Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sakura
Sakura (yap. さくら, yap. 桜, 櫻) — 11 bioloji növün və gavalıkimilər yarımfəsiləsinə daxil olan bir neçə ağac çeşidinin ümumi adı. Çox vaxt Prunus serrulata da sakura adlandırılır. Sakura adlanan növlərin çoxu əsasən dekorativ bitkilərdir və kiçik, yeyilməyən meyvələr bitirirlər.
Şakira
Şakira (isp. Shakira; 2 fevral 1977[…], Barrankilya) — Livan əsilli kolumbiyalı müğənni, bəstəkar, rəqqasə və aktrisa 90-cı illərin sonlarına doğru böyük bir partlama edən Latın pop və Latın rock musiqi furyasındaki ən əhəmiyyətli adlardan biridir. Xüsusilə yarı ərəb yarı latın fiquru rəqsləriylə insanların bəyənisini yığmışdır. Eyni zamanda bəstə də edən sənətçi 2 dəfə Grammy, 8 dəfə Latın Grammy, 14 dəfə Billboard Latın Musiqi Mükafatı qazanmışdır. Şakira 140 milyon dollarlıq dəqiq sərvəti ilə dünyanın ən varlı Latın pop müğənniləri arasındadır. Ən çox satan Kolumbiyalı sənətçidir. "Hips Dont Lie" mahnısı günümüzə qədər 10 milyon sataraq son 10 ilin ən çox satan mahnısı olmuşdur. 2010–ci ildə səsləndirdiyi Dünya Kuboku mahnısı "Waka Waka" 5 milyon sataraq, dünya kuboku tarixinin ən çox satan mahnısı olmuşdur. Həmçinin mahnı Youtube'da 600 milyondan çox izlənilərək ən çox izlənilən 4–cü klip olmuşdur. Şakira; Amerikada, Avstraliyada və İngiltərədə 1 nömrəyə yüksələn tək Cənubi Amerikalı sənətçi olmuşdur.
Şatura
Şatura — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Sakura Noşitani
Sakura Noşitani (d. 29 sentyabr 1997) — Yaponiyanı təmsil edən bədii gimnast. Sakura Noşitani 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi. Sakura Noşitani həmdə 2015-ci ilin Dünya Çempionatının bürünc medalını qazanıb. Sakura Noşitani 2016-cı ildə Yaponiya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Airi Hatakeyama, Rie Matsubara, Sayuri Sugimoto və Kiko Yokota ilə birgə final yarışlarında 34.200 xal topladı və 8-ci yeri tutdu.
Sakura Soqoro
Sakura Soqoro (佐倉惣五郎, 1605 – sentyabr 1653) və ya Sakura Soqo – XVI əsrin ikinci yarısında Yaponiyada yaşamış əfsanəvi fermer. Əsl adı Kiuçi Soqorodur. Əfsanəyə görə Şimosa əyalətinin Sakura hanında bir kənd başçısı olan Sakura Soqo ağır vergilərdən əziyyət çəkən kəndliləri xilas etmək üçün Sakura daymyosuna müraciət etmiş və regiondakı vergiləri azaltmasını istəmişdir. Lakin müraciəti nəticəsiz qaldıqdan sonra təkbaşına Edo şəhərinə getmiş və birbaşa şoquna müraciət təqdim etmişdir. Həmin dövrdə birbaşa şoquna müraciət təqdim etmək ölümlə cəzalandırılırdı. Deyilənə görə şoqun onun müraciəti müsbət qiymətləndirərək vergiləri azaltmış, lakin Sakura və ailəsini edam etdirmişdir. Sakura Soqoronun real şəxs olub-olmadığı mübahisə mövzusudur və onun mövcudluğu haqqında tarixi dəlillər çox azdır. 1652-ci ilə aid fermer siyahısında Soqo adlı fermer də var. 1722-ci ildə aid "Sakura fudoki" qəzeti Soqoro adlı birinin edamından bəhs etmişdir. Buna baxmayaraq, Sakura Soqoro əfsanəsi kabuki tamaşalarından və populyar ədəbiyyatda çox istifadə edilən mövzuya çevrilmişdir.
