Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Screen Rant
"Screen Rant" — ABŞ xəbər və əyləncə portalı. Sayt 2003-cü ildə fəaliyyətə göstərməyə başlamışdır. Burad televiziya, filmlər, video oyunlar sahəsində xəbərlər dərc edilir. Sayt Vik Holtreman tərəfindən təsis edilmişdir. "Screen Rant" həmçinin, 5 milyondan çox abunəçisi və 2 milyard ümumi baxışı olan "YouTube" kanalına malikdir. "Screen Rant" vaxt keçdikcə Los-Anceles qırmızı xalçası, Nyu-York Film Festivalı və "San Diego Comic-Con" kimi hadisələri işıqlandırmağa başlamışdır. 2015-ci ildə "Screen Rant" Monrealda yerləşən onlayn media naşiri "Valnet, Inc." tərəfindən satın alınmışdır.
Kant
İmmanuel Kant (alm. Immanuel Kant‎, 22 aprel 1724[…], Köniqsberq, Prussiya – 12 fevral 1804[…], Köniqsberq, Şərqi Prussiya, Prussiya) — alman filosofu, neoklassik alman fəlsəfəsinin banisi, müasir Avropa fəlsəfə tarixinin ən nüfuzlu nümayəndələrindən, Qərbi Avropada İntibah dövrünün son böyük filosoflarından biri. Kant özünün transsendental idealizm doktrinasında iddia edirdi ki, məkan və zaman sadəcə olaraq təcrübəni təşkil edən "intuisiya formalarıdır" və buna görə də "özündə şeylər" mövcuddur. Onlar təcrübəyə töhfə versələr də, təcrübə obyektlərindən fərqlidirlər. Buradan belə nəticə çıxır ki, təcrübə obyektləri sadəcə olaraq "görünürlər" və şeylərin təbiəti özlüyündə bizim tərəfimizdən dərk olunmazdır. Filosof David Yumun yazılarındakı skeptisizmə qarşı durmaq üçün o, ən məşhur əsərlərindən biri olan "Təmiz idrakın tənqidi" (1781/87) əsərini yazdı. Burada o, sintetik aprior biliyin mümkün olub-olmaması sualına cavab vermək üçün öz təcrübə nəzəriyyəsini inkişaf etdirdi, bu da öz növbəsində metafizik tədqiqatın sərhədlərini müəyyən etməyə imkan verəcəkdi. Kant hesab edirdi ki, zəka həm də əxlaqın mənbəyidir və estetika mühakimə qabiliyyətindən yaranır. Kantın fikirləri müasir fəlsəfəyə, xüsusən qnoseologiya, etika, siyasi nəzəriyyə və postmodern estetika sahələrində böyük təsir göstərməkdə davam edir. O, ağıl və insan təcrübəsi arasındakı əlaqəni izah etməyə və ənənəvi fəlsəfənin, metafizikanın səhvləri hesab etdiyi şeylərdən kənara çıxmağa çalışdı.
Nant
Nant — ərazisinə görə Fransa-nın altıncı şəhəridir, inzibati mərkəzi Atlantik Luara departamenti və keçmiş Bretan hersoqluğunun paytaxtı olmuşdur. Əhalisi 2005-ci ildə 281 800 nəfər təşkil edib. Şəhər çoxlu kiçik çayların keçdiyi, Luara allüvial vadisində yerləşir. Şimala vadi qalxır, Bretan üçün tipik təpəli yerə keçərək, kiçik ağaclıqlarla örtülmüşdü. Cənuba bataqlıq ovalığı yerləşir. Qonşu şəhərlər və kəndlər: Buqene, Karkefu, La-Şapel-syur-Erdr, Orvo, Rzaya, Sen-Erblen, Sen-Sebasten—Luaraya, Sent-Lyus—Luaraya, Treter-i-Vertu.
