Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sitka
Sitka (ingiliscə Sitka, rusca köhnəlmiş “Sitkha”, 1867-ci ilə qədər - Novo-Arxangelsk) — Baranova adasında ( Alexandra Arxipelaqı, Alyaska) yerləşən Amerika şəhəridir. Əhalisi təxminən 9 min nəfərdir. Keçmiş Rusiyanın Novo-Arxangelsk şəhəri Rusiya Amerikasının paytaxtı idi. Ruslar gələnə qədər bu ərazidə ovçuluq və balıqçılıqla məşğul olan tlinqit hindliləri yaşayırdı. Tlinqitlər döyüşkənliyi ilə məşhur idilər, digər qəbilələrdə qorxu hissi yaradırdılar. Şəhər 1799-cu ildə Aleksandr Andreeviç Baranov tərəfindən tlinqit ağsaqqallarının icazəsi ilə Arxangel Mixael qalası kimi kiçik bir çayın mənsəbinin sahilində qurulmuşdur. Hazırda bu ərazi “Starriqavan” adlanır. İlkin yaşayış məntəqəsinin indiki yeri isə "Köhnə Sitka" adlandırılır . 1802-ci ildə Rusiya-Tlinqit müharibəsi zamanı qala hindular tərəfindən dağıdıldı və onun sakinləri öldürüldü. 1804-cü ildə Sitka döyüşündən sonra ruslar aleutlərin köməyi və "Neva" topları ilə bu ərazini yenidən işğal etdilər.
Spika
Spika və ya Başaq (α Vir / α Qız / ) - Qız bürcünün α ulduzu. Tipik "Qoşa Ulduzdur". Qırmızı rəngi ilə seçilir. Parlaqlığına görə 16-cı olub, Günəşdən təqribən 2100 dəfə parlaqdır. Bu parlaqlıq özlüyündə yanıldıcıdır, çünki Spika bir-birinə çox yaxın yerləşən iki ulduzdan ibarət sistemdir. Bu da onları ayrı-ayrılıqda incələməyə imkan vermir. Bizdən təqribən 260 işıq ili (80 Parsek) uzaqda yerləşir. Qız bürcü və gecə səmada 16 parlaq ulduzun ən parlaq ulduzu olan Spika (/ spaɪkə /), eyni zamanda Alpha Virginis (α Virginis, qısaldılmış Alpha Vir, α Vir) olaraq ifadə edilmişdir. Parallaks analizi, Günəşdən 250 ± 10 işıq ili uzaqlıqda olduğunu göstərir. Bu spektroskopik bir ikili və dönən elipsoidal dəyişkəndir; iki ana ulduzu bir-birinə çox yaxın olan bir sistemdir, qlobal olmaqdan çox yumurta şəklindədir və yalnız spektral analiz nəticəsində ayrıla bilər.
Vicia
Lərgə (lat. Vicia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Bu bitkini ərzaq, yem və texniki məqsədlər üçün becərirlər. Yem məqsədi üçün onun dənindən, yaşıl kütləsindən və küləşindən istifadə edilir. Toxumun tərkibində 23-34% zülal, 24-45% sulu karbonlar, 0,5-0,7% yağ, 4,0-4,6% sellüloza və 2,0-2,5% kül vardır. Lərgə dəni dad keyfiyyətinə və həzm olunmasına görə noxud və mərcimək dənindən geri qalır. Ondan sənayedə yüksək keyfiyyətli kazein kleyi alırlar. Faner, parça və plastmas alınmasında istifadə olunur. Yaşıl kütləsində 20% xam zülal, 2,9% yağ, 42,8% azotsuz ekstraktiv maddələr var. Küləşində 6,8% protein və 15,4% azotsuz ekstraktiv maddələr olur.
Vışka
"Vışka" (rus. Вышка) — həftəlik ictimai-siyasi qəzet. 1927-ci ilin mayında "Bakinski raboçi" qəzetində verilmiş məqalədə sübut edilirdi ki, yeni çap orqanının yaradılmasına ehtiyac var. 1928-ci ilin 4 yanvarından 8 fevralınadək bir sıra vacib məsələlər barədə müzakirələr, məsləhətləşmələr aparıldı. Gələcək nəşrin istiqaməti, məqsədi, tirajı, formatı, dövrülüyü müəyyən edildi. Bu məsələlər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 11 və 16 saylı tarixi protokollarında əks olundu. Nəşr olunacaq qəzetə bina ayrıldı. 1928-ci il mart ayının 1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Bakı komitəsi fəhlələri kütləvi "Vışka" qəzetini nəşr etməyə başladı. Qəzetin birinci nömrəsi 15 min, ikinci nömrəsi 20 min, 3-cü nömrəsi isə 25 min tirajla çap olundu. İlk sayında qəzetin redaksiyasının yerləşdiyi ünvan belə qeyd olunurdu: Azərbaycan prospekti 7.
