Avqust Vilhelm Şleqel (alm. August Wilhelm von Schlegel; 8 sentyabr 1767[2][3][…], Hannover[4] – 12 may 1845[5][2][…], Bonn, Reyn əyaləti[d][4]) — alman əsilli ədəbiyyat tarixçisi, tərcüməçi, yazıçı və filosof idi. O qardaşı Fridrih Şleqel ilə birlikdə alman romantizminin yaradıcılarından sayılır.
Avqust Vilhelm Şleqel | |
---|---|
alm. August Wilhelm von Schlegel | |
Doğum tarixi | |
Doğum yeri | Hannover |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Bonn |
Dəfn yeri |
|
Milliyyəti | alman |
Təhsili | |
Fəaliyyəti | dilçi, tərcüməçi, filosof, şair, ədəbiyyat tənqidçisi, ədəbiyyat tarixçisi, dramaturq, universitet müəllimi[d], yazıçı, sənətşünas |
Fəaliyyət illəri | 1801–1845 |
Əsərlərinin dili | alman dili, fransız dili |
İstiqamət | romantizm |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Hələ uşaq illərindən o dillərin mənimsənilməsinə, ədəbiyyata, xüsusilə də poeziyaya olan qabiliyyətini nümayiş etdirir. Kiçik yaşlarından şeir yazmağa başlayır. 1786-cı ildə GöttingenUniversitetinə daxil olaraq fəlsəfə və filologiyaüzrə təhsil almağa başlayır. Orada o Avqust Bürqer il tanış olur. O Avqust Şleqelə tərcüməçilik üzrə klassik və yeni dilçiliyin incəliklərini öyrədir. Amsterdamda ev müəllimi işlədiyi illərdə o tənqidçi və rəyçi kimi də çalışırdı. Yenaya köçdükdən sonra (1795–1801) o həyat yoldaşı Karoline Şleqel, öz qardaşı Fridrih Şleqel və onun həyat yoldaşı Doroteya Şleqel, Yolhann Qottlieb və sonralar onlara qoşulmuş Ludviq Trek və Novalislə birlikdə "yeni romatizm" məkətbini formalaşdımışdır. Bu yeni tənqidi-poezoloji istiqamətdə o qardaşı fridrih Şleqel ilə birlikdə 1798–1800-cü illərdə "Atenaeum" jurnalının çapını təşkil edir. 1796-cı ildə Şleqel Şekspirin dramlarının tərcüməsini başa çatdırır və 1797–1810-cu illərdə onu çap etdirir. Sonralar Doroteya Tik və Volf Qraf fon Baudissin tərəfindən tamamlanmış bu tərcümələr bu günə kimi alman dilində istifadə olunan əsas tərcümələr sayılırlar.
Uğursuzluqlar və polemikalardan bezmiş Şleqel 1801-ci ildə Berlinə köçür. 1801–1804-cü illərdə Avqust Şleqel Berlində "Gözəl ədəbiyyat və incəsnət" haqqında mühazirələr oxuyur. Bu mühazirələrdə o, qerman və ibtidai orta əsrin, həmçinin qədim Romanın klassik qədim ədəbiyyatını tərənnüm edirdi.
Şleqel 1803-cü ildə Karoline ilə nikahı pozulandan sonra o uzun müddət (1817-ci ilə qədər) madam de Stelin yaxın dostu kimi onu bir çox səyahətlərdə, o cümlədən İtaliya, Almaniya, Avstriya və Russiya, Danimarka və İsveç ölkələrinə müşayiət edir. Bu illərin onun ən parlaq işləri darmatik incəsənət və ədəbiyyat haqqında etdiyi məruzlərdən ibarət idi. Sonrakı illərdə, əsasən də o 1818-ci iləd Bonn universitetində professor kimi çalışdığı müddətdə Şleqel yendiən filologiyaya üz tutur, əsasən də hindistan filologiyasına (1829–46 Rəməyana-tərcümə). O Humboldt və Frans Bopp kimi müasir müqayisəvi lingvistikanın yaradıcılarından sayılır. Amma onu sırf filologiya maraqlandırmırdı. O yaırdı ki, müqayisəvi dilçiliklə o insanların təbii tarixi haqqında nəticəyə gəlməyə çalışır. O qeyd edirdi ki, məsələn, dilərin müqayisəsi "Ali qan" qrupuna daxil olanlar haqqında daha dəqiq məlumat verə bilər, nəinki, cismani müqayisə. Onun irqlər nəzəriyyəsi hələ də dərin araşdırılmayıb.
Yaşı artdıqca Şleqelin öz xarici görkəminə daha çox fikir verməsi onun çox vaxt gülünc obyektinə çevrilməsinə səbəb olurdu. 1827-ci ildə onun təsviri sənətin nəzəriyyəsi və tarixi haqqında etdiyi mühazirələr uğursuzluğa düçar olur.
Avqust Şleqel 12 may 1845-ci ildə Bon şəhərində vəfat edir və qədim qəbirstanlıqda dəfn olunur.