Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eranyi
Eranyi (fr. Éragny) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Serji-Süd. Əhalisi — 16.792 nəfər (2002). Bələdiyyə Paris şəhərinin təxminən 26 km şimal-qərbində, Serji bələdiyyəsinin 4 km cənubi-şərqində yerləşir.
Krasnıy
Krasnıy — Xocalı rayonununda kənd. Krasnıy (Rusiya) — Rusiyada kənd. Krasnıy (Belarus) — Belarusda qəsəbə.
Qranit
Qranit — tam kristalaşmış, bərabərdənəli və ya porfir quruluşlu intruziv süxurdur.Qranit əsasən kvars kristallarından və çöl şpatından ibarət olan dağ süxürudur. Təsnifatı çöl şpatlarının və rəngli mineralların tərkib və miqdarına əsaslanır. Qranit iki qrupa bölünür: kalsiumlu-qələvi, yaxud normal qranit və qələvi qranit. Normal qranit mineraloji tərkibi: qələvi çöl şpatı ortoklaz və ya mikroklindən, plagioklaz-oliqoklaz-andezindən, kvarsdan, rəngli minerallar isə biotit, hornblend, müskovitdən ibarətdir. Bəzi hallarda piroksen müşahidə olunur. Çöl şpatı ancaq və ya əksərən plagioklazdan ibarət olduqda plagioqranit, rəngli mineralları olmadıqda, yaxud çox az miqdarda olduqda – alyaskit adlanır. Qələvi qranit isə qələvi çöl şpatı mikropertit, mikroklin-mikropertitdən, anortoklazdan, plagioklaz-albitdən, rəngli minerallar isə qələvi amfibol və qələvi piroksenlərdən (ribekit, arfvedsonit, egirin və b.) ibarətdir. Kalsiumlu-qələvi intruzivlərin tutduğu sahələr bir neçə yüz, hətta min km² çatır, qələvi qranit isə kiçik ştoklar əmələ gətirir. Mənşəyinə görə qranit üç qrupa bölünürlər: a) qranit maqmasının kristallaşması nəticəsində yaranan qranit; b) hibridləşmiş bazalt maqmasının son diferensiatları olan qranit; c) regional metasomatoz nəticəsində yaranan qranit. Sonuncu tip qranitlər arxey və proterozoy süxurları içərisində geniş yer tutmuşdur.
Saniyə
Saniyə — zaman ölçü vahididir. 60 saniyə 1 dəqiqəyə bərabərdir. 1967-ci ildən etibarən BS saniyəni sezium-133 atomunun elektromaqnit şüalanmasının 9 192 631 770 perioduna bərabər götürür. Bu tərifə görə, sezium-133 atomu vaxt və tezlik ölçülməsi üçün standart hesab olunur. Saniyənin dəqiq ölçülməsi bir sıra digər əsas vahidlərin də dəqiq ölçülməsinə şərait yaradır.
Skaniya
Skaniya və ya Skoneland (isv. Skåneland, Skånelandskapen; lat. Terra Scania, Terra Scaniae; dan. Skånelandene) — İsveçin cənubunda tarixi vilayət. Danimarkanın keçmiş üç vilayəti olan Skone, Halland və Blekingedən ibarətdir. 1658-ci ilə qədər Şərq vilayətləri adı altında Danimarkanın tərkibində olmuşdur. Daha sonra İsveçə verilən, lakin sonradan Danimarkaya qaytarılan Bornholm adası da bəzən Skaniya daxil edilir. Dil baxımından Skaniya İsveçin qalan hissəsindən kəskin şəkildə fərqlənir, çünki Skaniya dialekti İsveç dilindən daha çox Danimarka dilinə yaxındır. == İstinadlar == == Əlavə ədəbiyyat == Alenäs, Stig (2003). Loyalty — Rural Deans — Language Studies of 'Swedification' in the Church in the Lund Diocese during the 1680s.
Sorani
Soran dili- Kürd dilinin dialektlərindəndir ki İraq və İranda danışılır.
Irania
Ağboğaz bülbül (lat. Irania) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinə aid heyvan cinsi.
Scania
Skania (Skåne) — İsveçin ən cənubunda yerləşən tarixi əyaləti (landşaft). Götaland coğrafi rayonunun cənub hissəsində yerləşən, Skåne qraflığı ilə təxminən bitişik olan əyalət 1997-ci ildə yaradılmışdır. İsveçin digər keçmiş əyalətləri kimi, Scania hələ də danışıq nitqində və mədəni istinadlarda özünü göstərir və buna görə də arxaik bir anlayış kimi qəbul edilə bilməz. Scania daxilində Skåne Regional Şurasının tərkibində muxtar olan 33 bələdiyyə var. Scania'nın ən böyük şəhəri Malmö, İsveçin üçüncü ən böyük şəhəri, həmçinin Skandinaviyada beşinci ən böyük şəhərdir. Şimalda Scania keçmiş Halland və Småland əyalətləri, şimal-şərqdə Blekinge, şərq və cənubda Baltik dənizi və qərbdə Öresund ilə həmsərhəddir. 2000-ci ildən, avtomobil və dəmir yolu körpüsü, Öresund körpüsü Scania-nı Danimarka ilə birləşdirir. Scania transmilli Øresund Regionunun bir hissəsini təşkil edir. Şimaldan cənuba Scania təxminən 130 km-dir; İsveçin ümumi ərazisinin 3%-dən azını əhatə edir. 1.320.000-dən çox əhalisi ilə ölkə əhalisinin 13%-ni təşkil edir.
