Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Radium
Radium (Ra) – Dmitri Mendeleyevin elementlərin dövri sistemində 88-ci element.Qələvi torpaq metallarından radium ən axırda kəşf edilmişdir, hələ Dmitri Mendeleyev onun üçün dövri sistemdə əvvəlcədən boş xana saxlamışdı. Radium 1898-ci ildə uran filizində tapıldı. Pyer və Mariya Kürilər bu mineralı tədqiq edərkən bəzi filiz nümunələrinin radioaktivliyinin onlardakı uranın miqdarına görə gözləniləndən böyük olduğunu müəyyən etdilər. Onlar belə nəticəyə gəldilər ki, uran filizinin tərkibində radioaktivliyi uranınkından yüksək olan yeni element vardır. Tezliklə onlar bu birləşməni ayıra bildilər. Radioaktiv parçalandığına görə elementi radium adlandırdılar. Kürilər təqribən bir ton uran filizini işləyərək, 0,1 q-a yaxın radium duzu aldılar. Radium metalı isə 1910 -cu ildə civə katodundan istifadə etməklə radium – xlorid məhlulunun elektrolizindən alındı. Radium gümüşü – ağ rəngli ağır, çətinəriyən metaldır (6,5x10-4 atm təzyiqə tər=0,63C0). Digər qələvi – torpaq metallar kimi o da sərbəst halda yüksək kimyəvi aktivliyə malikdir, su ilə şiddətli reaksiyaya daxil olaraq hidrogeni ayırır: Ra+2H2O=Ra(OH)2+H2.
Razoom
Radio
Radio (lat. radio — şüalandırıram, şüa buraxıram; radius — şüa) — kütləvi informasiya vasitəsi olub, naqilsiz əlaqənin bir növüdür. Radiosiqnalların ötürülməsi və qəbul edilməsi prosesini təmin edən qurğu vasitəsilə təmin edilir. Bu qurğu radioqəbuledici adlanır. Radioəlaqənin iş prinsipi radioötürücü və radioqəbuledici qurğular arasında əlaqə yaradılmasına əsaslanır. Radionun geniş yayılma səbəbi onun yığcamlığıdır. Bu o deməkdir ki, radionu çox rahatlıqla bir yerdən başqa yerə daşımaq olur. İstər istirahət vaxtı, istər sükan arxasında və istərsə də küçədə gəzərkən radioya qulaq asmaq insanlar üçün xoş olur. Radioda əsas əyləncə növü kimi musiqi və xəbərlərə qulaq asırlar. Eyni zamanda radio-tamaşalar, radio-tədris də geniş yayılmışdır.
Radon
== Radon (Rn) == Radon (Ra)- D. İ. Mendeleyevin elementlərin dövri sistemində 86-cı element. Radonun başlıca mənbəyi torpaq, tikinti materialları və yeraltı mənbədən olan sular hesab olunur. Quruda onun fon konsentrasiyası 10 Bk/m³ təşkil edir. Bk – bekkerel – radioaktivlik ölçüsü olub, 1 dəqiqə ərzində radioaktiv parçalanmanın sayıdır, 1 Bk 1 saniyə ərzində bir radioaktiv parçalanmaya uyğun gəlir. Radonun mənzilə əsas daxil olma yolu – binanın özülünün (bünövrəsinin) altından onun infiltrasiya olunmasıdır, o, özüldə olan çat və yarıqlarla, həmçinin zirzəmi və divarlardan sızılaraq keçir. Mənzilin daxilində radonun konsentrasiyası adətən açıq sahədəkindən yüksək olur, odur ki, insan orqanizminə onun əsas hissəsi, havası yaxşı təmizlənməyən mənzillərdə daxil olur. Radon mənzillərdə tikinti materiallarından, dağ süxuru və qruntdan hazırlanmış döşəmə, divar və tavandan, həmçinin mənzildəki materiallarından, sudan və yandırılan yanacaqdan toplanır. Radonun miqdarı tikinti materiallarının xassəsindən və ərazinin geoloji xüsusiyyətindən asılıdır. Radonun konsentrasiyası, xüsusən havası yaxşı dəyişilməyən evlərin birinci mərtəbəsində kürsülü və zirzəmi mənzillərdə yüksək olur. Rütubətlik radonun ayrılmasını artırır.
