Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Federal Rezerv Sistemi
Rezeda
Rəzdərə
Rəzdərə — Azərbaycan Respublikasının Zəngilan rayonunun Rəzdərə kənd inzibati ərazi dairəsində kənd.Rəzdərə kəndi Bəsit çayın sahilində, dağətəyi ərazidədir. Rizədərə variantında da qeydə alınmişdir. Kənd adını eyniadli dərənin adından almışdır. Oykonimin razdar adlı ağacin adı ilə bağlı olduğu güman edilir. Dərənin adını İran dillərindəki raz (cir üzüm tanayi) sözü ilə da əlaqələndirirlər.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 4 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Rəzgov
Rəzgov — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 387 nəfərdir. == Toponimiyası == Yerli əhalinin dilində kəndin adı Rəzqo variantında tələffüz olunur. Oykonim talış dilindəki rəz (qara, cır üzüm tənəyi) və qo (yer) sözlərindən düzəlib, “tənəklik” mənasındadır. Yaşayış məntəqəsi eyniadlı ərazidə salınmışdır.
Tezeri
Tezeri (gürc. ტეზერი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 783 nəfər idi. 2014-cü ildə 620 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, IX cild, səh.
Vəzəri
Vəzəri (lat. Lepidium sativum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin bozalaq cinsinə aid bitki növü. == Sinonimləri == Arabis chinensis Rottler ex Wight Cardamon sativum (L.) Fourr. Crucifera nasturtium E.H.L.Krause Lepia sativa (L.) Desv. Lepidium hortense Forssk. Lepidium sativum var. crispum DC. Lepidium sativum subsp. sativum sativum Lepidium sativum var. spinescens (DC.) Jafri Lepidium sativum subsp. spinescens (DC.) Thell.
Xəzər-problemə nəzər (film, 1977)
== Məzmun == Film Xəzərin probleminə həsr olunmuşdur. Filmdə problemlə bağlı alimlərdən T. İsmayılov, L. Qasımov, Ziya Bünyadov çıxış edirlər.
Nəzər
Nəzər - canlı və ya cansız bir varlığın başına qəza və ya bəla gəlməsinə səbəb olduğuna inanılan baxış. Şər baxış. Nəzərdən xüsusilə uşaqların, hamilələrin və ya heyvanların təsirləndiyini inanılar. == Etimologiya == Göz sözü türkcədə görmə orqanı mənasını verdiyi kimi eyni zamanda xalq arasında "kəm göz" yəni pis niyyətli baxış, (farsca mənşəli kəm sözü pis, şər mənalarına gəlir) mənasında da istifadə edilər. Ərəbcə "nəzər" sözü də göz və baxış mənalarına gəlir. Keçmişdə cadugərlərin və şamanların gözlərində pis güclərin yerləşdiyine inanırdılar. Buna görə bu baxışların təhlükəli bir güc saxladığı düşünülərdi. Bəzi xalqlarda kəm gözün obyektləri belə çatlatabildiğine inanılar. "Nəzər muncuğu" bu enerjini özünə çəkərək yox edəcəyi fikri geniş yayılmışdır. Sözün köz "atəş parçası" ilə əlaqəsi də diqqət çəkicidir.
Reper
Rep — repçi tərəfindən ifa edilən danışılan və ya oxunan qafiyələşmiş lirikadır. == Tarixi == "Rep" musiqisi 1970-ci illərdə Amerikada yaranmışdır. Ağdərililər tərəfindən qəbul edilməyən bu musiqi növü sıxışdırılıraq tənqid olunurdu. O vaxtın musiqi mütəxəssisləri repin zəncilərin öz içlərində böyüyüb elə öz içlərində də məhv olacağını söyləyirdilər. Lakin bütün bunlara baxmayaraq, qısa bir zaman çərçivəsində rep bütün Avropada yayılmağa başladı.
