Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Harnaaz Sandhu
Harnaaz Kaur Sandhu (3 mart 2000, Çandiqarh) — hind modeli, Miss Universe 2021-in qalibidir.
Sancuh (Sərdəşt)
Sancuh (fars. ‎سنجوه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 448 nəfər yaşayır (90 ailə).
Şandun yarımadası
Şandun yarımadası (çin. 山東半島) — Çinin şərqində, Sarı dəniz və Bohai körfəzi daxilinə istiqamətlənir. 1282-ci ildən şimal və cənub çay yollarının birləşməsindən sonra faktiki olaraq adaya çevrilmişdir. Relyefi əsasən təpəlikdir. Burada qranit təbəqəsi səthə çıxır. Qranit təbəqəsinin maksimal hündürlüyü 180 metrdir. Yarımadanın maksimal hündürlüyü isə 1 132 metrə çatır. Ərazisində kiçik sahələrdə olsa belə alma, üzüm, armud, çay və s. yetişdirilir. Yarımada dəmir, maqnezit və qızıl ilə zəngindir.
Şandun problemi
Şandun sualı (山東問題, Santo monday) və ya Şandun problemi – 1919-cu ildə Paris Sülh Konfransından sonra Şandun yarımadasının kimə aid olması haqqında Çinlə Yaponiya arasında baş vermiş münaqişə. Problem 1922-ci ildə Çinin xeyrinə həll edilmişdir. Çinin şimal-şərqində yerləşən Şandun yarımadası XIX əsrdə xarici güclərin diqqətini cəlb etmişdir. Xüsusilə, Almaniya Asiyada möhkəmlənmək üçün bu yarımadadakı Sindao limanına nəzarət etmək istəyirdi. 1896-cı ildə ərazidə yaşayn iki alman missionerin öldürülməsindən istifadə edən Almaniya donanması bölgəyə nəzarəti ələ keçirmiş və limanı tutmuşdur. Növbəti il burada 400 kilometr uzunluğunda dəmiryolu inşa etdirmək icazəsi almış, yarımadanı öz mülkünə çevirmişdir. Şandun yarımadasında maraqları olan digər ölkə Yaponiya idi. 1911-ci ildə Çində baş vermiş inqilabdan sonra Yaponiya ordusunun və Yaponiya Xarici İşlər Nazirliyinin bir neçə üzvü Yaponiyanın təsir sahəsini Şandun yarımadasına qədər genişləndirmək istəyirdilər. 1914-cü ildə başlayan Birinci dünya müharibəsində Yaponiya Britaniya ilə müttəfiq olmuş və Almaniyaya müharibə elan etmişdir. Britaniyanın tövsiyəsinə baxmayaraq, Yaponiya 1914-cü ilin sentyabrında Sindaonu işğal etmiş və Tsinan–Sindao dəmiryolunu ələ keçirmişdir.
Şandun sualı
Şandun sualı (山東問題, Santo monday) və ya Şandun problemi – 1919-cu ildə Paris Sülh Konfransından sonra Şandun yarımadasının kimə aid olması haqqında Çinlə Yaponiya arasında baş vermiş münaqişə. Problem 1922-ci ildə Çinin xeyrinə həll edilmişdir. Çinin şimal-şərqində yerləşən Şandun yarımadası XIX əsrdə xarici güclərin diqqətini cəlb etmişdir. Xüsusilə, Almaniya Asiyada möhkəmlənmək üçün bu yarımadadakı Sindao limanına nəzarət etmək istəyirdi. 1896-cı ildə ərazidə yaşayn iki alman missionerin öldürülməsindən istifadə edən Almaniya donanması bölgəyə nəzarəti ələ keçirmiş və limanı tutmuşdur. Növbəti il burada 400 kilometr uzunluğunda dəmiryolu inşa etdirmək icazəsi almış, yarımadanı öz mülkünə çevirmişdir. Şandun yarımadasında maraqları olan digər ölkə Yaponiya idi. 1911-ci ildə Çində baş vermiş inqilabdan sonra Yaponiya ordusunun və Yaponiya Xarici İşlər Nazirliyinin bir neçə üzvü Yaponiyanın təsir sahəsini Şandun yarımadasına qədər genişləndirmək istəyirdilər. 1914-cü ildə başlayan Birinci dünya müharibəsində Yaponiya Britaniya ilə müttəfiq olmuş və Almaniyaya müharibə elan etmişdir. Britaniyanın tövsiyəsinə baxmayaraq, Yaponiya 1914-cü ilin sentyabrında Sindaonu işğal etmiş və Tsinan–Sindao dəmiryolunu ələ keçirmişdir.