Rakim
Uilyam Maykl Qrifin (ing. William Michael Griffin Jr.; 28 yanvar 1968, Nyu-York, ABŞ) — Amerikalı rep ifaçısı və Hip-hopun öncülərindən biri. Erik B. ilə hip-hopun qızıl dövrünün ən bilinən ikilisi olmaqla yanaşı, bütün zamanların ən istedadlı rep ifaçısı olaraq qəbul edilir. == Həyatı == Wyandanch, Long Island, Nyu-York da anadan olub. Rakimin uşaqlıq illəri Wyandanchda keçir. Burada o ayrıca rim bacarığını kəşf edir və özünü yetişdirir. Gənc yaşlarda Rep musiqisi ilə məşqul olmağa başlayır. Eric B. Rakimi Marley Marla "Eric B. is President" parçasının səsyazmasına aparır. Marley və Mc Shan Eriki tanısalar da Rakimin kim oldugunu bilmirdilər. Rakim o zamanlar orta məktəbi yeni bitirmişdi.
Rekom
Rekom (oset. Реком) - əsas 3 osetin ziyarətgahından (Mikalqabirta və Tarancelos) biri, Nart dastanı və osetin mifologiyasındakı məhsuldarlıq tanrısı. Rusiyanın subyekti olan Şimali Osetiya respublikasının Alagir rayonunda yerləşir. == Etimologiya == Məbədin dəqiq etimologiyası bilinməsə də, bir sıra iddialar mövcuddur. Osetin dilindəki "Hurikom" (Günəş dərəsi) və ya "İrykom" (Osetiya dərəsi) sözlərindən gəlməsi bunlara misal göstərilə bilər. Rekomun etimologiyasının dəqiq öyrənilə bilməməsinin əsas səbəblərindən biri Osetinlərin dini-fəlsəfi dünyagörüşlərinin tam anlaşıla bilməməsidir. == Mifologiya == Rekomdan bol məhsul , uğurlu otlar və ovçuluq göndərilməsi istənilir . Əfsanəyə görə o, çoxfunksiyalı tanrıdır, əkinçiliklə əlaqəli istəklərdən əlavə olaraq, xəstəliklərdən sağalmaq və pis qüvvələrdən qorunmaq üçün olan duaları da qəbul edir. Alagir dərəsində Rekoma olan dini etiqad geniş yayılmış və iyul ayında onun adına həsr olunmuş bayram qeyd olunmağa başlanmışdır. Bütün həftə davam edən bu bayram günlərində çox sayda mal-qara qurban edilir.
Aleksandr Raykov
Aleksandr Vadimoviç Raykov (özb. Aleksandr Vadimovich Raykov, rus. Александр Вадимович Райков; 9 dekabr 1989, Daşkənd) — Özbəkistanli intellektual oyunçu. 2010-cu ilin 14 Noyabri "Nikita Mobayl Te Te" komandasi səfide ESC idman versiyası 2010-cu ilin dünya çempionu oldu və 20 yəşide rəqabət bu cür layiq gənc mütəxəssislərin biri oldu. Aleksandr Raykov 1989-cu il 9 dekabrda, Daşkənddə, rus ailədə anadan olmuşdur. O, Daşkənd Mirzo Uluqbek rayonu № 225 orta məktəbin alıb. O, Moskva Dövlət Universitetinin Daşkənd filialının Psixologiya fakültəsini bitirib. == Vikipediya fəaliyyəti == Alexander Raykov (Carpodacus altında, əvvəlcə adı Raykoffff altında) Rusca Vikipediyadə iştirak edir. O, həmçinin Özbəkcə Vikipediyadə iştirak edir. 2013-cü ilin payızında "Uzinfocom" inkişafı, kompüter və informasiya texnologiyalarının tətbiqi Mərkəzində "Necə Wikipedia artırmaq üçün" mövzusunda təlim seminar keçirdi.
