Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mamağan
Mamağan — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanının Mamağan bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 10,872 nəfər və 3,258 ailədən ibarət idi. Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Ramazan
Ramazan — Hicri təqviminin 9-cu ayı. İslam dininin etiqadına görə Məhəmməd Peyğəmbərə Quran ayələrinin enməyə başladığı, eyni zamanda Müsəlmanlarla oruc tutulmağa başlanılan aydır. Bu ayda oruc tutmaq İslamın beş şərtindən biridir. Ramazan ayı adətən 29–30 gün çəkir və ayın aypara görünümünü almasından başlanır. İl ərzində mübarək Ramazan ayından daha əzəmətli bir ay yoxdur. Çünki bu elə aydır ki, Allah bu ayda bəşəriyyətə ən böyük hədiyyəsini, yəni Qurani-Kərimi bəxş etmişdir. Digər tərəfdən isə Qədr gecəsi də bu aya təsadüf edir. Bu gecə insanların ləyaqətinə və mənəvi-əxlaqi təmizlik səviyyəsinə əsasən onların birillik müqəddəratı təyin olunur və həmin gecənin ibadəti min ayın ibadətindən üstündür. Ramazan ayı ibadətin baharı, təlim və tərbiyə ayı, paklıq və təmizlənmə ayı, təqva və özünüislahetmə ayıdır. Bu elə bir aydır ki, onda Allaha yaxınlaşma mərhələlərini daha sürətlə və inamla keçmək mümkündür.
Yamağan
Yamağan (fars. یمقان‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 151 nəfər yaşayır (55 ailə).
Ramazan Abbasov
Ramazan Fazil oğlu Abbasov (rus. Рамаза́н Фази́ль оглы́ Абба́сов; 22 sentyabr 1983, Salah, İcevan, Qaraqoyunlu mahalı, SSRİ) — Azərbaycan futbolçusu.
Ramazan Abdulatipov
Ramazan Abdulatipov (rus. Рамазан Гаджимурадович Абдулатипов ; 4 avqust 1946, Qebquda[d], Dağıstan MSSR) — Rusiya Federasiyası Dağıstan Muxtar Respublikasının Başçısı. Milliyətcə Avardır. Ramazan Hacımuradoviç Abdulatipov 1946-cı il avqustun 4-də RSFSR Dağıstan MSSR Tlyarat rayonunun Qebquda kəndində anadan olub. Milliyətcə avardır. Ramazan Abdulatipov hazırda Dağıstan Muxtar Respublikasının rəhbəridir. O, 2013-cü il yanvarın 28-dən bu postu icra edir. Abdulatipov 1997-1998-ci illərdə Rusiya baş nazirinin müavini, 1998-ci ildən 1999-cu ilə qədər milli siyasət naziri postlarında çalışıb. Dağıstana rəhbər təyin olunana qədər Rusiyanın Tacikistandakı səfiri, Rusiya Mədəniyyət və İncəsənət Universitetinin rektoru və Dövlət Dumasının deputatı kimi müxtəlif sahələrdə çalışıb. Fəlsəfə elmləri doktoru, professordur.
Ramazan Bayramı
Ramazan bayramı (Fitr bayramı) — şəvval ayının 1-ci günü. Ramazan ayının sonunda, orucun sona çatması münasibətilə qeyd edilir. Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz, vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. Oruc ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər. İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar. Orucluq hicrinin ikinci ilində Məhəmməd peyğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran hədiyyə edilmişdir. Deyilənə görə bu, həmin ayın ya 22-dən 23-nə, ya da 26-dan 27-nə keçən gecə baş vermişdir.
