Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Etügen
Stupino
Stupino — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir.
Stupor
Stupor (lat. stupor "keylik, uyuşuqluq") — tibbdə, xüsusilə psixatriyada hərəki pozğunluğun bir növü. Mutizm (səssizlik) hərəkətsizliyi, taqətsizlik, halsızlıq, qıcığa qarşı reaksiya sönüklüyü.
Ötüken
Ötükən (çin.: 於都斤山, 都尉揵山 , 烏德鞬山/乌德鞬山, 都斤山, 大斤山, 郁督軍山/郁督军山; "Ötükən Dağı", , Ötüken jer ("Ötükən Yeri") adı verilən , meşələrlə örtülü bir dağ , qədim türklər üçün çox müqəddəs sayılır. == Etimologiyası == "Divan"dakı ən maraqlı toponimlərdən biri Ötükən'dir. Şamanizmin izləri bu toponimin də daxilinə hopa bilmişdir. Monqol mənşəli Ötükən şaman tanrıların yaşadığı yerlər olmuşdur. Şaman və yarı şaman mətnlərində bu tanrıya böyük inanc təsvir olunur. Mahmud Kaşğarlı o zaman tatarların məskunlaşdığı ərazilərin bir hissəsinin Ötükən olduğunu da göstərir. Tədqiqatçıların fikrincə, monqolların etnogenezində mühüm rol oynamış Ötükən tayfa adı "hökmdar qadın ölkəsi, ərazisi", "sitayiş edilən yer, səcdəgah", "türklərin müqəddəs dağı" mənalarındadır. Ötükən adı yış, yer sözləri ilə yanaşı işlənmişdir. Ötükənin mif anlamı yaradan ata, yaradan xan (L. Potapov, M. Seyidov) kimi şərh olunur. Bu mif keyfiyyətlərinə görə o, qoruyucu, bolluq, xoşbəxtlik bəxş edən olmuşdur.
Ötükən
Ötükən (çin.: 於都斤山, 都尉揵山 , 烏德鞬山/乌德鞬山, 都斤山, 大斤山, 郁督軍山/郁督军山; "Ötükən Dağı", , Ötüken jer ("Ötükən Yeri") adı verilən , meşələrlə örtülü bir dağ , qədim türklər üçün çox müqəddəs sayılır. == Etimologiyası == "Divan"dakı ən maraqlı toponimlərdən biri Ötükən'dir. Şamanizmin izləri bu toponimin də daxilinə hopa bilmişdir. Monqol mənşəli Ötükən şaman tanrıların yaşadığı yerlər olmuşdur. Şaman və yarı şaman mətnlərində bu tanrıya böyük inanc təsvir olunur. Mahmud Kaşğarlı o zaman tatarların məskunlaşdığı ərazilərin bir hissəsinin Ötükən olduğunu da göstərir. Tədqiqatçıların fikrincə, monqolların etnogenezində mühüm rol oynamış Ötükən tayfa adı "hökmdar qadın ölkəsi, ərazisi", "sitayiş edilən yer, səcdəgah", "türklərin müqəddəs dağı" mənalarındadır. Ötükən adı yış, yer sözləri ilə yanaşı işlənmişdir. Ötükənin mif anlamı yaradan ata, yaradan xan (L. Potapov, M. Seyidov) kimi şərh olunur. Bu mif keyfiyyətlərinə görə o, qoruyucu, bolluq, xoşbəxtlik bəxş edən olmuşdur.
Süren
Süren (fr. Suresnes) — Parisin qərb sərhəddində O-dö-Sen departamentində kommuna. Əhalisi 48 565 nəfərdir (2015-ci il üçün).
Süsən
Süsən (lat. Iris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Müxtəli formalı və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca ἶρῐς — göy qurşağı adlandırılmışdır. == Ümumi məlumatlar == Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmışdır. Süsənin xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən - Iris pseudacorus L., Florensiya süsəni - I. florentina L., Almaniya süsəni - I. germanica L., solğun süsən - I. pallida Lam. və s. növlərindən istifadə olunur.Süsən çiçəyi təbiətin yaratdığı gözəl canlı abidədir.
