Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Razdan
Hrazdan və ya Razdan (1959-cu ilədək Aşağı Axta) — Ermənistan Respublikası ərazisində yerləşən şəhər. Hrazdan rayonunun mərkəzi. Zəngiçay sahilində yerləşən kiçik şəhərdir. 1959-cu ildən respublika tabeli şəhərdir. Aşağı Axta — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Hrazdan) rayonunda kənd. Zəngiçayın yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirmə mənasını bildirən aşağı sözü ilə padar türk tayfasının bir qolunu təşkil edən axta etnoniminin birləşməsindən əmələ gəlmiş etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyun 1959-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Hrazdan qoyulmuşdur.
Razoom
Rabor
Rabor — İranın Kirman ostanının şəhərlərindən və Rabor şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,386 nəfər və 2,734 ailədən ibarət idi.
Radar
RADAR (ing. radar, qısaca olaraq radio detection and ranging sözlərindən – məsafəni müəyyən edən və radioaşkarlayıcı) – radarlayıcı stansiya – radaralama üsulu ilə müxtəlif obyektləri müşahidə etmək üçün qurğudur. İlk dəfə 1936 −1938-ci illərdə Böyük Britaniyada, ABŞ — da və keçmiş SSRİ — də istifadə olunmuşdur. Obyektlərin yerinin təyin edilməsi, koordinatlarının və hərəkət göstəricilərinin ölçülməsi üçün elektromaqnit dalğalarının əks olunması və özünə məxsus şüalanması kimi xassələrindən istifadə olunur. Radiotexnikanın fəzada şüalandırılan elektromaqnit dalğalarının birbaşa əks olunması, sınaraq əks olunması və özünəməxsus şüalandırılması nəticəsində müxtəlif obyektlərin yerinin və koordinatlarının, habelə hərəkət göstəricilərinin təyin edilməsi ilə məşğul olan bölməsi radarlama adlanır. Obyektlərin yerinin aşkarlanması, koordinatlarının və hərəkət göstəricilərinin ölçülməsi kimi funksiyaları yerinə yetirən qurğu və ya sistemə müvafiq olaraq radar stansiyası və ya radar sistemi deyilir. Fəzanın müəyyən edilmiş ərazisində obyektin mövcudluğuna, koordinatlarına və hərəkət göstəricilərinə dair məlumat mənbəyi obyektdən gələn radarlama siqnallarıdır. Radarlama siqnallarının yaranma xüsusiyyətlərinə görə radar müşahidəsini üç yerə bölürlər. Elə bu qədər də radar stansiyası və radar sistemi var. Radar müşahidəsinin I növündə radar tərəfindən şüalandırılan radarlama siqnallarının obyektdən əks olunması xassəsindən istifadə edilir.
Radon
Radon (Ra)- D. İ. Mendeleyevin elementlərin dövri sistemində 86-cı element. Radonun başlıca mənbəyi torpaq, tikinti materialları və yeraltı mənbədən olan sular hesab olunur. Quruda onun fon konsentrasiyası 10 Bk/m³ təşkil edir. Bk – bekkerel – radioaktivlik ölçüsü olub, 1 dəqiqə ərzində radioaktiv parçalanmanın sayıdır, 1 Bk 1 saniyə ərzində bir radioaktiv parçalanmaya uyğun gəlir. Radonun mənzilə əsas daxil olma yolu – binanın özülünün (bünövrəsinin) altından onun infiltrasiya olunmasıdır, o, özüldə olan çat və yarıqlarla, həmçinin zirzəmi və divarlardan sızılaraq keçir. Mənzilin daxilində radonun konsentrasiyası adətən açıq sahədəkindən yüksək olur, odur ki, insan orqanizminə onun əsas hissəsi, havası yaxşı təmizlənməyən mənzillərdə daxil olur. Radon mənzillərdə tikinti materiallarından, dağ süxuru və qruntdan hazırlanmış döşəmə, divar və tavandan, həmçinin mənzildəki materiallarından, sudan və yandırılan yanacaqdan toplanır. Radonun miqdarı tikinti materiallarının xassəsindən və ərazinin geoloji xüsusiyyətindən asılıdır. Radonun konsentrasiyası, xüsusən havası yaxşı dəyişilməyən evlərin birinci mərtəbəsində kürsülü və zirzəmi mənzillərdə yüksək olur. Rütubətlik radonun ayrılmasını artırır.
