Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rozid
Rozidlər (lat. Rosidae) — i̇kiləpəlilər sinfinə aid bitki yarımsinfi.
Abram Roxlin
Abram Benyaminoviç Roxlin (1881, Lutsk, Volın quberniyası[d] – 30 iyul 1941, Moskva) — menşevik dövlət xadimi, Sentrokaspi Diktaturası dövründə ərzaq komissarı idi. == Həyatı == 1881-ci ildə, Lutsk şəhərində anadan olmuşdur. Menşevik təşkilatının üzvü olmuş, duma sözçüsü olmuşdur. 1930-cu illərdə kommunal sektorda çalışmışdır. 27 sentyabr 1937-ci ildə həbs olunmuş, 1941-ci ildə güllələnmişdi. Qəbri Moskvadadır. == Ailəsi == Henriyetta Emmanuilovna Levenson (ö. 1923) ilə evli idi. Henriyettanın atası Emmanuel Solomonoviç Levenson Bakı "Nəşriyyatçılar İttifaqı"nın əsasını qoymuşdu. Bir övladları olmuşdur: Vladimir Roxlin — riyaziyyatçı alim.
Andrey Kozlov
Andrey Kozlov (rus. Андрей Козлов; d. 25 dekabr 1960, Luqansk, Ukrayna SSR, SSRİ) — rusiyalı teleaparıcı, rejissor və prodüser. "Nə? Harada? Nə zaman?" elitar klubunun magistrı. "Nə? Harada? Nə zaman?" Klublarının Beynəlxalq Assosiasiyasının prezidenti. "İqra-TV" telekanalının baş direktorunun baş prodüseri və birinci müavini.
Cypripedium roezlii
Phragmipedium longifolium (lat. Phragmipedium longifolium) — səhləbkimilər fəsiləsinin fraqmipedium cinsinə aid bitki növü. == Sinonimləri == Cypripedium longifolium Warsz. & Rchb.f. (basionym) Selenipedium longifolium (Warsz. & Rchb.f.) Rchb.f. Cypripedium hartwegii Rchb.f. Selenipedium hartwegii (Rchb.f.) Rchb.f. Cypripedium reichenbachii W.Bull Selenipedium dariense Rchb.f. Selenipedium reichenbachii Endres ex Rchb.f.
Kozlov adası
Kozlov adası — Yapon dənizində, Böyük Pyotr körfəzində yerləşən ada. Popov adasında yerləşən Alekseev burnundan 2,3 km, Reyneke adasından 2,2 km şimal-qərbdə, Vladivostokdan 26 km cənub-qərbdə yerləşir. == Tarixi == Ada V. Babkinin ekspedisiyası 1862–1863-cü illərdə araşdırılmışdır. 1885-ci ildə A. Malsev tərəfindən yenidən araşdırılır. Kozlov adasının maksimal hündürlüyü 40,2 metrdir. Sahilləri yüksək, qayalı və sıldırımlıdır. Ərazisi ot və kol bitkiləri ilə örtülüdür. Adadan cənub-qərbdə bir qaya yerləşir. Şimaldan cənuba doğru uzunluğu 540 m, maksimal eni isə 140 metrdir. Şərq sahilləri daha sıldırımlıdır.
Lev Roxlin
Lev Roxlin (rus. Рохлин, Лев Яковлевич; 6 iyun 1947, Aralsk, Qızılordu vilayəti – 3 iyul 1998) — Rusiya Silahlı Qüvvələrinin general-leytenantı == Həyat == Lev Roxlin 6 iyun 1947-ci ildə Qazaxstanın Apalsk şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Daşkənd Ali Umumqoşun Komandirlər Məktəbində, sonra isə Frunze adına Hərbi Akademiyada təhsil alıb. 1993-cü ildə Baş qərargahın Hərbi Akademiyasını bitirmişdir. === Vəfatı === Rəsmi versiyaya görə, yatmış Roxlini arvadı Tamara Roxlina güllələyib – səbəb ailə davası olub. Naro-Fominsk şəhər məhkəməsi 2000-ci ilin noyabrında Tamara Roxlinanı öz ərini bilərəkdən öldürməkdə təqsirli bilib. Tamara Roxlina 2005-ci ildə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edərək, saxlanma müddətindən və məhkəmə prosesinin uzadılmasından şikayət edib. Şikayət pul müavinəti (8 min avro) ödənməklə təmin edilib. Naro-Fominsk şəhər məhkəməsi 2005-ci il noyabrın 29-da Roxlinanı öz ərini şüurlu şəkildə qətlə yetirməkdə ikinci dəfə günahkar bilib və onu şərti şəkildə 4 il müddətində azadlıqdan məhrum edib, həmçinin 2,5 il müddətinə sınaq işləriylə cəzalandırıb. Qətlin araşdırılması zamanı meşə zolağında – cinayət yerinin yaxınlığında yanmış üç cəsəd aşkarlanıb.
