Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
REAL
REAL — Siyasi partiya. Real (albom) — Musiqi albomu. Real (Fransa) — Fransada kommuna. Real TV — televiziya kanalı.
Rial
İran rialı — İranın pul vahidi. Qatar rialı — Qatarın pul vahidi. Oman rialı — Omanın pul vahidi. Səudiyyə Ərəbistanı rialı — Səudiyyə Ərəbistanının pul vahidi. Yəmən rialı — Yəmənin pul vahidi.
Roşal
Roşal — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir
Abbey Road
Abbey Road — Böyük Britaniyanın "The Beatles" rok qrupunun on ikinci studiya albomu. == Haqqında == Albom Apple Records leyblı ilə 26 sentyabr 1969-cu ildə buraxılmışdır. Abbey Road üzərində işlər 1969-cu ilin fevral ayından avqust ayınadək davam etmiş və qrupun bütün dörd üzvünün birlikdə işlədiyi sonuncu layihə olmuşdur (qrupun 1970-ci ildə buraxılmış və sayca sonuncu studiya albomu sayılan "Let It Be"nin böyük hissəsi 1969-cu ilin yanvarında yazılmışdı). Albomun prodüserliyini 1962-ci ildən qrup ilə işləyən Corc Martin etmişdir. Qrup üzvlərinin Ebbi-Roud küçəsini keçən zaman çəkilmiş albomun üz qabığındakı fotoşəkil geniş şöhrət qazanmışdır. Foto çəkiliş 8 avqust 1969-cu ildə baş tutmuşdur. Fotoqraf Lain Makmillanın şəkili çəkə bilmək üçün cəmi on dəqiqəsi var idi: Ebbi-Roud Londonun ən işlək küçələrindən biri olduğundan, küçənin bu sahəsi xüsusi olaraq polis tərəfindən bağlanılmışdı.
Balaşzadə Röyal
Ektor Rial
Xose Ektor Rial Lagiya (isp. José Héctor Rial Laguía; 14 oktyabr 1928 – 24 fevral 1991, Madrid) — 1954 və 1961-ci illərdə "Real Madrid"in heyətində hücumcu mövqeyində çıxış etmiş futbolçu. Çempionlar Kubokunu ard-arda beş dəfə qazanan heyətin üzvü olmuşdur. O, karyerası boyu Argentina, Kolumbiya, Uruqvay, İspaniya, Fransa və Çili klublarında çıxış etmişdir. O, Argentinada doğulub orada böyüsə də, İspaniya milli futbol komandasının heyətində 5 dəfə oynamışdır. Rial peşəkar karyerasına 1947-ci ildə Argentina çempionatının "San Lorenso de Almaqro" klubunda başladı. 1949-cu ilin iyun ayında "İndependyente Santa Fe" klubunda oynamaq üçün Kolumbiyaya köçdü. Klubla keçirdiyi iki mövsümdən sonra Uruqvayın "Nasyonal" klubuna keçdi və 1952-ci ildə yerli çempionatın qalibi oldu. 1954-cü ildə Rial, yeddi il oynadığı İspaniya nəhəngi "Real Madrid"ə qatıldı və komandası ilə birlikdə on böyük titul qazandı. Klubda, əsasən əvəzedici heyətdə oynadığı son mövsümdə o, icarə əsasında beş aylıq Çilinin "Union Espanyola" klubuna keçdi.
Elyana Boal
Elyane Boal (d. 28 aprel 1998) — Kabo-Verdeni təmsil edən bədii gimnast. Elyana Boal 2016-cı ildə Kabo-Verdeni XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Elyane Boal 2016-cı ildə Kabo-Verde bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 38.640 xal topladı və sonuncu, 26-cı yeri tutaraq mübarizəni dayandırdı.
Elyane Boal
Elyane Boal (d. 28 aprel 1998) — Kabo-Verdeni təmsil edən bədii gimnast. Elyana Boal 2016-cı ildə Kabo-Verdeni XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Elyane Boal 2016-cı ildə Kabo-Verde bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 38.640 xal topladı və sonuncu, 26-cı yeri tutaraq mübarizəni dayandırdı.