Tümen
Tümen (rus. Тюмень, sib. Çimke-tora) — Rusiya Federasiyasında yerləşən şəhər. Tümen vilayətinə daxildir.
Tümən
Tümən (qoşun) — 10.000 nəfərdən ibarət qoşun hissəsi. Tümən (ərazi) — 10.000 nəfərdən ibarət əhalisi olan vilayət. Tümən (pul vahidi) — İranın XVII əsrdən 1932-ci ilə qədər rəsmi pul vahidi, 10.000 dinardan ibarət olub. Təbriz tüməni — == Həmçinin bax == Tümen – Sibirdə şəhər.
Şopen
Frederik Şopen (pol. Fryderyk Franciszek Chopin; 22 fevral 1810[…] və ya 1 mart 1810 – 17 oktyabr 1849[…], Paris, İkinci Fransa Respublikası) — dünya şöhrətli polyak bəstəkarı, klassik musiqi bəstəkarı, fortepiano üçün çoxsaylı qiymətli əsərlərin müəllifi, pianoçu. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Frederik Şopen 1810-cu il martın 1-də Varşava yaxınlığında dünyaya gəlib. Frederikin atası Nikolas Şopen (1771–1844) on altı yaşında 1787-ci ildə Polşaya mühacirət edən Lotareniyadan olan bir Fransız idi. Anası Jastina Krzyzanovska (1782–1861) isə polyak idi. Frederikin Ludvika, İzabella və Emiliya adında bacıları da var idi. Musiqiçi ailəsində dünyaya gələn Şopeni uşaqlığından musiqi öz əhatəsinə alır və artıq 5 yaşında o, sadə əsərləri pianoda ifa etməyə başlayır. Tezliklə onun müəllimi tanınmış musiqiçi V. Jivniy olur və o, öz şagirdinə klassiklərin əsərlərini öyrətməyə başlayır. Şopen böyük uğurla Ali Musiqi məktəbini qurtarır.
Microsoft Student
Microsoft Student - Microsoft şirkəti tərəfindən yaradılan proqramdır. Əsas tələbələr və məktəbdə oxuyan uşaqlar üçün nəzərdə tutulub. == Xüsusiyyətləri == Proqram Microsoftun yaratdığı Office proqramlarıyla inteqrasiya edib. MS Student Encarta proqram-ensiklopediya istifadəsiylə yaradılıb. Proqramda Microsoftun MS Math, on-line Encarta və digər proglar istifadə olunub. Hal-hazırda bağlanıb. Şirkət tərəfindən açıqlamada deyildi ki, bağlanmasına əsas səbəb - yerləşdirilmiş informasiyaya tələbatın az olmasıdır. Əsas rəqibi Vikipediyadır.
Staten-Aylend
Staten Aylend — Nyu-Yorkun 5 əsas bölgəsindən biri. Eyni adlı ada üzərində yerləşir. 477 377 nəfər əhalisi olan bölgə Nyu-Yorkun ən az əhalisi olan bölgəsidir.
