Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Skorbit
Sinqa - Qidada vitaminlərin, xüsusilə də C vitamini (abskorbik turşusu), çatışmaması nəticəsində meydana gələn və diş ətinin boşalması, yumşalması və ondan qan axması şəklində təzahür edən xəstəlik. Xəstəliyin erkən əlamətlərinə zəiflik, yorğunluq hissi və qol və ayaq ağrısı göstərilə bilər. Müalicə edilmədən qırmızı qan hüceyrələrinin azalması, diş əti xəstəliyi, saçlarda dəyişiklik və dəridən qanaxma baş verə bilər. Xəstəlik irəlilədikcə yaraların sağalmasında zəiflik, şəxsiyyət dəyişikliyi və nəhayət infeksiya və ya qanaxma nəticəsində ölüm baş verməsi mümkündür. Simptomlar ortaya çıxması üçün ən az bir ay qidalanma rejimində C vitaminin olmamalıdır. Müasir dövrdə sinqa ən çox zehni pozğunluqları, qeyri-adi yemək vərdişləri, alkoqolik olanlarda və tək yaşayan yaşlı insanlarda baş verir. Digər risk faktorlarına bağırsaq malabsorbsiyası və dializ daxildir. Bir çox heyvan öz C vitaminini istehsal etsə də, insanlar və bir sıra canlılarda bu funksiya yoxdur. Kollagenin formalaşması üçün C vitamini tələb olunur. Diaqnozu, ümumiyyətlə, fiziki əlamətlərə, rentgen şüalarına və müalicədən sonrakı yaxşılaşmaya əsaslanır.
Sistit
Sistit — sidik kisəsinin selikli qişasının iltihabı. Bu sidik-cinsiyyət üzvlərin iltihabı xəstəliklərinin ən çox yayılmış formasıdır. Qadınların 20–25 %-i müxtəlif formada sistit keçirirlər, 10 %-i isə xroniki sistit xəstəsidirlər və bu rəqəmlər ildən-ilə artırlar. Kişilər bu xəstəlikdən nisbətən az əziyyət çəkirlər – sistit kişilərin 0,5 %-ində olur. Çox vaxt sistitlə qadınlar xəstələnirlər və bu onların orqanizmlərinin anatomik quruluşu ilə bağlıdır: qadınlarda sidik kanalı geniş və qısadır, ona görə də kişilərə nisbətən qadınlarda sidik kisəsinə infeksiya düşməsi daha asandır. İnfeksion sistitin səbəbi çox vaxt bağırsaq çöpüdür, bəzən xlamidiya, ureaplazma və kandida göbələkləri də onun səbəbi olur. Sistitə meyilliyi artıran bir sıra xoşagəlməz faktorlar da vardır: sidik kisəsinin divarlarında və kiçik çanaqda qan dövranının pozulması, məsələn, oturaq işdə (kompüter arxasında durmadan 4–6 saat işləmək), tez-tez və uzunmüddətli qəbzliklər, uzun müddət dar paltar, alt paltarı və corab geymək; immunitetin enməsi; sidiklə çıxan maddələrin sidik kisəsi divarlarına qıcıqlandırıcı təsir göstərməsi. Bu o halda baş verir ki, əgər siz çox kəskin qida və qızardılmış qidanı böyük miqdarda ədviyyatla qəbul edirsiniz. menopauza, diabetlə bağlı maddələr mübadiləsinin pozulması xəstəlikləri. Həkimlər, həmçinin, interstisial sistiti fərqləndirirlər.
