Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sisifos
Sizif
Sisifos (və ya Sisif q.yun. Σiσυφος) — qədim yunan mifologiyasında Tanrıların ittihamından sonra böyük qaya parçasını dağın başına qaldırmağa məhkum edilmiş şəxs. Daş yuxarı qalxdıqda öz ağırlığı ilə aşağı düşürdü. Bu cəzanın mahiyyəti isə odur ki, "faydasız əmək"dən daha ağır cəza yoxdur. Homerə əsasən Sizif — ölümə məhkum edilənlərin ən ağıllısı, ən hiyləgəri idi. Bu haqda bir sıra miflər mövcuddur. Əvvəla Sizifə bəslənən müxtəlif münasibətlərin, bəlkə də, hamısı onun nəyə görə yeraltı dünyanın faydasız qara fəhləsi olmasının səbəblərini aydınlaşdırır. Gəlin bir balaca əvvələ nəzər salaq. Birincisi, o, tanrılara naşükür, laqeyd münasibətinə görə ittiham olunur. Sizif tanrıların sirlərini oğurlayır.
Eldar Şirinov
Eldar Şirinov (12 iyul 2001, Göyçay rayonu – 6 oktyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Eldar Bağır oğlu Şirinov 2001-ci il iyulun 12-də Göyçay rayonunda anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Eldar Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Eldar Şirinov oktyabrın 6-da şəhid olub. Göyçay rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eldar Şirinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elmar Şirinov
Elmar Cəbrayıl oğlu Şirinov (9 mart 2002; Xatınlı, Tovuz rayonu — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elmar Şirinov 2002-ci il martın 9-da Tovuz rayonunun Xatınlı kəndində anadan olub. 2008-2016-cı illərdə N.Tusi adına Tovuz rayon tam orta məktəbində, 2016-2017-ci illərdə M.Ələkbərov adına Tovuz rayon tam orta məktəbində təhsil alıb. Tovuz Peşə Liseyini bitirmişdi. Subay idi. Elmar Şirinov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmar Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elmar Şirinov noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Qaraxanlı kəndində dəfn olunub.
Elmar Şərifov
Elnur Şirinov
Elnur Ramiz oğlu Şirinov (22 oktyabr 1987, Mingəçevir) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. Elnur Şirinov 1987-ci il oktyabrın 22-də Mingəçevir şəhərində anadan olub. 13 saylı tam orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Sonra Naxçıvanda xüsusi təyinatlı hərbi dəstədə xidmətə başlayıb. Qüsursuz xidmətinə görə dəfələrlə fərqlənən Elnur Şirinov Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2018-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə təltif edildi. Bu medal ona veriləndə Şirinov kapitan idi. Azərbaycan Ordusunun mayoru olan Elnur Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Elnur Şirinova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Elnur Şirinov 10 dekabr 2020-ci ildə Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi qalibliyi şərəfinə keçirilən 2020 Bakı Qələbə Paradında iştirak etmişdir.
Elvin Şirinov
Elvin Elsevən oğlu Şirinov (12 mart 1997, Birinci Şahsevən, Beyləqan rayonu – 26 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Elvin Şirinov 1997-ci il martın 12-də Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olub. Azərbaycan Ordusunun giziri olan Elvin Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Şirinov oktyabrın 26-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Şirinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Şirinov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Şirinov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Şirinov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elxan Şirinov
Elçin Şirinov
Elçin Şirinov (1982) — Azərbaycanlı caz pianoçu, Azərbaycan Respublikasının əməkdar artisti Elçin Elxan oğlu Şirinov tanınmış cazmen Vaqif Sadıqovdan, daha sonra Kevin Heyes, Aaron Qoldberqdən caz üzrə dərslər almışdır. V. Gərayzadənin "AYPARA" qrupunda çalışmışdır. Linley Marthe, Andre di Biase, Andraş Deş, Avişay Koen və digər məşhur musiqiçilərlə əməkdaşlıq edir. Paris (Fransa, 2023) Beynəlxalq Muğam Festivalı (Azərbaycan, 2023) Edinburq Festivalı (Şotlandiya, 2023) Zərbçilərin VI Festivalı (Bakı, 2009) Voicingers Jazz Festival (Polşa, 2010, 2012, 2017) Baku Jazz Festival (Azərbaycan, 2011, 2012, 2015) Montreux Jazz Festival (İsveçrə) Jazz Colors Festival (Paris, 2013) "Elçin Şirinov Trio" (Vyana, 2016) 2016 Londoon Jazz Festival Baku Summer Jazz Days (Azərbaycan, 2018) "Elçin Şirinov Trio" (Baku, 2019) Avishai Cohen Jazz Tour (Yaponiya, Macarıstan, İngiltərə, Fransa, Almaniya, Portuqaliya, Bakı) Grzegorz Karnas: Power Kiss (Hevhetia 2017. Mit Alan Wykpisz und Grzegorz Masłowski) Elchin Shirinov (Elçin Şirinov) / András Dés|Dés / Márton Fenyvesi / Mátyás Szandai: Maiden Tower (Hunnia Records 2017) Avishai Cohen: Arvoles (Razdaz Recordz 2019, mit Noam David und anderen) Waiting (Somethin’ Cool, 2020.
