Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sedanka adası
Sedanka adası (ing. Sedanka Island, aleut. Sidaanax̂) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Alyasaka ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Unalaşka adası yaxınlığında yerləşir. Sahəsi 103,31 km²-dir. Adanın uzunluğu 16,6 km-dir. Maksimal hündürlüyü 410 metrdir. Adada yaşayış yoxdur.
Remarka
Remarka (fr. remarque) - Pyes müəllifinin, hadisənin hansı şəraitdə gedəcəyini, personajların davranışının və xarici görkəminin xüsusiyyətlərini səciyyələndirən izahı. Səhnədə oxunmur, aktyorlar və rejissorlar üçün göstəriş rolunu oynayır. Çox zaman mötərizə içərisində verilir. Obrazın zahiri görkəmi, yaşı, səhnəyə gəlməsi və getməsi, hisləri və hərəkətləri barədə izahatdır. Pyesin oxucuları üçün məlumat, izahat mənbəyidir.
Semantika
Semantika — linqvistik mənanın öyrənilməsi. Bu, mənanın nə olduğunu, sözlərin mənasını necə aldığını və mürəkkəb ifadənin mənasının onun hissələrinə necə bağlı olduğunu tədqiq edir. Bu prosesin bir hissəsi hiss və istinad arasındakı fərqi əhatə edir. Hiss ifadə ilə əlaqəli fikir və anlayışlarla verilir, istinad isə ifadənin işarə etdiyi obyektdir. Semantika qrammatik cəhətdən düzgün cümlələr yaratmağı diktə edən qaydaları öyrənən sintaksis və insanların ünsiyyətdə dildən necə istifadə etdiyini araşdıran praqmatika ilə ziddiyyət təşkil edir. Semantik hadisələrin öyrənilməsi antik dövrdə başlamış, lakin XIX əsrə qədər müstəqil tədqiqat sahəsi kimi tanınmamışdır. Semantika formal məntiq, informatika və psixologiya sahələrinə aiddir.
Demyanka çayı
Demyanka — Qərbi Sibir ərazisindən axan və İrtışın sağ qolunu təşkil edən çay. == Coğrafiyası == Çay başlanğıcını Vasyuqan bataqlığıdan Omsk vilayətinin şimal-şərqindən götürür. Sonra Tümen vilayətinin Uvatski rayonu ərazisinə keçir. Ən iri qolları: Keum, Tyamka (sağ), Tequs, Urna, İmqıt, Böyük Kunyak (sol). Çayın uzunluğu 1159 km təşkil edir. Su hövzəsinin sahəsi 34800 km², düşməsi 90 metrdir. 50 qolun uzunluğu 10 km çoxdur. Hövzəsinə 1689 su axarı tökülür. Qollarının birlikdə uzunluğu 10 913 km təşkil edir. Çay kənarlarında qarışıq meşələr yayılmışdır.
Nemanja Tomić
Nemanya Matiç
Nemanya Matiç (serbcə: Немања Матић) İngiltərənin Mançester Yunayted klubunda və Serbiya milli yığmasında forma geyinən serbiyalı müdafiəyə meyilli yarımmüdafiəçidir. O, meydanda öz döyüşkən oyun stili ilə fərqlənən futbolçudur. Matiç peşəkar futbol karyerasına Kolubara klubunda başlamış, 2007-ci ildə Slovakiyanın Koşitse klubuna transfer olmuşdur. O, 2009-cu ildə 1.5 milyon funt-sterlinq qarşılığında İngiltərənin Çelsi klubuna keçmişdir. 2011-ci ilin yanvarında Portuqaliyanın Benfika klubuna transfer olan Matiç, 2013-cü ildə Portuqaliya çempionatının ən yaxşı futbolçusu adına layiq görülmüşdür. Matiç 2014-cü ilin yanvarında 21 milyon funt-sterlinq qarşılığında yenidən Çelsiyə transfer olmuş, burada da bir sıra mükafatlara layiq görülmüş və 2017-ci ilin iyul ayında keçmiş baş məşqçisi Joze Mourinyonun başçılıq etdiyi Mançester Yunayted klubuna transfer olmuşdur. 2008-ci ildə ilk dəfə Serbiya milli yığmasının heyətində debüt edən Matiç indiyə qədər bu millinin heyətində 30-dan çox oyuna çıxmışdır. Matiçin kiçik qardaşı Uroş da peşəkar futbolçudur. O, hazırda Danimarka çempionu olan Kopenhagen klubunda karyerasını davam etdirir. Matiçin babası əslən makedoniyalıdır.