Rəzey
Rəzey — Cənubi Azərbaycanın Ərdəbil ostanının Meşkinşəhr şəhristanının Ərşəq bəxşində şəhər və bu bəxşin paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,749 nəfər və 413 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Rəzən
Rəzən — İranın Həmədan ostanında şəhər. Həm də Rəzən şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,390 nəfər və 2,871 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Xəzər
Xəzər dənizi (az.-əbcəd خزر دنیزی‎; qaz. Каспий теңізі; rus. Каспийское море; türkm. Hazar deňzi; fars. دریای خزر‎) — Yer kürəsində ən böyük axmaz göl. Avropa və Asiyanın kəsişməsində yerləşir. Dibində okean tipli yer qatı yerləşdiyinə və dəniz ölçülərinə malik olduğuna görə dəniz adlanır. Suyun səviyyəsi dəyişkəndir, hazırda o okean səviyyəsindən təqribən – 28 metr aşağıdır. Xəzər dənizi dünyanın ən böyük su hövzəsidir və dünya göl sularının 44%-ni təşkil edir. Səviyyə tərəddüdündən asılı olaraq (10–20 %) dəyişməyə məruz qalır və orta hesabla 370 min km2 sahəni əhatə edir.
Ərzev
Ərzev (ərəb. أرزيو‎, fr. Arzew) — Əlcəzairin şimalında, Vəhran vilayətində kommuna və liman şəhəri. == Coğrafi mövqe == Kommuna vilayətin şimal-şərq hissəsində, dəniz səviyyəsindən 131 metr (430 ft) yüksəklikdə yerləşir.Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 400 kilometr (250 mil) qərbdə və Vəhran vilayətinin inzibati mərkəzindən 35 kilometr (22 mil) şimal-şərqdə yerləşir.
Ayaz Nəzərov
Ayaz Azər oğlu Nəzərov (16 iyul 1998, Bozalqanlı, Tovuz rayonu — 11 yanvar 2022, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid. == Həyatı == Ayaz Azər oğlu Nəzərov 16 iyul 1998-ci ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. O, Tovuz Dövlət Sosial-iqtisadi kollecinin məzunu olub. Ayaz Nəzərov ailənin 2-ci oğludur. Subay idi. == Hərbi xidməti == Ayaz Nəzərov 2 il 6 ay idi ki, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq çalışırdı. Ermənistan silahı qüvvələrinin yanvarın 11-də Azərbaycan-Ermənistan Dövlət Sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribat nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olmuşdur. Onun nəşi yanvarın 12-də doğulub boya-başa çatdığı Tovuz rayonun Bozalqanlı kənd qəbiristanlığında dəfn olunub.Mərasimdə rayon İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, şəhər sakinləri və şəhidin hərbçi yoldaşları iştirak ediblər. Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-cü il tarixli Sərəncamına əsasən Ayaz Nəzərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Ağaxan Nəzərov
Bala Nəzərov
Bala Sərxuş oğlu Nəzərov (10 avqust 1921, Balaxanı, Bakı qəzası – 26 noyabr 2005) — Tibb elmləri namizədi. Azərbaycan SSR-nin Əməkdar həkimi (1964). == Həyatı == Bala Nəzərov 1921-ci ildə Bakının Balaxanı kəndində anadan olmuşdur. Atası və əmisi xalq düşməni kimi 20 il azadlıqdan məhrum edilmiş, iki dayısı isə güllələnmişdir. Buna baxmayaraq, 1939-cu ildə orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olmuş və 1943-cü ildə müalicə profilaktika fakültəsini bitirmişdir. Tibb İnstitunun 4-cü kursunda oxuyarkən Xəzər Dəniz Səhiyyə İdarəsinin “Paris Kommunası” adına hövzə poliklinikasında həkim-cərrah kimi fəaliyyətə başlamışdır. İnstitutu bitirdikdən sonra Balaxanıda 5 saylı ambulatoriyada baş həkim, hövzə xəstəxanasında ordinator işləmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən dağ rayonları xəstəxanalarında cərrahiyyə şöbələri yaratmaq məqsədilə 1946-1948-ci illərdə Bala Nəzərov Gədəbəy və Lerik rayonlarına göndərilmişdir. Bala Nəzərov 1950-ci ildə Lerik rayon səhiyyə şöbəsinin müdiri vəzifəsinə təyin edilir. Həmin rayonun Şingədulan və Veri sovetliklərində 25 çarpayılıq xəstəxana açılmasına müvəffəq olmuşdur.
