Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Simvol
Simvol (q.yun. σύμβολον) — Ədəbiyyatda bir sözlə müəyyən fikrin üstüörtülü şəkildə ifadə olunması. Bədii dildə məcaziliklə daha çox bağlı olan anlayışlardan biri simvoldur. Simvol yunanca simbolon sözündən olan şərti əlamət mənasını bildirir. Azərbaycan ədəbiyyatında simvol sözü bəzən rəmz termini ilə də əvəz olunur. Rəmz ərəb sözü olub işarə ilə müəyyən məqsəd anlatmaq, müəyyən fikir ifadə etmək mənasını bildirir. Buradan aydın olur ki, ədəbiyyatda bir sözlə müəyyən fikrin üstüörtülü şəkildə ifadə olunmasına simvol deyilir. Simvolu ancaq yazılı ədəbiyyatla məhdudlaşdırmaq olmaz. Müəyyən işarə ilə, əlamətlə bu və ya başqa fikir ifadə etmək, mətləb bildirmək üçün xalq danışığında da simvoldan istifadə olunur, həm də danışıqda işlədilən bu və ya digər simvol, demək olar ki, əksəriyyət tərəfindən başa düşülür. Bədii əsərdə simvoldan bu və ya başqa surətin xarakterini açmaq, səciyyəvi cəhətlərini oxucunun nəzərinə çatdırmaq üçün istifadə edilir.
Meri Keri
Meri Ellen Kuk və ya Meri Keri (15 iyun 1980, Klivlend, Ohayo) — porno aktrisa, siyasətçi, Playboy modeli, radio aparıcısı, kinorejissor. == Həyatı == Meri Ellen Kuk 1980-ci ildə ABŞ-nin Klivlend şəhərində doğulub. Anası ruhi xəstə, atası iflic olan Meri 3 aylığından nənəsinin və babasının himayəsində böyüyüb. Onların ölümündən sonra gənc qız müxtəlif barlarda rəqqasə kimi çalışıb. Bir müddət sonra ona porno filmlərdə çəkilmək təklif olunub və qız bu təklifi qəbul edib. Meri Keri adı ilə 80-ə yaxın filmdə çəkilib. 2003-cü ildə Meri Kaliforniya qubernatorluğuna öz namizədliyini verir və populyar Hollivud ulduzu Arnold Şvarseneqqerə rəqib olur. Təbii ki, Meri "terminatora" uduzur. Ancaq seçki müddətində qalmaqallı namizəd öz adından söz etdirə bilir.
Ayrılmış simvol
Ayrılmış simvol (ing. Reserved character, ru. зарезервированный символ) – klaviaturadan daxil edilən və proqramda xüsusi anlamı olan simvol; məsələn, ulduz işarəsi (*), əyik cizgi (/), sola əyik cizgi (\), sual işarəsi (?) və şaquli ayırma işarəsi (|) ayrılmış simvollara aiddir. İstifadəçinin yaratdığı fayllara, sənədlərə, makroslara və başqa obyektlərə ad verərkən bu simvollardan geniş istifadə olunmur. == Vikidə ayrılmış simvoldan istifadə == Şaquli ayırma işarəsi (|) viki kodlarında da geniş istifadə olunur. Əsasən şablonlarda və cədvəllərin yaradılmasında ən çox istifadə olunan işarədir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Mon (simvol)
Kamon (yap. 家紋, "evin işarəsi"), həmçinin mon (yap. 紋 "işarə"), monsö(yap. 紋章 "nəsil təsviri"), mondokoro — Yaponiyada ailənin və yaxud şəxsin identifikasiyasını bildirmək üçün istifadə olunan emblemdir. Yaponiyada "mon" termini ilə ümumi olaraq emblemləri adlandırırlar. Lakin kamon və mondokoro termini ilə konkret olaraq ailənin identifikasiyasını bildirirlər. Belə ki yaponlarda ailə gerbi samurayların inkişaf etdiyi dövrdə hərbi evlərin və yaxud ümumi maraqlara görə yaradılan samuray birliklərinin fərqləndirici işarəsi idi. Kamon samurayların geyimində, silahlarında, zirehində, bayrağında, məişət əşyalarında (məsələn, qablar, qılınc altlıqlarında) və digər əşyalarda təsvir olunurdu. == Tarixi == Yaponiyada olan çoxlu nəsil gerbləri qədim mənşəyə malikdir. Hesab olunur ki, ilk "mon"lar Nara dövrü (710–794) və Heyan (794–1185) dövrlərində zadəganların saray kostyumunun bir hissəsi kimi yaradılmışdır.