Ramazan Burcayev
Burcayev Ramazan Hacı oğlu — Hərbi Məhkəmələrin İşləri Üzrə Məhkəmə Kollegiyasının sədri. 15 avqust 1940-cı ildə Zaqatala rayonunun Mazıx kəndində anadan olub. Bakı Dövlət Universitetini bitirib. 1971-1972-ci illərdə təyinatla Azərbaycan SSR-nin Ədliyyə Nazirliyinin Məhkəmə Orqanları İdarəsində hakim-stajor. O, uzun müddət Azərbaycanın məhkəmə-hüquq sistemində işləyib, 1972-1976-cı illərdə Balakən Rayon Xalq hakimi, 1976-1987-ci illərdə Ağdam Rayon Xalq Məhkəməsinin sədri, 1987-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 1995 – 1998-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü, 2000 – 2007-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin müavini, Hərbi Məhkəmələrin İşləri Üzrə Məhkəmə Kollegiyasının sədri, 16.07.2007-2010-cu illərdə isə Şəki Apelyasiya Məhkəməsinin sədri vəzifələrində çalışıb. R.Burcayev 2010-cu ilin sonunda təqaüdə çıxıb. 10 dekabr 2012-ci ildə vəfat edib. Ailəli idi.
Ramazan Göydağlı
Ramazan Hudulov
Ramazan İzzət oğlu Hudulov (24 noyabr 1994, Qaysa, Balakən rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. Hudulov Ramazan İzzət oğlu 1994 cü il 24 Noyabr tarixində,Balakən rayonu, Qaysa kəndində avar ailəsində doğulub. Dəmir Yumruq (film, 2021) (Real Təhlil və İnformasiya Mərkəzinin sənədli filmi) Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Ramazan Hudulova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Ramazan Məmmədli
Məmmədli Ramazan Yusif oğlu — Azərbaycan mühəndisi və dövlət xadimi, Azərbaycan SSR Azərbaycan SSR yerli sənaye naziri (1965–1975), üç çağırış — 1955, 1959 və 1967-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı, texnika elmləri namizədi, Azərbaycan SSR əməkdar Mühəndisi. Ramazan Yusif oğlu Məmmədli 1912-ci ildə Masallı rayon, Xıl kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1926–1930-cu illərdə Azərbaycan SSR Yerli Sənaye Texnikumunda təhsil almış, 1930–1931-ci illərdə "Bakı fəhləsi" adına zavodun tökmə sexində texnik vəzifəsində çalışmış, 1931–1937-ci illərdə ali təhsilini Tbilisi Sənaye İnstitutunda almışdır. Ramazan Məmmədli 21 may 1937 – 20 avqust 1940-cı illərdə Stalin adına zavodda energetik, "Azneftmaş" trestində mühəndis-energetik, 20 avqust 1940 – 20 aprel 1945-ci illərdə L. Şmidt adına zavodda baş energetik vəzifələrində çalışmışdır. Ramazan Yusif oglu Məmmədli 20 aprel 1945 – 01 iyun 1946-cı illərdə L. Şmidt adına zavodda direktor müavini olmuş, 01 iyun 1946 – 01 mart 1947-ci illərdə isə L. Şmidt adına zavodda direktor vəzifəsini müvəqqəti icra etmişdir. R. Y. Məmmədli daha sonra (1947–1952-ci illərdə) S. M. Kirov adına zavodda direktor, (1952–1965-ci illərdə) L. Şmidt adına zavodda direktor, 1965–1975-ci illərdə isə Azərbaycan SSR Yerli Sənaye Naziri vəzifələrində çalışmışdır. Bu illər ərzində 8 il — 1969–1975-ci illərdə unudulmaz Heydər Əliyevin rəhbərliyi altında çalışmışdır. R. Y. Məmmədli Azərbaycan KP Təftiş Komissiyasının üzvü olmuşdur. Keçən əsrin 90-cı illərinin sonunda ulu öndər Heydər Əliyevin Sərəncamı ilə, Azərbaycan torpağının yetirməsi, keçmiş Sovet İttifaqı və Azərbaycan Respublikasında neft sənayesinin inkişafında misilsiz xidmətləri olan N. K. Baybakovun Moskva şəhərində 90 illiyi keçirilən zaman Baybakov öz çıxışında qeyd etmişdir: "Azərbaycan xalqının Böyük Vətən Müharibəsinin qalibiyyətində böyük rolu olmuşdur. Neftlə bərabər Bakıda fəaliyyət göstərən bütün maşınqayırma zavodları istehsal etdikləri məhsulları cəbhəyə göndərərək faşizm üzərində qələbəyə nail olmaqda səy göstərmişlər.