Fris Svikki
Fris Svikki (14 Fevral, 1898 – 8 Fevral, 1974)—İsveçrə astronomu.O həyatının çox hissəsini Amerika Birləşmiş Ştatlarının Kaliforniya Texnologiya İnstitutunda işləmiş,nəzəri astronomiyaya və müşahidə astronomiyasına bir çox mühüm töhfələr vermişdir. == Həyatı == Fris Svikki Bolqarıstanın Varna şəhərində anadan olmuşdur.Onun atası, Fridolin (d 1868) Bolqar şəhərində görkəmli sənayeçi idi və həmçinin Bolqarıstanın Varna şəhərində (1908-1933) Norveç səfiri vəzifəsində çalışmışdır.Varnada Svikkinin evi Fridolin Svikki tərəfindən layihələndirilmiş və tikilmişdir.Onun anası Fransisk Vrek (d 1871) əslən Avstriya-Macarıstan İmperiyasının Çexiyasından idi.Fris, Svikki ailəsindəki üç övladdan ən böyüyü idi:onun Leoni adlı bacısı və Rudolf adlı kiçik qardaşı var idi.Frisin anası 1927-ci ildə Bolqarıstanın Varna şəhərində vəfat edib və o İsveçrəyə qayıdanda onun atası Fridolin 1945-ci ilə qədər Bolqarıstanda qalıb.Bacısı Leoni Varna şəhərindən olan bir Bolqarnan evləndi və bütün həyatını bu şəhərdə keçirdi. 1904-ci ildə, altı yaşında,Fris İsveçrənin Qlarus şəhərinə nənə və babasının yanına ticarət öyrənməyə göndərilib.Lakin onun riyaziyyat və fizikaya olan marağı onun İsveçrənin Sürix şəhərində yerləşən İsveçrə Federal Texnologiya İnstitutunda ali təhsil alması ilə nəticələndi.O, 1925-ci ildə Kaliforniya Texnologiya İnstitutunda Robert Milliken ilə işləmək üçün ABŞ-yə köçdü. O, bizim kainatın bu gün başa düşülməsinə dərin təsir edən çoxsaylı kosmoloji nəzəriyyələrin banisidir.O ilk olaraq Neytron ulduzlarının kosepsiyasını başa düşməyə imkan verən Supernova terminini elmə daxil etdi.Svikki ”Tənha canavar” idi və o bütün riyazi işlərini özü edirdi.O "Tənha canavarın fəaliyyətləri" başlığı altında avtobioqrafik əsər yazmağı planlaşdırırdı. Fris Svikki o dövrdə olan bəzi reaktiv mühərrikləri təkmilləşdirib və 50-dən artıq patantə sahib idi. Fris Svikki ateist idi. == Elmi işləri == Frits Zwicky məhsuldar alim idi və astronomiya elminin bir çox sahələrində mühüm töhfələr vermişdir.
Pyatras Tsvirka
Pyatras Tsvirka (12 mart 1909 – 2 may 1947[…], Vilnüs) — Litva yazıçısı. Litva ədəbiyyatında sosialist realizminin banilərindən biri. Kəndli ailəsində doğulmuşdur. 1926-cı ildə Vilkiya şəhərində gimnaziyanı bitirdikdən sonra, Kaunass incəsənət məktəbində (1926-1930) oxumuşdur. 1928-ci ildə ilk kitabı çıxmış və müsadirə olunmuşdur. "Frank Kruk" (1-2 cild 1934), "Ana Torpaq"(1935), "Usta və oğulları" (1936)romanlarında, "Adi əhvalatlar" (1938) hekayə toplularında zəhmətkeşlərin ağır həyatı, inqilabi şüurun oyanması təsvir edilir."Intiqam əli" (1941), "İşğalçılar haqqında" povestlər (1943), "Palıd ağacının kökləri" (1945), "Qardaşlıq toxumu" (1947) "kitablarındakı hekayələrdə faşizimə qarşı mübarizə, xalqlar dostluğu tərənnüm olunur,müharibədən sonra Litva kəndlərində baş verən sosialist dəyişilikləri təsvir olunur. Tsvirka uşaqlar üçün də hekayələr yazmışdir. Onun "Azərbaycanda" adlı iri publisistik əsəri var. Azərbaycan yazıçısı Osman Sarıvəllinin "Qırmızı qalstuk" oçerki Tsvirkaya həsr olunmuşdur. Tsvirka Litva Yazıçılar İttifaqinin İdarə Heyətinin sədri (1945-ci ildən) olmuşdur.
