Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mortir
Mortir (nid. mortier) — kiçik lüləli artilleriya topu. Mortir maneələr (təpə, qala divarı, meşə zolağı və s.) arxasında xüsusi möhkəm istehkam və objektləri məhv etmək üçün nəzərdə tutulmuş topdur. XV əsrdən hərbdə tətbiqinə başlanılmışdır. Müasir hərb dilində ona minamyot ya minaatan deyilir. Mortir lülə uzunluğuna və çapına görə bir növ XİV-XVİ əsrlərdə qala divarlarını dağıtmaq üçün nəzərdə tutulmuş ilk arilleriya qurğusu olan bambardalara bənzəyir, lakin fərq ondadır ki, bambarda düz istiqamətdə tuşlanmış divara atəş açırdısa, mortir qıvsi trayektoriza üzrə maneələr arxası obyektləri hədəf seçir.
Porfir
Porfir - fenokristalları qələvi çöl şpatı, turş plagioklaz, kvars, biotit, əsas kütləsi isə eyni minerallardan və ya mikrofelzit, bəzən hornblenddən, təşkil olunmuş süxurların ümumi adı. Əsas kütləsi bəzən şüşədən və ya təkrar kristallaşmış şüşədən ibarət olur. Porfir termini həm paleotip effuziv süxurlar (məsələn: kvarslı porfir) və həm də hipabissal və damar süxurlar (məsələn: qranit-porfir) üçün işlədilir. Zavaritski, Lodoçnikov və b. "porfir" terminini paleotip effuziv süxurlara tətbiq etdikdə müvafiq süxur tərkibini göstərən söz əlavə etməyi təklif etmişlər (məsələn: traxit-porfir, riolit-porfir). == Həmçinin bax == Süxurlar Mineral == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Portik
Portik (lat. porticus) — üst örtüyü sütunlara söykənən qapalı qalereya. Sütunlar üst örtüyü birbaşa və ya aralarındakı tağlar vasitəsilə saxlaya bilərlər. Bir tərəfi açıq olan portik digər tərəfdən qapı-pəncərələri olan və ya olmayan divara söykənir. Başqa sözlə, portik — üst örtüyü sütunlar üzərində dayanan yarıaçıq məkandır. Antik yunan və Roma şəhərlərində ictimai binaların və məbədlərin girişində çox rast gəlinən portiklər, Şərqi Roma imperiyası ilə mədəni əlaqə nəticəsində ərəb-fars mədəniyyətinə, oradan da Səlcuqlular dövləti dövründə türk memarlığına keçən və Anadolu bəylikləri dövrünə qədər yayılan bir memarlıq nümunəsidir. Türk memarlığında portiklər məscid girişlərində məscidin izdihamdan dolub-daşdığı zamanlarda namaz qılanların yağışdan, qardan və ya günəşdən qorunmasını təmin edir. Kəbədə tikilən portiklər Osmanlı sultanı II Səlimin dövründə tikilmiş, planlarını Memar Sinan hazırlamışdır.
Sertin
Sertin (fr. Certines) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Otvil-Lones kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01069. == Coğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 993 nəfər (15-64 yaş arasında) arasında 793 nəfər iqtisadi cəhətdən, 200 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79.9%, 1999-cu ildə 76.3%). Fəaliyyət göstərən 793 sakindən 758 nəfər (404 kişi və 354 qadın), 35 nəfəri işsizdir (7 kişi və 28 qadın).
Şorlar
Şorlar — Altay xalqları türk qrupunun hun qoluna mənsub xalq. Rusiya İmperatorluğu vaxtında şorlara Aba-Tura tatarları (rus. Кузнецкие татары) deyirdilər. Özlərini şor (şor kiji, şor adamı, şor kişisi, həmçinin, tatar kiji, tatar kişisi, tatar adamı)adlandırırlar. Onlar hazırda Rusiya Federasiyasında Qərbi Sibirin cənub-şərqində, əsasən cənubundakı Kemerovo dairəsində (Daşdaqol, Novokuznetski, Müjdureç, Mıskov, Osinnikov rayonlarında), eləcə də Xakasiya və Altay Respublikalarının rayonlarında yaşayırlar. 2002-ci ildə Rusiya FR - da 13.975 nəfər Şor siyahıya alınmış , bu zaman onlardan 11.554 nəfəri Kemerovskiy vilayətində , 1.078 nəfəri Xakasiya Respublikasında , 141 nəfəri Altay Respublikasında yaşamışdır .İki etnik qrupa bölünür: cənub (Dağlıq Şor) və şimal (abinlər). Antropoloji quruluşlarına görə şorlar böyük monqoloid irqinin ural tipinə aid edilir. Şorların əksəriyyəti şor dilində danışır. == Şor dili == Şor dili Altay dil ailəsinin türk qrupunun uyğur yarımqrupuna mənsubdur. == Din == Şorlar tarixən qədim türklər kimi şamanist olublar.