Rayder (estrada)
Rayder (ing. rider) — artist, musiqiçi və yaradıcı kollektivlər tərəfindən çıxışı üçün irəli sürülən bütün tələblər. Əks halda artıst ilkin ödənişi qaytarmadan çıxışdan imtina etmək hüququna malikdir. Payderin istifadə edilməsinin xüsusiyyətləri barədə məqalə (rus.).
Razdan (dəqiqləşdirmə)
Hrazdan — Ermənistanda şəhər. Aşağı Axta da adlanır. Hrazdan çayı — Zəngiçayın erməni dilindəki adı. Hrazdan rayonu — Ermənistanda rayon. Əvvəlki adları Axta və Dərəçiçək olmuşdur. Hrazdan İES — Razdan şəhərində yerləşən istilik elektrik stansiyası. Hrazdan stadionu — İrəvan şəhərində stadion.
Razdan rayonu
Hrazdan və ya Razdan rayonu (1930–1959-cu illərdə Axta rayonu) — Ermənistan SSR-də və Ermənistan Respublikasında inzibati ərazi vahidində rayon. Qərbi Azərbaycanın tarixi Dərəçiçək mahalı ərazisində yerləşirdi. 1930-cu il sentybarın 30-da yaradılıb. 1959-cu il iyunun 30-na qədər Axta rayonu, həmin tarixdən etibarən isə Hrazdan rayonu adlandırılıb. Ərazisi 936 kv.km-dir. Rayon mərkəzi Hrazdan şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 50 km-dir. Axta rayonu ərazisindən Zəngiçay və onun qolu Böyükçay (dəyişdirilmiş adı Marmarik) axıb gedir. Axta rayonunun aid olduğu Dərəçiçək mahalının adı Aşağı Axtadan Şərqə doğru uzanan meşənin içərisində, Əlibəy dağının ətəyində yerləşən Dərəçiçək kəndinin adından götürülüb. Bu yerlər həmişə İrəvan xanlarının diqqət mərkəzində olub.
Razdan standionu
Razdan çayı
Zəngi çayı və ya Razdan çayı (erm. Հրազդան գետ və ya erm. Զանգու գետ) — İrəvan quberniyasının Eçmiadzin, Novobayazid və İrəvan qəzalarında çay adı Zəngibasar toponimi tarixi şəxsiyyət Zəngi ibn Mədudun hidronimləşmiş adı ilə bağlıdır. Tarixi mənbələrə görə, "Təxti-Süleyman"dan əvvəl Zəngi çayına Çıldırçay demişlər. Qızıl Arslanın dövründə "İrəvan Çuxuruna" vassal təyin edilən Zəngi adını bu çaya verib özünü əbədiləşdirməyə nail olmuşdur. Bəzi tədqiqatçıların gəldikləri qənaətə görə, Zəngi çayı başlanğıcını dəniz səviyyəsindən hündürlükdə yerləşən və qədim adı türk mənşəli "Çıldır" olan Göyçə gölündən götürüb aşağı axdıqca zəng səsi çıxarır. Elə bu çılğınlığına görə də ona "zəng" adı verilmişdir. Xatırlatmaq yerinə düşər ki, bu çay Ağrı dağı düzənliyindəki yatağından çıxaraq aşıb-daşır, ətraf düzənliyi su basır. Zəngibasar adının isə bununla bağlı olduğunu güman etmək olar. Zəngi çayının balıq sərvəti çox olmuşdur.