Maya Sandu
Maya Sandu (24 may 1972, Risipen[d], Faleşt rayonu[d]) — Moldova Respublikasının Dövlət və Siyasi Xadimi; Moldova Respublikasının 6-cı Prezidenti (16.11.2020), Moldova Respublikasının tarixində ilk qadın-prezident. Moldova Respublikasının Baş Naziri (08.06.2019–14.11.2019), Moldova Respublikası Parlamentinin üzvü (30.11.2014–08.06.2019), Moldova Respublikasının Təhsil Naziri (24.07.2012–30.07.2015). == Həyatı == Maya Sandu 1972-ci il mayın 24-də Moldova SSR-nin Faleşt rayonunun Risipen qəsəbəsində Grigori və Emiliya Sandunun ailəsindən anadan olub. Rumın, rus, ingilis və ispan dillərini bilən Maya Sandu, ailəli deyil. 1989–1994-cü illərdə 152 nömrəli addım-addım təhsil müəssisəsində təhsil alan Maya Sandu, 1995–1998-ci illərdə Moldova Prezidenti yanında Dövlət İdarəçiliyi Universitetində beynəlxalq əlqaqələr üzrə təhsil alıb. 2010-cu ildə isə o, Con Kennedi adına Dövlət İdarəçiliyi Harvard İnstitutunu bitirib.
B71 Sandur FK
B71 - Farer adalarının futbol klubu == Tarixi == <...> == Avropa kuboklarında iştirak == 2 dəfə Avropa kuboklarında iştirak edib.
Banduk
Banduk (çeç. БӀен-дукъ; çeçen. bIo — "qoşun" + duk— "silsilə" sözlərindən) — Çeçenistan Respublikasının Şatoy rayonunda dağ zirvəsi. == Haqqında == Dəniz səviyyəsindən hündürlüyü 1359 metrdir. Banduk dağı dəniz səviyyəsindən 1342 metr yüksəkliklərdə, yaxud da ətraf ərazidən 306 metr hündürlükdə yerləşir. Ətəyində dağın eni 4,5 km-dir. Ən yaxın yaşayış məntəqələri: Zona, Yarış-Mardı, Daçu-Borzoy, Ulus-Kert, Şatoy. Banduk dağı ətrafındakı ərazilər şimal-qərbə doğru təpəlik, cənub-şərqə doğru dağlıqdır. Rayonun ən yüksək zirvəsi Banduk silsiləsidir. Dəniz səviyyəsindən hündürlüyü 1771 metrdir.
Dandun
Dandun (1965-ci ilədək Andun) (çin. 丹东) — Çinin şimal-şərq hissəsində, Lyaonin əyalətində şəhər-rayon. Әhalisi 2,4 milyon nəfərdir (2010). Çanbayşan yastı dağlığının cənub hissəsində, Yalutszyan çayının aşağı axınında yerləşir. Beynəlxalq dostluq körpüsü (1937–43; uzunluğu 940,8 m) Dandunu Koreya Xalq Demokratik Respublikasının Sinıycu şəhəri ilə əlaqələndirir. Nəqliyyat qovşağı və port şəhəridir. İllik yük dövriyyəsi 11 milyon tondur. == Ümumi məlumat == Dandun Şimali Koreyanın qərb sərhəddində, şimal-qərb Yalutszyan çayının (sağ) sahilində yerləşir. Çay Qərbi Koreya körfəzinə tökülür. Əyalət 120 km-lik sahil xəttinə malikdir.
Rankuh
Rankuh — İranın Gilan ostanında yerləşən şəhər.
Sandal
Sandal — təknəvari quruluşa malik gəmi, su nəqliyyatı vasitəsi. Sandal əsasən, yelkənlə təhciz olunuduğu ucun səmt kuləyinin gucu ilə hərəkət edir. Arxiv sənədləri gostərir ki, hələ XVIII əsrin ikinci yarısında sandal və kirjim inşa etmək ucun Bakıda gəmi tərsanəsi olmuşdur.
Sander
Sıf (lat. Sander) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinə aid heyvan cinsi.
