Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
REAL
REAL — Siyasi partiya. Real (albom) — Musiqi albomu. Real (Fransa) — Fransada kommuna. Real TV — televiziya kanalı.
Rial
İran rialı — İranın pul vahidi. Qatar rialı — Qatarın pul vahidi. Oman rialı — Omanın pul vahidi. Səudiyyə Ərəbistanı rialı — Səudiyyə Ərəbistanının pul vahidi. Yəmən rialı — Yəmənin pul vahidi.
Roşal
Roşal — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir
Abbey Road
Abbey Road — Böyük Britaniyanın "The Beatles" rok qrupunun on ikinci studiya albomu. == Haqqında == Albom Apple Records leyblı ilə 26 sentyabr 1969-cu ildə buraxılmışdır. Abbey Road üzərində işlər 1969-cu ilin fevral ayından avqust ayınadək davam etmiş və qrupun bütün dörd üzvünün birlikdə işlədiyi sonuncu layihə olmuşdur (qrupun 1970-ci ildə buraxılmış və sayca sonuncu studiya albomu sayılan "Let It Be"nin böyük hissəsi 1969-cu ilin yanvarında yazılmışdı). Albomun prodüserliyini 1962-ci ildən qrup ilə işləyən Corc Martin etmişdir. Qrup üzvlərinin Ebbi-Roud küçəsini keçən zaman çəkilmiş albomun üz qabığındakı fotoşəkil geniş şöhrət qazanmışdır. Foto çəkiliş 8 avqust 1969-cu ildə baş tutmuşdur. Fotoqraf Lain Makmillanın şəkili çəkə bilmək üçün cəmi on dəqiqəsi var idi: Ebbi-Roud Londonun ən işlək küçələrindən biri olduğundan, küçənin bu sahəsi xüsusi olaraq polis tərəfindən bağlanılmışdı.
Balaşzadə Röyal
Ektor Rial
Xose Ektor Rial Lagiya (isp. José Héctor Rial Laguía; 14 oktyabr 1928 – 24 fevral 1991, Madrid) — 1954 və 1961-ci illərdə "Real Madrid"in heyətində hücumcu mövqeyində çıxış etmiş futbolçu. Çempionlar Kubokunu ard-arda beş dəfə qazanan heyətin üzvü olmuşdur. O, karyerası boyu Argentina, Kolumbiya, Uruqvay, İspaniya, Fransa və Çili klublarında çıxış etmişdir. O, Argentinada doğulub orada böyüsə də, İspaniya milli futbol komandasının heyətində 5 dəfə oynamışdır. Rial peşəkar karyerasına 1947-ci ildə Argentina çempionatının "San Lorenso de Almaqro" klubunda başladı. 1949-cu ilin iyun ayında "İndependyente Santa Fe" klubunda oynamaq üçün Kolumbiyaya köçdü. Klubla keçirdiyi iki mövsümdən sonra Uruqvayın "Nasyonal" klubuna keçdi və 1952-ci ildə yerli çempionatın qalibi oldu. 1954-cü ildə Rial, yeddi il oynadığı İspaniya nəhəngi "Real Madrid"ə qatıldı və komandası ilə birlikdə on böyük titul qazandı. Klubda, əsasən əvəzedici heyətdə oynadığı son mövsümdə o, icarə əsasında beş aylıq Çilinin "Union Espanyola" klubuna keçdi.
Elyana Boal
Elyane Boal (26 aprel 1998) — Kabo-Verdeni təmsil edən bədii gimnast. Elyana Boal 2016-cı ildə Kabo-Verdeni XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Elyane Boal 2016-cı ildə Kabo-Verde bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 38.640 xal topladı və sonuncu, 26-cı yeri tutaraq mübarizəni dayandırdı.
Elyane Boal

Goal.com
== Goal.com == Goal.com, 19 dildə və 36 ayrı edisyonla nəşr edən Goal, dünyanın ən məşhur futbol web saytı olaraq bilinməkdədir. Saytda son dəqiqə xəbərləri, xüsusi matç əvvəli analizləri, redaksiya, xüsusi xəbərlər yayımlanır. Canlı hesab xidməti təmin edilməkdədir. Goal, 2011-ci ilin fevral ayında, Əli Slipper və Simon Denyerinn sahibi olduğu qlobal rəqəmsal idman naşiri [Perform Group] tərəfindən 30 milyon dollar qarşılığında satın alındı. Bu satın alımda sonrakı müddətdə Goalın trafiki təxminən iki qatına çıxdı.