Radium-xlorid
Radium-xlorid — Qələvi torpaq metallarından radium ən axırda kəşf edilmişdir, hələ D. İ. Mendeleyev onun üçün dövri sistemdə əvvəlcədən boş xana saxlamışdı. Radium 1898-ci ildə uran filizində tapıldı. Pyer və Mariya Kürilər bu mineralı tədqiq edərkən bəzi filiz nümunələrinin radioaktivliyinin onlardakı uranın miqdarına görə gözləniləndən böyük olduğunu müəyyən etdilər. Onlar belə nəticəyə gəldilər ki, uran filizinin tərkibində radioaktivliyi uranınkından yüksək olan yeni element vardır. Tezliklə onlar bu birləşməni ayıra bildilər. Radioaktiv parçalandığına görə elementi radium adlandırdılar. Kürilər təqribən bir ton uran filizini işləyərək, 0,1 q-a yaxın radium duzu aldılar. Radium metalı isə 1910-cu ildə civə katodundan istifadə etməklə Radium-xlorid məhlulunun elektrolizindən alındı. Radium gümüşü – ağ rəngli ağır, çətinəriyən metaldır (6,5x10–4 atm təzyiqə tər=0,63C0). Digər qələvi – torpaq metallar kimi o da sərbəst halda yüksək kimyəvi aktivliyə malikdir, su ilə şiddətli reaksiyaya daxil olaraq hidrogen ayırır: Ra+2H2O=Ra(OH)2+H2.
Radium FK
Radium Futbol Klubu — Radium kimi də tanınan, 1 may 1919-cı ildə təsis edilən və San-Paulu ştatının Mokoka şəhərini təmsil edən Braziliya futbol klubudur. == Tarixi == Klub 1 may 1919-cu ildə təsis edilmişdir. Klub yerli futbol klubları olan Operario Futbol Klubu və Mokokense Futbol Klublarının birləşməsindən sonra yaranmışdır. Radium klubu Paulista Liqası Seriya A2-nin və 1950-ci ildə Paulista de İnteriyor Liqasının qalibi olmuşdur. == Nailiyyətləri == Paulista Liqası Seriya A2: Çempion (1): 1950 Paulista de İnteriyor Liqası: Çempion (1): 1950 == Stadion == Radium Futbol Klubu öz ev oyunlarını digər adı Estadio San-Sebastyan olan Estadio Olimpiko de San-Sebastyan stadionunda keçirir. Stadionun maksimum tamaşaçı tutumu 5000 nəfərə bərabərdir.
Radium qızları
Radium qızları (ing. Radium Girls) — 1917-1926-cı illərdə Nyu-Cersi ştatının Orinc şəhərindəki United States Radium Corporation şirkətində işləyən və radiasiya ziyanı alan qadınların, radiolümenesensiya ilə əllərin və kadranların rənglənməsi ilə məşğul olan qadınların adı. Təmsilçilərinin radiumun zərərsiz olduğunu söyləyən şirkət rəhbərliyi tərəfindən aldanan işçilər, formalarını bərpa etmək üçün əylənmək və dırnaqları və dişlərini işıqlı bir maddə ilə rəngləmək üçün fırçaların uclarını radium boyası ilə yalayaraq ölümcül bir dozada radiasiya aldılar. Radiasiyadan təsirlənmiş beş qadın peşə xəstəliyi olan fərdi işçilərin işəgötürənini məhkəməyə vermək hüququ üçün bir nümunə qoyaraq şirkəti məhkəməyə verdilər. == US Radium korporasiyası == 1917-1926-cı illər arasında, əvvəlcə Radium Luminous Material Corporation adlandırılan United States Radium Corporation, karnotit filizlərindən radium çıxarıb emal edərək «Undark» markası altında satılan parlaq bir boya meydana gətirdi (hərf. "Diffuz qaranlıq"). Hərbi sənayenin podratçısı olaraq şirkət, hərbçilər üçün radium əsaslı radiolüminesans saatların tədarükçüsü olmuşdur. İllinoysdakı fabrikində yüzdən çox işçi çalışırdı, əksəriyyəti qadınlar, kadranları boyayırdılar və radium əsaslı boya ilə əllərini seyr edirdilər və şirkət rəhbərliyi tərəfindən materialın təhlükəsiz olduğunu aldatdılar. === Radiasiyaya məruz qalma === US Radium Corporation-da radiumla əlaqəli müxtəlif vəzifələri yerinə yetirmək üçün işçi heyəti daxilində ümumilikdə 70 qadın var idi, baxmayaraq ki şirkətin sahibləri və orada çalışan alimlər radiumun insanlara təsirlərini bilirdilər və təmasdan ehtiyatla çəkinirdilər. onunla.
