Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sımsıkı Sıkı Sıkı
Sımsıkı Sıkı Sıkı — Kənan Doğulunun albomu.
Sike Aleksandresku
Sike Vasile Aleksandresku (rum. Sică Vasile Alexandrescu; 15 avqust 1896, Buxarest – 6 avqust 1973, Kann) — Rumıniya rejissoru. == Həyatı == Sike Vasile Aleksandresku 15 avqust 1896-cı ildə Buxarestdə anadan olmuşdur. O, 1913-cü ildən müxtəlif teatrlarda fəaliyyət göstərmişdir. Aleksandresku 1947–1967 illərdə Buxarestdəki Y. L. Karaçale adına Milli Teatrın baş rejissoru olmuşdur. O, 1967-ci ildən Braşov şəhərindəki dram teatrının direktorudur. Aleksandresku "Həyəcanlı gecə" (Y. L. Karaçale), "Adsız ulduz" (M. Sebastian), "Müfəttiş" (N. V. Qoqol), "Belçesku" (K. Petresku), "Matey Millo" (M. Ştefenesku) pyeslərini, J. B. Molyerin komediyalarını və s. əsərləri tamaşaya qoymuşdur. O, yaradıcılığında rumın teatrının realist ənənələrini inkişaf etdirmişdir. Sike Vasile Aleksandresku 6 avqust 1973-cü ildə Kann şəhərində vəfat etmişdir.
Sikl terrası
Sikl terrası – (rus. цикловая терраса, ing. cyclic terrace) tek­tonik hərəkətlərin təsiri nəticə­sində çay dərəsinin meylliyinin artması və eroziya bazisinin aşağı düşməsi ilə əlaqədar formalaşan terraslar. Sikl terrası iqlimin rütubətlən­məsi, çayın eroziya fəaliyyətinin artması nəticəsində də yaranır.
Patrik Şik
Patrik Şik (çex. Patrik Schick; 24 yanvar 1996[…], Praqa) — Çexiyalı peşəkar futbolçu. Almaniyanın "Bayer 04" klubunun və Çexiya milli futbol komandasının hücumçusu . == Klub karyerası == Patrik Praqanın "Sparta" klubunun yetirməsidir. Çexiyanın futbol üzrə yüksək divizionunda debütü 3 may 2014-cü ildə "Teplice" ilə oyunda olub. Debüt mövsümündə ümumilikdə iki görüşdə meydana çıxır. Növbəti mövsümdə də hücumçu ölkə çempionatının yalnız iki oyununda iştirak edir. 2015/16 mövsümündə Patrik "Bohemians" klubuna icarəyə verilir. "Bohemians"ın sıralarında özunu göstərən futbolçu, 27 görüşdə meydana çıxaraq yeddi qol vurur və milli komandaya dəvət alır. Tezliklə gənc futbolçu Avropa nəhənglərinin diqqətini cəlb edir.
Vittorio de Sika
Vittorio de Sika — İtaliya kinorejissoru. == Həyatı == Vittorio de Sika 1901-ci ildə iyulun 7-da İtaliyanın Sora vilayətində anadan olub. O, Sciuscià (1946), Velosiped oğruları, Dünən, bu gün, sabah, Umberto D. (film, 1952)) və digər bədii filmlərin rejissoru olub. O, "Milanda möcüzə" filminə görə Kann kinofestivalının Qızıl Palma Budağı mükafatına layiq görülüb.13 noyabr 1974-ci ildə vəfat edib. == Filmoqrafiya == Şuşa (film, 1946) / Sciuscià Velosiped oğruları (film, 1948) / Ladri di biciclette Milanda möcüzə (film, 1950) / Miracolo a Milano Umberto D. (film, 1952) / Umberto D. Dünən, bu gün, sabah (film, 1963) / Ieri, oggi, domani Səfər (film, 1974) / Il viaggio Drakula üçün qan / Blood for Dracula == Mükafatları == Kann kinofestivalının "Qızıl palma budağı" mükafatı (1972) - "Il giardino dei Finzi-Contini" filminə görə. "Oskar" mükafatı (1946) - Əcnəbi dildə olan ən yaxşı filmə ("Sciuscià") görə. "Oskar" mükafatı (1948) - Əcnəbi dildə olan ən yaxşı filmə ("Velosiped oğruları") görə. "Oskar" mükafatı (1965) - Əcnəbi dildə olan ən yaxşı filmə ("Dünən, bu gün, sabah") görə. "Oskar" mükafatı (1972) - Ən yaxşı geyim dizaynına görə ("Il giardino dei Finzi-contini" filmi).
