Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kozis
Kozis — alban hökmdarı Oroysun qardaşı və Qafqaz Albaniyası çarı. Qafqaz Albaniyasını tutmaq istəyən Pompeyin Roma legionlarına qarşı ikinci savaşda Kozis alban qoşunlarına başçılıq edirdi. Kozisin qoşunlarının romalılarla döyüşü e.ə. 65-ci ildə Kürün sol sahilindəki qollarından birinin sahilində baş vermişdir. Kozisin başçılıq etdiyi alban qoşunları 60 min piyada və 12 min süvaridən ibarət idi. Albanların süvari qüvvəsi güclü olduğu halda, romalıların əsas zərbə qüvvəsini yaxşı təlim görmüş intizamlı piyada qoşunu təşkil edirdi. Buna görə də döyüşün başlanmasınadək Pompey piyadalarını süvarilərin arxasında gizlətmişdi. Albanlar təkcə Roma süvariləri ilə savaşacaqlarını zənn etdiklərindən onlara hücuma keçdilər. Bu zaman Roma piyadaları döyüşə qoşuldular və amansız savaş başlandı. Antik müəlliflərin məlumatına görə, döyüşün qızğın çağında Kozis bir neçə alban döyüşçüsü ilə Roma legionerlərinin sırasını yarıb Pompeyin müşayiətçilərinədək çatdı.
Rozid
Rozidlər (lat. Rosidae) — i̇kiləpəlilər sinfinə aid bitki yarımsinfi.
Rozika Şvimmer
Rozika Şvimmer (tam adı: Rozika Şvimmer, mac. Rosika "Rózsa" Bédy-Schwimmer; 11 sentyabr 1877, Budapeşt – 3 avqust 1948, Nyu-York, Nyu-York ştatı) — macar pasifist, feminist və qadınlara seçki hüququnun verilməsi uğrunda mübarizə aparan şəxs. O, ilk dünya federalistlərindən və dünyada ilk qadın səfirlərdən biridir. 1918-ci ildə Macarıstanın İsveçrədə səfiri olmuşdur. == Həyatı == Rozika Şvimmer Avstriya-Macarıstanın Budapeşt şəhərində yəhudi ailəsində anadan olmuşdur. O, musiqi və xarici dillər üzrə təhsil almağa başlasa da, 1896-cı ildə ailəsinin maliyyə vəziyyəti pisləşdiyindən mühasib işləməyə başlamışdır. == Siyasi fəaliyyəti == 1897-ci ildə Macar Qadın Katibləri Assosiasiyasını yaratmış, 1904-cü ildə isə Evgeniya Mişkolçi Meller kimi digər görkəmli feministlərlə birlikdə Macar Feminist Assosiasiyasının (mac. Feministák Egyesülete (FE)) əsasını qoymuşdur. O, Macar Milli Qadınlar Şurasının yaradılmasına yardım etmiş və Macarıstan Sülh Cəmiyyətində idarə heyətinin üzvü olmuşdur. 1909-cu ildə Daxili İşlər naziri onu uşaq rifahı üzrə idarə heyətinə təyin etdi.1913-cü ildə Qadınlara seçki hüququnun verilməsi üzrə Beynəlxalq Alyansın (ing.
Risk
Risk — dəyər kəsb edən hər hansı bir obyektin, vəsaitin, və s. itirilmə ehtimalıdır. Risk arzuolunmaz bir hadisənin başvermə, yaxud gözlənilən bir hadisənin baş verməməsi ehtimalıdır. Risk neqativ nəticələnə biləcək hər hansı hərəkət, yaxud hərəkətsizliklərdir. Risk hər hansı bir işin, hərəkətin nəticəsinə 100% dəqiqliklə əmin olmadıqda meydana çıxır.Riskin bir sıra xarakterik xüsusiyyətləri var: 1. Qeyri-müəyyənlik: risk, ancaq hadisələrin gedişatının bir neçə istiqamətdə inkişaf etmə ehtimalı olduqda mövcuddur; 2. Zərər: risk, ancaq hadisələrin gedişatının itkiyə (ziyana), yaxud digər neqativ nəticələrə səbəb olma ehtimalı olduqda mövcuddur; 3. Analiz imkanı: risk, ancaq hadisənin "gözləyənlər"i tərəfindən subyektiv rəy formalaşdıqda və gələcək dövr üçün hadisələr keyfiyyət və kəmiyyət üzrə qiymətləndirildikdə mövcuddur; 4. Əhəmiyyətlilik: risk, gözlənilən hadisə əməli (praktik) əhəmiyyətə malik olduqda və ən azı bir subyektin maraqlarına aid olduqda mövcuddur. Risk mənsubiyyətsiz mövcud deyil.Risklərin bir çox klassifikasiyası mövcuddur.