Seks simvol
Seks simvol (ing. Sex symbol) — cinsi cəhətdən çox cəlbedici hesab olunan məşhur şəxs və ya uydurma personaj. == Tarixi == İlk dəfə seks simvol termini 1950-ci illərin ortalarında Merilin Monro, Bricit Bardo və Rakel Uelç daxil olmaqla, bəzi film ulduzlarının və pin-up modellərinin populyarlığı ilə əlaqədar olaraq istifadə edilib. == Uydurma seks simvollar == Rotten Tomatoes saytına görə, 1930-cu illərdə cizgi filmi personajı olan Betti Bup "animasiya ekranında ilk və ən məşhur seks simvol" idi. Video oyunlarında da seks simvollar hesab edilən bir neçə personaj var: nümunə olaraq, əsas mətbuatda bir neçə dəfə çıxış edən Lara Kroftu qeyd etmək olar.
Soyombo (simvol)
Soyombo damğası (monq. Соёмбо тэмдэг) — Monqol xalqlarının ortaq damğası.
Xarıbülbül (simvol)
Xarıbülbül — xarıbülbül gülünün formasında olan rəmzi nişan. Azərbaycanda İkinci Qarabağ müharibəsində Şəhid olan əsgərlərin xatirəsinin rəmzi olaraq qəbul edilir. Həmçinin Azərbaycan ordusunun zəfər simvolu kimi də tanınır. == Tarixi == Azərbaycanda qədimdən xarıbülbül adlanan bitki latınca ophrys caucasica və ya ophrys mammosa adlanır. Ehtimal ki, ofris bitkisinin bütün növləri xalq arasında Azərbaycanda bu adla adlanır. Şuşa və ətraf ərazilərdə geniş yayıldığından daha çox Qarabağ ilə ifadə olunur. Qarabağ münaqişəsi başlayandan xarıbülbül xalqımızın mübarizəsinin rəmzinə çevrilmişdir. Qarabağ ərazisi işğal olunduqdan sonra isə xarıbülbül bəlkə də bir çoxları üçün nisgil, kədər, ağrı, həsrət simvolu olmuşdur. Mədəniyyətdə, incəsənətdə və ədəbiyyatda xarıbülbül ifadəsi işləndikdə həmişə söhbətin Qarabağdan getdiyi aydın olurdu. Xarıbülbülə qədim türk əsatirlərində də geniş yer verilmişdir.
İtirilmiş simvol
İtirilmiş simvol kitabı (ingiliscə: The Lost Symbol) - Məşhur amerikalı yazıçı Den Braunun əsəri. “The Lost Symbol” (İtirilmiş simvol) romanı professor Lenqdona həsr olunub. Yazıçının bu əsəri 2009-cu ildə həm kitab, həm də elektron formada oxuculara təqdim olunub. Kitabın ilk tirajı 6,5 milyon cilddə buraxılıb. 17 avqust 2009-cu ildə Den Braunun adı ən yaxşı satılan Amerika kitabları arasında üçüncü sırada yer alıb. == Məzmun == Robert Lenqdonun macəraları davam edir. Bu dəfə o, masonların dünyanı dəyişə biləcək böyük sirrini tapmalıdır. Əsrlərlə gizli qalan sirlər, müəmmalı işarələr, simvollar və keçmişin labirintləri ilə ölümcül təhlükəli səyahət... == Xarici keçidlər == "Dan Brown İtirilmiş Simvol" (az.). qanun.az.
