Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sorit
Sorit (yun. σωρός) — əvvəlki sillogizmin nəticəsinin ondan sonra gələn sillogizmin müqəddimələrindən biri kimi çıxış etdiyi və bu halda müqəddimələrdən birinin aydın formada ifadə olunmadığı sillogizmlər zənciridir.
Con Sioffi
Con Sioffi (ing. John Cioffi; 7 noyabr 1956, İllinoys) — ABŞ mühəndisi, ixtiraçı, "DSL-in atası". == Həyatı == Con Sioffi 7 noyabr 1956-cı ildə Amerika Birləşmiş Ştatların İllinoys şəhərində anadan olmuşdur. == Fəaliyyəti == "DSL-in atası" adlandırılan ABŞ mühəndisi Con Sioffi telekommunikasiya sahəsinə əhəmiyyətli töhfələr bəxş etmişdir. Hazırda ABŞ-nin Stenford Universitetinin professoru vəzifəsində çalışan Sioffi 2010-cu ildə Elektrik və Elektronika Mühəndisləri İnstitutunun təsis etdiyi Aleksandr Qrehem Bell adına medala (IEEE Alexander Graham Bell Medal) layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Natrium sulfit
Natrium sulfit Na2SO3 – natrium və sulfit turşusunun duzudur. Rəngsiz kristal maddədir. Natrium karbonatın məhlulunun kükürd(IV) oksidlə reaksiyasından: Na2CO3+SO2 → Na2SO3+ CO2 Natriumhidrosulfit məhlulunu NaOH məhlulu ilə neytrallaşdırmaqla: NaHSO3+ NaOH → Na2SO3 + H2O Natrium hidroksidin kükürd(IV) oksidlə reaksiyasından : 2NaOH +SO2 → Na2SO3 + H2O Natrium sulfit güclü reduksiyaedicidir. Adi temperaturda su məhlulundan Na2SO3∙7H2O kristalhidrat şəklində ayrılır. Natrium sulfitin məhlulu havanın oksigeni ilə asanlıqla oksidləşir: 2Na2SO3+ O2 → 2Na2SO4 2. Natrium sulfit məhlulunu kükürdlə qızdırdıqda natrium tiosulfat alınır: Na2SO3+ S → Na2S2O3 Natrium sulfitin sulfat turşusu ilə reaksiyası kükürd(IV)oksidin alınması üçün istifadə olunur: Na2SO3 + H2SO4 → SO2+Na2SO4+ H2O Natrium sulfiti qızdırdıqda disproporsiya reaksiyası nəticəsində sulfid və sulfat alınır: 4 Na2SO3 →t Na2S + 3Na2SO4 Natrium sulfit pestisidlərin istehsalında, tərkibində xrom olan axar suların zərərsizləşdirilməsində, ağardılmış parçadan xlorun artığının çıxarılmasında, əlvan metal filizləri üçün flotoreagent kimi, həmçinin kinofoto sənayesində geniş tətbiq olunur.
Saffat Surəsi
37-ci surə əs-Saffat (Səf-səf duranlar) surəsi (Məkkədə nazil olmuşdur, 182 ayədir) Surənin adı 1-ci ayədə işlədilən əs-Səffat sözündən götürülmüşdür və sıra-sıra düzülənlər, səf-səf duranlar deməkdir. Surənin 164 və 165-ci ayələrindən aydın olur ki, səf-səf duranlar mələklərdir. Surədə əsasən mələklərdən, cinlərdən, Qiyamət günü və axirət hadisələrindən, eləcə də Nuh, İbrahim, İsmail, İshaq, Musa, Harun, İlyas, Lut və Yunus peyğəmbərin qissələri haqqında danışılır.