Stınka-Kosteşti
Stınka-Kosteşti suanbarı (rum. Lacul Stânca - Costești) — süni göl Prut çayı üzərində, Moldova və Rumıniya sərhədində 1973-1978 ci illərdə inşa edilmişdir. Sahəsinə görə Rumıniyanın ikinci ən böyük suanbarıdır. Suanbarının Rumıniya hissəsi xüsusi qorunan ərazi (ing. special protection area, SPA) elan edilmişdir. Ərazinin qorunma statusunun verilməsinin səbəbi ərazidə çoxlu sayda nafir quş növlərinin yaşaması ilə əlaqədardır. Suanbarı Prut çayının Dunay çayına töküldüyü yerdən 580 kilometr yuxarıda yerləşir. Suanbarı elektrik enerjisinə olan ehtiyacdan irəli gələrək 1973-1978 illərdə inşa edilir. Suanbarının önündə suelektrik stnansiya fəaliyyət göstərir. Su anbarının bəndlərinin hündürlüyü 47 metr, uzunluğu 3000 metrdir.
Kruqlaya Şişka
Kruqlaya Şişka — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd.
Lavandula spica
Lavandula spica L. — Lavandula angustifolia subsp. angustifolia bitki yarımnövünün sinonimi. Lavandula spica Cav. — Lavandula latifolia bitki növünün sinonimi.
Xviça Kvaratsxeliya
Xviça Kvaratsxeliya (12 fevral 2001, Tbilisi) — İtaliya A Seriyasında çıxış edən Napolinin futbolçusu. Atası Badri Kvaratsxeliya peşəkar futbolçu olub. 2000-ci ildə Azərbaycan millisinin heyətində üç oyun keçirib.
Xviça Biçinaşvili
Xviça Biçinaşvili (28 yanvar 1974) — 1993-1998-ci illərdə Gürcüstanı, 2000-2004-сü ildə isə Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. Xviça Biçinaşvili 1994-1997-ci illərdə Dünya və Avropa Çempionatlarında çıxış eləsə də uğurlu nəticələrə imza ata bilmədi. 1998-ci ildə Belarusda baş tutan Avropa Çempionatının final görüşündə rəqibinə məğlub olaraq turniri gümüş medalla başa vuran Xviça Biçinaşvili həmin il İsveçdə Dünya Çempionatını yeddinci pillədə başa vurdu. Bundan sonra bir müddət Dünya və Avropa Çempionatlarında mübarizə apara bilməyən Xviça Biçinaşvili 2000-ci ildə Azərbaycan bayrağı altında beynəlxalq turnirlərlə çıxış elədi. Dünya Olimpiya Təsnifat Turnirlərinin nəticələrinə əsasən Xviça Biçinaşvili olimpiya lisenziyasına sahib oldu. 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan olimpiada da Xviça Biçinaşvili uğursuz çıxış elədi. Qrup mərhələsinin birinci görüşündə Xviça Biçinaşvili Cənubi Koreya nümayəndəsi Kim İn-So ilə üz-üzə gəldi. Həmin görüşdə Xviça Biçinaşvili rəqibinə 2:4 hesabı ilə məğlub oldu və növbəti mərhələyə vəsiqə qazanmaq şanslarını itirdi. Növbəti görüşdə isə onun rəqibi Dünya və Avropa Çempionatlarının qalibi Türkiyə nümayəndəsi Nazmi Avluca oldu. Bu görüşdə Xviça Biçinaşvili rəqibinə 0:4 hesabı ilə məğlub oldu və olimpiadanı 16-cı pillədə başa vurdu.