Bora Kostiç
Borivoye "Bora" Kostiç (serb-kiril. Бopивoje Kocтић; 14 iyun 1930, Obrenovaç, Belqrad dairəsi – 10 yanvar 2011, Belqrad) ― keçmiş Serbiya futbolçusu. Adətən sol cinah hücumçusu mövqeyində oynamış və məhsuldarlığı ilə seçilən Kostiç öz nəsil futbolçuları arasında ən yaxşılarından biri hesab olunur. O, daha çox güclü zərbə və cərimə zərbələrinin uğurla yerinə yetirməsi ilə məşhurdur. Peşəkar karyerası ərzində o, "Srvena Zvezda", "Viçentsa" və "Sent-Luis Stars" klublarının şərəfini qorumuşdur. O, Yuqoslaviya milli futbol komandasının heyətində 33 oyuna 26 qol vura bilmişdir və 1960 Yay Olimpiya Oyunlarının qalibi və UEFA Millətlər Kubokunda finalçı olmuşdur. Kostiç klub səviyyəsində də bol qol sayısı ilə seçilirdi, belə ki, o hələ də "Srvena Zvezda"nın tarixi boyunca ən çox qol vuran oyunçusudur.
Skotia dənizi
Skotia dənizi - Cənubi Georgiya, Cənubi Sandviç adaları və Cənubi Orkney adaları arasında yerləşir. Onun böyük hissəsi Atlantik okeanının ərazisinə, az bir qismi isə Cənub okeanı akvatoriyasına qaxildır. Sahəsi 1,300,000 km², orta dərinliyi 5,000 m, ən dərin yeri 6022 m təşkil edir. Dəniz dibinin dərinliyi 5000 metrdən aşağıdır. Dünya dənizləri arasında orta dərinliyinə görə ən dərin dənizdir. Dəniz soyuq Antarktik cərəyanların təsirinə məruz qalır. Səthində temperatur 6 -1 C arasında dəyişir. Duzluğu 34 ‰ təşkil edir. Cənubunda Ueddell dənizi yerləşir. Dəniz qərbdə Dreyk boğazı vastəsi ilə Sakit okeana birləşir.
Dana Skott
Dana Styuart Skott (ing. Dana Stewart Scott; 11 oktyabr 1932, Berkli, Kaliforniya) — riyazi məntiq və kompüter elmləri sahəsindəki işləri ilə tanınan amerikalı riyaziyyatçı. Skottun araşdırması model nəzəriyyəsi, avtomatika nəzəriyyəsi, modal və intuisist məntiq, konstruktiv riyaziyyat və məntiqlə kateqoriya nəzəriyyəsi arasındakı birləşmə ilə əlaqədardır. Fəlsəfi maraqlar məntiq əsasları, riyaziyyat fəlsəfəsi və təbii dillərin semantik təhlili sahəsində işləmişdir. Riyazi hesablama nəzəriyyəsini inkişaf etdirərək kompüter elminin inkişafına böyük töhfə vermişdir. O, tipik bir λ-hesablama modelini hazırladı, bunun üçün əvvəlcə tam lattalarda xüsusi bir topologiyanı (daha sonra onun adı ilə) təqdim etdi və sonradan qismən sifariş edilmiş dəstləri tamamlamaq üçün ümumiləşdirdi. Bu model çərçivəsində hesablama nəzəriyyəsi və modellərini inkişaf etdirdi, proqramlaşdırma dillərinin denotasion semantikası prinsiplərini inkişaf etdirdi və hesablama anlayışını dərinləşdirdi. 2012-ci ilə kimi Berkli, Kaliforniya ştatında işləyib və yaşamışdır. == Əhəmiyyətli işləri == Scott D. S. Advice on modal logic. — Philosophical problems in logic.
