Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lepel
Lepel (belar. Лепель) — Belarusda şəhər. Vitebsk vilayətində yerləşən şəhər Lepel rayonunun inzibati mərkəzidir. Şəhər ölkənin paytaxtı olan Minsk şəhərindən 155 km, vilayətin mərkəzi olan Vitebsk şəhərindən isə 110 km məsafədə yerləşir.
Lepus
Dovşan (lat. Lepus) — dovşanlar fəsiləsinə aid məməli cinsi.
Elegeş abidələri
Elegeş abidələri və ya Elegeş abidəsi – 650-ci illərdə yaradılmış və Elegeşt çayı vadisində yerləşən Göytürk abidəsidir. Orxon abidələrindən təxminən 100-150 il əvvəl yazılmışdırlar. == Abidə == İlk yayımlarda "Elegeş abidəsi " olaraq anılan bu abidə 1888-ci ildə Elegeşt çayı vadisində, çayın sol sahilində tapılmışdır. Abidə 1891-ci ildə Klements tərəfindən incələnmiş və kopyalanmışdır. 1892-ci ildə də Oşurkov abidənin eştampajını çıxarıb Vasili Radlova vermişdir. Elegeşt abidəsi 1915-ci ildə Adriyanov tərəfindən Minusinsk muzeyinə gətirilmiş və 19 nömrə ilə qeydiyyata alınmışdır. == Abidənin ölçüləri == Abidə qatı boz rəngdə, 320 x 66 x 20 sm ölçüsündə, üst qismi dar, aşağıya doğru genişləyən qum daşından ibarətdir. Daşın üzərində yuxarıdan aşağıya doğru yarıqlar və çatlar vardır. Abidədə uzunlamasına yazılmış 12 sətir vardır. Abidənin alt qismində ilk yayımlarda müəyyən olmayan damğa vardır.
Fridrih Şlegel
Fridrix Şleqel (alm. Karl Wilhelm Friedrich von Schlegel‎; 10 mart 1772[…], Hannover[…] – 12 yanvar 1829[…] və ya 11 yanvar 1829, Drezden) — alman əsilli filosof, yazıçı, şair, ədəbi tənqidçi və tərcüməçi idi. O böyük qardaşı Avqust Vilhelm Şleqel ilə birlikdə "Yena romantizminin", həmçinin müasir humanitar elmlərin yaradıcılarındandır. == Həyatı == Fridrix Şleqel 10 mart 1772-ci ildə lüteran keşişi ailəsində dünyaya gəlir. Uşaqlığının böyük hissəsini əmisi və böyük qardaşı Avqust Vilhelm Şleqelin yanında keçirir. Verilən yazılara görə kiçik yaşlarında çox dəcəl uşaq olan Fridrix özünə qapanmış davranış tərzi ilə fərqlənmişdir. Vlideynlərinin arzusu ilə ticarət fəzaliyyətinə hazırlaşan Şleqel sonralar Göttingendə hüquq üzrə təhsilə başlayır. Təhsilini Leypsiqdə davam etdirən Fridrix orada əvvəlcə tibb, sonra isə riyaziyyat, fəlsəfə, həmçinin klassik filologiya ilə maraqlanmağa başlayır. Getdikcə onun ədəbiyyata, incəsənət nəzəriyysəinə və tarixə olan marağı artır. == Yazıçılıq fəaliyyəti == 1792-ci ildə o Fridrix Hardenebrq (Novalis) ilə tanış olur.
Fridrih Şleqel
Fridrix Şleqel (alm. Karl Wilhelm Friedrich von Schlegel‎; 10 mart 1772[…], Hannover[…] – 12 yanvar 1829[…] və ya 11 yanvar 1829, Drezden) — alman əsilli filosof, yazıçı, şair, ədəbi tənqidçi və tərcüməçi idi. O böyük qardaşı Avqust Vilhelm Şleqel ilə birlikdə "Yena romantizminin", həmçinin müasir humanitar elmlərin yaradıcılarındandır. == Həyatı == Fridrix Şleqel 10 mart 1772-ci ildə lüteran keşişi ailəsində dünyaya gəlir. Uşaqlığının böyük hissəsini əmisi və böyük qardaşı Avqust Vilhelm Şleqelin yanında keçirir. Verilən yazılara görə kiçik yaşlarında çox dəcəl uşaq olan Fridrix özünə qapanmış davranış tərzi ilə fərqlənmişdir. Vlideynlərinin arzusu ilə ticarət fəzaliyyətinə hazırlaşan Şleqel sonralar Göttingendə hüquq üzrə təhsilə başlayır. Təhsilini Leypsiqdə davam etdirən Fridrix orada əvvəlcə tibb, sonra isə riyaziyyat, fəlsəfə, həmçinin klassik filologiya ilə maraqlanmağa başlayır. Getdikcə onun ədəbiyyata, incəsənət nəzəriyysəinə və tarixə olan marağı artır. == Yazıçılıq fəaliyyəti == 1792-ci ildə o Fridrix Hardenebrq (Novalis) ilə tanış olur.