Qrant
Qrant (ing. grant) — humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün göstərilən yardımdır. Qrant yalnız konkret məqsədlər üçün verilir. Qrant maliyyə vəsaiti şəklində və ya başqa maddi formada verilir. Qrant təmənnasız verilir, onun əvəzi hər hansı bir şəkildə geri istənilə bilməz. Birbaşa mənfəət əldə etmək üçün istifadə edilən maddi yardım qrant sayılmır. Qrant predmeti olan layihə başa çatdırıldıqdan sonra qrant alanın sərəncamında hər hansı maliyyə vəsaiti və ya başqa maddi vəsait qalarsa, qrant haqqında müqaviləyə və ya qərara əsasən başqa hal nəzərdə tutulmamışdırsa, bu vəsait, qrant alanın mülahizəsinə görə, qrant predmeti ola bilən layihə və proqramların həyata keçirilməsinə sərf edilməlidir. Qrand – 1)dövlət sifarişi ilə yerinə yetirilən elmi-tədqiqat və yeniliklərin maliyyələşdirilməsi üçün subsiyalar; 2)elmi-tədqiqatların, alimlərin, ədəbiyyat və incəsənət xadimlərinin maliyyə dəstəyi üçün xeyriyyəçilik məqsədilə ayrılan pul vəsaitləri; 3)hər hansı fəaliyyət sahəsində yüksək ustalıq və peşəkarlığa nail olan insan (reklam qrandı). Konkret insanlara deyil, firmalara, təşkilatlara aiddir. Bilavasitə siyasi hakimiyyət uğrunda mübarizə məqsədləri, qanunların və digər qanunvericilik aktlarının qəbul etdirilməsi üzrə lobbiçilik fəaliyyəti, siyasi reklam, hər hansı siyasi təşkilatın və ya siyasi xadimin seçki kampaniyasının maliyyələşdirilməsi üçün istifadə edilən maddi yardım qrant sayılmır.
Rast
Rast – Azərbaycan musiqisində 1) yeddi ladlarından (məqamlarından) biri, 2) əsas Azərbaycan muğam dəstgahlarından biri. Bütün müsəlman ölkələrində mövcuddur. "Rast" sözü farsca "düz, dürüst, müstəqim, düzgün" deməkdir. Orta əsr musiqi elmində Rast ən birinci və bütün digər muğamların əsası sayılır. Musiqişünaslar Rastı "muğamların anası" adlandırmışlar. Rast Yaxın Şərq xalqlarının şifahi – peşəkar musiqisində 12 əsas muğamdan biridir. Baxmayaraq ki, 12 klassik muğamdan bəziləri şöbə halına keçmiş, bəziləri isə kiçik həcmli muğam əhəmiyyətini kəsb etmişdir, qədim zamanlardan 12 muğamdan Rast öz əvvəlki mahiyyətini bu günədək qoruyub saxlamışdır. Üzeyir Hacıbəyov "Azərbaycan xalq musiqisinin əsasları" kitabında muğamların dəyişikliyə uğradığını söyləyir. O, Rastı "indiyədək zamanın və hadisələrin sarsdıcı təsirinə qarşı möhkəm duran yeganə muğam" adlandırmışdır. Bakı, Şamaxı, Şuşanın özünəməxsus "muğam məktəbləri"ndə Rast dəstəgahının şöbə və guşələrinin həm say, həm də ardıcıllıq etibarilə müqayisə nəticəsində belə qənaətə gəlmək olur ki, əgər Bakı musiqi məclisində Rast dəstgahı 15, Şuşa məclisində 18, Şamaxıda 21-ə çatır: Rast ailəsinə bir sıra muğamlar aiddir.
Ratt
Ratt — 1983-cü ildə Robb Crosby (gitara) və Stephen Pearcy (vokal) tərəfindən qurulmuş və daha sonra gitarist Warren DeMartini, bas gitarist Juan Croucier və vurma alət ifaçısı Bobby Blotzer'in də iştirakı ilə tam heyət olaraq qrupla eyni adı daşıyan ilk albomlarını çıxarmışdılar. 1984-cü ildə çıxardıqları "Out of the Cellar" albomu ticari olaraq böyük müvəffəqiyyət qazanmış və Billboard siyahısında 7-ci sıraya qədər yüksəlmişdir. 1985-ci ildə çıxan "Invasion of Your Privacy", 1986-cı ildə çıxan "Dancing Undercover" və 1988-ci ildəki "Reach for the Sky" eyni müvəffəqiyyəti davam etdirmiş və Ratt-i konsertlərdə headliner səviyyəsinə çıxarmışdır. Ancaq 1990-cı il tarixli "Detonator", əvvəlki albomlar kimi müvəffəqiyyət əldə etməmiş və sonunda qrup 1992-ci ildə dağılmışdır. Qrup 1997-ci ildə Crosby'siz olaraq təkrar bir araya gəldi və "Collage" və 1999-cu ildə də ikinci "Ratt" albomlarını çıxardı amma çox yaxşı bir müvəffəqiyyət əldə edə bilmədi.