Stepan Erzya
Stepan Dmitriyeviç Erzya (Nefyodov) (rus. Степа́н Дми́триевич Э́рьзя (Нефёдов); 27 oktyabr (8 noyabr) 1876, 27 oktyabr 1876 və ya 1876 – 24 noyabr 1959, 23 noyabr 1959 və ya 1959, Moskva) ― Rusiya və Argentinada yaşamış Mordva heykəltəraşı. Erzya öz təxəllüs adını yerli etnik qrup olan erzya mordvalarından ilhamlanıb seçmişdir. O, 27 oktyabr 1876-cı ildə Rusiya imperiyasının Simbirsk quberniyasının Alatır qəzasının Bayevo kəndində anadan olmuşdur. 1892-ci ildə ailəsi Alatıra köçdü; Stepan sənətə müxtəlif ikona çəkmə studiyalarında yiyələndi. 1893–1897-ci illərdə o, Kazanda yaşayırdı, orada ilk öncə dülgərlik emalatxanasında, sonra isə P. A. Kovalinskinin ikona çəkmə atelyesində işləmişdir. O dövrdə Erzya Volqa çayının sahilində yerləşən fərqli şəhər və kəndlərindəki kilsələri bəzəyirdi və Kazan İncəsənət Məktəbinə gedirdi.1902–1906-cı illərdə Moskva Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq məktəbində oxudu, məktəbin tələbələrinin sərgilərində iştirak etdi. 1906–1914-cü illərdə İtaliyada və Fransada yaşadı. 1909-cu ildə Venesiya və Milanda və 1912-ci ildə Parisdə keçirilən sərgilərdə iştirak etmişdir. 1914-cü ildə Rusiyaya qayıtdı və 1918-ci ildə Yekaterinburqa köçdü və burada monumental sənət əsərlərini yaratdı.
Stepan Kuznetsov
Stepan Leonidoviç Kuznetsov 2 (14) yanvar 1879, Kişinyov, Bessarabiya quberniyası[d] – 18 aprel 1932, Moskva1879, Kişinyov, Bessarabiya quberniyası - 18 aprel 1932, Moskva) - rus və sovet teatr aktyoru, Kiyevdəki Solovtsov teatrının, Moskva İncəsənət teatrının və Malı teatrının artisti, Respublikanın xalq artisti (1929). == Haqqında == Stepan Leonidoviç Kuznetsov keçmiş təhkimli kəndli ailəsində anadan olub – teatrların bufetində aşpaz işləyib. Daha sonra atası Odessada teatr sahibi oldu, lakin iki mövsümdən sonra müflis oldu. Stepan Kuznetsovun ailəsinin maddi durumu aşağı üçün təhsilini paroxial məktəbdə məhdudlaşdırıb, gənc yaşlarından kitab mağazalarında çalışıb. 1901-ci ildə Oreldə Kuznetsov ilk dəfə peşəkar səhnəyə çıxdı, lakin 1902-1906-cı illərdə hərbi xidmətdə olduğuna görə Mançuriyada Rus-Yapon müharibəsində iştirak etmişdir. Sonra yenidən səhnəyə qayıdıb və 1907-1908-ci illər də Kiyevin Solovtsov teatrında çıxış edib. Stepan Kuznetsov 1908-ci ildə Moskvaya köçdü və Moskva İncəsənət teatrının truppasına daxil oldu. 1910-cu ilə qədər teatrda fəaliyyət göstərmişdir. Stepan Kuznetsovun yaradıcılığının ən parlaq dövrü Solovtsov teatrındakı işlərlə bağlı idi (1912-1919, fasilələrlə). 1923-1925-ci illər də Moskva da MGSPS adına teatrda çalışmışdır.
Stepan Lianozov
Stepan Qeorqiyeviç Lianozov (erm.Ստեփան Գևորգի Լիանոսյան; 9 avqust 1872, Moskva – 10 avqust 1949, Paris) — Rusiya (Bakı) sənayeçisi, mesenat və siyasi xadim. Rusiyanın ən iri neftxudası. Atası S. M. Lianozov 1873 ildə Xəzər dənizinin cənub hissəsində balıq tutmaq üçün İran şahından konsessiya almışdır. Qimnaziyanı 1894 ildə bitirdikdən sonra Moskva universitetinin təbii elmlər fakültəsinə daxil olur. 1898 ildə onu bitirir. İki il Moskva məhkəmə palatasında vəkil kimi çalışır. 1901 ildə Bakıya köçür və neft işi ilə məşğul olmağa başlayır. 20 dən artıq neft və başqa şirkətlərin icraçı direktroru olur. 1907 ildə Peterburqda 2 mln. əsas kapitalı olan "Lianozov Q. M və oğulları"(tovarişestvo) yoldaşlığı yaradır.