Goal.com
== Goal.com == Goal.com, 19 dildə və 36 ayrı edisyonla nəşr edən Goal, dünyanın ən məşhur futbol web saytı olaraq bilinməkdədir. Saytda son dəqiqə xəbərləri, xüsusi matç əvvəli analizləri, redaksiya, xüsusi xəbərlər yayımlanır. Canlı hesab xidməti təmin edilməkdədir. Goal, 2011-ci ilin fevral ayında, Əli Slipper və Simon Denyerinn sahibi olduğu qlobal rəqəmsal idman naşiri [Perform Group] tərəfindən 30 milyon dollar qarşılığında satın alındı. Bu satın alımda sonrakı müddətdə Goalın trafiki təxminən iki qatına çıxdı.
Off-road
Off-road (ing. off-road — yolsuzluq) — yolsuzluq maşını adlandırılan tamötürücülü avtomobil ilə çətin və keçilməz trayektoriya üzrə hərəkət etməni nəzərdə tutan aktiv istirahət və idman növü. Yolsuzluq avtomobilinin ekipajı ən azı iki nəfərdən ibarət olmalıdır: pilot və şturman. Şturman naviqasiya sistemi ilə, hərəkət marşrutunu müəyyən edir, keçilməz yollarda pilota tövsiyələr verir. Pilot yolsuzluq və ekstremal şəraitdə avtomobili yaxşı idarə etmək bacarıqlarına malik olmalıdır. Offroad-ı iki kateqoriyaya bölmək olar: idman və aktiv istirahət.
Oral seks
Oral seks (lat. os, oris — ağız sözündəndir) — partnyorun cinsi orqanına dodaqlar, dişlər, dil, yanağın içi, boğaz, bütün ağız və bütövlükdə ağız boşluğu və ya bu bədən hissələrinin birləşməsi ilə stimulyasiya etməklə cinsi oyanma və/yaxud həzzin əldə edildiyi cinsi əlaqə. Erogen zonaların stimulyasiyası öpüşmə, yalama, dil ilə masaj hərəkətləri, zərif dişləmə, əmmə (ağız və dodaqların qarşılıqlı hərəkətləri) şəklində olur. Oral seks, insanlardan başqa, digər primatlarda, eləcə də yarasalarda mövcuddur. == Gigiyenik və tibbi aspektləri == Yoluxucu xəstəliklərin ötürülməsinin qarşısını almaq üçün oral seks zamanı prezervativlərdən (kişilər üçün) və lateks lentlərdən (qadınlar üçün) istifadə edilməlidir ki, bu, oral cinsi əlaqə zamanı, həmçinin vaginal cinsi əlaqə zamanı mümkündür. Bununla belə, iki səbəbə görə həkimlərin tövsiyələrinə nadir hallarda əməl olunur: hətta nazik prezervativ belə həssaslığı azaldır və xoşagəlməz "rezin" dad cinsi əhval-ruhiyyəni aşağı salır. Oral seks ağız boşluğunda və yuxarı tənəffüs yollarında (kəskin respirator virus infeksiyaları, tonzillit, skarlatina, tonzillit, faringit və s.) hər hansı iltihabi proseslər üçün təhlükəlidir, çünki infeksiya partnyorun cinsiyyət orqanlarına yayılaraq, iltihablı təsirlər yarada bilər. Bu cür infeksiyalar çox vaxt xarakterik olmayan klinik mənzərəyə (diaqnozun qoyulmasını çətinləşdirir) və ya bəzi cinsi yolla keçən infeksiyalara oxşar simptomlara malikdir. Oral seks təcrübəsi nəticəsində bakteriya, virus və göbələklərin yaratdığı yoluxucu xəstəliklər keçə bilər. Ağız mikroorqanizmləri (həm normal şəraitdə, həm də xəstəliklərdə, məsələn, kariyesdə) də ağız boşluğunun iltihabına və cinsiyyət orqanlarının mikroflorasının pozulmasına səbəb ola bilər.
Oral Çalışlar
Oral Çalışlar (14 dekabr 1946, Tarsus, Mersin ili) — türk jurnalist və yazıçı.