Dimitri Nəzərov
Dmitri Nazarov (4 aprel 1990, Tayınşa[d]) — Azərbaycanlı futbolçu. Almaniyanın 3-cü Liqa təmsilçisi "Ertsqebirqe Aue" komandasında çıxış edir. Dimitri Nazarov həmçinin 2014-cü ildən Azərbaycan yığmasının uğurları üçün çalışır. Azərbaycan yığmasında 35 oyunda meydana daxil olan Dimitri Nəzərov 8 qol vurub. == Həyatı == Dimitri Nəzərov 4 aprel 1990-cı ildə Qazaxıstanın Tayınşa şəhərində anadan olub. Babası əslən azərbaycanlı olan Dimitri Nəzərov, 1 yaşı olanda ailəsi ilə birgə Almaniyaya köçüb. == Komanda karyerası == === Karlsrue FK === == Nəticələri == == Azərbaycan yığması karyerası == 2014-cü ilin may ayında Dimitri Nəzərov, Berti Foqts tərəfindən Amerika Birləşmiş Ştatları ilə oyun üçün Azərbaycan yığmasının heyətinə çağırıldı. 27 may 2014-cü ildə ABŞ-yə qarşı baş tutan yoldaşlıq oyununda, 60-cı dəqiqədə Vaqif Cavadovun əvəzinə meydana daxil olaraq Azərbaycan yığmasında debüt etdi. Dimitri Nəzərov 9 sentyabr 2014-cü ildə Bolqarıstana qarşı keçirilən UEFA Avro 2016-nın seçmə mərhələ oyununda 35 metrədən möhtəşəm qol vuraraq Azərbaycan yığmasında birinci qolunu vurdu. 2015-ci ildə Dimitri Nəzərov UEFA Avro 2016-nın seçmə mərhələsində Malta ilə baş tutan və Serbiyaya qarşı keçirilən yoldaşlıq oyunda qol vurdu.
Eldəniz Nəzərov
Nəzərov Eldəniz Dəmir oğlu (6 yanvar 1970, Yeni Daşkənd, Bərdə rayonu – 25 avqust 1993, Bərdə) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nəzərov Eldəniz Dəmir oğlu 6 yanvar 1970-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. 1977–1987-ci illərdə Yeni Daşkənd kənd orta məktəbində oxumuşdur.Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. 10 noyabr 1992-ci ildə Bərdə RHK tərəfindən Milli Orduya çağırılmışdır. N saylı hərbi hissənin atıcısı olmuşdur. Müxtəlif silahlardan istifadə etməyi məharətlə bacarmış, Marağa, Marquşavan döyüşlərində 9 erməni silahlısını əsir götürərək hərbi hissəyə təhvil vermişdir. Ayrı-ayrı vaxtlarda xeyli sayda düşmənin canlı qüvvəsini də məhv etmişdir. Sıravi əsgər Eldəniz Nəzərov 25 avqust 1993-cü ildə Ağdam rayonundakı döyüşlərdə ağır yaralanmış, Bərdə rayon xəstəxanasına çatdırılsa da, şəhid olmuşdur.Bərdə rayonunun Yeni Daşkənd kəndində dəfn olunmuşdur.Subay idi. == Xatirəsi == EL TV "Əsgər" verilişinin 2015-ci il tarixli "Qarabağ şəhidləri" rubrikasında Eldəniz Nəzərovun həyatı və döyüş yolu haqqında sənədli film yayımlamışdır.
Elməddin Nəzərov
Elməddin İsmayıl oğlu Nəzərov (22 noyabr 1996; Masallı rayonu, Azərbaycan — 30 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Nəzərov 1996-cı il noyabrın 22-də Masallı rayonunun Binə Xocavar kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elməddin Nəzərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Nəzərov oktyabrın 30-da Qubadlının azad edilməsi zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Nəzərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Nəzərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Nəzərov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Emin Nəzərov
Emin Zahir oğlu Nəzərov (20 fevral 1992; İkinci Varlı, Salyan, Azərbaycan — 30 sentyabr 2020; Kəlbəcər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçu'su, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Emin Nəzərov 20 fevral 1992-ci il tarixində Salyan rayon 2-ci Varlı kəndində anadan olub. Salyan rayonu, İkinci Varlı kənd orta məktəbində təhsil alıb. 2010–2011-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Emin Nəzərov Kəlbəcər döyüşlərində savaşıb. 30 sentyabr 2020-ci ildə Kəlbəcər rayonu istiqamətində şərti adı "Üçtəpələr" döyüş mövqeyi istiqamətində hərbi əməliyyatlar nəticəsində zamanı şəhid olub. 9 dekabr 2020-ci il tarixdə İkinci Varlı kənd qəbiristanlığında dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Nəzərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emin Nəzərov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emin Nəzərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Mikayıl Nəzərov