Sanduqo
Sanduqo (isp. Sandugo) — 1565-ci il martın 16-da ispan konkistadorlarla Flippinin Bohol adasının yerli xalqı arasında Sanduqo adlı mərasim təşkil olunmuşdur. Sanduqo yerli bisay dilində tək qan deməkdir. Mərasim zamanı ispanların komandanı Migel Leqaspi ilə yerli tayfa başçısı Datu Sikatuna şərabla dolu eyni qaba öz qanlarını axıdaraq, birlikdə içmişlər. Qanlı müqavilə kimi xatırlanan bu mərasim hər iki tərəf üçün xüsusi önəm daşıyırdı. İspanlar Sanduqo sayəsində özlərinə nüfuz qazanıb, oralarda möhkəmlənmişdilər. Leqaspiyə lazım idi ki, yerli xalq onun dənizçilərinin portuqal yox, ispan olduğunu anlasın. Çünki belə olmasa idi, 40 il öncə buralarda qətlə yetirilmiş Fernando Magellanın və ekspedisiyasının aqibətini yaşayacaqdılar. Yerlilər isə güclü düşmən hücumundansa, sazişi üstün tutmuşdu. Sanduqo flippinlilərlə ispanlar arasında imzalanmış çoxsaylı dostluq müqavilələrinin birincisidir.
Sannua
Sannua (fr. Sannois) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament —Val-d’Uaz, rayon — Arjantey, kanton — Sannua. Əhalisi — 25 349 nəfər (1999). Bələdiyyə Paris şəhərinin 15 km şimal-qərb, Serji bələdiyyənin 16 km cənub- şərqdə yerləşir.
Santur
Səntur — toxmaqla çalınan alətdir. Toxmaqla çalındığına görə, həm simli, həm də zərb musiqi aləti sayılır. İranda bu alətin bir qədər kiçik - diatanik növü indi də istifadə olunur. Azərbaycanda isə XIX əsrə qədər istifadə olunub. Sənturun ən qədim növü Şumer mədəniyyətinə qədər gedib çatır. Yatıq sazlar ailəsinə mənsubdur. Qanun, nüzhə və bu növ alətlərdən hesab edilir. Sənturun bu alətlərdən başlıca fərqi onun iki yüngül ağac toxmaqla (mizrabla) çalınmasıdır. Ona görə də səntur həm də zərb musiqi aləti sayılır. Səntur haqqında R. Yektabəy yazır: "Bu çalğı aləti çox qədim olub, "Tövrat"da "psanterin", "zəbur" adlandırılır.
Şandiz
Şandiz — İranın Rəzəvi Xorasan ostanının Torqəbə və Şandiz şəhristanının Şandiz bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,402 nəfər və 1,706 ailədən ibarət idi.
Şanrus
Şanrus (fr. Chamrousse) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Domen və Viziy kantonlarına daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38567. Kommunanın 1999-cu il üçün əhalisi 1810 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 1384 ilə 2440 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 110 km cənub-şərqdə, Qrenobldan 15 km şimal-qərbdə yerləşir.
Şantun
Şantun (q.türk Şantuŋ, çin. 山东 / 山東; pinyin: Shāndōng; Wade-Giles: Shan-tung) — Çinin şərq sahilində bir vilayyətdir. Şantun Çincə "dağın şərqi" anlamına gəlir. Bölgə bu adı Tayhan dağlarının (太行山) şərqində yer alması səbəbi ilə almıştır. Şantun 92 milyonluq əhalisi ilə Çinin Henan vilayyətindən sonra ən kütləvi ikinci vilayyətidir. Kon Fun Çyının məmləkəti Çufu bu bölgədə yerləşir.
Pandus
Pandus – pilləkən əvəzinə istifadə edilən maili müstəvi. Əsasən əlil arabasından istifadə edən şəxslər üçün quraşdırılır. Daimi və portativ növləri var. Əlil şəxslər üçün ilk panduslar e.ə. IV əsrdə Qədim Yunanıstanda tikilmişdir. Təbabət tanrısı Asklepiyə həsr olunmuş məbədlərə girişi asanlaşdırmaq üçün bu cür panduslar tikilirdi. Bəzi tarixçilər həmin pandusların sağlam insanlar üçün də nəzərdə tutulduğunu bildirir. Pandus əsasən əlil arabasından istifadə edən şəxslərin hərəkətini asanlaşdırmaq üçün pilləkən əvəzinə quraşdırılır. Panduslarınn mailliyi səkilərə uyğun olaraq 8–10 faiz arasında dəyişir və sürüşməyə davamlı hazırlanır. Pandusla qalxarkən təhlükəsizliyi təmin etmək üçün pandus məhəccər və təktil plitəsi ilə təmin olunur.