Robert Skott
Rоbert Skоtt (6 iyun 1868[…], Plimut, Devon qraflığı – güm. 29 mart 1912[…], Ross şelf buzlağı, Ross ərazisi) — Böyük Britaniya səyyahı, Antarktidanın tədqiqatçısı. Robert Skott 1868-ci ildə dənizçi ailəsində dоğulmuşdur. 18 yaşında "Badişa" gəmisində miçman, iki ildən sоnra, 1888-ci ildə kiçik leytenant rütbəsi alır. İngilis hökuməti Antarktidaya təşkil etdiyi ekspedisiyaya rəhbərlik etməyi Rоbert Skоta təklif edir. 1902-ci ildə xüsusi layihə üzrə düzəldilmiş "Diskоveri" gəmisinə rəhbərlik edən Skоtt Antarktida sahillərinə çatsa da, iqlim şəraiti və aysberqlər ekspedisiya üzvlərinə materikə çıxmağa imkan vermir. 1910-cu ilin iyun ayında "Terra-Nоva" gəmisi ilə Skоtt yenidən Antarktidaya dоğru üzməyə başlayır. 65 nəfər heyətdən ibarət gəmi materikə yan alır. 1911-ci ilin nоyabr ayında materik üzərinə çıxaraq qütbə dоğru irəliləyir. 1912-ci ilin yanvar ayının 17-də R.Skоtt, Uilsоn, Оts, Bоuers və Evans cənub qütbünə çatmağa müvəffəq оlurlar.
Skott Falman
Skott Elliot Falman ing. Scott Elliot Fahlman (Medina, Ohayo ştatı, ABŞ, 21 mart 1948-ci il) – Karneqi-Mellon universitetinin alimi. O avtomatlaşdırılmış planlaşdırılma, semantik şəbəkə, neyron şəbəkə və Common Lisp proqram dili üzrə böyük mütəxəssis hesab edilir. Falman smayliklərin müəllifi sayılır. Bu təkliflə o yumorlu elanların ciddilərdən fərqləndirmək üçün istifadə etmək istəyirdi. Bunun üçün o :-) və :-(istifadə etməyi təklif etdi. Məsələn: <pre.raw Style="border: 0px;"> 19-Sep-82 11:44 Scott E Fahlman :-) From: Scott E Fahlman <Fahlman at Cmu-20c> I propose that the following character sequence for joke markers: -) Read it sideways. Actually, it is probably more economical to mark things that are NOT jokes, given current trends. For this, use -( Falman 1973-cü ildə Massaçuset Texnoloji İnstitutunda bakalavr, 1977-ci ildə doktorluq dərəcəsi aldı. Falman Amerika süni intellekt assosasiyasının üzvüdür.
Skott Morrison
Skott Con Morrison (ing. Scott John Morrison; 13 may 1968, Sidney) — avstraliyalı siyasətçi, Avstraliyanın Baş naziri. Morrison Sidneydə anadan olub və Yeni Cənubi Uels Universitetində iqtisadi coğrafiya təhsili alıb. 1998–2000-ci illərdə Yeni Zelandiya Turizm və İdman İdarəsinin direktoru vəzifəsində çalışmış və 2004–2006-cı illərdə Avstraliya Turizm Şirkətinin İdarəedici direktoru olmuşdur. İlk dəfə 2007-ci il seçkilərində Yeni Cənubi Uels Kuk Departamentindən Nümayəndələr Palatasına seçildi. Koalisiyanın 2013-cü il seçkilərindəki qələbəsindən sonra Morrison Suveren Sərhədlər Əməliyyatına rəhbərlik etdiyi Abbot hökumətində İmmiqrasiya və Sərhəd Mühafizəsi Naziri seçildi. Növbəti il dəyişiklikdən sonra Sosial Xidmətlər Naziri oldu. Malkolm Törnbul Abbotun Baş nazir vəzifəsini yerinə yetirməsindən sonra 2015-ci ilin sentyabrında xəzinədar təyin edildi. 2018-ci ilin avqust ayında Daxili İşlər Naziri Piter Datton Törnbulu Liberal Partiyaya rəhbərlik etməyi bacarmamaqda günahlandırdı. 24 avqust tarixində isə partiyaya yeni rəhbər seçmək üçün səsvermə təşkil olundu.