Paphiopedilum roezlii
Phragmipedium longifolium (lat. Phragmipedium longifolium) — səhləbkimilər fəsiləsinin fraqmipedium cinsinə aid bitki növü. == Sinonimləri == Cypripedium longifolium Warsz. & Rchb.f. (basionym) Selenipedium longifolium (Warsz. & Rchb.f.) Rchb.f. Cypripedium hartwegii Rchb.f. Selenipedium hartwegii (Rchb.f.) Rchb.f. Cypripedium reichenbachii W.Bull Selenipedium dariense Rchb.f. Selenipedium reichenbachii Endres ex Rchb.f.
Penstemon roezlii
Penstemon roezlii (lat. Penstemon roezlii) — bağayarpağıkimilər fəsiləsinin penstemon cinsinə aid bitki növü.
Phragmipedium roezlii
Phragmipedium longifolium (lat. Phragmipedium longifolium) — səhləbkimilər fəsiləsinin fraqmipedium cinsinə aid bitki növü. == Sinonimləri == Cypripedium longifolium Warsz. & Rchb.f. (basionym) Selenipedium longifolium (Warsz. & Rchb.f.) Rchb.f. Cypripedium hartwegii Rchb.f. Selenipedium hartwegii (Rchb.f.) Rchb.f. Cypripedium reichenbachii W.Bull Selenipedium dariense Rchb.f. Selenipedium reichenbachii Endres ex Rchb.f.
Razlıq (Sərab)
Razlıq (fars. رازليق‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,656 nəfər yaşayır (463 ailə).
Roslin kapellası
Müqəddəs Matvey adına Roslin kapellası kilsəsi (Collegiate Church of St Matthew) — Şotlandiyanın midliotian Roslin kəndində son dövr qotik kilsəsi. Roslin qəsri yaxınlığında XV əsrdə Sinkler tayfasının məzarlığı kimi tikilib. Tikintinin təşəbbüskarı kimi 3-cü Orkney qrafı Uliyam Sinkler olub (1410—1484). == Tampliyer-mason məbədi == İngiltərənin Edinburq şəhəri yaxınlığında "Rosslyn Kapellası" kimi tanınan kilsə tampliyerlərin bütpərəst inanclarının simvolu kimi qəbul edilir. Bu binanı tampliyerlərin davamçıları olan masonlar və gül-xaçlılar tikərək, dörd bir tərəfinə öz fəlsəfələrini ifadə edən simvollar yerləşdiriblər. Türk masonlarının "Memar Sinan" dərgisində kapellanın mason mənşəyi və bütpərəst ünsürləri belə izah olunur: Şotlandiyada tampliyer-mason birliyinin ən əsas sübutlarından biri Edinburqun 10 km. cənubunda yerləşən qədim Tampliyer mərkəzi Balantradoxdan 15 km. uzaqdakı Midlotiandakı Roslin (Rosslyn) kəndində yerləşən qala və kapelladır. Bölgədə və qalada xüsusilə 1312-ci ildən sonra Müqəddəs Kler baronlarının himayəsi altında tampliyerlər məskunlaşıblar. Bu kapella 1446-48 illərdə təkcə Şotlandiyada yox, bütün Avropada dövrün ən məşhur və hörmətli adamlarından sayılan Ser Uilyam Kler tərəfindən inşa edilib.