Etibar Şirinov
Etibar Şirinov (operator)
Famil Şərifov
Şərifov Famil Həsən oğlu — Azərbaycanın əməkdar müəllimi, üzümçü-alim. 20 noyabr 1937-ci il ildə anadan olub. 1960-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakultəsini bitirdikdən sonra Ukraynanın Xerson vilayətində aqronom işləmişdir. 1963-cü ildə üzümçülük üzrə aspiranturaya daxil olmuş və 1968-ci ildə ″Fillokseraya davamlı çalaqaltı hibridlərin öyrənilməsi″ mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında assistent, dosent, kafedra müdiri, professor vəzifələrində çalışmışdır. Pedaqoji fəaliyyətlə yanaşı o, üzümçülük sahəsində genişmiqyaslı tədqiqat işləri aparmışdır.1972-1982-ci illərdə Dövlət xətti ilə respublikanın müxtəlif rayonlarında yeni üzümlüklərin salınmasında və ümumilikdə üzümçülüyün inkişaf etdirilməsində yaxından iştirak etmişdir. Görkəmli alim F.Şərifov daim novatorluq nöqteyi-nəzərindən çıxış etmişdir. 1979-cu ildən onun üzümçülük üzrə başladığı intensiv və super-intensiv becərmə texnologiyaları sonralar genişmiqyaslı yeni və orjinal bütöv bir becərmə sistemini təşkil etmişdir. 1984-cü ildə onun super-intensiv becərmə texnologiyası əsasında becərdiyi üzümlüyün 1 hektarından 1000 sentner məhsul alınmışdır. Onun orijinal super-intensiv becərmə texnologiyası 1988-ci ildə Dövlət tərəfindən təsdiq edilmişdir (24 sentyabr, 1988-ci il).Beləliklə, Azərbaycanda və dünyada ilk dəfə hər hektar üzümlükdən 800-1000 sentner məhsul alınmasının elmi konsepsiyası hazırlanmışdır.
Fizuli Şirinov
Hicran Şərifov
Hicran Şərifov — Azərbaycan Respublikasının "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi", "Olimpiya" və "Şöhrət" ordenli, "Tərəqqi" medallı, əmakdar məşqçi, Olimpiya kateqoriyalı Beynəlxalq dərəcəli hakim, idman ustası. Şərifov Hicran İbrahim oğlu 1 avqust 1965-ci ildə Bakının Əmircan qəsəbəsində anadan olub. 1990-cı ildə ailə həyatı qurub. Beş övladı, iki nəvəsi var. 1982-ci ildə burdakı 9 illik 97№-li, sonra isə 11 illik 114 №-li orta məktəbi, 1992-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 2005-ci ildə isə Polis Akademiyasının hüquqşünaslıq fakültəsini bitirib. “Uşaq -gənclər idman məktəblərinin (UGİM) idarə edilməsininelmi-pedaqoji əsasları” Mövzusulu elmi işi əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası 7 aprel 2017-ci il tarixli (protokol, N 07-k) qərarı ilə pedaqogika üzrə FƏLSƏFƏ DOKTORU elmi dərəcəsi verilmişdir. “Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil alanların fizikihazırlıq işinin təşkili” mövzusu əsasında elmlər doktoru elmi dərəcəsi üzrə təhsilini davam etdirir. 1993-cü ildən daxili işlər orqanlarında işləyir. 1994-cü ildən 2000-ci ilə qədər operativ xidmətdə, 2000-ci ildən DİN-nin Polis Akademiyasında İdman Sağlamlıq Kompleksinin rəisi, eyni zamanda həmin akademiyada Fiziki Hazırlıq kafedrasının müəllimi kimi fəaliyyət göstərib. 2001-ci ildə təhsilini artırmaq məqsədi ilə DİN-in Polis Akademiyasına daxil olmuşdur.