Stepan Makarov
Stepan Osipoviç Makarov (1848–1904) — rus dənizçisi, okeanoqrafı və qütb tədqiqatçısıdır. == Həyatı == Stepan Osipoviç Makarov rus okeanoqrafiyasının ən görkəmli nümayəndələrindən biri kimi coğrafiya tarixində özünə yer tapmış tədqiqatçılardan biri sayılır. Onun fəaliyyətinin çiçəklənmə dövrü XIX əsrin ikinci yarısında Rusiyada yelkənli gəmilərin buxar gəmiləri ilə əvəz olunmasının son ərəfəsinə düşür. Rus dəniz donanmasının texniki cəhətdən inkişafında böyük zəhməti olan Makarov birinci rus buzqıran "Ermak" gəmisinin konstrukturu olmuşdur. O, ilk dəfə "Abrek" gəmisində üzmüş, sonra isə "Boqatr" gəmisinə keçirilmişdir. 1881-ci ildə "Taman" hərbi gəmisində komandir olarkən Qara dənizlə Aralıq dənizi arasında gedən su mübadiləsini öyrənməklə onların elmi izahını vermişdir. O, həmçinin Qara dənizdə bütün axını sisteminin izahını vermişdir. Bu işlərinə görə Makarov Elmlər Akademiyasının mükafatına layiq görülmüşdür. 1885-ci ildə Makarov "Vityaz" gəmisinə komandir təyin olunur. 1886-cı ilin avqust ayında "Vityaz" gəmisi dünya səyahətinə çıxır.
Stepan Maynaqaşev
Stepan Maynaqaşev (8 yanvar 1886 – 29 aprel 1920) — xakas mənşəli türkoloq. Rusiya imperiyasındakı etnoqraf xakas ədəbi dilinin yaradıcısıdır. Xakas əlifbasının banisi. Sosialist, populist siyasi fəal. == Bioqrafiya == 1886-cı ildə Aşıs Bozkır Bələdiyyəsi Məclisinə bağlı olan Iresov (Xakasça: İres aal) kəndində anadan olmuşdur. Xakas türkləri arasında sagay türklərinin bir etnik qrupu olan Tomlar tayfasındandır. 1906-1907-ci illər arasında Krasnoyarsk Ruhban məktəbində işləmiş; 1907-1910-cu illərdə Asxıs yerli məclisin üzvü olmuş; 1910-1911-ci illərdə Tomsk universitetində təhsil almışdır. Mərkəzi və Şərqi Asiya Tədqiqat Komitəsinin göstərişi ilə 1913-1914-cü illərdə Xakasiyada tədqiqatlar aparmışdır. Tədqiqatlarının məqsədi xakas ləhçələrini öyrənmək idi. Tədqiqatının nəticələri Mərkəzi və Şərqi Asiya üzrə Tədqiqat Komitəsi tərəfindən dərc edilmişdir.Stepan Maynaqaşev xakas türklərinin "şamanist" adətlərini, ənənəvi həyat tərzlərini qələmə almaqla xakas türklərinin adət-ənənələrinin yox olmasının qarşısını aldı və bu tərtib edilmiş materiallar sayəsində ümumiyyətlə Türk mədəniyyətinə xidmət etdi.
