Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rekom
Rekom (oset. Реком) - əsas 3 osetin ziyarətgahından (Mikalqabirta və Tarancelos) biri, Nart dastanı və osetin mifologiyasındakı məhsuldarlıq tanrısı. Rusiyanın subyekti olan Şimali Osetiya respublikasının Alagir rayonunda yerləşir. Məbədin dəqiq etimologiyası bilinməsə də, bir sıra iddialar mövcuddur. Osetin dilindəki "Hurikom" (Günəş dərəsi) və ya "İrykom" (Osetiya dərəsi) sözlərindən gəlməsi bunlara misal göstərilə bilər. Rekomun etimologiyasının dəqiq öyrənilə bilməməsinin əsas səbəblərindən biri Osetinlərin dini-fəlsəfi dünyagörüşlərinin tam anlaşıla bilməməsidir. Rekomdan bol məhsul , uğurlu otlar və ovçuluq göndərilməsi istənilir . Əfsanəyə görə o, çoxfunksiyalı tanrıdır, əkinçiliklə əlaqəli istəklərdən əlavə olaraq, xəstəliklərdən sağalmaq və pis qüvvələrdən qorunmaq üçün olan duaları da qəbul edir. Alagir dərəsində Rekoma olan dini etiqad geniş yayılmış və iyul ayında onun adına həsr olunmuş bayram qeyd olunmağa başlanmışdır. Bütün həftə davam edən bu bayram günlərində çox sayda mal-qara qurban edilir.
Alkoy
Alkoy (isp. Alcoy) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Vals-d-Alkoy ərazisinin 129,86 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 61417 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 60 km uzaqlıqda yerləşir.
Dərəköy
Dərəköy — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızıl Qoç (Qukasyan) rayonunda kənd. Rayon mərkəzindən 16 km məsafədə yerləşir Ermənilər kəndə 1840-cı illərdən sonra köçürülmüşdür. Toponim Azərbaycan dilində «iki dağ arasında dərin çuxur» mənasında işlənən dərə sözü ilə türk diləndə kənd mənasında işlənən köy sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm.SS AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Sarakyuğ (Dərəkənd) qoyulmuşdur.
Meröy
Meröy (fr. Méreuil, oks. Mereulh) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ser kantonuna daxildir. INSEE kodu — 05076. 2008-ci ildə əhalinin sayı 85 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 42 nəfər (15-64 yaş) arasında 28 nəfər iqtisadi fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 66,7%, 1999-cu ildə 58.7%). 28 aktiv adamdan 26 nəfər (15 kişi və 11 qadın) çalışdı, 2 kişi işsizdi.
Qəvoy
Qəvoy — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Rekha
Rekha (tam. பானுரேகா கணேசன், hind. भानुरेखा गणेशन, ing. Bhanurekha Ganesan; 10 oktyabr 1954, Çennai) — hind aktrisası, müğənni. Rekhanın əsl adı Banurekha Qaneşandır. 10 oktyabr 1954-cü ildə Hindistanda anadan olmuşdur. İki dəfə ailə həyatı qurub. Atası Qemini Qaneşan aktyor, anası Teluqu Puşpavalli aktrisadır. 12 yaşından filmlərə çəkilir. 1988-ci ildə "Qisas yanğısı" filminə çəkilmişdir.
Rekord
Rekord (lat. 'recordum «yadasalınan» ing. record) — hansısa sahədə ən böyük nailiyyət. Daha böyük nailiyyət əldə edən şəxs rekordsmen adlanır.
Rektor
Rektor (lat. rector — idarə edən, rəhbər) — ali məktəbin rəhbəri. Dirçəliş dövründə çoxsinifli məkəblərin baş müəllimləri və müdirləri rektor adlanırdı. Fransada tədris dairəsinin ("Akademiya") rəhbəri də rektor adlanır.