Skott Vayzman
Skott Vayzman (ing. Scott Wiseman; 9 oktyabr 1985, Kinqston-apon-Hall) — Cəbəllüttariq və İngiltərə futbolçusu, Cəbəllüttariq liqasında çıxış edən "Linkoln Red İmps" klubunun müdafiəçisi. Vayzman karyerasının əvvəlində 20 yaşadək İngiltərə yığmasında bir neçə oyun keçirmişdir. Vayzman İngiltərədə anadan olsa da, anası Cəbəllütariqdən idi, bu ona "futbol vətəndaşlığını" dəyişmək hüququ vermişdir. Cəbəllütariq UEFA-ya daxil olduqdan sonra Vayzman ilk rəsmi beynəlxalq oyuna çağırış almışdır. O, Slovakiya ilə 0:0 hesabı ilə başa çatan oyunda 90 dəqiqə oynamışdır. Skott Vayzman — transfermarkt.com saytında.
Skott adası
Skott adası (ing. Scott Island) — Sakit okeanın cənubunda Antarktida sahillərinə yaxın, Ader burnundan 600 km aralıda yerləşir. Adanın uzunluğu 4 km, eni isə 2 km təşkil edir. Bazalt təbəqəsinin üzəri bütünlüklə buzla örtülüdür. Yay ayları temperatur 0 °C, qışda isə -40 °C təşkil edir Ada ilk dəfə 1902-ci ildə Britaniya ekspedisiyasının gəmi kapitanı Uilyam Kolbek tərəfindən kəşf edilmiş və Robert Skottun şərəfinə adlandırılmışdır. Adada meteoloji stansiya fəaliyyət göstərir Birds observed at Scott Island, Ross Sea, Antarctica Gerhard Wörner and Giovanni Orsi (1990). Volcanic observations on Scott Island in the Antarctic Ocean Arxivləşdirilib 2009-09-02 at the Wayback Machine, Polarforschung, 60 (2), 82–83.
Skott sahili
Skott sahili (ing. Scott Coast) — Şərqi Antarktidanın qərb sahillərini əhatə edir. Ross dənizinin suları ilə yuyulur. Sahilin uzunluğu 400 km təşkil edir. Ərazisinin böyük hissəsini Şahzadə-Albert dağları tutur. Sahilləri ön dağlığı formasında olan buzlaqlarla sərhədlənir. Burada quru vadilər vardır. Onlar vahələr əmələ gətirir. Bu vahələrdə olan göllərin alt təbəqələrində sular 20—25 °С təşkil edir. Bu vahələrdən birində Yeni Zelandiyaya məxsus olan Vanda stansiyası fəaliyyət göstərir.
Travis Skott
Trevis Skott (əsl adı: Jak Berman Vebster II; 30 aprel 1991, Hyuston, Texas, ABŞ) — amerikalı repçi, müğənni, mahnı yazarı və prodüser. O, "Billboard", "Latin Qremmi", "MTV Video" və "BET Hip Hop" da daxil olmaqla çoxsaylı mükafata layiq görülüb, üstəlik səkkiz dəfə "Qremmi" mükafatına namizəd göstərilib. Trevis 2023-cü ilə qədər ABŞ-də 49 milyondan çox albom satmağa nail olmuşdur. Trevis Skott 2012-ci ildə Epic Records ilə müqavilə imzalayıb. 2013-cü ildə "Owl Pharaoh" adlı debüt miksteypini çıxarıb. Onun sayca ikinci miksteypi olan "Days Before Rodeo" sonrakı il 2014-cü ildə işıq üzü görüb. Trevis Skott 2015-ci ildə debüt studiya albomu olan "Rodeo"-nu yayımlayıb. Bu albom ona geniş tanınma qazandırıb. Albomun trek siyahısında yer alan sinql "Antidote", Billboard Hot 100 cərgəsində 16-cı mövqeni tutub. Trevisin ikinci studiya albomu olan "Birds in the Trap Sing McKnight" 2016-cı ildə işıq üzü görüb və bu onun ilk bir nömrəli albomu kimi yadda qalıb.