Por-Royal
Por-Royal — Paris yaxınlığında qadın monastrı. XVII əsrdə yansenizmin, Fransada maarifçiliyinin mərkəzi olmuşdur. Paskal burada yaşamış və işləmişdir. Por-Royal məktəbində müxtəlif dərsliklər, o cümlədən kartezian rasionalizmi ruhunda yazılmış məntiq dərsliyi (müəllifləri Arno və Nikol) tərtib edilmişdir. Dərslikdə hökmlərin müfəssəl təsnifatı verilmiş,həmçinin sintetik və analitik metodların fərqi məsələsi nəzərdən keçirilmişdir. Yansenistlər mübarizədə yezuitlərin tərəfinə keçmiş XIV Lüdovikin əmri ilə monastır yandırılmışdır (1712). == Mənbə == Fəlsəfə Ensklopedik Lüğəti. 1997 ci-il. Səh.
Portman Road
Portman Road İngiltərənin İpsviç şəhərində yerləşən bir futbol stadionudur. 1884-cü ildən bəri İpsviç Tovn futbol komandası matçlarını burada oynayır. Stadion ayrıca gənc milli komanda və A milli komanda matçlarına da ev sahibliyi etmişdir. Bu stadionda bəzi atletizm müsabiqələri və beynəlxalq xokkey matçları da oynanmışdır. Bundan əlavə Elton Con, Tina Törner, Red Hot Çili Peppers və REM kimi musiqiçilərin sayılı konsertlərinə də ev sahibliyi etmişdir. 2000-ci ildə stadionun tutumu 22,600-dən 30,311 'ə yüksəldilmişdir. 1975-ci ildə sahə kənarında ayaqda dayanmağa icazə verilərkən Lids Yunayted 'ə qarşı keçirilən FA Cup oyununda 38,010 nəfərlik tamaşaçı rekordu qırılmışdır. Dörd bölmədə yerlər tamamilə kreslolu hala gətirilmişdir.
REAL (hərəkat)
Respublikaçı Alternativ Partiyası və ya qısaca REAL — Azərbaycan Respublikasında 25 dekabr 2008-ci ildə hərəkat olaraq təsis edilən, 31 avqust 2020-ci ildə dövlət qeydiyyatına alınan siyasi partiya. == Tarixi == 2009-cu ildə keçirilən referendumda dəyişdirilən konstitusiyaya görə "bir şəxsin iki dəfədən artıq prezident seçiləbilməsi" REAL-ı hərəkətə keçirdi. REAL bunu cümhuriyyət təməllərinə zərər və xəyanət kimi gördü. Facebook üzərində 2009-cu ildə REAL Hərəkatı quruldu. 2013-cü il prezident seçkilərinə qatılmaq istəyən İlqar Məmmədov İsmayıllıda təşkil olunan mitinqlərə qatıldı. İlqar Məmmədov ictimai asayişi pozma səbəbindən 7 il müddətinə həbs edildi. 7 və 8 aprel 2018-ci il tarixlərində 2 mərhələli şəkildə Real Alternativ Hərəkatı 1-ci təsis Qurultayını keçirərək Real Partiyasını yaratmışdır. Partiyanın seçkili orqanlarına səs vermə yolu ilə 40 nəfər Məclis üzvü, İlqar Məmmədov isə səs çoxluğu ilə partiya sədri seçilmişdir. 2018-ci ilin yay fəslində artıq REAL partiyasının sədri İlqar Məmmədov şərti azadlığa buraxıldı. 2019-cu ildə partiyada qurultaya hazırlıq addımları atıldı, məclis və idarə heyəti buraxıldı.