Leonid Kozik
Leonid Kozik (belar. Леанід Козік; 13 iyul 1948, Borisov, Minsk vilayəti – 5 avqust 2023) — Belarus Həmkarlar İttifaqları Federasiyasının rəhbəri (2002-ci ildən). Daha əvvəl isə Belarusun Prezident Administrasiyası rəhbərinin müavini olmuşdur. Federasiyanın prezidenti seçildikdən sonra, 2003-cü ildən təşkilata dövlət subsidiyalarının qəbulu başlamışdır.
Razik Salmanov
Razik Telman oğlu Salmanov (24 yanvar 2000; Gündüzqala, Qusar rayonu, Azərbaycan — 27 oktyabr 2020; Cütcü, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Razik Salmanov 24 yanvar 2000-ci ildə Qusar rayonunun Gündüzqala kəndində Telman Salmanovun ailəsində anadan olmuşdur. 2006-2017-ci illərdə orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Razik Salmanov 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Razik Salmanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Razik Salmanov 27 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Cütcü kəndi istiqamətində döyüş tapşırığnın yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Robert Nozik
Robert Nozik (16 noyabr 1938[…], Bruklin, Nyu-York ştatı – 23 yanvar 2002[…], Kembric, Massaçusets) — Amerikalı filosof, "Anarxiya, Dövlət və Ütopiya" kitabı ilə tanınır. == Həyatı == Robert Nozik,miqrant bir ailənin övladı olaraq Bruklində doğulmuşdur.Nozik 1959-cu ildə Kolumbiya Universitetindən məzun olarkən sosialist görüşlü və solçu qruplaşmalarından birinin üzvü idi. Daha sonra siyasi fikirləri Prinston,Oksford və Rokfeller universitetlərində işlədikdən sonra 1965-ci ildə Harvard universitetinə qəbul olmuşdur.1969-da fəlsəfə professoru olmuş və ömrünün sonuna kimi orada işləmişdir.
Boris Lvoviç Rozinq
Boris Lvoviç Rozinq(Boris Lvovich Rosing) (23 aprel (5 may) 1869- 20 aprel 1933) Rusiyanın alimi və televiziya sahəsində ixtiraçı == Həyatı == Boris Lvoviç Rozinq 23 aprel (5 may) 1869-cu ildə Sankt-Peterburqda anadandan olmuşdur. Boris 1879-1887-ci illərdə Sankt-Peterburqun Vvdensky gimnaziyasında təhsil almış, oranı qızıl medal ilə bitirmişdir. == Fəaliyyəti == Boris Lvoviç Rozinq 30 oktyabr 1907-ci ildə rus fiziki Boris Lvoviç Rozinq “Təsvirlərin məsafəyə elektrik vasitəsilə ötürülmə üsulu”na, yəni televiziyaya patent almışdır. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Yeni Troisk (Şaran)
Yeni Troisk (başq. Яңы Троицк, rus. Новотроицк) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 34 km, kənd sovetliyindən (Miçurinsk): 16 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 76 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (100 %) üstünlük təşkil edir.