Valter Skott
Ser Valter Skott (ing. Sir Walter Scott; 15 avqust 1771[…], Edinburq – 21 sentyabr 1832[…]) — şotland mənşəli vəkil, şair, yazıçı, tarixçi, tarixi roman janrının banisi. Valter Skott Edinburqda imkanlı şotland hüquqşünası Valter Conun (1729–1799) və Edinburq universitetinin tibb professorunun qızı Anna Rezerfordun (1739–1819) ailəsində anadan olmuşdur. O, ailədə 9-cu uşaq idi, bu ailədə böyüyən 13 uşaqdan yalnız 6-sı salamat qalmışdır. 1772-ci ilin yanvarında uşaq iflici xəstəliyinə tutulan Valter Skotun sağ ayağı hərəkət qabiliyyətini itirmiş və o, ömrü boyu şikəst qalmışdır. Uşaqlıq illərini Sendinoyda babasının fermasında və dayısının Kelso yaxınlığında yerləşən evində keçirən Valter Skott Şotlandiyanın sərhəd əyalətləri ilə sıx əlaqəli olmuşdur. Fiziki qüsurlarına baxmayaraq hələ yeniyetmə yaşlarında o, ətrafındakıları iti ağlı və fenomal yaddaşı ilə heyrətləndirirdi. Valter Skott 1778-ci ildə Edinburqa qayıtmışdır. 1779-cu ildən Edinburq məktəblərində təhsil alan Valter Skott 1785-ci ildə Edinburq kollecinə daxil olmuşdur. Kollecdə təhsil alarkən o, alpinizmə dərin maraq göstərmiş, fiziki cəhətdən möhkəmlənmiş, yaşıdları arasında natiqlik qabiliyyəti ilə fərqlənmişdir.
Yucini Skott
Yucini Kerol Skott (ing. Eugenie Carol Scott; 24 oktyabr 1945, Viskonsin) — ABŞ antropoloqu. O, 1986–2013-cü illərdə Milli Elm Təhsili Mərkəzinin icraçı direktoru vəzifəsində çalışmışdır. Skott "gənc Yer kreatsionizmi" və "ağıllı dizayn nəzəriyyəsi"nin aparıcı tənqidçilərindən biridir. O, Missuri Universitetində fiziki antropologiya üzrə fəlsəfə doktoru malikdir. Tibbi antropologiya və insan skelet biologiyası sahəsində tədqiqatlarla məşğuldur. Eugenie C. Scott, Evolution vs. Creationism: An Introduction, Berkley & Los Angeles, California: University of California Press, 2004, ISBN 0-520-24650-0, İstifadə tarixi: 16 July 2010 Also: Westport, Connecticut: Greenwood Press.
İoannis Kosti
İoannis Kosti (17 mart 2000, Larnaka) — Kipr Birinci Divizion təmsilçilərindən olan Nea Salamina klubunda müdafiəçi kimi çıxış edən peşəkar Kiprli futbolçudur. Kosti Nea Salamina akademiyası vasitəsilə inkişaf etmişdir. Kosti öz peşəkar karyerasında debütünü 14 may 2016-cı ildə AEK Larnaka klubuna qarşı oyunda etmişdir. O, 93 dəqiqədə Pedritonu əvəz etmişdir. Həmin görüşdə Nea Salamina liqa görüşündə rəqibinə 3-2 hesabı ilə qalib gəlmişdir. 19 İyul 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Kipr Superkuboku görüşləri daxildir.