Reryo
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Rəzey
Rəzey — Cənubi Azərbaycanın Ərdəbil ostanının Meşkinşəhr şəhristanının Ərşəq bəxşində şəhər və bu bəxşin paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,749 nəfər və 413 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Lekos
Lekos — "leqlər"in əfsanəvi əcdadı və eponimi. "Qafqaz dağlıları haqqında məlumatlar toplusu"na görə, "Dağıstan dağlılarının əcdadı gürcü qəhrəmanı Lekosun adı, böyük ehtimalla, etnik lakla bağlıdır". Gürcüstan filoloqu A. V. Kiknadzeyə görə, Lekos indiki ləzgilərin əcdadıdır. Strabon leqləri gellərlə birlikdə "skiflər" adlandırır. Bunlar terminin elmi mənasında skiflər deyil. Mixail İxilov belə bir fikrə istinad edir ki, kadusilər bir neçə qohum tayfanın, o cümlədən gellərin və leqlərin ümumi adı olmuşdur. Klavdi Ptolemey "Coğrafiya" əsərində (VI kitab) kadusi və leqləri müəyyən etmiş, gellərin şimalda yaşadıqlarını bildirmişdir. Kay Brodersen bütün mövcud fraqmentləri müqayisə edərək, Plininin mətnindəki "leqlər" sözünün köçürmə zamanı itmiş ola biləcəyini təklif edir.
Bekon üsyanı
Bekon üsyanı - 1676-cı ildə Vircinya koloniyasının Ceymstaun şəhərində zəngin kolonistlərə qarşı başladılmış üsyan hərəkatı. Bekon üsyanı yoxsul və qəzəbli mühacirələrin öz düşmənləri olaraq gördükləri iki qrupa yənilmişdi. Bu qruplardan biri hindular, digəri isə kolinistlərin zəngin və imtiyazlı liderləri idilər. 1676-cı ildə müasir dövrdə mövcud olmayan Vircinya koloniyasının Ceymstaun şəhərində baş vermiş üsyan Şimali Amerikada başqa bir qitədən gəlmiş şəxslərin törətdikləri ilk üsyan hadisəsi kimi də tarixə keçmişdir. Bekon üsyanı aşağı təbəqədən olan qrupları bir mərkəzdə birləşdirmişdir. Üsyana qoşulanlar əsasən salınmış koloniyalardakı çətin şəraitdən narazı olan Avropadan gəlmə sakinlər idi. Sərhəd bölgəsində yaşayan sakinlər üsyana ilk qalxan tərəf olmuşdur. Daha sonra qara dərili qullar və nökərlər olaraq təsnif edilən işçi qrupuda koloniyada yaranmış siniflər arasındakı uçurma öz etirazlarını bildirmək üçün üsyan hərəkatına qoşulmuşdur. Bekon üsyanı Vircinyanın qərb sərhədlərindəki problemlərlə başladı. 1670-cı illərdə zəngin plantatorlar şərqi Vircinyanın böyük hissəsinə nəzarət edirdi.
Bekor Aşot
Bekor Aşot (erm. Բեկոր Աշոտ; 6 oktyabr 1959, Bakı – 24 avqust 1992, Ballıqaya, Ağdərə rayonu və ya Drombon, Ağdərə rayonu) — Qarabağ müharibəsində və Şuşanın işğalında iştirak etmiş erməni əsilli terrorçu. Müharibədə çoxlu yaralar aldığı üçün Bekor (Şüşə qırığı) ləqəbi ilə tanınmışdır. Bekor Aşot öz batalyonu ilə birlikdə Şuşanın işğalında yaxından iştirak etmişdir. Azərbaycan ordusu tərəfindən Ağdərə rayonun Ballıqaya kəndində öldürülmüşdür. Bekor Aşot və ya əsil adı ilə Aşot Qulyan 1959-cu ilin 5 oktyabr tarixində Bakı şəhərində anadan olmuşdur. 1975-ci ildə Qulyanlar ailəsi əvvəlcə Ağdam rayonunun Xındırıstan kəndində, daha sonra isə Xankəndi şəhərinə köçmüşdür. Qarabağda yaşadığı dövrdə sürücü, dərzi və bənna kimi müxtəlif işlərdə çalışan Bekor bu yolla ailəsini dolandırmışdır. Hərbi biliklərinin olmasına görə müharibənin başlamasından az əvvəl kustar üsulla hazırlanmış əl qumbaralarınını düzəldilməsində yaxından iştirak etmişdir. Qarabağ müharibəsinin başladığı 1991-ci ildən etibarən Bekor Aşot əmək fəaliyyətinə son verərək döyüşlərə qatılmışdır.