Ekoloji risk
Ekoloji risk — ətraf mühitdəki mənfi dəyişikliklərin ehtimalı və ya bu dəyişikliklərin ətraf mühitə mənfi təsirindən yaranan uzaq mənfi nəticələr. Ekoloji risk təbii, antropogen və texnogen fövqəladə hallara səbəb ola bilər. == Ekoloji risk haqqında anlayış və onun xarakteriskası == Elmi ədəbiyyatda ekoloji risk haqqında dedikdə hər hansı bir obyektə neqativ ziyan vuran obyektlər nəzərdə tutulur. Neqativ ziyan anlayışına, bir qayda olaraq, obyektin normal işinin pozulması, hətta həmin obyektin dağılması,məhv olması və müxtəlif itki ilə nəticələnən bir hadisə kimi baxmaq lazımdır. Əlavə edək ki,ekoloji riski xarakterizə edən əsas amillər içərisində qorxulu halların yaranmasının aniliyini,qeyri-müəyyənliyini və qəflətən təhlükəli vəziyyətin meydana gəlməsini də nəzərdən qaçırmaq olmaz. Qeyd etmək lazımdır ki,insanlar hər gün düşünülmüş və ya düşünülməmiş formada kiçik və böyük həcmli risklərlə üzləşirlər. Həyatda insan üçün risk ibtidai icma qEkoloji ruruluşunda olan fəaliyyətindən(ovçuluq riski,dənizdə üzmək riski və s.)indiki zamana qədər (iqtisadi risk,istehsal riski,ekoloji risk və s.) praktiki olaraq obyektiv şəkildə onunla çiyin- çiyinə addımlamışdır. === Ekoloji riskin göstəriciləri === Ekoloji riskə aşağıda göstərilən kəmiyyət göstəriciləri daxildir: itkinin(ziyanın) miqdarı (kəmiyyəti) təhlükəli amillərin yaranması ehtimalı itkinin miqddarının və yaranması ehtimalının qeyri-müəyyənliyi. İtki termini dedikdə faktiki və mümkün ola bilən sosial və iqtisadi zərər və ətraf mühitin çirklənməsi başa düşülür.Sosial zərər — əhaliyə dəyən ziyanın qaytarılmayan əvəzi, insanların ömrünün qısalması,sağlamlığının pisləşməsi,rifah halı deməkdir. Sosial-iqtisadi — ziyan müalicəyə və sosial əmək şəraitinə sərf olunan xərclər, vaxtından əvvəl ölüm və əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar milli gəlirin itirilməsidir.
Rapa Rozi
Rapa Rozi (rum. "red ravine - qırmızı yarğan) — Rumıniya ərazisində milli park. Təbiət abidələri qorunan milli park ölkənin Alba judetsində yerləşir. Geoloji və flora qoruğu olan Rapa Rozi Sekaşelor yaylasının cənub-qərb ucqarında, Secas çayının sağ sahilindədir. Sebeş şəhəri qoruq ərazisindən 4 km cənubdadır. Sahəsi 24 hektar olan milli park III qorunan ərazilər kateqoriyasına daxildir. Eroziya və səth axınları nəticəsində bölgədə şiş qayalı relyef formaları meydana gəlmişdir. Qayalı ərazilərin sahəsi 10 hektardır. Rapa Rozi qoruğunun yerləşdiyi yüksəkliyin uzunluğu 800 metrdir. Qoruq ərazisinin hündürlüyü 50-125 metr arasında dəyişir.
Risk (iqtisadi)
Risk — dəyər kəsb edən hər hansı bir obyektin, vəsaitin, və s. itirilmə ehtimalıdır. Risk arzuolunmaz bir hadisənin başvermə, yaxud gözlənilən bir hadisənin baş verməməsi ehtimalıdır. Risk neqativ nəticələnə biləcək hər hansı hərəkət, yaxud hərəkətsizliklərdir. Risk hər hansı bir işin, hərəkətin nəticəsinə 100% dəqiqliklə əmin olmadıqda meydana çıxır.Riskin bir sıra xarakterik xüsusiyyətləri var: 1. Qeyri-müəyyənlik: risk, ancaq hadisələrin gedişatının bir neçə istiqamətdə inkişaf etmə ehtimalı olduqda mövcuddur; 2. Zərər: risk, ancaq hadisələrin gedişatının itkiyə (ziyana), yaxud digər neqativ nəticələrə səbəb olma ehtimalı olduqda mövcuddur; 3. Analiz imkanı: risk, ancaq hadisənin "gözləyənlər"i tərəfindən subyektiv rəy formalaşdıqda və gələcək dövr üçün hadisələr keyfiyyət və kəmiyyət üzrə qiymətləndirildikdə mövcuddur; 4. Əhəmiyyətlilik: risk, gözlənilən hadisə əməli (praktik) əhəmiyyətə malik olduqda və ən azı bir subyektin maraqlarına aid olduqda mövcuddur. Risk mənsubiyyətsiz mövcud deyil.Risklərin bir çox klassifikasiyası mövcuddur.
