Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Solent
Solent (ing. The Solent) — La-Manşın şimalında yerləşən boğaz, Vayt adasını Böyük Britaniya adasından ayırır. Boğazdan çoxlu sayda sərnişin, yük və hərbi gəmilər keçir. Yelkənli qayıqların yarışları keçirilməsi ilə seçilir. Sahilində iki mühüm liman şəhərləri yerləşir: Sauthemptom və Portsmunt. Boğazın şimalında Sauthemptom -Uoter körfəzi qərarlaşır. Boğazın sahil hissəsinin böyük hissəsi qorunma bölgəsidir. Bölgənin bir hissəsi Nyu-Forest Milli parkə ərazisinə daxildir. İlk əvvəllər Solet çay vadisi olmuşdur. Soletin əsas çayları Frum, İtçet və Test olmuşdur.
Proprioseiopsis solens
Proprioseiopsis solens (lat. Proprioseiopsis solens) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. Proprioseiopsis solens Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Solano Kassamajor
Solano Kassamayor — 21 noyabr 1995-ci ildə anadan olmuşdur. Belçikalı akrobatika gimnastıdır. Belçikanı 2015-ci ildə Avropa Oyunlarında təmsil etdi və 3 gümüş medal qazandı. Solano Kassamayor Yana Vastavel ilə birgə Azərbaycan paytaxtında çoxnövçülük, balans hərəkətləri və temp hərəkətlərində gümüş medal qazandı. 2013-cü ilin Avropa Çempionatınında gümüş medalçısıdır. Solano Kassamayor 21 noyabr 1995-ci ildə anadan olmuşdur. Solano Kassamayor ilk uğurunu 2013-cü ildə Portuqaliyada qazandı. O Odivelasdə Avropa Çempionatının gümüş medalını qazandı. 1 il sonra isə Solano 2015-ci ildə Azərbaycan paytaxtında böyük uğur qazandı. O Bakıda Avropa Oyunlarında Yana Vastavel ilə birgə 3 gümüş medal qazandı.
Solano Kassamayor
Solano Kassamayor — 21 noyabr 1995-ci ildə anadan olmuşdur. Belçikalı akrobatika gimnastıdır. Belçikanı 2015-ci ildə Avropa Oyunlarında təmsil etdi və 3 gümüş medal qazandı. Solano Kassamayor Yana Vastavel ilə birgə Azərbaycan paytaxtında çoxnövçülük, balans hərəkətləri və temp hərəkətlərində gümüş medal qazandı. 2013-cü ilin Avropa Çempionatınında gümüş medalçısıdır. Solano Kassamayor 21 noyabr 1995-ci ildə anadan olmuşdur. Solano Kassamayor ilk uğurunu 2013-cü ildə Portuqaliyada qazandı. O Odivelasdə Avropa Çempionatının gümüş medalını qazandı. 1 il sonra isə Solano 2015-ci ildə Azərbaycan paytaxtında böyük uğur qazandı. O Bakıda Avropa Oyunlarında Yana Vastavel ilə birgə 3 gümüş medal qazandı.
Te-Solent
Solent (ing. The Solent) — La-Manşın şimalında yerləşən boğaz, Vayt adasını Böyük Britaniya adasından ayırır. Boğazdan çoxlu sayda sərnişin, yük və hərbi gəmilər keçir. Yelkənli qayıqların yarışları keçirilməsi ilə seçilir. Sahilində iki mühüm liman şəhərləri yerləşir: Sauthemptom və Portsmunt. Boğazın şimalında Sauthemptom -Uoter körfəzi qərarlaşır. Boğazın sahil hissəsinin böyük hissəsi qorunma bölgəsidir. Bölgənin bir hissəsi Nyu-Forest Milli parkə ərazisinə daxildir. İlk əvvəllər Solet çay vadisi olmuşdur. Soletin əsas çayları Frum, İtçet və Test olmuşdur.