Həsən Şirinov
Həsən Kamil oğlu Şirinov (26 yanvar 1950, Naxçıvan rayonu) — Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru. Polis general-mayoru Həsən Kamil oğlu Şirinov 1950-ci il yanvarın 26-da Naxçıvan Muxtar Respublikasının Cəhri kəndində anadan olub. 1971–73-cü illərdə hərbi xidmətdə olmuşdur. Azərbaycan Texniki Universitetinin Avtomobil və avtomobil təsərrüfatı, Bakı Dövlət Universitetinin hüquq, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültələrini fərqlənmə ilə bitirib. 1980-ci ildən daxili işlər orqanlarında çalışıb. Müxtəlif illərdə Nəsimi, Xətai, Göygöl rayonlarında yol polisi şöbələrinin rəisi, Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsinin rəisi, DİN BŞDYP-nin müavini, Bakı Şəhər DYP-nin rəisi işləmiş, 2010–2020-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsində çalışmışdır. "Sönməz, əbədidir Heydər Əliyev", "Yüksəlişə gedən yol", "Xalqı ilə döyünən polis ürəyi", "Şah İsmayıl Xətai" və s. kitabların, bir çox şeir, hekayə və məqalələrin müəllifidir. Daxili İşlər Nazirliyinin "Xidmətə görə", "Qüsursuz xidmətə görə", "Azərbaycan polisinin 95 illiyi (1918–2013)", "Azərbaycan polisinin 100 illiyi (1918–2018)" medallarına layiq görülüb. General-mayor Həsən Şirinov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Sərəncamı ilə "İgidliyə görə", Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" medalları ilə təltif olunub.
Kamandar Şərifov
Kamandar Şərifov — Azərbaycan alimi, tekstoloq, filologiya elmləri doktoru, professor, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun ərəb əlyazmalarının tədqiqatı şöbəsinin müdiri. Kamandar Şərifov 20 yanvar 1940-cı il Qərbi Azərbaycanın Ləmbəli kəndində anadan olmuşdur. 1959-cu il Ləmbəli 2 saylı orta məktəbini bitirmişdir. 1959-1962-ci illər Ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1963-1968-ci illər Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsində təhsil almışdır. 1966-1967-ci illər Misir Ərəb Respublikasının Qahirə Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1968-1970-ci illər Misir Ərəb Respublikasında uzunmüddətli ezamiyyətdə olmuşdur. 1971-1972-ci illər Azərbaycan Elmlər Akademiyası Respublika Əlyazmalar Fondunda kiçik elmi işçi vəzifəsində işləmişdir. 1973-1977-ci illər Azərbaycan Elmlər Akademiyası Respublika Əlyazmalar Fondunda elmi katib vəzifəsində çalışmışdır. 1977-1981-ci illər İraq Respublikasında uzunmüddətli ezamiyyətdə olmuşdur.
Kamil Şirinov
Kamil Şirinov (kapitan)
Mairbek Şərifov
Mairbek Şərifov (1905 – 7 noyabr 1942) — 1940-cı illərdə Sovet İttifaqına qarşı təşkil edilən çeçen üsyanlarının liderlərindən biri. Mairbek Şərifov 1919-cu ildə Denikinlə döyüşdə öldürülmüş bolşevik inqilabçısı Aslanbek Şərifovun kiçik qardaşı idi. O, peşə üzrə hüquqşünas kimi Çeçen-İnquş MSSR-nin Sovet hökumətində işləmişdir. 1941-ci ildə Həsən İsrailovun başçılıq etdiyi bir çeçen üsyanına qoşulmuş, 1942-ci il noyabrın 7-də Sovet hücumu nəticəsində öldürülmüşdür.