Kim Bu Şik
Kim Bu Şik (kor. 김부식; 1075[…], Köncu[d] – 1151, Keson) — Qoryo dövründə yaşamış Koreya tarixşünası, sərkərdəsi və dövlət xadimi. O, "Samquk saqi" xronikinin müəllifidir. Bu Şik Şila kral sülaləsinə yaxın bir zadəgan ailəsindən idi. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ким Бусик. Самкук саги. Т. 1. Изд. текста, пер., вступит. ст.
Kim Yon-sik
Kim Yon-sik (25 iyul 1910 – 8 mart 1985, Seul) — keçmiş Cənubi Koreya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Pak Hyon Şik
Park Hyung-sik (kor. 박형식; 16 noyabr 1991) — Cənubi Koreyalı müğənni, aktyor və rəqqas. Cənubi Koreyanın ZE: A oğlan qrupunun və alt qrupu ZE: A Five-ın üzvü olmuşdur. Bir aktyor olaraq,"The Heirs (2013)", "High Society (2015)", "Hwarang: The Poet Warrior Youth (2016)", "Strong Girl Bong-soon (2017)", və "Suits (2018)" rolları ilə tanınır. Drama seriallarında, eyni zamanda filmlərdə və musiqi teatrınlarında baş rollarda oynayır. == Həyatı == === İlk İllər === Pak Cənubi Koreya-nın Gyeonggi əyalətinin Yongin şəhərində anadan olub.Anası və nənəsi Buddist olduqları üçün bir Buddist rahib ona Hyung-sik (형식, 炯 植) adını verdi. === Hərbi qeydiyyat === Pak məcburi hərbi xidmətinə 10 iyun 2019-cu il tarixində başladı. İlk hərbi hazırlığına başlamaq üçün Cənubi Çunqçonq əyaləti (Chungcheong)-ndəki Nonsan Ordusu İşəgötürmə Tədris Mərkəzinə daxil oldu və qalan hərbi vəzifələrini fəal bir hərbi qulluqçu kimi Paytaxt Müdafiə Komandanlığının hərbi polis şöbəsində başa vurdu. Pak, əvvəllər Real Man estrada şousu üçün məşq edərkən atıcılıq bacarıqlarına görə müsbət rəy aldıqdan sonra Paytaxt Müdafiə Komandanlığına qoşulmaq üçün ilham aldığını açıqlamışdı. Aktyor, bacarıqlarını yaxşı bir şəkildə istifadə etmək istədiyini, buna görə bölməyə qoşulmaq və ölkəsinə xidmət etməkdən məmnun olduğunu söylədi.
Mika
Mika — əsl adı Maykl Holbruk Penniman olub (ing. Michael Holbrook Penniman) Livan əsilli britaniyalı müğənni və müğənni-söz yazarıdır. == Həyatı == 1983-cü il Beyrutda anadan olmuşdur. Livanlı ana və amerikalı atanın üçüncü uşağıdır. Suriya kökləri var. Hələ gənc olanda, valideynləri Beyrutdan müharibə səbəbindən ayrılaraq Parisə köçdülər. İlk öyrəndiyi piano əsəri Joe Dassin'in "Les Champs-Élysées"-dir. O, doqquz yaşında olanda ailəsi Londona köçdü və burada Westminster Məktəbinə daxil oldu. Məktəb illərində sinif yoldaşları və müəllimlər tərəfindən yaşanan təzyiqlər və təhqirlərdən onda disleksiya yarandı , danışma və yazmağı dayandırdı. Bu səbəbdən 12 yaşından 6-8 ay müddətində ev təhsili almışdır.