Fridrix Şleqel
Fridrix Şleqel (alm. Karl Wilhelm Friedrich von Schlegel‎; 10 mart 1772[…], Hannover[…] – 12 yanvar 1829[…] və ya 11 yanvar 1829, Drezden) — alman əsilli filosof, yazıçı, şair, ədəbi tənqidçi və tərcüməçi idi. O böyük qardaşı Avqust Vilhelm Şleqel ilə birlikdə "Yena romantizminin", həmçinin müasir humanitar elmlərin yaradıcılarındandır. == Həyatı == Fridrix Şleqel 10 mart 1772-ci ildə lüteran keşişi ailəsində dünyaya gəlir. Uşaqlığının böyük hissəsini əmisi və böyük qardaşı Avqust Vilhelm Şleqelin yanında keçirir. Verilən yazılara görə kiçik yaşlarında çox dəcəl uşaq olan Fridrix özünə qapanmış davranış tərzi ilə fərqlənmişdir. Vlideynlərinin arzusu ilə ticarət fəzaliyyətinə hazırlaşan Şleqel sonralar Göttingendə hüquq üzrə təhsilə başlayır. Təhsilini Leypsiqdə davam etdirən Fridrix orada əvvəlcə tibb, sonra isə riyaziyyat, fəlsəfə, həmçinin klassik filologiya ilə maraqlanmağa başlayır. Getdikcə onun ədəbiyyata, incəsənət nəzəriyysəinə və tarixə olan marağı artır. == Yazıçılıq fəaliyyəti == 1792-ci ildə o Fridrix Hardenebrq (Novalis) ilə tanış olur.
Hans Şlegel
Hans Şlegel (alm. Hans Wilhelm Schlegel‎; 3 avqust 1951) — alman fiziki və astronavtı, Avropa Kosmik Agentliyinin kosmonavtı.
Sleşer filmi
Sleşer (ing. slash "arxadan zərbə; vurmaq") — qorxu filmlərinin alt janrı; bir neçə insanı bir-birinin ardınca təqib edən və qətlə yetirən (bəzən maska ​​taxan, bəzən fövqəltəbii güclərə malik olan) psixopat-qatil obrazının olması ilə xarakterizə olunur, əksər hallarda yeniyetmələr, adətən təsadüfi, səbəbsiz bir şəkildə, bir gündə bir çox insanın həyatını məhv edir. Kino-tənqidçilər italyan filmləri olan The Peeping Man (1960) və Psixo (1960) kimi psixoloji qorxu filmlərini sleşerin inkişafına ilkin təsirlər kimi göstərirlər. Bu janr 1978–1984-cü illərdə öz zirvəsinə çatdı — həmin illər belə filmlərin "qızıl dövrü" sayılır. Sleşer filmlərinin diqqətəlayiq nümunələrinə Texas qətliamı (1974), Təpələrin gözləri var (1977), Hellouin (1978), Cümə, ayın 13-ü (1980), Qarağac küçəsində qarabasma (1984), Uşaq oyunu (1988), Fəryad (1996), Mən bilirəm siz keçən yay nə etmisiniz (1997), Yanlış döngə (2003) və s. göstərmək olar.