Bekuy (departament)
Bekuy — Burkina-Fasonun Tuy vilayətinə daxil olan departament. İnzibati mərkəzi Bekuy qəsəbəsində yerləşir.
Belöy qəsri
Belöy qəsri (au de Belœil və ya Château of Belœil) — Belçikanın Haintaunt əyalətinin Belöy bələdiyyəsi ərazisində yerləşən qəsr. XIV əsrdən bəri Ligne şahzadəsi burada yaşayır. Qəsr 1664-cü ildə salınmış valehedici Baroqve bağının ortasında yerləşir. Qəsrə və bağa yaz və yay fəslində səfər etmək mümkündür. Belöy 1394-cü ildə Ligne ailəsinin mülkünə çevrilir. XV əsrin əvvəllərində yerli qəsr ailənin əsas iqamətgahı olaraq seçilir. Köhnə qəsr xəndəklərlə əhatə olunmuş dörtkünc formada idi və dörd bürcdən ibarət idi ki, hər bir bürc bir küncdə yerləşmişdir. Keçən əsrlər müddətində fasad və daxili interyerdə dəyişikliklər olsa da, bu ilkin struktur qorunub saxlanılmışdır. XVII və XVIII əsrdə bu istehkam qalası fransız üslubunda lüks evə (qəsrə) çevrilmişdir.
Bertalan Sekey
Bertalan Sekey (hərdən səhvən Şekeli; əsl adı Bartolomey Sekey, mac. Székely Bertalan, 8 may 1835[…], Kluj-Napoka – 21 avqust 1910[…] və ya 22 avqust 1910, Çinkota[d], Macarıstan krallığı və ya Lvov, Sisleytaniya) — macar rəssam-romantizm. Bertalan Transilvaniyada anadan olmuşdur. Atası məhkəmə katibi idi. Ailəsi onu mühəndis olmasını istəyirdi, ancaq 1851-1855-ci illərdə Cohann Nepomuk Qeiqer və Karl Rahl rəhbərliyi altında Vyana İncəsənətlər Akademiyasında rəsm çəkməyə başlamışdır. 1855-ci ildə Sekey Transilvaniyaya qayıdıb, önümüzdəki üç il ərzində mağazalar üçün əlamətlərin yazılması və rəsm çəkməyi öyrətdi. 1858-ci ildə o, Ayhelburq qraflarının yanında işləmiş, eyni ildə evlənmişdir. 1859-cu ilin qışında rəssam Karl von Piloti ilə təhsilini davam etdirən Münhenə yola düşdü. Bu vaxtdan Sekey, Macarıstan tarixinin hadisələrində kətan üzərində görünməyə daha çox diqqət ayırır. 1862-ci ildə Bertalan Peşt şəhərinə köçdü.
