Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stoun Taun
Stoun Taun — Zənzibarın mərkəzi. == Tarixi == Vaxtı ilə burada Afrikanın ən böyük qul bazarı olmuşdur. İndi onun yerində kilsə var. == Tarixi irsi == Stoun Taun UNESKO-nun mühafizə etdiyi qeyri-adi qapıları ilə məşhurdur. Onların forması hindistanlılardan götürülüb. Üzərində fillərdən müdafiə üçün nəzərdə tutulan kürəciklər var, qapının bəzəyi isə ev sahibinin ibadət etdiyi dini və maddi vəziyyətini əks etdirir. == Turizm == Stoun Taunda hər gün "ədviyyat turları" təşkil edilir. Vaxtı ilə bu ada dünyanın yarısını ədviyyatla təmin edirdi.
Riçard Stoun
Riçard Stoun (ing. John Richard Nicholas Stone) (30 avqust 1913 - 6 dekabr 1991) — ingilis iqtisadçı. 1984-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı və fəaliyyəti == Riçard Stoun Kembric Universitetinin Qonville və Kayus kollecində oxumuş və 1936-cı ildə məzun olmuşdu. Sonra II Dünya müharibəsi başlayana qədər Londonda tanınmış Lloyds sığorta şirkətində sığorta brokeri olaraq fəaliyyət göstərmişdi. Müharibə dövründə dövlət məmuru kimi statistik və iqtisadçı olaraq işləmişdi. Bu müddət ərzində tanınmış iqtisadçı Ceyms Midlə birlikdə ikili yazılışlı mühasibat hesabına əsaslanan rəsmi Milli gəlir və xərcləmə statistikasını təkmilləşdirib 1941-ci ildə nəşr etdirdilər. Riçard Stoun müharibədən sonra 1945-1955-ci illərdə Kembric Universitetində Tətbiqi iqtisadiyyat bölməsini qurdu və bu bölmənin direktoru olaraq işlədi. Eyni zamanda həmin universitetdə maliyyə və mühasibat professoru olaraq işləmiş və 1980-ci ildən sonra təqaüdə fəxri professor olaraq çıxdıqdan sonra da akademik fəaliyyətinə davam etdi. Riçard Stoun 1984-cü ildə iqtisadi fəaliyyətlərin qeydiyyatını izləmək üçün iqtisadi və sosial mühasibat sistemini təkmilləşdirdiyi üçün İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdü.
İrvinq Stoun
İrvinq Stoun (ing. Irving Stone; 14 iyul 1903[…], San-Fransisko, Kaliforniya – 26 avqust 1989[…], Los-Anceles, ABŞ) — ABŞ yazıçısı. == Həyatı == İrvinq Stoun 14 iyul 1903-cü ildə ABŞ-də anadan olub. Vinsent Van Qoq, Cek London, Klarens Derron, Cessi Beuton-Fremont, Yudjine Debse, Erl Yoren, Con Noubl, Reycel Cekson, Meri Todd və Avraam Linkoln, Mikelanjelo, Ziqmund Freyd, Henrix Şliman, Kamilla Pisarro, Çarls Darvin haqqında ümumilikdə 25 bioqrafik romanın müəllifi olmaqla ədəbiyyatda bu istiqamətin yaradıcılarındandır. O, 1924-cü ildə Kaliforniyada universiteti bitirərək iqtisadiyyatı tədris etməyə başlayıb. Stoun bakalavr pilləsi üzrə təhsilini tamamladıqdan dərhal sonra müəllim kimi işləmək icazəsi almış ilk məzun idi. Yazıçı 1926-cı ildə Parisə səyahət edir, sonra isə Nyu-Yorka köçür. 6-7il ərzində 18 teatr pyesi yazır. Onlardan ikisi Brodveydə tamaşaya qoyulsa da, uğur əldə edə bilmir. İrvinq Stoun özü haqqında "Mən burjuaziya nümayəndəsiyəm valideynlərim dükan sahibi idilər." demişdir.