REAL (partiya)
Respublikaçı Alternativ Partiyası və ya qısaca REAL — Azərbaycan Respublikasında 25 dekabr 2008-ci ildə hərəkat olaraq təsis edilən, 31 avqust 2020-ci ildə dövlət qeydiyyatına alınan siyasi partiya. == Tarixi == 2009-cu ildə keçirilən referendumda dəyişdirilən konstitusiyaya görə "bir şəxsin iki dəfədən artıq prezident seçiləbilməsi" REAL-ı hərəkətə keçirdi. REAL bunu cümhuriyyət təməllərinə zərər və xəyanət kimi gördü. Facebook üzərində 2009-cu ildə REAL Hərəkatı quruldu. 2013-cü il prezident seçkilərinə qatılmaq istəyən İlqar Məmmədov İsmayıllıda təşkil olunan mitinqlərə qatıldı. İlqar Məmmədov ictimai asayişi pozma səbəbindən 7 il müddətinə həbs edildi. 7 və 8 aprel 2018-ci il tarixlərində 2 mərhələli şəkildə Real Alternativ Hərəkatı 1-ci təsis Qurultayını keçirərək Real Partiyasını yaratmışdır. Partiyanın seçkili orqanlarına səs vermə yolu ilə 40 nəfər Məclis üzvü, İlqar Məmmədov isə səs çoxluğu ilə partiya sədri seçilmişdir. 2018-ci ilin yay fəslində artıq REAL partiyasının sədri İlqar Məmmədov şərti azadlığa buraxıldı. 2019-cu ildə partiyada qurultaya hazırlıq addımları atıldı, məclis və idarə heyəti buraxıldı.
Real (albom)
Real — L'Arc~en~Ciel qrupunun albomudur.
Real Aykido
Real Aykido müasir aykidonun bazasında yaradılmış effektli və geniş tətbiqə malik özünümüdafiə sistemidir. Real Aykidonun yaradıcısı 10 DAN qara kəmər sahibi, Real Aykido və Ciu-Citsu üzrə akademik Lyubomir Vraçareviçdir. Onun çoxillik təcrübəsi, Yaponiyanın ən yaxşı ustalarından aldığı biliyi sayəsində yüzlərlə texnika ayırmış, dəyişikliklər etmiş və digər döyüş növlərindən aldığı bilikləri əsasında öz aykido stili - real aykidonu yaratmışdır. Real aykido - olduqca effektiv və sərt özünümüdafiə sistemidir. Real aykidonun məhz sərtliyi onun ən vacib amillərindən biridir. Texnikaların kombinasiyası onun konkret vəziyyətlərdə maksimum effektivliyinə nail olmağa imkan verir. Bir texnikadan digərinə keçməklə həmin şəxsin hansı texnikanı istifadə etmək istəyi mümkün olur. Beləliklə, həddsiz imkanları praktikada real aykidonu çoxtərəfli tətbiq etməyə imkan verir. == Real Aykido kimlər üçündür? == Bu döyüş sənətini ilə məşğul olmaq üçün yaş məhdudiyəəti mövcud deyil.
Real Madrid
Real Madrid FK — 1902-ci il tarixində qurulan, dünyaca məşhur ispan futbol klubu.
Real Saraqosa
Road&Traffic
Road and Traffic — Xəzər regionunda yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları kimi sektorların peşəkarlarını öz meydançasında bir araya toplayan biznes platforma. == Məqsəd == Sərgi yol, körpü və tunellərin layihələndirilməsi və inşası əsnasında bu sahənin mütəxəssislərinə müasir həll seçimlərini təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi (İNS) sektoruna aid olan məhsullarınızın satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları ilə görüşmək və bu sahə üzrə tenderlərdə iştirak etmək imkanı yaradır. == Tarix == === 2014 === Road&Traffic 2014 sərgisində Azərbaycan, Almaniya, Türkiyə və Fransa şirkətləri tərəfindən geniş çeşiddə yol-tikinti avadanlıqları, materiallar, infrastruktur və servis xidmətləri nümayiş etdirilib. === 2018 === "Road & Traffic 2018" sərgisində yol-tunel inşaatı, yol hərəkətinin idarə edilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi və ictimai nəqliyyat sahəsi üzrə istehsalçı və operatorların görüşü baş tutmuş, eləcə də yol təhlükəsizliyi ilə bağlı problemlərin həlli yolları üzrə əldə olunan ən son nailiyyətləri nümayiş etdirilmişdir. === 2022 === Road&Traffic 2022 sərgisində Azərbaycan, Almaniya, Belarus, Yunanıstan, İtaliya, Qazaxıstan, Rusiya Federasiyası, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şirkətləri öz məhsul və xidmətlərini təqdim ediblər.