Trani
Trani — İtaliyanın Apuliya regionunda şəhər.
Şanış
Şanış (az-əbcəd. شانێش‎, fars. ده‌بهار‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 625 nəfər yaşayır (211 ailə).
Ananiy Zayonçkovski
Ananiy Zayonçkovski (pol. Ananiasz Zayączkowski; 12 noyabr 1903, Trakay, Vilen quberniyası[d] – 6 aprel 1970, Roma) — türk əslilli polyak alimi, şərqşünas, türkoloq, Polşa Elmlər Akademiyasının (PEA) akademiki (1952), Varşava Universitetinin professoru (1935-ci ildən). Polşa Karaimlər Birliyinin sədri. == Bioqrafiyası == Ananiy Zayonçkovski 12 noyabr 1903-cü ildə Vilna (indiki Vilnüs) şəhərində anadan olmuşdur. Valideynləri əslən Trakay karaimləri olan Akhiezer (Aleksandr) Zayonçkovski və Emiliya Bezekoviçdir. Ananiy iki il Vilnadakı Siqmund Avqust gimnaziyasında oxumuşdur. 1915-ci ildə, Birinci Dünya Müharibəsi zamanı, almanların Litvanı işğalı təhlükəsi yarananda Zayonçkovskilər ailəsi Krıma, doğma ata-baba yurduna köçürlər. Həmin dövrdə valideynləri Ananiyi Simferopol gimnaziyasına göndərirlər. Orta məktəbdə oxuyanda teatr gənc oğlanı o qədər özünə cəlb edirdi ki, yay tətillərində öz tamaşaları ilə bütün Cənub Sahilini gəzən həvəskar truppa təşkil edirdi. Anani bu tamaşalarda Otello, Onegin və Çatski rollarını canlandırırdı.
Basis cranii
Kəllə əsası (lat. basis cranii) tam kəllənin aşağı hissəsi hesab olunur, və iki səthi vardır: xarici və daxili, buna görə də kəllənin xarici əsası — lat. basis cranii externa və kəllənin daxili əsası — lat. basis cranii interna ayırd edilir. Kəllənin beyin hissəsi süni xətt vasitəsilə iki şöbəyə bölünür: yuxarı hissə — kəllə qapağı — lat. calvaria və aşağı hissə — kəllə əsası — lat. basis cranii. Kəllənin xarici əsası üç şöbəyə bölünür: ın orta və arxa şöbə. Ön şöbə üz skleti sümükləri ilə örtülmüşdür; bu şöbəyə damaq və əng sümükləri müvafiqdir. === Kəllənin daxili əsası === Kəllənin daxili əsası — lat.
Gəngiz şoranı
Irania gutturalis
Adi ağboğaz bülbül (lat. Irania gutturalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin ağboğaz bülbül cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Boyu və hərəkətləri ilə bülbülü xatırladır. Üst tərəfi göy rəngə çalan boz, quyruğu, yanaqları qara, qaşı və boyunu ağdır. Qaramtıl-qəhvəyi rəngdə olan dişinin quyruğu tünd qəhvəyi, gövdə yanları narıncı, boğazı ağımtıl, boğazı əhatə edən başın yanı və sinəsi çirkli bozdur. Erkəyin üst tərəfi mavi boz olub, qara quyruğu və qırmızı sinəsi ilə seçilir. Dişisi erkəyə nisbətən sadədir. Daha qəhvəyi və boz yanaqlıdır. Alt tərəfində yalnız yanı qırmızıdır və qara quyruğu ilə dərhal seçilir.
Keçə şoranı
Kol şoranı
Qarağan şoranı və ya kol şoranı == Təbii yayılması == Rusiyada, Dərbənddə və Azərbaycanda Xəzər dənizinin şimal sahilində, Kür çayı ətrafında təsvir edilmişdir. Qafqazda, Avropada, Orta Asiyada, İranda təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 20-60 sm, bəzən isə 100-130 sm-ə qədər olan geniş şaxələnmiş kolcuqdur. Qaidə hissəsində süpürgəvari, yazda sıx tüklənmiş və qışda məhv olan budaqlara malikdir. Yarpaqları növbəli düzülüşlü, cavan yarpaqları silindrvarı, sıx saqqalvarı tüklənmişdir,yaşlı budaqlarda isə çılpaqdır. May ayında çiçəkləyir. Çiçəkləri sayca çox, boz rənglidir və enli süpürgəvari çiçək qrupunda yerləşir. Çiçəkyanlığının yarpaqcıqları demək olar ki, tamamilə sərbəstddir, çiçəkləyəndən sonra sıxlaşır. Noyabr ayında meyvə verir. Meyvələri qanadlı, nazik pərdəli, gümüşü-ağ, sarımtıl və ya çəhrayıdır.