Şeron Stoun
Şeron Stoun (ing. Sharon Stone; 10 mart 1958[…]) — ABŞ aktrisası. == Həyatı == O, 10 mart 1958-ci ildə ABŞ-nin Pensilvaniya ştatında dünyaya göz açıb. Soyunmağı xüsusilə sevən xanım uşaqlıqdan qeyri-adi olub. O, 5 yaşında artıq 2-ci sinifdə, 15 yaşında isə universitetdə təhsil alırdı. Elə o yaşlarından Şeron modellik təklifi alır. Bu sahədə o qədər uğur əldə etməyən Şeron aktrisa olmaq arzusu ilə ABŞ-yə qayıdır və istəyinə nail olur. Bu minvalla Şeron bir çox məşhur aktyorlarla birgə saysız-hesabsız filmlərə çəkilir.
Şon Stoun
Şon Stoun (29 dekabr 1984, Nyu-York, Nyu-York ştatı) — ABŞ aktyoru. == Həyatı == 29 dekabr, 1984 təvəllüdlü Şon Stoun islam dinini qəbul etdi. Tanımış amerikalı kinorejissor Oliver Stounun oğlu, Şon Stoun müsəlmanlığı qəbul edib. Məlumata əsasən, gənc rejissor İranda sənədli film çəkilişləri apararkən, fevralın 14-də İsfahan şəhərində islam dinini qəbul edərək, özünə Əli adını seçmişdir. Onun atası yəhudi, anası isə xristiandır. Şon Stounun 27 yaşı var və o, atasının çəkdiyi filmlərdə kiçik rollar ifa edib. Qeyd edək ki, Şon Stoun hazırda İranda XIII əsr şairi Cəlaləddin Rumi haqqında sənədli film çəkməkdədir və bu müddət ərzində islam dininə böyük maraq göstərib. 14 fevral, çərşənbə günündə İsfahan Şəhərində keçirilən mərasimdə o, islam dinini, şiəliyi qəbul etdiyini və Əli adını seçdiyini elan edib. "Agence France-Presse"nin verdiyi məlumata görə, Şon Stoun qeyd etmişdir: "İslamı qəbul etməyim digər dinləri inkar etmək mənasında deyil, xristianlığı, yaxud yahudiliyi tərk etmirəm, mən bu dini çevrədə doğulmuşam. Bu o deməkdir ki, mən Muhəmmədi (s) və digər peyğəmbərləri qəbul edirəm !" İSNA-ya verdiyi müsahibədə Şon deyir: "İslam, yəhudi və xristian dinlərinin antaqonistik olduğunu düşünən insanlar yanılırlar, əksini anlamaq üçün, bu dinlər arasında dialoq qurmaq lazımdır." Vətənində onun öz dinini dəyişməsi barədə xəbərlərə necə münasibət bəsləyəcəklər sualını isə gənc rejissor belə cavablandırıb: "Amerikada mən o qədər də məşhur insan deyiləm, buna görə də bu xəbər keçmiş həyatımda iz qoymayacaq.
İlma Qreys Stoun
İlma Qreys Stoun (ing. Ilma Grace Stone; 1913[…] – 2001[…]) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == İlma Qreys Stoun Avstraliya marırları üzrə ixtisaslaşmışdır. == Əsərləri == "The Mosses of Southern Australia" в соавторстве с ing. George Anderson Scott Macdonald, 1976. == Şərəfinə adlandırılmış taksonlar == == İstinadlar == == Ədəbiyyat == == Xarici keçidlər == Beever, JE. (2001). A Tribute – Ilma G Stone 1913-2001. Australasian Bryological Newsletter 43. с. 2–5.