Roald Amundsen
Rual Engelbreqt Qravninq Amundsen (norv. Roald Engelbregt Gravning Amundsen; 16.7.1872 — 18.6.1928) — norveçli dəniz səyyahı, qütb tədqiqatçısı. Cənub qütbünə çatan ilk şəxs (14 dekabr 1911), Oskar Vistinqlə birlikdə Yer kürəsinin hər iki coğrafi qütbündə olmuş ilk şəxs, Şimal-Qərb keçidindən keçən ilk dəniz səyyahı (Kanada Arktik arxipelaqının boğazları ilə), 1903-cü ildə "şimal maqnit qütbü"nü kəşf etmişdi. Dostları arasında "Vikinq" ləqəbi ilə tanınırdı. == Həyatı == Amundsen 1872-ci ildə Fredrikstad/Sarpsborg şəhərində yerləşən Borge qəsəbəsində norveçli gəmi sahibləri və kapitan ailəsində dünyaya göz açıb. Onun atası Yens Amundsen idi. Amundsen ailənin 4-cü oğlu idi. Anası onun dənizçi olmasını istəmirdi və onu bu sahədən uzaq tutmağa çalışırdı. O, istəyirdi ki, oğlu həkim olsun. 21 yaşına kimi o təzyiq altında olur, ta ki, anası vəfat edənə qədər.
Roald Dal
Roald Dal (13 sentyabr 1916[…], Llandaf[d], Uels, Birləşmiş Krallıq – 23 noyabr 1990[…], Oksford) — Uelsli roman və qısa hekayələr yazıçısıdır. Norveçli bir ailənin uşağı olaraq Llandaff Kardiff Uelsdünyaya gələn Dal, 1940-cı illərdə yazdığı xüsusilə uşaqlara istiqamətli kitablarla ən çox satan yazarlar arasına girmişdir. Çarli və şokolad fabriki adlı kitabı mükafat qazanmışdır. Bu mükafatlar cəmdə dörd dənədir. Çarli və şokolad fabriki adlı kitabından sonra Çarlinin Böyük Şüşə Lifti adlı kitabını yazmışdır. Seriyanın üçüncü kitabını da yazmaq istəmişdir, lakin bitirə bilməmişdir.
Roald Hofman
Roald Hofman(ing. Roald Hoffmann; doğ. 18 iyul 1937, Zoloçev, Tarnopol voevodalığı, Polşa, indiki Lvov vilayəti, Ukrayna) — amerika kimyaçısı.Kimya üzrə Nobel mükafatı laureatı (1981). == Həyatı == Amerika kimyaçısı Roald Hofman 1937-ci ilin iyulun 18-də Zloçevdə (Polşa) anadan olub. 1958-ci ildə Kolumbiya universitetini bitirib. 1965-ci ilə qədər Harvard universitetində (1960-1961-ci illərdə Moskva Dövlət Universitetində təcrübə keçib) işləyib. 1965-ci ildən Kornell universitetində (1968-ci ildən professor) işləyib. Əsas tədqiqatları kimyəvi kinetikaya və kimyəvi reaksiyaların mexanizminin öyrənilməsinə həsr olunub. 1964-cü ildə mürəkkəb üzvi molekulların konformasiyasını və molekulyar orbitalların quruluşunu öyrənərkən -elektronları sisteminin analizini və hesablamalarını həyata keçirmişdir; reaksiyaların hipotetik aralıq məhsullarının enerjisini hesablamışdır (o cümlədən karbokationun) ki, bu da aktivləşmə enerjisini qiymətləndirməyə və aktivləşmiş kompleksin daha əlverişli konfiqurasiyası haqqında nəticə çıxarmağa imkan vermişdir. 1965-ci ildə R.B. Vudvord ilə birlikdə razılaşdırılmış reaksiyalar üçün orbital simmetriyasının saxlanması qaydasını təklif etmişdir.
Roar Flaten
Roar Flaten (15 yanvar 1950, Norveç) — Norveç Həmkarlar İttifaqları Konfederasiyasının sabiq rəhbəri.