Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sacodon
Zöhrəçiçəyi (lat. Cypripedium) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi. Hündürlüyü 20—60 sm-dir. Tamkənarlı yarpaqları növbə ilə düzülür. Müxtəlif rəngli iri çiçəkləri gövdənin uçunda yerləşir. Şimali Amerika, Avropa və Asiyanın mülayim zonalarında təqrqribən 50, Azərbaycanda 1 növü — Əsl zöhrəçiçəyi (Cypripedium calceolus) yayılmışdır. Dekorativ bitki kimi beçərilir. Cypripedium arietinum Cypripedium acaule Cypripedium californicum Cypripedium candidum Cypripedium calceolus Cypripedium dickinsonianum Cypripedium fasciculatum Cypripedium flavum Cypripedium formosanum Cypripedium franchetii Cypripedium guttatum Cypripedium henryi Cypripedium irapeanum Cypripedium japonicum Cypripedium kentuckiense Cypripedium montanum Cypripedium macranthos Cypripedium pubescens Cypripedium parviflorum Cypripedium reginae Cypripedium tibeticum Arietinum Beck Cypripedilon St.-Lag. in A.Cariot Calceolaria Heist. ex Fabr.
Şamorin
Şamorin (slovak. Šamorín, alm. Sommerein‎, mac. Somorja) — Jitnı adasının ərazisində, Slovakiyanın cənub-qərbində şəhər. Şamorin Dunay çayının sahilində yerləşir. Əhalisi 12 min nəfərə yaxındır (2004-cü il), əhalinin əsasını macarlar təşkil edir. Şəhər ilk dəfə 1238-ci ildə, Müq. Mariya adı ilə qeyd edilib. XIV əsrin sonunda Şamorin Jitnı adasının mərkəzi idi, 1405-ci ildən isə — azad şəhər hüququ qazanır. 1555-ci ildə ilk Şamorində ilk sənətkarlıq sexi yaranır.
Şatodön
Şatodön (fr. Châteaudun) — Ör və Luar departamentinin ən böyük şəhərlərindən biridir. Parisdən cənub-qərbdə yerləşir.
Samson
Samson (İvrit dilində: שִׁמְשׁוֹן, Ərəb dilində: شمسون Şəmsun, Müasir Yunan dilində: Σαμψών) qədim ibranilərin fövqəltəbii güclərə sahib olduğuna inanılan əfsanəvi qəhrəmanıdır və qədim dövr sirr dünyasında yaşamışdır. Əhdi-Ətiqdə "Hakimlərin vəsiyyətnaməsi" adlı kitabında 12 İbrani hakimin sonuncusu olduğu düşünülməkdədir. Aslanı parçalayarkən, bir eşşəyə aid çənə sümüyü ilə bir çox fələstinlini öldürdüyü və onları əksər müharibələrdə məğlub etdiyi qulaqdan qulağa və yazılı şəkildə dövrümüzə gəlmişdir. Samson uzun saçlarından güc alırdı. Dalilaya aşiq idi. Onun bu sevgisindən xəbər tutan Dalila Samson yuxuda olarkən onun saçlarını kəsir, gözlərini kor edir və fələstinlilərə təslim edir. Samsonun saçları təkrar uzanır və Daqon məbədindəki bir mərasim zamanı binanın sütunlarını qırır və beləliklə min bir fələstinli dağıntı altında qalır. Hakimlərin kitabına görə Samsonun valideynləri Dan tayfasından idi. Allah Qüds yaxınlığındakı Zorada əkinçilik edən Manoa adlı bir kişinin sonsuz qadınina mələklərindən birini göndərir. Mələk qadına sonsuz olduğunu, ancaq hamilə qalacağını və uşaq dünyaya gətirəcəyini söyləyir.
Sayqon
Hoşimin və ya Xoşimin (vyet. Thành phố Hồ Chí Minh) — Vyetnamın Dong Nam Bo əyalətində şəhər. Hanoydan 1730 km cənubda yerləşir. Bu Vienam ən böyük şəhəri. 1975-ci ilə qədər Sayqon (Sài Gòn) adlandırılmışdır. Əhalisi 7240 min nəfər (2002), sahəsi 2093 km²-dir. Dong Nam Bo əyalətinin inzibati mərkəzi. Şəhərdə hava limanı var. Vyetnamın neft sənayesi mərkəzidir.
