Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Emin Şəkinski
Emin Əkrəm oğlu Şəkinski (6 oktyabr 1960, Bakı – 21 oktyabr 2020) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Rəisi, polis general-mayoru. == Həyatı == Şəkinski Emin Əkrəm oğlu 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Bakı Dövlət Universitetinin tarix, 1993-cü ildə hüquq fakültələrini bitirmişdir. 1985-ci ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlamışdır. Cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət aparmışdır. E. Şəkinski Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində şöbə rəisi, Yasamal RPİ-nin 26-cı polis bölməsinin rəisi, Xətai RPİ-nin rəis müavini vəzifələrində işləmiş, 2004-cü ilin avqust ayında isə DİN-in Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmişdir. 2005-ci ilin aprel ayından DİN-in Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Əməliyyat-xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. 6 övladı var. 4 qız 2 oğlan.
Məmmədəmin Şəkinski
Məmmədəmin Əhməd oğlu Şəkinski — Azərbaycanda sovet hakimiyyətinin ilk illərində Xalq Daxili İşlər Komissarlığı Bakı Şəhər Baş Milis İdarəsinin rəisi və XDİK Kollegiyasının üzvü. 1900-ci ildə Aşğabad şəhərində anadan olmuşdu. 1909-cu ildə ailəsi ilə Nuxa şəhərinə qayıdıb, sonra 8 il Tiflisdə gimnaziyada oxumuşdu. 1917-ci ildə Hümmət partiyasının üzvü olub, Nuxada, Ağdaşda və Qarsda bolşevik təşviqatı ilə məşğul olub. Daha sonra Hümmət partiyasının Aşqabad komitəsinə keçib, Zakaspi sovet hökümətinin fəallarından biri olub. Türkmənistanda sovet hökümətinin süqutundan sonra Bakıya qayıdıb, 1918-ci ilin oktyabrından AXC ordusunda xidmət edib, burada bolşevik təşviqatı aparıb. Sovet işğalından müxtəlif hərbi və milis vəzifələr tutub. 1924-cü il məlumatına görə Bakı milisinin rəisi idi. 1957-ci ildən DİN Arxiv İdarəsinin başcısı olub. 1979-cu ildə vəfat edib.
Əkrəm Şəkinski
Əkrəm Məmmədəmin oğlu Şəkinski (16 noyabr 1929, Bakı – 25 iyun 1998, İstanbul) — Azərbaycan dövlət və siyasi xadimi, tanınmış mühəndis. Əkrəm Məmmədəmin oğlu Şəkinski 1929-cu il noyabr ayının 16-da Bakı şəhərində bu gün də böyük hörmətlə xatırlanan əfsanəvi "çekist" Məmmədəmin Şəkinskinin ailəsində dünyaya göz açmışdır. Atasının repressiyaya məruz qalaraq həbs olunması balaca Əkrəmi hələ yeniyetməlik çağlarından əmək fəaliyyətinə başlamağa vadar etdi. O, Xəzər Donanmasının İstehsalat kombinatının çörəkxanasında usta köməkçisi işləyərək qazandığı cüzi vəsaitlə məhrumiyyətlərə düçar olmuş ailəni dolandırırdı. Bir qədər sonra SSRİ "Baştunelmetrotikinti" İdarəsinin Bakıdakı Baş Markşeyder İdarəsində böyük fəhlə, kiçik texnik-geodeziyaçı işləmişdir. 1954-cü ildə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) geoloji-kəşfiyyat fakültəsini bitirib. "Azneft" birliyinin Dənizdə Geofiziki Kəşfiyyat İdarəsinə təyinat alan Əkrəm burada seysmik kəşfiyyat partiyasının böyük radiotexnikindən idarənin baş mühəndisliyinədək yüksəlir. Əkrəm Şəkinski "Texnoeksport" Ümumittifaq Birliyi ilə İran neft kompaniyası arasında bağlanmış müqavilənin məsləhətçi-rəhbəri kimi 1966–1968-ci illərdə İrana xidməti ezamiyyətə gedir. Orada onun rəhbərliyi ilə Cənubi Xəzərin İran sektorunda aparılan seysmik kəşfiyyat sayəsində 30-dan artıq perspektivli neft-qaz strukturları aşkarlanaraq dərin qazma işləri üçün hazırlanır. Onun qonşu ölkədəki məhsuldar fəaliyyəti SSRİ Geologiya Nazirliyi tərəfindən yüksək qiymətləndirilir.
