Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kutilər
Kutilər və ya qutilər – Cənubi Azərbaycan ərazisində məskunlaşmış qədim tayfalardan biri. Mənbələrdə kutilərin adlarının ilk dəfə çəkilməsi e.ə. XXIII əsrə aiddir. Kutilərin məskunlaşdığı ərazilər mənbələrdə "Qutium" adlandırılır. Kutilər iri tayfa ittifaqı idilər və əsas məşğuliyyətləri maldarlıq idi, amma əkinçiliklə də məşğul olurdular. E.ə. 2200-cü ildə kutilər Akkad üzərinə hücum etdilər və hökmdar Naram-Sueni öldürdülər, Mərkəzi və Cənubi Mesopotamiyanı (Sumeri) ələ keçirdilər. Kuti "hökmdar"ları burada yüz ilədək hakimiyyətdə oldular. Kuti "hökmdar"ları tayfa başçıları idilər və müəyyən müddətə seçilirdilər. E.ə.
Qutilər
Kutilər və ya qutilər – Cənubi Azərbaycan ərazisində məskunlaşmış qədim tayfalardan biri. Mənbələrdə kutilərin adlarının ilk dəfə çəkilməsi e.ə. XXIII əsrə aiddir. Kutilərin məskunlaşdığı ərazilər mənbələrdə "Qutium" adlandırılır. Kutilər iri tayfa ittifaqı idilər və əsas məşğuliyyətləri maldarlıq idi, amma əkinçiliklə də məşğul olurdular. E.ə. 2200-cü ildə kutilər Akkad üzərinə hücum etdilər və hökmdar Naram-Sueni öldürdülər, Mərkəzi və Cənubi Mesopotamiyanı (Sumeri) ələ keçirdilər. Kuti "hökmdar"ları burada yüz ilədək hakimiyyətdə oldular. Kuti "hökmdar"ları tayfa başçıları idilər və müəyyən müddətə seçilirdilər. E.ə.
Rusinlər
Rusinlər — Şərqi slavyan etnik qrupu, əsasən Şərqi Avropada yaşayırlar. Ensiklopediyalar rusinləri həm ukraynalılara, həm də ukraynalılardan fərqli slavyan xalqına aid edirlər. Rusinlərin bir hissəsi özlərini ayrı xalq hesab edirlər. SSRİ-də onlar (müasir Ukraynada da hal-hazırda rəsmi mövqe belədir) ukraynalıların etnik qrupu kimi baxılırdı.
Rutinq
Rutinq — Rutinq Android ƏS-də çalışan telefon (planşet) sahibinə "superuser" hüquqları — qoşulma və dəyişiklik etmə imkanı verir.
Utilər
Utilər – Qafqaz Albaniyasında yaşamış və Alban tayfa ittifaqında daxil olan ən böyük tayfalardan biri. İ. P. Petruşevski Qəbələ rayonunun Nic kəndində yaşayan udinlər qədim albanların qalıqları olduğu fikrini irəli sürmüş, digər tədqiqatçılar – S.T.Yeremyan, Z.İ.Yampolski, Z.M.Bünyadov, Q.A.Klimov, A.Q.Şanidze, İ.H.Əliyev, V.L.Qukasyan, F.Məmmədova onunla həmfikir olmuşdurlar. Ancaq etnoqraf Q. Qeybulayev bugünkü udinlərin Dağıstandilli tayfaların birinin qalıqları olduğunu və utiləri alban etnosu, yəni Alban dövlətini yaradan və etnik adı alban olanlar ilə eyniləşdirilmənin doğru olmadığını yazmışdır. Strabon Atropatenada – Midiya dağları adlanan dağlıq ərazidə Xəzərin cənub qərbində alban və uti tayfalarının yanaşı yaşadığını qeyd edir və bu da alban və uti adlarının müstəqil tayfaların adları olduğunu deməyə əsas verir. 1958-ci ildə erməni tarixçisi S.T.Yeremyan qədim alban dilinin udin dili olduğunu yazmış, gürcü tarixçisi A.Q.Şanidze də udinlərin erməni tarixi ənənəsində albanların varisləri hesab edildiyini göstərmişdir. Alban tarixçisi Moisey Kalankatlının – Alban ölkəsinin tarixi əsərində Albaniyada 5 mahalın Uti adlandığı göstərilir: Qarabağın dağlıq hissəsində – Artsakda, Bərdə zonasında, Girdimanın Xalxal şəhəri (indiki Qazax- Ağstafa rayonunları ərazisində) zonasında və Azərbaycanın şimal – qərbində. Qiyasəddin Qeybullayev qeyd edir ki, tədqiqatçıları çaş – baş salan da budur. Əgər mahalların hamısında indiki Dağıstandilli udinlərin əcdadları yaşamışsa, onda əlbəttə deməliyik ki, onlar Albaniyanın ən böyük tayfası idi. İqrar Əliyev belə də yazmışdır: "Utilər Albaniyada aparıcı tayfa idilər". Sonra bu fikri V. L. Qukasyan təkrar etmişdir: "Uti – udinlər alban tayfa ittifaqında aparıcı rola malik idi." Qiyasəddin Qeybullayev isə bu fikrə etiraz edərək qeyd edir ki, bu belə deyil.