Miki
Miki — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Kənd adı talış dilindəki Miyanku sözünün təhrif formasıdır. Miyan talışca «dairəvi», «aralıq», ku «dağ» deməkdir (Dairəvi dağ kəndi). == Din == Kənddə "Şeyx Əbdülbağır" məscidi dini icması fəaliyyət göstərir. == Tanınmış şəxslər == === Şəhidləri === Teymur Rüstəmov (1973-1992). Şamil Talıbov (1974-1994).
Nika
Nika (mifologiya) — Yunan mifologiyasında titan, zəfər, qələbə ilahəsi, Pallant və Stiks qızı, Qısqancın, Qüvvətin, Gücün bacısı. Nika mükafatı — Rusiyanın film mükafatı. Nika — İranın Mazandaran ostanında şəhər.
Nike
Nike (Nayk) – idman geyimləri istehsal edən dünya şöhrətli ABŞ şirkəti. Mənzil qərargahı Biverton şəhəri, Oreqon ştatı. Adını yunan mifologiyasındakı zəfər tanrıçası Nikedən alır. Air Jordan və Nike Golf kimi alt markaları ilə yanaşı, Converse kimi müstəqil markaların da sahibidir. Şirkət istehsalının hardasa hamısını uzaq şərqdəki fabrkilərdə istehsal etməkdədir.Şirkət dünya səviyyəsində 25,000 işçiyə malikdir və (2007)-ci ildə 10,9 milyard təmiz gəlir açıqlamışdır. Nike bir çox futbol komandasına və milli komandaya sponsor olaraq, futbol dünyasına ağırlığını qoymağa çalışmaqdadır. Nike həmçinin Braziliya, Portuqaliya, Niderland, ABŞ, Mançester Yunayted, Arsenal, Barselona, İnter Milan, Yuventus, Şaxtyor, Portu, Styaua Buxarest kimi dünyanın aparıcı futbol klublarına və bəzi sponsorluq etdiyi klublar Qırmızı Ulduz, Boka Xuniors, Korintians Paulista, Trabzonspor, Klub Amerika, Aston Villa, Seltik və PSV. Dünyanın ən tanınmış markalarından biri olan Nike, uşaq işçiləri işlətmək və təbiətə zərər vermək kimi mövzularda davamlı məhkəməlik olmaqda və imicini zədələməkdədir. Stanford Universitetində işləyən Phil Knight tərəfindən 1972-ci ildə qurulan Nikenin swoosh deyilən məşhur simvolu, bir universitet şagirdi tərəfindən 35 dollara çəkilmişdir.Simvolun gətirdiyi fövqəladə müvəffəqiyyətdən sonra1983-ci ildə Carolyn Davidsona (ictimaiyyətə açıqlanmayan miqdarda) şirkət hissəsi verilmişdir.
Niks
Nikta, Niks (yun. Νύξ, Νυκτός gecə) — qədim Yunan mifologiyasına görə gecə ilahəsinin şəxsləşdirilmiş adıdır. Homerə görə tanrı Zevs özü də Niktadan qorxarmış. Niks Tartarda yaşayır.