Bülent Ərsoy
Bülent Ərsoy (türk. Bülent Ersoy; 9 iyun 1952, İstanbul) — Məşhur türk sənətçisi, transseksual. Məşhur türk sənətçisi Bülent Ərsoy əməliyyatla cinsiyyətini dəyişdirib. Əsl adı Bülənt Ərkoç olan bu sənətçi məşhurlaşdığı vaxt, 1970-ci illərdə görünüşünü sürətlə dəyişdi. Kişi olduğu halda səhnəyə qadın qiyafətlərində çıxmağa başladı. O illərdə bu hərəkət diqqəti cəlb etməyə bilməzdi, ona görə də bu müğənni sərt təpkilərlə qarşılaşdı. 1981-ci ildə Londonda keçirdiyi cinsiyyət dəyişdirmə əməliyyatı ilə qadın olan bu kişi-qadın müğənni indi də məşhur müğənnilər siyahısındadır. Bu əməliyyata sənətçi 40 min dollar ödəmişdi. O, kişi olduğu dövrə aid fotoşəkillərinin mətbuatda yayımlanmasından çox narahat olur. Vaxtilə kişi olduğunu unutmaq istəyən Bülənt Ersoy plastik əməliyyatlardan sonra cinsiyyətindən əlavə dərisinin rəngində, dodaqlarında, yanaqlarında, burnunda, qaşlarında və bir çox başqa yerlərində də dəyişikliklər etdirib.
Bülənt Ərsoy
Bülent Ərsoy (türk. Bülent Ersoy; 9 iyun 1952, İstanbul) — Məşhur türk sənətçisi, transseksual. Məşhur türk sənətçisi Bülent Ərsoy əməliyyatla cinsiyyətini dəyişdirib. Əsl adı Bülənt Ərkoç olan bu sənətçi məşhurlaşdığı vaxt, 1970-ci illərdə görünüşünü sürətlə dəyişdi. Kişi olduğu halda səhnəyə qadın qiyafətlərində çıxmağa başladı. O illərdə bu hərəkət diqqəti cəlb etməyə bilməzdi, ona görə də bu müğənni sərt təpkilərlə qarşılaşdı. 1981-ci ildə Londonda keçirdiyi cinsiyyət dəyişdirmə əməliyyatı ilə qadın olan bu kişi-qadın müğənni indi də məşhur müğənnilər siyahısındadır. Bu əməliyyata sənətçi 40 min dollar ödəmişdi. O, kişi olduğu dövrə aid fotoşəkillərinin mətbuatda yayımlanmasından çox narahat olur. Vaxtilə kişi olduğunu unutmaq istəyən Bülənt Ersoy plastik əməliyyatlardan sonra cinsiyyətindən əlavə dərisinin rəngində, dodaqlarında, yanaqlarında, burnunda, qaşlarında və bir çox başqa yerlərində də dəyişikliklər etdirib.
Cekob Moreno
Cekob Levi Moreno (18 may 1889, Buxarest- 14 may 1974, Nyu-York) — rumın mənşəli amerikalı sosioloq və psixoloq, sosiometriyanın və sosioterapevtik vasitə olan qrup psixoterapiyasının (psixodram metodu) yaradıcısı. O, Buxarestdə anadan olmuş , beş yaşı olanda ailəsi ilə Vyanaya köçmüş və burada oxumağa başlamış , orta təhsilini isə Almaniyada bitirmişdir. Ali təhsilini Vyana universitetində almış, əvvəlcə fəlsəfəni, sonra isə tibbi öyrənmişdir.1915-ci-ildən 1917-ci-ilə qədər o, Mittendorfda (Avstriya) qaçqınlar düşərgəsinin həkimi və komendantı olmuşdur. Məhz burada o, sağlam cəmiyyətdə şəxsiyyətlərarası münasibətlərin əhəmiyyətli olması barədə özünün ilkin müşahidələrini aparmışdır.1918-ci ildən 1925-ci ilədək Moreno psixiatriya təcrübəsi ilə məşğul olmuşdur. Bu müddətdə onun ilk elmi işləri alman dilində yazılmış və dərc edilmişdir. Elə bu dövrdə o, gənc müəlliflərin , xüsusilə Martin Buberin çap olunduğu "Daymon" jurnalını nəşr etdirir. 1925-ci ildə Moreno Nyu York şəhərinə köçdü. Burada psixiatr kimi işləyirdi və psixodramatika ilə davam etdirdi. O, Sİng Sing kimi məktəblərdə ə cəzaçəkmə müəssələrində qrup terapiyası təqdim etdi və onun tədqiqatlarının nəticələrini 1934-cü ildə nəşr olunan "Who Shall Survive?: Foundations of Sociometry, Group Psychotherapy, and Sociodrama" adlı kitabını tərtib etdi. 1936–1968-ci illər arasında tam vəzifəli həkim olaraq işlədi.