Akura
Acura (azərb. Akura‎) — yapon avtomobil istehsalçısı Hondanın lüks və performans bölməsi. Acura Avropanın istehsalçıları ilə Şimali Amerika bazarında bərabər səviyyədə yarışan ilk Yapon premium markası oldu. Yeni avtomobillərin əsas üstünlükləri yenilikçi mühəndislik, yüksək keyfiyyətli və texniki avadanlıq və maksimum müştəri məmnuniyyətidir. == Adı və loqosu == Markanın adı dünyanın bir çox dilləri ilə ortaq olan latın dilindəki Aku (Acu) morfeminə əsaslanır. Bu dəqiqlik, etibarlılıq deməkdir. Bu morfemdən formalaşmış yeni söz Acura markasının təməl prinsipidir. Yeni markanın loqosu müasir mühəndislər tərəfindən istifadə olunan hissələrin dəqiq ölçülməsi üçün bir vasitədir - dəyişdirilmiş "A" hərfidir. Loqotipin məqsədi Acura avtomobilinin texniki və dizayn üstünlüyünü vurğulamaqdır. == Tarixi == Acura tarixi 1984-cü ilin fevral ayında - Honda yeni bir bazar seqmentinə daxil olmaq və yeni bir marka yaratmaq niyyətini təsdiqləyərkən başladı.
Safura İbrahimova
Səfurə (Safurə) Ağabala qızı İbrahimova (27 dekabr 1938, Bakı – 21 dekabr 2020, Bakı) — Azərbaycan kino və teatr aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan SSR dövlət mükafatı laureatı (1984). Safurə İbrahimova 1938-ci il dekabr ayının 27-də Bakıda doğulub. 1955-ci ildə 14 saylı orta məktəbi bitirib. 1955–1960-cı illərdə "Stalinneft"də, 44 saylı orta məktəbdə işləyib, dram dərnəyinə gedib. O, 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin "Ana ürəyi" dramının tamaşasında Xatirə roluna dəvət edilib. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik teatrın truppasına daxil olub. Səfurə İbrahimova 2005-ci ilə qədər bu teatrda işləyib. 1967-ci ildə SSRİ dövründə Novruz bayramı keçirilərkən ilk bahar qızı Səfurə İbrahimova olub. Aktrisa 21 dekabr 2020-ci ildə vəfat edib.
Safura Əlizadə
Səfurə Əlizadə (20 sentyabr 1992, Bakı) — azərbaycanlı müğənni. Azərbaycanı 2010-cu ildə Oslo şəhərində keçirilən 55-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir və 145 xalla 5-ci yeri tutmuşdur. 2010-cu ildə "Yeni Ulduz 8" layihəsinin qalibi olmuşdur. Səfurə Əlizadə 20 sentyabr 1992-ci ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Səfurə xanım 3 yaşından musiqi ilə məşğul olmağa başlamışdır. Kaman və saksafon üzrə orta musiqi təhsili almışdır. Səfurə xanım ilk orta təhsilini xoreoqrafiya məktəbində almışdır. Daha sonra 5-ci sinifdən 164 nömrəli tam orta məktəbdə, 8-ci sinifdən isə 23 nömrəli tam orta məktəbdə təhsil almışdır. Səfurə Əlizadə 2010-cu ildə Azad Azərbaycan Televiziyasında yayımlanan "Yeni Ulduz 8" layihəsində qalibi olmuşdur və geniş tamaşaçı kütləsinə tanınmışdır. 2010-cu ildə Səfurə Əlizadə orta təhsilini bitirdikdən sonra ali təhsilini almaq üçün İsveçə köçmüşdür.
Sakuma Kanae
Sakuma Kanae (佐久間鼎, Kanae Sakuma, 7 sentyabr 1888, Çiba prefekturası – 9 yanvar 1970) – Yaponiya dilçisi və psixoloqu. Çiba prefekturasında doğulmuş və Tokio Universitetindən məzun olmuşdur. Kyuşu və Toyo universitetlərində professorluq etmiş, Yaponiya Elmlər Akademiyasının üzvlüyünə qəbul edilmişdir. Geştalt psixologiyasını Yaponiyaya gətirən şəxs kimi tanınır. Müasir yapon dilinin qrammatikasını tədqiq etmiş və Tokio ləhcəsi əsasında yapon dilinin fonetikasını öyrənmişdir. Başlıca əsərlərinə yapon dilinin fonetikası haqqındakı tədqiqatlarından bəhs edən "Nihon onseyqaku" (1929), müasir jestlərin istifadəsindən bəhs edən "Qenday nihonqo no hyoqen to qoho" (1936) və yapon dilinin nəzəri tədqiqindən bəhs edən "Nihonqo no qenqo riron" (1959) daxildir. Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha. 1983.