Ramazan Məmmədov
Ramazan Salam oğlu Məmmədov (azərb. Məmmədov Ramazan Salam oğlu;‎) — Azərbaycan dilçisi, nəzəriyyəçi, pedaqoq, publisist, filologiya elmləri doktoru (2009), professor (2017), Rusiya Təbii Biliklər Akademiyasının həqiqi üzvü (2017) Ramazan Salam oğlu Məmmədov 01iyul 1944-cü ildə Azərbaycan SSR-in Qax rayonunun Qum kəndində anadan olmuşdur. 1961-ci ildə Qum kənd orta məktəbini bitirmişdir. 1968–1973-cü ildə M.F. Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunda (indiki BSU) təhsil almış, institutu fərqlənmə diplomu ilə bitirmişdir. Təhsil aldığı illərdə V.İ.Lenin təqaüdçüsü olmuşdur. 1974–1977-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təhsilini davam etdirmişdir. 1973–1991-ci illərdə BSU-da baş laborant, müəllim, baş müəllim, dosent, dekan müavini vəzifələrində işləmişdir. 1978-ci ildə M.V.Lomonosov adına MDU-da namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi adını almışdır. 1980–1984-cü illərdə SSRİ Ali və Orta İxtisas Təhsili nazirliyinin göndərişi ilə Əfqanıstan Demokratik Respublikasında Kabil Universitetində dosent, kafedra müdiri, partiya təşkilatı katibi vəzifələrində işləmişdir. 1991-ci ildən 2014-cü ilədək Sumqayıt Dövlət Universitetində (SDU) dosent, kafedra müdiri vəzifələrində çalışmışdır.
Ramazan Qafarlı
Ramazan Oruc oğlu Qafarlı — folklorşünas, alim, filologiya üzrə elmlər doktoru, professor. Ramazan Qafarlı 1951-ci ilin iyun ayının 17-də Şəki şəhərində sənətkar ailəsində anadan olub. Atası Oruc kişi dabbaq idi. O, bu qədim peşəni övladlarına ötürməklə davam etdirmək niyyətində idi. Lakin sovet rejiminin sərt və qeyri-insani qanunları ona mane oldu. Fəaliyyətini xüsusi mülkiyətçilik hesab edib xalq sənətkarını bir neçə dəfə həbs etdilər. Oruc kişi peşəsini yaşada bilmədi. Müharibədə yaralanandan sonra uzun müddət xəstə yatdı və 1956-cı ildə vəfat etdi. Böyük külfəti dolandırmaq həyat yoldaşı Zərifə Məhəmməd qızının üzərinə düşdü. Ramazan Qafarlı beşinci sinfə qədər Şəki şəherində yerləşən 7 saylı orta məktəbdə oxumuşdur.