So Random!
Təsadüfə bax! və ya orijinal adıyla So Random! — Disney Channel orijinal serialıdır. Qrup olaraq Sanniyə imkan verin serial qrupudur, lakin bu silsilədə Demi Lovato serialdan ayrılmışdır, qrup eyni qalmış və Çad Dilan Kuper və yeni gələnlər də olmuşdur . Əlavə olaraq, Sanniyə imkan verinin 3. mövsümü olaraq da bilinməkdədir. Hər hissədə seriala xüsusi qonaqlar gəlir və hər hissədə ortalama 4 eskiz göstərirlər.
Spunk Ransom
Robert Duqlas Tomas Pattinson (13 may 1986, London) — İngiltərəli aktyor. Həm yüksək büdcəli, həm də müstəqil filmlərdəki rolları ilə tanınır. Pattinson ən çox qazanan aktyorlar siyahısındadır. Time jurnalı onu 21-ci əsrin ən nüfuzlu şəxslərindən biri seçib. == Karyerası == Pettinson aktyorluq karyerasına qısa vaxt əvvəl Ali Edelin rejissorluq etdiyi, Sem Vest və Benno Furmannın baş rolda yer aldığı, bir alman dastanı olan Nibelunq ilə bağlı "Nibelunqların üzüyü" filmi ilə başladı. Riz Uiterspunun "Qürur Dünyası" filminin iki alternativ film qapanışının birində, Uiterspunun oğlu rolunda yer alsa da bu film qapanışı işlədilmədi. Robert Pettinson, bundan əvvəl, Barnes Teatr Qrupunun bir üzvü idi və Tornton Uilderin rejissorluq etdiyi Bizim şəhərimiz pyesində Corc Gibs xarakteri ilə başrol oynamışdı. Robert, həm də, Kol Porterin rejissorluq etdiyi Hərşey Gedir" musiqili dramında Lord Evelin Okley və Tess of the D'Urbevilles tragediyasında Alek xarakterini canlandırdı. Gənc aktyor, qısa vaxt əvvəl isə, OSO Sənət Mərkəzində Makbet tragediyasında Malkomu canlandırdı. Herri Potter və Atəş Qədəhi filminin oyunçu heyətinə, Üç cadugər turnirində Hoqvartsı təmsil edəcək olan Sedrik Diqqori roluyla qatıldı.
Uatkom əyaləti
Votkom (ing. Whatcom) — ABŞ-nin Vaşinqton ştatında qraflıq. 2010-cu il əhalinin siyahıyaalınma məlumatına görə əhalisi 201.140 nəfər olmuşdu. Ən böyük şəhəri və inzibati mərkəzi Bellinqham şəhəridir. Dairə 9 mart 1854-cü ildə İsland qraflığının ərazisində yaradılmışdır. Adın mənşəyi Lummi dilindəki Xwotʼqom sözündən götürülmüşdür və mənası "gurultulu su" deməkdir. Qraflığın şimal sərhəddi Kanadanın Britaniya Kolumbiyası əyaləti ilə olan beynəlxalq sərhəd təşkil edir ki, burada 4 Kanada şəhəri ilə qonşudur : Delta, Vayt Rok, Surrey, Lenqli. Qraflıq ilə Kanada arasında 5 sərhəd keçid məntəqəsi var : 2 ədəd Bleyndə, 1 ədəd Lindendə, 1 ədəd Sumas və 1 ədəd Poynt-Robertsda. == Coğrafiyası == ABŞ Siyahıyaalma Bürosu məlumatlarına görə qraflığın ümumi ərazisi 6483 km² olub, bunun 5457 km² quru, 1026 km² isə sudur.