Həbib ağa Şəkinski
Həbib xan Süleyman xan oğlu Şəkinski — Çar Rusiyasında polis pristavı, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur qəzasının rəisi. == Həyatı == Həbib xan Şəkinski 1880-ci ildə Şuşa şəhərində doğulmuşdur. İbtidai təhsilini molla yanında almış, sonra Şuşa real məktəbini bitirmişdi. Çar Rusiyası dövründə Zəngəzur qəzasının Dığ nahiyəsində polis pristavı işləmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur qəza rəisini əvəz etmişdir. Zəngəzurun Akara, Muradxanlı, Novruzlar kəndləri Həbib xan Şəkinskiyə məxsus olmuşdur. O, 1956-cı ildə Bakıda vəfat edib. == Ailəsi == Şəki xanı Səlim xanın və Qarabağ xanı İbrahimxəlil xanın nəvəsinin nəvəsidir. Süleyman xan Şəkinskinin oğlu Həsən ağanın oğlu Süleyman xanın oğludur.[mənbə göstərin] Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı Ağca (Həcər) xanım Mirzə Kərim bəy qızı Hacıyeva ilə ailə həyatı qurmuşdu. Süleyman adlı oğlu, Barat xanım və Səriyyə xanım adlı qızları var idi.
Həbib xan Şəkinski
Həbib xan Süleyman xan oğlu Şəkinski — Çar Rusiyasında polis pristavı, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur qəzasının rəisi. == Həyatı == Həbib xan Şəkinski 1880-ci ildə Şuşa şəhərində doğulmuşdur. İbtidai təhsilini molla yanında almış, sonra Şuşa real məktəbini bitirmişdi. Çar Rusiyası dövründə Zəngəzur qəzasının Dığ nahiyəsində polis pristavı işləmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur qəza rəisini əvəz etmişdir. Zəngəzurun Akara, Muradxanlı, Novruzlar kəndləri Həbib xan Şəkinskiyə məxsus olmuşdur. O, 1956-cı ildə Bakıda vəfat edib. == Ailəsi == Şəki xanı Səlim xanın və Qarabağ xanı İbrahimxəlil xanın nəvəsinin nəvəsidir. Süleyman xan Şəkinskinin oğlu Həsən ağanın oğlu Süleyman xanın oğludur.[mənbə göstərin] Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı Ağca (Həcər) xanım Mirzə Kərim bəy qızı Hacıyeva ilə ailə həyatı qurmuşdu. Süleyman adlı oğlu, Barat xanım və Səriyyə xanım adlı qızları var idi.
Süleyman xan Şəkinski
Şəkinski Süleyman xan Səlim xan oğlu-(1803-?), — Şəki xanzadəsi, Qarabağ bəyi, çar zabiti, polkovnik, İbrahimxəlil xan Cavanşirin və Məhəmmədhüseyn xan Müştaqın nəvəsi, Şəki xanı Səlim xanın oğlu, Hüseyn xanın qardaşı. Süleyman xan Səlim xan oğlu 1803-cü ildə Şəki şəhərində anadan olmuşdu. Saray təhsili almışdı. Atası İrana qaçandan sonra Şuşa şəhərində xalası Gövhərnisə bəyim ağa İbrahimxəlil xan qızı Cavanşirin himayəsində böyümüşdü. Çar ordusunda xidmət etmiş podpolkovnik rütbəsinədək yüksəlmişdi. Polşada üsyanın yatırılmasında iştirak etmişdi. Dostu Rəhim bəy Uğurlubəyovla uzun cəbhə həyatı yaşamışdı. Gənc xandan öz məqsədləri üçün istifadə etməyə çalışan Rusiya imperiyası ona 600 manat təqaüd təyin etmişdi. 1838-ci ildə Varşavada əla xidmətinə görə polk komandirinin müavini təyin olunmuşdu. 1841-ci ildə isə əlahəzrət imperatora öz təşəkkürünü bildirmək üçün Sankt-Peterburqa gedən deputat qrupunun tərkibinə daxil edilmişdi.