Siffin savaşı
Siffeyn döyüşü (ərəb. وقعة صفين‎) — Xəlifə Əli ilə İslam dövlətinin Suriya valisi Müaviyə ibn Əbu Süfyan arasında Siffeyndə 657-ci ildə baş verən döyüş. Siffeyn indiki Suriyada, Fəratın sahilindəki Rəqqə şəhərinin şərqində yerləşir. Üç aya yaxın davam edən və ən böyük döyüşü 657-ci il iyulun 26–28-də baş verən müharibədə bir nəticəyə gəlinmir. Hər iki tərəfin razılığı ilə qurulmuş hakim heyətindəndə heç bir nəticə əldə olunmur. İslam tarixi baxımından Siffeyn döyüşü; Müsəlman cəmiyyətində Əlinin nüfuzunu sarsıdan, xaricilər (sonralar Əlini öldürəcəklər) adlı qrupun yaranmasına səbəb olan və Əməvilər sülaləsinin yolunu açan mühüm hadisədir. Suriya valisi Müaviyə inb Əbu Süfyan asilər tərəfindən öldürülən 3-cü xəlifə Osmanın qohumu idi. O, Əlinin Osmanın qətlində günahkar ola biləcək bəzi şəxslərdən dəstək aldığını və bu səbəbdən də bu qətli araşdırmaqdan çəkindiyini düşünür. Buna görə də Əliyə qarşı qiyam qaldırır. Əlinin üsyanı yatırmaq cəhdi Siffeyn döyüşü adlanan uzun toqquşmalara səbəb olur.
Sofist Sofroni
Sofroni (560[…], Dəməşq, Finikiya[d] – 11 mart 638, Qüds; yun. Σωφρόνιος), həmçinin Sofist Sofroni — Yerusəlim patriarxı. O, şərqi pravoslav və Roma-Katolik kilsələrində müqəddəs kimi xatırlanır. O, Yerusəlim yeparxiyasında vəzifəyə yüksəlməzdən əvvəl keşiş və ilahiyyətçi, eləcə də İsa Məsihin mahiyyəti və iradəli hərəkətləri barədə doktrinalı mübahisələrdə ortodoksal tədrisin öncüllərindən idi. Sofroni təqribən 560-cı ildə Dəməşq şəhərində anadan olmuşdur. O, həm Bizans yunanı, həm də Suriya əsilli olduğunu irəli sürmüşdür. Ritorika müəllimi olan Sofroni təxminən 580-ci ildə Misirdə zahid olmuş və sonra Betlehəm yaxınlığındakı Böyük Feodosiya monastırına daxil olmuşdur. O, özünü "Ruhani çəmənlik" adında dindar həyat haqqındakı əsərinə həsr etmiş Bizans salnaməçisi Müqəddəs İoann Mosxa yoldaşlıq edərək Kiçik Asiya, Misir və Romadakı monastır mərkəzlərinə səyahət etmişdir. Mosxun 619-cu ildə Roma şəhərində vəfat etməsindən sonra Sofroni onun cənazəsini monastırda dəfn etmək üçün Yerusəlim şəhərinə aparmışdır. O, müvafiq patriarxları monoenerjizmdən imtina etməsinə inandırmaq üçün 633-cü ildə Misir İsgəndəriyyəsinə və Konstantinopola səyahət etmişdir.
Somxit livası
Somxit livası— 1724 ci ildə Osmanlı İmperiyasının Tiflis əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Somxit idi. Somxit livası nahiyəyə bölünürdü.
Sulfit anhidridi
Sulfat anhidridi, kükürd 6-oksid, SO3—otaq temperaturunda rəngsiz qazdır. Bərk sulfat anhidridi alfa-, beta-, qamma- və delta- modifikasiyalarında olur. Onların ərimə temperaturları müvafiq olaraq 16.8, 32.5, 62.3 və 95 °C-dir. Həmin modifikasiyalar bir-birindən SO3 kristallarının forması və polimerləşmə dərəcələri ilə fərqlənir. Rütubətli havada SO3 tüstülənir (buxarlanaraq havada H2SO4 damcıları əmələ gətirir). Sulfat anhidridi sənayedə kükürd qazını katalitik oksidləşdirmə yolu ilə alınır. Ondan sulfat turşusu, oleum, susuz HNO3 və s. hazırlanmasında istifadə olunur.