Rozali Heyl
Aşağıdakı siyahıda yazıçı Stefani Mayerin Alatoran, Yeni Ay, Tutulma və Sübh romanlarından ibarət Alatoran romanlar seriyasının və həmin romanlar əsasında çəkilmiş eyniadlı filmlər seriyasının qəhrəmanları göstərilmişdir. == Əsas obrazlar == === Bella Svon === İzabella “Bella” Mari Svon (sonra Bella Kallen) Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. “Alatoran” romanlar seriyasına daxil olan "Alatoran ", "Yeni Ay", "Tutulma" və "Sübh" romanlarında hadisələr Bella obrazının dilindən nəql edilir. “Alatoran”da Forks, Vaşinqtona atasının yanına köçən Bella sirli Kallenlər ailəsi ilə tanış olur və Edvard Kallenə vurulur. Lakin tezliklə ailənin vampir birliyi olduğunu öyrənir. Edvardın əleyhinə olmasına baxmayaraq, Bella vampir olmaq istəyini ifadə edir. “Yeni ay”da Edvard və Kallenlər ailəsindən olan digər vampirlər Bellanı vampir aləmindən uzaq tutmaq üçün Forksu tərk edir. Quilet tayfasından olan və sonradan canavar adam olması meydana çıxan Ceykob Blek Kallenlərin şəhəri tərk etməsinə sevinərək, Bella ilə yaxınlıq etməyə çalışır. Bellanın əlaqəsindən şad olmasına baxmayaraq, Bella yalnız Edvardı sevir. "Tutulma" romanının sonunda onlar nişanlanır, “Sübh” romanında isə evlənirlər.
Rozalin Karter
Rozalin Karter (ing. Rosalynn Carter; 18 avqust 1927[…], Pleyns[d], Corciya[…] – 19 noyabr 2023[…], Pleyns[d], Corciya[…]) — ABŞ Prezidenti Cimmi Karterin həyat yoldaşı. == Həyatı == Eleanor Rozalin Smit 18 avqust 1927-ci ildə ABŞ-də, Corciya ştatının Pleyns şəhərində anadan olmuşdur. Onun atası fermer idi və öz avtomobil təmiri sexinə sahib idi, anası isə dərzi kimi çalışırdı. Rozalinin 13 yaşı olanda atası leykozdan vəfat etmişdir. Ailənin böyük uşağı olan Rozalin anasına iki qardaş və bacısını böyütməkdə kömək edirdi. Orta məktəbi bitirdikdən sonra kollecə daxil olmuş, lakin tezliklə oranı tərk etmişdir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Rozalin Karter ilə əlaqəli mediafayllar var.
Selenipedium roezlii
Phragmipedium longifolium (lat. Phragmipedium longifolium) — səhləbkimilər fəsiləsinin fraqmipedium cinsinə aid bitki növü. == Sinonimləri == Cypripedium longifolium Warsz. & Rchb.f. (basionym) Selenipedium longifolium (Warsz. & Rchb.f.) Rchb.f. Cypripedium hartwegii Rchb.f. Selenipedium hartwegii (Rchb.f.) Rchb.f. Cypripedium reichenbachii W.Bull Selenipedium dariense Rchb.f. Selenipedium reichenbachii Endres ex Rchb.f.
Sergey Kozlov
Sergey Kozlov (yazıçı)
Vladimir Roxlin
Vladimir Abramoviç Roxlin — yəhudi riyaziyyatçı, alim. == Həyatı == 1919-cu ildə Bakı şəhərində doğulmuşdur. Abram Roxlinin oğlu idi. Anasını 4 yaşında itirən Vladimir 1935-ci ildə Moskva Dövlət Universitetinə qəbul olmuş, 1941-ci ildə cəbhəyə könüllü getmiş, Nasist Almaniyasında əsir düşmüşdür. 4 il burada əsir qalmış, 2 il də Sovet düşərgələrində saxlanmışdır. Müəllimləri Andrey Kolmoqorov və Lev Pontryaginin səyləri nəticəsində azad edilərək riyaziyyata qayıtmışdı. 1959-cu ildən sonra Leninqradda riyaziyyat dərsi demiş, həndəsə, ehtimal nəzəriyyəsi, entropiya barədə önəmli işlərə imza atmışdır. Roxlin teoreminin müəllifidir. 1984-cü ildə vəfat etmişdir. == Ailəsi == Abram Roxlin və Henrietta Levensonun oğlu, Emmanuil Levensonun nəvəsi, Korney Çukovskinin bacısıoğludur.