Şırşır
Şırşır (Çaroymaq) — İranda kənd. Şırşır (bulaq) — Kəlbəcər rayonunda bulaq.
Mortira
Mortir (nid. mortier) — kiçik lüləli artilleriya topu. Mortir maneələr (təpə, qala divarı, meşə zolağı və s.) arxasında xüsusi möhkəm istehkam və objektləri məhv etmək üçün nəzərdə tutulmuş topdur. XV əsrdən hərbdə tətbiqinə başlanılmışdır. Müasir hərb dilində ona minamyot ya minaatan deyilir. Mortir lülə uzunluğuna və çapına görə bir növ XİV-XVİ əsrlərdə qala divarlarını dağıtmaq üçün nəzərdə tutulmuş ilk arilleriya qurğusu olan bambardalara bənzəyir, lakin fərq ondadır ki, bambarda düz istiqamətdə tuşlanmış divara atəş açırdısa, mortir qıvsi trayektoriza üzrə maneələr arxası obyektləri hədəf seçir.
Ortit
Ortit — mineral, (Ce, Ca)2(Fe2+, Fe3+, Mg)Al2 [OïOHïSiO4ïSi2O7] == Haqqında == Ortit - monoklinik. Kristalları prizmatik, lövhəcikvari. Aqreqat dənəvər qeyri-düzgün ayrılmalar. Rəngi qonur, qara. Parıltısı qatranı. Sərtliyi 6-dək. Xüsusi çəkisi 3,2-4. Radioaktivdir. Qranitlərdə, qranitli peqmatitlərdə, bəzən qələvi peqmatitlərdə; hidrotermal, qreyzen və başqa yataqlarda məlumdur. Növ müxtəlifliyi: naqatelit, ittriumlu ortit Qurğuşun üsulu ilə mütləq yaşın təyinində istifadə edilir.
Serir
Serir və ya Sarir, yerli mənbələrdə Tavyak (qum. Тав Йак — dağ tərəfi) — VI-XII əsrlərdə dağlı Dağıstanda mövcud olmuş orta əsr dövləti. Buranın sakinləri avarlar, qumuqlar, andilər, didoylar, laklar və digər Dağıstan xalqlarının əcdadları idilər. == Adı == Dövlətin adı ərəblərin yerli hökmdarlara verdikləri titula köklənir: "sahib əs-serir" — "taxt sahibi".Professor A.R. Şixsaidovun fikrinə görə, "Serir" adı fars-ərəb coğrafi ənənəsi ilə əlaqəlidir. Ərəb müəllifləri dağlıq Dağıstan ərazisini "taxt sahibi" torpağı adlandırır, yəni "Sahib əs-serir", onlar bu adı Sasanilərin son nümayəndəsinin qızıl taxtı əfsanəsi ilə əlaqələndirirlər, hansı ki güya elə bəxtsiz hökmdar tərəfindən Dağıstana göndərilmişdir. Bu termin ərəb deyil fars mənşəlidir və daha çox ehtimal olunur ki, Serir gürcülərin "mtiuleti" sözü ilə eyni məna daşıyır, yəni "dağlar ölkəsi" və ya "dağlılar ölkəsi". Bu ad ərəbcə söz olan "serir"ə (taxt) yox, farscadakı "ser" (dağ) sözü ilə eyniköklüdür."Serır" termininin etimologiyasına dair bu fikir, əslində 1930-cu illərin sonunda sovet və erməni tarixçi S.Yeremyanın irəli sürdüyü fərziyyəni təkrarlayır, hansı ki "Serir" sözünün farscadan "dağlar ölkəsi" və ya "dağ ölkəsi" mənasını daşıdığını hesab edirdi (eynilə "Dağ" və "stan" (ölkə) olduğu kimi).Avar etnoqrafiyası üzrə tanınmış tədqiqatçı A.İ.İslamməhəmmədov da oxşar fikrə sahibdir. O, yazır ki, "Serir olaraq bu ölkəni VII-VIII əsrlərin ərəb müəllifləri adlandırıb. Adın mənşəyi aydın deyil: onu İran padşahının qızıl taxtı əfsanəsi ilə əlaqələndirilər (VII əsrin əvvəlləri), güya taxtı özlərindən öncə Dağıstan dağları kimi təhlükəsiz yerə yollayıblar ki, orada ona əyləşsinlər. Lakin padişah öldürüldü.