Meri Keri (aktrisa)
Meri Ellen Kuk və ya Meri Keri (15 iyun 1980, Klivlend, Ohayo) — porno aktrisa, siyasətçi, Playboy modeli, radio aparıcısı, kinorejissor. == Həyatı == Meri Ellen Kuk 1980-ci ildə ABŞ-nin Klivlend şəhərində doğulub. Anası ruhi xəstə, atası iflic olan Meri 3 aylığından nənəsinin və babasının himayəsində böyüyüb. Onların ölümündən sonra gənc qız müxtəlif barlarda rəqqasə kimi çalışıb. Bir müddət sonra ona porno filmlərdə çəkilmək təklif olunub və qız bu təklifi qəbul edib. Meri Keri adı ilə 80-ə yaxın filmdə çəkilib. 2003-cü ildə Meri Kaliforniya qubernatorluğuna öz namizədliyini verir və populyar Hollivud ulduzu Arnold Şvarseneqqerə rəqib olur. Təbii ki, Meri "terminatora" uduzur. Ancaq seçki müddətində qalmaqallı namizəd öz adından söz etdirə bilir.
Veri
Veri — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 895 nəfərdir. Əhalinin milli tərkibi etnik talışlardır. == Toponimiyası == Bu toponim talış dilindəki veri (yuxarı) sözü ilə əlaqədar olub, “yuxarıda yerləşən kənd” deməkdir. Həmçinin talış dilində veri göyərti mənası bildirir. == Din == Kənddə Veri kənd məscidi dini icması fəaliyyət göstərir.
Simvol obyektinin parametrləri
Simvol obyektinin parametrləri bunlardır: yazılış şəkli, keql, rəng, effekt, sürüşmə, kerninq. Simvolun yazılış şəkli. Dörd əsas yazılış şəklindən istifadə olunur: qlif — (ing.glyph, ru глиф) – hər hansı çap simvolu; bir simvolun çap olunmuş görünüşü. Keql şriftin ölçüsüdür. Ənənəvi olaraq keql punktla (pt) ölçülür. Bir punkt 0.35 mm-ə bərabərdir. Rəng Tətbiqi proqram mühitlərinin obyektlərinin əksəriyyətinin rəngi olur. Effekt simvolun ekranda və sənəddə necə görünəcəyini müəyyənləşdirir. Ən çox istifadə olunan effektlər bunlardır: Altından xətt çəkilmiş . üstündən xətt çəkilmiş, kölgəli, konturlu, qabarıq, batıq, kiçik baş hərflər, hamısı baş hərflər.
Z (hərbi simvol)
Latın əlifbasındakı Z hərfi Rusiyanın 2022-ci ildəki Ukraynaya təcavüzündə iştirak edən Rusiya Silahlı Qüvvələrinin hərbi maşınlarında çəkilmiş bir neçə simvoldan biridir. Müharibə tərəfdarı olan "Z" hərfi Rusiya hökuməti tərəfindən təbliğat vasitəsi kimi istifadə olunur. Rusiya vətəndaşları da bu simvolu işğala dəstək əlaməti kimi qəbul ediblər. Halbuki sovet dövründə Rusiyada "Z" hərfinə faşizmin simvollarından biri kimi məna verilmişdir. Eyni zamanda "Z" hərfi 1973-cü ildə çəkilmiş Sovet cizgi filmində nasist esmineslərinin simvolu kimi təqdim edilmişdir. "Batmış gəmilərin xəzinələri" (Сокровища затонувших кораблей) adlı filmin üç baş qəhrəmanı olan uşaq "Neptun" sualtı qayığında səyahət edərkən dənizin dibində batmış esmineslə qarşılaşırlar. Uşaqlardan biri deyir ki, esminesin üzərindəki "Z" hərfi nasistlərin istifadə etdiyi simvoldur. Digər tərəfdən, qrafik olaraq, "Z" rus xalqının keçmişində olmuş beşbucaqlı ulduz, oraq-çəkic və ya qırmızı bayraq kimi məşhur olmuş sovet simvollarından daha çox, Nasist Almaniyasında istifadə edilən svastikaya daha yaxındır. Çexiya hökuməti "Z" simvolunu svastikaya ekvivalent kimi təsnif etmişdir. Qazaxıstan və Qırğızıstanda isə nəqliyyat vasitələrinin üzərində "Z" simvolunun istifadəsi qadağandır.