Solent Universiteti
Solent Universiteti — Birləşmiş Krallıqda, Sauthempton şəhərində dövlət universiteti. Universitetin mənşəyi 1856-cı ildə qurulan Sauthempton İncəsənət Kollecinə gedib çıxır. Sauthempton Texnologiya Kolleci və Varşaşdakı Dəniz Araşdırmaları Kolleci birləşdikdən sonra 1984-cü ildə Sauthempton Ali Təhsil İnstitutu yaradıldı. Sauthempton İnstitutu 12 iyul 2005-ci ildə Solent Universiteti adını aldı. Solent Universitetinin 3 əsas kampusu var: Şəhər, Varşaş və Timsberi kampusları. Biznesin İdarəetməsi fakültəsi Hüquq və Rəqəmsal Texnologiyalar fakültəsi (Solent Biznes Məktəbi və Solent Hüquq Məktəbini özündə birləşdirir) Yaradıcı İncəsənət fakültəsi Memarlıq və Mühəndislik fakültəsi Tibb və Sağlamlıq elmləri Məktəbi Sosial Elmlər və Varşaş Dəniz Məktəbi Ümumilikdə universitetin nüfuzu artır və ildən-ilə yüksək liqa cədvəllərində yüksəlir. Universitet həmçinin yerli və regional biznes təşkilatlarla, peşəkar orqanlar və sənaye qrupları ilə güclü əlaqələrə malikdir. Universitetdə həmçinin tədqiqatçıların inkişafı proqramını həyata keçirən və tədqiqat, innovasiya və bilik mübadiləsi üçün mükafatlar verən xüsusi Tədqiqat, İnnovasiya və Sahibkarlıq şöbələri var. Özəl, dövlət və üçüncü sektorlarla işləyən Solent marketinq, İqtisadiyyat, Beynəlxalq iqtisadi inkişaf, Sahibkarlıq və İnnovasiyalar, həmçinin Kibercinayətkarlıq kimi tədqiqat sahələrinə diqqət yetirlir. Tarixən Solent Universitetində əsas tədqiqat sahələrindən biri dənizçilik sektoru olmuşdur.
Fransisko Solano Lopes
Fransisko Solano Lopes Karillo (isp. Fransisko Solano López Carrilo; 24 iyul 1826[…], Asunson – 1 mart 1870). == Həyatı == 1827-ci ilin 24 iyulda Monaro Asunsonda dünyaya göz açır. 1870-ci ilin 1 martında Serro Kora Amabayda öldürülür.O böyük hökumət adamı, respublika ordusunun marşalı (Marşal de los Ejėrcitosde la Respública) (5 mart 1865), hərbi nazir (1855-1862), müvəqqəti prezident vəzifəsini daşıyıcısı (10 sentyabr 1862 - 16 oktyabr 1862), 1862 16 oktyabrdan 15 avqust 1869-ilə qədər Paraqvayın prezidenti olmuşdur.16 avqustdan vəzifədən uzaqlaşdırısada ölənə qədər bu vəzifəni yerinə yetirilmişdir. O Karlos Antonio Lopesin böyük oğlu olur. Bundan da irəli gələrək atasından hakimiyyəti vərəsə olaraq almışdır. Paraqvay müharibəsinin əsas fiqurlarınından biri və ideoloqlarından idi. == Ölümü == Müharibənin sonunda 1870-ci ilin 1 martında öldürülür. Onun 200 nəfərlik dəstəsi müharibəni davam etdirirdi və onları Üçlər birliyinin qüvvələri təqib edirdi. Nəhayət Lopesin tərəfdarlarının düşərgəsi aşkarlanır.
Solano qraflığı (Kaliforniya)
Solano — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 413,444 nəfər olmuşdur. Mərkəzi Feyrfeld şəhəridir.