Risk faktoru
Risk faktoru- müəyyən xəstəliyin bilavasitə səbəbi sayılmayan, lakin onun baş verməsi ehtimalını artıran ümumi faktorların adıdır. Bura həyat şəraiti və tərzi xüsusiyyətləri , həmçinin orqanizmin anadangəlmə və ya qazanılan xüsusiyyətləri aid edilir. Onlar individiumda (fərddə) xəstəlik ehtimalını artırmaq, yaxud mövcud xəstəliyin gedişinə və proqnozuna əlverişsiz təsir göstərmək qabiliyyətinə malikdir. Adətən bioloji, ekoloji və sosial risk faktorları ayrılır. Əgər risk fatorlarına bilavasitə xəstəliyə təsir göstərən faktorlar da əlavə edilsə, onlar birlikdə sağlamlıq faktorları adlanır ki, onlar da analoji təsnifata malikdir. == Bioloji risk faktoru == Bioloji risk faktorlarına genetik və ontogenez dövründə insan orqanizminin qazandığı (əldə etdiyi) xüsusiyyətlər aiddir. Məlum olduğu kimi, bəzi xəstəliklərə çox vaxt müəyyən milli və etnik qruplarda rast gəlinir. Hipertoniya, xora xəstəlikləri, şəkərli diabeti və b. xəstəliklərə irsi meyillik mövcuddur. Bir sıra xəstəliklərin, o cümlədən şəkərli diabeti, ürəyin işemiya xəstəliyinin baş verməsinin ciddi faktoru köklük hesab olunur.
Risk menecment
Risk — dəyər kəsb edən hər hansı bir əmlakın, vəsaitin, vaxtın və s. itirilmə ehtimalıdır. Risk, arzuolunmaz bir hadisənin başvermə, yaxud gözlənilən bir hadisənin baş verməməsi ehtimalıdır. Risk, neqativ nəticələnə biləcək hər hansı hərəkət, yaxud hərəkətsizliklərdir. Risk, hər hansı bir işin, hərəkətin nəticəsinə 100% dəqiqliklə əmin olmadıqda meydana çıxır. Riyazi düsturların çoxluğuna baxmayaraq, risklərin idarə edilməsini dəqiq elmlərə aid etmək çətindir. Əksinə, peşəkar risk-menecer saray münəcciminə bənzəyir ki, yalnız özünə məlum olan fəndlərin köməyilə gələcəyi xəbər verir. Risk ehtimaldır, deməli onu miqdarca faizlərlə ifadə etmək mümkündür. Risklərin başlıca xüsusiyyəti ondan ibarətdir ki, onlar həmişə mövcuddur. Risklər – fəaliyyətin hər hansı növünün mütləq özünəməxsus artibutudur: heç nəyə 100% əmin olmaq olmaz.
Rozi Alfaro
Mariya del Rosio "Rozi" Alfaro (ing. Maria del Rosio "Rosie" Alfaro; d. ABŞ, Kaliforniya, Anahaym, 12 oktyabr 1971-ci il) — Kaliforniya ştatının Anahaym şəhərində 1990-cı ildə 9 yaşlı Otem Vollesin öldürülməsində günahkar hesab edilən amerikalı qadın. O, hal-hazırda ölüm cərgəsindədir. == Haqqında == Rozi Alfaro Kaliforniya ştatının Anahaym şəhərində böyüyüb. O, 13 yaşında narkoman, 14 yaşında fahişə, 15 yaşında tək ana, 18 yaşında 4 uşaq anası və həmçinin, 18 yaşında qatıl oldu. O, Kaliforniyanın Orinc qraflığında 20 yaşında ölüm cəzasını almış ilk qadın kimi məşhurdur. == Otem Vollesin qətli == 15 iyun 1990-cı ildə Kaliforniya ştatının Anahaym şəhərində yaşayan 9 yaşlı Otem Volles evdə anasının və böyük bacısının işdən evə qayıtmasını gözləyirdi. Alfaro Volles Otemin ailəsini çox yaxşı tanıyırdı və böyük qızlarından biri ilə dost idi. O, onların evdə olmadığını bilib satmaq üçün evdən əşyalar oğurlaya biləcəyini düşündü.