Ruter
Marşrutlaşdırıcı (Ruter və ya Router ingilis dilindən tərcüməsi ing. router /ˈɹu:tə(ɹ)/ və ya /ˈɹaʊtəɹ/, /ˈɹaʊtɚ/) — şəbəkə trafikinə yol göstərir (istiqamətləndirir). Şəbəkədə göndərilən verilənlər kiçik paketlərə bölünür. Paketlərin hamısı eyni yolla (marşrutla) hərəkət etmir; paketlərin biri bir yolla, digəri isə başqa bir yolla gedə bilər. Paketlər təyinat yerinə çatdıqda ilkin formada birləşdirilir. Mürəkkəb, yəni çoxlu hissəsi olan şəbəkələrdə yönləndiricilər göndərilmiş paketləri qəbul edir və onları mövcud marşrutlardan ən səmərəli olanı (ən qısası) üzrə göndərir. Şəbəkənin hər hansı bir hissəsində nasazlıq olarsa, yönləndirici paketləri alternativ yollara istiqamətləndirə bilər. Marşrutlaşdırıcının şəbəkə kommutatorundan (Switch) və şəbəkə qovşağından (HUB) əsas fərqi OSİ modelinin şəbəkə (3-cü) səviyyəsində işləməsindədir. Beləki digər 2 avadanlıq uyğun olaraq 1 və 2-ci səviyyəli OSİ modelləri ilə işləyirlər. == İş prinsipi == Adətən marşrutlaşdırıcı paket başlığında göstərilən ötürülən ünvandan istifadə edir və marşrutlaşdırma cədvəlindən məlumatların ötürüləcəyi yolu müəyyənləşdirir.
Adrian Frutiger
Adrian Frutiger (Adrian Frutiger) – XX əsrin ikinci yarısı və XIX əsrin əvvəlində çalışan ən möhtəşəm şrift dizaynerlərindən biridir. Tanınmış və geniş istifadə olunan bir çox şriftlərin müəllifidir. Onun karyerası mətbəəçiliyin metal şrift tökmə, fotoyığım və rəqəmsal səhifələmə dövrlərini əhatə edir. Onun ən tanınmış işlərindən Univers, Frutiger və Avenir şrift ailələridir, hansı ki dırnaqsız (sans-serif) şriftlərinin üç əsas janrlarını əhatə edir – neo-qrotesk, humanist və həndəsi. == Həyatı == Adrian Frutiger 24 may 1928-ci il tarixində İsveçrənin Bern kantonunda yerləşən Unterzen komunnasında toxucu ailəsində anadan olub. 16 yaşındaykən o heykəltaraş peşəsini öyrənmək istəyirdi, lakin atası buna razı olmadı və Adrian İnterlaken şəhərində yerləşən Otto Schaeffli mətbəəsində mürəttib köməkçisi vəzifəsində işləməyə başlayır. 1944–1948 illərində Sürixdə Kunstgewerbeschule məktəbində (tətbiqi incəsənət məktəbi) oxuyub və sonralar mürəttib kimi işləyib. 1949-cu ildə Kunstgewerbeschule məktəbinə qayıdır və 1951-ci ilə kimi təhsilini davam etdirir. Peşəkar həyatının əsas dövrünü Fransada, Parisdə yaşayıb. Həyatının son illərini isə Bremqarten-Bern komunnasında keçirib.
Antonio Rüdiger
Antonio Rüdiger (3 mart 1993, Berlin) — Premyer liqa təmsilçilərindən olan Çelsi klubunda və Almaniya milli futbol komandasında müdafiənin mərkəzi cinahında çıxış edən peşəkar Almaniya futbolçusu.