Maykl Skott
Maykl Skott (ing. Michael Scott) — "Ofis" teleserialının əsas personajı, Stiv Kerell ifa etmişdir. Maykl "Dunder Mifflin" şirkətinin Skranton şəhərindəki filialının meneceri vəzifəsində çalışır. Buna baxmayaraq o, müvəqqəti olaraq şirkətini tərk edir Pam Bisli və Rayan Hovardla birlikdə öz şirkətini qurur. Altıncı mövsümün "The Meeting" və "The Manager and the Salesman" seriyasında o, Jim Halpert ilə birgə menecer vəzifəsini bölüşür. Yeddinci mövsümdə Maykl, HR nümayəndəsi Holli Flaxsa evlilik təklif edir və onun qocalmış valideynlərinin qayğısına qalmaq üçün Koloradoya köçür. O, "Goodbye, Michael" epizodunda menecer vəzifəsini Deangelo Vickersə buraxır və serialın finalında Dwight Schrute-nin toyunda qonaq kimi sürpriz edir. == Bioqrafiyası == Maykl Qeri Skott 15 mart 1965-ci ildə Pensilvaniya ştatının Skranton şəhərində anadan olub. Uşaqlığının çətin olduğunu və tez-tez özünü tənha hiss etdiyini deyir. Pilot epizodunda o, qardaşı olduğunu bildirir.
Trevis Skott
Trevis Skott (əsl adı: Jak Berman Vebster II; 30 aprel 1991, Hyuston, Texas, ABŞ) — amerikalı repçi, müğənni, mahnı yazarı və prodüser. O, "Billboard", "Latin Qremmi", "MTV Video" və "BET Hip Hop" da daxil olmaqla çoxsaylı mükafata layiq görülüb, üstəlik səkkiz dəfə "Qremmi" mükafatına namizəd göstərilib. Trevis 2023-cü ilə qədər ABŞ-də 49 milyondan çox albom satmağa nail olmuşdur. Trevis Skott 2012-ci ildə Epic Records ilə müqavilə imzalayıb. 2013-cü ildə "Owl Pharaoh" adlı debüt miksteypini çıxarıb. Onun sayca ikinci miksteypi olan "Days Before Rodeo" sonrakı il 2014-cü ildə işıq üzü görüb. Trevis Skott 2015-ci ildə debüt studiya albomu olan "Rodeo"-nu yayımlayıb. Bu albom ona geniş tanınma qazandırıb. Albomun trek siyahısında yer alan sinql "Antidote", Billboard Hot 100 cərgəsində 16-cı mövqeni tutub. Trevisin ikinci studiya albomu olan "Birds in the Trap Sing McKnight" 2016-cı ildə işıq üzü görüb və bu onun ilk bir nömrəli albomu kimi yadda qalıb.
Şeyla Skott
Şeyla Skott (27 aprel 1922, Vuster[d] – 20 oktyabr 1988, London) — uzun məsafədə uçuş işləri ilə 100-dən çox aviasiya qeydini qırdıran bir İngilis aviator idi. Seyla Kristina Hopkins, Worcester, Worcestershire, İngiltərədə doğulmuşdur o bir acınacaqlı uşaqlıq idi və Alice Ottley School yaxşı bir şey etməyib, təxminən bir neçə dəfə çıxarıldı. İkinci Dünya Müharibəsi dövründə dəniz hövzəsində bir tibb bacısı olaraq xidmətlərə qatılıb. 1943-cü ildə aktrisa kimi karyerasına başladı. O, özünü Sheila Scott adlandırdı. 1958-ci ildə dokuz ay təlimdən sonra Thruxton Aerodromunda solo gedəcəyini öyrəndi. Onun ilk təyyarəsi 1959–1964-cü illərdə olan Thruxton Jackaroo (çevrilmiş Tiger güvəsi) G-APAM idi . 1966-cı ilin aprelində o, Piter Comanche 260B G-ATOY'u Mif Too adına alıb, orada doksan dünya rekordunu təyin etdi. 1966-cı il mayın 18-də Londondakı Heathrow şəhərində ilk solo uçuşu keçirdi. 34 iyun 1966-cı ildə, 49.890 km (189 saat) sonra uçan bitirmişdir.