Tamotsu Asakura
Tamotsu Asakura — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Şakira Ripoll
Şakira (isp. Shakira; 2 fevral 1977[…], Barrankilya) — Livan əsilli kolumbiyalı müğənni, bəstəkar, rəqqasə və aktrisa 90-cı illərin sonlarına doğru böyük bir partlama edən Latın pop və Latın rock musiqi furyasındaki ən əhəmiyyətli adlardan biridir. Xüsusilə yarı ərəb yarı latın fiquru rəqsləriylə insanların bəyənisini yığmışdır. Eyni zamanda bəstə də edən sənətçi 2 dəfə Grammy, 8 dəfə Latın Grammy, 14 dəfə Billboard Latın Musiqi Mükafatı qazanmışdır. Şakira 140 milyon dollarlıq dəqiq sərvəti ilə dünyanın ən varlı Latın pop müğənniləri arasındadır. Ən çox satan Kolumbiyalı sənətçidir. "Hips Dont Lie" mahnısı günümüzə qədər 10 milyon sataraq son 10 ilin ən çox satan mahnısı olmuşdur. 2010–ci ildə səsləndirdiyi Dünya Kuboku mahnısı "Waka Waka" 5 milyon sataraq, dünya kuboku tarixinin ən çox satan mahnısı olmuşdur. Həmçinin mahnı Youtube'da 600 milyondan çox izlənilərək ən çox izlənilən 4–cü klip olmuşdur. Şakira; Amerikada, Avstraliyada və İngiltərədə 1 nömrəyə yüksələn tək Cənubi Amerikalı sənətçi olmuşdur.
Stiven Sakur
Stiven Sakur (ing. Stephen Sackur; 9 yanvar 1964, Spilsbi[d], Linkolnşir qraflığı[d]) — HARDtalk proqramında aparıcı, BBC World News və BBC News telekanallarında xarici işlər üzrə müxbir. Həmçinin, BBC World News telekanalında GMT proqramının da əsas aparıcısıdır. On beş il fəaliyyəti dövründə Stiven, BBC-nin xarici işlər üzrə müxbiri, HARDtalk proqramında aparıcı, bir sıra qəzet və jurnallarla müntəzəm əməkdaşlıq aparan jurnalist olmuşdur. Sakur İngiltərənin Linkolnşir əyalətinin Şpilsbi şəhərində anadan olmuş və Kral VI Eduard adına Akademiyada tam orta təhsilini başa vurduqdan sonra Kembric və Harvard Universitetində ali təhsil almaq şansı qazanmışdır. Sakur 1986-cı ildə BBC-də təcrübəçi olaraq işə başlamış və 1990-cı ildə xarici işlər üzrə müxbir təyin edilmişdir. BBC Radio müxbiri olaraq, Sackur 1989-cu ildə Çexoslovakiyanın Məxməri inqilabı və 1990-cı ildə Almaniyanın yenidən birləşməsi haqqında məlumatları canlı yayında otürmüşdür. Körfəz müharibəsi əsnasında, qarşıdurmanı işıqlandıran bir BBC komandasının bir hissəsi olmuş və səkkiz həftəni ingilis ordusu ilə birlikdə bir jurnalist olaraq keçirmişdir. Müharibənin sonunda, Küveytdən çıxan yolda geri çəkilən İraq ordusunun qırğını barədə məlumatları KİV-ə yansıdan ilk jurnalist olmuşdur. Sakur, 1992–1995-ci illər arasında Misirin Qahirə şəhərində yaşamış və BBC-nin Yaxın Şərqdəki müxbiri olaraq çalışmışdır.