Vasili Radlov
Vasili Radlov (rus. Васи́лий Васи́льевич Ра́длов; 5 (17) yanvar 1837 və ya 17 yanvar 1837, Berlin – 12 may 1918[…], Petroqrad) — alman əsilli məşhur Rusiya şərqşünası, türkoloq, etnoqraf və arxeoloqu. == Həyatı == 1837-ci ildə anadan olmuşdur. Berlin Universitetində ali təhsil almışdır.1858-ci ildə Berlin Universitetini bitirdikdən sonra Rusiyaya gəlmiş və sonrakı həyatını bu ölkə ilə bağlamışdır. Radlovun Rusiyadakı fəaliyyəti üç dövrə bölünür: Altay (1859–1871), Kazan (1874–1884) və Peterburq (1884–1918) dövrləri. Altay dövründə Radlov Altay və Qərbi Sibir türkləri arasında dil etnoqrafiya və folklor materiallarını toplayır, yerli dialektləri və şivələri öyrənir və "Aus Sibirien" adlı əsərini yazır. Kazan dövründə pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olmuşdur. Bu zaman alim "Vergleichende Grammatik der nördlichen Türksprachen" adlı əsərinin "Phonetik der nördlichen Türksprachen" hissəsini yazmışdır. Peterburq dövründə Radlov Rus Elmlər Akademiyasına üzv seçilir. Ən böyük əsəri "Opyt slovarja tjurkskix narecij"dir.
Rado
"Rado" firması 1957-ci ildə yaranıb. 1962-ci ildə dünyada ilk dəfə cızılmaya dözümlü saatı məhz bu firma istehsal edib. Daima həm keyfiyyətinə, həm də dizaynına görə bir-birindən fərqlənən modellər istehsal edir. "Rado" həmişə klassik formalara üstünlük verir. Təsis edildiyi vaxtdan "Rado" bərk metal, Sapfir, kristial, keramika, brilyant kimi materiallardan istifadə edərək yeni saat növləri yaradır. Demək olar ki, hər bir ölkədə fəaliyyət göstərən saat satışı mərkəzlərində "Rado"nun markalarına rast gəlmək mümkündür.
ASAN Radio
ASAN Radio — Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən radio. 24 dekabr 2015-ci il tarixində 100.0 MHz tezliyində Bakı və Abşeron ərazisində sınaq yayımına başlayıb. Radionun direktoru Emin Musəvidir. ASAN Radio Azərbaycan dilində yayımlanır. == Yaradılması == ASAN radionun açılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tapşırıq vermişdi. 8 sentyabr 2015-ci ildə radionun açılması ilə Milli Televiziya və Radio Şurası Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 100 MHs tezliyində Azərbaycan üzrə teleradio yayımın aparılması üçün 6 illik lisenziya verib. Oktyabr ayında televiziya və radio sahəsində böyük təcrübəsi olan Emin Musəvi ASAN Radionun direktoru təyin olundu. 2015-ci ilin sonlarında, 24 dekabr tarixində ASAN radio test yayımına başladı. Radio ilk olaraq yalnız Bakı və Abşeron rayonları ərazisində yayımlanırdı. ASAN Radionun formalaşdırılmasında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi iştirak edib.
Avto Radio
Avto Radio – 3 oktyabr 2013-cü il tarixində Avto FM adı ilə fəaliyyətə başlayıb 1 sentyabr 2016-cı il tarixində Avto Radio adı ilə yayımlanan radio kanalıdır. Milli Televiziya və Radio Şurasının 2 aprel 2013-ci il tarixli qərarı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.
FM-radio
26 dekabr 1933-cü ildə Edvin Houard Armstronq (Edwin Howard Armstrong) tezlikli modulyasiya prinsipi əsasında qurulmuş FM-radionu patentləşdirmişdir. Bu radio efirdə yaranan küyü aradan götürməyə və daha yaxşı rabitə keyfiyyətini əldə etməyə imkan verirdi. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar.