Rüdiger Hauffe
Rüdiger Hauffe 6 may 1956-cı ildə anadan olub. O, idmançı kimi aktiv avarçəkmə karyerasına 1971-ci ildə "Maqdeburq" İdman Klubunda başlayıb. 3 il sonra gənclər arasında dünya çempionu olub. 1979-cu ildə idmançı karyerasını bitirib və məşqçilik fəaliyyətinə start verib. O, Almaniyanın müxtəlif klublarının baş məşqçisi kimi, yığma komandaya layiqli idmançılar hazırlayıb. Yetirmələrindən biri - Manuela Lutze 1988-ci il Seul Yay Olimpiya Oyunlarının və dünya çempionatının mükafatçısı olub. Bir neçə yetirməsi isə gənclər arasında dünya çempionatlarında fərqlənib. 2006-cı il avqustun 10-da Hauffe İranın akademik avarçəkmə üzrə milli komandasına baş məşqçi təyin olunub. 1 may 2007-ci ildə isə o, fəaliyyətini İranın kişilərdən ibarət akademik avarçəkmə yığmasının məşqçisi kimi davam etdirib. 2008-ci ildə akademik avarçəkmə üzrə Azərbaycan milli komandasına baş məşqçi təyin olunub.
Stenli Pruziner
Stenli Pruziner (28 may 1942[…], De-moyn, Ayova) — amerikan alimi, 1997-ci ildə prionların kəşfinə görə Nobel mükafatına layiq görülüb. == Həyatı == 1964 — Pensilvaniya Universitetinin kollecini bitirir 1968 — Pensilvaniya Universitetinin Tibb fakültəsini bitirir 1968–69 — Kaliforniya Universitetində internatura 1972–74 — Kaliforniya Universitetində (San Fransisko) nevrologiya üzrə rezidentura 1974–80 — Kaliforniya Universitetində (San Fransisko) nevrologiya üzrə yardımcı dosent (assistant professor in residence) 1976–88 — Kaliforniya Universitetinin (San Fransisko) biokimya və biofizika kafedrasında mühazirə müəllimi 1979–83 — Kaliforniya Universitetinin (Berkli) virologiya üzrə yardımcı dosent (assistant professor) 1980–84 — Kaliforniya Universitetinin (San Fransisko) nevrologiya üzrə dosent (associate professor) 1983–84 — Kaliforniya Universitetinin (Berkli) virologiya üzrə dosenti (associate professor in residence) 1984 — Kaliforniya Universitetində (San Fransisko) nevrologiya üzrə professoru 1984 — Kaliforniya Universitetinin (Berkli) virologiya üzrə professoru (professor in residence) 1984 — Kaliforniya Universitetinin (San Fransisko) biokimya və biofizika professoru.
Küttner şişi
Küttner şişi (ing. Küttner's tumor) – tüpürcək vəzinin xoşxassəli şişəbənzər xroniki iltihabıdır. Əsasən submandibulyar vəzini zədələyir, birtərəfli həmən vəzinin ağrısız şişməsidir. IgG 4-bağlı əlamət kimi qəbul edilir.
Carl Reiner
Karl Rayner (ing. Carl Reiner; 20 mart 1922, Bronks, Nyu-York, ABŞ — 29 iyun 2020, Beverli-Hillz, Kaliforniya, ABŞ) — ABŞ aktyoru.
Rainer Barzel
Rainer Barzel (20 iyun 1924[…] – 26 avqust 2006[…], Münxen) — ) Xristian Demokrat İttifaqının (CDU) alman siyasətçisi idi . O , 1983-1984-cü illərdə Bundestaqın 8-ci prezidenti olub . Barzel 1969-cu ildə partiyası müxalifətə keçməmişdən əvvəl parlament qrupunun lideri və qısa müddət ərzində federal nazir olmuşdu. Daha sonra Barzel partiyanın sədri oldu. O, 1972-ci ildə konstruktiv etimadsızlıq səsverməsi yolu ilə federal kansler olmağa çalışdı və Federal Respublikada buna cəhd edən ilk şəxs oldu. O, gözlənilmədən iki səs az qaldı. 1972-ci ilin noyabrında keçirilən növbəti ümumi seçkilərdə o, CSU/CSU-nun uğursuz əsas namizədi oldu. O, bir il sonra sədrliyini itirdi, lakin parlamentin nüfuzlu üzvü olaraq qaldı. == Həyatı == Şərqi Prussiyanın Braunsberg şəhərində (indiki Branievo, Polşa ) anadan olan Barzel 1971-1973-cü illərdə CDU-nun sədri vəzifəsində çalışıb və 1972-ci il federal seçkilərində Villi Brandtın SPD-yə məğlub olaraq CDU-nun Almaniya kansleri vəzifəsinə namizədi kimi çıxış edib . Barzel Konrad Adenauer dövründə Ümumi Alman İşləri Naziri (1962-63) , CDU/CSU-nun Parlament qrupunun rəhbəri (1964-1973), Helmut Kolda Almaniyadaxili Əlaqələr Naziri (1982-1983) vəzifələrində çalışıb.