RRNT
RANK
RANK (ing. receptor activator of nuclear faktor kappa B) – preosteoklastların üzərində yerləşən reseptordur, RANK-L birləşib, osteoklastları formalaşdırır.
ANT
Ant
RNT
Ribonuklein turşusu, RNT — hüceyrədə informasiyanın genlərdən zülala ötürülməsi yəni transkripsiya və translyasiya proseslərində, eləcə də genetik ifadə prosesinin tənzimlənməsində birbaşa iştirak edən DNT kimi nukelotidlərdən ibarət makromolekul. RNT nuklein turşusu olub əsas üç növə bölünür: t-RNT m-RNT və r-RNT. Əksər canlıların irsi maddəsi DNT olsa da bəzi viruslarınki (retroviruslar) RNT-dir. Eynilə DNT (deoksiribonuklein turşusu) kimi RNT hər bir keçidin bir nukleotid adlandığı uzun bir zəncirdən ibarətdir. Hər bir nukleotid azot əsasları,riboza şəkər və fosfat qrupundan ibarətdir. Nukleotid ardıcıllığı RNT-yə genetik məlumatları kodlamağa imkan verir. Bütün hüceyrə orqanizmləri protein sintezini proqramlaşdırmaq üçün RNT (MRNT) istifadə edir. Hüceyrə RNT-ləri transkripsiya adlanan bir proses zamanı meydana gəlir,yəni DNT matrisində RNT sintezi,xüsusi fermentlər — RNT polimerazları tərəfindən həyata keçirilir. Bundan sonra MRNT prosesdə,translyasiya (biologiya) adlanan,iştirakı qəbul edir. Translyasiya — transkripsiya nəticəsində yaranan MRNT-lərdəki koda uyğun olaraq ribosomlarda reallaşdırılan polipeptit sintezi prosesidir. Transkripsiyadan sonra digər RNT-lər kimyəvi dəyişikliklərə məruz qalırlar,ikincili və üçüncülü quruluşların meydana gəlməsindən sonra RNT növündən asılı olaraq funksiyaları yerinə yetirirlər.
Ran Ran Şou
Ran Ran Şou və ya Şao Jenlen (d. 19 noyabr, 1907, Tsin imperiyası – ö. 7 yanvar, 2014, Honkonq, Çin) — Honkonq mediamaqnatı, milyarder, mesenat, Ran Ran Şou mükafatının təsisçisi. 19 noyabr 1907-ci ildə anadan olub. Şou adlı qardaşı ilə Shaw Organisation adlı beynəlxalq media şirkətini təsis edib və 1958-ci ildə onu Shaw Brothers adlı aparıcı Asiya kinostudiyasına çevirib. 1967-ci ildə dünyada ən iri teleşirkət olan TVB-ni yaradıb. Mesenatlıqla məşğul olmuş, xeyriyyə, tibbi və təhsil təşkilatlarına kömək etmişdir. 2002-ci ildə öz adına təsis etdiyi nüfuzlu elmi mükafatı "Asiyanın Nobel mükafatı" da adlandırırlar. Mükafatın həcmi bir milyon dollardır və riyaziyyat, astronomiya və tibb sahəsi üzrə verilir.
Eant Telamonid
Ayaks (Ayant, Eant) Telamonid (q.yun. Αἴᾱς Τελαμώνιος) və ya Böyük Ayaks (q.yun. Αἴᾱς Μέγας) — qədim yunan mifologiyasında, Troya mühasirəsində iştirak edən yunan qəhrəmanı. Ona qarşı pərəstiş ilk öncə Saronikos körfəzinin Egina və Salamin adalarında yaranmışdır, burdan da Elladanın digər bölgələrinə yayıldı. Homer onu müharibə tanrısı Ares ilə müqayisə edir və yunanların ən güclüsü adlandırır. "İliada" əsərində əsas Troya qəhrəmanı Hektor və Ayaks bir-biri ilə 8 dəfə qarşı-qarşıya gəlirlər. Döyüşlərin heç birində Hektor qalib gələ bilmir. Hətta döyüşlərin ikisində Hektor az qala ölümlə üzləşir ki, Appolon və Troya ordusu onun köməyinə yetirlər. Döyüşlərdən birində Axilles öldürülür. Ayaks canını təhlükəyə ataraq, onun bədənini döyüş meydanından çıxardır.