Fedor Samoxin
Fedor İvanoviç Samoxin (12 fevral 1918 – 17 iyul 1992, Bişkek) Sovet Nasiri, jurnalist, publisist, tərcüməçi, SSRİ Yazıçılar Birliyinin üzvü (1958). "Kənd" və "leytenant" nəsrinin nümayəndələrindən biri. Qırğızıstanın ən qədim rus yazıçısı, əsərləri Respublika xalqının həyatını, tarixini və müasirliyini əks etdirir. Böyük Vətən müharibəsi haqqında bir sıra bədii əsərlərin müəllifi, onların arasında daha çox məşhur olan Sovet İttifaqı Qəhrəmanı Çolponbay Tuleberdiyevin igidliyi haqqında "Çolponbay" povesti olub. Bədii ədəbiyyat sahəsində xidmətlərinə və Qırğız sovet ədəbiyyatının təbliğində və inkişafında fəal iştirakına görə Qırğızıstan SSR Ali Soveti Rəyasət Heyətinin üç Fəxri fərmanına layiq görülmüşdür. Onların arasında Böyük Britaniya Milli Kitabxanası, Harvard Universiteti Kitabxanası, Berlin Dövlət Kitabxanası, Estoniya Milli Kitabxanası və s. var.
Nikos Sampson
Nikos Sampson (yun. Νίκος Σαμψών; 16 dekabr 1935, Famaqusta – 9 may 2001) — Kipr dövlət və siyasət adamı, EOKA-nın üzvü, soyqırım törədən, qatil, Kipr Respublikasının prezidentinin səlahiyyətlərini icra edən.
Salomon Smaliyanov
Salomon Smaliyanov Rusiyada anadan olan məşhur saxtakar və Bernhard Əməliyyatının iştirakçısıdır. O həmçinin Nasist həbs düşərgəsindən xilas olmağı bacarmışdır. Müharibə öncəsi saxta valyutalar hazırlayan Smaliyanov Nasist milisləri tərəfihndən həbs olunmuşdur. Haqqında Avstriya istehsalı olan və 2008-ci ildə xarici dildə ən yaxşı film nominasiyası üzrə Oskar mükafatına layiq görülmüş "Saxtakarlar" (The Counterfeiters) filmi çəkilmişdir.
Salomon qızılböcəyi
Salomon qızılböcəyi (lat. Ancylocheria salomonii) — Sərtqanadlılar dəstəsinə, Qızıl böcəklər fəsiləsinə aid növ. Təbii şəraitdə nəslinin kəsilməsi ehtimalı vardır. Böcəyin bədəni yaşılımtıl – firuzəyi rəngdədir. Qanadüstlükləri və ön döş üzərində narıncı ləkələr vardır, ətrafları yaşıl rəngdədir. Çin, İran, Türkiyə, Özbəkistan, Tacikistan, Türkmənistan, Azərbaycan (Zaqatala, Qəbələ, Şəki, Göyçay, Yevlax, Naxçıvan MR) ərazilərində rast gəlinir. 1919-cu ildə M.Vinovski tərəfindən Gəncədə 1 fərd, 1928-ci ildə M.Axnazarov tərəfindən Naxçıvanda 1 fərd, 1929-cu ildə E.Hauser tərəfindən Ordubadda 2 fərd, qeydə alınmışdır. Son illərdə rast gəlinməmişdir. Cənubi Qafqaz qovağından ibarət olan çaykənarı tuqay meşələrində məskunlaşır. Növün ekologiyasına dair məlumat yoxdur.
Sezar Sampson
Sezar Sampson (alm. Cesár Sampson‎; d. 18 avqust 1983, Linz, Avstriya) — Avstriya müğənnisi, bəstəkarı və modeli. O, "Nobody but You" mahnısı ilə Avstriyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Sezar Sampson 18 avqust 1983-cü ildə Avstriyanın Linz şəhərində anadan olmuşdur. O illərlə sosial işçi olaraq fəaliyyət göstərmişdir. Musiqi sahəsində isə Sezar Symphonix International musiqi birləşməsinin üzvü olaraq çalışır. Sezar Sampson 2016 və 2017-ci illərdə Bolqarıstanın Avroviziya təmsilçilərini səhnədə dəstək vokalçı olaraq müşayiət etmişdir. 5 dekabr 2017-ci il tarixində Avstriyanın ÖRF telekanalı Sezar Sampsonun "Nobody but You" mahnısı ilə Avstriyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini elan etmişdir. Mahnının bəstəkarları Boris Milanov və Sebastian eyni zamanda Bolqarıstana Avroviziyada iki il ard-arda yüksək nəticələr qazandırmışdırlar.
Şatodön (rayon)
Şatodön (fr. Châteaudun) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Ör və Luar. Suprefektura — Şatodön. Rayon əhalisi 2006-cı ildə 57 982 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 40 nəf / km². Rayon sahəsi — 1439 km².