Sulfit turşusu
Sulfit turşusu – H2SO3 orta qüvvətli iki əsaslı turşudur, çox zəif, davamsız turşudur və ancaq duru məhlullarında mövcuddur. Qatı məhlullarında o, kükürd dioksidə və suya parçalanır. Kükürd dioksidi suda həll etdikdə sulfit turşusu əmələ gəlir: SO2 + H2O ←→ H2SO3 Sulfit turşusu davamsız maddə olduğundan yalnız məhlulda mövcuddur. Suda iki mərhələdə dissosiyasiya edir: H2SO3 ←→ H++HSO3- HSO3←→H++SO32- Və iki cür duz – sulfitlər və hidrosulfitlər əmələ gətirir: 2NaOH + H2SO3 →Na2SO3 + 2H2O NaOH + H2SO3 → NaHSO2 + H2O Sulfit turşusu qüvvətli reduksiyaedicidir H2SO3 + Cl2 + H2O → 2HCl + H2SO4 Çox qüvvətli reduksiyaedicilərlə H2SO3 özünü oksidləşdirici kimi aparır: 2H2S + H2SO3 → 3S↓ + 3H2O Hidrosulfitləri qızdırdıqda pirosulfitə. Pirosulfit turşusu H2S2O5 (disulfit turşusu) sərbəst halda məlum deyil. 2KHSO3 → K2S2O5 + H2O Polyar SO2 molekulları suda yaxşı həll olur. Sulfit turşusu, kükürd dioksid kimi reduksiyaedici kimi xassəyə malikdir. Güclü reduksiyaedicilər iştirak etdikdə isə özünü oksidləşdirici kimi aparır. Sulfit turşusunun duzlarından Na2SO3 natrium-tiosulfatın alınmasında, NaHSO3 - ağardılmış parçadan xlorun artığının çıxarılmasında,həmçinin kalsium – hidrosulfitlə Ca(HSO3)2 birlikdə-oduncaqdan sellülozanın çıxarılmasında istifadə olunur. N.A. Verdizadə, K.Ə. Quliyev, Ş.Ə. Quliyev və b.
Alkim (sofist)
Alkim (lat. Alcimus) — IV əsrin ikinci yarısında yaşamış Roma sofisti. Alkim Nikomediyada anadan olmuşdur. O, 343–348-ci illərdə saxta qətl ittihamı ilə Nikomediyada Libani ilə birlikdə həbs edilmişdir. Alkim Nikomediyada ritorikadan dərs deyirdi. 356-cı ildə Romaya səyahət etmiş və burada Böyük Vasili ilə birlikdə qalmışdır. Bir il sonra Alkim Nikomediyada heyvan tamaşalarını təşkil etmişdir. O, Vifiniyada nüfuzlu olmuşdur. 362-ci və ya 363-cü ildə Alkim Antioxiyada imperator Mürtəd Yulianın sarayını ziyarət etdi. Arestenet onun qohumu olmuşdur.
Sofi
Sofi (Səfəvi imperiyası) — Avropa ölkələrində Səfəvi imperiyasını idarə edən Səfəvi sülaləsindən olan hökmdarlara edilən müraciət forması. Sofi Həmid türbəsi — Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində, Miəcik ərazisində yerləşir. Sofi Marso — Fransa kinoaktrisası. Sofi Həsən türbəsi — Abidə Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində tapılmışdır. Sofi Lakaz — fransız bəstəkarı. Ağa sofi — Ermənistanın Əzizbəyov r-nunda dağ adı.