Hrant Dink
Hrant Dink (erm. Հրանդ Տինք; 15 sentyabr 1954, Malatya – 19 yanvar 2007, İstanbul) — erməni əsilli Türkiyəli jurnalist, Aqos qəzetinin baş redaktoru. 2007-ci ilin 19 yanvar tarixində, yerli vaxtla saat 15:00 — də İstanbulda işlədiyi redaksiya binasının qarşısında sui-qəsd nəticəsində öldürülmüşdür. == Həyatı == Hrant Dink 1954-cü ildə Malatya şəhərində anadan olmuşdur. Atası və anası Sivas ilindən olan Hrant ailəsi 1961-ci ildə İstanbul şəhərinə köçmüşdür. Ailə daxili münaqişələr səbəbindən, Hrant ailəsi 1961-ci ildə dağılmışdır. Valideynlərinin ayrılması səbəbindən Hrant Dink və digər iki qardaşı ilə birlikdə Gedikpaşa Erməni Uşaq Evinə verilmişdir. Hrant Dink gənclik illərində siyasətlə maraqlanırdı. Əsasən solcu qüvvələri müdafiə edən Hrant Kommunist Partiyası ilə əlaqə yaratmağa başladı. Orta təhsilini bitirdikdən sonra, Hrant İstanbul Universitetinə daxil olur.
Hyu Qrant
Hyu Qrant (ing. Hugh Grant; 9 sentyabr 1960[…]) — britaniyalı aktyor. Qrant, kino karyerası boyu ömürlük müvəfəqiyyətli karyerasına görə Fəxri Sezar mükafatı, Stenli Kubrik mükafatı və Piter Sellers adına mükafata layiq görülüb. Qrantın rol aldığı filmlər 2 milyarddan artıq gəlir əldə edib. == Karyerası == Qrant, kinoya ilk dəfə diqqətə Moris filmiylə gəlib. Filmdə canlandırdığı obraz ilə Venesiya Film Festivalında mükafata layiq görülüb. Dünyaca məşhurlaşması isə 4 Toy, 1 Dəfn filminin ardından oldu. Filmdəki roluna görə Qızıl Qlobus, BAFTA mükafatlarına layiq görüldü, həmçinin David di Donatello mükafatına namizəd göstərildi. Sonrakı il Hissiyyat və həssaslıq (1995) filmində rol aldı. Ən yaxşı filmə görə Oskar mükafatına namizəd göstərilən film bu mükafata namizəd göstərilən sayca üçüncü Hyu Qrant film idi.
Keri Qrant
Keri Qrant (ing. Cary Grant; əsl adı Arçibald Aleksandr Liç; 18 yanvar 1904[…], Bristol, Birləşmiş Krallıq – 29 noyabr 1986[…], Davenport[d], Ayova) — ABŞ və Böyük Britaniya aktyoru. == Həyatı == Arçibald Aleksandr Liç (Keri Qrant) 18 yanvar 1904-cü ildə Bristol adlanan ingilis şəhəri yaxınlığında anadan olmuşdur. Buna baxmayaraq, onun bütün fəaliyyəti Hollivudla bağlı olmuşdur. Yeniyetmə vaxtı o, avara akrobat truppasına qəbul olunmuşdur. Tezliklə o, özünəməxsus oyun tərzini təkmilləşdirir. Arçibald 1932-ci ildə ilk dəfə olaraq, Hollivuda gəlir. "Paramount Pictures" kino şirkətinin sahibləri onun üçün məhz burada "Keri Qrant" kimi səslənən səhnə təxəllüsünü fikirləşirlər. Bu, ona potensial rəqib hesab olunan Qeri Kuperin adının dəqiq olmayan anaqramı idi. Şöhrət Keri Qrantı tamamilə təsadüf nəticəsində tapır.
Marşa Hant
Marcia Virginia Hunt (17 oktyabr 1917, Çikaqo, İllinoys – 7 sentyabr 2022, Şerman Ouks[d], Kaliforniya) — amerikalı kino və televiziya aktyoru.
Nant (rayon)
Nant (fr. Nantes) — Fransanın Luara torpağı regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Luar-Atlantik. Suprefektura — Nant. Rayon əhalisi 2006-cı ildə 766 650 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 362 nəf / km². Rayon ərazisi — 2118 km².