Ruminə Purmuxtari
Ruminə Purmuxtari (12 noyabr 1995) — əslən Cənubi Azərbaycandan olan İsveçin iqlim və ətraf mühit naziri. O, 26 yaşında vəzifəyə yüksələrək İsveçdə Nazirlər Kabinetinin ən gənc naziridir. == Həyatı == 12 noyabr 1995-ci ildə Stokholm qraflığının Sundbiberq camaatlığında anadan olub. Onun atası İbrahim Purmuxtari vaxtilə İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərindən siyasi baxışlarına görə təqib və təzyiqlərə məruz qaldığından İsveçə mühacirət edib. == Siyasi karyera == === İsveç Liberal Gəncliyi === 2019-cu ildən İsveç Liberallar Partiyasının gənclik qolu İsveç Liberal Gəncliyi Birliyinin (LUF) sədridir. 2018-ci ildən isə gənclər birliyinin birinci vitse-prezidenti vəzifəsini icra edib. O, Sundbiberqdə böyüyüb və əsasən təhsil, inteqrasiya, feminizm və namus zülmünün qarşısının alınması ilə bağlı siyasi məsələlərlə məşğul olur. Sədr olduğu müddətdə hərbi xidmətə çağırış və digər məsələlərlə yanaşı, hərbi çağırışın sırf peşəkar müdafiə ilə əvəz edilməli olduğunu və əsas partiya olan Liberalların liberal miqrasiya siyasətinə sadiq qalmasını müdafiə etdi. 14 sentyabr 2022-ci ildə Pourmokhtari noyabrda keçiriləcək konqreslə əlaqədar Liberal Gənclər Assosiasiyasının həmkarlar ittifaqı sədri vəzifəsini tərk edəcəyini açıqladı. === Riksdaq və hökumət === 2022-ci ildə İsveçdə keçirilən parlament seçkilərində Purmuxtari Stokholm dairəsi və Stokholm bələdiyyəsinin seçki dairələrində Liberallar üçün deputatlığa namizəd olub.
Rutger Hauer
Rutger Ulsen Hauer (Nid.: [ˈrɵtxər ˈulsə(n) ˈɦʌuər]; 23 yanvar 1944[…], Bryokelen[d], Utrext – 19 iyul 2019[…], Betsterzvaq[d], Frislandiya[d]) — hollandiyalı aktyor, yazıçı və ekoloq. Həm holland, həm də ingilisdilli seriallarda və filmlərdə rol alıb. Onun karyerası Hollandiya televiziyasında yayımlanan "Floris" serialındakı rolu ilə 1969-cu ildə başladı və 1973-cü ildə kütləvi uğur əldə edən "Türk şirniyyatı" filmi ilə daha da gücləndi. 1977-ci ildə o, "Narıncı əsgər" filmi ilə dünya miqyaslı ulduza çevrildi və Amerika filmlərində çəkilməyə başladı. "Gecə qırğıları" filmində beynəlxalq terrorçu, Blade Runner filmində öz mövcudluğunu dərk edən android Roy Battini canlandırır. Bu filmlərdə nümayiş etdirdiyi aktyor bacarığı onun "Ostermanın uikendi", "Ledi-şahin", "Bədən və qan", "Yol yoldaşı", "Sobibordan qaçış" (bu rola görə Ən yaxşı ikinci plan aktyoru nominasıyasında Qızıl Qlobus mükafatı), "Kor qəzəb", "Qəhrəmanların qanı" və "İzdivac" filmlərində aparıcı rollar almasına səbəb oldu. 1990-cı illərdə o "Baffi – vampirlərin qatili", "Təhlükəli adamın etirafları", Sin City, Batman başlayır, "Ayin" kimi filmlərdə məşhur köməkçi rollar, habelə "Tüfəngli evsiz" filmində baş rol oynadı. Hauer ekoloq idi. O, həmçinin Rutger Hauer Dəniz Ulduzları Dərnəyi adlı QİÇS haqda məlumatlılıq təşkilatı qurmuşdu. Hauer 23 yanvar 1944-cü ildə, Hollandiya İkinci Dünya Müharibəsi dövründə alman işğalı altında olarkən Bryokelendə anadan olmuşdur.