Sorit
Sorit (yun. σωρός) — əvvəlki sillogizmin nəticəsinin ondan sonra gələn sillogizmin müqəddimələrindən biri kimi çıxış etdiyi və bu halda müqəddimələrdən birinin aydın formada ifadə olunmadığı sillogizmlər zənciridir.
Şartr
Şartr (fr. Chartres) — Fransanın şimal-qərbində Sentre bölgəsində Eure-et-Lur rayonunun mərkəzi şəhəri. Parisin 96 km cənub-qərbində, Eure çayınınn sol sahilində qurulmuşdur. Burada yerləşən məşhur kilsənin qüllələri Beauce ovalığının simvoludur. Müasir şəhər son zamanlarda yaxınlıqdakı ovalığa və Bretaniyaya doğru uzanmışdır. Bu ovalıq Parislə Loire vadisi arasında mühüm keçiddir. Məşhur Şartr kilsəsindən başqa burada böyük ölçüdə 13-cü əsrdə tikilmiş Saint Pierre kilsəsi də var. 17-18-ci əsrlərdən qalmış keçmiş Yepiskop Sarayı muzeyə çevrilmişdir. Adını Keltlətin Karnutes nəslindən alan şəhər əvvəllər Druidlərin mərkəzi olmuşdur.858-ci ildə şəhər Normanlar tərəfindən yandırılmışdır.Orta əsrdə Blois və Şampan ailələrinin idarəsində qraflıq olmuşdur. 1286-cı ildə Fransa kralına satılmış, Yüzillik müharibədə (1337-1453) isə ingilislər şəhəri 15 il müddətinə işğal etmişlər.
Barakvil-Sovter
Barakvil-Sovter (fr. Baraqueville-Sauveterre) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Rodez dairəsinə daxildir. Kantonun INSEE kodu — 1239. Barakvil-Sovter kantonuna cəmi 10 kommuna daxildir, onlardan ən əsası Barakvil kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 8 433 nəfər təşkil edirdi.
Corc Porter
Corc Porter (ing. George Porter, Baron Porter of Luddenham; 6 dekabr 1920[…], Steynforf[d], İngiltərə[…] – 31 avqust 2002[…], Kenterberi, İngiltərə) — ingilis kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1960). == Həyatı == İngilis fiziki kimyaçısı Corc Porter 1920-ci ilin dekabrın 6-da Steynfortda (Yorkşirdə) anadan olmuşdur. 1938-1941-ci illərdə Lidsk və Kembric Universitetlərində oxumuşdur. 1945-1954-cü illərdə Kembric və 1955-1963-cü ilərdə Şeffild Universitetlərində işləmişdir. 1963-cü ildən Böyük Britaniyanın Kral İnstitutunun professoru, 1966-1985-ci illərdə direktoru olmuşdur. Əsas elmi işləri olduqca sürətli kimyəvi reaksiyaları impuls üsulu ilə tədqiq etmək olmuşdur. 1950-ci ildə R.C. Norriş ilə birlikdə impuls fotolizi üçün ilk qurğu yaratmışdır. O, ilk dəfə olaraq çoxlu sayda bəsit sərbəst radikalların udulma spektrlərini almış, onların çevrilmə mexanizmlərini öyrənmiş, sürətli rekombinasiya proseslərinin mövcud olduğunu göstərmişdir. O, işıq impulsu ilə insiatorlaşdırılan oksigen ilə reaksiyasının inkişafının spektral mənzərəsini qeydə ala bilmişdir.
