Ser Con Riçard Hikk (ing. Sir John Richard Hicks) (8 aprel 1904 – 20 may 1989) — britaniyalı iqtisadçı və XX əsrin ən mühüm və təsiredici iqtisadiyyatçılarından biridir. Onun tanınmış işlərindən mikroiqtisadiyyata aid olan istehlakçının tələbi nəzəriyyəsi, həm də makroiqtisadiyyatda Keyns baxışını yekunlaşdıran IS/LM modeli (1937) olub. Onun Dəyər və Kapital (1939) kitabı dəyər və ümumi müvazinət nəzəriyyəsini xeyli zənginləşdirib. Əvəzini verən tələb funksiyası Hikkin şərəfinə adlandırılmışdır.
Con Hikk | |
---|---|
John Richard Hicks | |
Doğum tarixi | |
Doğum yeri | Varvik, İngiltərə |
Vəfat tarixi | (85 yaşında) |
Vəfat yeri | Blokli, İngiltərə |
Vətəndaşlığı |
{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} |
Elm sahələri |
İqtisadiyyat Neo-Keyns iqtisadiyyatı |
İş yerləri |
London İqtisadiyyat Məktəbi Mançester Universiteti Naffild Kolleci, Oksford |
Təhsili |
|
Tanınır |
IS/LM modeli Kapital nəzəriyyəsi, istehlakçı nəzəriyyəsi, ümumi müvazinət nəzəriyyəsi, rifah nəzəriyyəsi, stimullaşdırılmış innovasiya |
Üzvlüyü | |
Mükafatları | İqtisadiyyat üzrə Nobel mükafatı (1972) |
Vikianbarda əlaqəli mediafayllar |
1972-ci ildə o (birgə olaraq) ümumi müvazinət nəzəriyyəsində və rifah iqtisadiyyatında ilk kəşf edici işlərinə görə İqtisadiyyat üzrə Nobel mükafatını alıb.[2]
Hikk 1904-cü ildə Varvikdə anadan olmuşdur. Onun atası yerli qəzetin jurnalisti olub. O, Klifton Kolleci (1917–1922) və Balliol Kollecində (1922–1926) təhsil alıb, və riyaziyyat təqaüdləri ilə maliyyələşdirilib. Məktəb günlərində və Oksfordda birinci ilində riyaziyyat üzrə ixtisaslaşıb, amma eyni zamanda ədəbiyyat və tarix ilə maraqlanırdı. O, 1923-cü ildə Oksfordda "təzə məktəb" kimi sayılan "Filosofiya, Siyasət və İqtisadiyyat" şöbəsinə keçdi, və onu ikinci dərəcəli fərqlənmə (Britanyadaki tələbə qiymətləndirməsi sisteminə uyğun olaraq) ilə bitirib. Hikk özü demişkən, "hər öyrədiyim fənn üzrə tələblərə cavab verməyən qiymətlər ilə".[3]
1930-cu ildə Hikk müvəqqəti mühazirəçi kimi London İqtisadiyyat və Siyasət məktəbində yer alıb. İlkin olaraq o əmək üzrə iqtisadiyyatçı kimi işləyib sənaye əlaqələrini təsvir edirdi, amma sonra o təhlilə keçib və öz riyazi bilikləri tətbiq etməyə davam edib. Ona təsir göstərənlər bunlar olub: Laynel Robbins (ing. Lionel Robbins) və kolleqalar Fridrix fon Hayek (ing. Friedrich von Hayek), R.G.D. Allen, Nikolas Kaldor (ing. Nicholas Kaldor), Abba Lerner – və nəhayət Ursula Veb (ing. Ursula Webb), 1935-ci ildən onun həyat yoldaşı.
1935-1938 müddətində o Kembricdə mühazirə verib, və eyni zamanda Gonville & Caius Collecin əməkdaşı olurdu. O, əsasən Dəyər və Kapital yazmaq ilə məşğul idi və Londonda etdiyi işinə əsaslanırdı. 1938-dən 1946-cı ilə qədər o Mançester Universitetində professor kimi çalışıb. Məhz orada o rifah iqtisadiyyatı və onun sosial mühasibata tətbiqi haqqında əsas işini görüb. 1946-cı ildə o Oksforda qayıtdı, ilkin olaraq Natfild Kollecində tədqiqat əməkdaşı kimi (1946–1952), sonra isə Siyasət İqtisadiyyatı üzrə Drummond Professoru kimi (1952–1965), və axırda "Ol Souls" Kollecində tədqiqat əməkdaşı kimi (1965–1971) işlədi, harada ki o, öz yazmaqlarını təqaüdə çıxdıqdan sonra davam edirdi. 1989-cu ildə o, vəfat etdi.
1964-cı ildə Hikk cəngavər adına layiq görüldü, 1972-ci ildə isə İqtidadiyyat üzrə Nobel mükafatının birgə alıcısı olub (Kennet Arrou (ing. Kenneth J. Arrow) ilə birlikdə). Öz mükafatını o London Məktəbinin kitabxanasında bağışladı.[4]