İtirilmiş simvol (kitab)
İtirilmiş simvol kitabı (ingiliscə: The Lost Symbol) - Məşhur amerikalı yazıçı Den Braunun əsəri. “The Lost Symbol” (İtirilmiş simvol) romanı professor Lenqdona həsr olunub. Yazıçının bu əsəri 2009-cu ildə həm kitab, həm də elektron formada oxuculara təqdim olunub. Kitabın ilk tirajı 6,5 milyon cilddə buraxılıb. 17 avqust 2009-cu ildə Den Braunun adı ən yaxşı satılan Amerika kitabları arasında üçüncü sırada yer alıb. == Məzmun == Robert Lenqdonun macəraları davam edir. Bu dəfə o, masonların dünyanı dəyişə biləcək böyük sirrini tapmalıdır. Əsrlərlə gizli qalan sirlər, müəmmalı işarələr, simvollar və keçmişin labirintləri ilə ölümcül təhlükəli səyahət... == Xarici keçidlər == "Dan Brown İtirilmiş Simvol" (az.). qanun.az.
ESC simvolu
ESC simvolu – ASCII yığınında təyin olunmuş 32 idarəedici koddan biri; adətən, escape-ardıcıllığın (ESCAPE SEQUENCE) başlanğıcını göstərir. Onluq kodu – 27, onaltılıq kodu – 1Bh. Escape-ardıcıllıqlardan Hewlett-Packard şirkətinin LaserJet seriyalı lazerli printerlərinin işini idarə etmək üçün PCL dilində geniş istifadə olunur.
Ertələmə simvolu
1.Ertələmə simvolu(cancel) – verilənlərin printerə və başqa kompüterlərə ötürülməsində istifadə olunan idarəedici simvol; CAN kimi işarə olunur. Adətən, ötürülən mətn sətrinin ləğv olunmasını bildirir. ASCII simvollarının əsas yığınında ertələmə simvolunun kodu 24-dür. 2.Ertələmək – verilmiş əməliyyatın istifadəçi tərəfindən ləğv olunması. Dialoq bokslarının (DIALOG BOX) bir çoxunda təsdiq ediləsi əməliyyatlar üçün Cancel (ertələ) düyməsi olur. Onu basdıqda heç bir əməliyyat yerinə yetirilmədən pəncərə ekrandan yox olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Görüntü simvolu
Görüntü simvolu (ing. graphics character) — özünə oxşar simvollarla kombinasiyada çox sadə qrafik görüntülər verə bilən simvol. ASCII 95 simvol: == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, Bakı nəşriyyatı, 996 s.
Qazaxıstanın simvolu
Qazaxıstanın gerbi — 4 iyun 1992-ci ildə qəbul edilib. Gerbin müəllifləri Jandarbek Məlibekov və Şota Vəlixanovdur. Final mərhələsində gələcək gerbin təxminən 245 ideya və 67 təsvir layihəsi iştirak edirdi. 1992-ci ilə qədər, Qazaxıstanın gerbi bütün digər keşmiş müttəfiq sovet respublikalarının gerbinə oxşar idi. == Xülasə == Emblem Tibet Yel Atı simvoluna oxşadılaraq, mifik atların qanadlarının köməyi ilə tənzimlənən alaçığın üst hissəsindəki günbəzə oxşar şanırakın (qaz. Шаңырақ, şañıraq; daha çox rus transkripsiyası ilə rus. Шанырак təsadüf olunur) təsviridir. Emblemin dairə forması həyat və əbədiyyət rəmzidir. Şanırak ailə rifahı, sülh və əmin-amanlıq rəmzidir. Qazax şanırakına çox oxşar dizayn qonşu ölkə olan Qırğızıstan bayrağında istifadə edilir.
Sorğu simvolu
Sorğu simvolu – rabitə sistemlərində: verici qurğu tərəfindən göndərilən və qəbuledici qurğu onu aldıqda geriyə hər hansı cavab göndərməli və ya özünü tanıtmalı olduğu kod. ASCII kodunda ENQ simvolunun onluq qiyməti 5-dir (onaltılıq – 05h).