Mirnağı Şərifov
Mirnağı Qasım oğlu Şərifov (20 avqust 1995; Bəcirəvan, Cəlilabad rayonu, Azərbaycan — 21 oktyabr 2020; Qarabağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Mirnağı Şərifov 20 avqust 1995-ci ildə Cəlilabad rayonunun Bəcirəvan kəndində dünyaya göz açmışdır. Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Mirnağı Şərifov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 21 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirnağı Şərifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirnağı Şərifov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirnağı Şərifov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirnağı Şərifov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Munis Şərifov
Munis Məhəmməd İsmayıl oğlu Şərifov (24 aprel 1962, Ərəbocağı, Ağdaş rayonu) — Azərbaycan musiqiçisi, Azərbaycanın xalq artisti (2016). 1962-ci ildə anadan olmuşdur. Munis Şərifov 1977-ci ildə A.Zeynallı adına Musiqi Texnikumunda, 1986-cı ildə isə Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. O, 1990-cı ildən Bakı Musiqi Akademiyasında konsertmeyster-müəllim vəzifəsində çalışır. Habelə Bakı Musiqi Akademiyasının qədim musiqi alətlərinin bərpası elmi laboratoriyasının işçisidir. M.Şərifov ansamblın tərkibində bir çox dövlət tədbirlərində çıxış etmişdir. 2002-ci ildə Fransanın Paris və Strasburq şəhərlərində UNESKO-nun tədbirlərində konsert proqramı ilə Azərbaycan musiqi sənətini uğurla təmsil etmişdir. Ansamblın ifasında UNESKO tərəfindən kompakt-disk buraxılmışdır. O, çalışdığı ansamblla birlikdə 2005-ci il Düşənbədə "Qəlblərin səsi" festivalında, İstanbul şəhərində "İslam ölkələrinin mədəniyyət həftəsi" çərçivəsində təşkil edilmiş mədəni proqramlarda yüksək səviyyədə çıxış etmişdir. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür.
Murad Səlifov
Murad Nəbi oğlu Səlifov (21 yanvar 1989; Göytəpə, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Murad Səlifov 1989-cu il yanvarın 21-də Göytəpə şəhərində anadan olub. Azərbaycan Ordusunun baş çavuşu olan Murad Səlifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Murad Səlifov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Səlifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Səlifov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Murad Səlifov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mustafa Şərifov
Mustafa İsmayıl oğlu Şərifov (1875, Nuxa – 1938, Bakı) — ilk azərbaycanlı sanitar-həkim. Mustafa İsmayıl oğlu 1875-ci ildə Şəki şəhərində anadan olmuşdu. 1899-cu ildə Xarkov universitetinin tibb fakültəsini bitirmişdi. 1901-ci ildə Cavanşir qəzasında həkim işləmişdi. İlk azərbaycanlı sanitar-həkim hesab olunur. Sonralar Bakıda rayon sanitar - epidemioloji stansiyasına müdir təyin olunmuşdur. 1918-1920-ci illərdə isə Bakı şəhəri tibb-sanitar hissəsinin müdiri işləmişdir. M.İ. Şərifov Bakı Şəhər Səhiyyə şöbəsinin müdir müavini, Əmək Gigiyenası və Peşə Xəstəlikləri İnstitutu statistika şöbəsinin müdiri, "Azneft"in tibb-sanitar idarəsində müdir müavini vəzifələrində işləmişdir. Azərbaycanda səhiyyənin təşkilində yüksək xidmətlərinə görə Mustafa İsmayıl oğlu Şərifova 1932-ci ildə "Azərbaycan SSR Əmək Qəhrəmanı" fəxri adı verilmişdir. Mustafa Şərifov 1938-ci ildə vəfat edib.
Mürvət Şərifov
Nadir Səlifov
Lotu Quli (Nadir Nəriman oğlu Səlifov; 28 avqust 1972, Məmişli, Dmanisi rayonu – 20 avqust 2020, Antalya) — qanuni oğru. Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. "Quli" gürcü dilində "ürək" deməkdi. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib. "Quli" Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla ("Otar") yaxın dost olub. "Otar"ın 2003-cü il martın 21-də Moskvadakı "Suşi" barda naməlum şəxslər tərəfindən güllələnməsindən sonra "Lənkəranski"yə "oğru" adı verən "Nardaranlı Mirseymur" da qətlə yetirilir ki, bunu da indiyədək "Quli"nin qisas cavabı hesab edənlər var. İllərdir bu qarşılıqlı qətllər davam edir və son olaraq bu ilin fevralında Moskvada kı "Abşeron" restoranında baş vermiş atışmada da "Quli" və "Lənkəranski" tərəfdarları arasında itkilər olub. Gürcüstan doğumlu azərbaycanlı "qanuni oğru"lar və kriminallar bu davada əsasən "Quli"ni dəstəkləyir. Vaxtilə onlar bu dəstəyi Rusiya kriminalının "xaç atası" sayılan, Gürcüstan doğumlu Aslan Usoyandan da ("Ded Xasan") alıblar. "Quli"nin Gürcüstana ekstradisiyası məsələsi bir neçə dəfə gündəmə gəlsə də, bu da hansısa səbəbdən mümkün olmayıb.