REAL (hərəkat)
Respublikaçı Alternativ Partiyası və ya qısaca REAL (2020-ci ilədək ReAl) — Azərbaycan Respublikasında 25 dekabr 2008-ci ildə hərəkat olaraq təsis edilən, 31 avqust 2020-ci ildə dövlət qeydiyyatına alınan siyasi partiya. == Tarixi == 2009-cu ildə keçirilən referendumda dəyişdirilən konstitusiyaya görə "bir şəxsin iki dəfədən artıq prezident seçiləbilməsi" REAL-ı hərəkətə keçirdi. REAL bunu cümhuriyyət təməllərinə zərər və xəyanət kimi gördü. Facebook üzərində 2009-cu ildə REAL Hərəkatı quruldu. 2013-cü il prezident seçkilərinə qatılmaq istəyən İlqar Məmmədov İsmayıllıda təşkil olunan mitinqlərə qatıldı. İlqar Məmmədov ictimai asayişi pozma səbəbindən 7 il müddətinə həbs edildi. Birinci dəfə təsis qurultayının keçirilməsinə cəhd 29 oktyabr 2017-ci ildə olub. Bu haqda məlumat 24 yanvar 2014-cü ildən elan olunub. Lakin Bakı şəhəri icra hakimiyyəti REAL-ın qurultay üçün yer ayrılması müraciətinə rədd cavabı verdi. Təsis qurultayının keçirilməsi üzrə təşəbbüs qrupu yenidən hakimiyyət orqanlarına qurultay keçirilməsi üçün 4, 5, 11, 12, 18, 19, 25 və 26 noyabr və ya dekabr ayının birinci həftəsonunda yer verilməsi ilə bağlı müraciət etmişdir.
REAL (partiya)

Real (albom)
Real — L'Arc~en~Ciel qrupunun albomudur.
Real Aykido
Real Aykido müasir aykidonun bazasında yaradılmış effektli və geniş tətbiqə malik özünümüdafiə sistemidir. Real Aykidonun yaradıcısı 10 DAN qara kəmər sahibi, Real Aykido və Ciu-Citsu üzrə akademik Lyubomir Vraçareviçdir. Onun çoxillik təcrübəsi, Yaponiyanın ən yaxşı ustalarından aldığı biliyi sayəsində yüzlərlə texnika ayırmış, dəyişikliklər etmiş və digər döyüş növlərindən aldığı bilikləri əsasında öz aykido stili - real aykidonu yaratmışdır. Real aykido - olduqca effektiv və sərt özünümüdafiə sistemidir. Real aykidonun məhz sərtliyi onun ən vacib amillərindən biridir. Texnikaların kombinasiyası onun konkret vəziyyətlərdə maksimum effektivliyinə nail olmağa imkan verir. Bir texnikadan digərinə keçməklə həmin şəxsin hansı texnikanı istifadə etmək istəyi mümkün olur. Beləliklə, həddsiz imkanları praktikada real aykidonu çoxtərəfli tətbiq etməyə imkan verir. == Real Aykido kimlər üçündür? == Bu döyüş sənətini ilə məşğul olmaq üçün yaş məhdudiyəəti mövcud deyil.