Tabulyasiya simvolu
Tabulyasiya simvolu — tab character ~ символ табуляции ~ sekme karakteri ~ səkmə simvolu, tabulyasiya simvolu – ekranda və çap olunan səhifədə sətirlər və sütunları düzləndirmək üçün istifadə olunan işarə. Tabulyasıya simvolu görünüşcə Spacebar klavişini basarkən daxil edilən boşluq simvolları ardıcıllığından fərqlənmir, ancaq kompüter üçün tabulyasiya simvolu və boşluq simvolu ayrı-ayrı simvollardır. Faylların ötürülməsi və saxlanması ilə bağlı bəzi əməliyyatlar zamanı tabulyasiya simvolu uyğun sayda boşluq simvoluna çevrilir ki, bu da faylın bir proqramda yaradılıb, başqa proqramda istifadə edildiyi hal üçün çox faydalıdır. ASCII kodlaşdırma sxemində tabulyasiya simvolu üçün iki kod var: ekrana, yaxud səhifəyə köndələn aralıqlar almaq üçün üfüqi tabulyasiya (onluq kodu: 9, onaltılıq kodu: 9h) və ekran, yaxud səhifə boyunca aralıqlar almaq üçün şaquli tabulyasiya (onluq kodu: 11, onaltılıq kodu: 08h). Dialoq boksunda bir neçə səhifənin əyani göstərilməsi. Hər hansı səhifəyə keçmək üçün, sadəcə, həmin səhifənin adı yazılmış "qulaqlığı" çıqqıldatmaq lazımdır. tabbed browsing – səkməklə gözdən keçirmə; veb-brauzerin yuxarısındakı "qulaqlıq"ları (TABS) çıqqıldatmaqla bir pəncərədə açılmış bir neçə veb-səhifənin birindən o birinə tez keçmək imkanı. Birdən çox veb-səhifə açıldıqda brauzerin pəncərəsinin yuxarısında "qulaqlıq"lar əmələ gəlir. Hər bir açıq veb-səhifənin öz "qulaqlığ"ı olur və aktiv "qulaqlıq" öz səhifəsi ilə ön planda əks olunur, qeyri-aktiv "qulaqlıq"lar isə arxada gizlənir. İstifadəçi hər hansı "qulaqlığ"ı çıqqıldatmaqla onu aktivləşdirə, yəni həmin səhifəni ön plana keçirə bilər.
Beri-beri
Beri-beri — xəstəliyi B1 vitamininin çatışmazlığından irəli gəlir. Göstərilən xəstəliyi keçirən xəstələrin ürək nahiyəsində pozulmalar müşahidə olunur. Bu xəstəlikdə qıcolmalar və iflicolma baş verir. B1 vitamini əsasən qabığı soyulmamış dəndə, yumurta sarısında, paxlalı bitkilərin toxumalarında, az miqdarda ispanaqda, kələmdə, yerkökü və almada vardır.
Veri-Əliabadı
Veri Əliabadı — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 812 nəfərdir. == Toponimiyası == Oykonimlər "Əlinin kəndi, Əliyə məxsus yaşayış məntəqəsi" mənasındadır. == Tarixi == 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Veri kənd inzibati ərazi dairəsi tərkibindəki Əliabad kəndi Veri Əliabadı kəndi adlandırılmışdır. == Təhsil == Kənddə tam orta məktəb yerləşir. Məktəbin ilk binası 1990-ci ildə tikilmişdir.
Veri Əliabadı
Veri Əliabadı — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 812 nəfərdir. == Toponimiyası == Oykonimlər "Əlinin kəndi, Əliyə məxsus yaşayış məntəqəsi" mənasındadır. == Tarixi == 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Veri kənd inzibati ərazi dairəsi tərkibindəki Əliabad kəndi Veri Əliabadı kəndi adlandırılmışdır. == Təhsil == Kənddə tam orta məktəb yerləşir. Məktəbin ilk binası 1990-ci ildə tikilmişdir.