Cennifer Lopes
Cennifer Linn Lopez (ing. Jennifer Lynn Lopez; 24 iyul 1969[…], Bronks, Nyu-York) — əsasən J. Lo ləqəbi ilə tanınan ABŞ müğənnisi, aktrisası və rəqqasəsi. İspan dilli amerikalı aktrisa hesab olunur, həmçinin müğənni və maneken kimi də fəaliyyət göstərir. Dünya üzrə 55 milyondan artıq musiqi diskini satıb. 1998-ci ildə Qarışqa Zed cizgi filmində "Atsteka" personajını səsləndirmişdir. == Həyatı == Cennifer Lopez 1969-cu il iyulun 24-də Cənubi Bronksda doğulub. Valideynləri Qvadelupa Rodriqes və David Lopez Puerto-Rikodan gəlmiş mühacirlər olublar. Cenniferin özündən böyük Linda və Lesli adlı iki bacısı var. Ailə kasıb yaşasa da, valideynləri qızlarını təmin etməyə və küçənin təsirindən qorumağa çalışıblar. Bu məqsədlə də Qvadelupa və Devid pul yığaraq Cenniferi katolik məktəbinə göndəriblər.
Eber Lopes
Eber Lopes (port. Héber Roberto Lopes; 13 iyul 1972, Londrina, Braziliya) — Braziliyalı futbol hakimi. == Hakimlik karyerası == 1995-ci ildən peşəkar hakimdir, 1997-ci ildən Braziliya çempionatının oyunlarını idarə edir. 2012-ci ildən FİFA hakimidir. Futbol üzrə 2014-cü il dünya çempionatının seçmə mərhələsinin oyunlarında hakimlik edib. 2016-cı il Kopa Amerika Sentenario final oyununu idarə etmişdir. Lopes finalda əsasən, argentinalıların etirazlarına səbəb olan qərarlarla yadda qalmışdı. Brazilyalı referi həlledici oyunda Çilinin və Argentinanın bir oyunçusuna qırmızı vərəqə vermişdi. Matçın 28-ci dəqiqəsində çilili Marselo Diazı ikinci sarı vərəqəylə meydandan qovan hakim, 43-cü dəqiqədə isə argentinalı Markos Roxoya qırmızı vərəqə göstərmişdi.
Lepus americanus
Amerika ağ dovşanı (lat. Lepus americanus) dovşanlar fəsiləsinin dovşan cinsinə aid məməli növüdür. == Yarımnövləri == Lepus americanus americanus Lepus americanus bairdii Lepus americanus cascadensis Lepus americanus dalli Lepus americanus struthopus Lepus americanus virginianus == Yeməlnmə == Bala dovşanın anasından 30-45 gün süd əmməsi lazımdır. Burada onların kifayət qədər süd əmmələri çox əhəmiyyətlidir, çünki ana südü ilə lazımi immunitet əldə edilər. Balalar bu immunitet ana südündən başqa heç bir qidadan götürə bilməzlər. Burada süd yalnız dovşan südü olmalıdır. Dovşan balaları 15 gündəlik olduqdan sonra ana südü ilə birgə quru yonca-quru saman və pelet yeyirlər. Dovşanların bəslənməsində digər bir məsələ onlara tərəvəz və meyvə vermənin zamanıdır. Bu qidalar sulu qida olduqlarından 3 aylıq yaşdan əvvəl verilmələri uyğun olmaz. Çünki həzm sisteminin inkişafı tam olaraq reallaşmamışdır.
Lepus brachyurus
Yapon dovşanı (lat. Lepus brachyurus) — Dovşanlar fəsiləsinə aid növ. Yaponiya adalarında yayılmış endemik canlı. == Görünüşü == Yapon dovşanı əsasən kiçik ölçülü dovşanlara aiddir. Onların çəkisi 2,5 kq təşkil edir. Rəngi parlaq qırmızı-qəhvəyidən tünd boz-qəhvəyi çalarlarında ola bilir. Ağ ləkələr isə baş və ayaq nahiyələrində rast gəlinir. Şimal adalarında yayılmış yarımnövlərdə mövsümü dimorfizm müşahidə edilir. Beləki, qış ayları xəzi ağ rəngə bürünür. == Yayılması == Onların yayılma sərhədləri əsasən yapon adaları daxilində yerləşir Honşu, Şikoku, Kyuşu, Sado, Oki adaları, Avaci.