El Qreko
Dominikos Teotokopulos, El Qreko (yun. Δομήνικος Θεοτοκόπουλος, Domenikos Theotokopoulos, eləcə də Dominiko, Domenika, Teotokopuli kimi variantlara da rast gəlinir; isp. El Greco, hərfi mənada "Qrek" — yunan; 1 oktyabr 1541, İraklion, Kandiya krallığı – 7 aprel 1614[…], Toledo, Kastiliya krallığı — Yunan mənşəli İspaniya rəssamı.
Elize Reklü
Jan-Jak Elize Reklü (1830–1905) — Fransız səyyahı, tədqiqatçısı Elize Reklü 1830-cü ildə Fransada kəndli ailəsində anadan olmuşdur. Anası kənd müəllimsə olduğundan ilkin təhsilini ev şəraitində almışdır. 12 yaşında ikən Elize Almaniyanın Neyvid şəhərinə oxumağa göndərilir. Gediş haqqı olmadığından alman dilində bir kəlmə belə bilməyən Elize Reklü Almaniyaya piyada yola düşməyə məcbur olur. Bu onun ilk, lakin plansız səyahəti olur. Neydendə yaşamaqla o, tez-tez şəhər ətrafına çıxar, Reyn çayının sahillərini gəzər, müxtəlif süxur və bitki nümunləri toplayardı. 848-ci ildə Fransada başlanan inqilab onun həyatında və dünya görüşündə böyük dəyişiklik yaratdı. 1849-cu ildə Reklü Almaniyada oxuyan böyük qardaşı ilə bərabər vətəni Fransaya səyahətə yola düşərkən insanların ağır həyat tərzini görməkdə onları istismarçılara qarşı mübarizədə fəal olmağa çağırır. Bu çağrışlar onun və qardaşının həbs olunmasına səbəb olur. Həsbdən azad olduqdan sonra Reklü Neyvid şəhərinə qayıdaraq fransız dilindən dərs deməyə başlayır.
Eva Sekey
Eva Sekey (mac. Székely Éva; 3 aprel 1927, Budapeşt – 29 fevral 2020, Budapeşt) — Macarıstan üzgüçüsü. O, Helsinkidə keçirilən 1952 Yay Olimpiya Oyunlarında qızıl medal və 1956 Yay Olimpiya Oyunlarında gümüş medal qazandı, altı dünya rekordu vurdu və 44 milli titul qazandı. 1953-cü ildə 400 m fərdi kompleks yarışında ilk dünya rekordunu vurdu. Sekey Macarıstanın Budapeşt şəhərində anadan olub. 1941-ci ildə Sekey yəhudi olduğu üçün başlamasına çətinliklə icazə verilsə də, sürət üzrə milli rekordu qırdı. Uşaq ikən yerli üzgüçülük komandasında yarışırdı. 1941-ci ildə, 14 yaşında, yəhudi olduğu üçün komandadan qovuldu. Növbəti dörd il ərzində yarışlardan kənarlaşdırıldı və məşhur üzgüçü olduğu üçün Holokostdan qismən xilas oldu. II Dünya Müharibəsinin sonlarına doğru, Budapeştdə isveçrəli şəxsin həddindən artıq doldurulmuş iki otaqlı “təhlükəsizlik evində” 41 nəfərlə birlikdə yaşadı və formada qalmaq üçün hər gün pilləkənləri 100 dəfə yuxarı-aşağı qaçırdı.