Böyük Sarqon
Sargon Akkadlı, Böyük Sarqon və ya Qədim Sarqon (e. ə. XXIV əsr – e. ə. XXIII əsr, Akkad; akkadca Šarru-kīnu) — e.ə. 2300-cü ildə böyük Akkad padşahlığının yaradan hökmdar. O, hakimiyyətə gəldikdən sonra Akkad şəhərini saldırmış və onu paytaxt etmişdir. Akkad dövlətinin adı bu şəhərin adından götürülmüşdür. Sarqonun apardığı müharibələr nəticəsində Akkadın ərazisi xeyli genişlənmişdi. Onun dövründə Akkad nəinki İkiçayarasının, eləcə də Ön Asiyanın yeganə qüdrətli dövlətinə çevrilmişdi.
II Sarqon
II Sarqon (assuriyaca Şarrum-ken, mənası "Həqiqi padşah"; təq. e.ə. 765, Nimrud – e.ə. 705) — Assuriyanın çarı, 722 — 705, III Tiqlatpalasarın kiçik oğlu. == Hakimiyyəti == Ullusunu taxt-tac uğrunda çəkişmələrdə öz iradəsinin əksinə olaraq, Urartu təmayüllü siyasət yeritməyə məcbur olur. O, hətta Assuriya ilə həmsərhəd olan bir neçə vilayətini də Urartuya güzəştə gedir. Hadisələrin bu cür dönüşündən qəzəblənən Assuriya Manna üzərinə hücuma keçir. Assuriya şahı II Sarqon Baqdattunu tutaraq onun dərisini soymağı əmr edir. Baqdattunun dərisini soyur, cəsədini isə mannalara görk olmaq üçün nümayiş etdirirlər. Assuriyalılar Mannanın paytaxtı İzirtu şəhərini yandırır, bir çox qalalarını zəbt edirlər.
Samson Abioye
Samson Abioye (d. 25 mart 1991 – ö. 28 iyul 2017) — Nigeriya kompüter proqramçısı və internet sahibkarı. 2013-cü ildə o, Ladoke Akintola Universitetində təhsil alarkən müdafiə işi kimi tələbələrin ölkə səviyyəsindəki imtahanları üçün onlara praktiki kömək edən onlayn test platforması olan nı yaratmışdır. Ölümünə qədər pass.ng saytında baş icraçı direktor kimi fəaliyyət göstərmişdir. 2014-cü ildə Airtel Catapult-a-Startup müsabiqəsində pass.ng layihəsi ilə qalib gəlməzdən əvvəl müvəqqəti olaraq universitetdə İKT şöbəsində çalışmışdır. O, həmçinin, 2013-cü ildə Nigeriyada Kompüter Elmləri üzrə Milli İstehsalçılara təqdim olunan ən yaxşı proqramçı mükafatının qalibi olmuşdur. Abioye 28 iyul 2017-ci ildə səhər saatlarında vəfat etmişdir. Ölümündən sonra, Pulse Nigeria onun ölümünü "Nigeriyada texnologiya sahəsini şok edən" başlığı altında yayımlamışdır.
Samson Mkrtumov
Samson Movsesoviç Mkrtumov (əsl soyadı: Mkrtumyan; erm. Սամսոն Մովսեսի Մկրտումյան; rus. Самсо́н Мовсе́сович Мкрту́мов; 15 (28) iyul 1910, Brnakot, Zəngəzur qəzası – 1 noyabr 1943, Qomel) — erməni əsilli SSRİ hərbi pilotu, Sovet İttifaqı Qəhrəmanı, kapitan. Samson Mkrtumov 28 iyul 1910-cu il tarixində Rusiya imperiyası tərkibindəki Yelizavetpol quberniyasının Zəngəzur qəzasında yerləşən Brnakot kəndində anadan olmuşdur. O, 1928-ci ildə Bakıya köçmüş, Bibiheybət neft mədənində işləmişdir. Mkrtumov 1931-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. O, 1936-cı ildə Borisoqlebsk Təyyarəçilik Məktəbini bitirmidir. Mkrtumov 1939-cu ildən Sovet Ordusunda xidmət etmişdir. O, Sovet-Finlandiya müharibəsində iştirak etmişdir. Mkrtumov İkinci Dünya müharibəsində eksadrilya komandiri olan Mkrtumov 219 döyüş uçuşu keçirmişdir.