Çəkicvuran Rozi
Çəkicvuran Rozi (ing. Rosie the Riveter) — ABŞ-də İkinci dünya müharibəsi dövrünün əməkçi qadın simvolu. Əsasən feminizm və qadınların iqtisadi gücünün bir simvolu olaraq istifadə edilir. == Tarixi == İkinci dünya müharibəsi dövründə ABŞ-də milyonlarla qadın Avropada hərbi əməliyyatların gedişini təmin etmək üçün işçi qüvvəsi sıralarına qoşuldu. Bunun əsas səbəbi işçi qüvvəsinin mühüm hissəsini təşkil edən kişilərin müharibəyə getməsi ilə bağlı idi. 1940-1945-ci illər arasında ABŞ-də qadınlar əmək bazarında işçi qüvvəsinin 37 faizini təşkil edirdi və hər dörd ailəli qadından biri işləyirdi. Qadınlar hərbi sənaye sahəsi də daxil olmaqla bütün istehsal sahələrində təmsil olunmuşdu. Altı milyondan çox amerikalı qadın təyyarə, bomba, tank və digər hərbi texnikanın hazırlanmasında iştirak edərək müttəfiq qüvvələrin İkinci dünya müharibəsində qələbəsinə böyük töhfə vermişdir.Eyni zamanda, ABŞ hökuməti həmin dövrdə qadınların əmək bazarına cəlb edilməsi üçün kampaniya başlatmışdı. Bu kampaniyanın qəhrəmanı "Çəkicvuran Rozi" idi. Qadın qüdrətinin mücəssəməsi olan "Çəkicvuran Rozi" qadınların işə cəlb edilməsi kampaniyasında çox uğurlu vasitələrdən biri idi.
Seysmik risk
Seysmik risk — zəlzələ nəticəsində binaya, sistemə və ya digər obyektə dəyən ziyan. Seysmik risk idarəetmə məqsədləri üçün müəyyən bir müddət ərzində baş verə biləcək təhlükəli hadisələrin potensial, iqtisadi, sosial və ekoloji nəticələri kimi müəyyən edilmişdir. Əgər Yüksək seysmik təhlükə zonasında yerləşən bina seysmik mühəndislik prinsiplərinə uyğun tikilərsə daha az risk altında olar. Seysmik riskin səviyyəsini əsasən iki amil təyin edir: Seysmik təhlükə, yəni ərazidə müəyyən seys-mik effektin təzahürü ehtimalı Seysmik dayanıqlıq - fiziki obyektlərin zəlzələ¬lər nəticəsində zədələnmə dərəcəsi ehtimalı == Seysmik riskin təyini == Seysmik riskin müəyyən edilməsi risklərin idarə edilməsində mühüm addım olan riskin azaldılması ilə bağlı qərarların qəbulu prosesinin əsasını təşkil edir. Böyük şirkətlər və digər müəssisələr (məsələn, yerli hökumətlər) binaların strukturunun möhkəmləndirilməsi və ya fövqəladə halların planlaşdırılması kimi digər risklərin azaldılması tədbirləri üçün məhdud vəsaitlərin ən yaxşı şəkildə necə ayrılacağını müəyyən etmək üçün əmlak "portfellərini" təhlil edir. İri şirkətlər və digər qurumlar binalarının strukturunun yenidən qurulmasına və ya şəraitin planlaşdırılmasına, eləcə də digər risklərin azaldılmasına yönəlib. Seysmik risk seysmik modelləşdirmə kompüter proqramlarından istifadə etməklə müəyyən edilir. Məsələn HAZUS kompüter proqramı.1999-cu ildə ASTM, adətən Ehtimal olunan Maksimum Zərər və ya PML tədqiqatları kimi tanınan kommersiya mülkiyyəti üçün seysmik itki təxminlərinin hesabatı üçün təlimatlar hazırladı. Bu təlimatlar işin həcmini, rəyçinin ixtisaslarını və itki təxminlərini bildirmək üçün müvafiq terminologiyanı müəyyən edir. == Seysmik riskin azaldılması == Seysmik risk fövqəladə hallara reaksiyanı təkmilləşdirən və əsas infrastrukturu təkmilləşdirən aktiv proqramlarla azaldıla bilər.