Kadom tatarları
Kadom tatarları — Kadom şəhərində və ona bitişik ərazidə (hazırda Ryazanın şimal-şərqində və Nijni Novqorod vilayətlərinin cənub-qərbində) yaşayan tatar xalqının bir hissəsi kimi etnosinf qrupu. == Tarixi == Kadom tatarları Kadom şəhərində və ona bitişik ərazidə (hazırda Ryazanın şimal-şərqində və Nijni Novqorod vilayətlərinin cənub-qərbində) yaşayan tatarlardır. Etnik qrup genişlənən Rusiya dövlətinin tərkibinə daxil olan Orda əhalisinin ərazisi əsasında XV-XVIII əsrlərdə xidmət edən tatarlardan formalaşmışdır. Nə ərazi, nə də inzibati cəhətdən onların qonşu Qasım xanlığı (1452-1681) ilə əlaqəsi yoxdur. Lakin onlar hərbi xidməti çox vaxt Qasım tatarları ilə birlikdə keçirdilər. Sərhəd xidməti, bir qayda olaraq, isti mövsümdə növbə ilə iki qrup (“yarım”) tərəfindən həyata keçirilirdi. Hərbi yürüşlərdə hər iki "yarım" qrup eyni vaxtda çağırıla bilərdi. Ayrı-ayrı şəxslər tərcüməçi, katib, səfir kimi xidmət edən "inzibati xidmət"də çalışırdılar. Kadom tatarlarından ruslar Krım, Qazan və Həştərxan xanlıqları ilə danışıqlarda tərcüməçi kimi istifadə edirdilər. Üstəlik, bu fəaliyyət kadom tatarlarına o qədər doğma olub ki, irsi xarakter alıb.
Radio Saxalin
Radio Saxalin — İlk Saxalin radiosu olub "Saxalin" Dövlət Televiziya və Radio Yayımları Şirkətinə aiddir. == Tarixi == 1946-cı ildə sınaq yayımına başladı.1960-cı ildə Yuzhno-Saxal telekanalının açılışı başladı. 1989-cu ildə video istehsalında videonun tətbiqi başladı. 1992-ci ildə Televiziya və Radio Yayımları Komitəsi Sakhalin Dövlət Teleradio Şirkətinə dəyişdirildi. 2004-cü ildə Ümumrusiya Dövlət Televiziya və Radio Yayım Şirkətinin filialına çevrildi.
Radio Xəzər
Xəzər FM — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli özəl radio. == Tarixçə == Milli Televiziya və Radio Şurasının 14 sentyabr 2007-ci il tarixi qərarı ilə “Xəzər TV” MMC-yə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir. “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli 713 №-li Fərmanının 5.1-ci bəndinə əsasən lisenziyalar müddətsiz hesab edilmişdir. Açılışı 2016-cı ildə baş tutan yeni inzibati binada “Xəzər FM” müasir avadanlıq, efir və montaj otaqları ilə təmin olunmuşdur.