Razdan İES
Razdan İES — Kotayk mərzindəki Razdan şəhəri yaxınlığında yerləşən Ermənistanın ən böyük istilik elektrik stansiyası. Razdan Enerji Şirkətinə (enerji blokları 1-4) və Gazprom-Armenia şirkətinə (enerji bloku 5) məxsusdur. Stansiyaya həm beş qazan, həm də dörd kojenerasiya turbinli blok olmayan bir hissə (kombinə edilmiş istilik və elektrik stansiyası) və 5 kondensasiya güc bloku daxildir. Bu elektrik stansiyası 1963–1974-cü illərdə inşa edilmiş və ilk blok 1966-cı ildə fəaliyyətə başlamışdır. 2013-cü ildə yeni bir blok ona əlavə edilmişdir. İstehsal olunun elektrik enerjisi Ermənistan tərəfindən işğal olunun Dağlıq Qarabağa və İrana, 2007-ci ilə qədər Gürcüstana tədarük olunurdu. Razdan Enerji Şirkəti ASC (RazTES) Ermənistanın altı böyük istehsalçı şirkətindən biridir və Ermənistanın enerji sistemində balanslaşdırma stansiyası rolunu oynayır. Yalnız daxili bazarda çatışmazlıq olduqda elektrik enerjisi istehsal edir. RazTES ASC Rusiya Federasiyası Federal Əmlakının İdarə Edilməsi üzrə Federal Agentliyin 1 sentyabr 2004-cü il tarixli sərəncamına əsasən, dövlətin borcunu ödəmək üçün Ermənistan tərəfindən Rusiya Federasiyasının mülkiyyətinə verilmiş Hrazdan İstilik Elektrik Stansiyasının əmlak kompleksinə şirkətin nizamnamə kapitalına töhfə verməklə qurulmuşdur. Sonradan İnterRAO-ya məxsus olur.
Raşmor dağı
Raşmor dağı (ing. Mount Rushmore National Memorial) — ABŞ-nin Cənubi Dakota ştatının Kiston şəhəri yaxınlığında yerləşir. Onun qranitində hündürlüyü 18,6 metr olan barelyef düzəldilib. Barelyefdə ABŞ-nin dörd prezidentinin: Corc Vaşinqton, Tomas Cefferson, Teodor Ruzvelt və Avraam Linkoln təsvir edilib. Amerikanın avropallar tərəfindən məskunlaşdırılmasına qədər dağ yerli hinduların dilində "altı baba" (ing. Six Grandfathers) adlanırdı. Ancaq 1935-ci ildə daş 1885-ci ildə bura ekspedisiya təşkil etmiş biznesmen Çarlz Raşmorun adı ilə adlandırılıb. O barelyefin hazırlanmasına o dövr üçün ən böyük məbləğ — $5000 ayırmışdı. Fiqurun hazırlanmasına 14 il, 1927-dən 1941-ci ilədək vaxt sərf edilib. Onun inşasında 400 fəhlə çalışırdı.
Sandor Petöfi
Şandor Petöfi (mac. Petőfi Sándor, 1 yanvar 1823[…] – güm. 31 iyul 1849[…], güm. Albeşti[d]) — Məşhur macar şairi və liberal inqilabçı. Macarıstanın milli şairi hesab edilən Şandor Petöfi Macarıstan ədəbiyyatında və şeiriyyatında özünə məxsus iz qoymuşdur. Vətənpərvər Petöfi Macarıstanda 1848–1849-cu illərdəki Macar inqilabının rəhbərlərindən biri olmuşdur. O, Macar inqilabından ilhamlanaraq Milli Mahnı (Nemzeti dal) şeirini yazmışdır. Şandor Petöfi 1823-cü ildə yanvar ayının 1-də Kişkunfeledxaza şəhərində serb əsilli bir ailədə anadan olmuşdur. Ailəsinin maddi durumu ilə bağlı tez-tez başqa şəhərlərə köç edən Petöfi təhsilini də müxtəlif şəhərlərdə almışdır, lakin ilk şeirlərini 1835–1838-ci illərdə Asod şəhərində yaşayarkən yazmışdır. 1841-ci ildə Papa şəhərində təhsil aldığı bir vaxtda Petöfinin həyatında yeni bir mərhələ başlayır.
Sardor Rüstəmov
So Random!
Təsadüfə bax! və ya orijinal adıyla So Random! — Disney Channel orijinal serialıdır. Qrup olaraq Sanniyə imkan verin serial qrupudur, lakin bu silsilədə Demi Lovato serialdan ayrılmışdır, qrup eyni qalmış və Çad Dilan Kuper və yeni gələnlər də olmuşdur . Əlavə olaraq, Sanniyə imkan verinin 3. mövsümü olaraq da bilinməkdədir. Hər hissədə seriala xüsusi qonaqlar gəlir və hər hissədə ortalama 4 eskiz göstərirlər.