Dimmu Borgir
Dimmu Borgir — 1993-ci ildə Shagrath, Silenoz və Tjodalv tərəfindən Norveçin Oslo şəhərində qurulmuş metal musiqi qrupu. Qrupun adı farercə və islandca "qaranlıq qüllələr" mənasını verir və İslandiyadakı Dimmuborgir vulkanik platformasından alınmışdır. İllərdir bir neçə dəfə üzv dəyişikliyi yaşanan qrupda, quruculardan olan gitarist Silenoz və vokalist Shagrath dəyişməz qalan üzvlərdir. == Haqqında == Stian Aarstad'ın da klaviaturaçı kimi qrupa daxil olmasıyla tam mənasıyla formalaşan Dimmu Borgir; Emperor və Kreator kimi tərzində müvəffəqiyyətli bir qrup oldu. Aqressiv gitaralar, gurultulu bas, operativ vokallar, müxtəlif klaviatura melodiyaları, Norveçli qrupun musiqisinin ayrılmaz hissəsidir. 80-ci illərin black və heavy metal təsirlərini daşıyan Dimmu Borgir, Wagner və Dvorak kimi klassik musiqi bəstəkarlarından də təsirlənmişdir. Qrup musiqi bazarına 1994-cü ildə çıxardıqları "Inn I Evighetens Morke" adlı mini albomları ilə girdilər. Albom böyük maraq gördü və bir neçə həftədə yüksək satış rəqəmləri göstərdi. Black metal ətrafında artıq adları eşidilmişdi. Və eyni il "For All Tid" adlı ilk uzun albomlarını hazırladılar.
Eleanor Porter
Ferdinand Şörner
Ferdinand Şörner (alm. Ferdinand Schörner‎; 12 iyun 1892, Münhen – 2 iyul 1973, Münhen) — Üçüncü Reyxin sonuncu general-feldmarşalı və sıravi bir əsgər kimi xidmətə başlayaraq alman ordusunda bu ən yüksək hərbi rütbəyə yüksələn yeganə şəxs.
Porter Robinson
Porter Ueston Robinson (ing. Porter Weston Robinson) — amerikalı DJ. Worlds adlı ilk albomu 2014-cü ilin avqustun 12-də üzə çıxıb. 2015-ci ilin martın 20-də MTVu tərəfindən ilin artisti adlandırılıb.
Sortino əmsalı
Sortino əmsalı — investisiya alətinin, portfelinin və ya strategiyasının gəlirliliyini və riskini qiymətləndirməyə imkan verən göstərici. Sortino nisbəti Sharpe nisbətinə bənzər şəkildə hesablanır, lakin portfel dəyişkənliyi əvəzinə "aşağı dəyişkənlik" istifadə olunur. Bu halda volatillik minimum portfel gəlirindən (MAR) aşağı olan gəlirlərdən hesablanır. == Əmsalın hesablanması == S = R − T σ {\displaystyle S={\frac {R-T}{\sigma }}} , burada: R {\displaystyle R} — orta portfel gəliri, T {\displaystyle T} — minimum icazə verilən portfel gəliri, σ {\displaystyle {\sigma }} — "dəyişkənlik azaldı": σ = ∫ − ∞ T ( T − x ) 2 f ( x ) d x {\displaystyle {\sigma }={\sqrt {\int _{-\infty }^{T}(T-x)^{2}\,f(x)\,dx}}} .Aşağıda qeyd olunan səbəblərə görə, davamlı düstur bir sıra gəlirlərdən götürülmüş hədəf dəyərdən aşağı dövri gəlirlərin standart kənarlaşmasını təyin edən daha sadə diskret versiyaya üstünlük verilir. Davamlı forma, bütün sonrakı hesablamaları illik gəlirlərdən istifadə etməklə aparmağa imkan verir ki, bu da investorların investisiya məqsədlərini bildirməsinin təbii yoludur. Diskret forma aylıq gəlirləri tələb edir ki, mənalı hesablamalar aparmaq üçün kifayət qədər məlumat nöqtəsi olsun ki, bu da öz növbəsində illik hədəfin aylıq hədəfə çevrilməsini tələb edir. Bu, müəyyən edilmiş riskin miqyasına əhəmiyyətli dərəcədə təsir göstərir. Məsələn, bir il ərzində hər ay 1% qazanmaq məqsədi, illik 12% qazanmaq kimi görünən ekvivalent hədəfdən daha çox risklə nəticələnir. Davamlı formanın diskret formaya üstünlük verməsinin ikinci səbəbi Sortino və Forsey (1996) tərəfindən təklif edilmişdir: “İnvestisiya etməzdən əvvəl biz nəticənin nə olacağını bilmirik... İnvestisiya qoyulandan və onun performansını ölçmək istədikdə, bildiyimiz tək şey nəticənin nə olduğudur, nə ola bilərdi.