Nant FK
Football Club de Nantes - ya da ümumi deyişlə FC Nantes, 1943-ci ildə Fransanın Nant şəhərində quruldu. rəngləri Sarı - Yaşıldır. Oyunlarını 38,285 nəfərlik Stade de la Beaujoire-Louisdə oynamaqdadır. Komanda Marcel Desailly, Didier Deschamps, Mickaël Landreau kimi oyunçuları yetişdirib. Komandanın 8 Liqa 1, 3 Fransa Kuboku və 2 Fransa Super Kuboku çempionluğunu yaşayıb.
Nant razılaşması
Nant razılaşması (fr. Édit de Nantes) — Fransa kralı IV Henri tərəfindən 1598-ci ildə imzalanan dini məzmunlu razılaşma. 1598-ci ildə Fransa əhalisinin 80% katolik idi. Nant razılaşmasına əsasən Kalvinizm və Protestantlıq məhzəbinin sahiblərinə geniş hüquqlar verilmişdir. Bununla ölkədə dini balansın formalaşması yolunda böyük bir addım atıldı. IV Henrinin bir başa dəstəyi ilə hazırlanan razılaşma Fransada din sahəsində həyata keçirilən ən böyük islahatlardan hesab olunurdu. Razılaşmadan sonra Fransada XVI əsrə qədər davam edən dini qarşıdurmalara son qoyuldu. Nant razılaşmasında Fransada yaşayan digər din sahiblərinə qarşı, diqqətli davranmaq tələb edilirdi. Lakin müsəlmanlar qarşı bu dövrdə dini yöndə İspaniyada aparılan rekonkista hərəkatına qarşı heç bir fikir bildirilmirdi. Nant razılaşması 1685-ci ildə kral XIV Luis tərəfindən ləğv edilmişdir.
Page Rank
Page Rank, Google-un veb səhifələrə 0-dan 10-a qədər verdiyi dəyər şkalasıdır. Bu dəyər ümumi olaraq xüsusi bir məzmuna bağlantı və keçid verən səhifə keyfiyyətinə bağlıdır. Page Rank dəyəri saytınızın Google axtarış mühərrikində internet istifadəçiləri tərəfindən axtarış aparıldığında ilk 10 nəticənin daxilində olmasını təmin edir. Google axtarış mühərriki, Stendford Universitetində doktoranturanı müdafiə edən iki tələbə Larri Peyc və Sergey Brin tərəfindən 1998-ci ildə qurulduğu zaman axtarış nəticələrini patentli Page Rank texnikası üzərində inkişaf etdirdilər, buna görə də Page Rank patenti də Google-a deyil Stendford Universitetinə məxsusdur. Google Page Rank A səhifəsindən B səhifəsinə keçid olduğunda bunu qeyd edər. Eyni zamanda səhifənin haqqının yeyilməməsi üçün bəzi məzmun analizləri də edər. Page Rank yəni səhifə dəyəri saytın təbii quruluşuna və link məzmununa uyğun olaraq saytın dəyərinin bir göstəricisidir. Google, eyni zamanda spam məqsədli saytları Google ban ilə cəzalandırıb bütün indexlərini silərkən, yeni açılan saytlarında sürətli bir şəkildə axtarış nəticələrində yüksəlməsinə maneə törədən Google Sandbox sistemlərini də istifadə etməkdədir. Sandbox-a girən bir veb səhifə 3–6 ay boyunca nə qədər yaxşı olursa olsun, Google tərəfindən sınanır və müəyyən bir müddətin sonunda axtarış nəticələrində daha yaxşı bir yerə gətirilir.
Qant diaqramı
Qant diaqramı (ing. Gantt chart, rus. Диаграмма Ганта) — Sütunlu diaqramın populyar növü. Əsasən layihələrin planını, işlərin qrafikini təsvir etmək üçün istifadə olunur. Layihələrin planlaşdırılması metodlarından biridir. Layihələrin idarəolunması üzrə həm masaüstü sistemlərdə, həm də veb-proqramlarda istifadə olunur. Diaqramın ilk formatı 1910-cu ildə Henri L.Qant (Henry Gantt, 1861–1919) tərəfindən işlənib hazırlanıb. İş planlaması tələb edən bir çox sektorda istifadə olunduğundan aktuallığını hələ də qorumaqdadır. Qant diaqramı 2 əsas hissədən ibarətdir: görüləcək işlərin adlarının qeyd olunduğu hissə və görüləcək işlərin başlama ilə bitmə zaman aralığı. Zaman aralığı düzbucaqlı formasında təsvir olunur.