Aldo Boffi
Aldo Boffi (it. Aldo Boffi; 26 fevral 1915 – 26 oktyabr 1987) — İtaliyalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. Futbolçu üç dəfə İtaliya çempionatının bombardiri olub. Güclü zərbələri ilə məşhur olub. == Karyera == Aldo Boffi 26 fevral 1915-ci ildə Cussanoda anadan olub. Karyerasına İtaliyanın üçüncü divizionunda çıxış edən "Vis Nova" klubunun gənclər komandasında başlayıb. 1935-ci ildə B Seiyası klubu olan "Serenyo" klubuna transfer olunur. "Serenyo" klubu futbolçunu transfer etdikdən bir il sonra C Seriyasına düşur, lakin bütün komandanın uğursuz oynamasına baxmayaraq, Boffi 20 qol vuraraq B Seriyasının ən yaxşı bombardirlərindən biri olur. Futbolçu bu uğurunu bir il sonra C Seriyasındada təkrar edərək C Seriyasının bombardiri olur.
Feruzya Şöfri
Feruzya Şöfri — Fransanı təmsil edən sabiq qadın güləşçi. Feruzya Şöfri Fransanı, 1988-cı ildə qızıl medal qazandığı Avropa Çempionatında təmsil edib. == Karyerası == Feruzya Şöfri beynəlxalq səviyyədə birinci yarışına Fransa yığmasının heyətində 1988-ci ildə elə Fransanın Dijon şəhərində baş tutan Avropa Çempionatı çərçivəsində qatıldı. Həmin yarışlarda Şöfri 1-ci yeri tutdu və qızıl medal qazandı.
Sofia Ali
Sofia Teylor Ramsey Əli (ing. Sophia Taylor Ramseyer Ali; 7 noyabr 1995, San-Dieqo, Kaliforniya) — amerikalı aktrisa. Əsasan Faking It, Grey's Anatomy və The Wilds seriallarında canlandırdığı rollarla tanınır. 2022-ci ildə Ançarted filmində Kloi rolunu canlandırmışdır. Sofia Ali 7 noyabr 1995-ci ildə Kaliforniya ştatının San-Dieqo şəhərində pakistanlı ata Asim Ali və amerikalı ana Bruk Alinin uşağı olaraq dünyaya gəldi.
Sofiq Hüseynov
Sofiq Kəlbi oğlu Hüseynov (22 iyul 1950, Çöpədərə, Zəngilan rayonu – 30 dekabr 1997, Azərbaycan) — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı (1995), Professor (1993). Sofiq Hüseynov 1950-ci il iyul ayının 22-də Zəngilan rayonunun Çöpədərə kəndində kəndli ailəsində anadan olmuşdur. Zəngilan şəhərində orta məktəbi bitirdikdən sonra 1967-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda "Sənayenin iqtisadiyyatı" fakültəsinin əyani şöbəsinə qəbul olunmuşdur. Əyani təhsil dövrünün son iki ilində axşamlar Vano Sturua adına Gəmi Təmiri zavodunda fəhlə işləmişdir. Ali məktəbi bitirdikdən sonra, 1971-ci ildə təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna göndərilmişdir və həmin il əyani aspiranturaya daxil olmuşdur. 1973–1974-cü illərdə həqiqi hərbi xidmətdə qulluq etmişdir. 1977-ci ildə aspiranturada təhsilini başa vurduqdan sonra iqtisad elmləri namizədlik dissertasiyasını müdafiə etmişdir. 1984–1986-cı illərdə Moskvaya – SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutuna ezam olunmuş, orada doktorluq dissertasiyası üzərində işi başa çatdırmışdır. 1988-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Sofiq Hüseynov 1997-ci il dekabr ayının 30-da 47 yaşında vəfat etmişdir.
Ervin Koffi
Ervin Koffi (10 yanvar 1995, Paris) – Azərbaycan Premyer Liqası klublarından "Neftçi"də sağ cinah müdafiəçisi kimi çıxış edən peşəkar futbolçudur . Fransada anadan olan Koffi Fil Dişi Sahilinin gənclərdən ibarət milli komandasının oyunçusu olub. == Klub karyerası == 14 may 2016-cı ildə Koffi Liqa 1-də Gazélec Ajaccio- ya qarşı matçda debüt etdi. == Milli karyerası == Fransada anadan olan və Fil Dişi əsilli Koffi, 31 avqust 2016-cı ildə Burkina Faso U23'ə qarşı yoldaşlıq görüşündə Fil Dişi Sahili U23 komandasının heyətində çıxış etdi. Matç 2–0 hesabı ilə başa çatıb.