Nemanya Tomiç
Nemanja Tomiç (Serb dili: Немања Томић, 21 yanvar 1988, Kragujevac, Serbiya) — Serbiya futbolçusudur. Türkiyənin Gənclərbirliyi klubunda orta səhədə oynamaqdadır.
Nemanya Vidiç
Nemanya Vidiç (serb. Немања Видић, 21 oktyabr 1981-də doğulub) serb karyerasını bitirmiş futbolçudur. O 2002–2011-ci illər aralığında Serbiya milli futbol komandasında çıxış etmişdir. 2000-ci illərin əvvəllərində Srvena Zvezda FK-da özünü yaxşı tərəfdən göstərir. Buna gorə də 2004-cü ilin yayında Spartak Moskva FK-na transfer olunur. 2006-cı il Dünya Çempionatının seçmə mərhələsində göstərdiyi oyunla məşhurluğu daha da artır. 2006-cı ilin yanvarında isə 7 milyon £ qarşılığında Mançester Yunaytedə keçir. Həmin il Rio Ferdinandla birlikdə oynadığı oyunla, dünyanın ən yaxşı müdafiə cütlüklərindən biri kimi hesab olunmağa başlanılır. O, 2014-cü ilin iyulunda kontraktı bitdikdən sonra Mançester Yunayteddən ayrılır. Vidiç Mançester Yunayted FK-da böyük uğurlar qazanmışdır.
Nikolay Semaşko
Nikolay Semaşko (lat. Никола́й Алекса́ндрович Сема́шко; 8 (20) sentyabr 1874 və ya 20 sentyabr 1874, Livenskaya[d], Orlov quberniyası[d] – 18 may 1949, Moskva, RSFSR, SSRİ) — həkim, partiya və dövlət xadimi, SSRİ-nin səhiyyə sisteminin qurucularından biridir. Nikolay Semaşko Lipetsk vilayətində sadə pedaqoq ailəsində dünyaya gəlmişdir. 1891-ci ildə Yelets qimnaziyasında təhsil alır, daha sonra təhsilini Moskva Universitetinin tibb fakultəsində davam etdirir. 1906-cı ildə İsveçrəyə emiqrasiya olunub, Cenevrədə yaşayıb, harada ki, siyasətçi Vladimir Leninlə görüşüb. 1907-ci ildə Semaşko 2-ci Beynəlxalq Ştutqart Konqresində Cenevrə bolşevik təşkilatının nümayəndəsi olur. Tiflisdə izlənilən Sarra Raviçin Semaşkoya məktub göndərməsi səbəbilə həbs edilir (bəzi mənbələrə görə 377 gün). 1913-cü ildə o, Serbiya və Bolqarıstan sosial-demokratik hərəkatında iştirak edir. Demək olar ki, müasir Rusiyanın ilk sovet komissarı Semaşko dünya ölkələrində istifadə olunacaq yeni tibb modeli yaradır. Oktyabr inqilabından sonra o, Moskva Sovetində tibb-sanitar şöbəsinə rəhbərlik edir.
Samanta Cons
Samanta Cons — Kendis Buşnellin “Böyük şəhərdə seks” romanının, eyni zamanda HBO telekanalının həmin roman əsasında çəkdiyi “Böyük şəhərdə seks” serialı, “Böyük şəhərdə seks”, “Böyük şəhərdə seks 2” filmlərinin əsas qəhrəmanlarından biridir. Filmlərdə Samanta rolu aktrisa Kim Ketrall tərəfindən canlandırılmışdır. Ketrall canlandırdığı bu rola görə “Screen Actors Guild Award” və “Qızıl Qlobus Mükafatı”nı qazanmışdır. “Mən nə Demokratlar Partiyasına, nə də Respublikaçılar Partiyasına inanmıram, mən ancaq partilərə inanıram.” Samanta serialın əsas dörd qadın obrazından biridir. Qürurlu, yaxşı sirdaş və çox seksual qadın olan Samanta ilə bağlı hadisələr əsasən seks və qısa ömürlü əlaqələri ilə bağlıdır. O, sözü üzə deyəndir və özünü “yoxlayıcı-seksual” (hər şeyi yoxlayan anlamında) elan edib. Samanta obrazı bir qədər düşüncəsiz, ədalətli, dostlarının yolunda hər şeyə hazır olan və onları müdafiə edən bir tipdir. Samanta ailə həyatına və monoqamiyaya qarşıdır, onun əlaqələri hissi mərhələyə keçdikdə narahat olur, münasibətdə olduğu insanların ona aşiq olmasından çəkinir. Samanta üçün qarşı tərəflə münasibətlər yalnız seksdən ibarət olmalıdır. Samantanın gənclik illəri haqqında çox az məlumat var.
