Şamo Elman oğlu Kərimov (17 dekabr 1987, Maşlıq, Cəlilabad, Azərbaycan — 8 oktyabr 2020;, Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Şamo Kərimov | |
---|---|
Şamo Elman oğlu Kərimov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Maşlıq, Cəlilabad, Azərbaycan |
Vəfat tarixi | (32 yaşında) |
Vəfat yeri | Qubadlı, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Cəlilabad |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Qubadlının azad edilməsi • Cəbrayılın azad edilməsi |
Təltifləri | 2020, 2021 2021 |
Şamo Kərimov 17 dekabr 1987-ci il tarixdə Cəlilabad rayonu Maşlıq kəndində anadan olub.[2] İki övladı var idi.[3]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şamo Kərimov Cəbrayıl, Qubadlının azad edilməsində savaşıb. 2020-ci il oktyabrın 8-i Qubadlı istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində həlak olub. Cəlilabadda torpağa tapşırılmışdır.[4]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamo Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şamo Kərimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[6]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şamo Kərimov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[7]