Roli
Roli (ing. Raleigh) — Şimali Karolina ştatın paytaxtı.
Rouli adası
Rouli adası (ing. Rowley Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiya == Adanın sahəsi 1090 km²-dir. Sahil xəttinin uzunluğu 219 km-dir. Ada uzunsovdur, uzunluğu 70 km (cənub-qərbdən şimal-şərqə) və eni isə 7-20 km-dir. Qumlu sahil zonasından ada tədricən adanın mərkəzi hissəsində hündürlüyü 67 m-ə qədər olan dar və düz yaylaya yüksəlir. Rouli adası Foks Körfəzində Baffin Torpağından 48 km cənub-qərbdə yerləşir. Ən yaxın adalar: Kox adası 10 km şimalda, Brey adası şərqdə yerləşir. Adada yaşayış olmamasına baxmayaraq, Şimal Xəbərdarlıq Sisteminin və Avtomatik Meteoroloji Stansiyasının bir hissəsi olan avtomatik erkən xəbərdarlıq radar stansiyası yerləşir.
Viktor Rozov
Viktor Sergeyeviç Rozov (8 (21) avqust 1913 və ya 21 avqust 1913, Yaroslavl – 28 sentyabr 2004[…], Moskva). rus sovet dramaturqu. SSRİ dövlət mükafatı laureatı (1967). == Həyatı == Viktor Rozov 1913-cü ildə Yaroslavlda anadan olub. 1923-cü ildən ailəsi ilə Kostroma köçmüş və burada təhsil almışdır. 1929-cu ildə Timirzayev kənd təsərrüfatı akademiyasına qəbul olmuş və sonra Kostrom tekstil fabrikində işləməyə başlamışdır. 1932-ci ildə Kostrom Sənaye Texnikomunu bitirir. Müharibə başladıqda Rozov 1941-ci ildə cəbhəyə yollanır və 8-ci diviziyada vuruşur. 1957-ci ildə Viktor Rozovun əsərinə Mixail Kalatozov Durnalar uçur filmini çəkir. Viktor Rozov 2004-cü ildə 91 yaşında Moskvada vəfat etmişdir.
Roslin kapellası kilsəsi
Müqəddəs Matvey adına Roslin kapellası kilsəsi (Collegiate Church of St Matthew) — Şotlandiyanın midliotian Roslin kəndində son dövr qotik kilsəsi. Roslin qəsri yaxınlığında XV əsrdə Sinkler tayfasının məzarlığı kimi tikilib. Tikintinin təşəbbüskarı kimi 3-cü Orkney qrafı Uliyam Sinkler olub (1410—1484). == Tampliyer-mason məbədi == İngiltərənin Edinburq şəhəri yaxınlığında "Rosslyn Kapellası" kimi tanınan kilsə tampliyerlərin bütpərəst inanclarının simvolu kimi qəbul edilir. Bu binanı tampliyerlərin davamçıları olan masonlar və gül-xaçlılar tikərək, dörd bir tərəfinə öz fəlsəfələrini ifadə edən simvollar yerləşdiriblər. Türk masonlarının "Memar Sinan" dərgisində kapellanın mason mənşəyi və bütpərəst ünsürləri belə izah olunur: Şotlandiyada tampliyer-mason birliyinin ən əsas sübutlarından biri Edinburqun 10 km. cənubunda yerləşən qədim Tampliyer mərkəzi Balantradoxdan 15 km. uzaqdakı Midlotiandakı Roslin (Rosslyn) kəndində yerləşən qala və kapelladır. Bölgədə və qalada xüsusilə 1312-ci ildən sonra Müqəddəs Kler baronlarının himayəsi altında tampliyerlər məskunlaşıblar. Bu kapella 1446-48 illərdə təkcə Şotlandiyada yox, bütün Avropada dövrün ən məşhur və hörmətli adamlarından sayılan Ser Uilyam Kler tərəfindən inşa edilib.
Əsbgəran (Razlıq dehistanı)
Əsbgəran (fars. اسبقران‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 269 nəfər yaşayır (53 ailə).