Skott Kouton
Skott Breyden Kouton (ing. Scott Braden Cawthon; 4 iyun 1978, Bell County[d], Texas) — amerikalı videooyun istehsalçısı və yazıçı. Kouton karyerasına xristian və ailə mövzuları haqqında olan videooyunlar yaratmaqla başlayıb. Ancaq bu oyunlar o qədər də bəyənilmirdi. Skottun uğuru 2014-cü ildə yaratdığı qorxu oyunu "Five Nights at Freddy's" ilə daha da artdı. O, oyunun əhəmiyyətli dərəcədə populyarlıq qazanmasından sonra oyunun davam seriyalarını da hazırladı. Oyundan əlavə Skott 2015-ci ildə buraxılan "The Silver Eyes" romanının müəllifi olmuş, həmçinin 2023-cü ildə işıq üzü görmüş "Freddi ilə beş gecə" filminin ssenarisini yazmışdır. Skott Breyden Kouton Texasın Bell County bölgəsində anadan olub. O, 1996-cı ildə Hyuston İncəsənət İnstitutuna daxil olmuşdur.
Skott Coplin
Skott Coplin (ing. Scott Joplin; 1868 – 1 aprel 1917, Nyu-York, Nyu-York ştatı) — afroamerikalı bəstəkar və pianoçu, 44 reqtaym müəllifi, bunlardan ən məşhurları "Estrada artisti" (ing. Entertainer) və "Ağcaqayın yarpağı"dır (ing. Maple Leaf). O, reqtaym janrının ən böyük müəllifi hesab olunur, lakin yalnız ölümündən sonra tanınıb. Yaşadığı müddətdə onun musiqisi afro-amerikan icması tərəfindən "çox ağ", ağlar tərəfindən isə əksinə, klassik qanunlara uyğun gəlməyən "çox qara" kimi qəbul edilirdi. Coplinin yaradıcılığına maraq 1970-ci illərdə yenidən canlandı. 1977-ci ildə onun haqqında Skott Coplin bioqrafik filmi çəkildi, baş rolu Billi Di Uilyams canlandırdı.
Kostin Şar boğazı
Kostin Şar boğazı (rus. Костин Шар ) - Mejduşarski adasını Qusinaya yarımadasından (Yeni Torpaq arxipelaqı) ayırır. Şimal Buzlu okeanına daxil olan Barens dənizi akvatoriyasında yerləşir. Boğazın uzunluğu 100 km, eni 3,5–6 km, dərinliyi 48 m təşkil edir. Sahilləri yüksəkdir və bəzi yerlərdə sıldırımlıdır. İlin böyük qismi buzla örtülü olur. Sahillərində Yujnıy, Qusinıy Nos, Lile, Başmaçnıy nos, Cornıy (Cənub adası), Kostin Nos, Klyuv, Şordovski, Krestovıy burunları vardır. Boğaz daxilində Beluşya, Roqeçeva, Taynaya, Propovskaya, Nerpıy və Başmaçkaya adaları vardır. Boğazda Kruqlıy, Timofeyeva, Sobaçıy və Yarseva körfəzləri vardır. Burada Beluşya Quba qəsəbəsi yerləşir.