Samanta Eqqar
Samanta Eqqar və ya Viktoriya Luiza Samanta Mariya Elizabet Tereza Eqqar (ing. Samantha Eggar və ya ing. Victoria Louise Samantha Marie Elizabeth Therese Eggar) — Böyük Britaniya aktrisası. Samanta Eqqar Londonun şimalında yerləşən Hampsted rayonunda anadan olmuşdur. Onun atası Britaniya briqada generalı Ralf Eqqar, anası isə Müriel idi. Onun uşaqlığı Bakinqemşir qraflığında keçmişdir. 5 yaşında o, qadın monastırına getmiş və 17 yaşına qədər orada qalmışdır. Səhnəyə məhəbbət isə məktəb pyeslərindən və konsertlərindən sonra başlamışdı. Samantanın anası qızının Kral İncəsənət Akademiyasında təhsil almasının əleyhinə idi, lakin onun rəssamlıq məktəbini, sonra isə Londonda Vebber Duqlasın Dram İncəsənət məktəbini bitirməsinə razılıq verdi. Onun ilk pyesi Şekspirin "Yay gecəsində yuxu" əsəri oldu.
Samanta Foks
Samanta Foks (pornoaktrisa) — ABŞ pornoaktrisası. Samanta Foks (ifaçı) — Böyük Britaniya fotomodeli və ifaçısı.
Samanta Kristoferetti
Samanta Kristoferetti (it. Samantha Cristoforetti; d. 26 aprel 1977, Milan, İtaliya) — İtaliya kosmonavtı. 26 aprel 1977-ci ildə İtaliyanın Milan şəhərində anadan olmuşdur. Poliqlot olan Samanta italyan, ingilis, alman, fransız və rus dillərini yüksək səviyyədə bilir. 2015-ci ildə kosmosda ən çox yaşayan qadın kimi rekorda imza atıb. Belə ki, o, Beynəlxalq kosmik stansiyanın göyərtəsində 196 gün keçirən ilk qadındır. Ona qədər rekord NASA astronavtı Sunite Uilyamsa məxsus idi. Sunite kosmosda 195 gün olub.
Samanta Randle
Samanta Smit
Samanta Rid Smit (ing. Samantha Reed Smith; 29 iyun 1972, Houlton, Men, ABŞ – 25 avqust 1985, Oborn, Men, ABŞ) — 1982-ci ilin noyabrında, Soyuq müharibənin qızğın çağında Sov.İKP MK-nın yeni Baş katibi Yuri Andropova yazdığı məktub sayəsində məşhurlaşan, ABŞ-nin Men ştatından olan məktəbli qız. 1983-cü il 7-22 iyul tarixlərində Andropovun dəvətinə əsasən ailəsi ilə birlikdə SSRİ-ni ziyarət etdi. Moskvada, Leninqradda və Krımdakı "Artek" pioner düşərgəsində oldu. SSRİ-dən ayrılarkən işlətdiyi "Yaşayacağıq!" (rus. Будем жить!) ifadəsi onun öz suallarına cavab aldığını əks etdirən ifadə kimi yaddaşlarda qalmışdır. Samanta öz təəssüratlarını vətəninə qayıtdıqdan sonra yazdığı "Sovet İttifaqına səyahət" adlı kitabda ifadə etmişdi. Samanta Smit 25 avqust 1985-ci ildə atası ilə birlikdə düşdüyü aviaqəza nəticəsində 13 yaşında faciəli şəkildə həlak olmuşdur. Yuri Andropov 1982-ci ilin noyabrında Sov.İKP-nin birinci katibi vəzifəsində Leonid Brejnevi əvəz etdikdən sonra, müxtəlif Qərb jurnal və qəzetlərində ondan bəhs edən məqalələr nəşr edilməyə başladı. Rəylərin əksəriyyəti mənfi idi və Qərb dünyasına qarşı yeni təhlükənin meydana çıxmasından bəhs edirdi.
