolçu, dünya rekordçusu. O, Yaponiyada keçirilən oyunda 58 xalı tək oyunda qazanaraq dünya rekordu qırıb. Azərbaycan qadın milli voleybol komandasının və İndoneziyanın "Petrokimia Gresik" voleybol klubunun oyunçusudur. Hərbçi ailəsində doğulan Polina Rəhimova Fərqanə şəhərində anadan olub. Böyük bacısı voleybolla məşğul olduğundan Polina hələ uşaq yaşlarından bu idman növünə maraq göstərib. İlk dəfə voleybola Ukraynanın Zaporojye şəhərində Lyubov Pribinosun rəhbərliyi altında başlayıb. 16 yaşı olanda Azərbaycana gəlib və burada Faiq Qarayevin təşəbbüsü ilə milli komandaya cəlb olunub. 2011-ci ildə "Azərreyl"lə Avropanın nüfuzuna görə 3-cü böyük turniri olan Avropa Qadınlar Çağırış Kubokuna sahib olub. 2011/2012-ci il Çempionlar Liqasında debüt edən Polina qrup mərhələsindən sonra 206 xalla liqanın bombardiri olub. 2014-cü ildə Cənubi Koreya klubu Hyunday ilə anlaşaraq rəsmi sözləşmə imzaladı.
Evika Silina
Evika Siliņa (3 avqust 1975, Riqa) — Latviya siyasətçisi. 15 sentyabr 2023-cü ildən Avropa ölkəsi Latviyanın baş naziri. Silina əvvəllər Krişjanis Karinşin rəhbərlik etdiyi ikinci kabinetdə rifah naziri vəzifəsində çalışıb. Silina 1993–1997-ci illərdə Latviya Universitetində hüquq təhsili alıb, burada hüquq üzrə bakalavr dərəcəsi alıb və hüquqşünas ixtisasına yiyələnib və Riqa Ali Hüquq məktəbində sosial elmlər, beynəlxalq hüquq və avropa hüququ üzrə magistr dərəcəsi alıb. Silinanın ana dili latış dilidir və o, ingilis və rus dillərini mükəmməl bilir. 2003-cü ildən 2012-ci ilə qədər Silina beynəlxalq və milli kommersiya hüququ üzrə ixtisaslaşmış müstəqil hüquqşünas kimi çalışıb. Həmçinin bu müddət ərzində Silina ictimai elektron rabitə məsələlərinin (telekommunikasiya, internet) hüquqi xidmətlərində, eləcə də qeyri-hökumət təşkilatlarının yaradılmasında və məsləhətçiliyində çalışıb. Evika Silina 2013-cü ilin yanvarından 23 yanvar 2019-cu ilə qədər Daxili İşlər Nazirliyində parlament katibi vəzifəsində çalışıb. 2019-cu il yanvarın 23-də Baş nazir Krişyanis Karinşin rəhbərlik etdiyi Nazirlər Şurasının təsdiqindən sonra o, baş nazirin ofisinə parlament katibi vəzifəsini tutdu. Silina 2022-ci ildə Latviya parlament seçkilərində Yeni Birlik partiyasından namizəd kimi iştirak edib və ölkənin qanunverici orqanı olan Seymanın 14-cü müddətinə deputat seçilib.
Kalinka Bamberskinin qətli
Kalinka Bamberskinin qətli — 1982-ci ilin iyul ayında Almaniya Federativ Respublikasının Lindau şəhərində törədilmiş cinayət. Fransız qadın Kalinka Bamberski 14 yaşında ögey atası Diter Krombaxın evində vəfat etmişdir. Cəsədin tibbi yarılmasının şübhəli nəticələri ilə əlaqədar olaraq qızın atası Andre Bamberski Krombaxın qızının ölümündə əli olub-olmadığını araşdırmaq üçün Almaniya hakimiyyətinə təzyiq göstərməyə başladı. Almaniyada məhkəmə prosesi dayandırldıqdan sonra, 1995-ci ildə Fransa məhkəməsi Krombaxı qiyabi olaraq mühakimə etdi və onu ehtiyatsızlıqdan adam öldürməkdə təqsirli bildi. Alman hökuməti Krombaxın ekstradisiyasından imtina etdiyinə görə 2009-cu ildə Bamberski onun oğurlanması və Almaniyadan Fransaya qaçırılmasında iştirak etdi. Orada Krombax məhkəmə qarışısına çıxardıldı və 2011-ci ildə qəsdlə edilməyən qətil ilə nəticələnən qəsdən bədən xəsarətlərini yetirməkdə təqsirli bilindi. Krombax 15 il müddətinə azadlıqdan məhrum edildə; 2020-ci ilin fevral ayında səhhətinə görə həbsdən azad edildi və həmin ilin 12 sentyabrında Vinzendəki qocalar evində öldü. Öz növbəsində, Fransa məhkəməsi Bamberskini Krombaxın oğurlanmasına görə bir il olmaqla şərti cəzaya məhkum etdi. İnsan oğurluğunda ona kömək edən Anton Krasniçi və Kaça Bablovani bir il həbs cəzası aldılar.\ Andre Bamberski 1937-ci ildə Valansyen şəhərində anadan olmuşdur. Atası Polşadan Fransa kömür mədənlərində işləməyə gəlmişdi.
Nina İlina
Nina Oleksandrovna İlina (ukr. Ніна Олександрівна Ільїна; 30 avqust 1951, Kiyev) — Ukrayna kino aktrisası və ictimai xadimi. 2000-ci ildən Ukraynanın əməkdar artisti, "Stozhary" Beynəlxalq Kino Aktyorları festivalının prezidenti. Nina İlina Ukrayna Milli Kinematoqrafçılar Assosiasiyası "Kinematoqrafçılar Gildiyası"nın fəaliyyət göstərən agentliyinin baş direktorudur. Nina İlina 30 avqust 1951-ci ildə Kiyevdə anadan olub. 1968-ci ildə Kiyevdəki 108 saylı orta məktəbi bitirib. 1958–1968-ci illərdə İlina Kiyev Pionerlər Sarayının bədii söz studiyasında təhsil alıb. Təhsilini Moskvada Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsində dram və kino aktyorluğu ixtisası üzrə davam etdirib (1968–1972). Orada İlina SSRİ xalq artisti Vladimir Belokurovun rəhbərliyi ilə Ukrayna Mədəniyyət Nazirliyinin sifarişi ilə Ukrayna emalatxanasını fərqlənmə diplomu ilə bitirib. 1972–2006-cı illərdə İlina Kiyevdəki Dovjenko adına kinostudiyada aktrisa kimi çalışıb.