Endryu Skott Vo
Ser Endryu Skott Vo (Andrew Scott Waugh (3 fevral 1810, Edinburq – 21 fevral 1878, London) — Böyük triqonometrik xidmətdə işləyən edən britaniya ordusunun zabiti və Hindistanın baş müfəttişi idi. O, Ser Corc Everestin rəhbərliyi altında xidmət emiş və 1843-cü ildə onu əvəz etdi. Vo dünyanın ən yüksək zirvəsinə, Everest zirvəsi adını verdi. == Erkən həyat == Vo, Madrasda baş hərbi müfəttiş vəzifəsində çalışan general Gilbert Vonun ilk oğlu idi. Edinburqda təhsil aldıqdan sonra 1827-ci ildə Addiscombe hərbi seminariyasına daxil olmuş və həmin ilin dekabrın 13-də Benqal Mühəndisliyinə qəbul olundu. 1829-cu ilin mayında Hindistana getməzdən əvvəl Sir Çarlz Pasli ilə birlikdə oxuduğu Çatamda təlim keçmişdir.Vo, kapitan Hatçinsona Kaşiipurda tökmə zavodunun qurulmasında kömək etdi və 13 aprel 1831-ci ildə Benqal istehkamçıları və mədənçilərinin köməkçisi oldu. O, Dehra-Dundakı qərargaha getməzdən əvvəl mərkəzi Hindistanın bir çox yerlərini araşdırdı. Everest qeyd edirdi ki, Vo və Renni riyazi qabiliyyətdə ən yaxşıları idi. == Karyera == Everest 1843-cü ildə təqaüdə çıxdı və Vonu baş müfəttiş kimi onu əvəz etməyi tövsiyə etdi. Vo, Sonakodadan Dehra- Duna qədər Himalay bölgəsini araşdırdı.
Frensis Skott Fitscerald
Frensis Skott Fitscerald ( ing. Francis Scott Key Fitzgerald, 24 sentyabr 1896 – 21 dekabr 1940-cı il ) — ABŞ yazıçısı. == Həyatı == Frensis Skott Fitscerald 24 sentyabr 1896-cı ildə Minnesota ştatının Sent-Pol şəhərində, imkanlı katolik irland ailəsində dünyaya gəlmişdir. Ailədə ona qədər iki uşaq dünyaya gəlib tələf olduğuna görə Skott arzuolunan uşaq olmuşdur. Onu ABŞ himninin sözlərinin -"Ulduzlarla bəzənmiş bayrağın" müəllifinin, onun ulu babası Frensis Skott Kinin (1779—1843) şərəfinə belə adlandırmışdılar. Ana babası Filip Makkuilan ABŞ-yə İrlandiyadan mühacirət etmişdir. Onun ailəsi tezliklə varlanmış, artıq "böyük" Makkullan boyük bir firmaya sahib olmuşdur. Onun atası adlı-sanlı irland əsilzadəsi olsa da arvadı Molli Makkuillanın ailəsi kimi zəngin deyildi və böhran zamanı tamam müflisləşmişdi. Molli Makkuillanın ailəsi onun Edvard Fitscerald ilə evlililiyinə razı olmasalar da, gənc ailəni tam şəkildə himayə etməyə məcbur idilər. Buna görə də Frensis Skott Fitscerald çox yaxşı təhsil ala bilmişdir; 1908—1910 — Sent-Pol Akademiyası, 1911—1913 — ing.
Skott-Hansen adaları
Skott-Hansen adaları — Kara dənizində yerləşən arxipelaq. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı ərazisinə daxildir. Qrupa daxil adalar tundra bitkiləri ilə örtülmüşdür. Mixaylov yarımadasından 20 km aralıda yerləşir. Qərbdə yerləşən ada nisbətən iridir. Ada 3 km uzunluğa malikdir. Adaların ayrılıqda adları yoxdur. Adaların ətrafları ilin qış mövsümü dönəmində buzla örtülü olur. Skott-Hansen adaları Böyük Arktik qoruğu ərazisinə daxildir. Adalar hərbi-dəniz donanmasının leytenantı Skott-Hansenin şərəfinə adlandırılmışdır.
Skott-Kelti adası
Skott-Kelti adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada arxipelqın mərkəzində yerləşir. Ən hündür nöqtəsi 64 metrdir. Quker adasında yerləşən Sedov burnundan 2.5 km qərbdə yerləşir. Ondan Millenius boğazı ilə ayrılır. Ada uzunsov formaya malikdir. Onun uzunluğu 7,5 km, eni isə mərkəzi hissədə 4 km-dir. Adanın böyük hissəsi buzla örtülüdür. Burada uzunluqları 3,5 və 2 km olan iki axar vardır.