Köpenik sarayı
Köpenik sarayı (alm. Schloss Köpenick‎) — Almaniyanın paytaxtı Berlin şəhərində, Köpenik rayonunda yerləşən barokko tərzində su sarayı. == Haqqında == Bu tikili Brandenburqun Hohenzollern seçiciləri tərəfindən saray kimi istifadə olunmuşdur. Saray Dame çayı üzərindəki bir adada yerləşmiş olub, ətrafı ingilis üslubundakı parkla əhatə olunmuşdur. Saray adını yerləşdiyi bölgədə — Köpenikdən alır. Saray 1558-ci ildə II Yoahim Hektor tərəfindən VI əsrdən qalma slavyan qalasının bünövrəsi üzərində ov köşkü kimi tikildi. İntibah memarlığı üslubunda olan saray Dame çayının bir adasında — dağılmış orta əsrlər qəsrinin ərazisində yerləşirdi. II Yoahim Hektor 1571-ci ildə burada vəfat etdi. 1631-ci ildə saray İsveç kralı Qostavus Adolfusun qərargahı kimi fəaliyyət göstərməyə başladı. Prussiya kralı I Frederik sarayı 1677-ci ildə genişlətdirməyə və bərpa etdirməyə başladı.
Bolero
Bolero Moris Ravelin orkestr ifası üçün yazdığı ən məşhur musiqi kompozisiyasıdır. Bolerodan əvvəl Ravel bir sıra baletlər, suitalar bəstələmişdir. Bolero Ravelin rəqs hərəkətlərinə musiqi olaraq yeni bir yanaşması idi. Əsər orekstrada iki nəfərin ifası ilə başlayır, bütün orkestrın ifası ilə tamamlanır. == Musiqisi == Bolero böyük bir orkestranın ifası üçün bəstələnmişdir.
Colenso
Vilyam Kolenso (ing. William Colenso; 17 noyabr 1811 – 10 fevral 1899) — Yeni Zelandiya botaniki, mikoloqu. == Elmi fəaliyyəti == Vilyam Kolenso toxumlu bitkilər, mamırkimilər, qıjıkimilər, mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == William Colenso. The Authentic and Genuine History of the Signing of the Treaty of Waitangi. Government Printer, 1890.
Moreno
Cekob Levi Moreno (18 may 1889, Buxarest- 14 may 1974, Nyu-York) — rumın mənşəli amerikalı sosioloq və psixoloq, sosiometriyanın və sosioterapevtik vasitə olan qrup psixoterapiyasının (psixodram metodu) yaradıcısı. O, Buxarestdə anadan olmuş , beş yaşı olanda ailəsi ilə Vyanaya köçmüş və burada oxumağa başlamış , orta təhsilini isə Almaniyada bitirmişdir. Ali təhsilini Vyana universitetində almış, əvvəlcə fəlsəfəni, sonra isə tibbi öyrənmişdir.1915-ci-ildən 1917-ci-ilə qədər o, Mittendorfda (Avstriya) qaçqınlar düşərgəsinin həkimi və komendantı olmuşdur. Məhz burada o, sağlam cəmiyyətdə şəxsiyyətlərarası münasibətlərin əhəmiyyətli olması barədə özünün ilkin müşahidələrini aparmışdır.1918-ci ildən 1925-ci ilədək Moreno psixiatriya təcrübəsi ilə məşğul olmuşdur. Bu müddətdə onun ilk elmi işləri alman dilində yazılmış və dərc edilmişdir. Elə bu dövrdə o, gənc müəlliflərin , xüsusilə Martin Buberin çap olunduğu "Daymon" jurnalını nəşr etdirir. 1925-ci ildə Moreno Nyu York şəhərinə köçdü. Burada psixiatr kimi işləyirdi və psixodramatika ilə davam etdirdi. O, Sİng Sing kimi məktəblərdə ə cəzaçəkmə müəssələrində qrup terapiyası təqdim etdi və onun tədqiqatlarının nəticələrini 1934-cü ildə nəşr olunan "Who Shall Survive?: Foundations of Sociometry, Group Psychotherapy, and Sociodrama" adlı kitabını tərtib etdi. 1936–1968-ci illər arasında tam vəzifəli həkim olaraq işlədi.