Samson Pirtsxalava
Samson Georgiyeviç Pirtsxalava (gürc. სამსონ გიორგის ძე ფირცხალავა, 3 yanvar 1872 – 26 iyul 1952, Tbilisi)) — gürcü siyasətçisi, Gürcüstan Təsis Məclisinin üzvü (1919–1921). Samson Pirtsxalava Georgi Pirtsxalava və Barbala Çirqadzenin ailəsində anadan olmuşdur. Oxumağı və yazmağı böyük qardaşlarından, sonra yerli kilsənin dekonundan öyrənmişdi. Xoni şəhərində iki illik məktəbi,1893-cü ildə Kutaisi klassik gimnaziyasını, 1898-ci ildə Sankt-Peterburq İmperator Universitetinin hüquq fakültəsini bitirib. Sankt-Peterburqda olarkən gürcü diasporunun fəalları İvane Cavaxişvili, Zurab Avalişvili, Qriqol Rtsxiladze, İosif Barataşvili, Arçil Djordjadze, İlya Nakaşidze və Luarsab Andronikaşvili ilə dostluq münasibətləri qurdu. 1893-cü ildən ədəbi yaradıcılıqla məşğul olur. 1901–1902-ci illərdə "İveriya" qəzeti ilə əməkdaşlıq etmişdir. Yazıları "Kalami" (qələm) və "Sitkva" (söz) təxəllüsləri ilə nəşr edilmişdir. Gürcüstan Sosialist-Federalist Partiyasının qurucularından biri (1901) və rəhbəri, "Qlexi" qəzetinin ("Krestianin", 1906) qurucularından və redaktorlarından biri idi.
Samson fəvvarəsi
Samson fəvvarəsi (alm. Simsonbrunnen‎) — İsveçrənin Bern şəhərinin Kramqasse döngəsində yerləşir. XVI əsrə aid məşhur Bern fəvvarələrindən biri sayılır və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. 1527-ci ildə Hans Ginq tərəfindən inşa olunmuş taxta fəvvarə 1544-cü ildə daşla əvəzlənmişdir. Fəvvarənin hovuzu səkkizbucaqlı formaya malikdir. Fəvvarə şirin ağzını yaran məşhur bibley qəhrəmanı Samsonu ifadə edir. XVI əsrdə Samson güc təcəssümü idi və qədim yunan mifologiyasında qəhrəman Herakl ilə eyniləşdirilirdi. Yəqin ki, bu fəvvarə qessab gildiyasının ianələri sayəsində inşa edilmişdir. Əvvəllər fəvvarə Şaalbrunnen adlanırdı (Bern ləhcəsində Schaal - sallaqxana deməkdir); 1687-ci ildə onun adı dəyişdirilərək "Qəssab" (alm. Metzgernbrunnen‎) qoyulmuş və yalnız 1827-ci ildə o özünün hazırkı adını qazanmışdır.
Samson xan
Samson xan (rus. Самсо́н Я́ковлевич Маки́нцев; fars. سامسون‌خان‎; doğ.1776 - 1849) — Qacarlar ordusunun generalı. Samson Yakovleviç Makintsev 1776-cı ildə Rusiya imperiyasının Qafqaz xəttində anadan olmuşdu. Əsgər övladıdır. 24 sentyabr 1799-cu ildə Nijeqorod Draqun alayında hərbi xidmətə başlamışdı. Qafqaz cəbhəsinə göndərilmişdi. Samson Makintsev vaxmistr rütbəsində 1802-ci ildə ordudan qaçıb Qacarlar tərəfə keçdi.Naib (leytenant) rütbəsində İrəvan piyada alayında xidmət etməyə başladı. O, rus fərarilərini orduya cəlb edib, yeni qoşun (Nizami-cədid) hissəsi yaratdı. Ordu komandanı, şahzadə Abbas mirzə Qovanlı-Qacar onun hissəsinə baxarkən bəyəndi.
Sarqon Akkadlı
Sargon Akkadlı, Böyük Sarqon və ya Qədim Sarqon (e. ə. XXIV əsr – e. ə. XXIII əsr, Akkad; akkadca Šarru-kīnu) — e.ə. 2300-cü ildə böyük Akkad padşahlığının yaradan hökmdar. O, hakimiyyətə gəldikdən sonra Akkad şəhərini saldırmış və onu paytaxt etmişdir. Akkad dövlətinin adı bu şəhərin adından götürülmüşdür. Sarqonun apardığı müharibələr nəticəsində Akkadın ərazisi xeyli genişlənmişdi. Onun dövründə Akkad nəinki İkiçayarasının, eləcə də Ön Asiyanın yeganə qüdrətli dövlətinə çevrilmişdi.