Real Madrid
Real Madrid FK (isp. Real Madrid Club de Fútbol) — İspaniyanın Madrid şəhərini təmsil edən peşəkar futbol klubu. FIFA tərəfindən XX əsrin ən yaxşı futbol klubu seçilib. "Real Madrid" İspaniyanın ən yüksək futbol çempionatını heç vaxt tərk etməyən 3 klubdan ("Barselona" və "Atletik Bilbao") biridir. İspaniya futbol tarixinin ən titullu klublarından biridir. "Real Madrid"in hesabında ölkə daxilində 67 titul var: 35 dəfə (rekord sayda) İspaniya Çempionu, 20 dəfə İspaniya Kral Kubokunun qalibi və 12 dəfə İspaniya Super Kubokunun qalibidir. UEFA Çempionlar Liqasını hamıdan çox 14 dəfə qazanan klub "Real Madrid"dir. "Real Madrid" bu kuboku 5 dəfə arxa-arxaya (turnirin adı UEFA Avropa Çempionlar Kuboku adlanan zaman) qazanan yeganə klubdur. "Real Madrid" turnirin adı UEFA Çempionlar Liqası adı altında keçirilməyə başlayandan bəri bu mötəbər yarışı 3 dəfə arxa-arxaya qazanan yeganə klubdur. "Real Madrid" 5 dəfə UEFA Super Kubokunu, 2 dəfə UEFA Kubokunu, 2 dəfə UEFA Kuboklar Kubokunu, 8 dəfə FİFA Klublararası Dünya Çempionatını (bunlardan 3-ü turnir Qitələlərarası Kubok adlananda) qazanıb.
Real Saraqosa
Real Sociedad
"Real Sosyedad" — İspaniyaın peşəkar futbol klubu. Real Sociedad, İspaniyada bir Bask şəhəri olan San Sebastianın futbol komandasıdır. Mavi-ağ rənglərə sahib olan komanda La Liqayada mübarizə edir. Matçlarını 32.000 tamaşaçı tutan Estadio Anoetada stadionunda keçirir. 2002-03 mövsümündə La Liqada Nihat Kahveçi, Darko Kovačević, Aitor López Rekarte, Xabi Alonso və Sander Westerveld kimi əhəmiyyətli oyunçularıyla həftələrcə lider olmuşdu. 4-2 məğlub etdikləri Real Madrid komandasıyla son ana qədər çempionluq mübarizəsini davam etdirmiş ancaq rəqiblərinin 29. liqa çempionluğunu qazanmalarına maneə ola bilməyib liqanı 2. sırada tamamlamışlar. 2003-04 UEFA Çempionlar liqasında qrupdan 2-ci olaraq çıxmışlar və 2. dövrdə Olimpik Lyon komandasına uduzmuşdular.
Real Sosyedad

Real TV
Real TV — 2019-ci il aprelin 23-də Milli Televiziya və Radio Şurasının iclasında daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Real Təhlil İnformasiya Mərkəzi” MMC ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) müsabiqənin qalibi elan edilib və ona 37-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib. == Tarixçə == 18 iyul 2016-cı ildə fəaliyyəti dayandırılmış ANS TV-nin vitse prezidenti Mirşahin Ağayev 2018-ci ilin əvvəllərində yeni kanalının adını "Real TV" olaraq açıqlayıb. Əvvəlcə, 28 fevral 2018-ci ildən etibarən peyk televiziyası ilə fəaliyyətə başlayır. Həmin gün “Real TV” adlandırılacaq kanalın yayımı üçün texniki işlər artıq başa çatıb. Belə ki, yeni kanalın fəaliyyəti üçün paytaxtın mərkəzində yeni ofis götürülüb. 5 mart 2018-ci ildə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Həmin iclasda “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. Beləcə, Mirşahin Ağayev “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru seçilib. Həmin gün test yayımına başladı.
Real Valyadolid
Real vaxt
Real vaxt — Hansisa bir informasiyanin dəqiq vaxtinda catdirilmasidir. Real vaxt termini informasiyanin işlənməsi sistemde o vaxt tətbiq olur ki, sistem təminatli vaxt reaksiyasina malik olsun yəni müəyyən olunmuş vaxti aşmamalidir. Real vaxt olan əməliyyat sistemləri müəyyən vaxt ərzində sistemin reaksiyasina təminat verir. Bu vaxt milli saniyələrlə ölcülür. Real vaxt olan əməliyyat sistemləri əsasən neft və qaz çixarilmasi, nəqilyatin avtomatlaşdirilmasi kimyəvi proseslərin, maşinqayirma və metalligiya proseslərində, bank və energetikada və.s tətbiq olunur. Real vaxt iki yerə bölünür 1) Mütləq vaxt: 2) Nisbi vaxt: Mütləq vaxt Qoyulan vaxt intervalinda cavab verilməlidir. Məsələn : yanğin zamani yanğin sistemlərinə cavab reaksiyasi . Nisbi vaxt Qoyulan vaxt ərzində ortalama cavab verir. Məsələn : printerə iki fayl çapi göndərsək hansi tez zamanda çixarmasidir. Real vaxt olan əməliyyat sistemlərinin sürətli işləməsi üçün iki metod var.