Olenok
Olenok (saxa Өлөөн) — Rusiya ərazisində Şərqi Sibirdən axan çay. Krasnoyarsk diyarı ərazisindən axaraq Yakutiya ərazisində dənizə tökülür. Rusiyanın ən uzun çaylarından biridir. Cəmi 92 km məsafədə naviqasiya mümkündür Çay Orta Sibir öndağlığı ilə Şimali Sibir çökəkliyi ilə axır. Laptevlər dənizinə daxil olan Olenok körfəzinə tökülür. Dənizə töküldüyü yerdə sahəsi 475 km² olan delta əmələ gətirir. Çayın uzunluğu 2292 km, hövzəsinin sahəsi 219 min. km² təşkil edir. Çayın deltasında bir qrup adalar vardır: Canqılax, Kuqun-Arıta, Ulaxan Arı (iri adalar), Bılıktax-Arıta, Oççuquy-Arı, Oqonner-Arıta, Ot-Arı, Bolder-Arıta, Syuqyulder-Arlta, Olete-Arıta, Okuollax-Arıta, Kersyose-Arıta, Xobuox-Arıta, Kasyan-Arıta, Şved-Mayaktax-Arıta, Eppet-Belkey, Kyiryor-Arı, Tonqolox-Belkee, Xastax-Arı, Tiqyan-Arı, Xaxıs-Belkee, Borid-Arıta, İsay-Belkee (kiçik adaları). Çayın dənizə töküldüyü yerdə Şaxtalax-Arı adası yerləşir.
Saleon
Saleon (fr. Saléon, oks. Saleon) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Orpyer kantonuna daxildir. INSEE kodu — 05159. 2008-ci ildə əhalinin sayı 81 nəfər təşkil edirdi. İqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Hélices Halter, pilotsuz uçuş aparatları üçün pervaneler istehsalında dünya lideridir.
Salerno
Salerno (lat. Salernum) — İtaliyanın cənub seqmentində, Campania rəhbərlik bölgəsinə bağlı eyni adı daşıyan Salerno vilayətinin mərkəzi olan şəhər. Napolidə cənub-şərqində, Salerno Körfəzinin (golfo) şimal sahilində və İrno çayı ağızının qərbində yerləşir.
Salənd
Salənd— İranın Xuzistan ostanının Dezful şəhristanının Sərdəşt bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,841 nəfər və 394 ailədən ibarət idi.
Saləng
Saləng Əfqanıstan İslam Respublikasının Pərvan vilayətinin rayonlarından biri və Salang vulusvalisinin mərkəzidir. Bu müğənni Əhməd Zahir öldü Saləngdə.
Selena
Selena — ay ilahəsi. Yunan mifologiyasındakı analoqu Artemidadır.
Silend
Silend — Şimal Dənizində yerləşən virtual dövlət. Dünyanın ən kiçik tanınmayan ölkəsidir.. Psevdo ölkə britaniyalı leytenant Roy Beyts tərəfindən neft platformasının üzərində qurulub. İngiltərə ordusunun keçmiş leytenantı Roy Beyts 1967-ci ildə Böyük Britaniyanın yaxınlığındakı neft platformalarından birini zəbt edərək, orada "Siland" adı verdiyi ölkəsini qurub. Britaniya Kral Donanması leytenantı adadan uzaqlaşdırmağa səy göstərsə də platformadan açılan xəbərdarlıq atəşinə məruz qalan donanmanın əsgərlərinin cəhdi uğursuzluqla nəticələnib. Sonrada həbs edilən leytenantın məhkəmə işində hakimlər hadisənin İngiltərə sərhədlərindən kənarda baş verdiyini bildirərək, Roy Beytsi sərbəst buraxıılması barədə hökm çıxarırlar. 1974-cü ildə Britaniyanın Konstitusiya məhkəməsinə müraciət edən leytenant dövlətin simvolu olan bayraq, milli marş və Siland dollarının qəbul edilməsinə nail olur. Özünü Siland knyazı adlandıran keçmiş hərbçinin ölkəsi heç bir dövlət tərəfindən tanınmayıb. Maraqlıdır ki, 550 kvadratmetr əraziyə malik olan dövlətdə çevrilişə belə cəhd edilib. Belə ki, leytenantın platforma-dövlətdə olmadığından istifadə edən Beyts ailəsinin üç üzvü vertolyotla platformaya gələrək, leytenantın oğlunu mətbəxə həbs edirlər.