Lento Qoffi
Lento Qoffi (it. Lento Goffi; 15 noyabr, 1923, Kiari – 14 yanvar, 2008, Breşia) — İtaliya şairi və yazıçısı. == Həyatı == Lento Qoffi 15 noyabr 1923-cü ildə antifaşist ailəsində anadan olub, Milan Universitetində müasir ədəbiyyat fakültəsini bitirib, daha sonra Breşiyadakı bəzi məktəblərdə müəllimlik edib. Qoffi Eliza Markina ilə ailəli olub, onların Corcio adlı bir oğlu olub. Qoffi 2008-ci ildə Breşiadakı yaşlılar üçün müalicə müəssisəsində vəfat edib.
Mezon-Laffit sarayı
Mezon Laffit (fr. Château de Maisons-Laffitte) — Paris yaxınlığında saray. XVII əsrdə inşa edilmişdir. Bu sarayın eynisini fransız şərabının pərəstişkarı, çinli əmlak maqnatı Çjan Yuçen 2004-cü ildə Pekində də tikib. Pekindəki saray ən dəbdəbli hotelin binasıdır.
Səffət bəy Məlikov
Səfvət bəy Həsən bəy oğlu Məlikov (mühacirətdə: Safvet Melik Zerdabi; 12 (24) noyabr 1891, Zərdab, Göyçay qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 1976, Ankara, Türkiyə) — Azərbaycan Xalq Cümhuriyyətinin İstanbuldakı konsulluğunun əməkdaşı, Türkiyədə fəaliyyət göstərmiş memar və Azərbaycan mühacirətinin üzvlərindən biri. Məlikovlar ailəsinin üzvü olan Səfvət bəy Həsən bəy Zərdabinin oğludur. Səfvət bəy Həsən bəy oğlu Məlikov köhnə təqvimlə 12 noyabr 1891-ci ildə Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. 1915-ci ildən fasilələrlə xaricdə yaşamış və nəhayət, 1927-ci ildə davamlı olaraq Türkiyəyə yerləşmişdir. Türkiyədə Nəsihə adlı bir xanımla ailə həyatı qurmuş və 1976-cı ildə dünyasını dəyişmişdir. Səfvət bəyin məzarı Ankara şəhərinin Qarşıyaxa məzarlığında yerləşir. O, Bakı real məktəbini bitirdikdən sonra 1915-ci ildə Riqa Politexnik İnstitutuna daxil olub. Özü də atasının adına təsis olunmuş təqaüdlə təhsil alıb. 1917-ci ildə bolşeviklərin inqilabından sonra təhsilini yarımcıq qoyub Bakıya geri dönməyə məcbur olur. Buraya gəldikdən sonra cümhuriyyət quruculuğu prosesində iştirak edir.