Mikayıl Əziz oğlu Nəzərov (d. 1933, Bakı – ö. 2009, Bakı) — Azərbaycan sovet və partiya xadimi. == Həyatı == M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu və Sov.İKP MK yanında Ali Partiya məktəbini bitirmişdir. Azərbaycan KP Lenin RK-də təlimatçı, şöbə müdiri vəzifələrində işləmişdir. 1966-cı ildə Azərbaycan KP Lenin RK-nin Katibi seçilmişdiir. 1968-ci ildən partiya işinin təşkili şöbəsində inspektor, MK–nin ikinci Katibinin köməkçisi, 1971-ci ildən isə ticarət, plan və maliyyə təşkilatlarının şöbə müdiri olmuşdur. 1982-ci ildən Azərbaycan KP MK-nin ticarət və məişət xidməti şöbəsinin müdiri, 1986-cı ildən Azərbaycan SSR Nazirlər Sovetinin işlər müdiri olmuşdur. 1990-cı ildən Azərbaycan Respublikası Prezidenti aparatının rəhbəri, 1991-ci ildən isə Azərbaycan Respublikası Prezidentinin işlər müdiri olmuşdur. Mikayıl Nəzərov VIII–XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
Nazim Nəzərov
Nazim Nəzərov - Azərbaycanın Cənub, Şərq rayonlarında “Toksoplazmoz və listerioz xəstəliklərinin epidemioloji xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyası üzərində çalışan alim. == Həyatı == 1991-ci ildə, elmi tədqiqat ərəfəsində elmi rəhbəri,mərhum görkəmli tədqiqatçı alim,tibb elmləri doktoru,professor Firudin Abuşovun təşəbbüsü ilə İran İslam Respublikasında olmuş,Tehranın Paster İnstitutunda dünya şöhrətli alimlər Baltazar və Bəhmənyarın davamçısı olan Osmar Mehtinin başçılıq etdiyi institutda 30 dəqiqəlik məruzə ilə çıxış etmişdir. Paster İnstitutu ilə yanaşı Nazim Nəzərov Moskva, Odessa, Vladimir, Omsk, Daşkənd və s. Şəhərlərinin Elmi Tədqiqat İnstitutları ilə də sıx əlaqə quraraq tədqiqat işləri üçün lazım olan avadanlıq və reaktivləri bu institutlardan əldə etmişdir. Tədqiqat işinə maraq artığından Rusiya Tibb Elmləri Akademiyasının akademiki,Ümumdünya SəhiyyəTəşkilatının Rikketsiozlar üzrə ekspert komissiyasının sədri S.V.Taraseviç,Odessa ET Virusların epidemiologiyası institutunun labaratoriya müdiri t.e.d.,professor M.M.Malikova,Azərbaycanın əməkdar elm xadimi akademik Musa Musayev,akademik N.N.Əliyev və digər görkəmli elm xadimləri N.T.Nəzərovun elmi tədqiqatlarını çox yüksək qiymətləndirmişlər.Onuda qeyd edək ki, N.T.Nəzərov indiyə qədər tibbi mövzuda yazdığı 5(beş) kitabın,10 elmi əsərin müəllifidir. Tədqiqatçı alim kimi işlətdiyi müddət ərzində həm mərkəzi xəstəxana,həm də Səhiyyə Nazirliyi tərəfindən dəfələrlə təltif olunmuşdur. 1982,1983,1986-cı ildərdə Yardımlı RMX-sı tərəfindən tərifnamələrlə,22.06.1983-cü ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərifnamə ilə,1987-ci ildə Azərbaycan Respublikası Qırmızı Xaç Aypara Cəmiyyətinin,keçmiş SSRİ Qırmızı Xaç Aypara Cəmiyyətinin təşəkkürnamələrinə layiq bilinmişdir. 1987-ci ildə “Səhiyyə Əlaçısı”döş nişanı ilə təltif edilmiş.2003-cü ildə “Vektor”Beynəlxalq Elm Mərkəzi tərəfindən”XXI əsr Azərbaycanın tanınmış həkimləri “Ensiklopedik kitabına düşmüş və “Azərbaycanın tanınmış həkimi” Beynəlxalq diplomuna layiq görülmüş,2006-cı ildə “XXİ əsr Azərbaycan ziyalısı” kimi tanınmış.2007-ci ildə “Türk Dünyası Uluslararası Beynəlxalq Elmlər Akademiyasının “Fəxri professoru seçilmiş və “Türk Dünyasına xidmət”Beynəlxalq mükafata və diploma layiq görülüb. 2009-cu ildə Birləşmiş Millətlər Təşkilatının “I dərəcəli Hippokrat ordeni” ilə təltif edilmişdir. N.T.Nəzərov Fəaliyyət göstərdiyi müddət ərzində media və digər təşkilatlar tərəfindən ardıcıl olaraq Fəxri diplomala təltif edilmişdir.