Qrant Avakyan
Qrant Arsenoviç Avakyan (erm. Ավագյան Հրանտ Արսենի, rus. Авакя́н Грант Арсе́нович; 15 oktyabr 1924, Bakı – 28 fevral 2017, Krasnodar) — SSRİ hərbçisi, polkovnik. O, İkinci Dünya müharibəsində iştirak etmişdir. Qrant Arsenoviç Avakyan 15 oktyabr 1924-cü ildə Azərbaycan SSR-nin paytaxtı Bakı şəhərində bir erməni ailəsində anadan olmuşdur. O, 1941-ci ildən Sovet Ordusunda xidmət etmiş, İkinci Dünya müharibəsində iştirak etmişdir. Avakyan Şimali Qafqaz, 3-cü Ukrayna, 1-ci Belorusiya cəbhələrində döyüşmüşdür. O, Berlinin alınması uğrunda döyüşlərdə iştirak etmişdi. Avakyan 1945-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, 1953-cü ildə Vladimir Lenin adına Hərbi Siyasi Akademiyanı bitirmişdir.
Qrant Qastin
Tomas Qrant Qastin (ing. Thomas Grant Gustin; 14 yanvar 1990, Norfolk, Virciniya) — ABŞ aktyoru, musiqiçisi və rəqqası. Berri Ellen rolu ilə The CW kanalının hit serialı olan olan Fləş serialında, həmin rol ilə Ox serialında (hər ikisi DC Comics-dəki eyni adlı obrazlara əsaslanır), eləcədə Sebastian Simayt rolu ilə Fox-da yayımlanmış olan Qli ilə tanınır. Qrant, Virciniya ştatının Norfolk şəhərində dünyaya gəlib. O, tibb bacısı olan Tina Haney və kollecdə professor kimi fəaliyyət göstərən Tomas Qustinin oğludur. Orta məktəb illərində öz şəhərindəki İncəsənət üzrə qubernatorlar məktəbi proqramına musiqili teatr üçün qatılır. O həmçinin Hurrah Players Incorporated adlı digər teatr məktəbinə də getmişdir. 2008-ci ildə Qranbi Orta Məktəbindən məzun olduqdan sonra 2 il ərzində Şimali Karolinada yerləşən Elon Universitetinə BFA Musiqi Teatrna fakultəsinə daxil oldu. Qərb Tərəfinin Hekayəsi adlı dirçəliş turu çərçivəsində burada Babi Con rolu üçün məktəbi tərk etdi və 30 sentyabr 2010-cu ildən 23 sentyabr 2011-ci ilə qədər layihədə iştirak etdi. 8 noyabr 2011-ci ildə Qli serialında Dalton Varblers Akademiyası adlı qey klubunun üzvü olan Sebastian Simayt rolunu ifa etməyə başladı.
Qrant Vud
Qrant Devolson Vud (ing. Grant DeVolson Wood; 13 fevral 1891[…] – 12 fevral 1942[…] və ya 13 fevral 1942, Çikaqo, İllinoys) — ABŞ-lı rəssam. Çəkdiyi rəsmlərdə əsasən Orta Qərbin kəndli və fermerlərinin həyat tərzini təsvir edirdi. Müəllifi olduğu ən məşhur əsər Amerikan qotikası adlanır.
Qrant zebri
Qrant zebri (lat. Equus quagga boehmi) — Düzənlik zebri növünə daxil ola yarımnöv. Əsasən Serengeti ekoregionu və Masai Mara qoruğunda yayılmışlar. Ölkə baxımından isə Zambiya, Konqo Demokratik Respublikası, Tanzaniya və Keniyanın cənub-qərb hissəsini əhatyə edir. Bu canlıların uzunluğu 120–140 sm, çəkisi 300 kq ola bilir. Ailələr şəklində yaşayırlar. Hər ailədə 18 fərd ola bilir. Qrupu erkək rəhbər idarə edir. Bu canlıların orta ömür müddəti 20 ildir. Savanna zonasında yaşayırlar.