Azərbaycanda simvol və ornamentlər
Azərbaycanda simvol və ornamentlər — Azərbaycanda tarix boyu mövcud olmuş və müxtəlif sahələrə aid rəmzləri əks etdirən qeyri-maddi mədəni irs nümunələri. Hər bir xalqın mədəniyyəti müxtəlif elementlərdən, o cümlədən əsasını gerçəklikdən alan rəmz və işarələrdən ibarətdir. Digər xalqlarda olduğu kimi, Azərbaycan mədəniyyətinin müxtəlif sahələrində rəmzlərə rast gəlmək mümkündür. Rəmz dedikdə, hansısa fikir və ideyanın obrazlı şəkildə, rəmzlərlə əksi nəzərdə tutulur. Ətraf aləmin simvollarla dərki ibtidai təfəkkürün əsas xüsusiyyətlərindən biri hesab olunur. İbtidai mifləri, arxaik dinləri, arxaik incəsənət formalarını onlarsız təsəvvür etmək mümkün deyil. İbtidai cəmiyyətdə insanlar onları əhatə edən ətraf aləm haqqında təsəvvürlərini məhz rəmzlər vasitəsilə ifadə etmiş, bu vasitə ilə mifoloji təsəvvürlərini, dünya, kainat haqqında görüşlərini nəsildən-nəsilə ötürmüşlər. == Tarixi == Azərbaycanda simvol və ornamentlər kimi təqdim edilən rəmzlərin çoxunun tarixi daha qədimlərə gedib çıxır. Hətta onların bir çoxu arxeoloji materiallarda belə öz əksini tapmışdı. Arxasında duran təsəvvürün unudulması nəticəsində həmin rəmzlər sonralar arxaik mənalarını itirmiş, bədii personajlara, bəzək elementlərinə çevrilmişdi.
Karetin dönüşü simvolu
Karetin dönüşü simvolu (carriage return CR) – cari sətrin başlanğıcına qayıtmağın zəruriliyini göstərən idarəedici simvol. Yazı makinasında karetin dönüşündən fərqli olaraq, bu simvol avtomatik olaraq növbəti sətrin başlangıcına keçidi təmin etmir. Məsələn, əgər “Bu, bir örnəkdir” sözlərindən sonra yalnız CR gəlirsə, kursor və ya printer “Bu” sözünün birinci hərfinə qayıdacaq. ASCII simvollar yığınında CR simvolunun kodu onluq 13 ədədidir (onaltılıq kodu 0Dh). Çox zaman CR simvolu ilə birlikdə kursoru (və ya printerin çap başçığını) növbəti sətrə keçirən sətirkeçirmə (LINE FEED) simvolundan (onluq 10 ədədi və ya onaltılıq 0Ah ədədi) istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Qarpız (Fələstin simvolu)
Qarpız – fələstinlilərin etiraz aksiyalarında və sənət əsərlərində istifadə etdikləri simvol. İsrailin Fələstin torpaqlarını işğalına qarşı mübarizəni simvolizə edir. == Tarixi == Qarpızın Fələstin simvolu kimi istifadə olunmasının tarixi 1967-ci ilə gedib çıxır. Altıgünlük müharibə zamanı İsrail Fələstin torpaqlarını işğal etmiş və Fələstin bayrağını nümayiş etdirməyi qadağan etmişdir. Qadağadan sonra fələstinlilər simvol kimi qarpızdan istifadə etməyə başlamışdırlar. Belə ki, qarpız diliminin rəngləri Fələstin bayrağının rəngləri ilə uyğundur: yaşıl, qırmızı, qara və ağ. İsrail hökuməti sadəcə Fələstin bayrağını deyil, Fələstin bayrağının rənglərini əks etdirən sənət əsərlərinə də senzura tətbiq etmişdir. Məsələn, 1980-ci ildə fələstinli rəssam İssam Bədrlin Ramallahda baş tutmuş sərgisi bu səbəbdən dayandırılmışdır: 1993-cü ildə imzalanmış Oslo akkordlarından sonra Fələstin bayrağı haqqındakı qadağa götürülmüşdür. Həmin vaxt "The New York Times" nəşri "qarpız dilimi daşıyan fələstinli kişilərin həbs olunması" barədə iddia yayımlamışdır. 2021-ci ildə İsrail məhkəməsinin Şeyx-Cərrahda yaşayan fələstinli ailələrin köçürülməsi barəsində qərardan, eləcə də, 2023-cü ildə başlayan İsrail–HƏMAS müharibəsindən sonra qarpız simvolu daha da populyarlaşmışdır.