Sərtiz (Piranşəhr)
Sərtiz (fars. سرتيز‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 39 nəfər yaşayır (5 ailə).
Toni Körtis
Toni Körtis (ing. Tony Curtis, əsl adı ing. Bernand Şvartz; 3 iyun 1925[…] – 29 sentyabr 2010[…], Las-Veqas, Nevada) — 1950-ci və 1960-cı illərin əvvəllərində populyarlığının zirvəsinə çatan, karyerası altı onillikləri əhatə edən amerikalı aktyor. O, 100-dən çox filmdə, yüngül komediyadan tutmuş ciddi dram janrlarına qədər geniş janrları əhatə edən rollarda çəkilib. Həyatının sonrakı illərində Kertis çoxsaylı televiziya çıxışları etdi. İlk kino rollarında əsasən gözəl görünüşündən istifadə etsə də, 1950-ci illərin ikinci yarısına qədər o, çoxsaylı dramatik və komediya rollarında sərtlik və dərinlik nümayiş etdirdi. İlk hissələrində o, bir sıra orta səviyyəli filmlərdə, o cümlədən qoçu, vesternlər, yüngül komediyalar, idman filmləri və musiqili filmlərdə rol alıb. Bununla belə, o, Hudini (1953) filmində həyat yoldaşı Canet Li ilə birlikdə rol aldığı zaman, bu "onun ilk açıq uğuru" idi, tənqidçi Devid Tomson qeyd edir ki, onun aktyorluğu hədsiz dərəcədə irəliləmişdi.
Yan Körtis
Yan Kevin Körtis (15 iyul 1956 — 18 may 1980) — Ingiltərəli musiqiçi, poet, Joy Division qrupunun vokalçısı və bütün mahnı sözlərinin müəllifi. Dəfələrlə rok musiqisinin tarixində görkəmli şəxs, və post pank, qotik rok janrlarının "ögey atası" adına layiq görülüb. Onun yaradıcılığı indi rok, və bu musiqiyə ayıd olan mədəniyyətə böyük təsir göstərib. Yanın «sonuncu» mahnısı olan «Love Will Tear Us Apart» dünyada ən çox oxunan mahnılardan biri oldu. Körtisin həyatı iki bədii filmdə göstərilib — «24 hour party people» (2002) və «Kontrol» (2007). == Həyatı == Yan Körtis Mançester şəhərində dünyaya göz açıb. Uşaqlığı isə Maklsfildin Hördlsfid royununda keçib. Kevin və Dorin Körtislərin iki uşağından böyüyü olub. Poeziyaya, ədəbiyyata olan marağı lap uşaq illərindən büruzə verməyə başlayıb və o özündə natiqliyi, şeir yazmaq bacarığını erkən yaşlardan inkişaf etdirib. 11 yaşında King’s Schoola qəbul olmaq üçün təqaüd proqramlna düşsə də, o bu şansı işlətməyib, lakin öz şairliyini və musiqiyə olan marağını inkişaf etdirməkdə davam edib.
Yustin Martir
Yustín Filósof (Əzabkeş Yustin; q.yun. Ιουστίνος ὁ Φιλόσοφος; təq. 100[…], Nablus – təq. 165, Roma) — erkən xristian apologeti. İlk dəfə xristian ehkamlarını antik fəlsəfi kateqoriyalarla uyğunlaşdırmaq yolunu tutmuşdur. Tarixin ilahiyyat baxımından izah edilməsinin əsasını qoymuşdur. Müqəddəs kilsə atasıdır. == Bioqrafiyası == 100-cü ildə Flavia Neapolis (Fələstindəki Nəblusdur) şəhərində bütpərəst ailəsində doğulmuşdur. Ola bilsin onun ata-anası bura Yəhudu savaşlarından sonra şəhəri bərpa etməyə ezam olunmuşdurlar. "Yəhudi Trifonla dialoq" əsərində öz həyat yolunu təsvir etmişdir.
Çarlz Körtis
Çarlz Körtis — ABŞ-lı siyasətçi. Amerika Birləşmiş Ştatlarının 31-ci vitse-prezidenti.
Şartım (Uçalı)
Şartım (başq. Шартым, rus. Шартым) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Səfər kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 30 km, kənd sovetliyindən (Səfər): 6 km. ən yaxın dəmiryol stansiyasından (Şartım): 0 km.
Şırşır (Çaroymaq)
Şırşır (fars. شرشر‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 38 nəfər yaşayır (7 ailə).