Nezera cathartica
İşlədici kətan (lat. Linum catharticum) — kətan cinsinə aid bitki növü. == Sinonim == Cathartolinum catharticum (L.) Small Cathartolinum pratense Rchb. [Illegitimate] Nezera cathartica (L.) Nieuwl.
Nəzəri astronomiya
Nəzəri astronomiya — astronomik obyektləri və astronomik hadisələri təsvir etmək üçün fizika və kimyanın analitik modellərini istifadə etməkdir. Ptolemaiosun Almagest nəzəri astronomiya üzərinə mükəmməl bir məqalə ilə birlikdə hesablama üçün praktik bir əl kitabı olsa da, yenə də uyuşmayan müşahidələri uzlaşdırmaq üçün bir çox güzəşt verməyi ehtiva edir. Nəzəri astronomiya ümumiyyətlə Johannes Kepler (1571–1630) və Keplərin qanunları ilə başlamış olaraq qəbul edilir. Müşahidə ilə bərabərdir. Astronomiyanın ümumi tarixi XVI əsrin sonundan XIX əsrin sonuna qədər Günəş Sisteminin identifikator və nəzəri astronomisinin tarixiylə əlaqədardır. Müasir astronomiya tarixindəki əsərlər arasında ümumi tarixlər, milli və təşkilati tarixlər, cihazları, identifikator astronomiya, nəzəri astronomiya, konumsal astronomiya və astrofizika yer alır. Göy elm, ulduzlar və qalaktik formalaşması və səma mexanikası modellemek üçün hesablama texnikalarını mənimsəmək üçün erkəndən başlamışdı. Nəzəri astronomiya baxımından, riyazi ifadə məqbul dərəcədə doğru olmalıdır, ancaq spesifik problemlərdə istifadə edildiyində, daha irəli riyazi analizə tabe tutula bilən bir formada olmalıdır. Bilinən gərçək, nəzəri astronomiya, göylərdə olan hər ulduzun yerini, ölçüsünü və istiliyini təxmin edə bilməz (və deyilməz). Nəzəri astronomiya, göy cisimlərinin görünüşcə kompleks, lakin vaxtaşırı hərəkətlərini analiz edərək cəmlənmişdir.
Nəzəri fizika
Nəzəri fizika — fizikanın obyektlərin və sistemlərin riyazi modellərindən və mücərrədliyindən yararlanaraq təbiət və kainatda baş verən hadisələri izah eləməyə, təxmin eləməyə və səmərəliləşdirməyə çalışan bölməsidir. Eksperimental fizikanın "əksi" sayıla bilər. Eksperimental fizika alətlərdən və cihazlardan istifadə edərək həmin təbiət və kainat hadisələrini incəliklərini ayırd eləməyə çalışır. Elmin inkişafı təcrübələrlə nəzəriyyənin arasındakı əlaqədən asılıdır. Bəzi hallarda isə nəzəri fizika riyaziyyatın ciddi standardları ilə vəhdət təşkil edərək təcrübələrə və müşahidələrə kiçik çəki payı saxlayır. Məsələn, xüsusi nisbilik nəzəriyyəsinin inkişaf etdirilməsi dövründə Albert Eynşteyn Lorentz transformasiyalarıla məşğul olarkən Yerin efirdəki sürüşməsi haqqında olan Mayklson-Morli eksperimentinin məlumatlarından heç istifadə eləməmişdi. Amma, Eynşteyn Nobel mükafatını isə fotoelektrik effektini izah etdiyinə görə qazanmışdı, hansı ki, həmin effektin təcrübi nəticələri əldə olunanda nəzəri izahının verilməsində çətinliklər var idi. == Ümumi baxış == Fiziki nəzəriyyə fiziki hadisələrin modelidir. Nəzəriyyənin fərziyyələri müşahidələrlə üst-üstə düşdüyü müddətdə müzakirə olunur. Bir fiziki nəzəriyyənin keyfiyyəti onun vasitəsilə təxmin olunmuş yeni fərziyyələri ortaya qoya bilmə bacarağına görə də ölçülür ki, hansı ki, müşahidələrlə təsdiqlənməlidir.