Tupak Sakur
Tupak Amaru Şakur (16 iyun 1971, Nyu-York-13 sentyabr, 1996, Las-Veqas) afro-amerikan hip-hop ifaçısı, Qərbi Sahil repinin və qanqsta-repin ən görkəmli ulduzlarından biri və əfsanəvi reper. Dünya üzrə 75 milyondan artıq (onlardan 50 — ABŞ-də)musiqi albomlarını sata bilib. Bu da onu dünyada satış üzrə birinci ifaçıya çevirir. İki Qremmi mükafatı laureatı olaraq, altı filmdə çəkilmişdir. Bir sıra səbəbə görə həbsxanada cəza çəkmişdir. Musiqisində getto həyatının bir çox ağırlıqlarını təmsil edən Tupak ölümə "If I Die 2Nite" və "Death Around the Corner" mahnılarını Afeni Şakur və Billi Qarland ailəsində doğulmuş Tupak II Tupak Amarunun şərəfinə adlandırılmışdı. 1988-ci ildə evi tərk etmiş Tupak "Strictly Dope" rep-qrupuna qoşuldu. 3 ildən sonra dostların "Digital Underground" qrupuna daxil etmiş Tupak onun 1991 il "Same Song" sinqlində oxumuşdur. Həmin ildə Şakur "Brenda's Got a Baby" hiti ilə "2Pacalypse Now" öz debüt solo albomu buraxdı. "Juice" filmində (1992) təsvir edildiyi aqressiv Bişop personajı və Laki rolu ("Poetic Justice", 1993) Şakurun şəxsi həyatının bir çox problemini əks etdi.
Makura no Danshi
Makura no Danshi (枕男子, ədəb. "Yastıq oğlanlar") — Makuranodanshi kimi də tanınan anime serialıdır. Anime Assez Finaud Fabric və Feel şirkəti tərəfindən istehsal olunmuşdur. Anime 13 iyul 2015-ci ildə Yaponiyada yayımlanmağa başlanıb. == Fərziyyə == Serial birinci şəxsin hekayəsidir və onun tərəfindən danışılır. Animenin hər bir seriyası tamaşaçıların yanında yatan 12 müxtəlif "yastıq oğlanlar"dan birinin həyatından bəhs edir. Serial hər həftə SUN-TV və Tokio MX telekanallarında yayımlanmışdır. == Personajlar == Mari/Merri (めりぃ, Merii, Səsləndirən: Natsuki Hanae): Yastıq oğlan. O, 1-ci və 12-ci seriyada meydana çıxmışdır. Onun yaşı 12-ci seriyada dəyişir.
Qışlaq-i Şakur (Urmiya)
Qışlaq-i Şakur (fars. ‎‎قشلاق شكور‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 138 nəfər yaşayır (32 ailə).
Başakşehir Çam və Sakura Şəhər Xəstəxanası
Başakşehir Çam və Sakura Şəhər Xəstəxanası — Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən böyük xəstəxana kompleksi. Çam ve Sakura adı ilə simvollaşdırılan Türkiyə və Yaponiya əməkdaşlığı ilə birgə hazırlanmışdır. Xəstəxana kompleksi 2020-ci ilin may ayında istifadəyə verilib. == Tarixi == Başakşehir Çam və Sakura Şəhər Xəstəxanası Türkiyənin üçüncü ən böyük səhiyyə investisiya layihəsidir. O, Səhiyyə Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlıq (PPP) modelində həyata keçirilib, Yaponiya Bankı və Nippon İxrac və İnvestisiya Sığortası da daxil olmaqla doqquz müxtəlif qlobal maliyyə korporasiyası tərəfindən maliyyələşdirilib. Layihənin dəyəri 163 milyard yapon yeni (təqribən 1,5 milyard ABŞ dolları) təşkil edib. O, Türkiyənin Rönesans Səhiyyə və Yaponiyanın Sojitz korporasiyası tərəfindən hazırlanıb. Xəstəxana kompleksinin tikintisinə 2016-cı ildə başlanılıb və 2020-ci ildə başa çatdırılıb. Səhiyyə sahəsində investisiya layihəsi Tomson Reuters Fondunun Layihə Maliyyələşdirmə Beynəlxalq Mükafatları çərçivəsində “İlin PPP Müqaviləsi” mükafatına layiq görülüb. Xəstəxananın ilk bölməsi yalnız COVID-19 xəstələrinin müalicəsi üçün 20 aprel 2020-ci ildə istifadəyə verilmişdir.