Silene
Qoyunqulağı (lat. Silene) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.
Sofena
Sofena (yun. Σοφηνή) və ya Sopk (erm. Ծոփք, ur. Tsupa), erkən Bizans dövründə Dördüncü Ermənistan — Kiçik Asiyanın şərqində, tarixi Ermənistanda vilayət. Bu vilayət Fərat və Dəclə çaylarının yuxarı axarında, Ermənistan yaylasının cənub-qərb hissəsində yerləşirdi. E.ə. 94-cü ildə Sofenanı II Tiqran Böyük Ermənistana birləşdirmişdir. Vilayətin sahəsi 18890 km2 idi. Arşakuni hakimiyyəti dövründə Sofena kral domeninin bir hissəsi idi, burada yerləşən Bnabel qalasında padşahların xəzinələri saxlanılırdı. Roma imperiyası ilə Sasanilər dövləti arasında 387-ci ildə imzalanan müqaviləsiyə əsasən Ermənistanın bölünməsindən sonra Sofena Roma imperiyasında qalmışdır.
Solemyo
Solemyö (fr. Soleymieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremyö kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dü-Pen. INSEE kodu — 38494. Kommunanın 1999-cu il üçün əhalisi 574 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 221 ilə 363 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 40 km cənub-şərqdə, Qrenobldan 70 km şimal-qərbdə yerləşir.
Solnok
Solnok (mac. Szolnok) — Mərkəzi Macarıstanda Yas-Nadkun-Solnok əyalətində yerləşən şəhər. Tisa çayının sahilində, Alföld düzənliyində yerləşir. Əsrlər boyu mühüm mədəni və iqtisadi yolların kəsişməsində yerləşmişdir. Solnok Budapeştin 90 km cənub-şərqində və Keçkemet şəhərindən 50 km şimal-şərqdə yerləşir. Strateji mövqeyinə görə Macarlarla Osmanlılar arasında mübahisə mövzusu olan Solnok qalası 1552-ci ildə Budin bəylərbəyi Hədim Əli Paşa tərəfindən Osmanlı hökmranlığına qatılmış və 1685-ci ilə qədər Osmanlıların hakimiyyəti altında qalmışdır. Solnok aşağıdakı şəhərlər ilə qardaşlaşmışdır: Macarıstan şəhərləri VikiSəyahətdə Szolnok haqqında səyahət məlumatları var.
Sorano
Sorano — İtaliyanın Toskana regionunda şəhər.
Toledo
Toledo (isp. Toledo) — İspaniyanın mərkəzi hissəsində yerləşən şəhər, Toledo və Kastiliya – La-Mança əyalətinin paytaxtı. Madriddən cənub-qərbdə Taxo çayının üzərində yerləşir. Əhalisinin sayı 2007-ci ildə 78 618 nəfər olub. 1986-cı ildə Toledo şəhəri Yuneskonun Ümumdünya irsi siyahısına daxil edilib.
Solenoid
Soyeon
Çon Soyon (kor. 전소연; 26 avqust 1998, Seul) və ya tanınan səhnə adı ilə Soyon – Cənubi Koreya repçisi. "(G)I-dle" qrupunun lideri və repçisidir. "K/DA" və "True Damage" virtual musiqi qruplarında "League of Legends" personajı olan Akalini canlandırmışdır. == İlk illəri == Çon Soyon 26 avqust 1998-ci ildə Seulun Qannam rayonunda doğulmuşdur. Kuryon ibtidai məktəbinə qatılmış və baletlə məşğul olaraq mükafatlar qazanmışdır. "BigBang" qrupundan təsirlənərək musiqiçi olmağa qərar vermişdir. 2017-ci ildə Çunan Universitetindən məzun olmuşdur. == Karyerası == Soyon 2016-cı ilin fevralında "Cube Entertainment"in nümayəndəsi kimi "Produce 101" şousuna qatılmışdır. O, şou boyunca iddialı çıxışı ilə yadda qalmış, lakin layihənin qalib "I.O.I" qrupuna qatılmağa haqq qazana bilməmişdir.