Ramazan Qorxmaz
Ramazan Qorxmaz (tam adı: Ramazan Qorxmaz, türk. Ramazan Korkmaz; 1962, Çıldır, Qars ili) — Ərdəhan Universitetinin rektoru, Qırğızıstan-Türkiyə Manas Universiteti Qəyyumluq Şurasının üzvü, Qafqaz Universitetlər Birliyinin sədri. 1962-ci ildə Ərdahanın Çıldır rayonunun Qayabəyi kəndində anadan olmuşdur. İbtidai təhsilini Ərdahanda, orta təhsilini Ərzurum Yavuz Səlim Müəllim liseyində (1978) alan Ramazan Qorxmaz ali təhsilini Atatürk Universitetinin dil-ədəbiyyat fakültəsinin türk dili və ədəbiyyatı ixtisasında başa vurmuşdur (1985). Elə həmin il Fırat Universitetində imtahandan keçərək elmi tədqiqatlara başlayır. Fırat Universiteti Sosial Elmlər İnstitutunda Keçəcizadə İzzət Molla və Mihnət Keşan haqqında tədqiqatı (VI+ 447 s.) ilə magistr (1988); "Səbahəddin Əli - İnsan və əsər" (XII+403 s.) adlı elmi işi ilə isə doktorantura təhsilini 1991-ci ildə tamamlayan Qorxmaz 1996-cı ildə Yeni türk ədəbiyyatı fundamental elmi sahəsində dosent və 2001-ci ildə professor oldu. 2009-cu ilədək Fırat Universitetinin əməkdaşı olan Ramazan Qorxmaz həm də Şərqi Aralıq Dənizi Universitetində "qonaq müəllim" kimi 4 il (2000-2002 və 2004-2006-cı illərdə) işləmişdir. O, 2001-ci ildə Bişkek Elmlər Akademiyasında Aytmatov ilə əlaqədar tədqiqatlar aparmış və Bilkənd Universitetinin Türk dili və ədəbiyyatı fakültəsi ilə birlikdə müəllifi və redaktoru olduğu "Türk ədəbiyyatının tarixi layihəsi"ni (4 cild) tamamlamışdır. Ramazan Qorxmazın həm ölkə daxilində, həm də ABŞ, Ukrayna, Rusiya, Azərbaycan, Qırğızıstan və ŞKTR kimi ölkələrdə öz sahəsi üzrə 60-dan çox elmi məqaləsi dərc edilmişdir. Dekan müavini, kafedra müdiri və idarə heyətinin üzvü kimi vəzifələrdə çalışmış Ramazan Qorxmaz rəsmi qəzetdə yayımlanan xəbərə görə Qırğızıstan-Türkiyə Manas Universitetinin Qəyyumluq Şurasının üzvü təyin edilmişdi.
Ramazan Quliyev
Ramazan Tarverdiyev
Tarverdiyev Ramazan Baxşəli oğlu (5 avqust 1928, Hacıqabul, Salyan qəzası – 27 may 1983, Bakı) — coğrafiyaşünas alim, hidroloq, coğrafiya elmləri doktoru (1977), professor (1978). Ramazan Tarverdiyev 1928-ci il avqustun 5-də Şamaxı qəzasının Navahı kəndində anadan olmuşdur. 1947-ci ildə Ələt qəsəbə orta məktəbini bitirib həmin ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olur. Birinci kursu əla qiymətlərlə bitirdiyin görə ADU-nun rəhbərliyi tərəfindən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin II kursuna köçürülüb. 1953-cü ildə ali təhsilini başa vurmuşdur. 1953–1956-cı illərdə Azərbaycan Hidrometeoroloji Xidmət İdarəsində, 1956–1968-ci illərdə Azərbaycan SSR EA Coğrafiya İnstitutunda, 1968–1973-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fiziki coğrafiya kafedrasında dosent və 1973-cü ildən ömrünün sonuna kimi kafedra müdiri vəzifəsində çalışmışdır. Tədqiqatları əsasən Azərbaycanın gölləri və su anbarlarının hidroloji xüsusiyyətlərinə həsr edilmişdir. Azərbaycanın Böyük Qafqaz təbii vilayətində yerləşən Cavanşir, Nohurqışlaq, Qaranohur, Aşıq Bayramlı, Yekəxana su anbarlarının, Tufangöl, Ağrıbir, Taxtagöl, Xalaxı göllərinin hidroloji xüsusiyyətlərini öyrənmişdir. Əsas tədqiqat obyekti Mingəçevir su anbarı, onun suyunun səviyyə rejimi, külək-dalğa rejimi, temperaturu, lillənməsi, donma halları, suyun rəngi, şəffaflığı, su balansını öyrənmişdir. Su anbarının lillənməsinin təkcə çayın gətirdiyi lil materialları ilə deyil, həm də sahillərin yuyulub uçması, külək vasitəsilə gətirilən materiallar hesabına da baş verməsini tədqiq etmişdir.