Ana Sofia Nobreqa
Ana Sofia Nobreqa (20 dekabr 1990) — Anqolalı üzgüçü. Ana Sofia Nobreqa Anqolanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ana Sofia Nobreqa birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 59.23 saniyəlik nəticəsi ilə 40-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Anna-Sofie Doyen
Anna-Sofie Doyen (27 noyabr 1983) — Fransanı təmsil edən bədii gimnast. == Karyerası == Anna-Sofie Doyen Fransanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Anna-Sofie Lavoyne
Anna-Sofie Lavoyne (20 iyun 1981) — Fransanı təmsil edən bədii gimnast. == Karyerası == Anna-Sofie Lavoyne Fransanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Sofi Lakaz
Sofi Lakaz (fr. Sophie Lacaze; 9 sentyabr 1963[…]) — fransız bəstəkarı. Tuluza konservatoriyası və Parisdə yerləşən Normal Musiqi Məktəbində təhsil almışdır. Daha sonra Kirj akademiyasında Franko Donatoni və Ennio Morrikone kimi ustadlardan dərs almışdır, Pyer Bulez kurslarını dinləyirdi. İki il Avstraliyada yaşayıb 2006-cı ildə Fransaya qayıtdı. Sofi Lakaz Lycéen des compositeurs (2009) qran-prisini və SACEM-də Klod Arye mükafatının (2010) sahibidir. 1992 — J. Syupervelin şeirlərinə soprano və simli trio üçün üç melodiya 1993 — A. Rembo şeirlərinə fleyta üçün Voyelles 1996 — qadın səsi, fleyta və fortepiano üçün Jetez-vous sur l’avenir 1997 — fleyta və violonçel üçün La vita e bella 1998 — nəfəsli alətlər, didjeridu, uşaq xoru və perkussiya üçün Le Becut 1999 — skripka, klarnet və fortepiano üçün Comme une rue pavee 1999 — fortepiano üçün üç müqəddimələr 2000 — Henry Kendallın şeirlərinə fleyta və simli trio üçün Broken Words 2000 — fleyta, didjeridu və fleytaların orkestri üçün And then there was the sun in the sky 2001 — Iotife üçün simli trio, şeirlərinı H. Kendall 2001 — Messe de Nostre Dame üçün xor akapella 2002 — Histoire sans paroles üçün skirpka, violonçellər və fortepiano 2002 — Voices of Australia üçün fleyta solo və maqnitofon lentası 2002 — L’enfance de Catherine üçün fleyta və simli trio, Anna Bodrinin "Katrinin uşaqları" filmi üçün musiqi 2002 — Ave Maris Stella üçün xor 2003 — Messe de Nostre Dame üçün 8 qadın səsləri və perkussiya, в честь «Messe de Nostre Dame» Гийома де Машо 2003 — Tarantella üçün fortepiano 2004 — Dreaming, kamera operası üçün iki qadın səsi, didjeridu, fleyta, alt, perkussiya və maqnitofon lentası 2005 : Cinq Voyelles pour Quatre Flûtes, транскрипция «Voyelles» üçün 4 fleyta. По стихотворению А. Рембо 2005 — Oceans üçün fleyta, faqot, skirpka, alt, kontrabas, uşaq xor və perkussiya 2005 — Py üçün fleyta və fortepiano 2005 — Het Lam Gods üçün simli kvartet, на темы Гентского алтаря братьев Ван Эйк 2005 — Duo üçün səs və maqnitofon lentası 2006 — Archelogos I üçün səs və maqnitofon lentası 2006 — Les quatre elements, konsert üçün fleyta, uşaq xor və perkussiya 2006 — Deux mouvements üçün тенор-saksofon və orkestri. 