Sabun
Sabun — ali karbon turşularının natrium və kalium duzlarıdır. Natrium duzları bərk sabun, kalium duzları isə maye sabun əmələ gətirir. Kimyada, sabun yağ turşusunun duzudur. Sabunlar qalıb ya da maye şəklində əsasən yumaq, hamam etmə və təmizləmə üçün surfektant kimi istifadə olunur və həm də tekstil əyirməsində istifadə olunur və yağlayıcı maddələrində mühüm komponentlərindəndir. == Alınması == Əvvəllər sabun hidrogenləşdirilmiş bitki yağlarının və heyvan mənşəli piylərin qələvi və ya sodanın iştirakı ilə hidrolizindən alınırdı. Ona görə də yağların qələvi iştirakında hidrolizi sabunlaşma adlanır. Hazırda sabun istehsalında lazım olan karbon turşuları neft parafinlərini (alkanları) oksidləşdirməklə alınır. == Sözün mənşəyi == Azərbaycan dilində işlənən "Sabun" sözünün Avropa dillərindən gəldiyi bilinir. Latın dilində sāpō, qədim İngilis dilində sāpe; Qədim Yuxarı German dilində seipfa, qədim Fransız dilində savon kimi bilinir. == Kimyəvi tərkibi == Sabunun ümumi kimyəvi formulu C17H35OOM şəklindədir.
Salun
Salon — Vəhşi Qərb mədəniyyətinə daxil olan və əsasən kovboylar tərəfindən istifadə edilən əyləncə yerləri.
Steud.
Ernst Gottlieb von Steudel (alm. Ernst Gottlieb von Steudel‎) (1783—1856) — alman həkimi və botaniki (XIX əsrin birinci yarısı). == Mənbə == Johann Gottlob Kurr: Vorträge. In: Verein Vaterländische Naturkunde Württemberg (Hrsg.), Jahresheft Nr.13, S. 17-24, Stuttgart 1857. (alm.) Christian Gottfried Daniel Nees von Esenbeck: Dr. Ernst Gottlieb von Steudel.
Sütun
Sütun — memarlıqda daşıyıcı sistemə verilən ad. Sütunlar tikilinin daxilində tavan ilə döşəmə arasında tikilir. Qədim dövrlərdə tikililəri ayaqda tutmaq üçün istifadə olunurdu. Əvvəllər sütunların düzəldilməsində daş, ağac kimi materiallardan istifadə olunurdusa, müasir dövrdə sütunlar dəmir-beton konstruksiyasından düzəldilir Sütunlar tikilinin tavanın yaratdığı yükü döşəməyə ötürürlər. Buna görə sütunda baş verəcək hər hansı zədə tikilinin çökməsinə səbəb ola bilər. == Tarixi == Dünyada sütunlardan ilk dəfə istifadə olunduğu Qədim Misirdə e.ə. 2600-cü ildə tikilən İmotep məbədində müşadidə olunmuşdur. Sütunlardan istifadə edən digər xalq isə farslar olmuşdur. Farslara aid Abadana məbədində 70X70 metr ölçülərundə sütunlar tapılmışdır və bu sütunların çoxu həkə də ayaq üstündədir. Sütunlar dünya tarixində sadəcə memarlıqda deyil, həmçinin vergi daşı, sədəqə daşı kimi istifadə olunmuşdur.
Sədun
Sədun – Tarixi Azərbaycan ərazisində vilayət, Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. "Tarix-i əl-Bab"da adı çəkilən Sədun Şəbəranın yaxınlığında idi. Xaqani və Fələki Şirvani kimi şairlər III Mənuçöhrün Girdimanda və Sədunda (Sədan) tikdirdiyi suvarma şəbəkələrini vəsf etmiş, həmin şəhərlərin Şirvanşah tərəfindən salındığını göstərmişlər. Xanıkov yazırdı: "Sədun, indiki Siadan, Qübbə rayonunda, Şabranın xarabalıqlarının yaxınlığında şəhərdir". Sədun-Sədan Xəzər dənizi və Ataçay çayının, Siyəzən şəhərinin yaxınlığında lokallaşdırılır.