Pika
Pika xəstəliyi — mərkəzi sinir sisteminin nadir, bir qayda olaraq xroniki və getdikcə şiddətlənən xəstəliyidir. Xəstəlik baş beyin qabığının əsasən alın və gicgah payının dağılması və atrofiyası ilə xarakterizə olunur. == Haqqında == Pika dünyada aşkar edilmiş on nadir xəstəlikdən biridir. Bu xəstəliyə tutulan insanlarda kağız, sabun, torpaq, təbaşir, gil, süngər kimi maddələrə meyl yaranır. Alimlər bu xəstəliyin mineral çatışmazlığından irəli gəldiyini yəqinləşdiriblər. Bu nadir xəstəlik, insanda yeyilməsi mümkün olmayan maddələri yemək istəyi oyadır. Bu xəstəlik əsasən hamilə qadınlar və kiçik yaşlı uşaqlarda müşahidə edilir. Yeyilməsi mümkün olmayan maddələrlə qidalanmaq - qanda hansısa maddələrin çatışmazlığından əmələ gəlir. Belə xəstələr ambulator müayinədən keçərək, qan analizi verməli və dəqiq müayinə olunmalıdırlar. Bundan sonra müalicəyə başlamaq olar.
Çika
Çika (Zadar, XI əsrin I yarısında – 1095-ci ildən sonra Zadar; Latın: Chicca) – Xorvat mənşəli benedikt monax; Zadarda benedikt monastrı olan Müqəddəs Meri kilsəsinin banisi; Avropada şəxsi istifadə üçün olan ən qədim ibadət kitabı Çikanın dua kitabı adlanan əsərin müəllifi. == Haqqında == O, Dujam və Vekeneqanın qızı, Andrijanın həyat yoldaşı, prior Madinin qohumu idi. Madi tanınmış zadəgan ailəsi idi. Ərinin ölümündən sonra 1096-cı ildə Zadarda ailəsinin köməyi ilə Müqəddəs Meri monastrının əsasını qoydu. Kral Petar (Pyotr) IV Kreşimir monastrı kral müdafiəsinə verdiyinə görə onu öz bacısı adlandırdı. Belə bir genealogiya müzakirə mövzusudur. O Vekeneqanın anası idi.
İsko
Fransisko Roman Alarkon Suares Rika İsko (doğumu. 21 Aprel 1992 , Malaqa ) İsbaniya millisinin Real Madridin və yarımmüdafiəçi. Bu Anda la liqada Real Madriddə Çıxış edir .Real madriddən əvvəl Malaqa ,və Valensiyada onun oynayıb . Artıq Real onun üçün doğmalaşıb .Bu mövsüm Real Madriddə 22 nömrə iləçıxıç edib.bu mövsüm bir dəfə du-bil də edib bunu Real Madrid-Qranada maççında edib . Maçda Real M 5-0 hesabı ilə qələbə qazandı . Çempionlar Liqasında da 1 qol vurub .
Con Hikk
Ser Con Riçard Hikk (ing. Sir John Richard Hicks) (8 aprel 1904 – 20 may 1989) — britaniyalı iqtisadçı və XX əsrin ən mühüm və təsiredici iqtisadiyyatçılarından biridir. Onun tanınmış işlərindən mikroiqtisadiyyata aid olan istehlakçının tələbi nəzəriyyəsi, həm də makroiqtisadiyyatda Keyns baxışını yekunlaşdıran IS/LM modeli (1937) olub. Onun Dəyər və Kapital (1939) kitabı dəyər və ümumi müvazinət nəzəriyyəsini xeyli zənginləşdirib. Əvəzini verən tələb funksiyası Hikkin şərəfinə adlandırılmışdır. 1972-ci ildə o (birgə olaraq) ümumi müvazinət nəzəriyyəsində və rifah iqtisadiyyatında ilk kəşf edici işlərinə görə İqtisadiyyat üzrə Nobel mükafatını alıb. == Bioqrafiya == Hikk 1904-cü ildə Varvikdə anadan olmuşdur. Onun atası yerli qəzetin jurnalisti olub. O, Klifton Kolleci (1917–1922) və Balliol Kollecində (1922–1926) təhsil alıb, və riyaziyyat təqaüdləri ilə maliyyələşdirilib. Məktəb günlərində və Oksfordda birinci ilində riyaziyyat üzrə ixtisaslaşıb, amma eyni zamanda ədəbiyyat və tarix ilə maraqlanırdı.