Faktura
Faktura (ing. invoice) — beynəlxalq ticarət təcrübəsində satıcı tərəfindən alıcıya təqdim olunan və mal və xidmətlərin siyahısı, miqdarı və alıcıya təhvil verildiyi qiymət, malların formal xüsusiyyətləri (rəng, çəki və s.) olan sənəd, çatdırılma şərtləri və ya göndərən və alıcı haqqında məlumat. == Fakturalar == Tipik fakturada aşağıdakılar daxil ola bilər: Faktura sözü (və ya vergi fakturası); Unikal istinad nömrəsi (hesabdakı yazışmalar üçün); Faktura tarixi; Kredit şərtləri; Mümkün olduqda vergi məbləğləri (GST və ya ƏDV kimi); Satıcının adı və əlaqə məlumatları; Satıcı şirkətinin vergi və ya qeydiyyat məlumatları, əgər varsa, Avstraliya müəssisələri üçün AŞN və ya AB müəssisələri üçün ƏDV nömrəsi; Alıcının adı və əlaqə məlumatları; Məhsul və ya xidmətin göndərildiyi və ya çatdırıldığı tarix; Satınalma sifariş nömrəsi (və ya alıcı tərəfindən fakturada görünməsi üçün tələb olunan oxşar izləmə nömrələri); Məhsul (lar)-ın təsviri; Mümkün olduqda məhsul (lar) vahid qiyməti; Valyuta ilə göstərilən ümumi məbləğ (simvol və ya qısaltma); Ödəniş şərtləri (bir və ya daha çox məqbul ödəniş üsulu, gözlənilən ödənişin son tarixi və gecikmiş ödənişlər üçün ödənişlərin təfərrüatları, yəni həmin tarixdən sonra edilən ödənişlər daxil olmaqla); Pul köçürməsinin borcları ödəmək üçün üstünlük verildiyi ölkələrdə çap olunmuş hesab-fakturada kreditorun bank hesabı nömrəsi və ümumiyyətlə ödəyəni müəyyənləşdirən əməliyyatla birlikdə göndəriləcək bir istinad kodu olacaqdır. ABŞ Müdafiə Logistika Agentliyi hesablarda işəgötürənin şəxsiyyət nömrəsini tələb edir. Avropa Birliyi rəsmi hesab-fakturalar üçün ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş bütün müəssisələrin müştərilərinə təqdim etmələri üçün ƏDV (Əlavə Dəyər Vergisi) identifikasiya nömrəsi tələb edir. İngiltərədə rəqəm "bu ƏDV-nin fakturası deyil" sözlərini ehtiva etdikdə fakturalarda görünə bilməz. Belə bir hesab-fakturaya pro-faktura deyilir və ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş müştərilər üçün tam hesab-fakturanın əvəzedicisi deyil. Kanadada, vergi güzəştinə layiq görülmək üçün qeydiyyatdan keçmiş təchizatçı tərəfindən istehsal olunan 30 ABŞ dollarından yuxarı göndərmələr üçün SATIŞ VERGİSİ qeyd nömrəsi verilməlidir . Beynəlxalq ticarətdə istifadə olunan fakturalar üçün tövsiyələr, eyni zamanda, malların lojistik aspektinin daha ətraflı təsvirini özündə cəmləşdirən və bu səbəbdən beynəlxalq logistika və gömrük prosedurları üçün əlverişli ola biləcək BMTAİK Ticarət Komitəsi tərəfindən verilir.
Gakuran
Gakuran (学ラン) Yaponiyada orta və liseyə gedən kişi tələbələr tərəfindən geyinilən forma. Normalda rəngi qara olur, ancaq bəzi məktəblərdə dənizçi mavisi və ya tünd mavi ola bilər. Üst tərəfində bir yaxa var və bu yaxadan başlayaraq aşağıya qədər düymələri vardır. Düymələr ümumiyyətlə məktəb emblemi ilə bəzədilir. Şalvarlar bərk monoxromdur və qara və ya tünd bir kəmər taxılır. Kişilər ümumiyyətlə uniforma ilə birlikdə dəri və ya parça ayaqqabılar da geyinirlər. Bəzi məktəblərdə şagirdlərin yaxalarından kiçik bir broş asılır və bu məktəbin və ya sinfin dərəcəsini göstərir. Manqa və anime də baş qəhrəmanların və ya sərt uşaq personajlarının gakurası olduqca fərqli ola bilər; çox uzun və ya qısa gödəkçələr və ya adi haldan fərqlənən rənglər kimi. Kişi geyimlərinin yuxarı hissəsindəki ikinci düymə ümumiyyətlə onları sevən qızlara verilir və bir növ etiraf sayılır. Digər düymələrdə birdən çox qız istəsə verilə bilər.