Frame Relay
Frame Relay — (kadrların retranslyasiyası) 1984-cü ildə CCITT (Consultative Committle for International Telegraph and Telephone) yaradılmış və sonra ANSI(American National Standarts Institute) tərəfindən təkmilləşdirilmişdir. X.25 protokolundan fərqli olaraq Frame Relay daha güclü informasiya axınına malik əlaqə xətləri üçün nəzərdə tutulub ki, bu da onun daha yüksək məhsuldarlıqlını və keyfiyyətini təmin edir. Bundan başqa Frame Relay-ın üstün cəhətlərindən biri də səhvlərin aşkar edilməsi üçün tsiklik-artıqlı koddan (FCS) istifadə edilməsidir. Ancaq burada həmin səhvlərin düzədilməsi mexanizmi yoxdur. Bayraqlar (flags) verilənləri hər iki tərəfdən məhdudlaşdırır (hərəsi 1 bayt). Öndəki bayraqdan sonra 2 baytlıq ünvan (address) sahəsi gəlir. Sonra verilənlər sahəsi gəlir – Data. Daha sonra 2 baytlıq FCS sahəsi gəlir. Frame Relay həm ümumi, həm də xüsusi şəbəkələrdə istifadə edilə bilər. Bu zaman Frame Relay interfeysi olan T1 multipleksorundan istifadə edilir ki, bu da başqa interfeysləri də ona qoşmağa imkan verir ( məs.səsin ötürülməsi, videotelekonfras keçirilməsi və s.).
Frensis Bekon
Frensis Bekon (ing. Francis Bacon; 22 yanvar 1561 – 9 aprel 1626) — ingilis filosofu, tarixçisi, siyasi xadimi və yazıçısı, empirizmin banisi. Elmi ictimaiyyət tərəfindən qəbul edilməyən belə bir iddia mövcuddur ki, Şekspirin əsərlərinin müəllifi əslində Frensis Bekon olmuşdur. 1584-ci ildə ingilis parlamentinə deputat seçilmiş, 1613-1617-ci illərdə İngiltərə və Uelsin Baş Prokuroru, 1617-1621-ci illərdə İngiltərə hökumətində ən yüksək vəzifələrdən sayılan lord-kansler, həmçinin 1617-1618-ci illərdə Böyük möhürün lord-qoruyucusu vəzifələrini tutmuşdur. 1621-ci ildə rüşvətdə ittiham edilərək məhkəməyə cəlb olunmuş, vəzifələrindən azad edilmişdir. Lakin, kral tərəfindən əfv edilmiş, bundan sonra vəzifəyə qayıtmayaraq elmi və ədəbi fəaliyyətlə məşğul olmuşdur. F.Bekon hesab edirdi ki, fəlsəfənin başlıca vəzifəsi elmi idrakı əsaslandırmaqdır. Bekona görə, elmi bilik insana xeyir vermək məqsədi güdməlidir, təbiət qüvvələrindən insanların rifahı üçün istifadə etmək lazımdır. Bekon fəalyyətə hüquqşünas kimi başlasa da, sonradan filosof və elmi inqilabın tərəfdarı kimi tanınır. Onun əsərləri elmi tədqiqatların induktiv metodologiyasının əsası və təbliğatçısı kimi tanınmağa başladı.
Ketoy adası
Ketoy adası (rus. Остров Кетой) — Kuril adalarının Böyük Kuril cərgəsinə daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayəti Severo-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Ada dairəvi formaya malik olaraq paralel istiqamətdə 10 km, meridian istiqamətdə isə 9 km uzunluğa malikdir. Hündürlüyü 1166 m, sahəsi isə 73 km² təşkil edir. Adada Pallas vulkanı fəaliyyət göstərir (990 m). Malaxitov gölü adanın mərkəzində kalderada yerləşir. Gölün eni 1,6 km, dərinliyi 110 metrdir. Buradan isə Stoçnı axarı okeana tökülür. Gölün səthi dəniz səviyyəsindən 667 metr yüksəklikdə yerləşir.