Ramazan Vəliyev
Ramazan Xəlilov
Ramazan Həmzət oğlu Xəlilov (1901 – 11 yanvar 1999) — jurnalist, tərcüməçi. professor (1995). Ramazan Xəlilov 1901-ci ildə anadan olmuşdur. 1908–1914-cü illərdə Tiflisdə, 1914–1917-ci illərdə Moskvada gimnaziyada oxumuş, 1918-ci ildə "Ləzgi alayı"nın tərkibində Zaqatala, Qəbələ, Şəki və Gəncənin erməni daşnaklarından təmizlənməsində iştirak etmişdir. R. Xəlilov 1923-cü ildən jurnalistika ilə məşğul olmuş, 1933-cü ildə Moskva Redaktə-Nəşriyyat İnstitutunu bitirmişdir. O, 1933–1938-ci illərdə Sankt Peterburqda yaşamış, jurnalist fəaliyyətini davam etdirmişdir. Dahi bəstəkar Üzeyir Hacıbəyovun dəvəti ilə Bakıya gələn Ramazan Xəlilov əvvəlcə Azərbaycan Dövlət Konservatoriyasında Ü. Hacıbəyovun ədəbi katibi, 1941–1953-cü illərdə isə Azərbaycan Dövlət Konservatoriyasının rektorunun birinci müavini vəzifəsində çalışmışdır. R. Xəlilov 1975-ci ildən Üzeyir Hacıbəyovun xatirə ev-muzeyinə rəhbərlik etmişdir. 1995-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Ramazan Həmzət oğlu Xəlilov 1999-cu ildə vəfat etmişdir.
Ramazan ayı
Ramazan — Hicri təqviminin 9-cu ayı. İslam dininin etiqadına görə Məhəmməd Peyğəmbərə Quran ayələrinin enməyə başladığı, eyni zamanda Müsəlmanlarla oruc tutulmağa başlanılan aydır. Bu ayda oruc tutmaq İslamın beş şərtindən biridir. Ramazan ayı adətən 29–30 gün çəkir və ayın aypara görünümünü almasından başlanır. İl ərzində mübarək Ramazan ayından daha əzəmətli bir ay yoxdur. Çünki bu elə aydır ki, Allah bu ayda bəşəriyyətə ən böyük hədiyyəsini, yəni Qurani-Kərimi bəxş etmişdir. Digər tərəfdən isə Qədr gecəsi də bu aya təsadüf edir. Bu gecə insanların ləyaqətinə və mənəvi-əxlaqi təmizlik səviyyəsinə əsasən onların birillik müqəddəratı təyin olunur və həmin gecənin ibadəti min ayın ibadətindən üstündür. Ramazan ayı ibadətin baharı, təlim və tərbiyə ayı, paklıq və təmizlənmə ayı, təqva və özünüislahetmə ayıdır. Bu elə bir aydır ki, onda Allaha yaxınlaşma mərhələlərini daha sürətlə və inamla keçmək mümkündür.