Stepan Nəzəryan
Stepan Nəzəryan (erm. Ստեփանոս Նազարեան; rus. Степанос Исаевич Назарян; 1812[…] və ya 27 may 1812, Tiflis, Gürcüstan quberniyası – 1879[…] və ya 9 may 1879, Moskva) — erməni əsilli Rusiya naşiri, maarifçi, ədəbiyyat tarixçisi və şərqşünas. == Həyatı == Stepan Nəzəryan 15 may 1812-ci ildə Tiflisdə (indiki Gürcüstan) keşiş ailəsində anadan olmuşdur. 1840 -cı ildə Tartu Universitetində fəlsəfə fakültəsini bitirmişdir. Nəzəryan 1849-cu ildə Moskvada yerləşən Lazarev adına Şərq Dilləri İnstitutunda fars və ərəb ədəbiyyatı professoru oldu. O, bir sıra elmi əsərlər nəşr etdirmiş və doktorluq dissertasiyasını Firdovsinin "Şahnamə" əsərini təhlil edərək qorumuşdur. Nəzəryan 1840-cı illərdəki Avropa maarifçilik hərəkatının və Rusiyada ictimai hərəkatın təsiri altında getdikcə feodal sistemə və ideologiyasına qarşı yazmağa başlamışdır. O, 1850-ci illərdə erməni maarifçilik hərəkatının lideri olmuşdur. Nəzəryan 1858–1864-cü illərdə Moskvada nüfuzlu "Hyusisapayl" jurnalını nəşr etdirmişdir.
Stepan Razin
Stepan Timofeyeviç Razin ( rus : Степа́н Тимофе́евич Ра́зин , tələffüz olunur : [sʲtʲɪˈpan tʲɪmɐˈfʲe(j)ɪvʲɪtɕ ˈrazʲɪn] ; 1630 – Razʲɪn] ; 1630 – 16 iyun [16 ] Stezinka kimi tanınır. [ˈsʲtʲenʲkə] ), 1670-1671-ci illərdə Rusiyanın cənubunda zadəganlara və çar bürokratiyasına qarşı böyük üsyana rəhbərlik edən kazak lideri idi. == Həyatı == === Erkən həyat === Razinin atası Timofey Razya, guya, Voronej ətrafında, Rusiyanın çöl sərhədi yaxınlığında, Vəhşi tarlalar adlanan şəhərdən gəlmişdir . Razinin əmisi və nənəsi hələ 1667-ci ilə qədər Voronejdən 8 kilometr (5,0 mil) kənarda yerləşən Yeni Usman və ya Usman Sobakina kəndində yaşayırdılar. Razinin anasının kimliyi müzakirə olunur. Bir sənəddə Razinə “yarı qan” mənasını verən tuma kazak deyilirdi, bu da onun anasının əsir götürülmüş “türk” ( turçanka ) və ya Krım tatarı qadın olması fərziyyəsinə səbəb olur. Lakin bu termin " tərəfindən də istifadə edilmişdir.[ əlavə izahat tələb olunur ] mənşəyindən asılı olmayaraq bütün "aşağı kazaklara" qarşı alçaldıcı ləqəb kimi Başqa bir fərziyyə Razinin xaç anası Matrena Qovoruxa haqqında məlumatlara əsaslanır. Ənənəyə görə, xaç anası doğulan ana ilə qohum olmalıdır və Stenkanın xaç anası Ukraynanın Sloboda bölgəsindəki Tsarev-Borisov [ ru ] şəhərində yaşayırdı. Beləliklə, Stepanın anası da ukraynalı ola bilərdi. Tarixi mənbələrdə ilk dəfə Razinin adı 1652- ci ildə Ağ dənizdəki böyük Solovetski monastırına uzun məsafəli həcc ziyarətinə getmək üçün icazə istəyərkən çəkildi .
Stepan Rudniski
Stepan Rudniski (1877–1937) — Ukraynalı coğrafiyaşünas, kartoqraf, publisist, Ukrayna SSR Elmlər Akademiyasının akademiki (1929). == Bioqrafiya == Orta məktəb müəlliminin ailəsində anadan olub. Yazıçı Yulian Opilskinin qardaşıdır. Lvov Universitetini bitirmiş, Vyana və Berlində təhsil almışdır. 1901-ci ildə fəlsəfə üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. Coğrafiya və Geologiya İnstitutunun çöl ekspedisiyalarında iştirak etmişdir. 1899-cu ildən Lvov gimnaziyalarında dərs demiş, sonra Lvov Universitetində, Privatdozentdə müəllimlik etmişdir. 1908-ci ildən coğrafiya kafedrasının professoru olmuşdur. O, Ukraynada fiziki coğrafiya tədqiqatının banisi hesab olunur. Onun geomorfologiya, tarixi sosial-iqtisadi coğrafiya, kartoqrafiya, yerli tarix, ümumi coğrafiyaya dair elmi əsərləri vardır.