Lepus europaeus
Boz dovşan və ya Adi dovşan (lat. Lepus euporaeus) dovşanlar fəsiləsindən (lat. Leporidae) olan məməli növüdür. == Xarici görünüşü == Bədən uzunluğu 57 – 68 sm, çəkisi 4 – 6 kq-a, nadir hallarda 7 kq çatır. Ən iri fərdləri arealın şimal və şimal – şərq hissələrində qeydə alınır. Xarici görünüşcə boz dovşan daha uzun qulaqları (9,4 – 14 sm) və üst tərəfdən qara və ya qaramtıl – qonur rəngli uzun pazşəkilli quyruğu ilə (7,2 – 14 sm) ağ dovşandan asanlıqla ayırd edilir. Gözləri qırmızımtıl – qəhvəyi rəngdədir. Ağ dovşanla müqayisədə arxa ətrafları daha uzundur, lakin pəncələri qısa (pəncənin uzunluğu 13,6 – 18,5 sm) və dardır. Bunun səbəbi adi dovşanın qar örtüyünün çox olmadığı ərazilərdə yayılmasıdır. Yay tük örtüyü sarımtıl – boz, qonur, qəhvəyi, sarımtıl – qırmızı və ya zeytuni – qonur olur.
Lopes burnu
Lopes burnu (fr. Cap Lopez) — Mərkəzi Afrikanın Qabon sahillərində 55 km məsafədə uzanan burun və yarımada. Burun həmçinin Qvineya körfəzini Atlantik okeanından ayıran təbii sərhəddir. Burunda Oqave çayının deltası yerləşir. Yaxınlıqda Port-Jantil şəhəri yerləşir. Burunda 1897-ci ildə mayak quraşdırılmışdır. Müasir bina isə 1911-ci ildə inşa edilmişdir. Burun öz adını portuqaliyalı araşdırmaçı Qonsales Lopesin adından almışdır. O, 1474-cü ildə buruna qədər üzüb gələ bilmişdir. XVIII—XIX əsrlərdə burun qul ticarətinin əsas mərkəzlərindən biri olmuşdur.
Mario Yepes
Mario Yepes (d. 13 yanvar 1976; Kali, Kolumbiya) — Kolumbiyalı futbolçu. Hal hazırda "Atalanta" komandasında oynayır. == Karyerası == === Klub karyerası === 1994-cü ildə Kortuala komandasında peşəkar olan Yepes, həmin vaxtdan etibarən müdafiəçidir. 1997-ci ildə Deportivo Kali komandasına transfer oldu. 1998–1999 Kolumbiya liqasında çempion oldu. 1999-cu ildə Argentina komandalarından olan River Pleyt komandasına transfer oldu. 1999–2000-ci illərdə Argentina liqası çempionu olan Yepes, 2002-ci ildə Fransa komandası olan Nant komandasına transfer oldu. Həmin il Marioya "Rey" ləqəbi verildi. Nant komandasında olan uğuru ilə 2004-cü ildə Pari Sen-Jermen komandasına transfer oldu və "Super Mario" ləqəbini qazandı.
Mark! Lopes
Mark! Lopes — Amerikalı ətraf mühit fəalı. O, ekoloji ədaləti müdafiə edən East Yard icmasının icraçı direktorudur. 2017-ci ildə Qoldman Ətraf Mühit Mükafatını qazanışdır. == Bioqrafiyası == Santa Kruzdakı Kaliforniya Universitetini və Nortricdəki Kaliforniya Dövlət Universitetini bitirmişdir. Onun nənəsi Mothers of East Los Angeles təşkilatının həmtəsisçisi Xuana Beatris Quterredir. Kaliforniyanın Vernon şəhərində qurğuşun batareyasının çirklənməsinin aradan qaldırılması üçün lobbiçilik etmişdir. Los Anceles Vətəndaş Mərkəzində etiraz aksiyası təşkil etmişdir.
Pablo Lopes
Pablo Sesar Lopes Martines (isp. Pablo César López Martínez; 7 yanvar 1998, Santyaqo-de-Keretaro, Meksika) — Meksika təmsilçilərindən olan Paçuka klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Meksika futbolçusudur. == Klub karyerası == Lopes peşəkar karyerasına Paçuka klubunda başlamışdır. O, peşəkar karyerasında debütünü 18 fevral 2016-cı ildə Meksika Kubokunda Atletiko San-Luis klubuna qarşı oyunda etmişdir. Lopes Meksika Premyer Liqasında debütünü 20 noyabr 2016-cı ildə Amerika klubuna qarşı oyunda etmişdir. O, ikinci hissədə Xorxe Ernandesi əvəz etmişdir. == Milli karyerası == 2015-ci ildə Lopes Meksikanın gənclərdən ibarət milli komandası ilə Hondurasda keçirilən Şimali Amerika Gənclər Çempionatında iştirak etmişdir. Həmin ildə Lopes Meksikanın gənclərdən ibarət milli komandası ilə Çilidə keçirilən Gənclər arasında Dünya Çempionatında iştirak etmişdir. Turnirdə Pablo Argentina, Avstraliya, Almaniya, Çili, Ekvador, Nigeriya və Belçika milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. Almaniya və Çili millilərinə qarşı oyunda Lopes bir qolla yadda qalmışdır.