Krasnıy Kut
Krasnı Kut — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Krasnıy Sulin
Krasnıy Sulin — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Krayniy adası
Krayniy adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Demyan Bednıy adalarının şərqində, Komsomoles adasından 4,2 km şimal-qərbdə yerləşir. Qonşuluğunda yerləşən Qlavnıy və Kolokol adaları ilə qumlu sayla birləşir (müvafiq olaraq 1 km və 650 m). == Təsviri == Şimal-qərbdən cənub-şərqə doğru uzanır. Uzunluğu 1,3 km, eni isə 300 metr təşkil edir. Adanın maksimal hündürlüyü 11 metrdir. Adada çay və göl yoxdur.
Kristina Franiç
Kristina Franiç (d. 22 may 1987; Split, Xorvatiya) — Xorvatiyanı təmsil edən həndbolçu. == Karyerası == Kristina Franiç Xorvatiya 2012 Yay Olimpiya Oyunlarında Xorvatiya milli futbol komandasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
Qabriela Spanik
Qabriela Elena Spanik Utrera (isp. Gabriela Elena Španić Utrera; 10 dekabr 1973) — Venesuela aktrisası, müğənni. Latın Amerikası kinonovellalarındakı rolları ilə tanınır. == Həyatı == Qabriela Spanik 10 dekabr 1973-cü ildə Venesuelada anadan olub. Atası öz valideynləri ilə birlikdə 1947-ci ildə Venesuelaya köçmüş xorvat, anası Norma Utrera Londonda doğulmuş ingilisdir.
Qarağan şoranı
Qarağan şoranı və ya kol şoranı == Təbii yayılması == Rusiyada, Dərbənddə və Azərbaycanda Xəzər dənizinin şimal sahilində, Kür çayı ətrafında təsvir edilmişdir. Qafqazda, Avropada, Orta Asiyada, İranda təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 20-60 sm, bəzən isə 100-130 sm-ə qədər olan geniş şaxələnmiş kolcuqdur. Qaidə hissəsində süpürgəvari, yazda sıx tüklənmiş və qışda məhv olan budaqlara malikdir. Yarpaqları növbəli düzülüşlü, cavan yarpaqları silindrvarı, sıx saqqalvarı tüklənmişdir,yaşlı budaqlarda isə çılpaqdır. May ayında çiçəkləyir. Çiçəkləri sayca çox, boz rənglidir və enli süpürgəvari çiçək qrupunda yerləşir. Çiçəkyanlığının yarpaqcıqları demək olar ki, tamamilə sərbəstddir, çiçəkləyəndən sonra sıxlaşır. Noyabr ayında meyvə verir. Meyvələri qanadlı, nazik pərdəli, gümüşü-ağ, sarımtıl və ya çəhrayıdır.
Rixter şoranı
Sredniy adası
Sredniy adası — Şimal Torpağının tərkib hissəsini təşkil edən Sedov arxipelaqı tərkibinə daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə yuyulur. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. == Coğrafiyası == Arxipelaqın qərb gissəsində yerləşir. Qərbində yerləşən Qolomyannıy adası ilə burunla birləşir. Burunun uzunluğu təqribi olaran bir kilometrə yaxındır. Adadan cənubda, mərkəzi hissədə 800 metr enə malik Sergey Kamenev boğazı Domaşniy adasından ayırır. 250 metr şimalda Otdelennıy yarımsdasından şərqdə Strela adası, Yakovski burnundan (burun məşhur qütb araşdırmaçısı, hidroqraf S. S. Yakovskinin (1927—1965) şərəfinə adlandırılmışdır) 1,2 kilometr şərqdə Fiqurnıy adası adası yerləşir. == Ümumi məlumat == Ada uzunsov formaya malikdir. Qərbində yerləşən Dvoynoy burnu ilə şərqində yerləşən Yakovski burnu arasında məsafə 24 kilometr, eni isə 0,5 - 1,3 km arasında dəyişir.
Srednıy yarımadası
Srednıy yarımadası — Rusiyanın şimalında yerləşir. İnzibati cəhətdən Murmansk vilayətinin Peçenq rayonu ərazisində yerləşir. Barens dənizinin sahillərində yerləşir. Materiki Rıbaçi yarımadası ilə birləşdirir. Ərazisi əsasən gil və qumla örtülüdür. Ən hündür nöqtəsi 334 metrdir. Tundra bitkiləri geniş yarılıb. Dənizin sahil hissəsi isti Nordkap cərəyanının sayəsində il boyu donma baş vermir. Sahil suları balıqlarla zəngindir. Yarımadanın yaxınlığında Aynov adası yerləşir, hansı ki Kandalaş qoruğunun bir hissəsini təşkil edir.