Akkadlı Sarqon
Sargon Akkadlı, Böyük Sarqon və ya Qədim Sarqon (e. ə. XXIV əsr – e. ə. XXIII əsr, Akkad; akkadca Šarru-kīnu) — e.ə. 2300-cü ildə böyük Akkad padşahlığının yaradan hökmdar. O, hakimiyyətə gəldikdən sonra Akkad şəhərini saldırmış və onu paytaxt etmişdir. Akkad dövlətinin adı bu şəhərin adından götürülmüşdür. Sarqonun apardığı müharibələr nəticəsində Akkadın ərazisi xeyli genişlənmişdi. Onun dövründə Akkad nəinki İkiçayarasının, eləcə də Ön Asiyanın yeganə qüdrətli dövlətinə çevrilmişdi.
Katolikos II Salomon
Katolikos II Salomon — Albaniyanın XXXI katolikosu.
Katolikos I Salomon
Katolikos I Salomon — Albaniyanın XXIX katolikosu.
Müstəqillik Sarayı (Saigon)
İstiqlal Sarayı (vyet. Dinh Độc Lập), Yenidən Birleşme Sarayı (vyet. Dinh Thống Nhất) kimi tanınan bu şəhərin əlamətdar bir yeridir Ho Chi Minh City (əvvəlki adı Saigon), Vietnam, keçmiş Norodom Sarayının yerində inşa edilmişdir. Saray memar Ngo Viet Thu tərəfindən dizayn edilmiş və Vyetnam müharibəsi dövründə Cənubi Vyetnam prezidentinin evi və iş yeri olmuşdur. Həm də Saigon 30 aprel 1975-ci ilin yıxılması zamanı Vyetnam müharibəsinin sona çatdığı yer, Şimali Vyetnam Ordusunun bir tankı qapılarını vurduqda oldu. Bu hökumət binasının 19-cu əsrdə Fransanın işğalına uzanan uzun tarixi var. Vyetnam müharibəsi dövründə Cənubi Vyetnamın ilk prezidenti 1963-cü ildə sui-qəsd edildikdən sonra hakimiyyətə gələn hərbi cuntanın başçısı General Nguyen van Thieu kimi ev və komanda mərkəzi vəzifəsi edildi. Müstəqillik Sarayı, Vyetnam Müharibəsinə dramatik bir son verildi tanklar 30 Aprelin 1975-ci il səhərində əsas qapıdan çıxdı. Bu gün Müstəqillik Sarayı, 1970-ci illərdən bəri dəyişməz bir zaman sərfi - Ho Chi Minh City-də görmək və Vyetnamun böyük turunu alaraq tarixi meraklıları üçün böyük bir dayanma. İstiqlal Sarayı Mərkəzi Saigon 1-ci ilində böyük, yaşıl sahəsi tutur.
Sayqon döyüşü (1955)
Sayqon döyüşü — Vyetnam Dövlətinin Vyetnam Milli Ordusu (sonradan Vyetnam Respublikasının Ordusuna çevriləcək) ilə Bình Xuyên mütəşəkkil cinayətkarlıq sindikatının şəxsi ordusu arasında bir həftə davam edən döyüş idi. O zaman Bình Xuyên-ə İmperator Bảo DĐại tərəfindən milli polisə nəzarət etmək üçün lisenziya verildi və Baş nazir Ngô Đình Diệm onlara təslim olmaq və dövlət nəzarətinə keçmək üçün ultimatum verdi. Döyüş 28 aprel 1955-ci ildə başladı və VMO bir həftə ərzində Bình Xuyên-i böyük ölçüdə darmadağın etdi. Döyüşlər əsasən Çinin daxili şəhəri Chợ Lớn biznes rayonunda baş vermişdi. Sıx izdihamlı bölgədə 500-dən 1000-ə qədər ölüm və 20.000-ə qədər mülki vətəndaş çarpaz atəş nəticəsində evsiz qaldı. Sonda Bình Xuyên tamamilə məğlub oldu, ordusu dağıldı və köməkçi əməliyyatları iflasa uğradı. Martın 29-dan 30-na keçən gecə yarısı Sayqonda Bình Xuyên Diem-in polis rəisini işdən çıxarmasına cavab olaraq partlayışlar baş verdi. 200 Bình Xuyên əsgəri VMO qərargahına hücum etdi. Toqquşmalar nəticəsiz qaldı, VMO rəqiblərinin 10-u üçün altı nəfərin ölümünə səbəb oldu. VMO və Bình Xuyên arasında son döyüş aprelin 28-də günorta başladı.