Rozalin Sasmen Yalou
Rozalin Sasmen Yalou(19 iyul 1921[…], Nyu-York, Nyu-York ştatı – 30 may 2011[…], Bronks, Nyu-York ştatı)—1977-ci ildə Fiziologiya və ya tibb üzrə "Nobel" mükafatını qazanmış Amerikalı həkim və alim. Bu mükafatı radioimmun (RİA) texnikasını inkişaf etdirdiyinə görə qazanıb. Gerti Koridən sonra Fiziologiya və ya tibb üzrə "Nobel" mükafatını qazanan ikinci qadın amerikalı alimdir. == Həyatı == Amerika biofiziki Rozalin Sasmen Yalou 1921-ci ilin 19 iyulunda Nyu-Yorkda, kağız fabriki sahibi olan Simon Sasmen və Klara (Zipper) Yalounun ailəsində anadan olub. Rozalin ibtidai təhsilini Bronks şəhərinin ümumtəhsil məktəbində alıb, sonra isə Velten orta məktəbinə daxil olub. 1937-ci ildə o, Hanter-kollecinə (hazırda Nyu-York Universitetinin bir hissəsi) qəbul edilib. Rozalin Sasmen Yalounun humanitar elmlər üzrə bakalavr dərəcəsi aldığı 1941-ci ilin yanvar ayında Hanter kollecini fizika dərəcəsi üzrə bitirən ilk qadın olub.
Rapa Rozi
Rapa Rozi (rum. "red ravine - qırmızı yarğan) — Rumıniya ərazisində milli park. Təbiət abidələri qorunan milli park ölkənin Alba judetsində yerləşir. Geoloji və flora qoruğu olan Rapa Rozi Sekaşelor yaylasının cənub-qərb ucqarında, Secas çayının sağ sahilindədir. Sebeş şəhəri qoruq ərazisindən 4 km cənubdadır. Sahəsi 24 hektar olan milli park III qorunan ərazilər kateqoriyasına daxildir. Eroziya və səth axınları nəticəsində bölgədə şiş qayalı relyef formaları meydana gəlmişdir. Qayalı ərazilərin sahəsi 10 hektardır. Rapa Rozi qoruğunun yerləşdiyi yüksəkliyin uzunluğu 800 metrdir. Qoruq ərazisinin hündürlüyü 50-125 metr arasında dəyişir.
Rozi Alfaro
Mariya del Rosio "Rozi" Alfaro (ing. Maria del Rosio "Rosie" Alfaro; d. ABŞ, Kaliforniya, Anahaym, 12 oktyabr 1971-ci il) — Kaliforniya ştatının Anahaym şəhərində 1990-cı ildə 9 yaşlı Otem Vollesin öldürülməsində günahkar hesab edilən amerikalı qadın. O, hal-hazırda ölüm cərgəsindədir. == Haqqında == Rozi Alfaro Kaliforniya ştatının Anahaym şəhərində böyüyüb. O, 13 yaşında narkoman, 14 yaşında fahişə, 15 yaşında tək ana, 18 yaşında 4 uşaq anası və həmçinin, 18 yaşında qatıl oldu. O, Kaliforniyanın Orinc qraflığında 20 yaşında ölüm cəzasını almış ilk qadın kimi məşhurdur. == Otem Vollesin qətli == 15 iyun 1990-cı ildə Kaliforniya ştatının Anahaym şəhərində yaşayan 9 yaşlı Otem Volles evdə anasının və böyük bacısının işdən evə qayıtmasını gözləyirdi. Alfaro Volles Otemin ailəsini çox yaxşı tanıyırdı və böyük qızlarından biri ilə dost idi. O, onların evdə olmadığını bilib satmaq üçün evdən əşyalar oğurlaya biləcəyini düşündü.
Sent-Oliv
Sent-Oliv (fr. Sainte-Olive) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sen-Trivyo-syur-Muanyan kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01382. == Coğrafiyası == Kommuna Paris şəhərinin 370 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 303 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 208 nəfər arasında (15-64 yaş arasında) 162 nəfər iqtisadi cəhətdən fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 77.9%, 1999-cu ildə 81.3%). Aktiv 162 sakindən 157 nəfəri (86 kişi və 71 qadın), 5 nəfəri işsizdir (3 kişi və 2 qadın).