Naib Şirinov
Naib Şirin oğlu Şirinov (15 noyabr 1922, Malıbəyli – 2003, Bakı) — professor, Dövlət mükafatı laureatı. Naib Şirin oğlu Şirinov 1922-ci il noyabr ayının 15-də Qarabağda Şuşa rayonunun Malıbəyli kəndində anadan olmuşdur. Xalqımızın bir sıra qeyrətli oğulları kimi Naib Şirinovun atası da represiyanın qurbanı olmuşdur. Atasına "xalq düşməni" adı verilməklə edam edilməsi onun gələcək həyatına ən böyük zərbə olmuşdur. 1939-cu ildə Ağdam Pedaqoji məktəbində təhsil alan gələcəyin görkəmli alimi Naib Şirinov 1941-ci ildə 19 yaşında Böyük Vətən müharibəsinə yollanır. 1942-ci ildə xəstəliklə əlaqədar olaraq ordudan tərxis olnan "xalq düşməninin" oğlu 1943-cü ildə yenidən könüllü olaraq cəbhəyə qayıdaraq Berlinin alınmasına qədər uzun bir döyüş yolu keçmişdir. Ordudan qayıtdıqdan sonra kəndlərində bir müddət pedaqoji fəaliyyətini davam etdirən Naib Şirinov təhsilini davam etdirmək üçün 1950-ci ildə Moskvaya yola düşür və qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Lomonosov adına Moskva Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olur. Təhsilini başa vurduqdan sonra o, vətənə qayıdaraq Azərbaycan EA Coğrafiya İnstitutunda işə düzəlir. 1960-cı ildən başlayaraq respublikamızda yeni sahə olan geomorfologiyanın inkişafında mühüm rol oynayan Naib Şirinov gərgin əməyi sayəsində coğrafiya elmləri namizədi alimlik dərəcəsi alır. Onun Azərbaycanın müxtəlif sahələrinin geomorfoloji xəritələrinin iri miqyasda tərtib olunmasında kifayət qədər əməyi olmuşdur.
Natiq Şirinov
Natiq Bahadur oğlu Şirinov (10 noyabr 1975, Bakı) — Azərbaycan musiqiçisi, nağara ifaçısı, "Natiq" ritm qrupunun rəhbəri, Azərbaycan Respublikasının xalq artisti (2018). Azərbaycan incəsənət tarixində məşhur olan Aşıq Şəmşir, Aşıq Şirin və Aşıq İdrisin nəslindən olan Natiq Şirinov 10 noyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1984-cü ildə 9 yaşlı Natiq Tofiq İsmayılov adına musiqi məktəbində Azər Əliyevin yanında nağara ifaçılığı üzrə dərs almağa başlamışdır. 1986-cı ildə daha çox bilik əldə etmək və çalğı məharətini təkmilləşdirmək üçün o, 6 nömrəli musiqi məktəbində təhsilini davam etdirmişdir. Natiq, 24 yaşında Azərbaycan Respublikasının Xalq Artisti, muğam ustası, xanəndə Alim Qasımovdan dəvət almış və peşəkar fəaliyyətə qədəm qoymuşdur. Bu qrup 1999–2007-ci illər ərzində bir çox müxtəlif ölkələrdə qastrol səfərlərində olmuşdur. Natiqin incəsənətə bəxş etdiyi töhfələr səhnədəki ifası ilə məhdudlaşmır. 2001-ci ildə o, beş nəfərdən ibarət "Natiq Ritm Qrupu"-nu yaradır. Nağaradan əlavə o, qədim Azərbaycan alətləri olan zurna, balaban və tütəyi qrupa daxil edir. Qrupun rəhbəri olmaqla yanaşı, o pedaqoq və bəstəkar kimi də fəaliyyət göstərməyə başlamışdır.