Road&Traffic
Roald Amundsen
Rual Engelbreqt Qravninq Amundsen (norv. Roald Engelbregt Gravning Amundsen; 16.7.1872 — 18.6.1928) — norveçli dəniz səyyahı, qütb tədqiqatçısı. Cənub qütbünə çatan ilk şəxs (14 dekabr 1911), Oskar Vistinqlə birlikdə Yer kürəsinin hər iki coğrafi qütbündə olmuş ilk şəxs, Şimal-Qərb keçidindən keçən ilk dəniz səyyahı (Kanada Arktik arxipelaqının boğazları ilə), 1903-cü ildə "şimal maqnit qütbü"nü kəşf etmişdi. Dostları arasında "Vikinq" ləqəbi ilə tanınırdı. == Həyatı == Amundsen 1872-ci ildə Fredrikstad/Sarpsborg şəhərində yerləşən Borge qəsəbəsində norveçli gəmi sahibləri və kapitan ailəsində dünyaya göz açıb. Onun atası Yens Amundsen idi. Amundsen ailənin 4-cü oğlu idi. Anası onun dənizçi olmasını istəmirdi və onu bu sahədən uzaq tutmağa çalışırdı. O, istəyirdi ki, oğlu həkim olsun. 21 yaşına kimi o təzyiq altında olur, ta ki, anası vəfat edənə qədər.
Roald Dal
Roald Dal (13 sentyabr 1916[…], Llandaf[d], Kardiff, Birləşmiş Krallıq – 23 noyabr 1990[…], Oksford) — Uelsli roman və qısa hekayələr yazıçısıdır. Norveçli bir ailənin uşağı olaraq Llandaff Kardiff Uelsdünyaya gələn Dal, 1940-cı illərdə yazdığı xüsusilə uşaqlara istiqamətli kitablarla ən çox satan yazarlar arasına girmişdir. Çarli və şokolad fabriki adlı kitabı mükafat qazanmışdır. Bu mükafatlar cəmdə dörd dənədir. Çarli və şokolad fabriki adlı kitabından sonra Çarlinin Böyük Şüşə Lifti adlı kitabını yazmışdır. Seriyanın üçüncü kitabını da yazmaq istəmişdir, lakin bitirə bilməmişdir.
Roald Hofman
Roald Hofman(ing. Roald Hoffmann; doğ. 18 iyul 1937, Zoloçev, Tarnopol voevodalığı, Polşa, indiki Lvov vilayəti, Ukrayna) — amerika kimyaçısı.Kimya üzrə Nobel mükafatı laureatı (1981). == Həyatı == Amerika kimyaçısı Roald Hofman 1937-ci ilin iyulun 18-də Zloçevdə (Polşa) anadan olub. 1958-ci ildə Kolumbiya universitetini bitirib. 1965-ci ilə qədər Harvard universitetində (1960-1961-ci illərdə Moskva Dövlət Universitetində təcrübə keçib) işləyib. 1965-ci ildən Kornell universitetində (1968-ci ildən professor) işləyib. Əsas tədqiqatları kimyəvi kinetikaya və kimyəvi reaksiyaların mexanizminin öyrənilməsinə həsr olunub. 1964-cü ildə mürəkkəb üzvi molekulların konformasiyasını və molekulyar orbitalların quruluşunu öyrənərkən -elektronları sisteminin analizini və hesablamalarını həyata keçirmişdir; reaksiyaların hipotetik aralıq məhsullarının enerjisini hesablamışdır (o cümlədən karbokationun) ki, bu da aktivləşmə enerjisini qiymətləndirməyə və aktivləşmiş kompleksin daha əlverişli konfiqurasiyası haqqında nəticə çıxarmağa imkan vermişdir. 1965-ci ildə R.B. Vudvord ilə birlikdə razılaşdırılmış reaksiyalar üçün orbital simmetriyasının saxlanması qaydasını təklif etmişdir.
Roar Flaten
Roar Flaten (15 yanvar 1950, Norveç) — Norveç Həmkarlar İttifaqları Konfederasiyasının sabiq rəhbəri.