Sikvel
Sikvel (ing. sequel [siːkwəl] — davam) — süjetə görə bir sənət əsərin davamı. == Növləri == === Sikvel === Nümunə: Aleksandr Dümanın «İyirmi il sonra» romanı «Üç muşketor» romanın sikvelıdır. === Trikvel === Trikvel sikvelın sikvelıdır. Nümunə: «Vikont de Brajelon və ya on il sonra» romanı «İyirmi il sonra» romanın sikvelıdır. Deməli, o «Üç muşketor» romanın trikvelıdır. === Kvadrikvel === Seriyanın dördüncü hissəsi adlandırmaq üçün bəzən Kvadrikvel terminı istifadə edilir. === Prikvel === Prikvel (ing. prequel) — orijinal əsərin hadisələrdən əvvəl olmuş hadisələr haqqında danışan, amma orijinal əsərdən sonra çıxan sənət əsəri. Nümunə: «Maqın bacı oğlu» «Narniya Xronikaları» seriyasının, «Harri Potter: Prikvel» isə «Harri Potter» seriyasının prikvelıdılər.
Simbal
Cimbal üst hissəsi geniş trapez formalı gərilmiş metal qutudan ibarət olan kardafon (chordophone) növüdür. Cimbal 2 döyəcləyici (çubuq) ilə simlərə zərbə endirməklə çalınır. Moravyada bu alət xalq musiqi ansamblı üçün əsas alətlərdən biri kimi istifadə olunur. Cimbalom qrupları günümüzdə ənənəvi musiqi sərgiləyən ən gözlə görülən və ikonik topluluqlar arasındadır. 19-cu əsrdə Moravya musqisinin "kiçik" cimbalom xüsusiyyəti, 20 əsrdə geniş bir istifadə sahəsi tapan olduqca yeni bir musiqi aləti olan "standart" cimbalom ilə dəyişdirildi. Cimbalom qrupunun lideri və ya "şefi" Çexiyada "primáš" olaraq adlandırılan skripkaçıdır (violinist). İkinci violinist- "obligát" isə sıxlıqla düz melodiyanı çalar və "primáš"-ı dəstəkləyər (izləyər). Moravya cimbal qruplarının digər önəmli musiqi alətləri klarnet və kontrabasdır.
Dəri
Dəri — insanın və heyvanların bədənini bir sıra kənar təsirlərdən qoruyan, habelə hissiyyat, tənəffüs və istiliyin tənzimi proseslərində iştirak edən xarici örtükdür. Dəri özündən altda yerləşən toxumaları müxtəlif mexaniki zədələrdən qoruyur, bədənə xəstəlik törədən mikrobları və yad maddələri keçməyə qoymur. Həmçinin, dəri toxumalardan artıq su itkisinə mane olur və bədənin temperatur tənzimində mühüm rol oynayır. Eyni zamanda, dəri onda yerləşən xüsusi törəmələr – reseptorlar vasitəsi ilə xarici mühitin qıcıqlarını (mexaniki, istilik və s.) qəbul etdiyindən duyğu üzvlərindən biridir. Dəridə olan müxtəlif reseptorlar orqanizmlə xarici mühitin qarışılıqlı təsirində böyük rol oynayır. Dəri ifrazat orqanı kimi də dissimilyasiyasının son məhsullarının çox az bir hissəsinin orqanizmdən xaric olunmasında iştirak edir. Dəridə ifrazat məsulları tər və piy vəziləri vasitəsilə xaric olunur. Dəridən tər daima xaric olur və bununla bədənin temperaturu və qanın osmotik təzyiqi tənzim olunur. İnsan bir gündə 500-900 sm³ tər xaric edir. Yay aylarında isə tərin miqdarı 2-3 dəfə artır.