Şavun
Şavun-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Şavun-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Şelun
Şelun (IV əsr – 410) — qəbilə başçısı olan kimi hərbi dəyişiklər etdi. Hunların hərbi sistemini qəbul etdi. Minlik, yüzlük yaradıb, onlara minbaşı, yüzbaşı təyin elədi.Bu dəstələrin bayrağı vardı.Kim birinci düşmən dəstəsinə girib məğlub edərdisə onlara qənimət və qullardan pay ayırardı. Qorxaqları dəyənəklə döydürərdi. 399-ci ildə Vey ordularına məğlub oldu. Hun qəbilələrini məğlub edib başçıları Şibaetsini öldürən Şelun 402-ci ildə özünü xanlar xanı - xaqan elan etdi. Özünü Çyudufa xaqan adlandıran Şelun həm də Douday xan adı ilə tanınırdı. Douday sienbi dilində "düzgün ox atan" mənasına gəlir. O tarixdə ilk dəfə xaqan titulu istifadə edən insandır. 410-cu ildə Şimal Vey orduları tərəfindən öldürüldü.
Şoqun
Şoqun (将軍) və ya bəzən syoqun — 1192–1867-ci illərdə Yaponiyanın hərbi diktatorlarına verilən titul. Onların rejimi bakufu (hərfi tərcümədə "çadır hökuməti") adlansa da, bu termin əsasən "şoqunluq" sözü şəklində tərcümə olunur. Yaponiya tarixində üç şoqunluq olmuşdur: Kamakura şoqunluğu (1192–1333), Aşikaqa və ya Muromaçi şoqunluğu (1338–1573) və Tokuqava şoqunluğu (1603–1867). Kamakura dövründə şoqun titulu müxtəlif ailələrin fərdlərinə keçirdi, lakin bu titul Muromaçi dövründə Aşikaqa ailəsinin, Edo dövründə isə Tokuqava ailəsinin fərdlərinə verilirdi. Şoqun titulu formal olaraq imperator tərəfindən şəxsə sülhü qoruması üçün verilirdi, lakin əslində imperatorlar gücsüz idilər, şoqunların təyinatı daxili işlərdə üstünlüyü olan hərbi şəxslər tərəfindən müəyyən olunurdu. Hər şoqun vassallarını və torpaqlarına birbaşa nəzarət edə bildiyi bir inzibati təşkilata başçılıq edirdi. Digər hərbi ailələrə, buddist və şinto məbədlərinə aid olan torpaqları isə müəyyən dərəcədə idarə edə bilirdi. == Tarixi == "Şoqun" sözü sey-i tayşoqun titulunun qısaltmasından yaranmışdır. Sey-i tayşoqun titulu isə daxili qarışıqlıqlara və digər etnik qruplara qarşı ekspedisiyalara başçılıq edən hökumət rəsmilərinə verilmiş qədim titullardan yaranmışdır. Nara dövründəki (710–794) imperatorluq hökuməti Honşu adasının şimal-şərqini işğal etmiş Emişi qruplarını məğlub etmək üçün göndərilmiş qüvvələrin komandalığına bir neçə şəxsi təyin etmişdir.
Şüşün
Şüşün — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Şüşün oyk. Kürdəmir r-nunun Köhünlü i.ə.v.-də kənd. Kür çayının sahilində, Şirvan düzündədir. Yerli məlumata görə, Kür çayının əmələ gətirdiyi lil üzərində bitən və dik qalxan söyüd va qovaq ağacları şüş, belə ağaclıq İsa şüşliik adlanır. Yaşayış məntəqəsi söyüdlük ərazisində Şüşün adlı yerdə salındığı üçün belə adlanmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1245 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Sten
Sten — yarımavtomatik silah növü. == Tarix == Bu silahı ingilislərin yaratmışdır. Yaxın məsafəli döyüşlər üçün məqbul sayılıb. İkinci dünya müharibəsi dövründə ingilislər Polşada müqavimət hərəkatının partizanlarını bu silahlarla təchiz edib. Bu silah 1994-cü ilədək partizan hərəkatlarında istifadə olunub.
Stul
Stul ya da Səndəl əsas mebellərdən biri olan, bir növ oturacaqdır. Əsas xüsusiyyətləri, 90 ° və ya bir az daha böyük bir açı ilə bir -birinə arxa və oturacaq olaraq bağlanan iki parça davamlı materialdır, ümumiyyətlə üfüqi oturacağın dörd küncü dörd ayağa və ya oturacağın digər hissələrinə bağlanır. Ayaqları ümumiyyətlə oturan şəxsin bud və dizlərinin 90 ° və ya daha az bir açı meydana gətirməsi üçün kifayət qədər yüksəkdir. == Tarix == Stul qədim dövrlərdən bəri istifadə olunur, baxmayaraq ki, əsrlər boyu istifadə üçün yox, dövlətçilər üçün simvolik bir cihaz idi.