Samanta Stosur
Samanta Stosur (30 mart 1984, Brisben) — tenisçi. 2012-ci ildə yalnız dördüncü turnirdə, Dohada keçirilən yarışda finala çıxıb. Dünyanın 9-cu raketka ustasıdır. 2011-ci ilin fevralında reytinqdə 4-cü yerə yüksəldi ki, bu da şəxsi rekorddur.
Samanta Xill
Samanta Xill (d. 8 iyun 1992) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Samanta Xill, ABŞ yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasını 12:5 hesabı ilə məğlub edən ABŞ yığması, Rio-de-Janeyro Olimpiadasının qızıl medalına sahib oldu.
Simanqa Dlamini
Stefan Nemanya
I Stefan Nemanya (təq. 1113 və ya 1114 – 13 fevral 1199) — serb Raşka dövlətinin böyük jupanı, Nemaniçlər sulaləsinin banisi. Nemanya öz böyük qardaşı Tixomiri devirməyi və Raşkanın Bizans imperiyasından müstəqilliyini əldə etməyi bacardı. Sonralar Bizans imperatorlarının süzerini tanımaq məcburiyyətində qalmasına baxmayaraq, Nemanya ölkənin Balkan yarımadasında mövqeyini gücləndirməyi bacardı və onun dövründə həmçinin Kosovo, Duklya, Travuniya, Zahumye və Neretva çayı ətrafındakı torpaqlar kimi serblərin yaşadığı əraziləri ölkənin tərkibinə daxil oldu. Bundan başqa, o, Raşka daxilində mərkəzləşdirmə siyasəti yürüdürdü və boqomilləri təqib edirdi. Nemanyanın hakimiyyəti serb mədəniyyətinin inkişaf dövrünə təsadüf etdi. Onun hökmranlığı monumental zadujbinaların inşası ilə həkk olundu, memarlıq sahəsində isə Raşka üslubunun çiçəklənməsi başladı, bunun ən parlaq nümunəsi 1171-ci ildə Nemanya tərəfindən açılan Curcevi stupovi monastırıdır. Nemanyanın iştirakı ilə Studenitsa və Hilandar monastırları da daxil olmaqla bir çox kilsə və monastır tikilib təmir edildi. 1196-cı ildə o, hakimiyyəti ortancıl oğlu Stefana təhvil verdi və Simeon adı altında rahibliyə girdi. 1199-cu ildə Hilandar monastırında öldü, qalıqları bu gün də saxlanılan Studenitsa monastırına köçürüldü.
Şerenka çubuqlucası
Şerenka çubuqlucası (lat. Philadelphus schrenkii) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü. Yabanı halda Çin və Koreyada yayılmışdır. Hündürlüyü 2-4 m, çətiri çox hallarda yumurtaşəkilli, yuxarı hissələrdə düz budaqlanan koldur. Zoğları tükcüklü, qabığı qəhvəyi, çox hallarda xırda, qara ziyilciklərə malikdir. Birillik və çox yaşlı budaqların qabığı qonur və ya sarımtıl-boz, soyulandır. Yarpaqları yumurtavari, enli ellips və ya uzunsov ellips formalı, tam kənarlı və ya bir qədər xırda, bir-birindən aralı dişli, nadir hallarda hər tərəfdən 10-15 dişli, qarşılıqlı və tökülən, üst tərəfdən çılpaq və ya seyrək tükcüklü, alt tərəfdən isə damarlar boyunca tükcüklü olur. May ayında çiçəkləyir. Çiçəkləri ağ, 3-4 sm diametrində, ətirlidir. Çiçək saplağı sıx tükcüklərlə örtülmüşdür.