Con Hiks
Ser Con Riçard Hikk (ing. Sir John Richard Hicks) (8 aprel 1904 – 20 may 1989) — britaniyalı iqtisadçı və XX əsrin ən mühüm və təsiredici iqtisadiyyatçılarından biridir. Onun tanınmış işlərindən mikroiqtisadiyyata aid olan istehlakçının tələbi nəzəriyyəsi, həm də makroiqtisadiyyatda Keyns baxışını yekunlaşdıran IS/LM modeli (1937) olub. Onun Dəyər və Kapital (1939) kitabı dəyər və ümumi müvazinət nəzəriyyəsini xeyli zənginləşdirib. Əvəzini verən tələb funksiyası Hikkin şərəfinə adlandırılmışdır. 1972-ci ildə o (birgə olaraq) ümumi müvazinət nəzəriyyəsində və rifah iqtisadiyyatında ilk kəşf edici işlərinə görə İqtisadiyyat üzrə Nobel mükafatını alıb. == Bioqrafiya == Hikk 1904-cü ildə Varvikdə anadan olmuşdur. Onun atası yerli qəzetin jurnalisti olub. O, Klifton Kolleci (1917–1922) və Balliol Kollecində (1922–1926) təhsil alıb, və riyaziyyat təqaüdləri ilə maliyyələşdirilib. Məktəb günlərində və Oksfordda birinci ilində riyaziyyat üzrə ixtisaslaşıb, amma eyni zamanda ədəbiyyat və tarix ilə maraqlanırdı.
Eşik iyesi
Eşik iyəsi — türk xalq inancında eşiyin qoruyucu ruhu. Eşgik iyəsi və ya Esik iyəsi olaraq da deyilər. Astana iyəsi və ya Bosaqa (Busağa, Busava, Bosaha, Bosaka) iyəsi ifadələri də istifadə olunur. Monqollar Bohogo Ezen deyərlər. == Xüsusiyyətləri == Hər eşiyin qoruyucu bir ruhu vardır. Bu ruh eşikdə yatar. İnəklərin çaşmadan evlərini tapmalarını təmin edər. Heyvanları qoruyar. Eşikdə oturmaq, eşikdə danışmaq yaxşı sayılmaz, bunun səbəbi ruhun orada olmasıdır. Eşiyin bəxtlə də əlaqəsi vardır.
Hatsune Miku
Hatsune Miku (初音ミク) – Cyrpton Future Media tərəfindən istehsal olunmuş vokaloid proqramı və onun rəsmi moe, 16 yaşlı qız personajı. == İstehsal == Hatsune Miku 31 avqust 2007-ci ildə Crypton Future Media şirkəti tərəfindən istehsal olunub. Onun səsinin sintezi üçün qadın müğənninin rəqəmsallaşdırılmış səsi ilə yanaşı Yamaha Corporation şirkətinə məxsus olan Vocaloid proqramından istifadə olunur. Vizual obrazı isə yaponiyalı illüstrator Kei Qaro tərəfindən hazırlanıb. Hatsune Mikunun səsinin əsası üçün yapon seyyusu Saki Fucitanın səsi seçilib.Mikunun oxuduğu mahnılar, əsasən J-pop və Dans-pop Lakin bəzən J-Rock və digər üslublara da rast gəlmək olar. Saçının rəngi adətən firuzəyi və ya akvamarin rəngində olur və çox vaxt əlində uzun yaşıl soğan tutur. Rəsmi məlumatlara görə, Hatsune Mikunun 16 yaşı var və onun boyu 158 sm, çəkisi isə 42 kq-dır.2 iyul 2009-cu il tarixində Hatsune Mikunun ilk videooyunu "Hatsune Miku: Project DIVA" Playstation Portable platforması üçün buraxılmışdır. Oyun qeyri-adi "Rhytm-game" üslubunda hazırlanıb. Oyun zamanı Miku mahnıları oxuyarkən oyunçu konsolun düymələrini elə basmalıdır ki, Miku musiqinin hər bir sözünü sona qədər oxuya bilsin. Əgər hər hansı bir düymə gec basılarsa mahnı sözləri səslənmir və o uğursuz alınır.