Kakuro
Kakuro — rəqəmlərdən təşkil olunan tapmaca. Kakuro adının mənşəyi oyunu ixtira edən yaponlar tərəfindən kasan kurosu (加算クロス, kəsişən toplamalar) sözündən götürülüb; Bu tapmaca ABŞ-də həmçinin Cross Sums (kəsişən cəmlər) kimi də adlandırılır == Oyunun qaydaları == Oyunun sahəsi qara və ağ rəngli xanalardan ibarətdir. Vertikal və ya horizontal ardıcıl qurulan bir neçə ağ xana qrupu blok adlanır. Hər bir blokda yerləşməli olan rəqəmlərin cəmi yazılır. Şaquli bloklar üçün bu cəm adətən blokdan bilavasitə yuxarıda, horizontal bloklar üçün isə bilavasitə solda yazılır.Bütün ağ xanalara şaquli və üfüqi kəsişmələrdə unikallığı gözləməklə, 1-dən 9-a qədər elə rəqəmlər yazılmalıdır ki, bu rəqəmlərin cəmi tapmacanın şərtindəki cəmə bərabər olsun.
Kaukura
Kaukura (fr. Kaukura) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Ranqiroa atolundan 55 km cənub-qərbdə, Taitidən 350 km şimal-şərqdə yerləşir. == Coğrafiya == Ada dairəvi formaya malikdir. Atollun uzunluğu 50 км, eni — 17 km, quru sahəsi isə 11 km²-dir. Daxilində böyük laqun vardır. Laqunun sahəsi 434 km²-dir. == İnzibati bölgüsü == İnzibati baxımından Arutua kommunasına daxildir. == Əhali == 2007-ci il məlumatına görə adada 542 nəfər yaşayır. Raitahi əsas yaşayış məntəqəsidir.
Kokura
Kokura (小倉市, Kokura-şi, "kiçik xəzinə") - Fukuoka prefekturasının şərq hissəsində yerləşən Yaponiyanın keçmiş şəhəri. 2 oktyabr 1963-cü ildə Kokura qonşu Modzi, Tobata, Yaxata və Vakamaçu şəhərləri ilə birləşmiş, nəticədə Kitakyuşu şəhəri yaranmışdır. Kokuranın keçmiş ərazisi Kitakyuşu şəhərinin Kokura-Kita və Kokura- Minami rayonlarının tərkibinə daxildir. == Tarixi == Kokura Daxili Yapon dənizindəki Kammon boğazının sahillərində yerləşən liman şəhəri olmuşdur. Bu boğaz Kyuşu adasının şimalını Honşu adasının qərb hissəsindən ayırır. VIII-XIX əsrlər ərzində Kokura ərazisi yapon əyaləti Budzenin tərkibində yerləşirdi. Kokura qəsəbəsi 1602-ci ildə samuray başçısı Hosukava Tadaoki tərəfindən salınmışdır. Belə ki o burada özü üçün qəsr və qəsr kənarı məskənlər saldırmışdr. 1632-ci ildə onu Oqasavara nəslindən olan digər bir başçı əvəz etmişdir. Bu nəsil Kokura-xan torpaqlarını XIX əsrin ortalarına qədər idarə etmişdir.
Natura
Natura (latın:natura – təbiət) — təsviri sənətdə – təsvir prosesində rəssam və ya heykəltəraşın bilavasitə müşahidə etdiyi gerçəkliyin real obyektləri (insan, əşya, landşaft). Sənətkarın maddi aləmə münasibəti və yaradıcılıq məqsədi naturanın seçilməsində və onun təsvirində təzahür edir. Bilavasitə naturadan istifadə etməklə portret, mənzərə, natürmort və s. əsərlər yaradılır. Digər janrlara aid əsərlər üçün köməkçi etüd, eskiz və rəsmlər yaradılarkən bilavasitə naturadan istifadə edilə bilər. ASE, VII cild, Bakı, 1983. səh. 165.