Stepan Rumovski
Stepan Rumovski (rus. Степан Яковлевич Румовский; 29 oktyabr (9 noyabr) 1734, Vladimir quberniyası[d] – 6 (18) iyul 1812, Sankt-Peterburq, Rusiya imperiyası) — Rusiya astronomu və riyaziyyatçısı, ilk rus akademiklərindən biri (1767-ci ildən). Stokholm Elmlər Akademiyasının xarici üzvü. Kazan Universitetinin açılışının təşəbbüskarı. Elmi əsərlər astronomiya, geodeziya, coğrafiya, riyaziyyat və fizika sahələrinə aiddir. O, rus alimlərinin ilk nəslini yetişdirmək üçün müəllimliyə çox səy sərf etdi. " Riyaziyyatın abbreviaturaları" (1760) dərsliyini yazmışdır. 6 cildlik (1789–1794) "Rusiya Akademiyasının lüğəti"nin ilk nəşrinin tərtibçilərindən biri. == Həyatı == Stepan Yakovleviç Rumovski 1734-cü il oktyabrın 29-da (9 noyabr) Starıy Poqost kəndində (Vladimir quberniyası bəzi mənbələrinə görə) anadan olub. 1739-cu ildə ailəsi Sankt -Peterburaqa köçür.
Stepan Yemelyanov
Stepan Federoviç Yemelyanov (12 yanvar 1902, Taşliyar[d], Minzələ qəzası[d], Ufa quberniyası, Rusiya imperiyası – 1988, Bakı) — Azərbaycan KP BK-nın Dzerjinsk rayon komitəsinin birinci katibi, Azərbaycan SSR xalq daxili işlər komissarı . == Həyatı == 1902-ci il dekabrın 13-də Tatarıstan Respublikasının Takanış rayonunun Taşliyar kəndində anadan olmuşdur. Milliyyətcə rusdur. 1915-ci ildə kənd məktəbini bitirdikdən sonra təsərrüfat işləri ilə məşğul olan S. Yemelyanov 1919–1923-cü illərdə texniki məktəbdə təhsil almış, 1925-ci ildə "Azneft"in oksigen-karbit zavodunda işə qəbul olunmuşdur. 1928-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Xalq Komissarlığının məhkəmə aparatında çalışdıqdan sonra Bakı Birləşmiş Məhkəməsində xalq hakimi vəzifəsində işləmişdir. 1931–1936-cı illərdə Bakı Sənaye İnstitutunda təhsil almışdır. 1939-cu ilin fevralından 1953-cü il avqust ayınadək Azərbaycan SSR təhlükəsizlik orqanlarına rəhbərlik etmişdir. Daha sonra həbs olunmuş, 1956-cı ildə əmlakı müsadirə olunmaqla və cəzasını islah-əmək düşərgələrində çəkməklə 25 il müddətinə azadlıqdan məhrum edilmişdir. 1970-ci ilin may ayında əfv olunmuşdur.