Tomb Raider
Tomb Raider və ya Lara Croft: Tomb Raider — İngilis oyun şirkəti Core Design şirkəti tərəfindən yaradılan bir döyüş-macəra videooyun seriyasıdır.
Vaynona Rayder
Vaynona Rayder (ing. Winona Ryder/) — Peşəkar olaraq Winona Ryder kimi tanınan, Amerikalı aktrisadır. O, Qızıl Qlobus Mükafatı da daxil olmaqla bir neçə mükafatın sahibidir və iki Akademiya Mükafatına namizəd olub . O, əvvəlki filmlərində qəribə rollar alması, daha sonra 1990-cı illərdə daha görkəmli rollar oynaması ilə tanınır.
Şandor (Fransa)
Şandor (fr. Champdor) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Viryo-le-Qran kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01080. Kommuna Paris şəhərinin 390 km cənub-şərqində, Lion şəhərindən 85 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 36 km şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 464 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 176 nəfərdən (15-64 yaş) 139 nəfəri iqtisadi cəhətdən fəal, 37 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79.0%, 1999-cu ildə 74.1%). 139 fəal sakindən 127 nəfər (71 kişi və 56 qadın), 12 nəfəri işsizdir (6 kişi və 6 qadın).
Şandor Brodi
Şandor Brodi (mac. Bródy Sándor; 23 iyul 1863, Eqer – 12 avqust 1924, Budapeşt) — Macarıstan yazıçısı və jurnalisti. Eqer şəhərində orta təhsilini tamamladıqdan sonra özünü bütünlükdə ədəbiyyata həsr elədi. 1888-ci ildən 1890-cı ilə qədər Kolosvarda nəşr olunan "Erdélyi Híradó" jurnalının redaktoru olmuşdur, eləcə də "Erdélyi Képes Ujság", "Magyarság" qəzetləri üçün də məqalələr yazırdı. 1890-cı ildən "Magyar Hírlap" qəzetinin üzvü oldu və 1882-ci ildən Macarıstanın ədəbi mətbəələri üçün məqalələr, felyetonlar, hekayələr və romanlar yazmağa başladı. Əsərlərində həyatın qaranlıq tərəflərini təsvir edirdi və müasir fransız realistik məktəbinin şagirdi olmuşdur. "Regénytárgyak", nağıllar, 1892; "A kétlelkű asszony", roman, 1893; "Az Egri diákok", 1894; "Nyomor", stories, 1884; "Faust orvos", roman, 1888–90; "Don Quixote kisasszony", roman, 1888; "Emberek", hekayələr, 1888; "Színészvér", hekayələr, 1891; "Hófehérke", roman, 1894; "Apró regények", 1895; "Két szőke asszony", roman, 1895; "Éjszaka", hekayələr, 1895; "Rejtelmek", hekayələr, 1895; "Az asszonyi szépség", 1897; "Tündér Ilona", novel, 1898; "Az ezüst kecske", de luxe edition, 1898; "Egy férfi vallomásai", 1899; "Fehér könyv", 1900–01. Brodinin əsərləri Macarıstandan kənarda da sevilir. Bütün əsərləri alman dilinə tərcümə edilmişdir və bir sıra məqalələri isə fransız, ingilis, danimarka, xorvat, rumın və serb qəzetlərində və dövri mətbəələrində dərc edilmişdir. "Magyar Hirlap" qəzetinə verdiyi etdiyi töhfələr əsasən siyasi və ya tənqidi xarakter daşıyırdı.
Şandor Demyan
Şandor Demyan (mac. Demján Sándor; 14 may 1943 – 26 mart 2018, Budapeşt) — Macarıstan sahibkarı, ölkənin ən varlı insanlarından idi. TriGránit şirkətinin rəhbəri olmuşdur. Macarıstan krallığının Berven kommunasında (indiki Rumıniya) anadan olmuşdur. Sekellər subetnosundan olan atası 1940-cı ildə Macarıstana köçdü, ancaq II Dünya Müharibəsi zamanı öldürüldü. Dunay şvablarından olan anası müharibə köçkünü kimi Bervenə gəldi. 1965-ci ildə Demyan Budapeşt Ticarət və Turizm Kollecini bitirdi. Sonradan Gorsium ÁFÉSZ şirkətinin prezidenti oldu (1968–1973), 1973–1986-cı illərdə isə onların birgə müəssisəsinin həmsədri oldu. 1986–1990-cı illərdə Macarıstan Kredit Bankının təsisçilərindən biri və rəhbəri idi. 1990-cı ildən Mərkəzi Avropa İnkişaf Korporasiyasının təsisçisi və tərəfdaşı idi, 1991-ci ildə isə Mərkəzi Avropa İnvestisiya Şirkətinin rəhbəri oldu.