Həsən Saka
Həsən Hüsnü Saka (1885, Trabzon – 29 iyul 1960 və ya 30 iyul 1960, İstanbul) — Sabiq millət vəkili, baş nazir.İlk və orta təhsilini Trabzon İbtidai Məktəbi və Rüştiyesinə tamamladıqdan sonra İstanbul Mercan İdadisinə məzun oldu. Mülküyə Məktəbini 1908-ci ildə bitirdi. Divan-ı Muhasebatta dövlət xidmətinə girdi. 1909-cu ildə təhsil üçün Fransaya göndərildi. 1912-ci ilin noyabrında Paris Siyasi Biliklər Məktəbi diplomatiya şöbəsinə məzun olaraq yurda döndü, köhnə vəzifəsində işə başladı. 1915-ci ilin aprel ayında Maliyyə nəzarəti varidat Ümumi Müdirliyi dividendlər vergisi Apelyasiya Komissiyası 1. Mümeyyizliğine təyin edildi. 1916-cı ilin oktyabrında Eskişehir Region İqtisad direktoru oldu. 4 sentyabr 1918-ci ildə Mülküyə Məktəbi İqtisad müəllimi boynuna götürdü. Osmanlı Mebusan Məclisinin son dövründə Trabzon millət vəkili seçilərək dağılmasına qədər vəzifə etdi.
Jerar Pike
Jerar Pike — İspaniyanın "Barselona" klubunun,Sabiq Müdafiəçisi
Kiko Kasilla
Kiko Kasiliya İspaniyalı Futbolçu . Kiko Kasiliya La Liqada "Real Madrid"də oynayır . Kiko Kasiliya 2 oktyabr 1986-cı ildə İsbaniyanın Alkover şəhərində Doğulub. "Real Madrid"in ehtiyat qapıçısıdır. 2015-ci ildən bu komandanın ərəfini qoruyur. İndiyə qədər bu klubda 15 oyun keçirib.
Kiko Kasilya
Kiko Kasiliya İspaniyalı Futbolçu . Kiko Kasiliya La Liqada "Real Madrid"də oynayır . Kiko Kasiliya 2 oktyabr 1986-cı ildə İsbaniyanın Alkover şəhərində Doğulub. "Real Madrid"in ehtiyat qapıçısıdır. 2015-ci ildən bu komandanın ərəfini qoruyur. İndiyə qədər bu klubda 15 oyun keçirib.
Kiko Mizuhara
Kiko Mizuhara (yap. 水原 希子; 15 oktyabr, 1990, Dallas) — yaponiyalı fotomodel və aktrisa. ViVi və Seventeen glamur moda jurnallarının eksklüziv modelidir. == Həyatı və yaradıcılığı == Kiko Dallasda (Texas ştatı) anadan olmuşdur. Onun anası koreya əsilli Yaponiya vətəndaşıdır, atası isə amerikalıdır. Ashley (Yuka) adlı kiçik bacısı var. Kikonun 1 yaşı olanda o valideynləri ilə Tokioya, sonradan isə Kobeyə köçür. 2003-cü ildə, Kikonun 13 yaşı olanda valideynləri boşanır. Atası ABŞ-yə qayıdır, Kiko isə anası ilə Kobe də qalır. == Karyera == 2001-ci ildə Kikonun model karyerası başlayır.