Qakuran
Gakuran (学ラン) Yaponiyada orta və liseyə gedən kişi tələbələr tərəfindən geyinilən forma. Normalda rəngi qara olur, ancaq bəzi məktəblərdə dənizçi mavisi və ya tünd mavi ola bilər. Üst tərəfində bir yaxa var və bu yaxadan başlayaraq aşağıya qədər düymələri vardır. Düymələr ümumiyyətlə məktəb emblemi ilə bəzədilir. Şalvarlar bərk monoxromdur və qara və ya tünd bir kəmər taxılır. Kişilər ümumiyyətlə uniforma ilə birlikdə dəri və ya parça ayaqqabılar da geyinirlər. Bəzi məktəblərdə şagirdlərin yaxalarından kiçik bir broş asılır və bu məktəbin və ya sinfin dərəcəsini göstərir. Manqa və anime də baş qəhrəmanların və ya sərt uşaq personajlarının gakurası olduqca fərqli ola bilər; çox uzun və ya qısa gödəkçələr və ya adi haldan fərqlənən rənglər kimi. Kişi geyimlərinin yuxarı hissəsindəki ikinci düymə ümumiyyətlə onları sevən qızlara verilir və bir növ etiraf sayılır. Digər düymələrdə birdən çox qız istəsə verilə bilər.
Rakurs
"Azərbaycanfilm" kinostudiyasının nəzdində, xronikal-sənədli, elmi–kütləvi və tədris filmləri birliyinin bazasında 1988–1991-ci illərdə fəaliyyət göstərmişdir. Sənədli filmlər istehsal etmişdir. Rakurs Studiyasına Teymur Bəkirzadə rəhbər təyin olundu. 8 № altında (film, 1988) (qısametrajlı sənədli film) ("Rakurs" studiyası) Abşeron qalaları (film, 1989) (qısametrajlı sənədli film) ("Rakurs" studiyası) Abşeron lövhələri (film, 1990) (qısametrajlı sənədli film) ("Rakurs" studiyası) Aşkarlıq aynasında (film, 1989) ("Rakurs" studiyası) Bahardan sonra gələn qış (film, 1989) ("Rakurs" studiyası) Çempion (film, 1990) ("Rakurs" studiyası) El bir olsa... (film, 1989) ("Rakurs" studiyası) Güman (film, 1989) ("Rakurs" studiyası) İcarədarlar (film, 1990) ("Rakurs" studiyası) İribuynuzlu mal-qarada parazitar xəstəlikləri və onunla mübarizə tədbirləri (film, 1989) ("Rakurs" studiyası) Kross (film, 1989) ("Rakurs" studiyası) Külək haraya əsir? (film, 1989) ("Rakurs" studiyası) Qanadlı şəfavericilər (film, 1990) ("Rakurs" studiyası) Qəhrəman ana (film, 1990) ("Rakurs" studiyası) Qəyyur (film, 1990) ("Rakurs" studiyası) Matəm (film, 1990) ("Rakurs" studiyası) Ordubad (film, 1991) ("Rakurs" studiyası) Ramin (film, 1988) ("Rakurs" studiyası) Sabaha ümidlə baxanlar (film, 1991) ("Rakurs" studiyası) Sağlamlıq mərkəzi (film, 1990) ("Rakurs" studiyası) Salam, metro! (film, 1988) ("Rakurs" studiyası) Sədrin portreti (film, 1989) ("Rakurs" studiyası) Unutma... (film, 1989) ("Rakurs" studiyası) Ümumxalq işi (film, 1989) ("Rakurs" studiyası) Veteran (film, 1991) ("Rakurs" studiyası) Yol maşınları yola çıxır (film, 1990) ("Rakurs" studiyası) Yolunuz uğurlu (film, 1989) ("Rakurs" studiyası) Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Saburo
Saburo — Kişi adı. Saburo Kavabuçi — keçmiş Yaponiya futbolçusu. Saburo Şinosaki — keçmiş Yaponiya futbolçusu.
Sakarya
Sakarya ili — Türkiyənin 81 vilayətindən 54-cüsüdür.