Ramazan Çirinqov
Ramazan Çirinqov (15 fevral 1969, Meşəşambul, Balakən rayonu – 3 sentyabr 1995, Balakən rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, öz xidməti vəzifəsini yerinə yetirən zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh. 15 fevral 1969-cu ildə Balakən rayonunda anadan olmuşdur. 1986-cı il Meşəşambul orta məktəbini bitirmiş, 1987-ci ildə hərbi xidmətə çağırılmışdır. Ramazan hərbi xidmətini Əfqanıstanda keçirmişdir. 1989-cu il hərbi xidmətini başa vurduqdan sonra Balakən rayonunda polis nəfəri kimi işə başlayır. 1995-ci il Balakən rayonunda silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsində o xüsusi fərqlənir. 1995-ci il 3 sentyabr öz xidməti vəzifəsini yerinə yetirərkən həlak olur. Subay idi. Azərbaycan Respublikası prezidentinin 25 dekabr 1995-ci il tarixli 424 saylı fərmanı ilə Çirinqov Ramazan Heybullah oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir". Meşəşambul kəndində dəfn edilmişdir.
Ramazan İsmayılov
Ramazan Əkbər oğlu İsmayılov — Naxçıvan MSSR Nazirlər Sovetinin sədri (1964–1970), SSRİ Ali Sovetinin VII çağırış deputatı. 1928-ci ildə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Yerevandakı Zoobaytarlıq İnstitutunu bitirmiş, əmək fəaliyyətinə 1951-ci ildə Naxçıvan MSSR-nin Şahbuz rayonunda Kənd Təsərrüfatı İdarəsinin baş zootexniki kimi başlamış, sonra Naxçıvan MTS-nin baş zootexniki, Naxçıvan rayon Kənd Təsərrüfatı Müfəttişliyinin və Naxçıvan MSSR Kənd Təsərrüfatı Nazirliyinin baş zootexniki işləmiş, 1960-cı ildə Moskvada Sov. İKP MK yanında Ali Partiya Məktəbini bitirdikdən sonra Naxçıvan rayon ZDS İK-nin sədri seçilmiş, Azərbaycan KP İliç rayon Komitəsinin birinci katibi, 1964-cü ildən isə Naxçıvan MSSR Nazirlər Sovetinin sədri, Qazax rayon ZDS İK-nin sədri, Azərbaycan SSR Nazirlər Soveti yanında Xalq Təsərrüfatının İdarə Edilməsi İnsititutunda kafedra" müdiri vəzifələrində çalışmışdır. Haliyədə Azərbaycan Respublikası Ovçular Cəmiyyətinin sədr müavinidir. Xidmətləri yüksək qiymətləndirilmiş, Qırmızı Əmək Bayrağı ordeni və bir sıra medalla təltif edilmişdir. VII çağırış SSRi Ali Sovetinin və Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilmişdir.
Ramazan Şallah
Ramazan Abdullah Məhəmməd Şəlləh (Ərəbcə: رمضان عبد الله محمد شلح; 1 yanvar 1958 – 6 iyun 2020[…], Beyrut) — Fələstin İslami Cihad Təşkilatının banisi, 1995-ci ildə öldürülən Fəthi Şəqaqinin baş katibi idi. 24 fevral 2006-cı ildə Şəlləh və digər FİCT üzvü Əbdüləziz Avda, FTB-nin Most Wanted Terrorists (“Ən Çox Axtarılan Terroristlər”) siyahısına daxil edilmişdirlər.
Ramazan Şəlləh
Ramazan Abdullah Məhəmməd Şəlləh (Ərəbcə: رمضان عبد الله محمد شلح; 1 yanvar 1958 – 6 iyun 2020[…], Beyrut) — Fələstin İslami Cihad Təşkilatının banisi, 1995-ci ildə öldürülən Fəthi Şəqaqinin baş katibi idi. 24 fevral 2006-cı ildə Şəlləh və digər FİCT üzvü Əbdüləziz Avda, FTB-nin Most Wanted Terrorists (“Ən Çox Axtarılan Terroristlər”) siyahısına daxil edilmişdirlər.