Samanta Seynt
Samanta Seynt (ing. Samantha Saint; 8 iyun 1987, Memfis, Tennessi) — ABŞ pornoaktrisası və erotik fotomodeli. 2012-ci ilin oktyabrında "Penthouse" jurnalı tərəfindən "Penthouse of the Month" seçilmişdir. Seynt pornoqrafiya sektoruna 2011-ci ildə qoşulmuşdur. 2012-ci ilin sentyabrında "Wicked Pictures" ilə xüsusi müqavilə imzaladı. Model olaraq 2012-ci ilin oktyabrında "Penthouse" jurnalının üz qabığında yer aldı.
Semantika (informatika)
Semantika (ing. semantics, rus. семантика, türk. anlambilim) — proqramlaşdırmada, eləcə də təbii dildə: sözlər, yaxud simvollar ilə onların təyin olunmuş mənaları arasında əlaqə. Dəqiq və adətən məhdud mənaları olan sözlərə əsaslanan proqramlaşdırma dilləri müəyyən semantik qaydalardan asılı olur. Beləliklə, proqramda deyim düzgün tərtib olunmuşsa, ancaq onun mənası yoxdursa, semantik yanlışlıq yaranır. Məsələn, linesTillPageEnd = numElephants * massSun (səhifənin sonunadək sətirlərin sayı = fillərin sayı * Günəşin kütləsi) deyimi sintaktik cəhətdən düzgündür, ancaq semantika baxımından mənasızdır. Semantik yanlışlıqlar proqramın düzgün işləməməsinə səbəb olsalar da, yanlışlıqlara nəzərət altproqramları çox zaman onlar haqqında məlumat vermir. Konseptual səviyyədə semantika süni intellektin tədqiqat sahələrindən biridir. Məsələn, insanlar arasındakı münasibətlər kimi, obyektlər, ideyalar, yaxud situasiyalar arasındakı qarşılıqlı əlaqələr də semantik şəbəkələr vasitəsilə göstərilir.
Samana körfəzi
Samana körfəzi (isp. Bahía de Samaná) — Atlantik okeanda Dominikan Respublikasının şimal-şərq sahilində, eyniadlı şəhərdən və burundan cənubda yerləşən körfəz. Onu əhatə edən əsas şəhərlər: Santa Barbara de Samana, Sançes, Sabana de la Maar. Körfəzi şəxsən Xristofor Kolumb adlandırmışdı — Golfo de las Flechas. Şimaldan cənuba qədər uzunluğu — 65 km, şərqdən qərbə isə — 25 km. Körfəz sahilində «Yuna» çayının mənsəbi yerləşir. Körfəzin akvatoriyasında çoxlu riflər var, hansı ki çoxlu turist cəlb edir. Cənub-qərb sahilində «Los Xaytites» milli parkı var, bu guşə tropik bitkilərlə və heyvanlarla boldu. Samanada delfinlərə, qozbel balinalara (yanvar ayının sonundan mart ayının əvvəlinə qədər) rast gəlmək mümkündür. XIX əsrdə Fransa, İngiltərə, ABŞ bir neçə dəfə körfəzi ələ keçirmək üçün danışıqlar aparırdı.
Samana yarımadası
Samana yarımadası — Haiti adasının şimal-şərqində yerləşən yarımada. Yarımada ərazisi Dominikan Respublikasının Samana vilayəti ərazisində yerləşir. Yarımada dağlıq relyefə malikdir. Ərazisinin böyük hissəsi meşələrlə örtülüdür. Sahillərində çoxlu meşəlik vardır. Əsasən avtomobil yolu — DR-5 və DR-133. Yarımadada üç hava limanı vardır: Samana El-Catey. Yarımadada yerləşən yaşayış məntəqələri: Şimaldan və şərqdən Atlantik okean suları, cənubdan isə Samana körfəzi ilə əhatələnmişdir.
Şezana Ənvər
Şezana Ənvər (21 avqust 1989) — Keniyalı oxatan. Şezana Ənvər Keniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. O, həmçinin həmin Olimpiya Oyunlarında Keniyanın bayrağını apardı. Şezana Ənvər birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Cənubi Koreyanın nümayəndəsi Ki Bo-Bae ilə üz-üzə gəldi. Həmin görüşdə Şezana Ənvər rəqibinə 1:7 hesabı ilə uduzdu.