Saklar
Saklar — müasir türk xalqlarının bir çoxunun, eləcə də Azərbaycan türklərinin etnogenezində birbaşa iştirak etmiş ən qədim Türk tayfalarından biri. Qədim Çin yazılı mənbələrində «sak» etnonimi «sai» adlanırdı. Nikolay Aristov da «sak»/»saka» və onun təhrif edilmiş törəməsi sayılan «skif» kəlməsinin ilkin variantının məhz «sa» sözü olduğunu, «k» şəkilçisinin isə cəmlik bildirdiyini qeyd etmişdir. Onun fikrincə, «bir vaxtlar Qərbi Tyan-Şan ərazilərində yaşayan «saka», «sa» və ya «se» adlanan türk tayfası sonralar Hindistana köç etmiş və burada yerli əhaliyə qarışaraq itmişdir. Lakin onun izləri qara kırğızların sayak, qırğızların soltı və Yeniseydəki saqay tayfalarının adlarında qalmaqdadır. Soltı qırğızların bir nəsli isə «çaqa» adlanır». Qafqazın əski türklərin vətəni olduğunu bildirən Pavel Nazarova görə, «skif» kəlməsi qədim türklərin antik adıdır. Tədqiqatçı yazır ki, «yəhudilər, yunanlar, romalılar «türk» sözünü deyil, «skif» sözünü işlədirdilər və bu kəlmə (skit, skut, aşkuz, aşkez) «As kişi», yəni «As (Az) adamı» ifadəsinin təhrif olunmuş formasıdır. Herodotda skif sözləri - «jun» (yun), oyr (ər), «asxi» (acı) sadalanır və onlar türkcədir. Bizans müəllifləri isə bu sıraya «balıq» kəlməsini də əlavə edirlər».
Sakyurd
Sakyurd — Tiflis quberniyasının Axalsix qəzasında dağ adı. Sakyurd - Tiflis quberniyasının Axalsix qəzasında dağ adı. Azərbaycanlıların mənşəyi baxımından qiymətli toponimlərdəndir. E.ə. VII əsrdə Cənubi Qafqaza gəlmiş qədim türk mənşəli sak tayfasının adını əks etdirir. Dağın adındakı "yurd" sözü göstərir ki, dağ sakların maldar elləri üçün yaylaq yeri olmuşdur. Azərbaycanda Tuqyurd, Xəzəryurd, Çoryurd və b. tayfa adı ilə bağlı dağ adları kimi, Sakyurd dağ adı da sakların maldar el olduğunu göstərir. Azərbaycanda Sakdağ (Şəki rayonu) və Türkiyənin şərqində Sakdağ adları ilə mənşəcə eynidir.
Sahara
Sahara, Səhra və ya Saxara (ərəb. صحراء‎, fr. Sahara), həmçinin Böyük Səhra — Afrikanın şimalında yerləşən dünyanın ən böyük tropik səhrası. Uzunluğu qərbdən şərqə (Atlantika okeanı sahillərindən Qırmızı dənizədək) qədər 5700 km, şimaldan cənuba (Atlas dağları və Aralıq dənizindən Sudan çöllərinədək) isə 1200–2000 km-dir. Sahəsi təqribən 8,6 mln km²-dir. Bu da Afrikanın ümumi sahəsinin 30%-i deməkdir. Saxaranın qərbi Atlantik okeanı sahillərilə, şimaldan Atlas dağları və Aralıq dənizi ilə, şərqdən isə Qırmızı dənizlə əhatə olunmuşdur. Mərakeş və Tunisin cənub vilayətlərini, Əlcəzair, Liviya, MAR və Mavritaniyanın çox hissəsini, Mali, Niger, Çad və Sudanın şimal vilayətlərini əhatə 31. Ərazidə yüksəkliyi 200–500 m olan düzənliklər üstünlük təşkil edir. Səhranın qərb və cənub kənarları alçaqdır.
Sakkara
Sakkara (ərəb. سقارة‎) — Misirdə Qahirədən təxminən 25 km cənubda yerləşən kənd. Burada Qədim padşahlığın paytaxtı Memfisin ən qədim nekropolu var. Bu ad nekropolların himayədarı olan ölülər tanrısı Sokarın adından gəlir. Sakkara siyahısı Саккара на Wikimapia http://www.egyptology.ru/sites/Saqqara.htm Саккара // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.