Ramazan Əliyev
Ramazan Əliyev (Əliyev Ramazan Alı oğlu; 18 iyun 1951, Qazax rayonu – 7 yanvar 2016, Bakı) — Azərbaycan alimi, pedaqoq, biologiya elmləri doktoru, professor., Azərbaycan Dövlət İqtisad Universitetində “Qida Məhsullarının Texnologiyası” kafedrasının müdiri (2005-2013), Azərbaycanın şirinsu hövzələrinin amfipodları üzrə respublikamızda müdafiə edən ilk alim. Ramazan Əliyev 18 iyun 1951-ci ildə Qazax rayonunun Poylu kəndində anadan olmuşdur. 1958-1968-ci illərdə Poylu kənd orta məktəbində oxumuşdur. Orta təhsilini doğma kənddə yüksək qiymətlərlə başa vuraraq Azərbaycan Pedaqoji İnstitutunun kimya-biologiya fakutəsinə daxil olmişdur. 1973-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1973-1979-cu illərdə təyinatla Sabirabad rayonunda ixtisası üzrə müəllim vəzifəsində çalışmışdır. 1979-cu ildə Azərbaycan Elmlər Akademiyası Zoologiya İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir. 1984-cü ildə Ukrayna Elmlər Akademiyasının Hidrobilogiya İnstitutunda "Kür çayı nizama salındıqdan sonra Hacıqabul və Naxalıqçala göllərinin dib faunası" mövzusunda dissertasiya yazaraq biologiya elmləri namizədi – alimlik dərəcəsi almışdır. Aspiranturadan sonra 1990-cı ilə qədər Azərbaycan Elmlər Akademiyası Zoologiya İnstitutunda kiçik elmi işçi, elmi işçi, 1990-cı ildən 1997-ci ilə qədər isə baş elmi işçi vəzifəsində işləmişdir. 1997-2000-ci illərdə Bakı Dövlət Əmtəəşünaslıq Kommersiya İnstitutunun ərzaq malları əmtəəşünasliğı Dövlət İqtisad Universitetinin Ərzaq malları əmtəəşünaslığı kafedrasında dosent vəzifəsində çalışmışdır.
Ramazan Kurşunlu
Ramazan Kurşunlu (7 iyul 1981, İzmir) — türk futbolçu və məşqçi. Əslən Antalya Korkuteli rayonundandır. 7 yaşlı ağsaqqalın sayəsində Altayda futbol oynamağa başladı. Altay 'ın infrastrukturunda 12 il oynadıqdan sonra 2000-ci ildə Altay A Komandasının hədəfinə keçdi. O, 2003–04 mövsümünün əvvəlində "Beşiktaş" a transfer olunub. Gənc olmasına baxmayaraq, iştirak etdiyi matçlarda qapısını uğurla qoruyub. 2005–06 mövsümünün ortalarında "Diyarbakırspor" a icarəyə verilmiş və mövsümün sonunda "Beşiktaş"a qayıdıb. 2006–07 mövsümü üçün "Beşiktaş"ın heyətində başlasa da, dövrə zamanı "Ankaraspor"a icarəyə verilib. Mövsümün sonunda Hakan Arıkanın ifadəsi müqabilində ifadəsi ilə "Ankaraspor"a göndərilib. 2009-cu ildə Karşıyaka'ya transfer oldu.
Ramazan Kaşlı
Ramazan Kaşlı (1969, Ağsaray ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. Ramazan Kaşlı 1969-cu ildə Aksaray ilində anadan olub. Aksaray Ticarət Peşə Liseyindən məzun olub. İş adamı olaraq çalışıb. 1978-ci ildən ayaqqabı biznesi ilə məşğul olur. 1999-2004-cü illərdə Aksaray Bələdiyyə Məclisinin üzvü olub. Uzun illərdir MHP üzvüdür. 2003-2009-cu illərdə MHP Aksaray ilçə sədri, 2016-2018-ci illərdə isə MHP Aksaray il sədri vəzifələrində çalışıb. 2018 və 2023-cü illərdə MHP namizədi olaraq Aksaray ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. İngiliscə bilir.