Handu
Handu-Arsakda qala adı. == Toponomik izahı == Şimali Qafqazda Anttübə (anttəpə) təpə adı ilə mənaca eynidir. Qədim türk dillərində anta, anda, andit- "izləmək", "keşik çəkmək" sözündəndir. Anta, anda dedikdə qaraulxana nəzərdə tutulur. Keçmişdə antalar (andalar) müəyyən bir ölkənin, əyalətin, elin (tayfanın) məskunlaşdığı ərazinin sərhədlərində gecələr keşikçilərin durduğu təpə yerlər idi. Keşikçi məntəqələri adlarındandır. Anta-(anda) sözündən düzəlmiş toponimlərin ( yaşayış məntəqə, dağ və təpə adlarının) qədim tarixi vardır. E.ə. VIII əsrdə Urartu çarının bir qaya yazısında Andamaniv və həmin əsrdə Cənubi Azərbaycan ərazisində Qızılüzən çayının hövzəsində Andia yaşayış məntəqə adları məlumdur. Şərqi Anadoluda Fərat çayının yuxarı axınında, onun sol sahilində Andit kənd, Şimali Qafqazda Stavropol quberniyasında Andi-Aqigöl və Andçay, Dağıstanda Andi dairə adı, And göysu çayının adı və Qunib dairəsində Andi kəndi.
Nandu
Nandu (lat. Rhea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin nandukimilər dəstəsinin nandular fəsiləsinə aid heyvan cinsi.
Sadhu
Sadhu (sanskr. साधु, sādhuIAST) Sadhu Hinduizmdə və Hindistan mədəniyyətində artıq hinduizmdə həyatın üç məqsədinə çatmağa can atmayan asketlər, müqəddəslər və yogilər üçün istifadə edilən bir termindir: kama (hissi həzz), artha (maddi inkişaf) və hətta dharma (vəzifə). Bir sadhu meditasiya və Allahı tanımaqla mokşaya (azadlığa) nail olmağa tam sadiqdir. Sadhular imtinanı simvolizə etmək üçün tez-tez oxra paltar geyinirlər. Adətən sadhular dünyadan və maddi həzzlərdən imtina etmiş rahiblərdir. Onlar Hindistanın mağaralarında, meşələrində və ya məbədlərində yaşayırlar. Sadə insanlar çox vaxt sadhuya baba deyirlər. Bir çox hind dillərində baba ata və ya əmi deməkdir. Bəzən babaya hörmət göstəricisi olan ci — babaci şəkilçisi əlavə olunur. 2007-ci ilin statistikasına əsasən Hindistanda 4 ilə 5 milyon arasında sadhu var idi.
Sündü
Sündü — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Kənd Qobustan şəhərindən 95 km şərqdə, Sündü platosunda yerləşir. Mənbələrə görə, Sündü kəndinin tarixi eramızdan əvvələ təsadüf edir. Sündü kəndi Azərbaycanın ən qədim yaşayış yerlərindən biridir. Bu kəndin tarixi 5 min ildən artıqdır. Onun ərazisində tapılan maddi-mədəniyyət nümunələrinə əsasən kəndin tunc dövründə salınması ehtimal olunur. Tarixi mənbələr, yer adları bunu təsdiq edir. Bu kəndin qədimliyini sübut edən faktlardan biri də burada mövcud olan Sündü məscididir. 920-ci ildə tikilən bu məscid hazırda fəaliyyət göstərir. Əhalinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq və sənətkarlıq olub.
Şaduf
Şaduf - yüksəklikdə yerləşən tarlaları suvarmaq üçün suyu qaldırmaq vasitəsi. E.ə. II minilliyin ortalarında Qədim Misirdə ixtira edilmişdir. Şaduf yerə basdırılmış dirək və hərəkət etdirilən şüvüldən ibarət imiş. Onun bir başına daş, digər tərəfinə isə tuluq - dəri vedrə bərkidərmişlər.
Şanus
Şanus (fr. Chanousse, oks. Chanossa) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Rozan kantonuna daxildir. INSEE kodu — 05033. 2008-ci ildə əhalinin sayı 48 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 27 nəfər (15-64 yaş) arasında 19 nəfər iqtisadi fəal, 8 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70.4%, 1999-cu ildə 60.9%). Fəal 19 nəfərdən 17 nəfər (8 kişi və 9 qadın) çalışdı, 2 qadın işsizdi.
Şanyü
Şanyü — Xaqandan öncə hunlar arasında istifadə olunan titul.