Şandor Endrodi
Şandor Endrodi (Macar dili: Endrődi Sándor) (16 yanvar 1850, Vesprem - 7 noyabr 1920, Budapeşt) - macar şairi 1850-ci ildə Macarıstanın qədim Vesprem şəhərində anadan olub. O, müxtəlif sahələrdə - aktyor, müəllim, jurnalist, tərcüməçi kimi fəaliyyət göstərib. Macarıstanın məşhur şairi Şandor Petefinin yaradıcılığının vurğunu olan və onun adını daşıyan cəmiyyətin yaradıcısı Şandor Endrodinin vəfatından sonra yaşadığı şəhərdəki küçələrdən birinə onun adı verilib. Şair 1920-ci ildə Budapeştdə vəfat edib.
Nándor Hidegkuti
Nándor Hidegkuti (3 mart 1922 – 14 fevral 2002, Budapeşt) — macar keçmiş futbolçusu və meneceri. MTK Budapeştdə debütü edən Hidegkuti, Ferenc Puskas, Zoltan Czibor, Sándor Kocsis və Jozsef Bozsik ilə əfsanəvi Macarıstanın Qızıl Komandasının üzvü idi. İrəli yarımmüdafiəçi (ikinci hücumçu) mövqeyində çıxış edən Hideqkuti, 1953-cü ildə Uembli Stadionunda keçirilən və Macarıstanın o vaxtkı güclü komanda İngiltərəni 6–3 hesabı ilə məğlub etdiyi mübahisəli matçda het-trik etdi. Futbolu buraxdıqdan sonra məşqçilik karyerasına başladı. 14 fevral 2002-ci ildə ürək xəstəliyindən vəfat etdikdən sonra MTK Budapeşt stadionunun adını onun xatirəsinə " Nándor Hidegkuti Stadium " adlandırdı. Avropada II . İkinci Dünya Müharibəsi illərində peşəkar futbolçu karyerasına başlayan və 1945-ci ildə Elektromosda 53 matçda vurduğu 27 qolla MTK Budapeştə transfer olan Hideqkuti, 13 illik karyerasında MTK-da 1951, 1953 və 1958-ci illərdə 3 dəfə Nemzeti Bajnokság I çempionluğunu qazandı. Nándor Hidegkuti Macarıstan milli futbol komandasının heyətində 30 sentyabr 1945-ci ildə Rumıniyaya qarşı debüt etdi və qolla 7–2 hesablı qələbəyə töhfə verdi. İlk 9 milli imtahanda Macarıstan bütün görüşlərində fərqli xallarla qalib gəlib. Əfsanəvi Macarıstan komandası ilə birlikdə 1952 Helsinki Olimpiya Oyunlarında kuboku başı üzərinə qaldırdı.
Sándor Torghelle
Sándor Torghelle (5 may 1982[…], Budapeşt) — karyerasının sonuna yaxın Nemzeti Bajnokság II klubu Vasas üçün hücumçu kimi oynayan keçmiş macar futbolçusudur. O, karyerası ərzində Honved, Marcali, Crystal Palace, Panathinaikos, PAOK, Carl Zeiss Jena, FC Augsburg, Fortuna Düsseldorf və Videoton komandalarında çıxış edib. 2004–2010-cu illər arasında Macarıstan milli futbol komandasının heyətində 42 oyun keçirib. Macarıstanda böyüyən, Honvéd, Marcali VFC və MTK Hungária klublarında oynayan Torqelle daha sonra 2004-cü ilin avqustunda Crystal Palace FC ilə təxminən 750.000 funt sterlinqə imza atdı. UEFA Avro 2004-dən əvvəl o, Kayzerslauterndə Almaniyanı 2:0 hesabı ilə məğlub etdikləri şokedici beynəlxalq yoldaşlıq matçında Macarıstan milli komandasının heyətində hər iki qolu vurmaqla diqqətləri üzərinə çəkmişdi. O, 10 nömrəli formanı geyinirdi, lakin Crystal Palace-da müntəzəm bir siyahı təmin etmək üçün mübarizə aparırdı. O, Liqa Kubokunda Çarltonla matçda cəmi bir qol vurdu, lakin hakim kobud oyuna görə onu meydandan qovdu. Palace'da 12 ay qaldıqdan sonra Torqelle 10 nömrəli formanı Jon Mackenə transfer etdi və tezliklə 2005–06 mövsümü üçün Yunanıstanın Panathinaikos klubuna icarəyə göndərildi. Müqavilədə onun geri çağırılması ilə bağlı heç bir bənd yox idi, ona görə də bütün mövsümü Yunanıstanda keçirdi. Ancaq bu, kluba təsir edə bilmədi və Panathinaikos müqaviləni qalıcı etməməyi seçdi.