Team Sleep
1994-cü İldə qurulmuşdur. Qrup üzvləri Çino Moreno (Deftones'un vokalı, gitara), Todd Wilkinson (gitara), Dj Crook, Zach Hill (Baraban) və Rick Verrett (bass). Team Sleep ilk olaraq Çino Moreno və Todd Wilkinson tərəfindən qurulmuşdur və daha sonra sırasıyla DJ Crook, Zach Hill və Rick Verrett qatılmışdır. == Diskoqrafiya == Team Sleep - 2005 Soundtreklər "Ataraxia" – 3:17 "Ever (Foreign Flag)" – 2:51 "Your Skull Is Red" – 3:41 "Princeton Review" – 5:09 "Blvd.
Vaqner Lopes
Vaqner Lopes (d. 29 yanvar 1969) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 20 oyun keçirib, 5 qol vurub.
Marqa Lopes
Marqa Lopes (isp. Marga Lopez; əsl adı — Katalina Marqarita Lopes Ramos, isp. Catalina Margarita Lopez Ramos; 21 iyun 1924 – 4 iyul 2005, Mexiko) — Argentina mənşəli görkəmli Meksika teatr və kino aktrisası. Meksika kinematoqrafiyasının Qızıl əsr dönəminin aktrisasıdır. == Həyatı == Marqa Lopes 21 iyun 1924-cü ildə San-Migel-de-Tukumanda Pedro Lopes Sançes və Dolores Ramos Navanın ailəsində anadan olmuşdur. Ailədə 7 uşaq idilər — özündən başqa onun Manuel, Migel, Pedro və Xuan adlı dörd qardaşı, Dolores-kiçik və Mariya adlı iki bacısı var idi. Dünyaya gələndən sonra böyük ailəsi ilə birlikdə Meksikaya köçmüş və buna görə də vətəndaşlığını orada almışdır. 1936-cı ildə ailəvi şəkildə bütün Latın Amerikası boyunca kruizə çıxarkən prodüser Karlos Amadorla tanış olmuşdur. O, Marqa Lopesə kinematoqrafda yaşıl işıq yandırır. Aktrisa 1945-ci ildə Meksika kinematoqrafiyasında debüt edir.
Avqust Vilhelm Şleqel
Avqust Vilhelm Şleqel (alm. August Wilhelm von Schlegel‎; 8 sentyabr 1767[…], Hannover – 12 may 1845[…], Bonn, Prussiya) — alman əsilli ədəbiyyat tarixçisi, tərcüməçi, yazıçı və filosof idi. O qardaşı Fridrih Şleqel ilə birlikdə alman romantizminin yaradıcılarından sayılır. == Həyatı == Hələ uşaq illərindən o dillərin mənimsənilməsinə, ədəbiyyata, xüsusilə də poeziyaya olan qabiliyyətini nümayiş etdirir. Kiçik yaşlarından şeir yazmağa başlayır. 1786-cı ildə GöttingenUniversitetinə daxil olaraq fəlsəfə və filologiyaüzrə təhsil almağa başlayır. Orada o Avqust Bürqer il tanış olur. O Avqust Şleqelə tərcüməçilik üzrə klassik və yeni dilçiliyin incəliklərini öyrədir. Amsterdamda ev müəllimi işlədiyi illərdə o tənqidçi və rəyçi kimi də çalışırdı. Yenaya köçdükdən sonra (1795–1801) o həyat yoldaşı Karoline Şleqel, öz qardaşı Fridrih Şleqel və onun həyat yoldaşı Doroteya Şleqel, Yolhann Qottlieb və sonralar onlara qoşulmuş Ludviq Trek və Novalislə birlikdə "yeni romatizm" məkətbini formalaşdımışdır.