Stepan Zelinski
Stepan Pavloviç Zelinski (rus. Степана Павловича Зелински == Həyatı == İrəvan progimnaziyasının hazırlıq sinfinin müəllimi olmuşdur. 1881-ci ildə «Qafqaz ölkəsi və xalqlarının təsviri üçün materiallar» (SMOMPK) məcmuəsinin birinci sayında çap olunmuş «İrəvan şəhəri» (54 səhifə), «Dərəçiçək» (14 səhifə), «Tatar atalar sözləri, məsəlləri, tapmacaları və qadın adları» (19 səhifə) adlı məqalələrində İrəvan şəhərinə və çevrəsinə dair əhəmiyyətli məsələlər yer almışdır. S.P.Zelinskinin qeyd olunan məcmuənin 1882-ci ilə aid ikinci sayında verilmiş «İrandan köçürülüb İrəvan quberniyasının Naxçıvan qəzasında yerləşdirilmiş ermənilərin məişətindən etnoqrafik oçerklər» adlı zəngin informasiya tutumuna malik məqaləsi də qayəsi etibarilə İrəvan şəhəri və çevrəsi haqqında yazılanların davamı təsiri bağışlayır. «Гoрод Эривань» məqaləsi. (54 səhifə) 1881 «Dərəçiçək» (14 səhifə), «Tatar atalar sözləri, məsəlləri, tapmacaları və qadın adları» (19 səhifə) Экономический быт. гос.
Stepan Şalayev
Stepan Alekseyeviç Şalayev (rus. Степа́н Алексе́евич Шала́ев; 5 yanvar 1929, Mordovskaya Polyana[d], Orta Volqa diyarı – 18 yanvar 2022, Moskva) — SSRİ dövlət və partiya xadimi, həmkarlar ittifaqı rəhbəri. == Həyatı == Stepan Alekseyeviç Şalayev 5 yanvar 1929-cu ildə SSRİ-də, Mordoviyada anadan olmuşdur. O, 1951-ci ildə Moskva Meşə Mühəndisliyi İnstitutunu meşə mühəndisi ixtisası üzrə bitirmişdir. Şalayev 1982–1990-cı illərdə Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının sədri olmuşdur. O, 1981–1982 Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd, 1982–1990-cı illərdə isə oranın üzvü olmuşdur. Həmçinin, Şalayev 1982–1989-cu illərdə SSRİ Ali Sovetinin deputatı, SSRİ Ali Soveti Rəyasət Heyətinin üzvü olmuşdur. == Mükafatlar == üç "Qırmızı əmək bayrağı" ordeni iki “Şərəf nişanı” ordeni == İstinadlar == == Əlavə ədəbiyyat == Государственная власть СССР. Высшие органы власти и управления и их руководители. 1923—1991 гг. Историко-биографический справочник / Сост.
Stepan Şaumyan
Stepan Georgiyeviç Şaumyan (13 oktyabr 1878, Tiflis – 20 sentyabr 1918, Krasnovodsk) — XX əsrin əvvəlində Qafqazda fəaliyyət göstərmiş erməni əsilli kommunist inqilabçı və siyasi xadim, 1900-cü ildən Kommunist Partiyasının üzvü, 26 Bakı komissarının rəhbəri. == Həyatı == Stepan Şaumyan 1878-ci il oktyabr ayının 13-də Tiflisdə işlər müdiri köməkçisinin ailəsində anadan olmuşdur. 1889–1898-ci illərdə Tiflis real məktəbində təhsil almışdır. 1899-cu ildə Cəlaloğlu kəndində ilk marksist dərnəyi olan "Göyqurşağı"nı təşkil etmiş, 1902-ci ildə orada sosial-demokrat birliyini yaratmışdır. 1901-ci ilin avqustunda Riqa Politexnik İnstitunda təhsil almağa başlamış, 1902-ci ilin martında inqilabi fəaliyyətinə görə qovulmuşdu. Tiflisə geri qayıdan Şaumyan 1902-ci ilin sonunda Almaniyaya mühacirət etmişdir. Berlin Humboldt Universitetinin fəlsəfə fakültəsini bitirmişdir. Berlində olarkən Karl Kautski, Roza Lüksemburq və Karl Libknext kimi aktivistlərlə təmaslarda olmuşdur. İlk dəfə 1903-cü ilin yazında İsveçrədə Lenin ilə tanış olmuşdur. 1905-ci ildə təhsilini başa vurduqdan sonra Gürcüstana qayıtmışdır.