Radio dalğaötürən
Radio dalğaötürən — radio dalğalarının yayılması üçün kanal (dalğaötürən). Bir radio dalğa qurğusu (ötürmə xətti), onun eninə ölçülərinin ötürülən dalğa uzunluqlarına uyğun olması ilə xarakterizə olunur. Adətən, bu metal bir boru (düzbucaqlı, dəyirmi, U şəkilli, H şəkilli və digər hissələrin metal dalğası) və ya bir dielektrik çubuqdur, içərisində radio dalğaları divarların daxili səthlərindən çoxlu əks olunması və əks olunan dalğaların müdaxiləsi nəticəsində uzununa oxları boyunca yayılır. QOST, qapalı bir tipli radio dalğalı ötürücü xətlərinə aiddir, yəni xarici bir metal ekranla təchiz olunmuşdur (məsələn, içi boş metal dalğa aparatı, koaksial dalğa aparatı və s.). Səth dalğası olan bir radio dalğası bir metal lent şəklində və ya onlarda yerləşdirilən bir dielektrik örtüklü silindrik bir dirijordur, bunlarla yanaşı müxtəlif radio dalğaları yayıla bilər. Troposfer radio dalğası yer kürəsi (su) səthinin üstündə kiçik bir hündürlükdə yerləşən troposferdəki kvazi-üfüqi bir təbəqədir, burada kifayət qədər yüksək tezlikli radio dalğaları dielektrik dalğa dalğasında (yəni bir ötürmə xəttində olduğu kimi) çox az geriləmə ilə yayıla bilər. == Təsviri == Radio dalğası kanalının yanal səthi, dielektrik və ya maqnit keçiriciliyi və elektrik keçiriciliyi kəskin şəkildə dəyişdiyi iki keçid arasındakı interfeysdir. Bu səth ixtiyari bir formaya sahib ola bilər, silindrik radio dalğaları, həmçinin, müxtəlif bölmələri (düzbucaqlı, dəyirmi, H- və U şəkilli və s.) Olan radio dalğaları istifadə olunur. Radio dalğa bələdçiləri adətən yalnız kanalın sadəcə bağlı bir hissəsinə sahib olanları əhatə edir. Qalanları uzun xətlər nəzəriyyəsində nəzərdən keçirilir.
Radio düyməsi
Radio düyməsi (en. Radio button) – qrafik istifadəçi interfeysində: adətən, dialoq boksunun bölümündə parametrlərdən birinin seçilməsi vasitəsi; bu halda siyahıdakı parametrlərdən yalnız birini seçmək olar. Başqa seçim vasitəsi olan yoxlama bokslarında birdəfəyə bir neçə parametri aktivləşdirmək olar. Adi halda kiçik dairəcik şəklində olan radio düyməsini aktivləşdirdikdə dairəciyini içərisində nöqtə əmələ gəlir. Radio düyməsi radioaparatura düymələrinə bənzədiyinə görə belə adlandırılıb: hər hansı düymənin seçilməsi ondan qabaq seçilmiş düyməni "söndürür". == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Radio ffn
Radio ffn - Almaniya Federativ Respublikasının Aşağı Saksoniya alman torpağında radio stansiya. Radio ffn 31 dekabr 1986-cı ildə fəaliyyətə başlamışdır. Radio ffn Aşağı Saksoniyanın radio bazarında 28,9 faiz payı olan «NDR 1 Niedersachsen» radio stansiyasından sonra 16,5 faizlə ikinci yeri tutur. Radio ffn Hannoverdə yerləşən studiya vasitəsilə kabel rabitəsi və ultra qısa dalğalarda bütün Aşağı Saksoniya ərazisində, Bremen və Hamburqda (Hamburqda 99,35 MHs tezliyi olan kabel rabitəsilə), 2005-ci ildən Berlində yayımlanır.
Radio operator
Radio-operator (radist, radioçu, radiorabitəçi) — radio stansiyasında mesajların ötürülməsi və qəbulu üzrə mütəxəssis. Bu müddət oxşar bir peşə, ixtisas, hərbi ixtisas, vəzifə və hərbi mövqe də adlanır. Bəzən bu peşə başqası ilə birləşdirilir, məsələn: radio-operatoru, naviqator, radio-operatoru və s. Bu peşə radio ixtirası ilə əlaqələndirilir. Radio-operatoru peşəsi insan fəaliyyətinin bir çox sahəsində — dənizdə, çayda, havada, kosmosda, quruda tələb olunur. Radio-operatoru radio stansiyasında işləyir və radio mesajları qəbul etmək, ötürmək və ona texniki xidmət göstərməklə məşğuldur. == Fərqlənmə nişanı == SSRİ-nin fəxri radio-operatoru — nişan == Filmlər == Üstümüzdə Cənubi Xaç Bütün dünyanın adamları olsa … == Kitablar == Krenkel E. T. Dörd yoldaş. M .: Bədii ədəbiyyat, 1940. — 316 s. Krenkel E. T. RAEM — çağırışım.