Evika Silina
Evika Siliņa (3 avqust 1975, Riqa) — Latviya siyasətçisi. 15 sentyabr 2023-cü ildən Avropa ölkəsi Latviyanın baş naziri. Silina əvvəllər Krişjanis Karinşin rəhbərlik etdiyi ikinci kabinetdə rifah naziri vəzifəsində çalışıb. == Həyatı == Silina 1993–1997-ci illərdə Latviya Universitetində hüquq təhsili alıb, burada hüquq üzrə bakalavr dərəcəsi alıb və hüquqşünas ixtisasına yiyələnib və Riqa Ali Hüquq məktəbində sosial elmlər, beynəlxalq hüquq və avropa hüququ üzrə magistr dərəcəsi alıb. Silinanın ana dili latış dilidir və o, ingilis və rus dillərini mükəmməl bilir. == Karyerası == 2003-cü ildən 2012-ci ilə qədər Silina beynəlxalq və milli kommersiya hüququ üzrə ixtisaslaşmış müstəqil hüquqşünas kimi çalışıb. Həmçinin bu müddət ərzində Silina ictimai elektron rabitə məsələlərinin (telekommunikasiya, internet) hüquqi xidmətlərində, eləcə də qeyri-hökumət təşkilatlarının yaradılmasında və məsləhətçiliyində çalışıb. == Siyasi karyerası == Evika Silina 2013-cü ilin yanvarından 23 yanvar 2019-cu ilə qədər Daxili İşlər Nazirliyində parlament katibi vəzifəsində çalışıb. 2019-cu il yanvarın 23-də Baş nazir Krişyanis Karinşin rəhbərlik etdiyi Nazirlər Şurasının təsdiqindən sonra o, baş nazirin ofisinə parlament katibi vəzifəsini tutdu. Silina 2022-ci ildə Latviya parlament seçkilərində Yeni Birlik partiyasından namizəd kimi iştirak edib və ölkənin qanunverici orqanı olan Seymanın 14-cü müddətinə deputat seçilib.
Siyka Çonçeva
Siyka Kostadinova Çonçeva (bolq. Сийка Костадинова Цончева; 22 sentyabr 1926 – 17 sentyabr 1971) ― bolqar hərbi pilot. O həm hərbi təyyarə, həm mülki təyyarə, həm hidrotəyyarə, həm də helikopter idarə etmiş yeganə bolqar qadındır. Pilotluq karyerası ərzində o, ən azı 11 növ təyyarə idarə edib. Siyka Çonçeva 22 sentyabr 1926-cı ildə Bolqarıstanın Veliko Tırnovo vilayətinin Dzulunitsa şəhərində anadan olub. O, Qorna-Oryaxovitsa şəhərində orta məktəbi bitirdikdən sonra Varnada tibb bacısı kimi təhsilini davam etdirib. Universitetdə oxuduğu müddətdə Varnadakı aerokluba qoşulmuş və paraşütlə tullanma və üzgüçülük kursları almağa başlamışdır. O, doğulduğu kənddə ilk gimnastika məşqçisi olub. Çonçeva 1948-ci ildə Qraf-İqnatievo kəndində imtahan verərək uçuş sertifikatı almışdır. O, məktəbi bitirdikdən sonra 1949-cu ildə Pleven şəhərindəki "G. Benkovski" aviasiya məktəbinə kursant kimi daxil olub.
Vicia abyssinica
Vicia hirsuta (lat. Vicia hirsuta) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Endiusa hirsuta (L.) Alef.
Vicia agerii
Vicia hybrida (lat. Vicia hybrida) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hypechusa hybrida (L.) Alef. Vicia linnaei Rouy Vicia lutea subsp.
Vicia agrestis
Vicia tetrasperma (lat. Vicia tetrasperma) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Cicer tetraspermum (L.) Vest Ervilia tetrasperma (L.) Opiz Ervum tetraspermum L. Vicia tetrasperma subsp. eutetrasperma Briq.
Vicia talpa
Vicia pyrenaica (lat. Vicia pyrenaica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Vicia fagonii Lapeyr. Vicia pyrenaica var. angustifolia Rouy Vicia pyrenaica var. girodii Thér. Vicia talpa Poir.
Vicia taquetii
Vicia hirsuta (lat. Vicia hirsuta) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Endiusa hirsuta (L.) Alef.
Vicia tenoreana
Vicia parviflora (lat. Vicia parviflora) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü.
Vicia tenorei
Vicia hirsuta (lat. Vicia hirsuta) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Endiusa hirsuta (L.) Alef.
Vicia tetragona
Vicia sylvatica (lat. Vicia sylvatica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === === Heterotipik sinonimləri === Vicia foetens Gilib. Vicia halleri Crantz Vicia sylvatica var. violacea Behm Vicia tetragona Desf.
Vicia tollenda
Vicia hybrida (lat. Vicia hybrida) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hypechusa hybrida (L.) Alef. Vicia linnaei Rouy Vicia lutea subsp.
Vicia tricolor
Vicia sepium (lat. Vicia sepium) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Atossa sepium (L.) Alef. Faba sepium (L.) Bernh. Vicioides sepium (L.) Moench Wiggersia sepium (L.) G.Gaertn., B.Mey. & Scherb.
Vicia unguiculata
Vicia villosa (lat. Vicia villosa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü.
Vicia versicolor
Vicia cracca (lat. Vicia cracca) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Cracca vulgaris Opiz Ervum cracca (L.) Trautv. Vicia cracca var.