2006 — Musique de la mer üçün klarnet, faqot, simli kvartet, uşaq xor və perkussiya 2006 — Vignes üçün CD, Guy Bompais şəkil sərgisi üçün 2006 — The great flood üçün alt-saksofon və ансамбля саксофонов 2006 — Mouvement üçün simli orkestri 2007 — Het Lam Gods II üçün fleyta solo və fleytaların orkestri 2007 — Archelogos II üçün bas fleyta və CD 2008 — Quatre haïkus üçün alt-saksofon və fortepiano 2008 — Le Petit Prince, musiqi tamaşası üçün волн Мартено, fleyta və simli trio 2008 — Archèlogos IIb üçün волн Мартено və CD 2009 — L’art est le plus beau des mensonges üçün sopranovə вибрафона sözlərinə Алена Карре 2009 — Het Lam Gods III üçün dörd fleyta, на темы Гентского алтаря братьев Ван Эйк və текст Алена Карре 2009 — Variations sur quatre haïkus üçün виолончели 2010 — L’espace et la flûte — Variations sur des textes de Jean Tardieu üçün чтеца və ансамбля fleyta, şeirlərinı Жана Тардьё 2010 — Souffles üçün dörd fleytaистов (2 zamponias, 2 bajones, 3 Boehm flutes) 2011 — Marco Polo камерная opera üçün xor və ансамбля 2011 — Calligrammes üçün баритона, xor və kvartet саксофонов, şeirlərinı Гийома Аполлинера 2011 — Archèlogos III üçün gitara və CD 2011 — orkestr üçün Après avoir contemplé la lune 2012 — Estampes üçün dörd fleytaистов 2012 — En Quete üçün qadın səsi, чтеца, saksofon və fortepiano, üçün выставки фотографий Guy Bompais 2012 — Ukiyo-e konsert üçün Мартено волн və fleyta оркестром 2013 — O Sapientia 4 qadın səsləri. Hildeqard fon Bingenin mətininə əsasən 2013 — Immobilité sérieuse I üçün fortepiano və simli orkestri 2014 — Maye üçün zərbə alətləri 2014 — Un parapluie et un manteau de paille короткая работа üçün fortepiano 2015 — Voyelles üçün saksofon 2015 — Au milieu de la plaine üçün fleyta və arfa 2015 — Voices of Australia üçün solo sopranosaksofon və CD 2015 : La lune dans l’eau, üçün saksofon 2016 : La lune dans l’eau, üçün fleyta 2016 : qarışıq xor üçün Petite messe, 2017 : Voyages d’Orient I və Voyages d’Orient II, üçün ансамбля ветра və xor 2017 : Je vois passer l’Ange, üçün üç qadın səsləri və alt-saksofon 2017 : Ahatonhia again, üçün kvartet klarnet 2018 : And Earth moves away, üçün dörd fleyta 2018 : Ntau, üçün fleyta, klarnet, fortepiano və perkussiya «Sophie Lacaze, portrait d’une compositrice», Geneviève Mathon-la dialoq, Delatour Publishing, 160 səh., 2018-ci il may ayı Rəsmi sayt Müasir musiqi sənədləşməsinin mərkəzi veb-saytında səhifə, Fransa "Sofi Lakazın fleytası üçün musiqi" Arxivləşdirilib 2020-05-12 at the Wayback Machine — Traversière Magazine 104, 2012.
Sofi Loren
Sofiya Loren (it. Sophia Loren; 20 sentyabr 1934 Roma, İtaliya) — məşhur İtaliya aktrisası. "Oskar" mükafatına layiq görülmüşdür. Əsl soyadı Şikolone olmuşdur. Sofiya Loren 20 sentyabr 1934-cü ildə Romadakı Regina Margherita Klinikasında Sofiya Scicolone kimi anadan olub. Onun atası Rikkardo başqa bir qadınla evli idi və anası Romilda Villaninin iki uşağının anası olmasına baxmayaraq, onunla evlənməkdən imtina etdi ( Sofiya və onun kiçik bacısı Maria Scicolone). İkinci Dünya Müharibəsi zamanı atasından heç bir dəstək almadan Pozzuoli gecəqondularında böyüyən o, uşaqlıqda böyük kədər yaşadı. 14 yaşında gözəllik müsabiqəsinə qatılan və finalçılardan biri kimi yer alanda onun həyatı gözlənilməz dönüş etdi. Məhz burada Sofiya özündən təxminən 22 yaş böyük, sonradan evləndiyi film prodüseri Karlo Pontinin diqqətini çəkdi. Ola bilsin ki, o, uşaqlıqda heç vaxt yaşamadığı ata fiquru idi.
Sofi Marso
Sofi Daniel Silviya Marso (fr. Sophie Danièle Sylvie Marceau, ilk soyadı Mopyu (fr. Maupu); 17 noyabr 1966, Paris, Fransa) — Fransa kinoaktrisası. 1999-cu ildə Dünya kifayət deyil filmində iştirak etmişdir.