Teddi Riner
Teddi Pyer-Mari Riner (fr. Teddy Pierre-Marie Riner; 7 aprel 1989[…]) — 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən fransalı cüdoçu. Üçqat olimpiya, onikiqat dünya, beşqat Avropa və dəfələrlə Fransa çempionu. Cüdo üzrə dünya çempionatları tarixində ən titullu idmançı. O, 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçirilmiş XXXI Yay Olimpiya Oyunlarının açılış mərasimində Fransa bayrağını daşıyıb. "Pari Sen-Jermen" idman klubunun üzvüdür. Riner cüdo aləmi üçün unikal sayıla biləcək nəticəyə malikdir. Belə ki, o, 2008-ci ildən bu günədək peşəkar səviyyədə yalnız üç dəfə — 15 avqust 2008-ci ildə Pekin Olimpiadasının yarımfinalında Özbəkistanlı Abdulla Tanqriyevə, 13 sentyabr 2010-cu ildə Tokio mundialının finalında yerli Dayki Kamikavaya və 30 iyul 2021-ci Tokio Olimpiadasının dörddəbir finalında Tamerlan Başayevə məğlub olub. Riner Fransa dövləti tərəfindən 2008-ci ildə "Xidmətlərə görə" ordeni ilə, 2013-cü ildə isə “Fəxri legion” ordeni ilə təltif olunub. 2012-ci ildə Fransada ilin idmançısı seçilib.
Berta fon Zutner
Berta fon Zutner (baronessa Berta fon Zutner, alm. Bertha Sophie Felicitas Freifrau von Suttner‎ qrafinya Kinski, alm. Kinsky‎; 9 iyun 1843, Praqa - 21 iyun 1914, Vyana) - Avstriya yazıçısı, beynəlxalq pasifizm hərəkatının fəalı,Nobel Sülh Mükafatı laureatı olan ilk qadın (1905) və Nobel mükafatını alan ikinci qadın (Mariya Küridən sonra). == Gənclik == Berta von Zutner 9 iyun 1843-cü ildə Praqada (o zaman Avstriya-Macarıstan imperiyası) Avstriya general qrafı Frans Josef Kinski fon Sinik und Tettaunun ailəsində anadan olmuşdur. Atası qızının dünyaya gəlməsindən qısa müddət əvvəl ölür və qızının tərbiyəsi, təhsili,böyüdülməsi ilə həm mühafizəçi, həm də Avstriya məhkəmə dairələrinin üzvü olan anası Sofiya Vilhelmina məşğul olur.Belə gətirir ki, Berta Kinski Avstriya aristokratik cəmiyyətinin militarist ənənələrində böyüyür,hansı ki,o, həyatının sonrakı illərində şüurlu şəkildə bu ənənələrə qarşı mübarizə aparmışdı. Onun 30 yaşı olanda anası,ailənin irsən gələn madiyyatı anası tərəfindən israf edilmişdi. Berta, Vyanada Zutner ailəsinin dörd qızının valisi kimi işə götürüldü və tezliklə üç oğlundan birinə - Baron Artur Qundakkar fon Zutnerə aşiq oldu. Arturun valideynlərinin razılığı olmadan evləndikdən sonra Zutnerlər şahzadə Dadianinin ailəsinin dəvətindən yararlanaraq Rusiyaya, Gürcüstana getməyə məcbur oldular. On il Tiflisdə yaşadılar. 1877-ci ildə Rusiya ilə Türkiyə arasında müharibə başlayanda Artur fon Zutner Vyana dövri nəşrlərinə,hərbi əməliyyatlar teatrlarından reportaj yazmağa başladı.
Rainer Mariya Rilke
Rayner Mariya Rilke (1875-1926) - şair == Həyatı == Rayner Mariya Rilke 1875-ci ildə Praqada doğulub. Xəstəliyindən dolayı hərbi litseyi yarıda qoyub, ticarət məktəbinə qəbul olundu. İlk şeiri 1891-ci ildə Vyana qəzetində çap olunub. Həyatı boyunca gəzdiyi, dolaşdığı yerlərdə dünya ədəbiyyatının ən öndə gələn şəxsiyyətləri ilə bir araya gəldi. 1926-cı ildə yaxalandığı qan xərçəngi xəstəliyindən qurtula bilməyərək həyata gözlərini yumdu. Məzarı İsveçrə kantonundakı Valaisdə Raron məzarlığındadır. == Xarici keçidlər == Rayner Mariya Rilke. Bəbir Rayner Mariya Rilke.