Taun
Taun (lat. pestis), (XBT kodu A20.) — insan və heyvanlarda kəskin təbii ocaqlı, epidemik yayılmağa meyilli, taun çöpü (lat. Yersinia pestis) tərəfindən törədilən transmissiv infeksion xəstəlikdir. O, kəskin qızdırma, ağır ümumi intoksikasiya və limfatik düyünlərin, ağciyərin və başqa orqanların hemorragik-nekrotik iltihabı ilə təzahür edir. Endemik və pandemik yayılma imkanına görə taun "Beynəlxalq tibbi-sanitariya qaydalarının" şamil olduğu xüsusi təhlükəli karantin infeksiyaları qrupuna aid edilir. 1894-cü ildə fransız alimi A. Yersen və yapon alimi S. Kitazato xəstəliyin törədicisini kəşf etmişlər. Taun epidemiyaları dövri olaraq dünyanın bir çox ölkəsini əhatə edirdi. Birinci pandemiya VI əsrdə Şərqi Roma İmperiyasında baş vermiş və bir çox ölkəni əhatə etmişdi. Qara ölüm adlanan ikinci pandemiya XIV əsrdə, üçüncü pandemiya isə XIX əsrin sonunda olmuşdur (xəstəliyi dəniz gəmilərindəki siçovullar yaymış və dünyanın 100-dən artıq limanında epidemiya baş vermişdi). XIV əsrdən başlayaraq Rusiyada, o cümlədən bir neçə dəfə Moskvada, XIX əsrdə Zabaykalyedə, Zaqafqaziyada, Prikaspidə, XIX əsrin sonu – XX əsrin əvvəllərində Odessa və Qara dənizin başqa limanlarında, XX əsrdə isə Hindistanda taun geniş epidemiyası qeydə alınmışdır.
Şxun
Şxun — iki və daha artıq dor ağacı olan yelkənli gəmi. == Ümumi məlumat == Şxun ingilscə “Schonner” sozundən olub, iki və daha artıq dor ağacı olan yelkənli gəmi deməkdir. Sürətinə və davamlılığına görə şxun digər su nəqliyyatı vasitələrindən fərqlənirdi. Onunla ancaq sabit havada dənizə çıxmaq olardı. Sonrakı dovrdə şxun daxili yanma muhərriki ilə təmin olunduğundan, onunla uzaq səfərlərə də çıxmaq mümkün oldu. Hazırda şxundan həm nəqliyyat vasitəsi kimi, həm də balıqçılıq və su idmanı oyunlarında geniş istifadə edilir. İstifadə tərzindən asılı olaraq şxunun muxtəlif formaları yaradılmışdır.
Aleksandr Şteyn
Aleksandr Petroviç Şteyn (15 (28) sentyabr 1906, Səmərqənd, Rusiya imperiyası – 5 oktyabr 1993, Moskva) — rus dramaturqu və ssenari müəllifi. == Həyatı == Aleksandr Petroviç Şteyn 15 sentyabr 1906-cı ildə Səmərqənddə anadan olub. Leninqrad Universitetinin filologiya fakültəsində təhsil alıb. Yaradıcılığa 1929-cu ildə pyeslərlə başlayıb. SSRİ dövlət mükafatı laureatı (1949) Aleksandr Şteyn 5 oktyabr 1993-cü ildə vəfat edib.