Razdan stadionu
"Razdan" (erm. Հրազդան մարզադաշտ) — Ermənistanın paytaxtı İrəvandakı universal stadion. Ermənistandakı ən böyük və yeganə iki mərtəbəli stadion. "Razdan" 1970-1971-ci illərdə adını aldığı Razdan çayı yaxınlığındakı ərazidə. Qalust Qülbekyan Vəqfinin dəstəyi ilə 11 aya inşa edilmişdir. Stadionun açılışı 19 may 1971-ci ildə baş verir. Sovet dövründə SSRİ-nin ən geniş və iki mərtəbəli stadionlardan biri idi. Məhz bu stadionda Ararat klubunun futbol azarkeşləri klubun 1973-cü ildə SSRİ çempionatının qızıl medal alması və 1973, 1975-ci ildə SSRİ kubokundakı qələbələrini gördülər. SSRİ millisi 1978-ci ilə stadionda cəmi iki oyun keçirdi: aprel ayında Finlandiya yığmasına qarşı yoldaşlıq oyununda (10:2, SSRİ-nin lehinə) və altı aydan sonra Avropa çempionatının seçmə oyununda Yunanıstan yığmasına qarşı (Sovet millisinin 2:0 qalibiyyəti) oyunda. Finlandiya ilə oyuna 12.000 tamaşaçı qatıldı, Yunanıstanla matça isə 40.000 azarkeş gəlir.
Sandor Torgelle
Sándor Torghelle (5 may 1982[…], Budapeşt) — karyerasının sonuna yaxın Nemzeti Bajnokság II klubu Vasas üçün hücumçu kimi oynayan keçmiş macar futbolçusudur. O, karyerası ərzində Honved, Marcali, Crystal Palace, Panathinaikos, PAOK, Carl Zeiss Jena, FC Augsburg, Fortuna Düsseldorf və Videoton komandalarında çıxış edib. 2004–2010-cu illər arasında Macarıstan milli futbol komandasının heyətində 42 oyun keçirib. Macarıstanda böyüyən, Honvéd, Marcali VFC və MTK Hungária klublarında oynayan Torqelle daha sonra 2004-cü ilin avqustunda Crystal Palace FC ilə təxminən 750.000 funt sterlinqə imza atdı. UEFA Avro 2004-dən əvvəl o, Kayzerslauterndə Almaniyanı 2:0 hesabı ilə məğlub etdikləri şokedici beynəlxalq yoldaşlıq matçında Macarıstan milli komandasının heyətində hər iki qolu vurmaqla diqqətləri üzərinə çəkmişdi. O, 10 nömrəli formanı geyinirdi, lakin Crystal Palace-da müntəzəm bir siyahı təmin etmək üçün mübarizə aparırdı. O, Liqa Kubokunda Çarltonla matçda cəmi bir qol vurdu, lakin hakim kobud oyuna görə onu meydandan qovdu. Palace'da 12 ay qaldıqdan sonra Torqelle 10 nömrəli formanı Jon Mackenə transfer etdi və tezliklə 2005–06 mövsümü üçün Yunanıstanın Panathinaikos klubuna icarəyə göndərildi. Müqavilədə onun geri çağırılması ilə bağlı heç bir bənd yox idi, ona görə də bütün mövsümü Yunanıstanda keçirdi. Ancaq bu, kluba təsir edə bilmədi və Panathinaikos müqaviləni qalıcı etməməyi seçdi.