III Vlad Tsepeş
III Vlad Tsepeş (rum. Vlad Ţepeş) və ya Vlad Drakula (rum. Drăculea) (ən tezi 1428 və ən geci 1431 və ya dekabr 1431 – 14 dekabr 1476, Buxarest, Valaxiya knyazlığı)- Valaxiya voyevodası. Atası və babası kimi "Drakon" ("Əjdaha") ordeninin üzvü olmuşdur. 1897-ci ildə irland yazıçısı Brem Stoker Drakula əsərini yazmışdı. Bu kitab Vlad Tsepeşin şöhrətini daha da artırmışdı. Əslində "Drakula" əsərində IV əsrdə hökmranlıq etmiş İrlandiyanın qəddar hökmdarı Drakuladan danışılır. == Həyatı == III Vlad Tsepeş Transilvaniyanın (Şimal-Qərbi Rumıniya) kiçik Siqişoara şəhərciyində 1431-ci ilin noyabr və ya dekabr ayında dünyaya gəlmişdir. 13 yaşı olanda Osmanlılar tərəfindən əsir götürülmüşdü. 4 il əsir qaldıqdan sonra azad edilmişdi.
Sletnes Dəniz Mayakı
Sletnes Dəniz Mayakı, Avropa qitəsinin yerləşməsinə görə ən şimalında yerləşən dəniz mayakıdır.Norveçin Finnmark rayonunun Qamvik şəhərinin üç kilometr şimalında yerləşən dəniz mayakı, 1905-ci ildə inşa edilərək istifadəyə verilmişdir. 39m yüksəkliyi olan dəniz fənəri, Finnmark rayonunda yerləşən tək tökmə dəmir dəniz mayakıdır. 1944 cü ildə İkinci Dünya müharibəsi ərəfəsində Alman birləşmələri tərəfindən təmamilə məhv edilsə də müharibədən sonra,1948-ci ildə təkrar bərpa edilmiş və istifadəyə açılmışdır.
Fransisko Solano Lopes
Fransisko Solano Lopes Karillo (isp. Fransisko Solano López Carrilo; 24 iyul 1826[…], Asunson – 1 mart 1870). == Həyatı == 1827-ci ilin 24 iyulda Monaro Asunsonda dünyaya göz açır. 1870-ci ilin 1 martında Serro Kora Amabayda öldürülür.O böyük hökumət adamı, respublika ordusunun marşalı (Marşal de los Ejėrcitosde la Respública) (5 mart 1865), hərbi nazir (1855-1862), müvəqqəti prezident vəzifəsini daşıyıcısı (10 sentyabr 1862 - 16 oktyabr 1862), 1862 16 oktyabrdan 15 avqust 1869-ilə qədər Paraqvayın prezidenti olmuşdur.16 avqustdan vəzifədən uzaqlaşdırısada ölənə qədər bu vəzifəni yerinə yetirilmişdir. O Karlos Antonio Lopesin böyük oğlu olur. Bundan da irəli gələrək atasından hakimiyyəti vərəsə olaraq almışdır. Paraqvay müharibəsinin əsas fiqurlarınından biri və ideoloqlarından idi. == Ölümü == Müharibənin sonunda 1870-ci ilin 1 martında öldürülür. Onun 200 nəfərlik dəstəsi müharibəni davam etdirirdi və onları Üçlər birliyinin qüvvələri təqib edirdi. Nəhayət Lopesin tərəfdarlarının düşərgəsi aşkarlanır.
Karlos Antonio Lopes
Karlos Antonio Lopes (isp. Carlos Antonio Lopéz; 4 noyabr 1792, Asunson – 10 sentyabr 1862, Asunson) — Paraqvay siyasətçisi olaraq ölkənin birinçi prezidenti olmuşdur. Faktiki diktator olaraq olkəni 1841–1862-ci illər ərzində ölkəni idarə etmişdir. O ölkənin xariçi siyasətində qapalılıqdan imtina etmiş, modernləşmə xəttdi götürmüşdür. Üstəlik beynəlxaq birliyə üzv olmuş həm də beynəlxaq münaqişələrə sürüklənmişdi. == Bioqrafiyası == Lopesin valideynləri ispan və hindu məşəlli olmuşdur. Kasıb ailədə dünyaya göz acır. O semnariyanı bitirdikdən sonra Asunsonda dərs deyir, o vaxta qədər ki Xose Qasperi Rodriges de Fransi seminariyanı bağlayır. Ümumiyyətlə o ölkədə ali təhsili ləğv etməyi calışır. Lopes varli bir qadınla evlənir hansı ki, bu qız ölkənin ən varlı ailəsinin övladı idi.