Devid Stern
Devid Joel Stern (22 sentyabr 1942, Nyu-York, Nyu-York ştatı – 1 yanvar 2020, Manhetten, Nyu-York ştatı) — 1984 ilə 2014 arasında NBA-nın patronu olan Amerikalı idman adamıdır. Bu, NBA-nı yerli liqaya çevirərək dünyanın ən böyük idman təşkilatlarından birinə çevirdi. Bunu edərkən həyata keçirdiyi köklü qərarlar əvvəlcə reaksiya qazandırsa da, sonrakı illərdə düşdü. Bu tətbiqlərə misal olaraq NBA Geyimi Kodunu göstərmək olar. == Həyatı == Devid Joel Stern 22 sentyabr 1942-ci ildə Nyu-York ştatında anadan olmuşdur.
Lorens Stern
Lourens Stern (24 noyabr 1713 Knommel, İrlandiya — 18 mart 1768 London) — irland yazıçı. == Hayatı == Lourens Stern 1713-cü ilin noyabrın 24-ündə İrlandiyada anadan oldu. Atası İspaniya ilə müharibəni bitirən Utrext müqaviləsinin imzalanmasından sonra köç etdi 1723-cü ildə təhsil almaq üçün Lourens İrlandiyadan İngiltərəyə köçüb dayısı ilə yaşamağa başladı. Atası Rocer Stern 1731-ci ildə vəfat etdi və Yamaykada dəfn olundu. Lourens Stern 1733-cü ildə Kembricdəki İsa Kollecində təhsil almağa başladı.
Lourens Stern
Lourens Stern (24 noyabr 1713 Knommel, İrlandiya — 18 mart 1768 London) — irland yazıçı. == Hayatı == Lourens Stern 1713-cü ilin noyabrın 24-ündə İrlandiyada anadan oldu. Atası İspaniya ilə müharibəni bitirən Utrext müqaviləsinin imzalanmasından sonra köç etdi 1723-cü ildə təhsil almaq üçün Lourens İrlandiyadan İngiltərəyə köçüb dayısı ilə yaşamağa başladı. Atası Rocer Stern 1731-ci ildə vəfat etdi və Yamaykada dəfn olundu. Lourens Stern 1733-cü ildə Kembricdəki İsa Kollecində təhsil almağa başladı.
Luk Steyn
Luk Steyn (7 iyun 1993, Harare) — Zimbabveli dağ-xizək idmançısı. Luk Steyn Zimbabveni 2014-cü ildə Soçidə təşkil edilən XXII Qış Olimpiya Oyunlarında təmsil etdi. O, Qış Olimpiya Oyunlarında iştirak edən ilk Zimbabveli idmançıdır. O, slalom və böyük slalom yarışları üzrə iştirak etmişdir. 2008-ci ildən bu idman növü ilə məşğul olmağa başlamışdır. == Karyerası == Luk Steyn Zimbabvenin paytaxtı olan Harare şəhərində anadan olmuşdur. Lakin iki yaşı olarkən ölkəni tərk edərək İsveçrəyə yollanmışdır. Steyn burada qar və xizək idmanı ilə məşğul olmağa başlamışdır. === 2014 Olimpiya Oyunları === Luk Steyn birinci dəfə Olimpiya Oyunlarına 2014-cü ildə qatıldı. O, Soçidə baş tutan XXII Qış Olimpiya Oyunlarında kişilər böyük slalom yarışlarında iştirak etdi.
Monolitik sütun
Monolitik sütun və ya “tək fazalı sütun” (single-phase column) ənənəvi olaraq gövdəsi çox hissəli olaraq deyil, bir hissəli şəkildə istehsal olunan sütun növləri üçün istifadə olunan bir termindir. Monolitik bir sütun (və ya bir hissəli sütun), mil hissəsi şaquli hissələr əvəzinə böyük bir daş parçasından düzəldilmiş böyük bir sütundur. Daha kiçik sütunlar ümumiyyətlə tək daş hissələrindən düzəldilir, lakin daha az monolitik olaraq xarakterizə olunur, çünki bu termin normalda daha az yayılmışdır və bu şəkildə hazırlanmış daha böyük sütunlar üçün istifadə olunur. Monolitik sütunlardan istifadə etmək, karxanalarda və hərəkətdə əhəmiyyətli dərəcədə əlavə çətinliklər yaradır və eyni zamanda bir binada əzəmətin və vacibiyyətin ifadəsi kimi qəbul edilə bilər.